Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-147/2021 01.07.2021 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X12 məhkəmə iclas katibliyi, İddiaçı qızının, onun vəkili Vəkil, Cavabdeh1, şahidlər Şahid1 və Şahid2 iştirakı ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı “01” mart 2021-ci ildə Cavabdeh1 və X3 qarşı iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək mərhum əri X7 miras qalmış Babək rayonu, Naxışnərgiz kəndində yerləşən 0.159 hektar torpaq sahəsinin özü tərəfindən faktiki qəbul edilməsinin müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. O, tələbini əsaslandıraraq qeyd etmişdi ki, mərhum əri X17 ilə 1970-ci ildə nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşdu. X17 20 dekabr 2002-ci ildə ölmüşdür. Əri öldükdən sonra mülkiyyətində olan Babək rayonu, Naxışnərgiz kəndində yerləşən 0.159 ha torpaq sahəsi miras qalmışdır. X7 miras qalmış əmlaka dair vərəsəlik şəhadətnaməsi verilməsi üçün Babək Rayon Notariat ofisinə ərizə ilə müraciət etmişdi. Ərizəyə cavab olaraq vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edildiyi, buna əsas olaraq mirasın açılmasından 6 ay müddətin keçməsi göstərilmişdir. X9 ondan başqa 05 vərəsəsi var. X2, X19, X13, Cavabdeh1 və X4r. Cavabdeh1 və X10 qeyd olunan miras əmlak üzərində hüquqlarının olduğunu iddia edirlər və həmin əmlaka dair ona vərəsəlik şəhadətnaməsi verilməsini mübahisələndirirlər. Həmin torpaq sahəsini ərinin sağlığında onunla birlikdə istifadə etmiş və üzərində inşa edilmiş yaşayış evində birlikdə yaşamışdı. Heydər Məmmədov öldükdən sonra həmin torpaq sahəsinə və üzərində inşa edilmiş yaşayış evinə özü sahiblik etmiş və həmin əmlak onun tərəfindən istifadə olunmuşdur. İddiaçı 08 aprel 2021-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında ərizə ilə müraciət edərək iddia ərizəsində qızı, həmçinin iş üzrə cavabdeh olan Həqiqənin adının və soyadının düzgün qeyd etmədiyini, onun adının Həqiqət deyil, Həqiqə, soyadının isə Məmmədova deyil, Əsədova olduğunu bildirərək məhkəmə tərəfindən bunun nəzərə alınmasını xahiş etmişdi. İddiaçı məhkəmədə verdiyi izahatında mərhum Heydər Məmmədovla 1970-ci ildə ailə qurduğunu, onunla birgə nikahından Faiq, Həqiqə, Lalə, Elşən və Nahidə adlı uşaqlarının dünyaya gəldiyini, qayınanasının adı Pakizə, qayınatasının adı isə Şirin olduğunu, qayınanasının 1993-cü ildə, qayınatasının isə 1941-ci ildə rəhmətə getdiyini bildiyini, Heydərin 2002-ci ilin dekabr ayının 20-də öldüyünü, ondan Babək rayonu, Naxışnərgiz kəndində yerləşən torpaq sahəsinin miras qaldığını, bildiyinə görə əri Heydərin sağlığında vəsiyyətnamə tərtib etmədiyini, oğlu Elşən, qızları Nahidə və Lalənin ərinin sağ vaxtı onunla birlikdə yaşadığını, daha sonra qızlarının ailə qurub ər evinə getdiyini, həm Babək rayonu, Qahab kəndində, həm də Naxışnərgiz kəndində evlərinin olduğunu, Heydərin sağ vaxtı onunla birlikdə evlərinin hər ikisində yaşadıqlarını, torpaq sahəsini hazırda beş nəfərin mülkiyyətində olduğunu və payların müəyyən edilmədiyini, həmin torpaq sahəsi üzərində 1999-cu ildə əri ilə birlikdə ev tikdiyini və Heydər ölənə qədər orada yaşadığını, əri öləndən sonra isə həmin torpaq sahəsində yerləşən evdə yox, oğlu Elşənin yanında yəni Babək rayonu, Qahab kəndində yaşasa da, bu günədək həmin torpaq sahəsini əkib-becərdiyini, sonra oğlu Faiq şəhərdə yaşamaq istəsə də, özünün ona gəlib həmin torpaq sahəsində yaşamasını bildirdiyini, həmin vaxtdan sonra orada Faiqin ailə-uşağı ilə birlikdə orda yaşadığını, Faiqin həmin torpaq sahəsində olan evdə yaşamasından əvvəl Qahab kəndində qaldığını, özünün həmin torpaq sahəsində gilənar, gilas, armud ağaclarını əkib becərdiyini, hər il aprel ayının birinə qədər orda olan ağacları kəsib budadığını, bundan əlavə orda pomidor, xiyar, lobya əkdiyini qeyd edərək yekunda məhkəmədən iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 məhkəmədə verdiyi izahatında iddianı qəbul etmədiyini, atasının Heydər Məmmədov, anasının isə İddiaçı olduğunu, onların birgə nikahından beş uşağın, yəni özünün, bacıları Həqiqə, Lalə, Nahidə və qardaşı Elşənin dünyaya gəldiyini, atası Heydərin 2002-ci ilin dekabr ayında öldüyünü, onun atasının adı Şirin, anasının adı isə Pakizə olduğunu, babası Şirinin 1941-ci ildə, nənəsi Pakizənin isə təxminən 1996-cı ildə öldüyünü, bildiyinə görə atası Heydərin sağ ikən vəsiyyətnamə tərtib etmədiyini, atasının sağlığında biri Qahab, digəri isə Naxışnərgiz kəndində olmaqla iki evin olduğunu, Babək rayonu, Qahab kəndində yerləşən evin babası Şirindən miras qaldığını, Naxışnərgiz kəndində olan isə evin isə atasının özünə məxsus olduğunu, atasının ölümünə qədər mübahisə predmeti olan torpaq sahəsində özünün yaşadığını, atası öləndən sonra həmin torpaq sahəsinə təkcə anasının deyil, bütün ailə üzvlərinin ora gedib-gəldiyini və əkdiyini, hazırda isə həmin torpaq sahəsinin bir hissəsini həqiqətən də anasının əkib becərdiyini, anasının orada pomidor, xiyar, kələm yetişdirdiyini, atası öləndə həmin torpaqda üç otaqlı ev olduğunu, hazırda isə özünün orada əlavə işlər aparması nəticəsində orada üç otaq bir salon, hamam- tualet, artırma eyvan, tövlə olduğunu, özünün 2014-cü ilin mart ayında ailəsi ilə birlikdə həmin torpaq sahəsində olan evə köçdüyünü, 2014-cü ilin mart ayından bu günədək orada qaldığını qeyd edərək yekunda məhkəmədən iddianın rədd olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada Cavabdeh2 məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasında iştirak etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdi. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələbini rəhbər tutmaqla Cavabdeh2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarını tədqiq edən, işdə iştirak edən şəxslərin izahatlarını və şahid ifadələrini dinləyən məhkəmə müəyyən edir ki, X17 ilə İddiaçı 21 sentyabr 1970-ci ildə nikaha daxil olması, həmin şəxslərin Cavabdeh1, Əsədova (Məmmədova) Həqiqə Heydər qızı, X19, X18 və X13 adlı uşaqlarının olması, X9 20 dekabr 2002-ci ildə ölməsi, Babək rayonu, Naxışnərgiz kəndində yerləşən 0.159 hektar torpaq sahəsinin X17, İddiaçı, X19, X18 və X5 ümumi mülkiyyətində olması və həmin əmlak üzrə onların paylarının müəyyən edilməməsi, X6 X7 miras qalmış əmlakı qəbul etməməsi mülki işin mübahisəsiz hallarıdır. Bunların mülki işin mübahisəsiz halları aşağıdakılarla təsdiq olunur: -iddia ərizəsinə əlavə edilmiş 21 oktyabr 1970-ci il tarixli, İ-İE seriyalı, 278889 nömrəli evlənmək haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X17 ilə X11 21 oktyabr 2021-ci ildə nikaha daxil olması, nikah bağlanması zamanı iddiaçının özünə X1 seçməsi; -iddia ərizəsinə əlavə edilmiş Babək Rayon İcra Hakimiyyəti Qahab kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 19 yanvar 2021-ci il tarixli, 62 nömrəli arayışdan X9 Cavabdeh1, Əsədova (Məmmədova) Həqiqə Heydər qızı, X19, X18 və X13 adlı övladının olması; - iddia ərizəsinə əlavə edilən Babək Rayon İcra Hakimiyyəti Qahab kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilən AZ-İ seriyalı, 011470 nömrəli, 20 dekabr 2002-ci il tarixli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X9 20 dekabr 2002-ci ildə ölməsi; - iddia ərizəsinə əlavə olunmuş Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli, 06 yanvar 2021-ci il qeydiyyat tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsdiq edilmiş surətindən Babək rayonu, Naxışnərgiz kəndində yerləşən 0.159 hektar torpaq sahəsinin X17, İddiaçı, X19, X18 və X5 ümumi mülkiyyətində olması və həmin əmlak üzrə onların paylarının müəyyən edilməməsi; - iddiaçının məhkəməyə təqdim etdiyi X14 tərəfindən verilmiş 32 AB seriyalı, ******* nömrəli, 20 yanvar 2021-ci il tarixli,32/33-n/32-2021-1-130 qeydiyyat nömrəli ərizənin təsdiq və tərcümə edilmiş surətindən X6 X7 miras qalmış əmlakı qəbul etməməsi aydın olur. İddiaçı mərhum əri X7 miras qalmış Babək rayonu, Naxışnərgiz kəndində yerləşən 0.159 hektar torpaq sahəsinin özü tərəfindən miras əmlak kimi qəbul edilməsinin müəyyən edilməsini tələb etməsi isə mülki işin mübahisəli halıdır. Məhkəmə mülki işin mübahisəli halının hüquqi həlli ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir neçə qərarında qeyd edilir ki, konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi və digər tərəfdən vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinin məzmunundan isə aydın olur ki, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Mülki iş materialları ilə miras qoyan X9 20 dekabr 2002-ci ildə ölməsi sübuta yetirilir. Yəni onun ölümü ilə miras açılmış və bu andan sonra miras əmlak üzrə müəyyən şəxslər-vərəsəliyə çağırılan şəxs (mümkün vərəsə) subyektiv vərəsəlik hüququnu həyata keçirmək və miras əmlakı əldə etmək imkanı qazanmışdı. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə görə vərəsəlik anlayışı altında, ölmüş şəxsin əmlakının qanun üzrə və ya vəsiyyət üzrə, yaxud hər iki əsasla başqa şəxslərə (vərəsələrə) keçməsi başa düşülür. Vərəsəlik münasibətləri miras qoyanla vərəsələr arasında qanunda nəzərdə tutulmuş əsaslar üzrə, yaxud miras qoyanın iradəsinə əsaslanan vəsiyyət üzrə yaranır (Mülki Məcəllənin 1133-cü maddəsi). İddia tələbinin məhkəmədə araşdırılması zamanı miras qoyan X17 tərəfindən vəsiyyətnamə tərtib edilmədiyi müəyyən edilmişdi. Bu isə o deməkdir ki, hazırkı vəziyyətdə vərəsəliyin qanunla müəyyən edilmiş əsası tətbiq edilməlidir. Qanun üzrə vərəsələrin dairəsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsində öz əksini tapmışdır. Həmin maddəyə əsasən qanun üzrə vərəsəliyin beş növbəsi fərqləndirilir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinin mahiyyətinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbə vərəsələr sayılır. Məhkəmə həmçinin onu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1160-cı maddəsinin tələbinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Qanunvericiliyin sadalanan tələblərini iş materialları ilə əlaqələndirən məhkəmə bildirir ki, X17 2002-ci ildə öldüyü zaman İddiaçı, Cavabdeh1, Əsədova (Məmmədova) Həqiqə Heydər qızı, X19, X18 və X13 onun qanun üzrə vərəsəsi sayılır. Belə ki, mülki iş materiallarına əlavə edilmiş və işin mübahisəsiz hallarının təsdiqi zamanı qeyd edilən sənədlərdən, həmçinin Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin Qahab kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 19 yanvar 2021-ci il tarixli, 62 nömrəli arayışdan miras qoyan mərhum X9 yuxarıda qeyd edilən vərəsələrinin olması sübuta yetirilir. Miras qoyanın vərəsələrinin dairəsi müəyyən edildikdən sonra miras əmlakın dairəsi ilə bağlı məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Bundan əlavə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 94-cü bəndinə görə mirasın tərkibinə ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Qanunvericiliyə əsasən mirasın tərkibinə miras qoyanın sağlığında mülkiyyət hüququ əldə etdiyi daşınmaz və daşınar əmlakın rəsmi reyestrlərində qeydə alınan əmlak, habelə mükafat, müəllif qonorarı, alınmamış əmək haqqı, pensiya, bank əmanətləri, qiymətli kağızlar, müəssisədəki pay və sığorta ödənişi və s. daxil edilir. Miras qoyanın qanunla müdafiə edilən əmlak və şəxsi qeyri-əmlak hüquqlarına zərər vurulması ilə əlaqədar dəymiş ziyanın ödənilməsi haqqında tələb vərəsələrə keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1257-ci maddəsində isə mirası qismən qəbul etməyin yolverilməzliyi öz əksini tapmışdır. Mülki Məcəllənin yuxarıda qeyd edilən normaları özündə miras əmlakın tamlığı, bütövlüyü prinsipini ehtiva edir. Mülki iş materiallarından məlum olur ki, Babək rayonu, Naxışnərgiz kəndində yerləşən 0.159 hektar torpaq sahəsi ümumi mülkiyyətdə olan əşyadır və onun mülkiyyətçilərindən biri də mərhum X15r. Həmçinin iş materiallarından o da müəyyən edilir ki, həmin daşınmaz əmlak üzərində mülkiyyətçilərin payı müəyyən edilməyib. Yuxarıda da qeyd edildiyi kimi Azərbaycan Respublikası Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Lakin həmin Məcəllənin 1151.2 və 1162-ci maddələri ilə o da müəyyən edilir ki, mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. Qeyd edilən maddi hüquq normalarının tələbindən görünür ki, ümumi mülkiyyətdə olan əmlakın həmin əmlakın digər mülkiyyətçilərinə aid payı miras əmlakın kütləsinə aid deyil. Bu isə o deməkdir ki, iddiaçının tələbində qeyd etdiyi miras kütləsinin hamısı mərhum X9 mülkiyyətinə aid deyil. Miras kütləsinə ümumi mülkiyyətdən ölənə çatası pay daxildir. Babək rayonu, Naxışnərgiz kəndində yerləşən 0.159 hektar torpaq sahəsinin X16 məxsus olan hissəsinin miras əmlak kimi qəbul edilməsi faktının müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Əgər miras əmlak üzrə miras qoyanın bir neçə vərəsəsi olsa bu zaman hər bir vərəsə mirası müstəqil qəbul etməlidir. Qanunvericiliyin yuxarıda qeyd edilən normalarından görünür ki, Azərbaycan Respublikası mülki qanunvericiliyi mirasın qəbul edilməsinin iki üsulunu - formal, yəni notariat kontoruna ərizə verməklə və qeyri-formal–faktiki cəhətdən qəbul edilmə üsulunu müəyyənləşdirir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu, yəni onu faktiki olaraq qəbul etmək isə iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Mirasın faktiki qəbulu üsulu odur ki, bu üsul əsasında vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib olur, onun üzərində fiziki “ağalıq” edir. Yəni bu hərəkətlərdən mirası qəbul etməsi açıq-aşkar görünür və bəlli olur. Mirasın faktiki idarə edilməsi isə üsulu isə o deməkdir ki, vərəsənin etdiyi elə hərəkətdir ki, bu hərəkətləri adətən o öz mənafeyi üçün əmlakın saxlanılması və normal təsərrüfatın aparılması üçün edir. “G. Qəhrəmanovanm şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının “18” oktyabr 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “18” iyul 2014-cü il tarixli qərarında göstərmişdir ki, miras əmlakı faktiki idarə etmək vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun.” İşin mübahisəli halının məhkəmə araşdırılması zamanı müəyyən olunur ki, İddiaçı qızı mirası qeyri-formal üsulla qəbul etmişdi. Yəni, iş üzrə o, mirası faktiki idarə etməklə qəbul edib. Bu fakt həm işdə iştirak edən şəxslərin məhkəmə baxışı iclası zamanı verdiyi izahatlarla, həm də məhkəmədə dindirilmiş şahid ifadələri ilə öz təsdiqini tapır. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində Babək rayonu, Naxışnərgiz kəndində yaşadığını, İddiaçı onun bacısı Gülüstanın baldızı olduğunu, hazırda Cavabdeh1 yaşadığını evin özünə məxsus olan evin arxa tərəfində yerləşdiyini və dörd tərəfdən hasarla əhatə olunduğunu, həyətindən baxanda həmin həyətin görünmədiyini, mərhum Heydər Məmmədovu tanıdığını, sağ ikən Babək rayonu, Qahab kəndində yaşadığını, onun rəhmətə getdiyi vaxtı dəqiq xatırlamadığını və yas mərasimində iştirak etdiyini, hazırda özünün bildiyinə görə Babək rayonu, Naxışnərgiz kəndində mərhuma məxsus bir torpaq sahəsi olduğunu, özünün son bir ildə həmin kənddə suçu işlədiyini, torpaq sahəsinin suvarılması ilə bağlı ondan həm Gülü, həm Faiq, həm də Elşənin su istədiyini, bu il ərzində isə İddiaçı ondan iki dəfə su istədiyini, lakin ondan alınan su ilə həyəti kimin suvardığını dəqiq deyə bilmədiyini, çünki həyətin görünmədiyini, ümumiyyətlə hazırda Faiqin qaldığı evin yerləşdiyi torpaq sahəsinə girmədiyini, hazirda orada Cavabdeh1 yaşadığını, Gülünün isə oranı əkib getdiyini qeyd etmişdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində 1972-ci ildən Babək rayonu, Naxışnərgiz kəndində yaşadığını, İddiaçı onun atasının bibisi nəvəsi olduğunu, özünün yaşadığı torpaq sahəsi ilə hazırda cavabdeh Faiqin yaşadığı, yəni X8 torpaq sahəsinin yan-yana olduğunu, əvvəllər həmin torpaq sahəsi boş olsa da, sonradan orada ev tikildiyini, tam vaxtını xatırlaması təqribən 1997-ci ildə torpaq sahəsinin hasarlandığını, evin isə mərhum Heydər Məmmədovun sağ vaxtından tikildiyini, mərhumun sağ vaxtında demək olar ki, onun bütün ailə üzvlərinin həmin torpaq sahəsində işləmək üçün gəlib-getdiyini, Heydər Məmmədovun sağ ikən Babək rayonu, Qahab kəndində yaşadığını, xatırladığına görə onun qış fəslində, çillə günü, yəni dekabr ayının 20-də öldüyünü, onun yas mərasimində iştirak etdiyini, Faiqin əvvəlki ailəsi ilə birlikdə həm Heydər Məmmədov ölməmişdən öncə, həm də o, öldükdən sonra həmin torpaq sahəsində tikilən evdə yaşadığını, hazırda da orada qalmaqda davam etdiyini, mərhumun ölümündən sonra İddiaçı da ora gəlibgetdiyini, əvvəlki qaydada oranı əkib-becərdiyini, amma nə əkdiyini tam deyə bilməyəcəyini, özünün Faiqin həyətinə gediş-gəlişinin olduğunu, Güllü Məmmədovanın əvvəllər torpaq sahəsində çox görsə də, son zamanlar Faiqin evinə az gedib-gəldiyindən onu elə də çox görmədiyini qeyd etmişdi. Şahid ifadələrinin sübut kimi qəbul edilənliyinə gəldikdə isə məhkəmə bildirir ki, iddianın məhkəməyə təqdim etdiyini Şahid1 ifadəsi iş üzrə əhəmiyyət kəsb edən, yəni iddiaçının öz tələbini əsaslandıran halların müəyyən edilməsi üçün kifayət etmir. Belə ki, onun ifadəsindən aydın olur ki, mübahisə predmeti olan torpaq sahəsi onun evinin arxasındadır və həyət hasara alındığından ora kimin gəlib-getdiyini və orada kimin təsərrüfat apardığını görməyib. Həmçinin onun Cavabdeh1 evinə gediş-gəlişi də yoxdur. İddiaçı ondan mübahisə predmeti olan torpaq sahəsini suvarmaq üçün su istəməsinə gəldikdə isə məhkəmə qeyd edir ki, o kənddə son dövrlər suçu işləyir. Mirasın qəbul edilməsinə yönələn hərəkələr isə miras qoyan öldükdən sonra 3 ay ərzində həyata keçirilməlidir. Yəni İddiaçı 2020 və ya 2021-ci ildə miras qalmış torpaq sahəsini suvarmaq üçün ondan su istəməsi mirası qəbul edilməsi üçün qanunvericiliyinin müəyyən etdiyi müddətdə həyata keçirilmədiyindən məhkəmə şahidin ifadəsini mötəbər sübut kimi qəbul etmir. Digər Şahid2 ifadəsinin sübut kimi mötəbərliyinə gəldikdə isə məhkəmə belə hesab edir ki, onun ifadəsi sübut kimi qəbulediləndir. Çünki şahidin yaşadığı ev miras əmlak olan torpaq sahəsinə bitişikdir, həmçinin hazırda mərhum X8 Babək rayonu, Naxışnərgiz kəndində yerləşən torpaq sahəsində olan və hazırda Cavabdeh1 yaşadığı evə gediş-gəlişi var, yəni orada baş verənlərdən məlumatlıdır. Bundan əlavə mərhumun həmin torpaq sahəsində apardığı işlər şahidin yaşadığı dövr ərzində gözünün qarşısında baş verdiyindən və qonşu kimi torpaq sahəsində mərhum və onun ailə üzvlərinin hərəkətlərini aydın müşahidə edib ifadə edə bildiyindən məhkəmə belə qənaətə gəlir ki, iddiaçın öz tələbinin əsası kimi qeyd etdiyi halların təsdiqi üçün Şahid2 ifadəsi kifayət edir. Yuxarıda qeyd edilənləri ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, Babək rayonu, Naxışnərgiz kəndində yerləşən 0.159 hektar torpaq sahəsinin ancaq mərhum X16 çatası hissəsinin İddiaçı tərəfindən miras əmlak kimi faktiki olaraq qəbul edilməsi müəyyən edilməlidir. Məhkəmə onu da tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edilsə də, hazırki iş üzrə iddia qismən təmin edildiyindən, mübahisə predmeti olan əmlak beş nəfərin mülkiyyətində olsa da, iddiaçının onun bütünlüklə miras əmlak kimi iddia ərizəsində qeyd etdiyindən, iddia tələbi isə yalnız miras qoyanın payına münasibətdə baxıldığından İddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 10 (on) manat dövlət rüsumunun 2 manat məbləği (torpaq sahəsinin beşdə bir hissəsinə münasibətdə) cavabdehlərdən müştərək qaydada alınaraq ona ödənilməlidir. Lakin qeyd edilən məbləğ cüzi miqdar təşkil etdiyindən və onun icrası ondan artıq məsrəf tələb etdiyindən məhkəmə belə hesab edir ki, dövlət rüsumu həmin hissədə iddiaçıya aid olmalıdır. Məhkəmə həmçinin onu da tərəflərin nəzərinə çatdırır ki, miras qoyanın vərəsələrindən hər hansı birinin mirasın qəbul etməsi ilə bağlı məhkəməyə müraciət etməsi digər vərəsələrinin bununla bağlı hüququnu məhdudlaşdırmır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: - iddia tələbi qismən təmin edilməli; - Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli, 06 yanvar 2021-ci il qeydiyyat tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasən X17, İddiaçı, X19, X18 və X5 ümumi mülkiyyətində olan və Babək rayonu, Naxışnərgiz kəndində yerləşən 0.159 hektar torpaq sahəsinin mərhum X16 çatası hissəsinin İddiaçı tərəfindən miras əmlak olaraq qəbul edilməsi faktı müəyyən olunmalı; -iddia digər hissədə əsasız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i : İddia tələbi qismən təmin edilsin. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli, 06 yanvar 2021-ci il qeydiyyat tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasən X17, İddiaçı, X19, X18 və X5 ümumi mülkiyyətində olan və Babək rayonu, Naxışnərgiz kəndində yerləşən 0.159 hektar torpaq sahəsinin mərhum X16 çatası hissəsinin İddiaçı qızı tərəfindən miras əmlak olaraq qəbul edilməsi faktı müəyyən olunsun. İddia digər hissədə əsasız olduğundan rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:- Zamiq Əliyev
Məhkəmə qərarları › İş №2(079)-147/2021
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-147/2021
01.07.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver