Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № 2(079)-159/2021 31.03.2021 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2, iddiaçının vəkili X2, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakları ilə, İddiaçı1, İddiaçı2 Cavabdeh2 və Cavabdeh1 qarşı istifadə hüququnun təmin olunması və mənzilə köçürülmə tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı1 və İddiaçı2 xx xxxxxx 2020-ci ildə Kəngərli Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh X5 mülkiyyətində olmuş və onların xəbəri olmadan oğlu Cavabdeh1 mülkiyyətinə verilmiş Kəngərli rayonu Xok kəndində yerləşən fərdi yaşayış evinə köçürülməklə, həmin yaşayış evindən yaşayış və istifadə hüquqlarının təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Naxçıvan MR Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 Kəngərli rayon Məhkəməsinin sədri Zülfüqar Əhmədova edilmiş etirazı təmin olunmuş, mülki iş baxılması üçün Babək Rayon Məhkəməsinə göndərilmişdir. İddiaçı iddiasını əsaslandıraraq bildirmişdir ki, xx xxxxxx 1986-cı il tarixində cavabdeh X6 ilə nikaha daxil olmaqla ailə həyatı qurmuş, birgə nikahdan xx.xx.1987-ci il təvəllüdlü İddiaçı2 və xx.xx.1992-ci il təvəllüdlü X3 dünyaya gəlmişdir. 1987-ci ildə X6 ilə birlikdə Şərur rayonu (indiki Kəngərli rayonu) Xok kəndində əldə etdikləri yaşayış torpaq sahəsində 0.25 hektar altında yaşayış evi tikərək ailəlikcə həmin evdə yaşamışlar. Cavabdehlə aralarında baş verən yola getməməzlik səbəbindən xx xxxxxx 1996-cı il tarixli, 24 nömrəli nikahlarına 1996-cı il tarixində son qoyulmuşdur və əldə etdikləri yaşayış torpaq sahəsi 1998-ci ildə cavabdehin mülkiyyətinə verilmişdir.2000-ci ilin əvvəlindən yenidən cavabdehlə ailə münasibətləri faktiki olaraq bərpa edib birlikdə yaşamağa başlamışlar. Nəticədə cavabdeh X6 ilə xx xxxxxxxx 2000-ci il tarixində nikahlarını yenidən 107 nömrə ilə qeydiyyatdan keçirməklə ikinci dəfə rəsmi olaraq ailə həyatı qurmuşlar. İddiaçı uşaqları ilə birlikdə yenə də Şərur rayonu (indiki Kəngərli rayonu) Xok kəndində əldə etdikləri yaşayış torpaq sahəsi üzərində 1987-ci il tarixində tikdikləri yaşayış evində yaşamağa başlamışlar. Onunla cavabdeh X6 arasında ikinci dəfə bağlanılmış nikaha iddiaçının xəbəri olmadan Kazımov Etibarın ona dediyinə görə 2009-cu ildə son qoyulmuşdur. İddiaçı isə cavabdehlə nikahının pozulmasını bu yaxınlarda öyrənmişdir. Bütün bunlara baxmayaraq 2000-ci ildən 2020-ci ilin son aylarınadək o, övladları ilə birlikdə yenə də həmin evdə yaşamışlar.Orada yaşadıqları dövrdə, yəni 2016-cı ildə oğulları Sahilə toy edərək həyat yoldaşını da həmin evə gəlin gətirib birlikdə yaşamışlar. İddiaçı yuxarıda göstərilən tarixdən təxminən iki-üç ay öncəyədək Şərur rayonu (indiki Kəngərli rayonu) Xok kəndində əldə etmiş olduqları yaşayış torpaq sahəsi üzərində tikdikləri yaşayış evində ailəsi ilə birlikdə yaşamışdır.Yalnız bir neçə ay bundan öncə cavabdehlə aralarında olan münaqişə nəticəsində ev ilə bağlı aralarındakı mübahisə məhkəmədə həll olunanadək onları evdən çıxartmışlar.Lakin 1986-cı ildən bugünədək iddiaçıya, oğluna və gəlininə məxsus olan bütün əşyaları həmin evdədir.Hal-hazırda iddiaçı və oğlunun yaşamağa öz evləri olmadığından hərəsi bir qohumun evinə sığınmışlar.Hazırda nə o, nə də oğlu heç bir yerdə işləmirlər və vəziyyətləri çox pisdir. Mülki iş üzrə xx xxxx 2021-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında iddiaçılar İddiaçı1, İddiaçı2, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 eyni tarixli ərizə ilə məhkəməyə müraciət edərək aralarında razılığa gəldiklərini bildirmişlər, məhkəmədən razılığa gəldikləri şərtlər daxilində barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişlər: -iş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 5000 (beş min) manat məbləği iddiaçılar İddiaçı1 və İddiaçı2 ödəməyi öhdəsinə götürür; -iş üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən 5000 (beş min) manat məbləğin onlara ödənilməsinə dair təklifini qəbul edir; -həmçinin, İddiaçı1 və Kazımov X4 Ehtibar Hacı oğlu və Cavabdeh1 tərəfindən 5000 (beş min) manat məbləğində pul onlara tam ödənildikdən sonra sözü gedən yaşayış sahəsinə dair gələcəkdə başqa bir tələbləri olmayacağını öhdələrinə götürürlər. Məhkəmə iş üzrə tərəflərin barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsi barədə xahişini və mülki iş materiallarını qanunvericiliyin tələbləri ilə əlaqəli şəkildə tədqiq edərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinin tələbinə görə tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişinin şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Bundan əlavə qeyd edilən Məcəllənin 52.5-ci maddəsi ilə müəyyən edilir ki, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məhkəmə iş materiallarını və barışıq sazişinin şərtlərini araşdırıb yuxarıda qeyd olunan prosessual hüquq normalarına istinadən hesab edir ki, barışıq sazişinin şərtləri qanuna zidd olmadığından, tərəflərin və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından barışıq sazişinin şərtləri təsdiq olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0 və 261.0.5-ci maddələrinin mahiyyətinə əsasən tərəflər barışıq sazişi imzalamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 191.2-ci maddəsinin tələbinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prossesual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddidan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə, məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Yuxarıda qeyd edilən prosessual normanın tələbini rəhbər tutaraq tərəflərə izah edilsin ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 262.4-cü maddəsinin tələbinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə məhkəmə hesab edir ki, tərəflərin bağlamış olduqları xx xxxx 2021-ci il tarixli barışıq sazişi qanuni və əsaslı olduğu üçün təsdiq edilməli, hazırki mülki iş üzrə icraata xitam verilməlidir. Həmin Məcəllənin 114.1 və 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 122.3-cü maddəsinə əsasən tərəflər barışıq sazişi bağladıqda məhkəmə xərcləri və yardım göstərməyə görə nümayəndəyə və vəkilə ödənilən xərclər tərəflərin razılığına uyğun olaraq bölüşdürülür. Hazırki vəziyyətdə isə tərəflə bu barədə məhkəməyə hər hansı razılıq və saziş təqdim etmədiyindən məhkəmə hesab edir ki, bu hala hüquqi qiymət verilməsinə ehtiyac yoxdur. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191, 262-264, 267- 268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r v e r d i: İddiaçı1 və İddiaçı2 Cavabdeh2 və Cavabdeh1 qarşı istifadə hüququnun təmin olunması və mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə tərəflər arasında bağlanmış xx xxxx 2021-ci tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin:
1. İş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 5000 (beş min) manat məbləği iddiaçılar İddiaçı1 və İddiaçı2 ödəməyi öhdəsinə götürür;
2. İş üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən 5000 (beş min) manat məbləğin onlara ödənilməsinə dair təklifini qəbul edir;
3. İddiaçı1 və İddiaçı2 Cavabdeh2 və Cavabdeh1 tərəfindən 5000 (beş min) manat məbləğində pul onlara tam ödənildikdən sonra sözü gedən yaşayış sahəsinə dair gələcəkdə başqa bir tələbləri olmayacağını öhdələrinə götürürlər. İddiaçı1 və İddiaçı2 Cavabdeh2 və Cavabdeh1 qarşı istifadə hüququnun təmin olunması və mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə barışıq sazişi məhkəmə tərəfindən təsdiq olunduğundan iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, barışıq sazişinin bağlanması və onun məhkəmə tərəfindən təsdiq edilməsinin eyni tərəflər arasında həmin predmet barəsində həmin əsaslarla yenidən iddia qaldırılmasını istisna edir. İddia ərizəsi verilərkən İddiaçı1 "xxxx" ASC-nin Kəngərli filialına xx xxxxxx 2020-ci il tarixli, 30924 nömrəli qəbzlə ödənilmiş 10 (on) manat dövlət rüsumu İddiaçı1 qaytarılsın. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardadı çıxaran məhkəməyə verilə bilər. Qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır.
Sədrlik edən: Günay İsmayıl