Məhkəmə qərarları › İş №2(078)-983/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-983/2025

01.10.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-983/2025 01.10.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, X5 məhkəmə iclas katibliyi, Cavabdeh İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən və ünvan 2illər üzrə çəkilmiş 1179 manatlıq kommunal və istilik haqqı xərclərinin yarısı olan 589,5 manat pulun, 2024cü ilin aprel və may ayları üzrə kirayə verilməsindən irəli gələn 126 manatlıq vergi məbləğinin yarısı olan 63 manat vergi haqqının, о cümlədən, məhkəməyə müraciət etdiyi zaman ödədiyi 30 manat dövlət rüsumu və 50 manat mediasiya məbləğinin, yəni ümumilikdə 732,5 manat məbləğde pulun cavabdehdən alınaraq mənə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbini əsaslandıraraq Cavabdeh ilə arasındakı rəsmi nikah münasibətlərinə Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(078)- 12/2021 saylı qətnaməsi əsasında xitam verildiyini, sözügedən məhkəmənin xx.xx.2021-ci il tarixli, 2(078)-881/2021 saylı qətnaməsi əsasında isə birgə nikah dövründə əldə olunmuş əmlaklar üzərində½ hissədə paylarının müəyyən olunduğunu məlum etmişdir. Qeyd etmək zəruridir ki, cavabdeh qismində ərizəsinə əlavə etdiyi Cavabdeh (Qəribova) ilə paylarının naturada bölünməsi üzrə Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-2/2025 saylı, xx.xx.2025ci il tarixli qətnaməsindən etdiyi şikayət Naxçıvan MR Ali Məhkəməsinin 2(108)-74/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi əsasında qismən təmin edilmiş, lakin hələ qanuni qüvvəyə minməmişdir. Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı əsasında ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 66.36 kv.m olan 3 otaqlı mənzil və "Hyudnai İX 35" markalı avtomobil ona, ünvan 2il Cavabdeh verilmişdir. (qeyd etmişdir ki, sonuncu qərar qanuni qüvvəyə minməmişdir). Lakin həm sözügedən daşınmaz əmlaklar(evlər) birgə mülkiyyətdə olduğu zamandan, həm də məhkəmənin qərarı qəbul edildiyi zamandan bu günə kimi evlərin hər birinin bütün kommunal və istilik xərcini, o cümlədən, evlərin 2024-cü ilin aprel və may ayları üzrə kirayə verilməsindən irəli gələn 126 manatlıq vergi məbləğini tam şəkildə və təkbaşına ödədiyini, cavabdeh tərəfindən həmin ayların kirayə haqqının yarısının ona ödənilməsi barədə olan iddianın Naxçıvan Şəhər Məhkəməsi tərəfindən təmin edildiyini və daşınmaz əmlaklardan əldə olunmuş gəlirlə bərabər çəkilmiş xərclərin də yarıbayarı bölünməsinin tam ədalətli mövqe olduğunu nəzərə alaraq daşınmaz əmlaklar üzrə çəkilmiş və müvafiq qəbz və məktublarla sübut olunan ümumilikdə 1179 manat kommunal və istilik haqqı xərclərinin, habelə 2024-cü ilin aprel və may ayları üzrə kirayə verilməsindən irəli gələn 126 manat vergi məbləğinin yarısının cavabdeh tərəfindən ödənilməsi üçün məhkəməyə müraciət edir. Məhkəmə iclasında iştirak edən iş üzrə İddiaçı izahatında bildirmişdir ki, Cavabdeh 2021-2025-ci illərdə birgə mülkiyyəti olan əmlaklar olan Naxçıvan şəhəri Əziz Əliyev küçəsi ev 9 (F Bloku) mənzil 8/1 və ünvan 4 üzrə hüquqlarını həyata keçirmək üçün mütəmadi olaraq məhkəməyə müraciət etmiş və hüquqları məhkəmə qətnaməsilə təmin olunmuşdur. Lakin həmin mənzillər üzrə 1/2 payın sahibi olduğu halda öhdəliklərini yerinə yetirməkdən boyun qaçırmışdır. Keçmiş illər üzrə bina və mənzillərə dair xidmət növü olan kommunal, lift pulu, istilik pulu və mənzillərin 2024-cü ilin mart-aprel ayı üzrə birgə gəlir əldə olunması üzrə üzərinə düşən vergi ödənişini ödəməmiş və həmin xərclər onun üzərinə düşmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 217-ci maddəsinə əsasən paylı mülkiyyətin hər bir mülkiyyətçisi vergilərin, kommunal xərclərin ödənilməsində və ümumi əmlak üzrə digər ödənişlərin verilməsində habelə, həmin əmlakın saxlanılması və qorunması xərclərinin çəkilməsində öz payına uyğun surətdə iştirak etməlidir. Digər bir norma olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyə və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərinə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Qeyd olunan borclar isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.2.4-cü maddəsinə əsasən cavabdehin yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan yaranmışdır. Qeyd olunan xərcləri vəkil vasitəsilə aidiyyatı qurumlara verdiyi sorğuların cavab məktubu və ödənişlər üzrə qəbzləri məhkəməyə təqdim etdiyini, ünvan 4 ünvanı üzrə 2021-ci il üçün 22 manat kommunal, 32 manat istilik olmaqla 54 manat, 2022-ci il üçün 25 manat kommunal 25 manat istilik olmaqla 50 manat, 2023-cü il üçün 33 manat kommunal, 38 manat istilik olmaqla 71 manat, 2024-cü il üçün 13 manat kommunal 37 manat istilik olmaqla 50 manat, 2025-ci il üçün 44 manat istilik olmaqla 44 manat olmaqla cəmi 269 manat, Naxçıvan şəhəri Əziz Əliyev küçəsi ev 9 (F Bloku) mənzil 8/1 üzrə 2021-ci il üçün lift və kommunal borcu 240 manat, 2022-ci il üçün lift və kommunal borcu 240 manat, 2023-cü il üçün lift və kommunal borcu 240 manat, 2024-cü il üçün lift və kommunal borcu 240 manat 2025-ci ilin sentyabr ayınadək 225 manat olmaqla cəmi 1185 manat ödəniş etmişdir. Hər iki mənzilin 2024-cü ilin mart-aprel ayı üzrə kirayə verilməsinə görə vergi xidmətinə ödədiyi məbləğin qəbzinin surətini və vergi xidmətindən məktubun surətini məhkəməyə təqdim etdiyini, 2024-cü il üzrə 126 manat vergi ödənişi aparmışdır. Ümumilikdə ödənilmiş xərclər (kommunal, lift pulu, istilik pulu və mənzillərin 2024-cü ilin mart-aprel ayı üzrə birgə gəlir əldə olunması üzrə üzərinə düşən vergi ödənişi) 1580 manat təşkil edir ki, onun da yarısı 790 manat təşkil etdiyini nəzərə çatdıraraq mübahisəni aydınlatmaq məqsədilə qeyd etdiklərimi nəzərə alıb iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Mülki iş üzrə təyin edilmiş məhkəmə iclaslarının vaxtı və yeri barədə Cavabdeh mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclaslarına gəlməmiş, iştirak etməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə yuxarıda qeyd edilən ərizələri nəzərə alaraq Cavabdeh iştirakı olmadan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarına əlavə olunmuş sübutlarla əlaqəli tədqiq edib və onlara obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin olunmalıdır. Məhkəmə iddia tələbinin qismən təmin edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli xx.xx.2025-ci il tarixli arayışdan aydın olur ki, Qəribov X4 Şəhəri, 11-ci məhəllə, döngə 15, ev 6 ünvanında qeydiyyatdadır. X2 ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli arayışa, əsasən, Cavabdeh sessiyada iştirak etməmişdir. Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Hüquqi şəxsinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət resyestrindən Çıxarışdan aydın olur ki, ünvan 7 ünvanında olan mənzil ½ hissədə X1 adına xx.xx.2022-ci il tarixdə, ½ hissədə İddiaçı adına xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Hüquqi şəxsinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət resyestrindən Çıxarışdan aydın olur ki, ünvan 8 ünvanında yerləşən mənzil ½ hissədə X1 adına xx.xx.2022-ci il tarixdə, ½ hissədə İddiaçı adına xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmışdır. Nikahın pozulması haqqında şəhadətnamədən aydın olur ki, İddiaçı ilə X3 arasındakı nikah 21 oktyabr 2022-ci il tarixdə 120 nömrəli qeyd əsasında pozulmuşdur. Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 19 aprel 2024-cü il tarixli **********233400 nömrəli məktubundan aydın olur ki, İddiaçı ünvan 3 və ünvan 9 ünvanında olan mənzillərin icarə müqaviləsi bağlamadan ayrı-ayrı şəxslərə kirayə verildiyi aşkarlanmışdır. Vətəndaş İddiaçı vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilmiş, yaranmış vergi öhdəliyinin büdcəyə ödənilməsi təmin edilməklə yanaşı, gələcəkdə əmlakların icarəyə verilməsi ilə bağlı vergi qanunvericiliyinin tələbləri izah edilməklə bu cür nöqsanlara yol verilməməsi diqqətinə çatdırılmışdır. Əlavə olaraq bildirilir ki, tərəflərindən aparılan araşdırma ilə Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, İş №2(078)-881/2021 nömrəli Qətnaməsinə əsasən yuxarıda qeyd olunan hər iki mənzillə Cavabdeh 1/2 hissəsinə payçı kimi müəyyən edildiyindən, həmin əmlakların icarəyə verilməsi zamanı qanunvericiliyin tələblərinə uyğun şəkildə icarə müqaviləsinin bağlanılması və yaranan vergi öhdəliyi üzrə digər payçı ilə yanaşı birgə məsuliyyət daşımağı diqqətinə çatdırılmışdır. Əks təqdirdə onun razılığı olmadan əmlakların kirayəyə verilməsi ilə bağlı mülki qaydada məhkəmə orqanlarına müraciət edə bilər. İddia ərizəsinə əlavə edilmiş Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-881/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı adına qeydiyyata alınmış ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 66.36 m2 olan 3 otaqlı mənzil, ünvan 10 ünvanında yerləşən ümumi sahəsi 61.19 m2 2 otaqlı mənzil, Şahbuz rayon, Nurs kəndində yerləşən 600 m2 həyətyanı torpaq sahəsi və 75-BE655 dövlət qeydiyyat nişanlı “HYUNDAİ İX 35” markalı avtomobil birgə nikah dövründə qazanılmış hesab edilməklə, X1 həmin əmlakların 1/2 hissəsinə payının müəyyən edilməsi qət edilmişdir. Elektron məhkəmə informasiya sistemi üzrə sözügedən mülki işin məlumatlarından aydın olur ki, həmin tələb üzrə 01 avqust 2022-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 2(102)-4177/2022 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. İddia ərizəsinə əlavə edilmiş Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-23/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən görünür ki, İddia tələbi qismən təmin edilmiş,İddiaçı Cavabdeh və İddiaçı paylı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 66.36 m2 olan mənzilin cavabdeh İddiaçı tərəfindən 2024-cü ilin mart-aprel ayında kirayəyə verilməsinə görə kirayə haqqı olan 600 (altı yüz) manat məbləğin yarısı, yəni 300 (üç yüz) manat və ünvan 12 ünvanında yerləşən ümumi sahəsi 61.19 m2 olan mənzilin cavabdeh İddiaçı tərəfindən 2024-cü ilin mart-aprel ayında kirayəyə verilməsinə görə kirayə haqqı olan 1000 (bir min) manat məbləğin yarısı, yəni 500 (beş yüz) manat olmaqla, ümumilikdə 800 (səkkiz yüz) manat məbləğində pul cavabdeh İddiaçı alınaraq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Naxçıvan MR Ali Məhkəməsi Mülki kollegiyasının 2(108)-74/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən görünür ki, Nəsirova (Qəribova) Şəlalə Fəxrəddin qızının cavabdeh İddiaçı Zü oğluna qarşı birgə nikah dövründə qazanılmış əmlakın bölünməsi tələbinə dair mülki ş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 15 yanvar 2025-ci il tarixli, 2(078)-2/2025 nömrə qətnaməsindən cavabdeh İddiaçı tərəfindən verilmiş apellyas 5 şikayəti qismən təmin edilsin. Naxçıvan Şəhər Məhkəməsinin 15 yanvar 2025-ci il tarixli, 2(078)-2/2025 nömrə qətnaməsi Şahbuz rayonu, Nursu kəndində sahəsi 600 kv.m olan həyətyanı torpaq sahəsindən iddiaçı Nəsirova (Qəribova) Şəlalə Fəxrəddin qızının 1/2hissədə payının naturada bölünməsi hissəsində dəyişdirilməsi, ekspert rəyinə əlavə olunmuş torpaq sahəsinin plan sxem üzrə cənub, yəni uzunluğu 28.67 metr olan sərhədin şərq başlanğıc nöqtəsindən 15.63 metr üzü cənub-qərbə doğru (həmin sərhədin aşağı hissəsinə), son nöqtədən 90 dərəcə bucaq altında 11 metr torpaq sahəsinin şimal hissəsinə doğru (yol istiqamətində), son nöqtədən 90 dərəcə bucaq altında şimal-şərqə doğru (torpaq sahəsinin 20.05 metr olan sərhədinə-yol birləşməsi istiqamətində) 1.64 metr, sonuncu nöqtədən 90 dərəcə bucaq altında 10.27 metr yol tərəfə (torpaq sahəsinin şimal-qərb sərhədinə doğru), son nöqtədən 90 dərəcə bucaq altında 13.30 metr şimal-şərq tərəfə (torpaq sahəsinin yol istiqamətinə düşən şimal sərhədinə doğru), son nöqtədən 20.05 metr şərqə doğru sərhəd xətti çəkilməklə torpaq sahəsi bərabər hissələrə bölünsün, həmin ½ hissə cavabdeh İddiaçı və torpaq sahəsinin digər 1½ hissəsi isə Nəsirova (Qəribova) Şəlalə Fəxrəddin qızına verilsin. Naxçıvan Şəhər Məhkəməsinin 15 yanvar 2025 -ci il tarixli, 2(078)-2/2025 nömrəli qətnaməsi qalmış hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarına əlavə edilmiş Naxçıvan MR Naxçıvan Şəhər İcra Hakimiyyəti 4 saylı Mənzil-İstismar İdarəsi tərəfindən verilmiş 20 iyun 2025-cü il tarixli, 04-148/2025 nömrəli məktubda bildirilir ki, İddiaçı paylı mülkiyyətində olan Naxçıvan şəhəri, Çənlibel məhəlləsi, ev-25, mənzil 34-də 2021- 2025-ci illər üzrə ayrı-ayrılıqda istilik və mənzilkommunal xidməti üçün ödədiyi ödənişlər barədə arayış Sizə təqdim olunur. İş materiallarına əlavə edilmiş Naxçıvan MR Naxçıvan Şəhər İcra Hakimiyyəti 4 saylı Mənzil-İstismar İdarəsi tərəfindən verilmiş 20 iyun 2025-cü il tarixli arayışdan aydın olur ki, Naxçıvan şəhəri Çənlibel məhəlləsi, ev 25, mənzil 34-də paylı mülkiyyətində olan İddiaçı 2021- 2025-ci illər ərzində 4 saylı Mənzil- İstismar İdarəsinə ümumilikdə 269 Azn ödəniş etmişdir. Kommunal və istilik xərcləri ödənişiləri illər üzrə 2021-ci ili tarixdə birgə 54 manat, 2022-ci ildə 50 manat, 2023-cü ildə 71 manat, 2024-cü ildə 50 manat, 2025-ci ildə 44 manat təşkil etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş 15 yanvar 2025-ci il tarixli məktubdan görünür ki, ünvan 3 və ünvan 13 ünvanlarda yerləşən İddiaçı məxsus 1/2 pay əmlaklarının icarəyə verilməsi ilə bağlı 2024-cü ilin mart-aprel aylarında ödənilmiş 126,0 manat ödəmə mənbəyindən verginin hansı gəlir məbləğindən ödədiyi ilə bağlı müraciətə (AVİS qeydiyyatı: xx.xx.2025-ci il tarixli **********158800 nömrəli) aidiyyəti üzrə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində baxılmışdır. xx.xx.2024-cü il tarixdə evlərin kirayəsi fəaliyyət növü üzrə Naxçıvan Şəhər Vergilər İdarəsində (VÖEN: **********) qeydiyyata alındığı müəyyən olunmuşdur. Tərəfindən ödənilmiş 126.0 manat vergi məbləği vergi orqanlarında qeydiyyata alınmamışdan əvvəl ödənildiyindən, həmin məbləğ şəxsi hesab vərəqəsində öz əksini tapmadığından, 2024-cü ilin 2-ci rübü üzrə təqdim etdiyi bəyannamədə qeyd olunan məbləğə hesablama verilməmiş və gəlir göstərilməmişdir. Daşınmaz əmlak üçün icarə haqqından, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 124.1-ci maddəsinə əsasən ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur. Naxçıvan Şəhər Məhkəməsinin verdiyi xx.xx.2025-ci il tarixli sorğuya cavab olaraq "xxxx" MMC-nin Mənzil Tikinti İdarəsi cavab olaraq bildirir ki, ünvan 14 ünvanının 2024-cü il üzrə lift və kommunal borcu yoxdur, ödənişlər vətəndaş İddiaçı tərəfindən ödənilib və ödənişlər barəsində qəbzlər İddiaçı təqdim edilib. Bundan əlavə olaraq məhkəmə onu da qeyd edir ki, “Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 23 fevral 2016-cı il tarixli qərarında qeyd olunur ki, mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazın predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Məhkəmənin yuxarıda qeyd olunan normativ hüquqi aktları qeyd etməkdə məqsədi tərəflərinin nəzərinə çatdırmaqdır ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-881/2021 nömrəli, xx.xx.2021-ci il tarixli və Naxçıvan MR Ali Məhkəməsi Mülki kollegiyasının 2(108)125/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnamələri və Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 2(102)-4177/2022 nömrəli 01 avqust 2022-ci il tarixli qərarı ilə müəyyən edilmiş hallar hazırki vəziyyətdə işə baxan məhkəmə üçün məcburi xarakter daşıyır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Həmin Məcəllənin 215.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 215.4-cü maddəsinə əsasən hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər. Həmin Məcəllənin 215.5-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Həmin Məcəllənin 216-cı maddəsinə əsasən mülkiyyətçilər arasında razılaşma ilə ayrı qayda nəzərdə tutulmayıbsa, paylı mülkiyyətdə olan əşyanın istifadəsindən götürülən bəhər, məhsul və gəlir ümumi əmlakın tərkibinə daxil olur və paylı mülkiyyətin mülkiyyətçilərinin paylarına uyğun surətdə onlar arasında bölüşdürülür. Həmin Məcəllənin 217.1-ci maddəsinə görə paylı mülkiyyətin hər bir mülkiyyətçisi vergilərin, rüsumların ödənilməsində və ümumi əmlak üzrə digər ödənişlərin verilməsində, habelə həmin əmlakın saxlanması və qorunması xərclərinin çəkilməsində öz payına uyğun surətdə iştirak etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə görə mülkiyyətçilərdən birinin zərurət olmadan və qalan mülkiyyətçilərin razılığını almadan çəkdiyi xərclərin əvəzi qalan mülkiyyətçilər tərəfindən ödənilməməlidir. Bu zaman yaranan mübahisələr məhkəmə qaydasında həll olunur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə mülkiyyətçilərin əksəriyyətinin razılığı ilə əşyanın dəyərini və işlənməyə yararlığını qorumaq üçün saxlama, təmir (bərpa) və təzələmə işləri aparıla bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad olunan maddənin mənasından göründüyü kimi sübut etmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının Mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Həmçinin həmin Qərarda formalaşdırılmış hüquqi mövqeyə əsasən Mülki- Prosessual Məcəllənin 14.1-ci maddəsində nəzərdə tutulmuş vəzifələr çərçivəsində işə baxan məhkəmə hansı halların iş üçün əhəmiyyət kəsb etdiyini, hansı tərəfin onları sübut etməli olduğunu və ya verilən tələbin təmin olunması üçün hansı halların sübut edilməli olduğunu tərəflərin istinad edib-etməməsindən asılı olmayaraq onlarla müzakirə etməlidir. Bu zaman hakimin tərəflərlə apardığı müzakirə, iddianın uğurluluğu perspektivi barədə izahlar verməsi və bununla bağlı işin məhkəmədən kənar həlli (barışıq yolu ilə) istiqamətində müzakirələr aparması hakimin baxılan məsələyə dair yekun qərar üzrə fikir bildirməsi kimi qiymətləndirilməməli və hakimə etiraz üçün əsas olmamalıdır. Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Qeyd edilən hüquq normalarının tələblərinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən qərarlarında təsbit olunmuş hüquqi mövqenin mövcud mülki mübahisənin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, iddia tələbinin əsasını sübut etmək vəzifəsi cavabdehin deyil, iddiaçının üzərinə düşür. İş materialları ilə müəyyən edilmişdir ki, tərəflər arasında mübahisəli əmlakların bölgüsü, pay hüquqlarının müəyyən edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 01 avqust 2022-ci il tarixli 2(102)-4177/2022 nömrəli qərarı ilə başa çatdığından, həmin qərarla apellyasiya instansiya məhkəməsinin mövcud qətnaməsi dəyişdirilmədən saxlanıldığından ödənilən kommunal və istilik ödənişləri məhz 01 avqust 2022-ci il tarixdən etibarən hər bir paylı mülkiyyətçinin payına münasibətdə hər bir tərəfin ödənilməsi vəzifəsi müəyyən edilməlidir. Ona görə ki, müvafiq qətnamələr həmin tarixdə kassasiya məhkəməsinin qərarı ilə qanuni qüvvəsini almış və tərəflər arasında birgə mülkiyyətə son qoyulmaqla əmlaklar paylı mülkiyyət hüququna keçirilmişdir. Həmin tarixdən sonra əmlaklar üzrə həyata keçirən sahiblik və istifadə hüquqlarında məhz paylı mülkiyyət hüququnun məxsusluğu əsasında bölgü aparılmalıdır. Baxmayaraq ki, həmin müddətdən keçən hazırki müddətə qədər sözügedən əmlaklara sahiblik və istifadə hüququnu yalnız İddiaçı həyata keçirmişdir, kommunal və istilik ödənişlərinin, lift ödənişlərini mənzilin saxlanılması xərcləri olması nəzərə alınmalı və mənzilin kim tərəfindən istifadə edilib-edilməməsindən asılı olmayaraq zəruri ödənilməli ödəniş olaraq qiymətləndirilməlidir. İddiaçı tərəfindən təqdim edilən sənədlərdən aydın olur ki, 2022-ci ilin avqust ayından etibarən artıq mübahisəli əmlaklar üzərində tərəflərin ½ hissədə paylı mülkiyyət hüquqları qətiləşmişdir. Həmin müddətə qədər İddiaçı tərəfindən aparılan kommunal ödənişlərlə bağlı məhkəmə qeyd edir ki, mübahisəli mənzillər iddiaçının şəxsi mülkiyyətində olmuş, tam mülkiyyət hüququ ilə ona məxsus olmuşdur. Bu müddətdə də ödənilən ödənişlər təbii ki, iddiaçının öz mülkiyyəti üzrə həyata keçirdiyi ödənişlər hesab edilməlidir və təqdim edilən həmin dövrə dair qəbzlərin heç bir hüquqi əhəmiyyəti yoxdur. Həmin vaxtdan sonra İddiaçı tərəfindən kommunal və lift ödənişləri olaraq Əziz Əliyev küçəsində yerləşən mənzil üzrə 01 avqust 2022-ci il tarixdən sonrakı müddətdən sonra avqust-dekabr aylarında hər ay 20 manat olmaqla 100 manat, 2023- cü il üzrə 220 manat, 2024-cü il üzrə 200 manat, 2025-ci il üzrə 160 manat, kommunal ödəniş olaraq 2023-cü il üzrə 25 manat, 2024-cü il üzrə 70 manat, 2025-ci il üzrə 80 manat ödəniş edilməsi barədə qəbzlər təqdim edilmişdir. ünvan 8 ünvanında olan paylı mülkiyyətdə olan İddiaçı 2021- 2025-ci illər ərzində 4 saylı Mənzil-İstismar İdarəsinə ümumilikdə 269 AZN ödəniş etmişdir. Ödəniş illər üzrə 2021-ci il tarixdə birgə 54 manat, 2022-ci ildə 50 manat, 2023-cü ildə 71 manat, 2024-cü ildə 50 manat, 2025-ci ildə 44 manat təşkil etmişdir. "xxxx" MMC tərəfindən verilən sorğuya cavab olaraq bildirilmişdir ki, ünvan 15 ünvanının 2024-cü il üzrə lift və kommunal borcu yoxdur, ödənişlər İddiaçı tərəfindən ödənilmişdir. 2024-cü ildə İddiaçı tərəfindən mübahisəli mənzillərin kirayə verilməsi nəticəsində 126 manat vergi ödənişi aparması müvafiq məktubla təsdiqini tapır. Məhkəmə qeyd edir ki, əmlakın kirayə verilməsi zamanı iddiaçı tərəfindən ödənilmiş 126 manat vergi ödənişini cavabdehdən tələb etməsi əsassızdır. Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə görə mülkiyyətçilərdən birinin zərurət olmadan və qalan mülkiyyətçilərin razılığını almadan çəkdiyi xərclərin əvəzi qalan mülkiyyətçilər tərəfindən ödənilməməlidir. Qeyd edilən vergi ödənişi iddiaçının öz istəyinə uyğun olaraq həmin dövrdə paylı mülkiyyətdə olan əmlakda tam sahiblik və istifadə hüquqlarının həyata keçirdiyi dövrdə əmlakları kirayə verməsi nəticəsində ödədiyi vergi ödənişidir ki, bu ödəniş cavabdehdən tutula bilməz. Belə ki, həmin mənzillərin kirayə verilməsində cavabdehin razılığı iş materialları ilə təsdiq edilmir. Bu halda mənzillər iddiaçının istəyinə əsasən kirayə verilmişdir ki, kirayə əsasında vergi ödənişi də məhz onun özünə aid edilməlidir. Beləliklə məhkəmə qeyd edir ki, ümumilikdə ünvan 15 ünvanı üzrə lift və kommunal xərclərin təqdim edilən sənədlər üzrə aylıq 20 manat olması nəzərə alınmaqla cəmi ödənilən 2022-ci ilin avqust ayından 2025-ci ilin iyun ayına (iddia qaldırılana qədər) vəsaitin 680 (altı yüz səksən) manat, ünvan 8 ünvanında olan paylı mülkiyyətdə olan mənzil üzrə kommunal xidmət haqqı olaraq 2022-ci ildə 50 manat, 2023-cü ildə 71 manat, 2024-cü ildə 50 manat, 2025-ci ildə 44 manat təşkil etməsi nəzərə alınaraq ümumilikdə 215 (iki yüz on beş) manat, cəmi ödənilən məbləğin 895 (səkkiz yüz doxsan beş) manat olması nəzərə alınmalıdır. Həmin məbləğin ½ hissəsi olan 447.5 (dörd yüz qırx yeddi manat əlli qəpik) məhz cavabdeh tərəfindən mübahisəli mənzillər üzrə ödənilməli olan kommunal xərclər hesab edilməli, həmin vəsait Cavabdeh Zülfüqar qızından tutularaq İddiaçı qaytarılmalıdır. İddia tələbinin qalan hissədə rədd edilməsi əsasları isə işin yuxarıda şərh olunmuş hallarında qeyd edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qalan hissədə əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddia qismən təmin edilməli olduğundan iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə müvafiq olaraq 18.33 (on səkkiz manat otuz üç qəpik) manat məbləğində hissəsi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddia qismən təmin edilməli olduğundan iddiaçı tərəfindən mediasiya prosesin zamanı ödənilmiş 50 (əlli) manat dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə müvafiq olaraq 25 (iyirmi beş) manat məbləğində hissəsi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hаllаrа və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia tələbi qismən təmin edilməli; -İddiaçı və Cavabdeh paylı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 66.36 m2 olan mənzilə dair kommunal ödənişlərin ödənilməsi barədə 215 (iki yüz on beş) manat məbləğin yarısı 107.5 (bir yüz yeddi manat əlli qəpik) manat və ünvan 12 ünvanında yerləşən ümumi sahəsi 61.19 m2 olan mənzilə dair lift və kommunal xərclərin ödənilməsinə dair vəsaitin 680 (altı yüz səksən) manat məbləğinin yarısı 340 manat olmaqla cəmi 447.5 (dörd yüz qırx yeddi manat əlli qəpik) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı verilməli; -iddia qalan hissədə əsassız olduğundan rədd edilməli; -iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə müvafiq olaraq 18.33 (on səkkiz manat otuz üç qəpik) manat məbləğində hissəsi Cavabdeh alınaraq İddiaçı verilməli; -iddiaçı tərəfindən mediasiya prosesin zamanı ödənilmiş 50 (əlli) manat mediasiya xərcinin iddianın təmin edilmiş hissəsinə müvafiq olaraq 25 (iyirmi beş) manat məbləğində hissəsi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 66.36 m2 olan mənzilə dair kommunal ödənişlərin ödənilməsi barədə 215 (iki yüz on beş) manat məbləğin yarısı 107.5 (bir yüz yeddi manat əlli qəpik) manat və ünvan 12 ünvanında yerləşən ümumi sahəsi 61.19 m2 olan mənzilə dair lift və kommunal xərclərin ödənilməsinə dair vəsaitin 680 (altı yüz səksən) manat məbləğinin yarısı 340 (üç yüz qırx) manat olmaqla cəmi 447.5 (dörd yüz qırx yeddi manat əlli qəpik) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı verilsin. İddia qalan hissədə əsassız olduğundan rədd edilsin. İddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə müvafiq olaraq 18.33 (on səkkiz manat otuz üç qəpik) manat məbləğində hissəsi Cavabdeh alınaraq İddiaçı verilsin. İddiaçı tərəfindən mediasiya prosesin zamanı ödənilmiş 50 (əlli) manat mediasiya xərcinin iddianın təmin edilmiş hissəsinə müvafiq olaraq 25 (iyirmi beş) manat məbləğində hissəsi Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar