Məhkəmə qərarları › İş №2(079)-13/2025

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-13/2025

10.03.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-13/2025 10.03.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Hakim İsmayıl Günay Mikayıl qızının sədrliyi ilə, X10 məhkəmə iclas katibliyi ilə, İddiaçı Rəşad oğlu, Cavabdeh2 nümayəndəsi Nümayəndə1, cavabdeh Babək rayon Qahab kənd orta məktəbinin direktoru Nümayəndə2 və X1nın iştiraları ilə, İddiaçı Rəşad oğlunun Cavabdeh2nə qarşı dərsdənkənar məşğələnin, dərnəyin, əmək haqqına əlavənin və ixtisasa uyğun dərsin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Rəşad oğlu 26 avqust 2024-cü il tarixdə ərizə ilə Babək Rayon Məhkəməsinə müraciət edərək dərsdənkənar məşğələnin verilməsi, dərnəyin verilməsi, sertifikasiya imtahanın nəticələrinə görə əmək haqqının 10%-i əlavəsinin verilməsi və ixtisasa uyğun dərslərin verilməsi öhdəliyinin Cavabdeh2 üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı, iddiasını əsaslandıraraq qeyd etmişdir ki, mən İddiaçı 15 sentyabr 2017-ci il tarixindən Naxçıvan MR Təhsil Nazirliyinin əmri ilə Babək rayon Qahab kənd tam orta məktəbinə hərbi rəhbər təyin olunmuşam. 2018-ci ildə əlavə 2-ci ali təhsil almaq üçün X3 “İbtidai sinif müəllimliyi" ixtisasına qəbul olmuşam və 2022-ci ildə X4 bitirmişəm. 2017-ci ildən hərbi rəhbər işlədiyim dövrdə daima gənclərimizin arasında hərbi vətənpərvərlik ruhunda yetişdirilməsi üçün təbliğat işlərimi yüksək səviyədə yerinə yetirmişəm. Bunun üçün də hər zaman Ulu Öndərimizin adını daşıyan Heydər Əiiyev adına Hərbi liseyə və hərbi peşə yönümlü ixtisaslara sənəd verən şagirdlərim qəbul olunmuşdur. Bildiyiniz kimi, Nazirlər Kabinetinin 29 may 1998-ci il tarixli 119 №-li qərarına əsasən "Gənclərin ibtidai hərbi hazırlıq" Əsasnaməsi təsdiq olunmuşdur. Bu “Gənclərin ibtidai hərbi hazırlıq” Əsasnaməsi təsdiq olunmasında məqsəd ondan ibarətdir ki, hərbi rəhbərlərin işi düzgün təşkil olunsun. Çünki hərbi rəhbərlərin vəzifəsi və hüquqları “Gənclərin ibtidai hərbi hazırlıq” Əsasnaməsi ilə nizamlanır. Əlavə olaraq bunu da bildirmək istəyirəm ki, ümumi təhsil müəssisələrində yerləşən müəyyən vəzifələrin daxilində tək vəzifə hərbi rəhbər vəzifəsidir ki, bununla bağlı olaraq Nazirlər Kabinetinin Ədliyyə Nazirliyindən qeydiyyatdan keçirilmiş bir qərarı vardır. Lakin Cavabdeh2 və Babək rayon Qahab kənd tam orta məktəbinin rəhbər şəxsləri bu qanunun icrasına əməl etmirlər. Onlar bildirirlər ki, "Gənclərin ibtidai hərbi hazırlıq” Əsasnaməsi ümumi təhsil müəssisələrinə aid deyil. Mən də “Gənclərin ibtidai hərbi hazırlıq" Əsasnaməsinin pozulmasına görə Cavabdeh2 məhsul şəxsinə bildirirəm və onlar mənə bildirirlər ki, gərək kiminsə şəxsi fikri, göstərişi olsun ki, biz bu qanunu icra edək. Mən də bildirirəm ki, heç kimin şəxsi fikiri qanundan üstün ola bilməz. Çünki mən 2023-cü il sentyabr ayının 15-dən sonra şagirdlərimin müraciəti əsasında ərizələrini toplayaraq Qahab kənd tam orta məktəbin direktoruna təqdim etdim və məktəbin direktoru həmin ərizələrin üstünü yazaraq Hərbi vətənpərvərlik dərnəyinin yaradılması haqqında 15 sentyabr 2023-cü il tarixli 123 nömrəli əmr imzalamışdır. Mən də əmrə uyğun olaraq 2023-cü il sentyabr ayının 15-dən 2023-cü il oktyabr ayının 18-dək şagirdlərimi toplayaraq dərnəyimi keçmişəm. Dərnəyimin keçirilməsi ilə bağlı olaraq mən dərnəyin keçirilməsini dərnək jurnalında mövzularımın qeydlərini aparmışam. Amma çox təssüflər olsun ki, bir ay müddətində keçdiyim dərnəyin əmək haqqısını vermirlər və bildirirlər ki, sən müəllim sayılmırsan (təhsil verən), əlavə olaraq da bildirirlər ki, sən vəzifəlisən gərək bunu kimsə bizə desin. Bununla bağlı olaraqda Qahab kənd tam orta məktəbinin direktorunun 2023-cü il dekabr ayının 9-da 183 nömrəli əmri ilə dərnəyimin keçirilməsini dayandırıblar. Hansı ki, Qahab kənd tam orta məktəbin direktorunun xx.xx.2023-cü il tarixli 183 nömrəli əmri tamamilə qanunsuzdur və əmrdə heç bir əsas göstərilməmişdir. Bunun üçün də mən Qahab kənd tam orta məktəbinin direktoruna xx.xx.2024-cü il tarixdə yazılı müraciət etdim. Məlumat üçün bildirirəm ki, mən ehtiyatda olan leytenant İddiaçı 15 sentyabr 2023-cü ildə sizə müraciətimlə gənclərimizin daha da vətənpərvər şəraitdə yetişdirilməsi və hərbi peşəyə uyğun olaraq bilik və bacarıqlarının artırılması üçün "Hərbi vətənpərvərlik” üzrə dərnəyin yaradılmasını təklif etdim. Bu təklifin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 may 1998-ci il tarixli 119 №-li qərarına əsasən "Gənclərin ibtidai hərbi hazırlıq" Əsasnaməsinin 3-cü bölməsini rəhbər tutaraq müraciət etdim. Çünki 3-cü bölmədə direktor və hərbi rəhbərin vəzifələri qeyd olunmuşdur. Bu 3-cü bölmədə hərbi rəhbərin vəzifəsində göstərilir ki, İbtidai hərbi hazırlıq dərslərini vaxtında şəxsən təşkil edir, dərsdənkənar məşğələlərə və dərnəklərə rəhbərlik edir. Bildiyiniz kimi "Hərbi vətənpərvərlik" dərnəyinin yaradılması Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin xx.xx.2022-ci il tarixli F-382 nömrəli əmrilə təsdiq olunmuş "Ümumi təhsil müəssələrində dərnəklərin təşkili qaydalarının" 2ci bəndinin şərtlərinə uyğun olaraq və şagirdlərin meyl və marağına görə yaradılmışdır və yüksək səviyyədə tədris olunurdu. Amma çox təəssüflər olsun ki, 9 dekabr 2023-cü ildə məktəb direktorunun 183 nömrəli əmri ilə dayandırılmışdır və tədris etdiyim dərnəyin əmək haqqı verilməmişdir. Bunun üçün sizdən xahiş edirəm ki, "Hərbi vətənpərvərlik" dərnəyinin qanuna uyğun olaraq hansı səbəbdən dayandırılması və əmək haqqının verilməməsi barədə mənə yazılı məlumat verəsiniz. Babək rayon B.Əliyev adına Qahab kənd tam orta məktəbinin direktorluğu sizin xx.xx.2024-cü il tarixli ərizənizə cavab olaraq aşağdakılar; bildirir. Bu barədə mən sizə birinci olaraq onu bildirmək istəyirəm ki, mən sizinlə işlədiyim müddətdə sizə heç vaxt müəllim və ya təhsil verən adlanmırsınız cümləsini işlətməmişəm. Sizin dərs məsələsinə gəldikdə mən keçən ərizənizə verdiyim cavabda da qeyd etmişəm ki, ibtidai siniflərdə müəllim sıxlığı olduğundan sizə ixtisasınız üzrə dərs verə bilməmişəm. Lakin buna baxmayaraq sizə məktəbin Vll-lX siniflərində "Həyat bilgisi” və 'Texnologiya" fənləri üzrə 6 saat dərs verilmişdir. "Hərbi vətənpərvərlik" dərnəyinə gəldikdə isə özünüzün də bildiyi kimi sizə məktəbdə dərnək nəzərdə tutulmuşdur. Lakin tarifləşmə aparılarkən mənə deyildi ki, o əgər məktəbdə hərbi rəhbər yox, çağırışaqədərki hazırlıq müəllimi işləsəydi ona şagirdlərin meyl və maraqları nəzərə alınmaqla şagird sayı 8-dən az olmayaraq dərnək təşkil etmək olardı. Özünüzə də məlumdur ki, 15 sentyabr tarixdən, sentyabr, oktyabr, noyabr ayları üçün o dəməyin əmək haqqı heç kimə ödənilməmişdir. Sizin şikayətləriniz bitdikdən sonra həmin dəməyə ayrılan 3 saat uyğun olaraq hərəsini 1 saat olmaqla Kimya, Riyaziyyat və bacarıqlı əllər dərnəyinə ödənilmişdir. Çox təssüflər olsun ki, bizim Qahab kənd tam orta məktəbinin direktoru və Cavabdeh2 əməkdaşlarının mənfi münasibəti neqativ hallara gətirib çıxarır. Mən hərbi rəhbər kimi təşkil etdiyim dərnəyi bir aydır yüksək səviyyədə keçirəm və jurnal yazıram. Bu rəhbərlərin əllərində heç bir əsas olmadan İbtidai hərbi hazırlıq fənninə aid olan dərnəyi buraxmırlar və bildirirlər ki, sənə dərnək olmaz sən vəzifəlisən. Əlavə olaraq bildirirlər ki, bizə gərək kimlərsə deyə. Mənim də əlimdə olan "Gənclərin ibtidai hərbi hazırlılq” Əsasnaməsi qanundur və bunlara göstərsəm də məhəl qoyulmur. Əlavə olaraq bildirirəm ki, bununla bağlı dərnəyimin keçirilməsini və hərbi rəhbərin dərnək aparması haqqında Azərbaycan Respublikası E!lm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə xx.xx.2024-cü il tarixində sorğu göndərdim və sorğumda bildirdim ki, mən ehtiyatda olan leytenant İddiaçı 15 sentyabr 2017-ci il tarixindən Naxçıvan MR Təhsil Nazirliyinin əmri ilə Babək rayon Qahab kənd tam orta məktəbinə hərbi rəhbər işləyirəm. Bildirmək istəyirəm ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin xx.xx.2022-ci il tarixli, F- 382 nömrəli əmrilə təsdiq olunmuş "Ümumtəhsil müəssisələrində dərnəklərin təşkili qaydalarına” uyğun olaraq və şagirdlərin meyl və marağına görə Çağınşaqədərki hazırlıq fənni üçün mən dərnək təşkil edib keçə bilərəmmi? Bu sorğuma cavab olaraq mənə bildirdilər ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin xx.xx.2022-ci il tarixli, F-382 nömrəli əmrilə təsdiq olunmuş "Ümumtəhsil müəssisələrində dərnəklərin təşkili Qaydası"nın 2-ci bəndi ilə tənzimlənir. Qaydalardakı şərtlər gözlənilməklə Çağırışaqədərki hazırlıq rəhbərinin dərnək məşğələsi aparmasına məhdudiyyət yoxdur. Əlavə olaraq bildirirəm ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən hərbi rəhbərlər başqa vəzifəyə və sinif rəhbərliyinə təyin edilmirlər, dərsdənkənar məşğələnin və dərnəyin aparılması ilə bağlı xx.xx.2024-cü il tarixdə sorğu ünvanladım. Məlumat üçün bildirirəm ki, mən ehtiyatda olan leytenant İddiaçı 15 sentyabr 2017-ci il tarixindən Naxçıvan MR Təhsil Nazirliyinin əmrilə Babək rayon Qahab kənd tam orta məktəbinə hərbi rəhbər təyin olunmuşam. Bildiyiniz kimi, Nazirlər Kabinetinin 29 may 1998-ci il tarixli 119 №-li qərarına əsasən "Gənclərin ibtidai hərbi hazırlıq” Əsasnaməsi təsdiq olunmuşdur. Bu Əsasnamənin təsdiq olunmasında məqsəd hərbi rəhbərin vəzifələrinin düzgün nizamlanmasıdır. Əlavə olaraq da bildirirəm ki, "Gənclərin ibtidai hərbi hazırlıq" Əsasnaməsinin İİİ bölməsinin sonuncu abzasında qeyd olunur ki, ümumi təhsil müəssisələrində hərbi rəhbərlər başqa vəzifəyə və sinif rəhbərliyinə təyin edilmirlər. Hörmətli cənab Baş Nazir, bu cümlədə qeyd olunan hərbi rəhbərlər başqa vəzifələrə təyin edilmirlər deyiləndə dərnək rəhbəri də bu vəzifələrin sırasına aiddirmi? Bu qeyd olunanlar üçün sizdən xahiş edirəm ki, "Gəndərin ibtidai hərbi hazırlıq" Əsasnaməsinin İİİ bölməsinin sonuncu abzasında qeyd olunan ümumi təhsil müəssələrində hərbi rəhbər başqa vəzifəyə təyin olunmurlar, o qeyd olunan cümlədə başqa vəzifələr deyilən zaman dərnək rəhbərinin də bu vəzifələrin sırasına aid olub olmamağı barədə mənə məlumat verilməsinə köməklik etməyinizi sizdən xahiş edirəm. Sorğuma cavab olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qanunvericilik Baş İdarəsindən bildirdilər ki, "Gənclərin ibtidai hərbi hazırlıq” Əsasnamənin İİİ bölməsinin on üçüncü abzasına görə hərbi rəhbərin vəzifələrinə İbtidai hərbi hazırlıqla bağlı maraq üzrə kurslara (dərsdənkənar məşğələlər) və dərnəklərə rəhbərlik etmək aid edilmişdir. Bu müraciətlərimə baxmayaraq Cavabdeh2 rəhbərliyi mənim əlimdə olan qanunları heçə sayırlar. Nazirlər Kabinetinin 29 may 1998-ci il tarixli 119 №-li qərarı ilə təsdiq olunmuş "Gənclərin ibtidai hərbi hazırlıq" Əsasnaməsinin İİİ bölməsində təhsil müəssələrində direktor və hərbi rəhbərlərin vəzifələri qeyd olunmuşdur. Direktorun vəzifələri: (hərbi rəhbərə təlim prosesində metodiki köməklik göstərir, İbtidai hərbi hazırlıq fənni ilə başqa fənlər arasında əlaqə yaradır, dərnək və maraq kurslarının (dərsdənkənar məşğələlər) keçirilməsini təşkil edir). Bunun davamı olaraq qeyd olunur ki, hərbi rəhbərin vəzifələri: (İbtidai hərbi hazırlıq dərslərini vaxtında şəxsən təşkil edir, maraq üzrə kurslara (dərsdənkənar məşğələlər) və dərnəklərə rəhbərlik edir. Bunlardan da əlavə olaraq qeyd olunur ki, gənclərin peşə yönümünün hərbi ixtisaslara istiqamətləndirilməsi, şagirdlər, tələbələr arasında hərbi ixtisasların əhəmiyyəti haqqında geniş təbliği, eləcə də hərbi ali, mülki ali təhsil müəssisələrində təhsili davam etdirəcək və “İbtidai hərbi hazırlıq müəllimi" ixtisasına yiyələnmək üçün gələcək hərbi xidmətə hazırlıq ilə əlaqədar iş aparır). Əlavə olaraq da "Gənclərin ibtidai hərbi hazırlıq” Əsasnaməsinin İV bölməsinin 13-cü abzasdında qeyd olunur ki, təhsil müəssələrində dərsdənkənar vaxtlarda hərbi işin öyrənilməsinə xüsusi maraq göstərən şagirdlər üçün maraq üzrə kurslar (fakültativ məşğələlər) təşkil edilir. Bu qeyd olunanlardan əlavə olaraq Cavabdeh2nə bildirirəm ki, əgər Təhsil Nazirinin müəyyən vəzifəlilərin dərnək aparmamaları haqqında müəyyən təlimatı vardırsa bu təlimat hərbi rəhbərlərə aid deyildir. Çünki hərbi rəhbərlərin vəzifələrinin icra olunması üçün Nazirlər Kabinetinin qərarı vardır. Bundan əlavə olaraq sizə bildirmək istəyirəm ki, Azərbaycan Respublikasının Konstitusiyasının 149 maddəsinin Vİ bəndində gostərilir ki, mərkəzi icra hakimiyyəti orqanlarının qəbul etdiyi aktlar Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. Onda bu cür başa düşmək olar ki, əgər Təhsil Nazirinin bu cür təlimatı vardısa Nazirlər Kabinetinin qərarına ziddir. Mən iki ildir ki, 6 saata qədər dərs yükü ilə təmin olunmuşam (İbtidai hərbi hazırlıqdan əlavə) və dərslərimin yüksək səviyyədə tədrisini aparmışam. Amma çox təəssüflər olsun ki, bu il mənə Cavabdeh2ndən bildirirlər ki, sən müəllim sayılmırsan və ona görə də sən dərs apara bilmərsən. Mənim ikinci ixtisasım ibtidai sinif müəllimliyidir. Amma çox təssüflər olsun ki, ikinci ixtisasım üzrə dərs yükü ilə təmin olunmamışam. Bu barədə Cavabdeh2nə də dəfələrlə dərs bölgüsü zamanı müraciət etsəm də mənim şifahi müraciətimə məhəl qoyulmamışdır. Bunun üçün də mənə bildirirlər ki, sən müəllim deyilsən və ona görə də ikinci ixtisasın üzrə fəaliyyət apara bilməzsən. Əgər mən təhsil verən(müəllim) sayılmıramsa onda nəyə görə mən sertifikasiya imtahanına cəlb edilmişəm və imtahandan keçməyimə baxmayaraq hələ də əmək haqqımın 10%-ı qalxmayıbdır, mən təhsil verən (müəllim) sayılmıramsa nəyə görə Naxçıvan MR Təhsil Nazirliyi məni kompüter istifadəsi kursuna göndərmiş, lakin o, sahə üzrə də dərs yükü ilə təmin olunmamışam. Əgər mən təhsil verən(müəllim) sayılmıramsa nəyə görə sinfə buraxılıram və dövlətin sənətini yazıram və s. Bu qeyd etdiklərimdən əlavə olaaq bildirmək istəyirəm ki, Azərbaycan Respublikasının Ümumi təhsil haqqında qanununun 21.0.3 və Təhsil haqqında qanunun 31.0.2 maddələrində qeyd olunur ki, təhsil verənlər (pedaqoji işçilər) kimlər sayılır. Bundan əlavə Əmək Məcəlləsinin 57-ci maddəsində də qeyd olunduğu kimi işə götürən işçinin əmək funksiyasını, ixtisasını, yaxud peşəsi üzrə yerinə yetirməli olduğu işini bilərəkdən işə götürməlidir. Bunun üçün də hərbi rəhbərlərin əmək funksiyası Nazirlər Kabineti tərəfindən 29 may 1998-ci il tarixli 119 nömrəli əmri ilə təsdiq olunmuş "Gənclərin ibtidai hərbi hazırlıq Əsasnaməsi”ndə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi Kollegiyasının 2017-ci il 20 dekabr 18-1 nömrəli qərarı ilə təsdiq edilmiş "Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid X2 əmək funksiyalarının nələrdən ibarət olduğunu qeyd etmişdir. Əlavə olaraq bildirmək istəyirəm ki, mənim ikinci ixtisasım üzrə dərs yükü aparmağımın əsası Nazirlər Kabinetinin 29 may 1998-ci il tarixli 119 nömrəli əmri ilə təsdiq olunmuş “Gənclərin ibtidai hərbi hazırlıq Əsasnaməsi”nin Vİİİ bölməsində öz əksinin tapmışdır (hərbi rəhbərlər başqa fənlərdən də ixtisaslar üzrə dərs yükü apara bilərlər). Əlavə olaraq Azərbaycan Respublikası Təhsil Nazirliyinin 26 yanvar 1999-cu il tarixli 59 nömrəli əmrilə təsdiq edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 5 fevral 1999-cu il tarixli 142 nömrəli qeydiyyatından keçirilmiş "Təhsil, təlim-tərbiyə müəssisələrinin rəhbər, inzibati-təsərrüfat, tədris-köməkçi və digər işçilərin tutduqları vəzifə ilə yanaşı ixtisasları üzrə dərs yükü (pedaqoji iş) aparmaları haqqında normaların İİİ bölməsinin 6-cı abzasında da qeyd olunur ki, ümumi təhsil müəssələrində hərbi rəhbərlərə haqqı vəzifə maaşına daxil olan saatlardan əlavə taarifləşmə siyahısına salınmaqla həftədə 22 saata (ildə 480 saata) qədər dərs yükü verilə bilər. Bu dərs yükü ibtidai hərbi hazırlıq və ya başqa fənn üzrə (hərbi rəhbərin ixtisasından asılı olaraq) verilə bilər. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 26 yanvar 1999-cu il tarixli 59 nömrəli əmri ilə təsdiq ediimiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 5 fevral 1999-cu il tarixli 142 nömrəli qeydiyyatından keçirilmiş "Təhsil, təlim-tərbiyə müəssisələrinin rəhbər, inzibatıtəsərrüfat, tədris-köməkçi və digər işçilərin tutduqları vəzifə ilə yanaşı ixtisasları üzrə dərs yükü (pedaqoji iş) aparmaları haqqında" normalarında hərbi rəhbərlərə aid olan cümlələr eyni ilə direktor və direktor müavinlərinə də bu cür aid olunur. Onda necə olur ki, direktor və direktor müavinlərinə dərs yükü (pedaqoji iş) aparmaq olar, hərbi rəhbərlərə olmaz. Bu problemlərlə bağlı olaraq da X6 xx.xx.2024-cü il tarixində müraciət etdim. Müraciətimlə bağlı Cavabdeh2nə təklif predmetlərimi (dərsdənkənar məşğələnin verilməsi, dərnəyin verilməsi, sertifikasiya imtahanının nəticəsinə görə əmək haqqının verilməsi və ixtisasa uyğun dərsin verilməsi tələbi) qeyd edərək göndərdim. Bundan sonra xx.xx.2024-cü il tarixli MSN/24-H-008 nömrəli X14 (İMS) keçirildi. Cavabdeh2 (əvvəlki) müdiri X17 və Qahab kənd tam orta məktəbinin (əvvəlki) direktoru X9 ilkin Mediasiya Sessiyasmda (İMS) iştirak etməkdən imtina etdilər. Yuxarıda qeyd olunanları nəzərə alaraq ixtisasım üzrə dərs yükü ilə təmin olunmalı, dərnək verilməli, dərsdənkənar məşğələ verilməli və qanunvericiliyin tələbinə uyğun olaraq sertifikasiya imtahanından uğurlu nəticəmə əsasən əmək haqqıma əlavə 10% artırılmalıdır. Bu məsələ ilə bağlı mən Babək rayon Tehsil Şöbəsinə ərizə ilə müraciət etdim. Cavabdeh2 25 aprel 2024-cü il tarixli 3/132 nömrəli məktubunda bildirilmişdir ki, sizin 4 aprel 2024-cü il tarixdə Cavabdeh2nə ünvanladığınız ərizənizə cavab olaraq bildirilir ki, siz xx.xx.2017-ci il tarixli 75 nömrəli əmrlə Qahab kənd tam orta məktəbinə hərbi rəhbər vəzifəsinə təyin olunmuşunuz. Təyinat aparılan zaman sizin pedaqoji profil üzrə təhsiliniz olmadığından məktəbdə tədris aparmağınız nəzərdə tutulmamışdır. Siz 2022-ci ildə X4 bitirərək İbtidai sinif müəllimliyi üzrə ixtisas almısınız. Lakin müəllimlərin işə qəbulu imtahanında iştirak etmədiyiniz üçün müəllim kimi fəaliyyətiniz qanunvericiliyə uyğun olaraq öz təsdiqini tapmamışdır. Onu da nəzərinizə çatdırırıq ki, haliyədə tədris etdiyiniz 6 saat dərs qanunvericiliyə uyğun verilməmişdir. Bu dərslərin sizə hansı şəraitdə verilməsi tərəfimizdən araşdırılaraq müvafiq qərar veriləcəkdir. Növbəti tədris ilində sizin məktəbdə tədris aparmağınız barədə məsələyə qanunvericiliyə uyğun baxılacaqdır. Sertifikasiya imtahanında iştirakınızla bağlı olaraq bildirilir ki, imtahanlar təşkil olunan zaman siz Çağırışaqədərki hazırlıq fənni üzrə imtahan verərək uğur qazanmısınız. Qeyd etdiyiniz əmək haqqına 10%-i əlavə yalnız sertifikasiyada iştirak etdiyiniz fənnə şamil oluna bilər. Bildirirəm ki, çağırışaqədərki hazırlıq fənni üzrə sertifıkasiya imtahanından uğurla keçsəm də əmək haqqının 10%-i mənim əmək haqqıma şamil olunmayıb. Cavabdeh2 25 aprel 2024-cü il tarixli 3/131 nömrəli məktubunda bildirmişdir ki, sizin 4 aprel 2024-cü il tarixdə Cavabdeh2nə ünvanladığınız ərizənizə cavab olaraq bildirilir ki, siz xx.xx.2017-ci il tarixli 75 nömrəli əmrlə Qahab kənd tam orta məktəbinə hərbi rəhbər vəzifəsinə təyin olunmuşunuz. Ərizənizdə məktəbdə dərnək aparmağınız və sonradan həmin dərnəyin sizdən alınması barədə məlumat vermisiniz. Nəzərinizə çatdırırıq ki, "Ümumtəhsil müəssələrində dərnəklərin təşkili qaydasında qeyd olunduğu kimi, dərnək rəhbəri təhsil müəssisəsinin direktorunun əmri ilə vəzifəyə təyin edilir və ya vəzifədən azad olunur. Sizin Qahab kənd tam orta məktəbində dərnək rəhbəri kimi fəaliyyətiniz “Gənclərin ibtidai hərbi hazırlıq əsasnaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 may 1998- ci il tarixli 119 nömrəli qərarı ilə tənzimlənir. Həmin əsasnamənin 2ci hissəsinin (Gəndərin İbtidai hərbi hazırlığına rəhbərlik) 7-ci abzasına əsasən Təhsil Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Gənclər və İdman Nazirliyi ilə birlikdə cəmiyyətin tədris bazalarından səmərəli istifadə edilməklə, ictimai əsaslarla təhsil müəssələrində müxtəlif növ dərnək və məşğələlər təşkil edilir. Ona görə də Qahab kənd tam orta məktəbində dərnək ictimai əsaslarla təşkil oluna bilər. "Hərbi vətənpərvərlik” dərnəyi yaradılan zaman şagirdlərin meyl və marağı nəzərə alınmalıdır. Onu da qeyd edirik ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Vahid Tarif Sorğu Kitabçasında hərbi rəhbər və dərnək rəhbəri ayrı-ayrılıqda vəzifə kimi müəyyənləşdirilmişdir. Onun üçün də siz eyni vaxtda məktəbdə iki vəzifə daşıya bilməzsiniz. Yuxarıda Cavabdeh2 qeyd etdikləri hərbi rəhbəri ilə əlaqəsi olmayan cümlələri işlədərək Azərbaycan Respublikası qanunlarını heçə sayır. İddiaçı məhkəmə araşdırması zamanı iddia tələbinin dəqiqləşdirilməsi haqqında ərizə ilə məhkəməyə müraciət edərək əmək haqqına əlavənin 1 sentyabr 2022-ci il tarixdən hesablanmasını məhkəmədən xahiş etmişdir. Babək Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı Rəşad oğlunun Cavabdeh2nə qarşı dərsdənkənar məşğələnin, dərnəyin, əmək haqqına əlavənin və ixtisasa uyğun dərsin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair mülki iş üzrə hüquqi şəxs Babək rayonu Qahab kənd Orta Məktəbi cavabdeh qismində işə cəlb olunmuşdur. İddiaçı Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş təlimatlara uyğun olaraq göstərildiyi kimi dərsdənkənar məşğələnin peşə yönümlü olduğunu, bunun həmçinin Nazirlər Kabinetinin 29 may 1998-ci il tarixli qərarında da öz əksini tapdığını, həmin qərarda məktəb direktorlarının üzərinə ibtidai hərbi hazırlıq üçün dərsdənkənar məşğələ və dərnəklərin təşkil edilməsi öhdəliyinin qoyulduğu, hərbi rəhbərin vəzifə borcuna dərsdənkənar məşğələnin və dərnəyin keçirilməsinin aid edildiyini, məktəb direktoruna və Cavabdeh2nə bunun aydınlaşdırılması üçün dəfələrlə müraciət edilməsinə baxmayaraq qanun pozuntularına yol verildiyini, “Təhsil Haqqında Qanun”un 4-cü maddəsinə əsasən təhsilin məqsədlərinə vətənpərvər şəxslər, milli dəyərlərə söykənən şəxsiyyət yetirməyin də daxil olduğunu, Qahab kənd tam orta məktəbində hansı səbəblərə görə vətənpərvərlik dərnəklərinin keçirilməsinə qarşı çıxıldığını anlamadığını, gənclərin vətənpərvər şəkildə yetişirilməsinin Ali Baş Komandanın da göstərişi olduğunu, Nazirlər Kabinetinin 29 may 1998-ci il tarixli qərarında hərbi rəhbərin ixtisası üzrə dərs yükü apara biləcəyinin qeyd edildiyini, 1999-cu il 25 yanvar tarixdə Elm və Təhsil Nazirliyi tərəfindən ümumtəhsil məktəblərində dərs yükünün aparılması ilə qaydaların təsdiq edildiyini, orada da hərbi rəhbər müəllimlərinə 12 saata qədər dərs yükünün verilə biləcəyinin nəzərdə tutulduğunu, lakin təəssüflər olsun ki, bu günədək müraciət etməsinə baxmayaraq Cavabdeh2 və Qahab kənd tam orta məktəbinin rəhbərlərinin ona “halhazırda sən müəllim deyilsən, sən pedaqoq deyilsən, hətta sizin iş fəaliyyətiniz pedaqoji fəaliyyət sayılmır” deyə bildirdiklərini, Nazirlər Kabinetinin qərarına əsasən hərbi rəhbərin iş fəaliyyətinin pedaqoji staj sayıldığını, işəgötürənin onun barəsində olan əmr və sərəncamlarında da məktəbin hərbi rəhbər müəllimi İddiaçı pedaqoji stajının 1 ili tamam olduqda 12-ci dərəcənin verilməli olduğuna dair göstərişin olduğunu, əgər müəllim deyildirsə, onun iş fəaliyyətinin necə tənzimləndiyini, 2017-ci il sentyabr ayının 15-dən Qahab kənd orta məktəbində hərbi rəhbər kimi fəaliyətə başladığını, ilkin təhsilinin inzibati idarəetmə olduğunu, 2005-ci ildə H.Əliyev adına Azərbaycan Ali Hərbi məktəbinə daxil olub, 2009-cu ildə həmin məktəbi bitirdiyini, həmin məktəbdə idarəetmə ixtisasını oxuduğunu, 2018-ci ildə müəllimlər instutuna ibtidai sinif müəllimliyi ixtisasına daxil olub, oranı 2022-ci ildə bitirdiyini, hazırda da Qahab kənd orta məktəbində müəllim işlədiyini, məktəbdə 18 saat dərs yükü tamam olduqda bunun 1 stavka sayıldığını, onun stavkasının 12-ci dərəcə getdiyini, 12-ci dərəcənin maaşının 686 manat təşkil etdiyini, təhsil şöbəsi tərəfindən sertifikasiya imtahanının nəticələrinə görə əmək haqqına əlavənin verilməsi tələbinə cavab olaraq “ibtidai hərbi hazırlıq fənninin 8 saatı vəzifə maaşı daxilindədir, əmək haqqına əlavələr vəzifə maaşına daxildir” cümləsini əsas gətirdiklərini, qalan bəndlərini bildirdikdə isə ona onların ümumtəhsil məktəblərinə aid olmadığını bildirdiklərini, hazırda onun 8 saat dərsinin olduğunu, başqa yerdə dərs demədiyini, bütün təhsil məktəblərində dərsdənkənar məşğələlər üçün 20 saat, dərnəklərə isə 23 saatın ayrıldığını və büdcədən maliyyələşdirildiyini, məktəb müdirinin isə öz səlahiyyətinə aid olaraq həmin saatı istədiyi fənnə verə biləcəyini, hazırda məktəbdə dərsdənkənar məşğələlərin keçirilmədiyini, Elm vəTəhsil Nazirliyinə müraciət etdikdə onların hərbi hazırlıq müəlliminin dərnək aparmasına heç bir məhdudiyyət olmadığını bildirdiklərini, o bunu Cavabdeh2 sabiq müdirinə bildirdikdə ona “sən mənə ağıl verən deyilsən, otaqdan çıx” dediyini, hazırda vəsait ayrılsa da həmin saatların Qahab məktəbində fənlər üçün bölünmədiyini, onun məhkəmə işinin nəticəsini gözlədiklərini, qanunda sentyabr ayının 15-də dərnəklər və dərsdənkənar məşğələlərin təyin olunmalı və aparılmalı olduğunun göstərildiyini, hazırda məktəbdə heç bir fənn üzrə nə məşğələ, nə də dərnək keçirilmədiyini, ötən il 1 ay dərnək və məşğələ keçirildiyini, heç bir əsas olmadan bu fəaliyyətin dayandırıldığını, uşaqların hərbiyə marağını müəyyən edən müraciət ərizələrinin olduğunu, dərsdənkənar məşğələdə tədrisi yüksək səviyyədə keçdiyini, şagirdləri öz şəxsi nəqliyyat vasitəsi ilə hərbi şəhərciyə aparıb orada tədrislə məşğul olduğunu, daha sonra niyə dayandırılması barədə məktəb direktoruna ərizə ilə müraciət etdiyini, cavabında ona müəllim yox, vəzifəli şəxs olduğunun bildirdiyini, Təhsil Haqqında qanunun 32-ci maddəsində təhsil verənlərin, 33-cü maddəsində isə təhsil verənlərin hüquqlarının göstərildiyini, Cavabdeh2 04 aprel 2024-cü il tarixli cavab məktubuna etiraz etdiyini, bu məsələnin tam aydınlaşdırılması üçün Ədliyyə Nazirliyinin hüquq şöbəsinə müraciət etdiyini, oradan da ona Nazirlər Kabinetinin qərarında dərnək və maraq üzrə kurslar keçirilməsinin hərbi rəhbərin vəzifəsi olduğunun bildirildiyini, qanunda maraq üzrə kurs sözünün sonradan dərsdənkənar məşğələ sözü ilə əvəz edildiyini, açıq aşkar şəkildə hərbi rəhbərin vəzifə borcuna bunların aid edildiyi halda, niyə məhdudiyyət qoyulduğunu anlamadığını, telefon danışığından sonra Ədliyyə Nazirliyi tərəfindən onun email adresinə “hərbi rəhbərin vəzifə borcuna ibtidai hərbi hazırlıq fənni üçün nəzərdə tutulan maraq kurslarının və dərnəklərin təşkil olunması aiddir” qeydi olan məktubun göndərildiyini, bu məsələlərlə bağlı bir çox təzyiqə məruz qaldığını, imtahandan yüksək nəticə yığdığını, Nazirlər Kabinetinin qərarında ümumtəhsil məktəblərində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan şəxslərin sertifikasiya imtahanına cəlb olunmalı olduğu və bu imtahandan keçən şəxslərin əmək haqqının 10 faiz artırılmalı olduğunun bildirildiyini, 08 aprel 2021-ci ildə həmin imtahana daxil olub testdən 47, müsahibədən isə 40 bal yığdığını, həmin nəticəyə baxmayaraq bunun onun maaşına heç bir təsirinin olmadığını, halbuki əmək haqqının qalxması üçün minimum 40 balın nəzərdə tutulduğunu, müsahibə nəticələri ilə bağlı arayışın verilmədiyini, arayışın Təhsil Şöbəsinə göndərildiyini və imtahandan sonra onlara şifahi şəkildə deyildiyini, hazırda məktəbin direktor əvəzinin Elşən Məmmədəliyev olduğunu, onun sentyabr ayının 20-dən təyin edildiyini, həmin proseslər gedən vaxtı isə Qəhrəman Babayevin direktor olduğunu, Nazirlər Kabinetinin qərarında hərbi rəhbərin ikinci ixtisası olduğu halda ixtisası üzrə dərs keçə biləcəyinin qeyd olunduğunu, birinci ixtisasının idarəetmə, hərbi ixtisasının isə mühəndis istehkamçısı olduğunu, hərbi ixtisas üzrə ali təhsilli olduğunu, 3 sentyabr 2023-cü il tarixli əmrdən sonra 1 ay dərsdənkənar hərbi dərnək keçdiyini, həmin dərnəyin ləğvi ilə bağlı əmrlə tanış olmadığını, daha sonra həmin dərnəyin ləğvi ilə bağlı əmrdən çıxarışın verildiyini, başqa bir vəzifəyə təyin olunma iddiasında olmadığını, Ədliyyə Nazirliyi tərəfindən ibtidai hərbi hazırlıq əsasnaməsində başqa vəzifə dedikdə ştatda olan vəzifələrin nəzərə tutulduğunu, yəni hərbi rəhbər vəzifəsindən imtina etdikdən sonra direktor və ya müavin işləyə biləcəyini, direktora Konstitusiyanın 149-cu maddəsinin 5-ci hissəsində mərkəzi icra hakimiyəti orqanlarının verdiyi qərarların nazirlər kabinetinin qərarlarından üstün ola bilməyəcəyini bildirdiyini, dərslərin təhsilverənlər arasında bölgüsünün tədris ilinin əvvəlində pedaqoji şuranın qərarı ilə keçirilən pedaqoji şurasının iclasının nəticəsində həyata keçirildiyini, sözügedən iclasın Qahab kənd orta məktəbində həyata keçirilməsinə şahid olmadığını, çünki bu şuranın tərkibinə bütün təhsilverənlərin daxil olmalı olduğunu, bəlkə də bunun protokollaşdırıldığını və nəticəsində qərar çıxarıldığını, lakin özünün bu qərarla heç vaxt tanış edilmədiyini, gənclərin ibtidai hərbi hazırlıq əsasnaməsində ibtidai hərbi hazırlıq kursları üçün dərnək və maraq kurslarının təşkil olunmasının məktəb direktorunun vəzifu borcu olaraq qeyd edildiyini, əsasnaməsinin 4-cü bölməsinin 13-cü abzasında təhsil müəssələrində dərsdənkənar vaxtlarda hərbi işin öyrənilməsinə xüsusi maraq göstərən şagirdlər üçün maraq kurslarının təşkil edilməsinin bildirildiyini, əsasnamədə hərbi rəhbərin ixtisası olarsa, həmçinin həmin ixtisas üzrə dərs keçə biləcəyinin müəyyən edildiyini, Təhsil Nazirliyi tərəfindən təhsil, təlim - tərbiyə müəssisələrinin rəhbər, inzibati - təsərrüfat, tədris - köməkçi və digər işçilərinin tutduqları vəzifə ilə yanaşı ixtisasları üzrə dərs yükü (pedaqoji iş) aparmaları haqqında normalarının təsdiq edildiyini Ədliyyə Nazirliyi tərəfindən 142 nömrə ilə qeydiyyata alındığını, orada hərbi rəhbərlərə həftədə 12 saata qədər dərs yükü verilə biləcəyinin qeyd olunduğunu, orada həmçinin ümumtəhsil məktəblərinin direktorlarının və onların müavinlərinin də bu qədər dərs yükü ala biləcəyinin qeyd olunduğunu, lakin direktorlar və onların müavinləri 12 saata qədər dərs keçdikləri halda bunun məktəbdə niyə hərbi rəhbərlərə aid edilmədiyi sualının yarandığını, “Təhsil haqqında” qanunun 24-cü maddəsinə əsasən əlavə təhsilin fasiləsiz təhsilin və peşə hazırlığının tərkib hissəsi olmaqla, ali, orta ixtisas və peşə təhsili pillələrinin hər hansı birini bitirmək haqqında dövlət sənədi olan hər bir vətəndaşın fasiləsiz təhsil almaq imkanını təmin etdiyini və insan potensialının inkişafı, kadrların intellektual və peşə hazırlığı səviyyəsinin yüksəldilməsi və təkmilləşdirilməsi, onların daim dəyişən və yeniləşən əmək şəraitinə uyğunlaşdırılması, yaşlı vətəndaşların ölkənin sosial, iqtisadi, siyasi və mədəni həyatında fəal və səmərəli iştirakının təmin edilməsi vəzifəsini daşıdığını, 2017-ci ildə Qahab kənd orta məktəbində hərbi rəhbər vəzifəsinə başladıqdan sonra başqa əmək şəraitinə uyğunlaşmaq üçün əlavə təhsilin mütləq olduğunu gördüyünü və Naxçıvan müəllimlər İnstutunda ibtidai sinif müəllimliyi ixtisasına qəbul olduğunu, ümumi təhsil müəssisələrində dərsdənkənar məşğələlərin (fakültativ kursların) təşkili Qaydasına əsasən dərsdənkənar məşğələnin şagirdlərin meyl, maraq və qabiliyyətinə uyğun olaraq, biliklərinin genişlənməsinə, yaradıcılıq qabiliyyətinin inkişafına və peşəyönümünə yönəlmiş məşğələ forması olduğunu, eynilə gənclərin ibtidai hərbi hazırlıq əsasnaməsində şagirdlərin meyl və marağına uyğun olaraq peşə yönümlü fakültativ məşğələlərin təşkil olunmalı olduğunu, 2021-ci ildə çağırışa qədər hərbi hazırlıq fənnindən sertifikasiya imtahanına cəlb olunduğunu, müsabiqədə 47, müsahibədə isə 40 bal topladığını, Nazirlə Kabinetinin qərarına əsasən təhsil verənlər sertifikasiya imtahanından keçdikdə 50 bala qədər 10 faiz, 50 baldan yuxarı nəticəyə görə 35 faiz əmək haqqına əlavə olunduğunu, Qahab kənd orta məktəbində 8 saat dərs yükünün oluğunu, bu səbəbdən maaşına 10 faiz əlavə olunmalı olduğunu, 2022-ci ilin avqust ayında Nazirlər Kabineti tərəfindən sertifikasiya imtahanından keçən şəxslər üçün əmək haqqına əlavələrin edilməsi qaydası ilə bağlı qərar verildiyini, həmin tarixdən etibarən sertifikasiyadan keçən şəxslərin qeyd edilən əmək haqqına əlavəni aldığını, amma sertifikasiyadan keçsə də həmin əmək haqqını ala bilmədiyini, sertifikasiyadan 60 bal yığsa belə yenə də həmin əlavənin ona şamil olunnmayacağını, həmin qərarın 2022-ci ilin sentyabr ayının 1-dən qüvvəyə mindiyini, hərbi rəhbərin sertifikat imtahanından keçsə də maaşına əlavə almamasıyla bağlı qərarın mövcud olmadığını, Nazirlər Kabinetinin qərarının mərkəzi icra hakimiyyəti orqanlarının qərarlarından üstün hüquqi qüvvəyə malik olduğunu, Elm və Təhsil Nazirliyinin bildirdiyinə görə, sertifikasiya imtahanının təhsilin keyfiyyəti və təhsilverənlərin maddi vəziyyətinin yaxşılaşdırılması məqsədini daşıdığını, ƏƏSMN-in əsasnaməsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının Nazirlər Kabinetinin qərarını və Prezidentin sərəncamlarını əsas götürməli olduğunu, ƏƏSMN-də Əmək Müfəttişliyi Xidməti tərəfindən həmin proseslərinin tənzimlənməsi üçün Elm və Təhsil Nazirliyinə müraciət edilməsini təklif etdiklərini, Elm və Təhsil Nazirliyinə müraciət etdiyini və cavab məktubunun iş materiallarında olduğunu, orada hərbi rəhbərin dərnək aparmasına məhdudiyyət olmamasının bildirildiyini, həmin vəzifənin ictimai vəzifə olduğunu, qanunvericiliyə əsasən direktorun da hərbi hazırlıq fənni üçün dərsdənkənar məşğələ və dərnək təşkil etməli olduğunu, Nazirlər Kabinetinin qərarında maraqlı olan şəxslər üçün dərsdənkənar məşğələ və dərnəyin təşkil edilməli olduğunu, 22 avqust 1995-ci il tarixli Nazirlər Kabinetinin qərarında hərbi hazırlıq fənninin keyfiyyətinin yaxşılaşdırılması üçün dərsdənkənar məşğələlərin sayının artırılmalı olmasına dair təhsil müəssisələrinin üzərinə vəzifənin qoyulduğunu, Naxçıvan Dövlət Universitetində dissertasiya işinin müdafiəsi zamanı da hərbi vətənpərvərliyin aşılanması yolları olaraq dərsdənkənar məşğələ və təlimlərin əhəmiyyətini vurğuladığını, ümumtəhsil müəssələrində 18 fənnin tədris olunduğunu, heç bir qanunvericilik aktında kiminsə əməyindən sui-istifadə edilərək onun əmək haqqının ödənilməməsi barədə nüansın olmadığını, mütəxəssisin qeyd etdiyi məsələnin Təhsil Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Gənclər və İdman Nazirliyinin üzərinə qoyulan öhdəlik olduğunu, bunun hərbi rəhbərlə əlaqəsinin olmadığını, son dövrlərdə Təhsil Nazirliyinin ictimai əsaslarla dərnəklərin təşkil edilməsiylə bağlı elan verdiyini, həmin elanda əldə olunan gəlir hesabına hərbi dərnək rəhbərlərinə əlavə haqqın veriləcəyinin bildirildiyini, ictimai əsaslarla olsa belə bütün hallarda dərnəklərin pulunun ödənildiyini, digər fənlərə razılıq verildiyi halda çağırışaqədərki hazırlıq fənninə niyə dərnək təşkil olunmasına icazə verilmədiyini bilmədiyini, qarşı tərəf dərnəklərin təşkil qaydalarına uyğun olmadan yaradıldığını dediyini, amma onda şagirdlərin dərnəklərlə bağlı müraciət ərizələrinin olduğunu, dərnəyin bu ərizələrə uyğun, yəni təhsil alanların meyl və maraqları nəzərə alınmaqla yaradıldığını, hər il sentyabr ayında dərsdənkənar məşğələ və dərnəklər üçün saatların verildiyini, bunların yaradılmasının isə direktorun rəhbərliyi ilə pedaqoji şuranın işinə aid olduğunu, Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq edilən “Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası haqqında Əsasnamə”sində pedaqoji şuranın üzvlərinin kimlər olmasının göstərildiyini, orada pedaqoji şuranın tərkibinə "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun 31.0.2-ci bəndində müəyyən olunmuş aidiyyəti pedaqoji işçilərin daxil olduğunu, çağırışa qədərki hazırlıq rəhbərinin də pedaqoji şuranın üzvü olduğunu, həmin əsasnamədə dərslərin bölüşdülürməsi və məktəbdə yaranan dərnəklərin hansı fənlərə verilməsi məsələsinin də pedaqoji şuranın öhdəliyinə verildiyini, əgər pedaqoji şura dərnəyin yaradılmasını məqbul hesab edərsə dərnəyin yaradıla biləcəyini, eyni zamanda direktorun da şuranın rəhbəri olaraq dərnəklərin təşkil edilməsi öhdəliyi nəzərə alınmaqla bu barədə təklif irəli sürməsinin labüdlüyünü, “Dövlət ümumi təhsil müəssisələrinin direktor və direktor müavinlərinin (təhsilalanların sayına görə) və həmin müəssisələrin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) təhsilverənlərinin (sertifikatlaşdırmanın nəticəsinə görə) vəzifə maaşlarına aylıq əlavələrin təsdiq edilməsi haqqında” qərar 2022-ci ildə qəbul edildiyini, 8 saat vəzifə maaşına əlavələrin ödənilməməsi ilə bağlı dəlillərin əsassız olduğunu, ona qalarsa Qahab kənd orta məktəbində heç zaman müəllimlərə 8 saatdan artıq dərs yükünün verilmədiyini, hazırda maddi vəziyytinin yaxşılaşması üçün başqa məktəblərdə dərs keçməsinin də mümkün olmadığını, məktəbdə hərbi rəhbər olduğu halda ona nə dərnək yaratmağa, nə dərsdənkənar məşğələ keçməyə icazə verilmədiyini bildirmiş, sonda iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh2 nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında verdiyi izahatında vahid tarif X19na əsasən hərbi rəhbər vəzifəsinin ayrıca mütəxəssislər üzrə vəzifə olaraq nəzərdə tutulduğunu, Vahid tarif sorğu ixtisas kitabçasının müvafiq bəndinə əsasən hərbi rəhbərlərin təhsil müəssisələrində başqa vəzifəyə və sinif rəhbərliyinə təyin edilmədiyini, həmin kitabçada dərnək rəhbəri vəzifəsinin ayrıca vəzifə kimi nəzərdə tutulduğunu, buna görə hərbi rəhbərin məktəblərdə dərnək rəhbəri vəzifəsini icra etməsinin mümkün olmadığını, Röyal müəllimin Qahab kənd tam orta məktəbinə 2017-ci ildə hərbi rəhbər təyin olunduğunu, gənclərin çağırışaqədərki hərbi hazırlıq fənninin tədrisinin vəzifə daxilində ona həvalə edildiyini, ümumtəhsil müəssisələrində hərbi rəhbərlərin vəzifə maaşlarına həftədə 8 saat tədris etdiyi ibtidai hərbi hazırlıq dərslərinin haqqının daxil olduğunu və buna görə əlavə haqqın ödənilmədiyini, Təhsil Nazirliyi tərəfindən “Təhsil, təlim - tərbiyə müəssisələrinin rəhbər, inzibati - təsərrüfat, tədris - köməkçi və digər işçilərinin tutduqları vəzifə ilə yanaşı ixtisasları üzrə dərs yükü (pedaqoji iş) aparmaları haqqında normalar”-da əksini tapdığını, ümumtəhsil məktəblərində, lisey və gimnaziyalarda, peşə məktəbi və peşə lisseylərində, hərbi rəhbərin hərbi hazırlıq üzrə həftədə 8 saata (ildə 360 saata) qədər tədris etdikləri dərs saatlarının əmək haqqının onların vəzifə maaşına daxil edildiyini və həmin saatlar üçün əlavə haqqın ödənilmədiyini, hərbi rəhbərlərə haqqı vəzifə maaşına daxil olan saatlardan əlavə taarifləşmə siyahısına salınmaqla həftədə 12 saata (ildə 480 saata) qədər dərs yükünün verilə biləcəyini, bu dərs yükünün ibtidai hərbi hazırlıq və ya başqa fənn üzrə (hərbi rəhbərin ixtisasından asılı olaraq) verilə biləcəyini, bundan əlavə zəruri ehtiyac yaranarsa hərbi rəhbərə əmək haqqı saathesabı ödənilməklə həftədə 6 saata (ildə 240 saata) qədər əlavə dərs verilə biləcəyini, həmin şəxslərə sertifikasiyadan keçirildikdə də əlavə haqqın verilə biləcəyini, sertifikasiya imtahanının peşəkarlıq səviyyəsini müəyyənləşdirdiyini, hər bir işçinin bu sertifikasiyada təhsilverənin keyfiyyətinin artırılması üçün iştirak etməli olduğunu, hərbi rəhbərin də sertifikasiyada iştirak etdiyini və müvəfəqqiyət qazandığını, lakin 8 saatdan artıq ixtisas dərsi olmadığına görə ona əlavə haqq ödənilə bilməyəcəyini, bu səbəbdən də iddiaçıya sertifikasiya imtahanının nəticəsinə görə əlavənin verilmədiyini, bunun bütün ölkədə bu cür tətbiq edildiyini, iddiaçının ixtisasının pedaqoji deyil, hərbi ixtisas olduğunu, ona görə həmin müddətdə ona əlavə dərsin verilmədiyini, 2022-ci ildə ibtidai sinif müəllimliyi üzrə 2-ci təhsil aldığını, müəllimlərin işə qəbul qaydalarında əgər vakant yer çıxarılarsa oraya imtahan verib müvəfəqiyyət qazansaydı ona həmin dərslərin verilə biləcəyini, iddiaçı bu prosesdən keçmədiyi üçün bunun hələ ki, mümkün olmadığını, vahid tarif X12 hərbi rəhbərlərin ictimai əsaslarla, ödəniş olmadan məktəbdə məşğələ yaradıb apara biləcəyini, bunun iddiaçıya da qadağan olunmadığını, lakin bunun əvəzinin ödənilməsi üçün vəsaitin ayrılmadığını, gənclərin çağırışaqədərki hazırlıq fənninin hərbi rəhbərin vəzifəsi daxilində olduğuna görə ona əlavənin hesablanmadığını, namizədlərin ixtisası üzrə sertifikasiyadan keçib həmin fənn üzrə əlavə tədris aparırsa, əlavənin onlara şamil olunduğunu, iddiaçının hərbi rəhbər vəzifəsinin icrası olaraq gənclərin çağırışaqədərki hazırlıq fənnini tədris etdiyini, ümumtəhsil məktəblərində pedaqoji şuraların ali orqan hesab olunduğunu və şuranın qərarlarının rəsmiləşdirildyini, orada dərnəklərin istiqamətinin müəyyənləşdirildiyini, dərs ilinin ilk günündən şagirdlərin marağı əsasında oktyabr ayının 01-nə qədər hansı dərnəklərin keçiriləcəyinin müəyyən edildiyini, razılaşdırılan dərnəklərin direktorun əmri ilə pedaqoji şurada rəsmiləşdirildiyini, həmçinin şuranın tədris ilinin başlanmasına qədər dərs bölgüsünü həyata keçirdiyini, şuranın qərarlarının direktorun əmri ilə rəsmiləşdirildiyini bildirmişdir. Babək rayon Qahab kənd orta məktəbinin direktoru Nümayəndə2 məhkəmə iclasında verdiyi izahatında bu məsələlərin özünün Qahab kənd orta məktəbinə direktor təyin olunmazdan əvvəl baş verdiyini, dərs bölgüsünün tədris ilinin sonunda ixtisasa uyğun aparıldığını, 2024-2025-ci dərs ilinin dərs bölgüsü prosesində iştirak etmədiyini, dərsdənkənar məşğələ və dərnəklərin isə sentyabr ayının əvvəlində uşaqların ərizələri əsasında onların meyl və maraqları nəzərə alınmaqla təşkil olunduğunu, hazırda iddiaçının 10-11-ci siniflərə 2 saat olmaqla 8 saat çağırışaqədərki hərbi hazırlıq fənnini tədris etdiyini, ona əmək haqqının vəzifə maaşına uyğun olaraq ödənildiyini, belə ki, 8 saat dərsin vəzifə maaşı daxilində getdiyini və əmək haqqına əlavələrin hesablanmadığını, bunun direktor və direktor müavinləri üçün də eyni qaydada tətbiq olunduğunu, əgər iddiaçının dərs saatları 8 saatdan çox olarsa bu halda həmin artıq saatlara görə əmək haqqına əlavələrin hesablana biləcəyini, bunun qanunvericiliklə bu qaydada tənzimləndiyini, aparılmış dərs bölgüsünün rayon təhsil şöbəsinin mühasibatlığına təqdim olunduğunu, hər ay isə əmək haqlarının ödəmə cədvəllərinin – tabellərin təqdim olunduğunu, hazırda məktəbdə dərsdənkənar məşğələlərə 8 saat ayrıldığını, bunun 6 saatının Azərbaycan tarixi, 2 saatının isə Azərbaycan dili fənlərinə ayrıldığını, Pedaqoji şuranın məktəin ali idarəetmə orqanı olduğunu, Şuranın protokolları kitabının məhkəməyə təqdim olunduğunu, məktəbin son il üzrə dərs bölgüsünün şurada müzakirə olunub-olunmadığını bilmədiyini bildirmişdir. X1 məhkəmə hazırlıq iclasında verdiyi izahatında İddiaçı ƏƏSMN-ə müraciətinin daxil olduğunu, müraciətin araşdırılmış və qanunvericiliyin tələblərinin gözlənilərək aidiyyəti üzrə Elm və Təhsil Nazirliyinə və Təhsil Şöbəsinə sorğular göndərildiyini, qanuna uyğun olaraq şəxsə cavab məktubları verildiyini, ibtidai hərbi hazırlıq müəllimlərinin ictimai əsaslarla dərnək yarada biləcəyini, gənclərin ibtidai hərbi hazırlıq əsasnaməsinə əsasən hərbi rəhbərlərin Təhsil Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Gənclər və İdman Nazirliyi ilə birlikdə ictimai əsaslara dərnək təşkil edə biləcəyini, iddiaçının Elm və Təhsil Nazirliyinə müraciətinə cavab olaraq qaydalarda gözlənilən şərtlər gözlənilməklə dərnəklər təşkil oluna biləcəyinin bildirildiyini, təqdim olunan sorğuların da bu fikri təsdiqlədiyini, rəydə də qeyd olunduğu kimi Təhsil Nazirliyinin 26 yanvar 1999-cu il tarixli, 59 nömrəli əmri ilə təsdiq edilən “təhsil, təlim - tərbiyə müəssisələrinin rəhbər, inzibati - təsərrüfat, tədris - köməkçi və digər işçilərinin tutduqları vəzifə ilə yanaşı ixtisasları üzrə dərs yükü (pedaqoji iş) aparmaları haqqında” normalara görə hərbi rəhbərin hərbi hazırlıq üzrə həftədə 8 saata qədər tədris etdikləri dərs saatlarının əmək haqqının onların vəzifə maaşına daxil edildiyini və buna görə onlara əlavə haqq ödənilmədiyini, AR Təhsil Nazirliyinin F-382 nömrəli “ümumi təhsil müəssisələrində dərnəklərin təşkili qaydası”-na uyğun olaraq ümumi təhsil müəssisəsində dərnəklərin dövlət büdcəsinin vəsaiti hesabına, eləcə də ödənişli və ictimai əsaslarla təşkil oluna biləcəyini, həmin qərarın dərnəklərin komplektləşdirilməsi bölməsində qeyd edildiyi kimi “Pedaqoji Şurasının qərarı ilə madditexniki və tədris bazası (dərnəklərin təşkili üçün vacib olan qurğu, avadanlıq, alət və digər uyğun vasitələrin məktəbdə mövcudluğu və s.), müvafiq kadr potensialı və ayrılmış ştat vahidləri (stavkası) nəzərə alınmaqla incəsənət, bədii və texniki yaradıcılıq, idman növləri və digər sahələr üzrə yaradıldığını, Nazirlər Kabinetinin 29 may 1998-ci il tarixli qərarında “Təhsil Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Gənclər və İdman Nazirliyi ilə birlikdə cəmiyyətin tədris bazalarından səmərəli istifadə edilməklə, ictimai əsaslarla təhsil müəssisələrində texniki və hərbi-tətbiqi idman növləri üzrə, xüsusilə aviamodelizm, radio, hərbi-tətbiqi çoxnövçülük və atıcılıq idman növləri üzrə dərnək və məşğələlərin təşkil edilə biləcəyini, Təhsil Nazirliyi tərəfindən iddiaçının sorğusuna cavab məktubunda normalardakı şərtlər gözlənilməklə dərnək aça biləcəyinin bildirildiyini, dərnək saatlarına dövlət büdcəsindən vəsait təyin edilmədiyini, dərnəyin yalnız ictimai əsaslarla təşkil edildiyini, ƏƏSMN-in 20 dekabr 2017-ci il tarixli, 18-1 nömrəli “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid X7”nın təsdiq edilməsi barədə qərarda göstərilən təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin adı və əməyinin ödəniş dərəcələri diapazonunda gənclərin çağırışa qədərki rəhbərinin “rəhbər vəzifə” kimi ayrılıqda nəzərdə tutulduğunu, bir məktəbdə bir müəllimin iki vəzifə daşımasının mümkünsüzlüyünü, Hənifəyevin vəzifəsinin rəhbər vəzifə getməsi və mütəxəssislər diapazonuna daxil edilməsinə dərnək rəhbəri də ayrıca vəzifə sayıldığına görə mümkün olmadığını, məktəblərdə pedaqoji şuraların fəaliyyət göstərdiyini, yəni ştatların yaradılması, dərs saatlarının bölünməsi ilə bağlı məsələlərin pedaqoji şurada müzakirə olunduğunu və sonda şura tərəfindən qərar qəbul olunduğunu və direktor tərəfindən icra olunduğunu, şuranın tərkibinə məktəbin bütün müəllimlərinin daxil olduğunu, şuraya rəhbərliyi isə direktorun həyata keçirdiyini, dərnəyin hansı sahələrə verilməsini də pedaqoji şuraların həyata keçirə biləcəyini, amma hərbi dərnəklərin verilməsinin Təhsil Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Gənclər və İdman Nazirliyi ilə birlikdə cəmiyyətin tədris bazalarından səmərəli istifadə edilməklə, ictimai əsaslarla verilə biləcəyini, Qəhrəman Babayevin iddiaçının dərnək açılması barədə müraciətinə razılığının qanunsuz olduğunu və sözügedən əmrin ləğv olunduğunu, qanunvericiliyə zidd olaraq dərnək açdığını, İddiaçı Naxçıvan ƏƏSMN tərəfindən yalnız Bakı ƏƏSMN tərəfindən verilən vizalar əsasında cavablar verildiyini, hərbi dərnəklərin ancaq ictimai əsaslarla açıla biləcəyini, çünki onlara dövlət büdcəsindən maliyyə ayrılmadığını, iddiaçının sertifikasiya imtahanının müsabiqə mərhələsində 47 bal toplamasıyla bağlı arayışını onlara təqdim etdiyini, Nazirlər Kabinetinin qərarına əsasən sertifikat imtahanından keçid balını toplamış şəxslərin əmək haqqına 10 faiz əlavə hesablanmalı olduğunu, bu səbəbdən İddiaçı 30 bal olan keçid balından yuxarı topladığı üçün ona əmək haqqına 10 faiz əlavə hesablanmasının mümkün olduğunu bildirmişdir. Babək Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı Rəşad oğlunun Cavabdeh2 və Babək rayon Qahab kənd orta məktəbinə qarşı dərsdənkənar məşğələnin, dərnəyin, əmək haqqına əlavənin və ixtisasa uyğun dərsin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair mülki iş üzrə icraata “dərsdənkənar məşğələnin, dərnəyin, və ixtisasa uyğun dərsin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsində xitam verilmiş, iddiaçıya əldə etmək istədiyi hüquqi nəticələrlə bağlı müvafiq inzibati orqana müraciət edə biləcəyi, müraciəti əsasında qəbul edilmiş qərar (verilmiş cavab) onu qane etmədiyi halda həmin orqanın qərar(lar)ından, yaxud hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) aidiyyəti üzrə müvafiq inzibati məhkəməyə şikayət verə, o cümlədən müvafiq sərəncamı inzibati məhkəmədə mübahisələndirə biləcəyi izah olunmuşdur. Məhkəmə iddiaçının sertifikasiya imtahanının nəticəsinə görə əmək haqqına əlavənin verilməsi tələbi ilə bağlı qeyd edir ki, İddiaçı xx.xx.2017-ci ildən Qahab kənd tam orta məktəbində hərbi rəhbər vəzifəsində işləməsi, İddiaçı xx.xx.2021-ci ildə Naxçıvan Muxtar Respublikasının X20 tərəfindən keçirilmiş test imtahanında iştirak etməsi və imtahan nəticəsində ümumi balının 47 təşkil etməklə keçid balını keçməsi və sertifikasiya imtahanının nəticəsinə görə iddiaçıya əmək haqqına əlavənin verilməməsi işin mübahisəsiz hallarıdır. Belə ki, mülki iş materiallarında olan: - ******* nömrəli əmək kitabçasının təsdiq olunmuş surətindən Cavabdeh2 64 nömrəli əmrinə əsasən İddiaçı xx.xx.2017-ci il tarixdən Qahab kənd tam orta məktəbində hərbi rəhbər vəzifəsinə təyin edilməsi və gənclərin çağırışaqədərki hazırlıq fənninin tədrisinin ona həvalə edilməsi; - Naxçıvan Muxtar Respublikasının X20 tərəfindən verilmiş “Test imtahanın nəticəsi haqqında” arayışdan xx.xx.2021-ci il tarixdə keçirilmiş imtahanın nəticəsində İddiaçı gənclərin çağırışaqədərki hazırlığı müəllimi ixtisası üzrə ümumi balının “47” bal təşkil etməsi; - Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi tərəfindən verilmiş, B 141690 nömrəli, xx.xx.2009-cu il tarixli diplomun təsdiq olunmuş surətindən İddiaçı 2009-cu ildə “İdarəetmə mühəndisliyi” üzrə bakalavr dərəcəsini alması; - X8 tərəfindən verilmiş, C 134649 nömrəli, xx.xx.2022-ci il tarixli diplomun təsdiq olunmuş surətindən İddiaçı “İbtidai sinif müəllimliyi” üzrə bakalavar dərəcəsi alması; - Naxçıvan MR Təhsil Nazirliyinin Cavabdeh2 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 69 nömrəli arayışdan İddiaçı Babək rayon Qahab kənd orta məktəbində hərbi rəhbər və müəllim işləməklə stajı 5 il, stavkası 11-ci dərəcə ilə 594 manat olmaqla aylıq xalis əmək haqqının 687 manat təşkil etməsi aydın olur; İşin mübahisəli halı isə sertifikasiya imtahanın nəticəsinə görə İddiaçı əmək haqqısının 10%-i həddində əlavənin verilməli olub-olmaması ilə bağlıdır. Məhkəmə ilk olaraq qeyd edir ki, əmək hüququ insanların digər konstitusiya hüquqlarının həyata keçirilməsinə təsir göstərə biləcək amillərdən biri olmaqla, insanın ləyaqəti və özünü cəmiyyətdə fərd kimi dərk etməsi üçün önəmlidir. Bu səbəbdən Konstitusiyanın 35-ci maddəsi ilə hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ tanınmışdır. Həmin normaya əsasən, əmək müqavilələri sərbəst bağlanır, heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Fiziki şəxslərin əməyə olan qabiliyyətlərinin tətbiqi ilə bağlı yaranan əmək münasibətlərini tənzimləyən əsas normativ hüquqi akt Əmək Məcəlləsidir. Həmin Məcəllənin 2ci maddəsinə görə, əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Təhsil sahəsində dövlət siyasətinin əsas prinsiplərindən biri keyfiyyətlilikdir ki, bu prinsip təhsilin mövcud standartlara, normalara, sosial-iqtisadi tələblərə, şəxsiyyətin, cəmiyyətin və dövlətin maraqlarına uyğunluğunu nəzərdə tutur. Bu məqsədlə təhsil qanunvericiliyində nəzərdə tutulmuş sertifikatlaşdırma təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması proseduru olmaqla pedaqoji işçilərin ixtisas səviyyəsinin, metodologiya mədəniyyətinin yüksəldilməsi, onlarda müasir pedaqoji texnologiyalardan istifadənin təşviqi, pedaqoji əməyin səmərəliliyinin və keyfiyyətinin artırılması, pedaqoji işçilərin potensial imkanlarından istifadə perspektivlərinin müəyyənləşdirilməsi və s. kimi məqsədlərə xidmət edir (Konstitusiya Məhkəməsi Palatasının “X15 və digərlərinin şikayətinə dair” 2023-cü il 15 mart tarixli Qərardadı). Təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması proseduru “Təhsil haqqında” Qanunun 36-2-ci maddəsi və Nazirlər Kabinetinin müvafiq Qaydası ilə tənzimlənir. Qanunun 36-2.1-ci maddəsinə görə təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlər peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması məqsədilə 5 (beş) ildə bir dəfə ödənişsiz sertifikatlaşdırmadan keçməlidirlər. Sertifikatlaşdırmadan keçən şəxslərə 5 (beş) il müddətində dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ verilir (36-2.4). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma” qaydasının (bundan sonra – “Qaydalar”) 1.2-ci bəndinə görə təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlər peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması məqsədilə 5 (beş) ildə bir dəfə ödənişsiz sertifikatlaşdırmadan keçməlidirlər. “Dövlət ümumi təhsil müəssisələrinin direktor və direktor müavinlərinin (təhsilalanların sayına görə) və həmin müəssisələrin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) təhsilverənlərinin (sertifikatlaşdırmanın nəticəsinə görə) vəzifə maaşlarına aylıq əlavələrin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli qərarı ilə “Dövlət ümumi təhsil müəssisələrinin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) təhsilverənlərinin (sertifikatlaşdırmanın nəticəsinə görə) vəzifə maaşlarına aylıq əlavələr” təsdiq edilmişdir. 2 nömrəli əİavəyə görə keçid balını toplayıb sertifikatlaşdırmanın test mərhələsində 50 baldan yuxarı bal toplamış təhsilverənlərə dövlət ümumi təhsil müəssisələrində tədris edilən dərs saatına görə 35 faiz, keçid balını toplamış digər təhsilverənlərə isə 10 faiz vəzifə maaşlarına aylıq əlavələr verilir. Qaydaların 3.14-cü bəndinə görə sertifikatlaşdırmanın test mərhələsində azı 30 (otuz) bal toplamış təhsilverənlər sertifikatlaşdırmanın müsahibə mərhələsinə buraxılırlar. İddiaçı sertifikatlaşırmanın test mərhələsində 47 bal toplayaraq keçid balını keçməsi mübahisəsiz qaydada müəyyən olunmuşdur. Bununla belə Azərbaycan Respublikası Təhsil Nazirliyinin “26” yanvar 1999-cu il tarixli 59 nömrəli əmri ilə təsdiq edilmiş “Təhsil, təlim - tərbiyə müəssisələrinin rəhbər, inzibati təsərrüfat, tədris - köməkçi və digər işçilərinin tutduqları vəzifə ilə yanaşı ixtisasları üzrə dərs yükü (pedaqoji iş) aparmaları haqqında” normaların “Bütün tipdən olan ümumtəhsil məktəbləri, litseylər, gimnaziyalar, peşə məktəbləri və peşə litseyləri üzrə” üçüncü bölməsində nəzərdə tutulur ki, ümumtəhsil məktəblərində, litsey və gimnaziyalarda, peşə məktəbi və peşə litseylərində, hərbi rəhbərin hərbi hazırlıq üzrə həftədə 8 saata (ildə 360 saata) qədər tədris etdikləri dərs saatlarının əmək haqqı onların vəzifə maaşına daxil edilir və həmin saatlar üçün əlavə haqq ödənilmir. Hərbi rəhbərlərə haqqı vəzifə maaşına daxil olan saatlardan əlavə taarifləşmə siyahısına salınmaqla həftədə 12 saata (ildə 480 saata) qədər dərs yükü verilə bilər. Bu dərs yükü ibtidai hərbi hazırlıq və ya başqa fənn üzrə (hərbi rəhbərin ixtisasından asılı olaraq) verilə bilər. Bundan əlavə zəruri ehtiyac yaranarsa hərbi rəhbərə əmək haqqı saathesabı ödənilməklə həftədə 6 saata (ildə 240 saata) qədər əlavə dərs verilə bilər. Hərbi rəhbərlər başqa tədris müəssisəsində saathesabı qaydasında həftədə 6 saata (ildə 240 saata) qədər dərs apara bilərlər. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 29 may tarixli 119 nömrəli qərarı ilə təsdiq edilmiş “Gənclərin ibtidai hərbi hazırlıq Əsasnaməsi”nin səkkizinci bəndində nəzərdə tutulur ki, təhsil müəssisələrində İHH rəhbərlərinin vəzifə maaşları Azərbaycan Respublikasında fəhlə və qulluqçuların əməyinin ödənilməsi üçün müvafiq qanunvericilikdə nəzərdə tutulmuş qaydada ödənilir. Bütün tipdən olan ümumi təhsil, peşə və orta ixtisas müəssisələrində hərbi rəhbərlərin vəzifə maaşlarına həftədə 8 saat (ildə 360 saat) tədris etdiyi İHH dərslərinin haqqı daxil edilir. Təhsil müəssisəsində İHH dərs saatları həftədə 8 saatdan (ildə 360 saatdan) az olduqda hərbi rəhbər tam vəzifə maaşını alır, həftədə 8 saatdan (ildə 360 saatdan) artıq tədris edilən saatların əmək haqqı əlavə ödənilir. Hərbi rəhbərlər başqa fənlərdən də (ixtisaslar üzrə) dərs apara bilərlər. Təhsil müəssisələrində İHH fənni dərs deməyə dəvət olunan mütəxəssislərin əmək haqları müəllimlər kimi saat hesabı ilə ödənilir. İş materiallarına əlavə edilərək baxış keçirilmiş Babək rayon Qahab kənd orta məktəbinin 2024-cü il üzrə əmrlər kitabının 57-ci səhifəsində xx.xx.2024-cü il tarixli, 110 nömrəli məktəb direktorunun əmri ilə rəsmiləşdirilmiş Pedaqoji şuranın qərarı və 2024-2025-ci tədris ilinin tədris planına uyğun olaraq dərs bölgüsü ayrı-ayrı ixtisaslar üzrə müəyyən edilmiş və çağırışaqədərki hazırlıq üzrə İddiaçı cəmi 8 saat dərs yükü ayrılmışdır. Bununla da müəyyən olunur ki, iddiaçı hazırda işlədiyi təhsil müəssisəsində hərbi rəhbər olaraq həftədə 8 saat tədris etdiyi ibtidai hərbi hazırlıq dərslərinin haqqının daxil olduğu vəzifə maaşı həddində əmək haqqı alır. Şəxsin vəzifə maaşına daxil edilən saatlara görə əmək haqqına əlavələrin verilməməsi birbaşa yuxarıda sadalanan hüquqi aktlardan irəli gəlir. Məhkəmə qeyd edir ki, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun: - 2.8-ci bəndinə görə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə ziddiyyət təşkil etdikdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı tətbiq edilir. - 2.9. Nizamnamələrin, əsasnamələrin, təlimatların, reqlamentlərin və qaydaların hüquqi qüvvəsi onları təsdiq edən normativ hüquqi aktın hüquqi qüvvəsi ilə müəyyən edilir. - 10.6. Eyni münasibətlər bir neçə norma ilə tənzimlənirsə və həmin normaları eyni vaxtda tətbiq etmək mümkündürsə, bu, normativ hüquqi aktların kolliziyası hesab edilmir. Məhkəmə iddiaçının Nazirlər Kabinetinin qərarının mərkəzi icra hakimiyyəti orqanlarının qərarlarından üstün hüquqi qüvvəyə malik olması ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, sözügedən hal normalar arasında ziddiyyətin mövcud olduğu halda əhəmiyyət daşıyır. Hazırki vəziyyətdə sertifikasiya imtahanının nəticələrinə görə vəzifə maaşına əlavələrin ödənilməsi ilə bağlı Nazirlər Kabinetinin qərarı ümumi normaları özündə əks etdirir, buna baxmayaraq hərbi rəhbərin əməyinin ödənilməsi qaydalarını müəyyən edən xüsusi normalar yuxarıda adı çəkilən mərkəzi icra hakimiyyəti orqanlarının aktları ilə tənzimlənmişdir. Məhkəmə sonda belə nəticəyə gəlir ki, İddiaçı Rəşad oğlunun Cavabdeh2 və Babək rayon Qahab kənd orta məktəbinə qarşı əmək haqqına əlavənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası rədd edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddiaçı Rəşad oğlunun Cavabdeh2 və Babək rayon Qahab kənd orta məktəbinə qarşı əmək haqqına əlavənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar