Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-161/2021 25.05.2021 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X20 məhkəmə iclas katibliyi, İddiaçı və onun vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı “04” mart 2021-ci ildə Cavabdeh qarşı iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək nənəsi mərhum X2 miras qalmış Babək rayonu, Vayxır kəndində yerləşən 0.0883 hektar torpaq sahəsinin miras qoyanın ölməsindən sonra X10nın, anasının ölümündən sonra isə özü tərəfindən qəbul edilməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. O, tələbini əsaslandıraraq qeyd etmişdi ki, nənəsi X12 20 mart 1994-cü ildə Vayxır kəndində vəfat etmiş, ondan Babək rayonu, Vayxır kəndində yerləşən torpaq sahəsi miras qalmışdır. Mərhumun yeganə vərəsəsi olan qızı X33 da vəfat edib. Anasının vərəsələri isə onun əri X34, övladları X6, X13, Cavabdeh, X29, İddiaçı, X25 və X16r. X3 və X13 vəfat edib. X10 21 yanvar 2014-cü ildə, atası X34 01 sentyabr 2015-ci ildə, bacısı X13 isə 24 avqust 2007-cı ildə ölüb. Bacısı ailə həyatı qursa da onun övladı olmayıb. Nənəsinin ölümündən sonra ondan miras qalan Babək rayonu, Vayxır kəndində yerləşən 0.0883 hektar torpaq sahəsini mərhum X10 qəbul edərək sahiblik etmiş, Fatma Həsənova 21 yanvar 2014-cü ildə vəfat etdikdən sonra isə özü ailəsi birlikdə həmin torpaq sahəsini əkib becərərək istifadə etmişdi. Bacı və qardaşlarından Cavabdeh başqa digərləri nənəsindən miras qalan torpaqdan onlara çatan paydan onun xeyrinə imtina edirlər və bu barədə ərizə verməkdən imtina etmirlər. Qardaşı Cavabdeh onun xeyrinə indiyədək nə ərizə verir, nə də bundan imtina edir. Sadəcə olaraq bu məsələnin həlli üçün heç bir hərəkət etmir. X4 adına olan Babək rayonu, Vayxır kəndində yerləşən torpaq sahəsini anası mərhum X21 vəfatından sonra istifadə edərək orada meyvə ağacları, yonca və tərəvəz məhsulları əkmiş və bu gün də həmin torpağı əkib becərməkdə davam edir. Neçə illərdir ki, bacı və qardaşları ailə həyatı quraraq köçüb, özlərinə aid torpaqlarında tikdikləri evlərində yaşayır. Nənəsi və anası vəfat etdiyi vaxtda onların yanında yalnız özü olmuş, onların dəfn və yas mərasimlərini özü təşkil etmiş, anasının ölümündən sonra miras qalmış Babək rayonu, Vayxır kəndində yerləşən 0.0883 hektar torpaq sahəsini özü qəbul edərək idarə etmişdi. Hal-hazırda da həmin torpaq sahəsinin giriş qapısının açarı özündədir. Torpaq sahəsində almaxara, göycə, armud və gilənar ağacları əkib-becərmişdi. Həmin torpaq sahəsinin özü tərəfindən idarə edilməsini yaxınları və istənilən kənd sakini təsdiq edə bilər. Ötən illər ərzində həmin torpaq sahəsini heç bir etiraz və narazılıq olmadan istifadə və idarə etmişdi. Orada hər il pomidor, xiyar və digər tərəvəzlər əkib istifadə etmiş, son illərdə isə həmin torpaqda yaşayış evi tikməyə başlamış və bu günə qədər də ailəsi ilə birlikdə oradan istifadə etməkdədir. İddiaçı məhkəmədə verdiyi izahatında iddianı müdafiə etdiyini, 1972-ci ildə Vayxır kəndində anadan olduğunu, hazırda Babək rayonu, Vayxır kəndində yaşadığını, atasının adı Şükür, anasının adı Fatma olduğunu, anasının 1937-ci ildə doğulduğunu, anasının atası, özünün isə babası Bilal Həsənov, anası isə X12 olduğunu, onların hər ikisinin hazırda rəhmətə getdiyini, nənəsi X32 başqa digər şəxslə ailə qurmadığını, onların birgə nikahından isə anası Fatmanın dünyaya gəldiyini, babası və nənəsinin Fatmadan başqa digər övladının olmadığını, nənəsinin əvvəllər Vayxır kəndində özünə məxsus evdə yaşadığını, sonradan həmin evi satıb qızı Fatma ilə, yəni öz valideynləri ilə birlikdə yaşadığını, nənəsinin 1994-cü ildə rəhmətə getdiyini, həmin vaxt onun yalnız bir vərəsəsi olduğunu, həmin vərəsənin də anası Fatma olduğunu, babası X47 Müharibəsində itkin düşdüyünü, nənəsinin ölümündən sonra ondan Babək rayonu, Vayxır kəndində yerləşən torpaq sahəsinin miras qaldığını, bu torpaq sahəsinin öz valideynlərinin, yəni nənəsinin sağ ikən yaşadığı evə yaxın olduğunu, aralarındakı məsafənin təqribən 100-150 metr təşkil etdiyini, nənəsi Səadətin ölməsindən sonra ondan qalan mirası ancaq anası Fatmanın qəbul etdiyini, orada olan bağa anasının qulluq etdiyini, anasının ölümündən sonra isə həmin miras əmlakı özünün qəbul etdiyini, çünki evin balaca övladı olduğundan valideynləri ilə birlikdə yaşadığını, onlara məxsus evdə əvvəlcədən nənəsi Səadət və valideynləri ilə birlikdə qaldığını, nənəsi Səadət öləndən sonra anası Fatmanın torpaq sahəsini atası Şükürlə birlikdə əkib becərdiyini, orada olan armud, göycə, gilənar ağaclarına qulluq etdiyini, bildiyinə görə nənəsi Səadət sağ vaxtı vəsiyyətnamə tərtib etmədiyini, anası Fatmanın 2014-cü ildə öldüyünü, özünün yaşadığı evin atası Şükürə məxsus olduğunu, nənəsi Səadət öləndən sonra ondan qalan mirası anası Fatma qəbul etdiyinə, özünün isə evin balaca övladı kimi valideynləri ilə birlikdə yaşadığına görə anasının ölümündən sonra qalan mirası qəbul etdiyini, əslində həmin torpaq sahəsinin nənəsinin sağ vaxtından özünün əkib-becərdiyini, hazırda da həmin torpaq sahəsinin özünün sahibliyində olduğunu, hətta son dövrlər orada oğluna ev tikməyə başladığını, anasının yeddi övladı olsa da bacısı Sarabəyimin öldüyünü, onun uşağı olmadığını, torpaq sahəsinin özü tərəfindən miras əmlak kimi qəbul etməsini qardaşı İbrahimdən başqa digər bacı-qardaşlarının etiraz etmədiyini, İbrahim isə buna etiraz etməsə də bununla bağlı ona müvafiq ərizənin vermədiyini, cavabdehin 1987-ci ildə ailə qurub 1990-cı ildə öz evinə köçərək valideynlərdən ayrıldığını, nənəsi Səadətin ölümündən sonra ondan miras qalan torpaq sahəsini əvvəlcə anası Fatmanın, sonra isə özünün faktiki qəbul etdiyini, həmin torpaq sahəsində olan ağaclara həm nənəsinin sağ vaxtı, həm də onun ölümündən sonra qulluq edib, suvardığını və torpaq sahəsinə sahiblik etdiyini bildirərək yekunda məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə cavabdehə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasında iştirak etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdi. Cavabdeh əvvəlki məhkəmə baxışı iclasında verdiyi izahatında iddianı qəbul etmədiyini, 1964-cü ildə Vayxır kəndində dünyaya gəldiyini, hazırda həmin kənddə yaşadığını, atasının X34, anasının isə X33 olduğunu, ana tərəfdən nənəsinin Səadət, babasının isə Bilal olduğunu, hər ikisinin də rəhmətə getdiyini, Səadət və Bilalın bir övladı olduğunu, onun da anası Fatma Həsənova olduğunu, anasının atası Şükürlə olan evliliyindən yeddi uşağın dünyaya gəldiyini, onlardan bacısı Sarabəyimin öldüyünü, o, ailə qursa da övladının olmadığını, Ofelyanın isə özünün ögey bacısı olduğunu, onun anası Fatmanın birinci nikahından dünyaya gəldiyini, nənəsi Səadətin isə təqribən 1993-1994-cü ildə öldüyünü, onun sağ ikən özünə məxsus evi sataraq valideynləri ilə birlikdə qaldığını, o, evini satsa da torpaq sahəsini saxladığını, özünün 1987-ci ildə ailə qurduğunu, 6-7 il valideynləri ilə birlikdə yaşadıqdan sonra onlardan ayrıldığını, nənəsi Səadətə məxsus torpaq sahəsinin özünün yaşadığı evə yaxın olduğunu, aralarındakı məsafənin təqribən 100-150 metr təşkil etdiyini, nənəsi sağ ikən həmin torpaq sahəsinə özünün baxıb qulluq etdiyini, orada əvvəllər üzüm bağı salındığını, sonradan isə bağı ləğv etdiklərini və orada ağac əkdiklərini, özü tərəfdən orada ağac əkiləndə nənəsinin sağ olduğunu, onun ölümündən sonra isə həmin torpaq sahəsində əkilmiş ağaclara atası Şükür və özünün baxıb qulluq etdiyini, anası Fatma isə xəstə olduğundan həyətə baxa bilmədiyini, anası Fatmanın 2015-ci ildə, atası Şükürün isə 2016-cı ildə öldüyünü, anası ölən vaxt qardaşı Bilalın onunla birlikdə yaşadığını, həmin vaxt onun evli olduğunu, iddiaçının hazırda da həmin evdə qaldığını, nənəsi Səadət və anası Fatmanın yas xərclərini bütün bacı-qardaşlarının birlikdə çəkdiyini, hazırda nənəsindən miras qalan torpaq sahəsində meyvə ağacları əkilsə də oradan heç kimin istifadə etmədiyini qeyd etmişdi. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələbini rəhbər tutmaqla cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarını tədqiq edən, işdə iştirak edən şəxslərin izahatlarını və şahid ifadələrini dinləyən məhkəmə müəyyən edir ki, mərhum X4 İddiaçı nənəsi olması, miras qoyanın X36 ilə evli olması, birgə nikahlarından X33 adlı uşağın dünyaya gəlməsi və onun X4 yeganə vərəsəsi olması, X4 20 mart 1994-cü ildə ölməsi, onun əri X8 isə itkin düşməsi, X33 ilə X34 arasında 11 aprel 1961-ci ildə nikah bağlanması, Fatma Həsənovanın başqa şəxslə nikaha daxil olmaması, X21 21 yanvar 2014-cü ildə ölməsi, X34, X9, X13, Cavabdeh, X29, İddiaçı, X25 və X14 mərhum X21 vərəsələri olması, X5 24 avqust 2007-cı ildə, X22 01 sentyabr 2015-ci ildə ölməsi, X13 övladının olmaması, Babək rayonu, Vayxır kəndində yerləşən 0.0883 hektar torpaq sahəsinın X4 mülkiyyətində olması mülki işin mübahisəsiz hallarıdır. Bunların mülki işin mübahisəsiz halları aşağıdakılarla təsdiq olunur: -iş materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 26 aprel 2021-ci il tarixli, 450 nömrəli Forma № 14-dən X21 doğum akt qeydinin tapılmaması, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş 27 yanvar 2021-ci il tarixli, 13/99 nömrəli məktubdan və Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış X21 01 iyul 1937-ci ildə Naxçıvan rayonu, Vayxır kəndində anadan olması, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş 05 mart 2021-ci il tarixli, 13/266 nömrəli məktubdan X26 onun atası, X4 isə anası olması; - iddia ərizəsinə əlavə edilmiş Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 01 mart 2021-ci il tarixli, 241261 nömrəli akt qeydindən çıxarışdan X33 ilə X34 arasında 11 aprel 1961-ci ildə nikah bağlanması və nikah bağlanması zamanı Fatma Bilal qızının özünə “Məmmədova” soyadını seçməsi; -iş materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 26 aprel 2021-ci il tarixli, 339780 nömrəli akt qeydindən çıxarışdan İddiaçı xx xxxxxxxx 1972-ci ildə Naxçıvan rayonu, Vayxır kəndində anadan olması, X22 onun atası, X17 isə anası olması; -iş materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş 05 mart 2021-ci il tarixli, 13/266 nömrəli məktubdan 1911-ci il təvəllüdlü X26 X4 əri olması, onların birgə nikahından X33 adlı uşaqlarının dünyaya gəlməsi və X8 1941-ci ildə orduya getməsi və itkin düşməsi; -iddia ərizəsinə əlavə edilmiş Babək Rayon İcra Hakimiyyəti Vayxır kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 25 yanvar 2021-ci il tarixli, 99 nömrəli arayışdan X21 X4 vərəsəsi olması; -iddia ərizəsinə əlavə olunan Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 25 yanvar 2021-ci il tarixli, İV-JQ seriyalı, 286385 nömrəli akt qeydindən çıxarışdan X4 20 mart 1994-cü ildə ölməsi; -iş materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Dövlət Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilmiş 08 may 2021-ci il tarixli, 377 nömrəli məktubdan 1909-cu il təvəllüdlü X8 1943-cü ilin oktyabr ayında itkin düşməsi; -iş materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 26 aprel 2021-ci il tarixli, 453 nömrəli arayışdan X21 X34 ilə bağladığı nikahdan başqa onun digər şəxslərlə nikaha daxil olmasının aşkar edilməməsi; -iş materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 26 aprel 2021-ci il tarixli, 511500 nömrəli akt qeydindən çıxarışdan və Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan X1 10 dekabr 1958-ci ildə Naxçıvan rayonu, Vayxır kəndində anadan olması, X21 onun anası olması; -iş materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 26 aprel 2021-ci il tarixli, 074034 nömrəli akt qeydindən çıxarışdan X5 11 dekabr 1961-ci ildə Naxçıvan rayonu, Vayxır kəndində anadan olması, X22 onun atası, X21 isə anası olması; -iş materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 26 aprel 2021-ci il tarixli, AZ seriyalı, 694675 nömrəli akt qeydindən çıxarışdan Cavabdeh xx xxxxxx 1964-cü ildə Naxçıvan rayonu, Vayxır kəndində anadan olması, X22 onun atası, X17 isə anası olması; -iş materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 26 aprel 2021-ci il tarixli, AZ seriyalı, 117784 nömrəli akt qeydindən çıxarışdan X18 14 dekabr 1966-cı ildə Naxçıvan rayonu, Vayxır kəndində anadan olması, X22 onun atası, X17 isə anası olması; -iş materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 26 aprel 2021-ci il tarixli, 268172 nömrəli akt qeydindən çıxarışdan X14 31 oktyabr 1974-cü ildə Naxçıvan rayonu, Vayxır kəndində anadan olması, X22 onun atası, X17 isə anası olması; -iddia ərizəsinə əlavə edilmiş Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilən 13 yanvar 2021-ci il tarixli, AZ seriyalı, 434666 nömrəli akt qeydindən çıxarışdan X21 21 yanvar 2014-cü ildə ölməsi; -iddia ərizəsinə əlavə edilmiş Babək Rayon İcra Hakimiyyəti Vayxır kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilən 25 yanvar 2021-ci il tarixli, 100 nömrəli arayışdan X34, X7, X13, Cavabdeh, X29, İddiaçı, X25 və X14 mərhum X21 vərəsələri olması; -iddia ərizəsinə əlavə edilmiş Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 13 yanvar 2021-ci il tarixli, AZ-İ seriyalı, 331307 nömrəli akt qeydindən çıxarışdan X5 24 avqust 2007-cı ildə ölməsi; -iddia ərizəsinə əlavə olunan Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 01 mart 2021-ci il tarixli, AZ-İ seriyalı, 434270 nömrəli akt qeydindən çıxarışdan X22 01 sentyabr 2015-ci ildə ölməsi; -iddia ərizəsinə əlavə olunan Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 01 mart 2021-ci il tarixli, 02/59 nömrəli məktubdan və 26 aprel 2021-ci il tarixli, 454 nömrəli arayışdan X13 övladının olmaması; -iddia ərizəsinə əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli, 15 fevral 2021-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsdiq edilmiş surətindən Babək rayonu, Vayxır kəndində yerləşən 0.0883 hektar torpaq sahəsinin X4 mülkiyyətində olması aydın olur. İddiaçı mərhum X2 miras qalmış Babək rayonu, Vayxır kəndində yerləşən 0.0883 hektar torpaq sahəsinin əvvəlcə X10nın, sonuncunun ölümündən sonra isə özünün qəbul edilməsi faktının müəyyən edilməsini tələb etməsi isə mülki işin mübahisəli hallarıdır. Məhkəmə mülki işin mübahisəli hallarını mülki qanunvericiliyin tələbləri daxilində tədqiq edərək belə qeyd edir ki, iddiaçının tələblərindən ilkin olaraq X2 miras qalan Babək rayonu, Vayxır kəndində yerləşən 0.0883 hektar torpaq sahəsinin X33 tərəfindən faktiki qəbul edilməsi, daha sonra isə X19 miras qalan həmin əmlakın İddiaçı tərəfindən qəbul edilməsi faktına hüquqi aydınlıq gətirilməlidir. Çünki iş materiallarından X4 20 mart 1994-cü ildə ölməsi aydın olur. Bu isə o deməkdir ki, iddiaçının X2 miras qalan Babək rayonu, Vayxır kəndində yerləşən 0.0883 hektar torpaq sahəsinin X10 tərəfindən faktiki qəbul edilməsinin müəyyən edilməsi tələbi miras qoyanın öldüyü vaxt qüvvədə olan maddi hüquq normalarına uyğun olaraq həll edilməlidir. Ona görə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Prosessual normanın qeyd edilən tələbindən yola çıxan məhkəmə qeyd ki, hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq norması kimi 1964-cü ildən 01 sentyabr 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikası SSR Mülki Məcəlləsinin müvafiq normaları tətbiq edilməlidir. Həmin Məcəllənin 532-ci maddəsinə əsasən miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar. İşin mübahisəsiz hallarından isə görünür ki, mərhum X12 20 mart 1994-cü ildə ölən zaman hazırda iddia tələbi ilə məhkəməyə müraciət edən İddiaçı X10 21 yanvar 2014-cü ilədək sağ olub. Bu isə o deməkdir ki, ilkin miras qoyana münasibətdə nəvə olan İddiaçı vərəsəliyə çağırılmayıb. İddiaçının X2 miras qalan torpaq sahəsinin X10 tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi tələbinin hüquqi həlli ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi və digər tərəfdən vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Mirasın qəbul edilməsi üçün ilkin şərt mirasın açılmasıdır. Belə ki, 2000-ci ilin sentyabr ayının 1-dək qüvvədə olan Azərbaycan Respublikası SSR Mülki Məcəlləsinin 528-ci maddəsinin məzmunundan mirasın fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılması aydın olur. Mülki iş materialları ilə miras qoyan X4 20 mart 1994-cü ildə ölməsi sübuta yetirilir. Yəni onun ölümü ilə miras açılmış və bu andan sonra miras əmlak üzrə müəyyən şəxslərvərəsəliyə çağırılan şəxs (mümkün vərəsə) subyektiv vərəsəlik hüququnu həyata keçirmək və miras əmlakı əldə etmək imkanı qazanmışdı. 2000-ci ilin sentyabr ayının 1-dək qüvvədə olan mülki qanunvericiliyinə görə vərəsəlik anlayışı altında, ölmüş şəxsin əmlakının qanun üzrə və ya vəsiyyət üzrə başqa şəxslərə (vərəsələrə) keçməsi başa düşülür. Vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin (maddə 527). İddia tələbinin məhkəmədə araşdırılması zamanı miras qoyan X12 tərəfindən vəsiyyətnamə tərtib edilməməsi müəyyən edilmişdi. Bu isə o deməkdir ki, hazırkı vəziyyətdə vərəsəliyin qanunla müəyyən edilmiş əsası tətbiq edilməlidir. Qanun üzrə vərəsələrin dairəsi Azərbaycan Respublikası SSR Mülki Məcəlləsinin 530cu maddəsində öz əksini tapmışdır. Həmin maddəyə əsasən miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyan şəxsin ölümündən sonra doğulan uşaqlar qanun üzrə vərəsələr sayılır. Hazırda qüvvədə olan mülki qanunvericilikdən fərqli olaraq 2000-ci sentyabr ayının 1dək qüvvədə olan mülki qanunvericilikdə qanun üzrə vərəsəliyin iki növbəsi müəyyən edilib. Həmin Məcəllənin 532-ci maddəsinin mahiyyətinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar. Məhkəmə onu da qeyd edir ki, həmin Məcəllənin 533-cü maddəsinin tələbinə əsasən birinci növbə vərəsələr olmadıqda və ya onlar mirası qəbul etmədikdə, habelə onların hamısı vəsiyyət edən tərəfindən vərəsəlik hüququndan məhrum edildikdə, ölənin bacı-qardaşları, habelə onun həm ata, həm də ana tərəfindən babası və nənəsi, ulu babası və ulu nənəsi vərəsə olurlar (yəni ikinci növbə vərəsə). Qanunvericiliyin sadalanan tələblərini iş materialları ilə əlaqələndirən məhkəmə bildirir ki, X12 öldüyü zaman onun sağ qalan övladı X33 qanun üzrə vərəsəsi sayılır. Belə ki, mülki iş materiallarına əlavə edilmiş və işin mübahisəsiz hallarının təsdiqi zamanı qeyd edilən sənədlərdən, xüsusi ilə də Babək Rayon İcra Hakimiyyəti Vayxır kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 25 yanvar 2021-ci il tarixli, 99 nömrəli arayışdan miras qoyan mərhum X4 yuxarıda qeyd edilən vərəsəsinin olması sübuta yetirilir. X4 vərəsələrinin dairəsi müəyyən edildikdən sonra miras əmlakın dairəsi ilə bağlı məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilənlərdən onun mülkiyyətində Babək rayonu, Vayxır kəndində yerləşən 0.0883 hektar torpaq sahəsinin olması müəyyən edilir. Miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, 2000-ci ilin sentyabr ayının 1-dək qüvvədə olan Azərbaycan Respublikası SSR Mülki Məcəlləsinin 552-ci maddəsinə görə mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Qanunvericiliyin yuxarıda qeyd edilən maddi hüquq normasından görünür ki, Azərbaycan Respublikasının qüvvədən düşən mülki qanunvericiliyi mirasın qəbul edilməsinin iki üsulunu - formal, yəni notariat kontoruna ərizə verməklə və qeyri-formal–faktiki cəhətdən qəbul edilmə üsulunu müəyyənləşdirir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu, yəni onu faktiki olaraq qəbul etmək isə iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Mirasın faktiki qəbulu üsulu odur ki, bu üsul əsasında vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib olur, onun üzərində fiziki “ağalıq” edir. Yəni bu hərəkətlərdən mirası qəbul etməsi açıq-aşkar görünür və bəlli olur. Mirasın faktiki idarə edilməsi isə üsulu isə o deməkdir ki, vərəsənin etdiyi elə hərəkətdir ki, bu hərəkətləri adətən o öz mənafeyi üçün əmlakın saxlanılması və normal təsərrüfatın aparılması üçün edir. İddia tələbinin məhkəmə araşdırılması zamanı müəyyən olunur ki, mərhum X33 anasından qalan mirası qeyri-formal üsulla qəbul etmişdi. Yəni o, mirasa həm faktiki sahiblik etməklə, həm də onu faktiki idarə etməklə qəbul edib. Bu fakt həm işdə iştirak edən şəxslərin məhkəmədə verdiyi izahatları ilə, həm də məhkəmədə dindirilmiş şahid ifadələri, həmçinin digər sübutlarla öz təsdiqini tapır. Belə ki, məhkəmədə şahid qismində dindirilən Şahid1 ifadəsində iddiaçı və cavabdehin onun qardaşı olduğunu, özünün hazırda 51 yaşında olduğunu, Vayxır kəndində doğulub böyüdüyünü, 1992-ci ildə ailə qurduqdan sonra Naxçıvan şəhəri, Qaraxanbəyli kəndində yaşadığını, özü gəlin köçən zaman atası evində nənəsi Səadətin və valideynlərinin qaldığını, həmçinin qardaşı Bilalın da onlarla birlikdə yaşadığını, nənəsi Səadətin özünə məxsus evi sataraq valideynləri ilə birlikdə yaşadığını, ondan miras qalmış torpaq sahəsinin isə özünün ata evinə yaxın olduğunu, nənəsi yaşlı olduğundan hələ onun sağ vaxtından ona məxsus torpaq sahəsinin qardaşı Bilal, atası Şükür və anası Fatmanın əkib-becərdiyini, nənəsi Səadətin 1994-cü ildə rəhmətə getdiyini, ondan miras qalan torpaq sahəsində nənəsinin sağ vaxtından üzüm bağı salındığını, onun ölümündən sonra bir müddət həmin bağa anası Fatma və qardaşı Bilalın baxıb qulluq etdiyini, daha sonra anasının ciyərində xəstəlik olduğundan həmin torpaq sahəsinə qardaşı Bilal və atası Şükürün baxdığını, anası Fatmanın 2014-cü ildə öldüyünü, onun bacı-qardaşının olmadığını, böyüklərdən eşitdiyinə görə babası X47 Müharibəsindən geri qayıtmadığını, anasının sağ vaxtı qardaşı Bilalın öz ailəsi ilə birlikdə onunla qaldığını, bacılarından Sarabəyimin öldüyünü, o, ailə qursa da uşağının olmadığını, nənəsinin və anasının yas xərclərini qardaşı Bilalın çəkdiyini, bildiyinə görə digər bacıqardaşlarının bununla bağlı ona cüzi köməklik etdiyini, nənəsi Səadət və anası Fatmanın vəsiyyətnamə tərtib etmədiyini, nənəsinə məxsus torpaq sahəsində əvvəlcə üzüm bağı salındığını, daha sonra həmin bağın quruduğunu, orada armud, gilas, gilənar ağacları olduğunu, həmin ağaclara qardaşı Bilalın qulluq etdiyini, torpaq sahəsində bir ara onun yonca da əkdiyini, qardaşı İbrahimin isə hələ valideynlərinin sağ vaxtından onlardan ayrı yaşadığını, onun 1987-ci ildə ailə qurduğunu, təqribən iki il sonra valideynlərindən ayrılıb özünə məxsus evdə yaşadığını, nənəsi Səadət və anası Fatmanın ölümündən sonra miras qalan torpaq sahəsinə digər bacı-qardaşlarının qulluq etmədiyini, nənəsi Səadətin sağ vaxtı onun bütün əziyyətini qardaşı Bilal çəkdiyindən nənəsinin sağ vaxtı torpaq sahəsini Bilala verdiyini, mərhumun qəbir daşın da qardaşı Bilalın götürdüyünü qeyd etmişdir. Şahid3 məhkəmədə verdiyi ifadəsində Babək rayonu, Vayxır kəndində yaşadığını, tərəflərlə qohumluq münasibətinin olmadığını, özünün yaşadığı ev ilə mərhum Səadətə məxsus olan torpaq sahələrinin bir-birinə yaxın yerləşdiyini, aralarında məsafənin təqribən 150-200 metr olduğunu, Səadətin Bilalın valideynləri ilə birlikdə yaşadığını, o, sağ ikən həmin torpaq sahəsində üzüm bağı saldığını, Bilal və onun atası Şükürün hələ Səadət sağ ikən həmin torpaq sahəsinə baxıb qulluq etdiyini, Səadətin ölümündən sonra isə onun qızı Fatmanın orada ot biçməsini, bağdan ot və üzüm yığmasını, sonradan o, xəstə olduğundan onu torpaq sahəsində elə çox görmədiyini, həmçinin Bilal və Şükürün həmin torpaq sahəsində olan ağaclara qulluq etdiyini gördüyünü, orada armud, alma, göycə və qələmə ağacları olduğunu, demək olar ki, onlara həmişə Bilal və onun atası Şükürün qulluq etməsinin şahidi olduğunu, Bilalın anası Fatmanın bacı-qardaşının olmadığını, bildiyinə görə onun sağ olan yeddi uşağı olduğunu, Bilalın onun birlikdə yaşadığını və hazırda da iddiaçının həmin evdə qaldığını, mərhum Səadətə məxsus torpaq sahəsinin çəpərləndiyini, 2020-ci ildən orada Bilalın ev tikməyə bağladığını, bildiyinə görə həmin evi oğluna tikdiyini, iddiaçının anası Fatma və nənəsi Səadətin ölümündən sonra sözügedən torpaq sahəsində Bilaldan başqa heç kimi görmədiyini və iddiaçının hər iki valideynin yas mərasimlərində iştirak etdiyini bildirmişdi. Dindirilmiş şahid ifadələrini iş materiallarına əlavə edilmiş sənədlər, həmçinin iddiaçının izahatı ilə əlaqəli şəkildə tədqiq edərək məhkəmə bildirir ki, onların ifadələrində qeyd etdiyi iş üçün əhəmiyyətli olan xüsusatlar digər sübutlarla da öz təsdiqini tapdığından ifadələr sübut kimi qəbul edilən hesab edir. Belə ki, Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan X21 miras əmlakın yerlədiyi yerdə, yəni, Babək rayonu, Vayxır kəndində yaşadığı müəyyən edilir. Həmçinin işə əlavə edilmiş Babək Rayon İcra Hakimiyyətinin Vayxır kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 10 mart 2021-ci il tarixli, 311 nömrəli və Babək rayonu, Vayxır bələdiyyəsi tərəfindən verilmiş 09 mart 2021-ci il tarixli, 06 nömrəli arayışlarda X4 ölümündən sonra ondan miras qalan 0.0883 hektar torpaq sahəsinin X33 tərəfindən əkilib-becərilməsi öz əksini tapır. Yuxarıda qeyd edilənləri ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, mərhum X2 miras qalmış Babək rayonu, Vayxır kəndində yerləşən 0.0883 hektar torpaq sahəsinin mərhum X33 tərəfindən qəbul edilməsi faktı əsaslı olduğundan müəyyən edilməlidir. Məhkəmə onu da işdə iştirak edən şəxslərin nəzərinə çatdırır ki, 2000-ci ilin sentyabr ayının 1-dək qüvvədə olan Azərbaycan Respublikası SSR Mülki Məcəlləsinin 552-ci maddəsinə əsasən qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. İşin digər mübahisəli halının, yəni X21 ölümündən sonra onun mərhum X2 qəbul etdiyi miras əmlakın İddiaçı qəbul etməsinin hüquqi həlli ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinin məzmunundan aydın olur ki, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Mülki iş materialları ilə miras qoyan X21 21 yanvar 2014-cü ildə ölməsi sübuta yetirilir. Yəni onun ölümü ilə miras açılmış və bu andan sonra miras əmlak üzrə müəyyən şəxslərvərəsəliyə çağırılan şəxs (mümkün vərəsə) subyektiv vərəsəlik hüququnu həyata keçirmək və miras əmlakı əldə etmək imkanı qazanmışdı. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə görə vərəsəlik anlayışı altında, ölmüş şəxsin əmlakının qanun üzrə və ya vəsiyyət üzrə, yaxud hər iki əsasla başqa şəxslərə (vərəsələrə) keçməsi başa düşülür. Vərəsəlik münasibətləri miras qoyanla vərəsələr arasında qanunda nəzərdə tutulmuş əsaslar üzrə, yaxud miras qoyanın iradəsinə əsaslanan vəsiyyət üzrə yaranır (Mülki Məcəllənin 1133-cü maddəsi). İddia tələbinin məhkəmədə araşdırılması zamanı X33 tərəfindən vəsiyyətnamə tərtib edilməməsi müəyyən edilmişdi. Bu isə o deməkdir ki, hazırkı vəziyyətdə vərəsəliyin qanunla müəyyən edilmiş əsası tətbiq edilməlidir. Qanun üzrə vərəsələrin dairəsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsində öz əksini tapmışdır. Həmin maddəyə əsasən qanun üzrə vərəsəliyin beş növbəsi fərqləndirilir. Qeyd edilən Məcəllənin 1159.1.1-ci maddəsinin mahiyyətinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbə vərəsələr sayılır. Məhkəmə həmçinin onu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1160-cı maddəsinin tələbinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Qanunvericiliyin sadalanan tələblərini iş materialları ilə əlaqələndirən məhkəmə bildirir ki, X33 öldüyü zaman X6, həmçinin X34 ilə nikahından olan və sağ qalan övladları Cavabdeh, X29, İddiaçı, X25 və X27 onun qanun üzrə vərəsəsi sayılır. Belə ki, mülki iş materiallarına əlavə edilmiş və işin mübahisəsiz hallarının təsdiqi zamanı qeyd edilən doğum, nikah haqqında şəhadətnamələr, akt qeydindən çıxarışlardan, Babək Rayon İcra Hakimiyyətinin Vayxır inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 25 yanvar 2021-ci il tarixli, 100 nömrəli arayışdan X21 ölümündən sonra sağ qalan yuxarıda qeyd edilən vərəsələrinin olması sübuta yetirilir. Həmçinin iş materiallarına əlavə edilmiş sənədlərdən onun atası X8 itkin düşməsi öz təsdiqini tapır. Miras qoyanın vərəsələrinin dairəsi müəyyən edildikdən sonra miras əmlakın dairəsi ilə bağlı məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Bundan əlavə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 94-cü bəndinə görə mirasın tərkibinə ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Qanunvericiliyə əsasən mirasın tərkibinə miras qoyanın sağlığında mülkiyyət hüququ əldə etdiyi daşınmaz və daşınar əmlakın rəsmi reyestrlərində qeydə alınan əmlak, habelə mükafat, müəllif qonorarı, alınmamış əməkhaqqı, pensiya, bank əmanətləri, qiymətli kağızlar, müəssisədəki pay və sığorta ödənişi və s. daxil edilir. Miras qoyanın qanunla müdafiə edilən əmlak və şəxsi qeyri-əmlak hüquqlarına zərər vurulması ilə əlaqədar dəymiş ziyanın ödənilməsi haqqında tələb vərəsələrə keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1257-ci maddəsində isə mirası qismən qəbul etməyin yolverilməzliyi prinsipi öz əksini tapmışdır. Mülki Məcəllənin yuxarıda qeyd edilən normaları özündə miras əmlakın tamlığı, bütövlüyü prinsipini ehtiva edir. İşin məhkəmədə araşdırılması zamanı X21 anasından miras qalan əmlakı qəbul etməsi öz təsdiqini tapdığından və Azərbaycan Respublikası SSR Mülki Məcəlləsinin 552-ci maddəsinə əsasən qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab edildiyindən X19 Babək rayonu, Vayxır kəndində yerləşən 0.0883 hektar torpaq sahəsi miras qalmışdır. Miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Əgər miras əmlak üzrə miras qoyanın bir neçə vərəsəsi olsa bu zaman hər bir vərəsə mirası müstəqil qəbul etməlidir. Qanunvericiliyin yuxarıda qeyd edilən normalarından görünür ki, Azərbaycan Respublikası mülki qanunvericiliyi mirasın qəbul edilməsinin iki üsulunu - formal, yəni notariat kontoruna ərizə verməklə və qeyri-formal–faktiki cəhətdən qəbul edilmə üsulunu müəyyənləşdirir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu, yəni onu faktiki olaraq qəbul etmək isə iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Mirasın faktiki qəbulu üsulu odur ki, bu üsul əsasında vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib olur, onun üzərində fiziki “ağalıq” edir. Yəni bu hərəkətlərdən mirası qəbul etməsi açıq-aşkar görünür və bəlli olur. Mirasın faktiki idarə edilməsi isə üsulu isə o deməkdir ki, vərəsənin etdiyi elə hərəkətdir ki, bu hərəkətləri adətən o öz mənafeyi üçün əmlakın saxlanılması və normal təsərrüfatın aparılması üçün edir. İşin mübahisəli halının məhkəmə araşdırılması zamanı müəyyən olunur ki, İddiaçı da X10 kimi mirası qeyri-formal üsulla qəbul etmişdi. Yəni, iş üzrə o, mirasa həm faktiki sahiblik etməklə, həm də onu faktiki idarə etməklə qəbul edib. Bu fakt həm işdə iştirak edən şəxslərin məhkəmə baxışı iclası zamanı verdiyi izahatlarla, həm də məhkəmədə dindirilmiş şahid ifadələri, həmçinin digər sübutlarla öz təsdiqini tapır. Belə ki, məhkəmədə dindirilmiş Şahid2 Babək rayonu, Vayxır kəndində yaşadığını, özünün yaşadığı evin torpaq sahəsi ilə Bilalın nənəsindən qalan torpaq sahəsinin bitişik olduğunu, neçə ildir ki, onunla qonşuluqda yaşadığını, özünü dərk edən bir gündən həmin torpaq sahəsinə Bilalın və onun atası Şükürün baxıb nəzarət etdiyini gördüyünü, torpaq sahəsində armud, alça, göycə ağaclarının əkildiyini, aralarında olan çəpərdə itburnu kolunun yetişdiyini, onlara həmişə Bilalın qulluq etdiyini gördüyünü, həyəti suvarmaq üçün arxla gətirilən su ilə dəfələrlə hər ikisinin eyni vaxtda həyətləri suvardıqlarını, Bilalın bütün bacıqardaşlarını tanıdığını, torpaq sahəsinə Bilaldan başqa şəxslərin baxıb, qulluq etdiyini görmədiyini, iddiaçının nənəsini tanımadığını, onun atası Şükürün isə 2015-ci ildə öldüyünü xatırladığını, anası Fatmanın isə bir il ondan qabaq rəhmətə getdiyini, Bilalın atasının yas mərasimində iştirak etdiyini, torpaq sahəsinin kimin mülkiyyətində olduğunu bilmədiyini, orada həmişə Bilalı gördüyünü, hazırda iddiaçının orda övladına ev tikdiyini bildirmişdi. Məhkəmədə şahid qismində dindirilən və yuxarıda qeyd edilən Şahid1 və Şahid3 ifadəsindən də iddiaçının Babək rayonu, Vayxır kəndində yerləşən 0.0883 hektar torpaq sahəsinə anasının ölümündən sonra sahiblik edərək, orada təsərrüfat aparması aydın olur. Dindirilmiş şahid ifadələrini iş materiallarına əlavə edilmiş sənədlər, həmçinin iddiaçının izahatı ilə əlaqəli şəkildə tədqiq edərək məhkəmə bildirir ki, onların ifadələrində qeyd etdiyi iş üçün əhəmiyyətli olan xüsusatlar digər sübutlarla da öz təsdiqini tapdığından ifadələri sübut kimi qəbuledilən hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 99-cu bəndinə görə əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: -vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; -mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; -mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; -miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər. G. Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının “18” oktyabr 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “18” iyul 2014-cü il tarixli qərarında göstərmişdir ki, miras əmlakı faktiki idarə etmək vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Qeyd edilən normanı mülki iş materialları ilə əlaqəli şəkildə tədqiq məhkəmə qeyd edir ki, Babək Rayon İcra Hakimiyyətinin Vayxır kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 25 yanvar 2021-ci il tarixli, 98 nömrəli arayışdan İddiaçı Babək rayonu, Vayxır kəndində, yəni miras əmlakın olduğu yerdə yaşaması müəyyən edilir. Bundan əlavə Babək Rayon İcra Hakimiyyətinin Vayxır kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 10 mart 2021-ci il tarixli, 311 nömrəli və Babək rayonu, Vayxır bələdiyyəsi tərəfindən verilmiş 09 mart 2021-ci il tarixli, 06 nömrəli arayışlarda X21 ölümündən sonra ondan miras qalan 0.0883 hektar torpaq sahəsinin İddiaçı tərəfindən əkilibbecərilməsi, onun istifadəsində olması və hazırda ev tikməyə başlaması öz əksini tapır. Yuxarıda qeyd edilənləri ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, mərhum X19 miras qalmış Babək rayonu, Vayxır kəndində yerləşən 0.0883 hektar torpaq sahəsinin İddiaçı tərəfindən faktiki olaraq qəbul edilməsi müəyyən edilməsi tələbi əsaslı sayılmadır. Məhkəmə onu da tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia təmin edilməli olduğundan İddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 10 (on) manat dövlət rüsumu cavabdehdən alınaraq ona ödənilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -İddia tələbi təmin edilməli; - 20 mart 1994-cü ildə ölən X2 miras qalmış Babək rayonu, Vayxır kəndində yerləşən 0.0883 hektar torpaq sahəsinin 21 yanvar 2014-cü il ölən X33 tərəfindən qəbul edilməsi faktı müəyyən olunmalı; - X21 ölümündən sonra ondan miras qalmış Babək rayonu, Vayxır kəndində yerləşən 0.0883 hektar torpaq sahəsinin İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilməli; - iddia təmin edildiyindən 10 (on) manat miqdarında dövlət rüsumu iş üzrə Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i : İddia tələbi təmin edilsin. “20” mart 1994-cü ildə ölən X2 miras qalmış Babək rayonu, Vayxır kəndində yerləşən 0.0883 hektar torpaq sahəsinin 21 yanvar 2014-cü il ölən X33 tərəfindən qəbul edilməsi faktı müəyyən olunsun. X21 ölümündən sonra isə ondan miras qalmış Babək rayonu, Vayxır kəndində yerləşən 0.0883 hektar torpaq sahəsinin İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. İddia təmin edildiyindən 10 (on) manat miqdarında dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:- Zamiq Əliyev
Məhkəmə qərarları › İş №2(079)-161/2021
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-161/2021
25.05.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver