Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-144/2025 01.04.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X18 məhkəmə iclas katibliyi, Ərizəçi, ərizəçinin vəkili Vəkil, maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4 və Maraqlı şəxs5 iştirakları ilə, Ərizəçi miras əmlakın qəbul edilməsi faktının müəyyən olunması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Ərizəçi “14” yanvar 2025-ci il tarixdə Babək Rayon Məhkəməsinə mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə müraciət edərək mərhum nənəsi X4 mülkiyyətində olan Babək rayonu, Nəzərabad kəndində yerləşən miras qalmış daşınmaz əmlakın Xeyrənsə İbrahimovanın ölümündən sonra mərhum atası X21, onun ölümündən sonra isə onun özü tərəfindən qəbul edilməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, nənəm X11 babam Maraqlı şəxs4 Mustafa oğlu ilə faktiki evlənərək 09 sentyabr 1970-ci ildə rəsmi nikah qeyd etdirmişlər. Birgə nikahdan iki övladları olmuşdur. Xeyrənsə İbrahimova 21 oktyabr 2003-cü il tarixdə vəfat etmişdir. Nənəmin ölümündən sonra Babək rayonu, Nəzərəbad kəndində yerləşən 0,2861 ha torpaq sahəsi və onun üzərində olan 144,36 kv.m daşınmaz əmlak miras qalmışdır. Həmçinin bildirirəm ki, nənəmin ölümündən sonra X10 qeyd olunan miras əmlakda qalıb yaşamaqla faktiki olaraq mirası qəbul etmişdir. X10 08 noyabr 2021-ci ildə vəfat etmiş, onun ölümündən sonra isə həmin miras əmlakı faktiki olaraq mən və anam qəbul edərək biz, idarə etmişik. Mərhum atamın ölümündən sonra həmin evdə məndən və anamdan başqa heç kim yaşamamış və mirasa sahiblik etməmişlər. (Anam notariat ofisi vasitəsi ilə mirasdan imtina etmişdir). Hazırda həmin evə mən sahiblik edirəm və mənim istifadəmdədir. Digər vərəsələrdən bibim Gülşən nənəmin sağlığında ailə həyatı quraraq özünə aid evdə yaşayır. Qardaşım Məhərrəm atamın sağlığında, bacım Xuraman isə bir yaşında vəfat etmişdir. Anamla bərabər qardaşım Eyvaz, bacılarım Zeynəb və Tükəzban isə bu mirasdan imtina etmişlər Göstərdiyim faktlar ərizəmə əlavə etdiyim sübutlarla da təsdiq olunur. Həmçinin bildirmək istəyirəm ki, ev nənəmin adına olsa da, bütün komunnal xərclərinin ödənilməsi mərhum atam, atamın ölümündən sonra isə həmin mənzildə yaşadığımıza görə anam tərəfindən ödənilmişdir. Həmçinin bildirmək istəyirəm ki, göstərilən miras evi faktiki qəbul etsək də, üzürlü səbəbdən müvafiq rəsmləşdirmə aparıb adımıza sənədləşdirə bilməmişik. Bildirirəm ki, miras paya dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün Babək rayon Notariat Ofisinə müraciət etmişəm. Notariat Ofisi tərəfindən 06 dekabr 2024-cü il tarixli, 278 nömrəli məktubu ilə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilərək məhkəməyə müraciət etməli olduğum tövsiyə edilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə Maraqlı şəxs5, Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4, X19 və X20 maraqlı şəxs, Qanuni nümayəndə isə maraqlı şəxslər X19 və X12 qanuni nümayəndəsi qismində işdə iştirak etməyə cəlb edilmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxslər X19, X20 və onların qanuni nümayəndəsi Qanuni nümayəndə məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələbini rəhbər tutmaqla işə maraqlı şəxslərin qanuni nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Ərizəçi izahatında nənəsi Xeyrənsə İbrahimovanın 2003-cü ildə vəfat etdiyini, 2023-cü ildə miras əmlak - 0,2861 ha torpaq sahəsi üzərində 144,36 kv.metr fərdi yaşayış evinin ölümündən sonra Xeyrənsə İbrahimovanın adına qeydiyyata alındığını, atası X16 isə 08 noyabr 2021-ci il tarixdə vəfat etdiyini, nənəsinin əri, oğlu və qızı olmaqla 3 vərəsəsi olduğunu, bibisi Maraqlı şəxs5 hazırda sağ olduğunu və mirasdan imtina etdiyini, atasının əvvəlcədən doğumundan ölümünə qədər elə o evdə yaşadığını, hazırda isə miras əmlakda anası Maraqlı şəxs1 və özünün ailəsiylə birlikdə yaşadığını, atasıyla anasının 1972-ci ildə nikaha daxil olduğunu, həmin nikahdan Xuraman, Zeynəb, Məhərrəm, Eyvaz, Tükəzban və özünün doğulduğunu, bacısı Xuraman Nəbiyevanın balaca ikən, qardaşı Məhərrəmin isə 2011-ci ildə vəfat etdiyini, digər bacı-qardaşlarının isə miras əmlakdan özlərinə düşən paydan imtina edərək bu barədə notarial qaydada ərizə verdiklərini, lakin mərhum qardaşı X6 yoldaşının mirasdan imtina ilə bağlı ərizə vermədiyindən həmin əmlakı öz adına rəsmiləşdirməkdə çətinlik çəkdiyini, həmin əmlak öz adına rəsmiləşdirdikdən sonra onlara düşən payların bölünməsinə etiraz etmədiyini, hazırda həmin torpaq sahəsində qardaşı Maraqlı şəxs4 ayrı ev tikib yaşadığını, mərhum Məhərrəm Nəbiyevin də ailəsinin - yoldaşı Zülfiyyə, uşaqları Seymur və Güllünün hazırda həmin həyətdə başqa bir evdə yaşadıqlarını, bacısı Tükəzbanın Qahab kəndində, Zeynəbin isə Qaraçuq kəndində ailələri ilə birlikdə yaşadıqlarını, atasının da, özünün də doğulandan həmin miras əmlakda yaşayıb mirası qəbul etdiyini bildirmiş və ərizənin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs1 izahatında miras əmlakın ərizəçi tərəfindən qəbul edilməsinə etirazının olmadığını, qayınanası Xeyrənsənin 2003-cü ildə vəfat etdiyini, onun ölümündən sonra orada yoldaşı Sevindiklə oğlu Coşqunun ailəvi qaldığını, yoldaşının vəfatından sonra da hazırda oğlu Coşqunla orada yaşamağa davam etdiyini, oğlu Məhərrəmin 2011-ci ildə vəfat etdiyini, onun ölümündən sonra da vərəsələr arasında mirasın qəbulu ilə bağlı problem olmadığını, gəlini Zülfiyyənin də miras torpaqda yaşamağa davam etdiyini bildirmiş, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs5 izahatında anası Xeyrənsənin 2003-cü ildə vəfat etdiyini, ondan Nəzərəbad kəndində yerləşən torpaq və evin miras qaldığını, qardaşı Sevindiyin həmin evdə ölənə qədər qaldığını, anasının ölümündən sonra da orada yaşamağa davam etdiyini və 2021-ci ildə vəfat etdiyini, onun vəfatından sonra isə oğlu Coşqunun orada yaşadığını və miras əmlakın ərizəçi tərəfindən qəbul edilməsinə etiraz etmədiyini bildirmişdir. Maraqlı şəxs2 izahatında atasının vəfatından sonra orada qardaşı Coşqunun qalmaqda davam etdiyini, nənəsi vəfat edən zaman özünün 22 yaşı olduğunu, həmin vaxt qardaşı Məhərrəmin də subay olduğunu, sonra bacı və qardaşların hər birinin ailə quraraq özünə məxsus başqa evlərdə yaşadıqlarını, Coşqunun isə anasıyla birlikdə orada yaşamaqda davam etdiyini bildirmiş, ərizənin təmin olunmasına etirazının olmadığını bildirmişdir. Maraqlı şəxs3 izahatında nənəsi Xeyrənsənin 2003-cü ildə vəfat etdiyini, o vəfat edən zaman atası Sevindik, qardaşı Coşqun və anası Güllünün orada yaşadıqlarını, atasının ölümünə qədər, digərlərinin isə elə hazırda da orada yaşadıqlarını, ərizənin təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Maraqlı şəxs4 digər maraqlı şəxslərlə oxşar məzmunlu izahat verərək ərizənin təmin olunmasına etirazının olmadığını bildirmişdir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmış, məhkəmə iclasında tədqiq olunmuş sübutlar əsasında belə nəticəyə gəlmişdir ki, X3 Babək rayonu, Nəzərabad kəndində yerləşən 0,2861 ha torpaq sahəsi və onun üzərində olan 144,36 m2 daşınmaz əmlakın miras qalması, mirasın X4 21 oktyabr 2003-cü ildə vəfat etməsi ilə açılması, onun sağ qalan birinci növbə vərəsələrinə X21, Maraqlı şəxs5 daxil olması, birinci növbə vərəsələrindən X16 xx.xx.2021-ci il tarixdə vəfat etməsi, X16 birinci növbə vərəsələrinə isə Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4 və Ərizəçi daxil olması, X16 birinci növbə vərəsələrindən X7 və X6 mirasa faktiki sahiblik edən X1 vəfat etməsi və miras qoyanlar tərəfindən vəsiyyətnamə qoyulmaması mülki işin mübahisəsiz hallarıdır. Belə ki, ərizəyə əlavə edilmiş; - Naxçıvan Muxtar Respublikası Naxçıvan rayon Şıxmahmud kənd soveti tərəfindən verilmiş İ seriyalı 278853 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən Maraqlı şəxs4 Mustafa oğlu və X11 arasında 09 sentyabr 1970-ci il tarixdə nikahın bağlanması; - Babək Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş ölüm akt qeydləri kitabından çıxarışdan Maraqlı şəxs4 Mustafa oğlunun xx.xx.1970-ci il tarixdə vəfat etməsi; - Az-İ seriyalı, 012524 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən X4 21 oktyabr 2003-cü il tarixdə vəfat etməsi; - Babək rayon Qeydiyyat şöbəsi tərəfindən verilən xx.xx.2024-cü il tarixli, 05/09İS/109127-24 nömrəli arayışdan X4 vərəsələrinə Maraqlı şəxs4 Mustafa oğlu (xx.xx.1970-ci il tarixdə vəfat edib), X21 (xx.xx.2021-ci il tarixdə vəfat edib) və Maraqlı şəxs5 daxil olması; - Babək rayon Qeydiyyat şöbəsi tərəfindən verilən xx.xx.2024-cü il tarixli, Az ******* seriyalı doğum akt qeydləri kitabından çıxarışından X16 xx.xx.1949-cu ildə doğulduğu, atasının Maraqlı şəxs4 Mustafa oğlu, anasının isə X4 olması; - Babək rayon Şıxmahmud kənd soveti tərəfindən verilmiş İ seriyalı 495510 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən X21 və Maraqlı şəxs1 arasında 15 sentyabr 1979-cu il tarixdə nikah bağlanması; - Babək rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş JQ seriyalı 268310 nömrəli doğum akt qeydləri kitabdan çıxarışdan X7 23 avqust 1974-cü ildə doğulduğu, atasının X21, anasının isə Maraqlı şəxs1 olması; - Babək rayon Şıxmahmud kənd soveti tərəfindən verilmiş İİİ seriyalı 352780 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən X9 xx xxxxxxx 1975-ci ildə doğulduğu, atasının X21, anasının isə Maraqlı şəxs1 olması; - Babək rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş JQ seriyalı 340767 nömrəli doğum akt qeydləri kitabdan çıxarışdan X6 19 dekabr 1977-ci ildə doğulduğu, atasının X21, anasının isə Maraqlı şəxs1 olması; - Babək rayon Şıxmahmud kənd soveti tərəfindən verilmiş Vİ seriyalı 383213 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən Maraqlı şəxs4 04 avqust 1979-cu ildə doğulduğu, atasının X21, anasının isə Maraqlı şəxs1 olması; - Babək rayon Şıxmahmud kənd soveti tərəfindən verilmiş Vİİİ seriyalı 266204 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən X5 xx xxxxxx 1981-ci ildə anadan olması, atasının X21 və anasının Maraqlı şəxs1 olması; - Babək rayon Şıxmahmud kənd soveti tərəfindən verilmiş Xİ seriyalı 289259 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən Ərizəçi xx xxxx 1985-ci ildə anadan olması, atasının X21 və anasının Maraqlı şəxs1 olması; - Babək rayon Qeydiyyat şöbəsi tərəfindən 28 noyabr 2024-cü il tarixdə verilmiş ölüm akt qeydləri kitabdan çıxarışdan X7 08 avqust 1975-ci ildə Babək rayonu Nəzərabad kəndində vəfat etməsi; - Babək rayon Qeydiyyat şöbəsi tərəfindən 28 noyabr 2024-cü il tarixdə verilmiş ölüm akt qeydləri kitabdan çıxarışdan X6 03 iyul 2011-ci ildə Babək rayonu Nəzərabad kəndində vəfat etməsi; - Babək rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş Az- İ seriyalı 604436 nömrəli nikah haqqında akt qeydləri kitabdan çıxarışdan X17 ilə X22 arasında xx.xx.2010-cu il tarixdə nikah bağlanması, nikah bağlandıqdan sonra qadına “Nəbiyeva” soyadının verilməsi; - Babək rayon Qeydiyyat şöbəsi tərəfindən verilən Az-İİ seriyalı, 507017 nömrəli doğum akt qeydləri kitabından çıxarışdan X13 01 iyun 2010-cu ildə doğulduğu, atasının X17, anasının isə Qanuni nümayəndə olması; - Babək rayon Qeydiyyat şöbəsi tərəfindən verilən Az-İİ seriyalı, 502409 nömrəli doğum akt qeydləri kitabından çıxarışdan X12 01 iyul 2011-ci ildə doğulduğu, atasının X17, anasının isə Qanuni nümayəndə olması; - Az-İİ seriyalı, 165939 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən X16 08 noyabr 2021-ci il tarixdə vəfat etməsi; - Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq məsələləri üzrə Dövlət Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli çıxarışdan Babək rayonu Nəzərabad kəndində 0,2861 ha torpaq sahəsi üzərində olan 144,36 m2 fərdi yaşayış evinin X4 tam mülkiyyət hüququ üzrə xüsusi mülkiyyətində olması müəyyən olunur; Mülki iş materiallarından aydın olur ki, Ərizəçi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə dair müraciətinə cavab olaraq Babək rayon Notariat ofisinin notariusu tərəfindən şəhadətnamənin verilməsindən qanunla nəzərdə tutulmuş müddət keçdiyindən imtina olunmuş, məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Mülki işin mübahisə doğuran halı X16 X3 miras qalan əmlakı, Ərizəçi isə X14 miras qalan əmlakı faktiki olaraq qəbul edib-etməməsidir. Mülki işin mübahisəli halının həlli ilə bağlı ərizəçinın və maraqlı şəxslərin izahatlarını mülki iş materialları ilə əlaqəli şəkildə, onları isə qanunvericiliyin tələbləri daxilində tədqiq edən məhkəmə qeyd edir ki, tərəflər arasında vərəsəlik münasibətlərindən irəli gələn hüquq münasibətləri mövcuddur. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi və digər tərəfdən vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə görə vərəsəlik anlayışı altında, ölmüş şəxsin əmlakının qanun üzrə və ya vəsiyyət üzrə, yaxud hər iki əsasla başqa şəxslərə (vərəsələrə) keçməsi başa düşülür. Vərəsəlik münasibətləri miras qoyanla vərəsələr arasında qanunda nəzərdə tutulmuş əsaslar üzrə, yaxud miras qoyanın iradəsinə əsaslanan vəsiyyət üzrə yaranır (Mülki Məcəllənin 1133-cü maddəsi). Mülki məcəllənin 1133.2-ci maddəsinə görə qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Mülki işin araşdırılması zamanı miras qoyanın vəsiyyətnamə qoymadığı müəyyən olunmuşdur. Həmin məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı qanun üzrə vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər. Həmin Məcəllənin 1159.1 və 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin məcəllənin 1159.1.3-ci maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin məcəllənin 1243.1-ci maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin məcəllənin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin məcəllənin 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan Mülki məcəllənin 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə” xx.xx.2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə, həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Həmçinin həmin qərarda qeyd olunmuşdur ki, mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 99-cu maddəsində əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübutların aşağıdakılar ola biləcəyi qeyd edilmişdir: - vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; - mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; - mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; - mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; - miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər. Naxçıvan MR Babək Rayon Nəzərabad bələdiyyəsi tərəfindən verilmiş 17 dekabr 2024-cü il tarixli arayışa əsasən X8 aid olan evin kommunal xərclərini oğlu mərhum X21 ödəmişdir. O rəhmətə getdikdən sonra hal-hazırda həyat yoldaşı Maraqlı şəxs1 hər ay vaxtında ödənişləri aparmışdır. Onun bələdiyyəyə heç bir kommunal-vergi borcu yoxdur. Babək Rayon Nəzərabad kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 27 noyabr 2024-cü il tarixli arayışda Ərizəçi Babək rayonu, Nəzərabad kəndində pasport qeydiyyatında olması müəyyən olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsində qeyd olunmuş “məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir” və 77.1-ci maddəsində əks olunmuş “hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir” normalarını tərəflərin nəzərinə çatdıran məhkəmə bildirir ki, yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən ərizəçi ərizənın əsasını təşkil edən halları, maraqlı şəxs isə etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması gedişində maraqlı şəxslər ərizəyə qarşı etirazını bildirməmiş, müəyyən olunması tələb olunan faktları izahatlarında təsdiq etmişlər. Konstitusiya Məhkəməsi Plenumunun Ə.Əfəndiyeva və N.Kərimovanın şikayəti üzrə 2012-ci il 5 oktyabr tarixli Qərarında göstərilmişdir ki, vərəsə miras əmlakın bir hissəsini mülki qanunvericilikdə nəzərdə tutulmuş əsasla (qanun üzrə və ya vəsiyyət üzrə) qəbul etdikdə, o, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, hamısını və ya ona çatası payın qəbul edilməsi kimi qiymətləndirilməlidir. Bu, vərəsələrin miras qalmış əmlakın qəbul edilməsi üçün əvvəl ifadə edilmiş iradəsini təsdiq edir, həmçinin həmin əmlaka onların qanuni əsaslarla əldə olunmuş mülkiyyət hüquqlarının davamlılığını və əsassız məhdudiyyətlər qoyulmadan həyata keçirilməsini təmin edir. Beləliklə mülki iş üzrə məhkəmə araşdırmasının nəticəsi olaraq məhkəmə iclasında hərtərəfli tədqiq olunmuş sübutlar (işdə iştirak edən şəxslərin izahatları və yazılı sübutlar) əsasında müəyyən olunmuşdur ki, X2 Xeyrənsə Teyyub qızından, Ərizəçi isə X14 miras qalan əmlakı miras qoyanların ölümündən sonra mirasın qəbulu üçün qanunla nəzərdə tutulmuş müddət ərzində faktiki cəhətdən ələ keçirməklə ona sahib durmuş, bununla da faktiki sahiblik etmək üsulu ilə mirası qəbul etmişlər. Yuxarıda qeyd olunanları rəhbər tutaraq yekunda məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin olunmalı, 21 oktyabr 2003-cü il tarixdə vəfat etmiş X3 miras qalmış Babək rayonu, Nəzərabad kəndində yerləşən 0,2861 ha yaşayış məntəqəsi təyinatlı torpaq sahəsi və onun üzərində yerləşən 144,36 m2 fərdi yaşayış evinin miras əmlak olaraq X21 tərəfindən, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X16 ölümündən sonra isə həmin miras əmlakın Ərizəçi tərəfindən faktiki qəbul olunması faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin olunsun. 21 oktyabr 2003-cü il tarixdə vəfat etmiş X3 miras qalmış Babək rayonu, Nəzərabad kəndində yerləşən 0,2861 ha yaşayış məntəqəsi təyinatlı torpaq sahəsi və onun üzərində yerləşən 144,36 m2 fərdi yaşayış evinin miras əmlak olaraq X21 tərəfindən faktiki qəbul olunması faktı müəyyən olunsun. xx.xx.2021-ci il tarixdə vəfat etmiş X14 miras qalmış miras qalmış Babək rayonu, Nəzərabad kəndində yerləşən 0,2861 ha yaşayış məntəqəsi təyinatlı torpaq sahəsi və onun üzərində yerləşən 144,36 m2 fərdi yaşayış evinin miras əmlak olaraq Ərizəçi tərəfindən faktiki qəbul olunması faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(079)-144/2025
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-144/2025
01.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver