Məhkəmə qərarları › İş №2(079)-121/2021

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-121/2021

15.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(079)-121/2021 15.04.2021 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X54 məhkəmə iclas katibliyi, Ərizəçi və onun vəkili Vəkil iştirakı ilə, Ərizəçi Babək rayon notariat ofisinə qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: Ərizəçi “08” fevral 2021-ci ildə ərizə ilə Babək Rayon Məhkəməsinə müraciət edərək atası X5 miras qalmış Babək rayonu, Yarımca kəndində yerləşən 2725 kvadrat metr torpaq sahəsi, onun üzərində olan ümumi sahəsi 93.4 kvadrat metrdən ibarət 2 otaqlı fərdi yaşayış evinin, həmçinin Babək Rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 1998-ci il tarixli qərarı ilə X6 adına verilmiş Babək rayonu, Yarımca kəndində yerləşən 4500 kvadrat metr kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin yalnız onun tərəfindən qəbul edilməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. O, müraciətini əsaslandıraraq qeyd etmişdi ki, atası X20 ilə X29 rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşlar. Özü daxil olmaqla ailədə 7 uşaq olub. X4 adına daşınmaz əmlakın dövlət reyestrində Babək rayonu, Yarımca kəndində 2725 kvadrat metr torpaq sahəsi, onun üzərində olan ümumi sahəsi 93.4 kvadrat metrdən ibarət 2 otaqlı fərdi yaşayış evi qeydiyyata alınmışdı. Bundan əlavə atasının adına daşınmaz əmlakın dövlət reyestrində 4500 kvadrat metr kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeydiyyata alınıb. X29 xx xxxxxx 1997-ci ildə, atası X20 xx xxxx 2000-ci ildə dünyasını dəyişmişdir. Atası rəhmətə getdikdən sonra ondan qeyd edilən əmlak miras qalıb. X7 vərəsələri arvadı X55 (vəfat edib), övladları X33 (vəfat edib), X8, X21 (vəfat edib), X22, X27, Ərizəçi Zeynalabdin oğlu və X17r. X23 rəhmətə getdikdən sonra vərəsə olaraq həmin miras əmlakı özü qəbul edib. Yəni o, doğulduğu gündən indiyədək həmin fərdi yaşayış evində yaşayır. Bunu digər vərəsələr də təsdiqləyə bilər. Bunun əyani sübutu olaraq aralarında mübahisə olmadığından bütün vərəsələr notariat orqanına müraciət edərək miras əmlakların onun adına sənədləşdirilməsi və ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün müraciət ediblər. Notariat orqanında vərəsələrin hamısı istər fərdi yaşayış evindən, istərsə də kənd təsərrüfatlı təyinatlı torpaq sahəsindən onların hər birinə çatan paya münasibətdə onun xeyrinə imtina etmələri barədə yazılı ərizə təqdim ediblər. Həmin ərizələr müvafiq notarius tərəfindən də təsdiqlənib. Lakin mirasın qəbulu ilə bağlı qanunla müəyyən olunmuş müddət buraxdığından notarius müraciətin əsaslı olmadığı bildirilmiş və ona vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən rəsmi qaydada imtina etmişdi. Mirası faktiki olaraq yalnız özünün qəbul etdiyini, atasının rəhmətə getməsindən sonra miras əmlakda yaşamış və bu gün də yaşamağa davam etmişdi. Bununla da həmin miras əmlakı qəbul etdiyimi şəksiz nümayiş etdiyini düşünür. Ərizəçi məhkəmədə verdiyi izahatında 1960-cı ildə Yarımca kəndində yerdə anadan olduğunu, hazırda həmin kənddə yaşadığını, atasının X23, anasının isə X50 olduğunu, ata nənəsinin Fatma, ata babasının Tarverdi olduğunu, onların çoxdan rəhmətə getdiyini, onların ölməsini təsdiq edən sənədin mövcud olmadığını, atası Zeynalabdınla anası Fatmanın birgə nikahından yeddi uşağın dünyaya gəldiyini, özünün onların sonuncu oğul övladı olduğunu, anası Fatmanın 1997-ci ildə, atası Zeynalabdının isə 2000-ci ilin iyul ayının 31-də rəhmətə getdiyini, atasından üç daşınmaz əmlakın miras qaldığını, həmin əmlakın Babək rayonu, Yarımca kəndində yerləşən 2725 kvadrat metr torpaq sahəsi, onun üzərində olan 93,4 kvadrat metr fərdi yaşayış evi və 4500 kvadrat metr kənd təsərrüfatlı təyinatlı torpaq sahələrindən ibarət olduğunu, valideynləri sağlığında sahəsi 2725 kvadrat metr olan torpaq sahəsində tikilmiş evdə yaşadıqlarını, özünün də doğulduğu bir gündən bu günədək orda qaldığını, evin sonuncu oğul övladı olduğundan həmin evdə yaşayaraq mirası qəbul etdiyini, atasının sağ vaxtı sahəsi 2725 kvadrat metr olan torpaq sahəsində tikilmiş tikililərlə hazırda mövcud olan tikililərin eyni olduğunu, digər bacı-qardaşlarının miras əmlakı onun tərəfindən qəbul etməsinə etirazlarının olmadığını bu barədə onların hər birinin ərizə verdiyini, atasının vərəsələrindən miras qoyanın oğlu, özünün isə qardaşları olan Cəfər və Məhərrəmin öldüyünü, miras əmlakı öz adına sənədləşdirmək üçün Babək Rayon Notariat ofisinə müraciət etdiyini, lakin qardaşı Mustafayev Cəfərin doğum akt qeydinin tapılmadığından bunu həyata keçirə bilmədiyini, Cəfərin sağ vaxtında atasından qalan miras əmlakdan imtina etməsi barədə ərizə verdiyini, onun 2020-ci ilin dekabr ayının 7-də rəhmətə getdiyini, atasından miras qalan həyətdə özünün üzüm bağı saldığını ora özünün qulluq etdiyini, sahəsi 4500 kvadrat metr olan torpaq sahəsində əvvəllər taxıl əkdiyini, son zamanlar isə oranı icarəyə verdiyini, bildiyinə görə atasının sağ vaxtında vəsiyyətnamə tərtib etmədiyini, miras qoyanın bütün vərəsələrin 2014-cü ildə atası Mustafayev Zeynalabdından miras qalmış əmlakdan onun xeyrinə imtina etməsi barədə ərizə verdiklərini, onların heç birinin miras əmlaka dair tələbi olmadığını, hər birinin özünün ayrıca evi olduğunu, bacı-qardaş kimi hamısının mehriban yaşadığını, sadəcə olaraq müəyyən sənədlərin yerində olmamasından miras əmlakı adına sənədləşdirə bilmədiyini qeyd edib, yekunda mirasın yalnız onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iş üzrə maraqlı şəxs Babək rayon notariat ofisinə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq həmin orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdi. Maraqlı şəxs Babək Rayon Notariat ofisinin nümayəndəsi X59 əvvəlki məhkəmə iclasında verdiyi izahatında Ərizəçi xx xxxxxxxx 2020-ci ildə notariat ofisinə atasından qalan miras əmlakın qəbul edilməsi ilə bağlı müraciət etdiyini, həmin vaxt vərəsələr arasında mübahisə olmasa da Zeynalabdın Mustafayevin böyük oğlu Cəfərin doğum akt qeydi ona təqdim edilmədiyindən, həmçinin miras qoyanın qızı olduğunu bildirilən Nazlıbaharın ata adının Zeynalabdın yox, Zeynal kimi yazıldığından, bunlar isə həmin şəxslərin miras qoyanın vərəsələri olmasını müəyyən etməsinə çətinlik yaratdığından, bundan başqa Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən edilmiş mirasın qəbul edilməsi müddəti buraxıldığından və bu hallar da özlüyündə Ərizəçi vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə mane olduğundan ərizəçiyə müvafiq şəhadətnamə verilməsindən imtina etdiyini, miras qoyan tərəfindən sağ vaxtı notariat ofisinə hər hansı vəsiyyətnamə tərtib edilib təqdim edilmədiyini bildirmişdi. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələbinə əsaslanmaqla maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarını tədqiq edən, işdə iştirak edən şəxslərin izahatlarını və şahid ifadələrini dinləyən məhkəmə müəyyən edir ki, miras qoyan X6 Fatma Qurban qızı ilə nikah bağlaması, həmin nikahdan X33, X8, X21, X22, X27, Ərizəçi Zeynalabdin oğlu və X28 adlı uşaqların dünyaya gəlməsi, X35 xx xxxxxx 1997-ci ildə, miras qoyanın xx xxxx 2000-ci ildə, X9 xx xxxxxx 2016-cı ildə və X24 xx xxxxxx 2020-ci ildə ölməsi, miras qoyan X6 mülkiyyətində Babək rayonu, Yarımca kəndində yerləşən 2725 kvadrat metr torpaq sahəsi, onun üzərində yerləşən ümumi sahəsi 93.4 kvadrat metr olan 2 otaqlı fərdi yaşayış evinin, həmçinin 4500 kvadrat metr kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Bunlar iş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş aşağıdakı sənədlərlə müəyyən olunur: - Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, İ-JE seriyalı, 241216 nömrəli nikah haqqında akt qeydindən çıxarışdan X23 ilə Fatma Qurban qızının xx xxxxxx 1962-ci ildə nikaha daxil olması, bunun akt qeydləri kitabında 01 nömrə ilə qeyd edilməsi və nikah bağlanması zamanı Fatma Qurban qızının özünə X3 seçməsi; - Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, AA seriyalı, 559554 nömrəli doğum haqqında akt qeydindən çıxarışdan X18 xx xxxxxx 1947ci ildə doğulması, bunun akt qeydləri kitabında 11 nömrə ilə qeydə alınması, onun atasının X43, anasının isə X50 olması; - Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, DŞ seriyalı, 033792 nömrəli doğum haqqında akt qeydindən çıxarışdan X10 xx xxxxxxx 1953cü ildə doğulması, bunun akt qeydləri kitabında 30 nömrə ilə qeydə alınması, onun atasının X23, anasının isə X50 olması; - Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, İJ seriyalı, 174633 nömrəli doğum haqqında akt qeydindən çıxarışdan X11 xx xxxxxx 1955ci ildə doğulması, bunun akt qeydləri kitabında 41 nömrə ilə qeydə alınması, onun atasının X23, anasının isə X50 olması; - Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, İJ seriyalı, 427582 nömrəli doğum haqqında akt qeydindən çıxarışdan X13 xx xxxxxxx 1957ci ildə doğulması, bunun akt qeydləri kitabında 59 nömrə ilə qeydə alınması, onun atasının X23, anasının isə X50 olması; - Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, AZ seriyalı, 074594 nömrəli doğum haqqında akt qeydindən çıxarışdan X14 xx xxxxxx 1962ci ildə doğulması, bunun akt qeydləri kitabında 10 nömrə ilə qeydə alınması, onun atasının X23, anasının isə X50 olması; - Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, İ-İE seriyalı, 926176 nömrəli doğum haqqında akt qeydindən çıxarışdan Ərizəçi xx xxxxxxx 1960-cı ildə doğulması, bunun akt qeydləri kitabında 64 nömrə ilə qeydə alınması, onun atasının X23, anasının isə X50 olması; - Babək Rayon İcra Hakimiyyətinin Yarımca kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli, 690 nömrəli, xx xxxxxx 2020-ci il tarixli, 964 və 965 nömrəli arayışlardan Babək rayonu, Yarımca kənd sakinləri Cəfər Mustafayev, Nazlıbahar Mustafayeva, Məhərrəm Mustafayev, Zenfira Mustafayeva, Səkinə Mustafayeva, Ərizəçi və Elmira Mustafayevanın atasının X23, anasının isə X50 olması; - Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, İV-JQ seriyalı, 446704 nömrəli ölüm haqqında akt qeydindən çıxarışdan X35 xx xxxxxx 1997-ci ildə ölməsi; - Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, V-JQ seriyalı, 337649 nömrəli ölüm haqqında akt qeydindən çıxarışdan X6 xx xxxx 2000-ci ildə ölməsi; - Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, AZ-İ seriyalı, 597466 nömrəli ölüm haqqında akt qeydindən çıxarışdan X10 xx xxxxxx 2016-cı ildə ölməsi; - Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, AZ-İİ seriyalı, 084624 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X25 xx xxxxxx 2020-cı ildə ölməsi; - Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 511 nömrəli məktubdan, Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx xxxx 2014-cü il tarixli, MH seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan və Babək Rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 1998-ci il tarixli, 08A nömrəli qərarı əsasında X15 verilmiş JN 125 nömrəli, 10312018 kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktının təsdiqləmiş surətindən X6 adına xx xxxx 2014-cü il tarixdə Babək rayonu, Yarımca kəndində 2725 kvadrat metr torpaq sahəsi, onun üzərində yerləşən ümumi sahəsi 93.4 kvadrat metr olan 2 otaqlı fərdi yaşayış evinin və Babək Rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 1998-ci il tarixli 08A nömrəli qərarı əsasında 4500 kvadrat metr kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin qeydiyyata alınması aydın olur. Ərizəçinin müraciəti isə mərhum atası X5 qalmış miras əmlakın yalnız özü tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi ilə bağlıdır. Müraciətin hüquqi həlli ilə bağlı məhkəmə ilk olaraq onu bildirir ki, iş materiallarından miras qoyan X6 xx xxxx 2000-ci ildə ölməsi aydın olur. Bu isə o deməkdir ki, ərizəçinin müraciəti miras qoyanın öldüyü vaxt qüvvədə olan maddi hüquq normalarına uyğun olaraq həll edilməlidir. Çünki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Prosessual normanın qeyd edilən tələbindən yola çıxan məhkəmə qeyd ki, hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq norması kimi 1964-cü ildən xx xxxxxxxx 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikası SSR Mülki Məcəlləsinin müvafiq normaları tətbiq edilməlidir. Məhkəmə ərizəçinin tələbinin hüquqi həlli ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi və digər tərəfdən vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Mirasın qəbul edilməsi üçün ilkin şərt mirasın açılmasıdır. Belə ki, 2000-ci ilin sentyabr ayının 1-dək qüvvədə olan Azərbaycan Respublikası SSR Mülki Məcəlləsinin 528-ci maddəsinin məzmunundan aydın olur ki, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Mülki iş materialları ilə miras qoyan X6 xx xxxx 2000-ci ildə ölməsi sübuta yetirilir. Yəni onun ölümü ilə miras açılmış və bu andan sonra miras əmlak üzrə müəyyən şəxslərvərəsəliyə çağırılan şəxs (mümkün vərəsə) subyektiv vərəsəlik hüququnu həyata keçirmək və miras əmlakı əldə etmək imkanı qazanmışdı. 2000-ci ilin sentyabr ayının 1-dək qüvvədə olan mülki qanunvericiliyinə görə vərəsəlik anlayışı altında, ölmüş şəxsin əmlakının qanun üzrə və ya vəsiyyət üzrə başqa şəxslərə (vərəsələrə) keçməsi başa düşülür. Vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin (maddə 527). Müraciətin məhkəmədə araşdırılması zamanı miras qoyan X23 tərəfindən vəsiyyətnamə tərtib edilmədiyi müəyyən edilmişdi. Bu isə o deməkdir ki, hazırkı vəziyyətdə vərəsəliyin qanunla müəyyən edilmiş əsası tətbiq edilməlidir. Qanun üzrə vərəsələrin dairəsi Azərbaycan Respublikası SSR Mülki Məcəlləsinin 530-cu maddəsində öz əksini tapmışdır. Həmin maddəyə əsasən miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyan şəxsin ölümündən sonra doğulan uşaqlar qanun üzrə vərəsələr sayılır. Bundan əlavə hazırda qüvvədə olan mülki qanunvericilikdən fərqli olaraq 2000-ci sentyabr ayının 1-dək qüvvədə olan mülki qanunvericilikdə qanun üzrə vərəsəliyin iki növbəsi müəyyən edilib. Həmin Məcəllənin 532-ci maddəsinin mahiyyətinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar. Məhkəmə onu da qeyd edir ki, həmin Məcəllənin 533-cü maddəsinin tələbinə əsasən birinci növbə vərəsələr olmadıqda və ya onlar mirası qəbul etmədikdə, habelə onların hamısı vəsiyyət edən tərəfindən vərəsəlik hüququndan məhrum edildikdə, ölənin bacı-qardaşları, habelə onun həm ata, həm də ana tərəfindən babası və nənəsi, ulu babası və ulu nənəsi vərəsə olurlar. Qanunvericiliyin sadalanan tələblərini iş materialları ilə əlaqələndirən məhkəmə bildirir ki, X23 xx xxxx 2000-ci ildə öldüyü zaman onun sağ qalan övladları X33, X32, X21, X22, X27, Ərizəçi Zeynalabdin oğlu və X28 qanun üzrə vərəsəsi sayılır. Belə ki, mülki iş materiallarına əlavə edilmiş və işin müəyyən edilmiş hallarının təsdiqi zamanı qeyd edilən doğum, nikah və ölüm haqqında akt qeydindən çıxarışlardan və Babək Rayon İcra Hakimiyyətinin Yarımca kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli, 690 nömrəli, xx xxxxxx 2020-ci il tarixli, 964 və 965 nömrəli arayışlarından miras qoyan mərhum X6 yuxarıda qeyd edilən vərəsələrinin olması sübuta yetirilir. Vərəsələr sırasında Nazlıbahar Mustafayevanın ata adının Zeynal yazılmasına hüquqi münasibət bildirən məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxx 2021-ci il tarixli, İ-İE seriyalı, 278207 nömrəli akt qeydindən çıxarışdan X18 xx xxxx 1968-ci il tarixdə X48 ilə nikaha daxil olması və həmin vaxt ərinin soyadını, yəni “Seyidova” soyadını seçməsi aydın olur. Elektron Məhkəmə İnformasiya Sistemi üzrə Şahid1 barəsində edilmiş axtarışın nəticəsi üzrə Babək rayonu, Yarımca kəndində anadan olan bir şəxs barəsində məlumat tapılmışdı. Şahid1bdın qızı üzrə edilmiş axtarışın nəticəsində isə həmin adda şəxs müəyyən edilməmişdi. Babək Rayon İcra Hakimiyyətinin Yarımca kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli, 690 nömrəli, xx xxxxxx 2020-ci il tarixli, 964 və 965 nömrəli arayışlarda isə vərəsə kimi X12 qeyd edildiyindən, Elektron Məhkəmə İnformasiya Sistemi ilə sonuncu ad üzrə sorğu edilmiş və axtarışın nəticəsi olaraq həmin şəxs barəsində məlumat aşkar edilməmişdi. Həmçinin məhkəmə iclasında dindirilmiş şəxslər də Nazlıbahar Mustafayevanın X6 qızı olduğunu qeyd etmişlər. Bu qeyd edilənlərin ümumi nəticəsi olaraq məhkəmə hesab edir ki, Nazlıbahar X2 vərəsəsi olmamasına şübhə yaranmır. X25 isə barəsində doğum haqında akt qeydinin aparılmaması ərizəçinin hüquqların həyata keçirilməsi üçün mane ola bilməz. Miras qoyanın vərəsələrinin dairəsi müəyyən edildikdən sonra miras əmlakın dairəsi ilə bağlı məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilənlərdən X6 mülkiyyətində Babək rayonu, Yarımca kəndində 2725 kvadrat metr torpaq sahəsi, onun üzərində yerləşən ümumi sahəsi 93.4 kvadrat metr olan 2 otaqlı fərdi yaşayış evi və 4500 kvadrat metr kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin olması müəyyən edilir. Miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, 2000-ci ilin sentyabr ayının 1-dək qüvvədə olan Azərbaycan Respublikası SSR Mülki Məcəlləsinin 552-ci maddəsinə görə mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Qanunvericiliyin yuxarıda qeyd edilən maddi hüquq normasından görünür ki, Azərbaycan Respublikasının qüvvədən düşən mülki qanunvericiliyi mirasın qəbul edilməsinin iki üsulunu - formal, yəni notariat kontoruna ərizə verməklə və qeyri-formal– faktiki cəhətdən qəbul edilmə üsulunu müəyyənləşdirir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu, yəni onu faktiki olaraq qəbul etmək isə iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Mirasın faktiki qəbulu üsulu odur ki, bu üsul əsasında vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib olur, onun üzərində fiziki “ağalıq” edir. Yəni bu hərəkətlərdən mirası qəbul etməsi açıq-aşkar görünür və bəlli olur. Mirasın faktiki idarə edilməsi isə üsulu isə o deməkdir ki, vərəsənin etdiyi elə hərəkətdir ki, bu hərəkətləri adətən o öz mənafeyi üçün əmlakın saxlanılması və normal təsərrüfatın aparılması üçün edir. Müraciətin məhkəmə araşdırılması zamanı müəyyən olunur ki, Ərizəçi mirası qeyriformal üsulla qəbul etmişdi. Yəni, iş üzrə o, mirasa həm faktiki sahiblik etməklə, həm də onu faktiki idarə etməklə qəbul edib. Bu fakt həm işdə iştirak edən şəxsin məhkəmədə verdiyi izahatı ilə, həm də məhkəmədə dindirilmiş şahid ifadələri, həmçinin digər sübutlarla öz təsdiqini tapır. Belə ki, Şahid1 məhkəmədə verdiyi ifadəsində 1947-ci ildə Yarımca kəndində anadan olduğunu, hal-hazırda həmin kənddə yaşadığını, atasının Zeynalabdın, anasının isə Fatma olduğunu, onların hər iksinin rəhmətə getdiyini, doğum şəhadətnaməsində ata adının nə üçün Zeynal yazıldığından məlumatsız olduğunu, ilini tam dəqiq xatırlamasa da təqribən 1962-1963-cü illərdə ailə qurduğunu, həmin vaxt yoldaşı Miribrahim Seyidovun soyadını seçdiyini, ata anasının yeddi övladı, yəni dörd qızı, üç oğlunun olduğunu, qardaşlarından Cəfər və Məhərrəmin dünyasını dəyişdiyini, atası Zeynalabdının sağ ikən Babək rayonu, Yarımca kəndində yaşadığını, onun atasının adı Tarverdi, anasının adı isə Fatma olduğunu, özünün dünyaya gəldiyi zaman onlar sağ olmadığından heç birini görmədiyini, atası sağ ikən onun yaşadığı evdə qardaşı Qafarın qaldığını və onun hazırda da ailəsi ilə birlikdə orda yaşadığını, atasından həm ev, həm torpaq sahəsinin miras qaldığını, ondan miras qalmış evin iki otaq, bir salondan ibarət olduğunu, atasının yas xərcini Qafarın çəkdiyini, ərizəçidən başqa digər bacı-qardaşların mirası qəbul etmədiyini, belə bir fikirlərinin də olmadığını, buna dair aralarında heç bir mübahisə yaranmadığını, hər birinin miras paydan imtina etməsi ilə bağlı ərizə verdiyini bildirdi. Şahid4 məhkəmədə verdiyi ifadəsində ərizəçinin onun əmisi olduğunu, lakin buna baxmayaraq aralarında yaş fərqinin az olduğundan demək olar ki, onunla birlikdə Babək rayonu, Yarımca kəndində yaşayıb böyüdüklərini, digər əmilərinin ailə qurub öz evlərinə köçdükdən sonra ata ocağında Qafarın qaldığını, babasının X36, nənəsinin isə X50 olduğunu, özünün dünyaya gəldiyi zaman onlar sağ olmadığından heç birini görmədiyini, onların hər ikisinin rəhmətə getdiyini, Qafarın həm babası Zeynalabdının sağ vaxtı, həm də onun ölümündən sonra Zeynalabdın Mustafayevə məxsus evdə yaşadığını, atası Cəfərin miras qoyanın böyük övladı olduğunu, 2020-ci ilin dekabr ayında onun öldüyünü, Cəfərin iki oğlu, dörd qızı, özünün onun böyük övladı olduğunu, atasının sağ vaxtı babası Zeynalabdından qalan mirası qəbul etmədiyini, əksinə ondan imtina barədə ərizə verdiyini, babasından bildiyinə görə torpaq sahəsi və evin miras qaldığını, ondan əmisi Qafarın istifadə etdiyini, babası Zeynalabdın və nənəsi Fatmanın sağ vaxtı onlara əmisi Qafar qulluq etdiyindən babasından qalan mirasın də ona verildiyini, atası Cəfərin sağ ikən əmisi Qafardan da pay istəmədiyini bildirdi. Şahid3 məhkəmədə verdiyi ifadəsində Babək rayonu, Yarımca kənd bələdiyyəsi yarandığı gündən onun sədri işlədiyini, miras qoyan Zeynalabdın Mustafayevin onun qayınatası olduğunu, belə ki, onun qızı Zenfira Mustafayeva ilə 1971-ci ildə ailə qurduğunu, qayınanasının isə X50 olduğunu, hazırda həm qayınatası, həm də qayınanasının rəhmətə getdiyini, onların yeddi övladının olduğunu, oğlanları Cəfər və Məhərrəmin öldüyünü, onların böyük oğul övladının Cəfər, qız övladının isə Nazlıbahar olduğunu, özü Zenfira ilə ailə quranda həmin vaxt miras qoyanla birlikdə onun oğlanları Qafar və Cəfərin yaşadığını, qısa müddət sonra Cəfərin ailə quraraq öz evinə köçdüyünü, Zeynalabdın Mustafayev öldükdən sonra ona məxsus evdə Qafarın öz ailəsi ilə birlikdə qaldığını, bu günədək hər hansı qaynı və baldızının miras qoyandan qalmış əmlakdan pay istəməsinin şahidi olmadığını, arvadı Zenfiranın da miras əmlakdan qardaşı Qafarın xeyrinə imtina etməsi barəsində ərizə verdiyini, Zeynalabdın öləndən sonra ondan qalan əmlakla bağlı bələdiyyəyə vergiləri Qafarın ödədiyini, qayınatasından iki otaqdan ibarət ev və torpaq sahələrinin miras qaldığını, özü neçə ildir kürəkən kimi onların evinə gedibgəldiyindən mirasın qalmış evdə Qafar qaldığının şahidi olduğunu qeyd etdi. Şahid2 məhkəmədə verdiyi ifadəsində 16 ildir ki, Babək Rayon İcra Hakimiyyətinin Yarımca kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində işlədiyini, Ərizəçilə eyni kənddə, yəni Babək rayonu, Yarımca kəndində yaşadığını, onun atasının Zeynalabdın Mustafayev olduğunu, vaxtını xatırlamasa da onun öldüyünü bildiyini, miras qoyanın yeddi övladı olduğunu, onlardan Cəfər və Məhərrəmin öldüyünü, Zeynalabdın öləndən sonra ondan həyətyanı sahə və çöl torpaqları, həmçinin yaşadığı evin miras qaldığını, Zeynalabdının sağ vaxtı Qafarla birlikdə yaşadığını, onun ölümündən sonra Qafarın ailəsi ilə birlikdə miras qoyana məxsus evdə qaldığını, həmin daşınmaz əmlakla bağlı kommunal xərcləri həmişə Qafarın ödədiyini, Zeynalabdın Mustafayevin arvadının Fatma Mustafayeva olduğunu və onun öldüyünü, Nazlıbahar və Cəfərin həqiqətən də Fatma və Zeynalabdının uşaqları olduğunu, miras qoyanın ölümündən sonra onun uşaqları arasında bu günədək miras əmlakla bağlı hər hansı mübahisənin olmasının şahidi olmadığını, ümumiyyətlə onların övladlarının kənddə mehribançılığı ilə seçildiyini bildirdi. Dindirilmiş şahid ifadələrini iş materiallarına əlavə edilmiş sənədlər, həmçinin ərizəçinın izahatı ilə əlaqəli şəkildə tədqiq edərək məhkəmə bildirir ki, onların ifadələrində qeyd etdiyi iş üçün əhəmiyyətli olan xüsusatlar digər sübutlarla da öz təsdiqini tapdığından onları ifadələri sübut kimi qəbul edilən hesab edir. 2000-ci ilin sentyabr ayının 1-dək qüvvədə olan Azərbaycan Respublikası SSR Mülki Məcəlləsinin 552-ci maddəsində mirası qəbul etməyə yönələn hərəkətlərin vərəsəlik açılan gündən altı ay müddətində edilməli olması müəyyən edildiyindən, qeyd edilən normanın tələbindən yola çıxan məhkəmə bildirir ki, ərizəçi atasından miras qalan əmlakın qəbul edilməsi ilə bağlı müvafiq hərəkətləri 2001-ci ilin yanvar ayının 31-dək edə bilərdi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 2000-ci il tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 99-cu bəndinə görə əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: -vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; -mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; -mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; -miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər. Həmin normanı mülki iş materialları ilə əlaqəli şəkildə tədqiq edən məhkəmə qeyd edir ki, Babək Rayon İcra Hakimiyyətinin Yarımca kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2021-ci il tarixli, 127 nömrəli arayışdan Ərizəçi miras əmlakın yerlədiyi yerdə, yəni, Babək rayonu, Yarımca kəndində yaşaması müəyyən edilir. Həmçinin işə əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş sənədlərdən görünür ki, Ərizəçi miras açıldıqdan sonra Babək rayonu, Yarımca kəndində yerləşən miras əmlak üçün sığorta haqqını və kommunal xidmətlər üçün haqların ödəyərək miras əmlakı idarə və ona sahiblik etmişdi. Bu fakt Babək Rayon İcra Hakimiyyətinin Yarımca kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli, 691 nömrəli arayışı ilə öz təsdiqini tapır. Yuxarıda qeyd edilənləri ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, mərhum X5 miras qalmış Babək rayonu, Yarımca kəndində yerləşən 2725 kvadrat metr torpaq sahəsi, onun üzərində olan ümumi sahəsi 93.4 kvadrat metrdən ibarət 2 otaqlı fərdi yaşayış evi və 4500 kvadrat metr kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Ərizəçi tərəfindən qəbul edilməsi faktı əsaslı olduğundan müəyyən edilməlidir. Məhkəmə onu da işdə iştirak edən şəxslərin nəzərinə çatdırır ki, 2000-ci ilin sentyabr ayının 1-dək qüvvədə olan Azərbaycan Respublikası SSR Mülki Məcəlləsinin 552-ci maddəsinə əsasən qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Ərizəçi müraciətində miras əmlakın yalnız onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsini xahiş etdiyindən, müraciətin bu hissəsinə münasibət bildirən məhkəmə aşağıdakıları qeyd edir. İşin məhkəmədə araşdırılmış hallarından müəyyən edilir ki, X5 miras qalmış əmlaka vərəsəliyə çağırılmanın qanun üzrə əsası mövcuddur. Qanun üzrə vərəsələrin dairəsi Azərbaycan Respublikası SSR Mülki Məcəlləsinin 530-cu maddəsinə görə miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyan şəxsin ölümündən sonra doğulan uşaqlar qanun üzrə vərəsələr sayılır. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar. Miras qoyan X23 isə xx xxxx 2000-ci ildə öldüyü zaman onun sağ qalan vərəsələri X33, X32, X21, X22, X27, Ərizəçi Zeynalabdin oğlu və X28 idi. Mirasın açıldığı vaxt vərəsələrdən X26 və X16 olduğundan və onlar 2000-ci ilin sentyabr ayının 1-dək qüvvədə olan Azərbaycan Respublikası SSR Mülki Məcəlləsinin 554-cü maddəsində qeyd edilən (irsi transmissiya) şəxslərin dairəsinə daxil olmadığından onların uşaqları vərəsəliyə çağırıla bilməz. İş materiallarına əlavə edilmiş miras qoyanın öldüyü vaxt sağ olan vərəsələri X33, X32, X21, X22, X27, Ərizəçi Zeynalabdin oğlu və X28 tərəfindən verilmiş və notarial qaydada təsdiq edilmiş xx xxxx 2014-cü il tarixli ərizələrdən onların X5 miras qalan əmlakı-Babək rayonu, Yarımca kəndində olan 2725 kvadrat metr torpaq sahəsi, onun üzərində yerləşən ümumi sahəsi 93.4 kvadrat metrdən ibarət 2 otaqlı fərdi yaşayış evi və 4500 kvadrat metr kənd təsərrüfatı təyinatlı torpaq sahəsini qəbul etməməsi müəyyən edilir. İşin qeyd edilən faktiki halını nəzərə alan məhkəmə ərizəçinin müraciətinin qeyd edilən hissədə də əsaslı sayır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -ərizə təmin edilməli; -X5 miras qalmış Babək rayonu, Yarımca kəndində yerləşən 2725 (iki min yeddi yüz iyirmi beş) kvadrat metr torpaq sahəsi, onun üzərində olan ümumi sahəsi 93.4 (doxsan üç tam, onda dörd) kvadrat metrdən ibarət 2 (iki) otaqlı fərdi yaşayış evi və Babək rayonu, Yarımca kəndində yerləşən 4500 (dörd min beş yüz) kvadrat metr kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin yalnız Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i : Ərizə təmin edilsin. X5 miras qalmış Babək rayonu, Yarımca kəndində yerləşən 2725 (iki min yeddi yüz iyirmi beş) kvadrat metr torpaq sahəsi, onun üzərində olan ümumi sahəsi 93.4 (doxsan üç tam, onda dörd) kvadrat metrdən ibarət 2 (iki) otaqlı fərdi yaşayış evi və Babək rayonu, Yarımca kəndində yerləşən 4500 (dörd min beş yüz) kvadrat metr kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin yalnız Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:- Zamiq Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar