Məhkəmə qərarları › İş №2(079)-163/2024

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №2(079)-163/2024

03.04.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № 2(079)-163/2024 03.04.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı və “X4 Zavodu” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı “X4 Zavodu” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı ödənilməyən məzuniyyət pulunun, sonuncu iş günü üçün əmək haqqının və qalıq məzuniyyət pulunun ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə baxış iclasında baxaraq, müəyyənetdi: İddiaçı xx.xx.2023-cü il tarixdə X4 Zavodu” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə müraciət edərək xx.xx.2017-ci il tarixindən xx.xx.2017-ci il tarixədək X3 Sənay Kompleksi MMC - (indiki X4 Zavodu) fəhlə kimi işləyərkən özünün ödənilməmiş məzuniyyət pulunun, X4 Zavodundan 2023-cü ildə işdən çıxarılarkən axırıncı iş günü yəni 23 iyun 2023-cü il tarix üçün 794 manat əmək haqqının ödənilməsi həmçinin 2018-ci ildən 2023-cü ilə qədər hesablanan məzuniyyət pulu qalıq 22 gün üçün məzuniyyət pulunun ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını əsaslandıraraq qeyd etmişdir ki, xx.xx.2017-ci il tarixində X3 Sənaye Kompleks MMC - (indiki X4 Zavodu) fəhlə kimi işə başlamışam. xx.xx.2017-ci il tarixd öz ərizəm əsasında işdən azad olunmuşam. 19 mart 2018-ci il tarixdə X5 Sənaye Kompleksi MMC-nin Naxçıvan şəhər sahəsində fəhlə kimi işə başlamışam. xx.xx.2018-ci il tarixdən etibarən X3 Sənaye Kompleksi MMC-nin Naxçıvan şəhə sahəsindən Araz sahəsinə keçirilmişəm. xx.xx.2023-cü il tarixdə iş gününün sonunda Cəmiyyəti Araz sahəsində işinin azalması əsas gətirilərək Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin ç bəndi ilə işimə xitam verilmişdir. xx.xx.2017-ci il tarixindən xx.xx.2017-ci il tarixədək X3 Sənaye Kompleksi MMC - (indiki X6 Zavodu) fəhlə kimi işləyərkən mən məzuniyyət pulu almamışam. X6 Zavodundan 2023-cü ildə işdən çıxarılarkən axırıncı iş günü yəni 23 iyun 2023 cü il tarix üçün mənə 794 manat əmək haqqı ödənilməyib. Halbuki iş gününün sonunadək işləmişəm həmçinin 2018-ci ildən 2023-cü ilə qədər hesablanan məzuniyyət pulu qalıq 22 gün üçün məzuniyyət pulunun mənə ödənilməyib. Mülki iş Naxçıvan Şəhər Məhkəməsinin 28 dekabr 2023-cü il tarixli, 2(078)- 1526/2023 nömrəli qərardadına əsasən aidiyyatı üzrə baxılması üçün Babək Rayon Məhkəməsinə göndərilmişdir. Mülki işə əvvəldən baxılmağa başlanılaraq icraat aparılmışdır. Naxçıvan Şəhər Məhkəməsinin 28 dekabr 2023-cü il tarixli, 2(078)-1526/2023 nömrəli qərardadı ilə İddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizəsi təmin edilərək, mülki işə xx.xx.2017-ci il tarixindən xx.xx.2017-ci il tarixədək X3 Sənaye Kompleksi MMC-də (indiki X4 Zavodu) fəhlə kimi işləyərkən ona ödənilməmiş 21 gün olmaqla 378 (üç yüz yetmiş səkkiz) manat məzuniyyət pulunun, X4 Zavodundan işdən çıxarılarkən axırıncı iş günü yəni 23 iyun 2023-cü il tarix üçün 20 (iyirmi) manat pulun, həmçinin 2018-ci ildən 2023-cü ilə qədər hesablanan 22 gün olmaqla 396 (üç yüz doxsan altı) manat qalıq məzuniyyət pulunun, ümumilikdə 794 (yeddi yüz doxsan dörd) manat məbləğində pulun ödənilməsi həddində baxılması qərara alınmışdır. 23 fevral 2024-cü il tarixli məhkəmə hazırlıq iclasında “X4 Zavodu” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə tərəfindən 15 günlük məzuniyyət pulu və 1 günlük son iş gününün əmək haqqının iddiaçıya geri qaytarılması ilə bağlı təklif irəli sürülmüş, iddiaçı tərəfindən sözügedən təkliflə razılaşılmış, tərəflər barışıq sazişi ilə məhkəməyə müraciət edəcəklərini bildirmişlər. X2 xx.xx.2024-ü il tarixdə məhkəməyə təqdim etdiyi rəydə bildirmişdir ki, “X4 Zavodu” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İddiaçı istifadə edilməmiş 15 (on beş) günlük əsas məzuniyyət günlərinə görə 315.60 manat pul əvəzi və sonuncu iş gününə görə ödənilməyən bir günlük əmək haqqı üçün isə 26.52 manat olmaqla ümumilikdə 342.12 manat məbləğində pul vəsaiti ödənilməlidir. 03 aprel 2024-cü il tarixdə keçirilən məhkəmə baxışı iclasında tərəflər barışıq sazişi ilə məhkəməyə müraciət edərək aralarında razılığa gəldiklərini bildirmişlər, məhkəmədən razılığa gəldikləri aşağıdakı şərtlər daxilində barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişlər: 1.1 Cavabdeh “X4 Zavodu” Məhdud Məsuliyyətli Cəmiyyəti İddiaçı qərardad qanuni qüvvəyə mindiyi və icraya yönəldildiyi gündən 15 (on beş) günlük əsas məzuniyyət günlərinə görə 315.60 manat pul əvəzi və sonuncu iş gününə görə ödənilməyən bir günlük əmək haqqı üçün isə 26.52 manat olmaqla, ümumilikdə 342.12 manat məbləğində pul əvəzinin ödənilməsi öhdəliyini üzərinə götürür; 1.2 Tərəflər aralarında olan xx.xx.2017-ci il tarixindən xx.xx.2017-ci il tarixədək X3 Sənaye Kompleksi MMC-də (indiki X4 Zavodu) fəhlə kimi işləyərkən ona ödənilməmiş 21 gün olmaqla 378 (üç yüz yetmiş səkkiz) manat məzuniyyət pulunun, X4 Zavodundan işdən çıxarılarkən axırıncı iş günü yəni 23 iyun 2023-cü il tarix üçün 20 (iyirmi) manat pulun, həmçinin 2018-ci ildən 2023-cü ilə qədər hesablanan 22 gün olmaqla 396 (üç yüz doxsan altı) manat qalıq məzuniyyət pulunun, ümumilikdə 794 (yeddi yüz doxsan dörd) manat məbləğində pulun ödənilməsi tələbinə dair mübahisə ilə bağlı gələcəkdə birbirlərinə qarşı heç bir tələblərinin olmayacağı barədə razılığa gəlirlər. 1.3 “X4 Zavodu” Məhdud Məsuliyyətli Cəmiyyəti İddiaçı 15 sentyabr 2023-cü il tarixli, 144597 nömrəli qəbzlə ödədiyi 50 (əlli) manat məbləğində mediasiya xərcinin əvəzini iddiaçıya ödənilməsi öhdəliyini üzərinə götürür. Belə ki, MPM-in 122.3-cü maddəsinə əsasən tərəflər barışıq sazişi bağladıqda məhkəmə xərcləri və yardım göstərməyə görə nümayəndəyə və vəkilə ödənilən xərclər tərəflərin razılığına uyğun olaraq bölüşdürülür. Məhkəmə iş üzrə tərəflərin barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsi barədə xahişini və mülki iş materiallarını qanunvericiliyin tələbləri ilə əlaqəli şəkildə tədqiq edərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 52.3-cü maddəsinin tələbinə görə tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. MPM-in 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Bundan əlavə MPM-in 52.5-ci maddəsi ilə müəyyən edilir ki, iddiaçının niddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məhkəmə iş materiallarını, məhkəmə araşdırması gedişində müəyyən olunmuş halları və barışıq sazişinin şərtlərini araşdırıb yuxarıda qeyd olunan prosessual hüquq normalarına istinadən hesab edir ki, barışıq sazişinin şərtləri qanuna zidd olmadığından, tərəflərin və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından barışıq sazişinin şərtləri təsdiq olunmalıdır. MPM-in 261.0 və 261.0.5-ci maddələrinin mahiyyətinə əsasən tərəflər barışıq sazişi imzalamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, iş üzrə icraata xitam verilir. MPM-in 191.2-ci maddəsinin tələbinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prossesual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddidan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə, məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Yuxarıda qeyd edilən prosessual normanın tələbini rəhbər tutaraq tərəflərə izah edilsin ki, MPM-in 262.4-cü maddəsinin tələbinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə hesab edir ki, tərəflərin bağlamış olduqları 19 mart 2024-cü il tarixli barışıq sazişi təsdiq edilməli, hazırki mülki iş üzrə icraata xitam verilməlidir. Göstərilənləri və MPM-in 191, 262-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərarverdi: İddiaçı “X4 Zavodu” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı ödənilməyən məzuniyyət pulunun, sonuncu iş günü üçün əmək haqqının və qalıq məzuniyyət pulunun ödənilməsi tələbinə dair mülki iş üzrə tərəflər arasında bağlanmış 19 mart 2024-cü il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: 1.1 Cavabdeh “X4 Zavodu” Məhdud Məsuliyyətli Cəmiyyəti İddiaçı qərardad qanuni qüvvəyə mindiyi və icraya yönəldildiyi gündən 15 (on beş) günlük əsas məzuniyyət günlərinə görə 315.60 manat pul əvəzi və sonuncu iş gününə görə ödənilməyən bir günlük əmək haqqı üçün isə 26.52 manat olmaqla, ümumilikdə 342.12 manat (üç yüz qırx iki manat on iki qəpik) məbləğində pul əvəzinin ödənilməsi öhdəliyini üzərinə götürür; 1.2 Tərəflər aralarında olan xx.xx.2017-ci il tarixindən xx.xx.2017-ci il tarixədək X3 Sənaye Kompleksi MMC-də (indiki X4 Zavodu) fəhlə kimi işləyərkən ona ödənilməmiş 21 gün olmaqla 378 (üç yüz yetmiş səkkiz) manat məzuniyyət pulunun, X4 Zavodundan işdən çıxarılarkən axırıncı iş günü yəni 23 iyun 2023-cü il tarix üçün 20 (iyirmi) manat pulun, həmçinin 2018-ci ildən 2023-cü ilə qədər hesablanan 22 gün olmaqla 396 (üç yüz doxsan altı) manat qalıq məzuniyyət pulunun, ümumilikdə 794 (yeddi yüz doxsan dörd) manat məbləğində pulun ödənilməsi tələbinə dair mübahisə ilə bağlı gələcəkdə birbirlərinə qarşı heç bir tələblərinin olmayacağı barədə razılığa gəlirlər. 1.3 “X4 Zavodu” Məhdud Məsuliyyətli Cəmiyyəti İddiaçı 15 sentyabr 2023-cü il tarixli, 144597 nömrəli qəbzlə ödədiyi 50 (əlli) manat məbləğində mediasiya xərcinin əvəzini iddiaçıya ödənilməsi öhdəliyini üzərinə götürür. İddiaçı “X4 Zavodu” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı ödənilməyən məzuniyyət pulunun, sonuncu iş günü üçün əmək haqqının və qalıq məzuniyyət pulunun ödənilməsi tələbinə dair mülki iş üzrə barışıq sazişi məhkəmə tərəfindən təsdiq olunduğundan iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, barışıq sazişinin bağlanması və onun məhkəmə tərəfindən təsdiq edilməsi eyni tərəflər arasında həmin predmet barəsində həmin əsaslarla yenidən iddia qaldırılmasını istisna edir. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardadı çıxaran məhkəməyə verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar