Məhkəmə qərarları › İş №2(079)-132/2023

Naxçıvan MR Babək Rayon Məhkəməsi Əlavə qətnamə — İş №2(079)-132/2023

28.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından ƏLAVƏ QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-132/2023 28.03.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə əlavə qətnamənin çıxarılması məsələsinə məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Babək Rayon Məhkəməsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, 2336 (iki min üç yüz otuz altı manat) manat borcun və 160 (bir yüz altmış) manat icra xərcinin, 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun, həmçinin məhkəmədə iddia qaldırmaq üçün ödədiyi 46 (qırx altı) manat dövlət rüsumunun, cəmi 2572 (iki min beş yüz yetmiş iki) manat pul vəsaitinin X1 alınaraq ona ödənilməsi barədə barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını əsaslandıraraq qeyd etmişdir ki, Cavabdeh 12 mart 2018-ci il tarixdə Naxçıvan Bank ASC-dən İK 1203/03 kredit müqaviləsinə əsasən Cavabdeh 24 aya 17 %-lə 3000 (üç min) manat kredit götürmək üçün zamin durmuşam. Cavabdeh krediti ödəməmişdir. Naxçıvan Bank ASC bizi məhkəməyə vermişdir. Babək rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2(079)-163/2021 nömrəli qətnaməsinə əsasında biz borcu ödəməli idik. Lakin cavabdeh tərəf borcu ödəməkdən yayınmışdır. Mən də məcbur qalaraq krediti ödəmişəm. Cavabdeh mənim krediti ödəməyimə baxmayaraq mənim borcumu qaytarmır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışam. Tələbimin əsaslığını təsdiq edən sənəd qəbzlər. Babək rayon İcra və Probasiya şöbəsinin 23 dekabr 2022-ci il tarixli 205399/5 xx-xx/2021 nömrəli məktubu və qərarının surəti və zaminlik müqaviləsidir. xx.xx.2018-ci il tarixli İK 1203/03 saylı Zaminlik müqaviləsinin 1-ci bəndinə əsasən Zamin 12 mart 2018-ci il tarixli İK 1203/03 saylı kredit müqaviləsinə əsasən borcalanın bank qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmədiyi halda kredit məbləğinin və ona hesablanmış faizlərin Banka tam şəkildə ödəməyi öhdəsinə götürür. Zaminlik müqaviləsinin 2.2-ci bəndində isə Zamin Borcalanın bank qarşısında 12 mart 2018-ci il tarixli İK 1203/03 saylı kredit müqaviləsinin yerinə yetirilməsinə, kredit və ona hesablanmış faizlərin və cərimələrin ödənilməsinə, Borcalan tərəfindən Kredit müqaviləsi üzrə icra edilməyən və icrası mümkün olmayan öhdəliklərin icrası üzrə borcların tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin ödənilməsi də daxil olmaqla Borcalanla birlikdə eyni həcmdə məsuliyyət daşıması müəyyənləşdirilir. Zaminlik müqaviləsinin 2.3-cü bəndinə əsasən zamin və Borcalan göstərilən Kredit müqaviləsi üzrə Borcalanın öhdəliklərini icra etməməsi və icrasının mümkün olmaması zamanı Bank qarşısında birgə məsuliyyət daşıyırlar. Zaminlik müqaviləsinin 2.4-cü bəndinə əsasən zamin Bankın tələbinə qarşı Borcalanın irəli sürə biləcəyi etirazları irəli sürmək hüququna malikdir. Zaminlik müqaviləsinin 2.5-ci bəndinə əsasən öhdəliyi icra etmiş Zaminə Bankın həmin öhdəlik üzrə bütün hüquqları və Banka Girovsaxlayan kimi mənsub olmuş hüquqlar Zaminin Bankın tələbini ödədiyi həcmdə keçir. Ona görə də Cavabdeh onun əvəzinə «Naxçıvan Bank” Açıq Səhmdar Cəmiyyətinə ödədiyim 2336 (iki min üç yüz otuz altı) manat kredit borcunun və məhkəmədə iddia qaldırmaq üçün ödədiyim 46 (qırx altı) manat rüsumun alınaraq mənə qaytarılmasını istəyirəm. Babək Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə 2336 (iki min üç yüz otuz altı) manat məbləğində borcun və 46 (qırx altı) manat miqdarında dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qərara alınmışdır. Göründüyü kimi iddia tələbi həmçinin 160 (bir yüz altmış) manat icra xərci və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunu da əhatə etməsinə baxmayaraq məhkəmə tərəfindən sözügedən tələblər üzrə qətnamə çıxarılmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 229.1 və 29.1.1-ci maddələrini rəhbər tutaraq öz təşəbbüsü ilə işdə iştirak edən şəxsləri xəbərdar edərək əlavə qətnamə çıxarılması məsələsini məhkəmə iclasında müzakirə etmişdir. Belə ki, MPM-in 229.1 və 29.1.1-ci maddələrinə əsasən iş üzrə qətnamə və ya qərardad çıxarmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi ilə və ya onları xəbərdar edərək öz təşəbbüsü ilə işdə iştirak edən şəxslər tələblərdən hər hansı biri üzrə sübutlar təqdim etmiş və izahatlar vermişlərsə, bu tələblər barədə qətnamə və ya qərardad çıxarılmamışsa əlavə qətnamə və ya əlavə qərardad çıxara bilər. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. MPM-in 229.2-ci maddəsini rəhbər tutan məhkəmə sözügedən məsələyə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında verdiyi tələblər üzrə 160 manat icra ödənişi və 30 manat dövlət rüsumuna münasibət bildirilmədiyini, halbuki həmin ödəmələri təsdiq edən qəbzlərin iddia ərizəsinə əlavə olunduğunu bildirmiş, iddianın həmin hissədə də təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarına əlavə olunmuş zaminlik müqaviləsindən aydın olur ki, İddiaçı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında xx.xx.2018-ci il tarixdə zaminlik müqaviləsi bağlanmış, zaminlik müqaviləsinə əsasən xx.xx.2018-ci il tarixli kredit alanın Cavabdeh olduğu kredit müqaviləsinə əsasən kredit müqaviləsi üzrə borcalanın Bank qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmədiyi halda kredit məbləğinin və ona hesablanmış faizlərin Banka tam ödənilməsini öhdəsinə götürmüşdür. Kredit müqaviləsinə əsasən kredit alan 24 ay müddətində 3000 manat məbləğində pul vəsaitini illik 17 faiz dərəcəsi ilə kredit verənə qaytarmağı öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.2 və 2.3-cü bəndlərinə əsasən zamin zamin və kredit alan kredit verən qarşısında eyni həcmdə və birgə məsuliyyət daşıyırlar. Tərəflər arasında bağlanmış zaminlik müqaviləsinin 2.2-ci maddəsinə əsasən zamin Borcalanın Bank qarşısında 12 Mart 2018-ci il tarixli İK1203/03 №-li Kredit müqaviləsinin yerinə yetirilməsinə, kredit və ona hesablanmış faizlərin və cərimələrin ödənilməsinə, Borcalan tərəfindən Kredit müqaviləsi üzrə icra edilməyən və icrası mümkün olmayan öhdəliklərin icrası üzrə borcların tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Banka dəyən digər zərərin ödənilməsi də daxil olmaqla Borcalanla birlikdə eyni həcmdə məsuliyyət daşıyır. Müqavilənin 2.3-cü bəndinə görə zamin və Borcalan göstərilən Kredit müqaviləsi üzrə Borcalanın öhdəliklərini icra etməməsi və icrasının mümkün olmaması zamanı Bank qarşısında birgə məsuliyyət daşıyırlar. Müqavilənin 2.4-cü bəndinə görə isə zamin Bankın tələbinə qarşı Borcalanın irəli sürə biləcəyi etirazları irəli sürmək hüququna malikdir. Həmin müqavilənin 2.5-cü bəndinə görə öhdəliyi icra etmiş Zaminə Bankın həmin öhdəlik üzrə bütün hüquqları və Banka Girovsaxlayan kimi mənsub olmuş hüquqlar Zaminin Bankın tələbini ödədiyi həcmdə keçir. MM-in 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. MM-in 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. MM-in 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. MMin 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. İş materiallarına əlavə olunmuş Babək Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(079)-163/2021 nömrəli qətnaməsi ilə cavabdehlər Cavabdeh və İddiaçı 1698.50 (bir min altı yüz doxsan səkkiz manat əlli qəpik) manat əsas, 608.06 (altı yüz səkkiz manat altı qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 2306.56 (iki min üç yüz altı manat əlli altı qəpik) manat borcun müştərək qaydada tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh və İddiaçı müştərək qaydada alınaraq iddiaçı təşkilata qaytarılması qət olunmuşdur. İş materiallarına əlavə edilmiş X3 Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 029 nömrəli məxaric orederindən Cavabdeh qarşı iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat miqdarında dövlət rüsumunun İddiaçı tərəfindən geri ödənildiyi müəyyən olunur. Həmçinin iş materiallarına əlavə olunmuş 08 sentyabr 2021-ci il tarixli qəbzdən iddiaçı tərəfindən Babək rayon İcra və Probasiya şöbəsinin xüsusi fonduna 163.60 manat icra ödənişinin edildiyi müəyyən olunur. İddia ərizəsinə əlavə olunmuş sənədlərdən belə məlum olmuşdur ki, İddiaçı Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti qarşısında olan borc öhdəliyinin icrasının təminini zaminlik müqaviləsi əsasında öz üzərinə götürmüş, zaminlə borclunun kredit təşkilatı qarşısında məsuliyyəti birgə məsuliyyət olmuş, zamin əsas borclunun kredit verən qarşısında öhdəliyinin icrasını tam həyata keçirmişdir. İddia tələbinin qanuni əsasını təşkil edən MM-in 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Göründüyü kimi zamin olaraq iddiaçı borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi məhkəmə xərcləri və icra xərclərini ödəməklə uğradığı zərərin də əvəzini tələb etməkdə haqlı olmuşdur. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə bildirir ki, iddiaçının cavabdehə qarşı olan 160 (bir yüz altmış) manat icra xərci və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun qaytarılması barədə tələbi əsaslıdır və iddia həmin hissədə də təmin olunmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 229-cu maddələrini rəhbər tutaraq qətetdi: Cavabdeh İddiaçı xeyrinə 160 (bir yüz altmış) manat icra ödənişi və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Əlavə qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar