Məhkəmə qərarları › İş №2(078)-976/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-976/2024

10.09.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-976/2024 10.09.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, X5 məhkəmə iclas katibliyi, İddiaçının nümayəndəsi X6 və cavabdeh təşkilatın nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı cavabdeh təşkilat X1rşı işə bərpa olunma və əmək haqqı tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh təşkilat X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X12 X2 və Koordinasiyası Xidmətinin bilet kassiri vəzifəsindən azad olunması barədə 11 noyabr 2023-cü il tarixli, 64/k nömrəli əmrin ləğv edilərək qanunsuz şəkildə işdən buraxılma müddəti üçün əmək haqqısının ödənilməklə, işə bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə baxış iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, о, məhkəmə iclaslarında iştirak etməmiş, lakin məhkəmədə nümayəndə ilə təmsil olunmuşdur. Məhkəmə iclası iddiaçının iştirakı olmadan keçirilmişdir. Məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi X10 iddianı müdafiə edərək izahatında bildirmişdir ki, iddiaçı bacısıdır. Bacısı 07 yanvar 2014-cü il tarixdə 01/k nömrəli əmr əsasında X12 X3 və Koordinasiyası Xidmətinin bilet kassiri vəzifəsinə təyin olunmuşdur. İddiaçı işlədiyi dövrlərdə işində heç bir nöqsana yol verməmiş və 25 iyul 2023cü il tarixdə sosial məzuniyyətə, yəni hamiləliyə və doğuşa görə məzuniyyətə çıxmışdır. İddiaçı sosial məzuniyyətdə, yəni hamiləliyə və doğuşa görə məzuniyyətdə olduğu dövrdə, yəni 2023-cü ilin dekabr ayında telefonuna gələn sms vasitəsilə kartında artıq pul olduğunu görmüş, şübhələnib X12 X15 zəng vurmuş və işdən çıxarıldığını öyrənmişdir. 11 noyabr 2023-cü il tarixdə 64/k nömrəli əmrlə iddiaçının Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə (ştat vahidi ixtisar edildikdə) əsasən əmək müqaviləsinə xitam verilmişdir. Həmin əmrlə iddiaçı bu günə qədər tanış olmamışdır və bu hal da başqa bir qanunsuzluğu özündə ehtiva edir. İddiaçının işdən çıxarılması qanunsuzdur. Belə ki, birincisi, 22 sentyabr 2023-cü il təvəllüdlü, 1 yaşını tamam etməmiş qızı X11 iddiaçının himayəsindədir. Bu hal iddiaçının şəxsi işində də öz təsdiqini tapmaqdadır. İddiaçının himayəsində 1 vaşınadək azyaşlı övladının olduğu məlum olduğu halda, hansı səbəbdən əmək müqaviləsinə xitam verilməsi anlaşılan deyil, hüquqi əsası yoxdur və qeyri-qanunidir. İddiaçının işdən azad olunması ilə bağlı qanunvericiliklə nəzərdə tutulan on ildən çox əmək stajı olduqda azı doqquz təqvim həftə öncədən xəbərdar edilməli olduğu halda, ümumiyyətlə iddiaçıya heç rəsmi xəbərdarlıq edilməmiş, müavinət tam şəkildə ödənilməmişdir. Bu hal "xxxx" ASC tərəfindən verilən ödəniş cədvəllərində öz əksini tapır. İddiaçı işdən azad olunduğunu bildikdən sonra dərhal, yəni 2024-cü ilin yanvar ayında Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinə müraciət etmişdir. Bir neçə müddət sora, yəni 06 mart 2024-cü il tarixli, 3-17-9- 5/2-0-322/2024 nömrəli cavab məktubu ilə Naxçıvan Muxtar Respublikası Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətindən verilən sorğuya əsasən bildirilmişdir ki, araşdırma üzrə təqdim olunan sənədlərdən və yazılı izahatdan iddiaçının öhdəsində 1 yaşınadək uşağı olduğu halda X16 Təşkili və Koordinasiyası Xidmətinin bilet kassiri vəzifəsi üzrə 7 yanvar 2014-cü il tarixdə bağlanılmış əmək müqaviləsinə 12 noyabr 2023-cü il tarixdə xitam verilməklə Məcəllənin 79-cu maddəsinin (əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar) tələblərinin işəgötürən tərəfindən pozulduğu müəyyənləşdirilmişdir. Bununla yanaşı, ştat ləğvi ilə əlaqədar əmək müqaviləsinə xitam verilərkən iddiaçıya rəsmi xəbərdarlıq olunmadığı, həmçinin xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1.4 misli miqdarında əməkhaqqının hesablanıb ödənilmədiyi məlum olmuşdur. Aşkar olunmuş pozuntu ilə əlaqədar olaraq Hava Limanının işəgötürəni barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə (işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə) əsasən inzibati xəta haqqında iş üzrə icraata başlanılmış və 04 mart 2024-cü il tarixdə “İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi barədə Qərar” qəbul edilmişdir. Şərti qərarda pozuntunun 20 gün ərzində aradan qaldırılmasına dair qeyd aparılmışdır. Qeyd olunanlara əsasən şərti qərarda göstərilən müddətdə pozuntu aradan qaldırılmadıqda məhkəməyə müraciət etmək hüququnun olduğu diqqətə çatdırılır. İddiaçı cavab məktubunu gec əldə etdiyi üçün məhkəməyə tam vaxtında müraciət edə bilməmişdir. Bundan sonra dərhal mediasiyaya müraciət etsə də, orada mübahisə öz həllini tapmadığından məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçının bir gənc ailə kimi işləyərək qazanc əldə etməyə çox ehtiyacı vardır. İddianın təmin edilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında cavabdeh təşkilatın nümayəndəsi Vəkil iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, İddiaçı 07 yanvar 2014-cü il tarixdən X12 Limanında 01/k nömrəli əmrlə “bilet kassiri" vəzifəsinə təyin olunmuşdur. Uzun müddət işlədikdən sonra hal-hazırda məhkəmə qaydasında mübahisələndirdiyi 12 noyabr 2023-cü il tarixli, 64/k nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə işdən azad olunmuşdur. İddiaçı öz iddia ərizəsində məzuniyyətdə olduğu dövrdə işdən azad olunduğunu bildirdiyini qeyd etmiş, 2023-cü ilin dekabr ayında işdən azad olunduğunu qeyd etmişdir. Bu tamamilə həqiqətə uyğun olmayan və tamamilə yalandan ibarətdir. Belə ki, İddiaçı əvvəlcə sosial məzuniyyətə, yəni hamiləliyə və doğuşa görə qanunla nəzərdə tutulmuş müddət ərzində məzuniyyətə buraxılmış, daha sonra isə doğuş çətin olduğuna görə isə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 14 (on dörd) təqvim günü uzadılması barədə 12 oktyabr 2023-cü il tarixli, 139/m saylı əmr verilmişdir. Daha sonra isə ştatlar ixtisar olunduğundan isə iddiaçının barəsində 12 noyabr 2023-cü il tarixli, 64/k nömrəli əmr verilmiş və o AR Əmək Məcəlləsinin müvafiq maddəsi ilə işdən azad olunmuşdur. Yəni, iddiaçı məzuniyyətdə olduğu müddət ərzində deyil, məzuniyyətdən qayıtdıqdan sonra (birinci iş günü) onun barəsində müvafiq əmr verilmiş və o işdən azad olunmuşdur. İddiaçı barəsində verilmiş əmrdən əvvəl AR Əmək Məcəlləsinin tələbinə görə ştatlar ixtisar olunduğu üçün ona başqa iş yeri təklif edilməsi məqsədilə o X12 Limanına dəvət olunmuş, lakin iddiaçı Bakı şəhərində olduğundan onu qardaşı-nümayəndəsi təmsil etmiş, ona təklif edilən işi qəbul etməkdən imtina etmişdir. Nümayəndəyə artıq kassir ştatının ləğv olunduğu, belə ştatın artıq NBHL-də olmadığı, başqa işdə işləməsinin təklif olunmağına baxmayaraq nümayəndə “məhkəmədə görüşərik" deyərək NBHL-in inzibati binasından ayrılmışdır. Daha sonra yazılı surətdə də başqa iş təklif olunmağı, ştatın ixtisarı ilə bağlı iddiaçıya bildiriş göndərilmişdir. Həmçinin onu da qeyd etmək lazımdır ki, iddiaçının barəsində verilmiş əmrdən əvvəl AR Əmək Məcəlləsinin müvafiq tələbinə görə həmkarlar təşkilatına rəy verilməsi üçün müraciət olunmuş, müvafiq təşkilat da rəy təqdim etmişdir. Eyni zamanda iddiaçıya AR Əmək Məcəlləsinin tələbinə görə müvafiq ödəmələr (ödənclər) də ödənilmişdir. Nəticə etibarilə iddiaçının iddia ərizəsində qeyd etdiklərini və ümumiyyətlə iddia tələbini qəbul etmir və qəti səkildə iddiaya etiraz edirlər. İddiaçı X1rşı işə bərpa olunma və əmək haqqı tələbinə dair iddiasına qanunvericiliklə nəzərdə tutulmuş iddia müddətini tətbiq etməklə iddiadan imtina barədə qərar çıxarılmasını xahiş etdi. Cavabdeh təşkilatın nümayəndəsi Vəkil məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə təqdim etmişdir. Həmin ərizədə göstərilmişdir ki, İddiaçı öz iddia ərizəsində barəsində çıxarılmış olan 11 noyabr 2023-cü il tarixli, 64/k nömrəli əmrin ləğv edilməklə işə bərpa olunması və işə buraxılma müddəti üçün əmək haqqının ödənilməsini xahiş etmişdir. İddiaçı qanunla nəzərdə tutulmuş iddia müddətini buraxmaqla məhkəməyə müraciət etmişdir. Belə ki, iddiaçı öz iddia ərizəsinin 1-ci səhifəsində 2023-cü ilin dekabr ayında işdən azad olunduğunu bildirdiyini qeyd etmiş, dərhal 2024-cü ilin yanvar ayında Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinə müraciət etdiyini qeyd etmiş, 06 mart 2024-cü il tarixdə isə müvafiq orqandan cavab məktubunu aldığını qeyd etmişdir. Həmçinin iddiaçı özü iddia ərizəsində “cavab məktubunu gec əldə etdiyim üçün məhkəməyə tam vaxtında müraciət edə bilmədim” deyə qeyd etmişdir. Qeyd olunanlara əsasən ilk olaraq onu bildirmək lazımdır ki, iddiaçı özü öz imzası ilə təsdiq etdiyi, iradə ifadəsi nümayiş etdirdiyi iddia ərizəsində iddia müddətini buraxdığını, cavab məktubunu gec əldə etdiyi üçün (üzrlü səbəb deyil bu) məhkəməyə vaxtında müraciət edə bilmədiyini qeyd etmişdir. Artıq bu etiraf iddianın vaxtında qaldırılmadığının ən mötəbər sübutudur və bu işin mübahisəsiz halına çevrilmiş olur. İddiaçı 2024-cü ilin dekabr ayında hüququnun pozulduğunu bilmiş, əmək kitabçasını rəsmi qaydada almış və nəticə etibarilə özünün də etiraf etdiyi kimi bir xeyli sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Yuxarıda qeyd olunanlara əsasən İddiaçı hüququnun (iş-əmək hüququnun) pozulduğunu bildiyi vaxtdan, ona aşkar olduğu vaxtdan bir aylıq müddəti buraxaraq, yəni 1 aydan bir müddət sonra əvvəlcə mediasiya təşkilatına, daha sonra isə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Buradan da aydın olur ki, o iddia müddətini buraxaraq məhkəmədə iddia qaldırmışdır. İddiaçı bunu onunla əsaslandırır ki, o müvafiq quruma (NMR ƏƏSMN yanında DƏM-ə) müraciət etmiş, oradan rəsmi cavab gec verildiyi üçün məhkəməyə vaxtında müraciət etməmişdir. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 əmək mübahisəsini həll edən qurum deyildir və bununla bağlı AR Konstitusiya Məhkəməsinin də Plenum qərarı mövcuddur. Əmək mübahisələrini həll edən qurumların siyahısı AR Əmək Məcəlləsinin müvafiq maddəsində konkret olaraq sadalanmışdır. Göründüyü kimi iddiaçı hüququnun pozulduğunu bildiyi (ona aşkar olunduğu) gündən barəsində çıxarılmış əmri mübahisələndirməmiş, hərəkətlilik göstərməmiş və iddia müddətini buraxdıqdan sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. AR Mülki Məcəlləsində konkret olaraq bir sıra tələblər üçün iddia müddətləri nəzərdə tutulmuşdur ki, bunun da səbəbi cavabdehləri köhnəlmiş, vaxtı keçmiş (köhnəlmiş) iddia tələblərindən müdafiə edir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə izahatlara, toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq aşağıdakı nəticəyə gəlir. İş materiallarına əlavə edilmiş: ******* nömrəli əmək kitabçasının təsdiqlənmiş surətinə əsasən, İddiaçı 03 oktyabr 2013-cü il tarixdə X12 Limanında analıq məzuniyyəti yerinə Daşımaların Təşkili Xidmətinə VİP növbətçisi vəzifəsinə işə qəbul edilmiş, 11 oktyabr 2013-cü il tarixdə başqa işə keçmə ilə əlaqədar həmin vəzifədən azad edilmiş, 07 yanvar 2014-cü il tarixdə 3 aylıq sınaq müddəti ilə Daşımaların Təşkili Xidmətinə bilet kassiri vəzifəsinə təyin edilmiş, 01 oktyabr 2014-cü il tarixdə Daşımaların Təşkili və Koordinasiyası Xidmətinin bilet kassiri hesab edilmiş, 07 avqust 2019-cu il tarixdə ştat cədvəlində edilmiş dəyişikliklə əlaqədar olaraq tutduğu vəzifədən azad edilmiş və Naxçıvan sahəsi üzrə satış şöbəsinə bilet kassiri vəzifəsinə təyin edilmiş, 01 aprel 2021-ci il tarixdə ştat cədvəlində edilmiş dəyişikliklə əlaqədar olaraq tutduğu vəzifədən azad edilmiş və Naxçıvan şəhəri üzrə Daşımaların Təşkili və Koordinasiyası Xidmətinə bilet kassiri vəzifəsinə keçirilmiş, 01 iyul 2021-ci il tarixdə struktur dəyişikliyi ilə əlaqədar olaraq tutduğu vəzifədən azad edilmiş və X12 X3 və Koordinasiyası Xidmətinin bilet kassiri vəzifəsinə təyin edilmiş, 11 noyabr 2023-cü il tarixdə 64/k nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə (ştat vahidi ixtisar edildikdə) əsasən onunla bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir. AZ-İV 926049 nömrəli doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətinə əsasən, İddiaçı 23 avqust 2023-cü il tarixdə X14 adlı övladı doğulmuşdur. Naxçıvan Muxtar Respublikası Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin 06 mart 2024-cü il tarixli, 3-17-9-5/2-0-322/2024 nömrəli cavab məktubu ilə bildirilmişdir ki, araşdırma üzrə təqdim olunan sənədlərdən və yazılı izahatdan iddiaçının öhdəsində 1 yaşınadək uşağı olduğu halda X16 Təşkili və Koordinasiyası Xidmətinin bilet kassiri vəzifəsi üzrə 7 yanvar 2014-cü il tarixdə bağlanılmış əmək müqaviləsinə 12 noyabr 2023-cü il tarixdə xitam verilməklə Məcəllənin 79-cu maddəsinin (əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar) tələblərinin işəgötürən tərəfindən pozulduğu müəyyənləşdirilmişdir. Bununla yanaşı, ştat ləğvi ilə əlaqədar əmək müqaviləsinə xitam verilərkən iddiaçıya rəsmi xəbərdarlıq olunmadığı, həmçinin xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1.4 misli miqdarında əməkhaqqının hesablanıb ödənilmədiyi məlum olmuşdur. Aşkar olunmuş pozuntu ilə əlaqədar olaraq Hava Limanının işəgötürəni barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə (işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə) əsasən inzibati xəta haqqında iş üzrə icraata başlanılmış və 04 mart 2024-cü il tarixdə “İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi barədə Qərar” qəbul edilmişdir. Şərti qərarda pozuntunun 20 gün ərzində aradan qaldırılmasına dair qeyd aparılmışdır. Qeyd olunanlara əsasən şərti qərarda göstərilən müddətdə pozuntu aradan qaldırılmadıqda məhkəməyə müraciət etmək hüququnun olduğu diqqətə çatdırılır. Z.Əliyeva adına Naxçıvan şəhər Poliklinikası publik hüquqi şəxsinin 22 nömrəli, 05 aprel 2024-cü il tarixli tibbi arayışına əsasən, X12 Limanı işçisi İddiaçı keysəriyyə əməliyyatı olduğu üçün ananın xəstəlik vərəqəsi xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 14 günlük əlavə olaraq uzadılır. Naxçıvan MR Perinatal Mərkəzi publik hüquqi şəxsinin 08 aprel 2024-cü il tarixli, 4/69 nömrəli arayışına əsasən, Əsgərova (Omarova) Günay Məhərrəm qızı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək doğuşa qədər (70 təqvim günü) və doğuşdan sonra (56 təqvim günü) dövr üçün əmək qabiliyyətinin olmaması vərəqəsini almışdır. X12 Limanının 86/m nömrəli, 25 iyun 2023-cü il tarixli əmrindən çıxarışın surətinə əsasən, Daşımaların Təşkili və Koordinasiyası Xidmətinin bilet kassiri İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 56 təqvim günü) 126 təqvim günü hesabı ilə hamiləliyə görə ödənişli sosial məzuniyyətə buraxılmışdır. X12 Limanının 64/k nömrəli, 07 noyabr 2023-cü il tarixli əmrindən çıxarışın surətinə əsasən, Daşımaların Təşkili və Koordinasiyası Xidmətinin bilet kassiri İddiaçı ilə bağlanmış müqaviləyə 12 noyabr 2023-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin “b” bəndinə (ştat vahidi ixtisar edildikdə) əsasən xitam verilmişdir. X12 Limanının 64/k nömrəli, 07 noyabr 2023-cü il tarixli əmrinin surətinə əsasən, Daşımaların Təşkili və Koordinasiyası Xidmətinin bilet kassiri İddiaçı ilə bağlanmış müqaviləyə 12 noyabr 2023-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin “b” bəndinə (ştat vahidi ixtisar edildikdə) əsasən xitam verilmişdir. İşçinin xx.xx.2014-cü il tarixdən xx.xx.2023-cü il tarixədək istifadə edilməmiş məzuniyyət gününün son haqq hesabı ödənilmişdir. Əmək Müqaviləsinin surətinə əsasən, X12 Limanı ilə X7 arasında 07 yanvar 2014-cü il tarixdə əmək müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə, hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Məhkəmə müdafiəsindən istifadə etmə hüququ İnsan Hüquqları və X4 haqqında Avropa Konvensiyasının 6-cı maddəsində də təsbit olunmuşdur. Konvensiyanın 6-cı maddəsinin 1ci bəndində müəyyən olunmuşdur ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Kоnstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən, mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlar tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyinə uyğun olaraq qeyd etməyi zəruri hesab edir ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir. Məhkəmə tərəflərə izah edir ki, məhkəməyə müraciət etmək hüququnun məzmununa, mənasına görə iddia müddətinin tətbiq edilməsi barədə ərizənin verilibverilməməsindən asılı olmayaraq məhkəmə iddiaya mahiyyəti üzrə baxmalıdır. Yəni məhkəmə işin hallarını araşdırıb, sübutları qiymətləndirməklə hərtərəfli proses aparmalıdır. Araşdırmalar nəticəsində müəyyən edilsə ki, iddia müddəti üzürlü səbəblərdən ötürülmüşdür, məhkəmə həmin müddəti bərpa edir və iddia tələbinin təmin edilməsi və yaxud rədd edilməsi barədə qətnamə qəbul edir. Məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh təşkilat X1rşı işə bərpa olunma və əmək haqqı tələbinə dair iddiası əsaslıdır və işəgötürən tərəfindən əmək qanunvericiliyinin tələbləri pozulmaqla iddiaçı işdən azad edilmişdir. Bu hal işəgötürən barəsində Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin cərimənin şərti tətbiq edilməsi haqqında qərarla təsdiq olunmuşdur. Cavabdeh təşkilatın nümayəndəsi qeyd edilən hüquq pozuntusunun aradan qaldırılması mümkün olmadığından sözügedən qərarın icra edildiyini, cərimənin ödənildiyini bildirmişdir. Əmək qanunvericiliyinin pozulması halları iddiaçının həmkarlar iclasına dəvət edilməsini təsdiq edən hər hansı sənədin olmaması, iddiaçının yazılı izahatının alınmaması, iddiaçıya rəsmi xəbərdarlıq bildirişinin göndərilməməsi, tərəflər arasında bağlanmış əmək müqaviləsinin bəndlərində işçinin növbəli iş rejiminin müəyyən edilmədiyi halda işdən azad olunma əmrinin 11 noyabr tarixində-həftənin bazar günü qeyri iş günü imzalanmasıdır. Lakin bütün bu pozuntularla yanaşı məhkəmə qeyd edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün əmək qanunvericiliyində nəzərdə tutulan iddia müddəti keçmişdir və bununla bağlı cavabdehin ərizəsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanı, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzimləyir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-və 2-ci bəndinə görə əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə a) tərəflərdən birinin təşəbbüsü, b) əmək müqaviləsinin müddətinin qurtarması, c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), d) tərəflərin iradəsindən asılı olmayan hallar, e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallarda xitam verilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən, işçilərin sayı və ya ştatları ixtisar edildikdə, əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Məhkəmə maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu halda əmək münasibətlərinə xitam verilə bilər. İş materiallarında olan X12 Limanının 64/k nömrəli, 07 noyabr 2023-cü il tarixli əmrindən çıxarışın surətinə əsasən, Daşımaların Təşkili və Koordinasiyası Xidmətinin bilet kassiri İddiaçı ilə bağlanmış müqaviləyə 12 noyabr 2023-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə (ştat vahidi ixtisar edildikdə) əsasən xitam verilmişdir. Məhkəmə cavabdeh təşkilat tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294.1-ci maddəsinə əsasən iddia müddətinin ötürülməsi barədə ərizəsinə münasibət bildirərək hesab edir ki, iddiaçı işə bərpa tələbi ilə bağlı məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnu pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 296.2-ci maddəsinə görə, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 296.3-cü maddəsinə görə, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. 296.6-cı maddəsinə görə, bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). Göstərilənlərlə yanaşı, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. Məhkəmə qeyd edir ki, iddia müddətinin tətbiqi heç də həmişə iddianın rədd edilməsinə səbəb olmur. Yuxarıda əmək qanunvericiliyində qeyd edilən üzrlü səbəblər olduqda ötürülmüş müddət bərpa edilə bilər. Buraya iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı hallar aid edilir. Məhkəmə hesab edir ki, hazırki vəziyyətdə iddiaçının əmək qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada hüququnun pozulduğunu aşkar etdiyi gün əmək kitabçasının ona təqdim edildiyi gün hesab edilməlidir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddiaçının işə bərpa olunma və əmək haqqı tələbi üzrə iddia müddəti ötürülmüşdür. Belə ki, iş üzrə iddiaçının izahatından məlum olur ki, iddiaçı işdən çıxarılmasını 2023-cü ilin dekabr ayında bilmişdir. Bununla yanaşı iddiaçı əmək kitabçasının 07 yanvar 2024-cü il tarixdə rəsmi qaydada təhvil aldığını, xüsusi geyim formasını da həmin gün təhvil verdiyini və aktlaşdırıldığını, 11 yanvar 2024-cü il tarixdə X9 müraciət etdiyini, fevral ayında ona cavab verildiyini, mart ayında qərar icra edilmədiyi üçün mediasiyaya müraciət edərək məhkəmədə iddia qaldırdığını bildirmişdir. 14 may 2024-cü il tarixli mediasiya arayışından görünür ki, iştirak edilməməsi səbəbindən mediasiya prosesi davam etməmişdir. Məhkəmə belə hesab edir ki, şəxsin müvafiq əmək mübahisələrini həll edən orqana müraciət etməsi iddia müddətinin axımını dayandırmır və bu mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Pelnum Qərarında formalaşdırılmışdır. Əmək qanunvericliyində qeyd edilən müddət müvafiq məhkəməyə iddia ərizəsinin verilməsi üçün nəzərdə tutulan müddətdir və yalnız mediasiya təşkilatına müraciət həmin müddətin axımını dayandırır. İddiaçı bütün hallarda iddia müddətini ötürmüşdür və bunun üzürlü səbəblərini təsdiq edən sənədləri məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Nəticə: Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-in 216-220, 358.0.3 və 360cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı cavabdeh təşkilat X1rşı işə bərpa olunma və əmək haqqı tələbinə dair iddiası iddia müddəti keçdiyindən rədd edilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar