Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-167/2025 24.07.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X18 məhkəmə iclas katibliyi, iddiaçının hüquqi varisi Ələkbəroğlu (Mehdiyeva) Sədaqət Zeynalabdın qızı, iddiaçının vəkili Vəkil və Cavabdeh1 iştirakı ilə, İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 mirasın faktiki qəbul edilməsi və həmin miras əmlakda payın müəyyən edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı “23” yanvar 2025-ci ildə iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək onun tərəfindən mərhum anası X9 miras qalmış Babək rayonu Nehrəm qəsəbəsində yerləşən 0.065 ha torpaq sahəsinin- miras əmlakın qəbul edilməsi faktının təsdiq olunması və miras olan həmin daşınmaz əmlakda payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, anam X25 2010-cu ilin 28 avqustunda rəhmətə getmişdir. Anam rəhmətə getdikdən sonra ondan Babək rayonu, Nehrəm qəsəbəsində 0.065 ha torpaq sahəsi miras əmlak olaraq qalmışdır. Onu da qeyd edim ki, anamdan əvvəl atam rəhmətə getmiş (2010-cu ildə) və həmin torpaq sahəsi atamın adından vərəsəlik qaydasında mərhum anamın adına keçirilmışdir. Anamın aşağıdakı vərəsələri olmuşdur.
1. X28-vəfat edib (həyat yoldaşı)
2. Cavabdeh4 (qızı)
3. Cavabdeh2 (oğlu)
4. Cavabdeh3 (oğlu)
5. X21 (oğlu) vəfat edib
6. İddiaçı (oğlu)
7. Cavabdeh1 (oğlu) Yuxarıda qeyd etdiyim kimi qeyd edilən torpaq sahəsindəki doğulub böyüdüyüm evdə hələ anamın sağlığında onunla birlikdə, anamın ölümündən sonra da mən yaşayıram, həmçinin anamın vəfatından sonra miras olan torpaq sahəsində balaca qardaşım Cavabdeh1 ev tikərək ailəsi ilə birlikdə yaşayır. Ümumiyyətlə mərhum anamızdan miras qalan daşınmaz əmlakı yalnız mən və qardaşım Cavabdeh1 qəbul edib. Bunu qonşular və Nehrəm qəsəbə sakinləri də təsdiq edə bilər. Həmin daşınmaz əmlaka dair mənimlə kommunal xidmətlərlə bağlı müvafiq müqavilələr bağlanılmış, kommunal xərclər mənim tərəfimdən ödənilmiş və ödənilməkdə davam edirəm. Əlavə olaraq onu qeyd etmək istəyirəm ki, qeyd edilən miras əmlakla bağlı miras əmlakın qəbulu ilə bağlı müvafiq notariat ofisinə müraciət edildi, lakin mübahisənin həll edilməsi mümkün olmamışdır. Vərəsələrdən bir neçəsi mirasdan imtinaya dair ərizələr vermiş (iddia ərizəsinə əlavə edilir), lakin vərəsələrdən biri notariat ofisinə gəlməkdən imtina etdiyi üçün bu miras əmlaka dair qərar qəbul etmək mümkün olmamışdır. Mən yuxarıda qeyd etdiyim kimi mən miras əmlakı mülki qanunverciliyin tələbinə görə qanunla müəyyən olunmuş müddətdə faktiki yaşamaqla və miras əmlakı faktiki idarə etməklə miras əmlakı qəbul etmişəm. Bununla bağlı olaraq müvafiq notariat ofisinə müraciət etdim və qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə almaq üçün müraciət etsəm də, mənə müddət ilə bağlı olaraq məhkəməyə müraciət etməyim tövsiyyə olundu. Mən də məcbur qalaraq məhkəməyə müraciət edirəm. 08 fevral 2025-ci il tarixdə ərizəçinin vəkili Vəkil məhkəməyə elektron qaydada ərizə göndərərək İddiaçı xx.xx.2025-ci il tarixdə səhərə yaxın dünyasını dəyişdiyini, hazırki iş üzrə iddiaçının hüquqi varisinin müəyyən olunması, ona dair müvafiq sənədlərin hazırlanılması və İddiaçı ölümünün qeydə alınaraq müvafiq şəhadətnamənin verilməsi vaxt tələb etdiyindən xx.xx.2025-ci il tarixə təyin olunmuş məhkəmə hazırlıq iclasının 1 ay müddətinə təxirə salınmasını məhkəmədən xahiş etmişdir. Mülki iş üzrə 17 fevral 2025-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında qərardad qəbul edilərək İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı mirasın faktiki qəbul edilməsi və həmin miras əmlakda payın müəyyən edilməsi tələbinə dair mülki iş üzrə məhkəmə baxışına hazırlığın icraatı şəxsin hüquq varisi müəyyən edilənədək dayandırılmışdır. Babək Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə X4 vəfat etmiş İddiaçı hüquqi varisi qismində işə cəlb edilmiş və mülki iş üzrə məhkəmə baxışına hazırlığın icraatı təzələnmişdir. İddiaçının hüquqi varisi Ələkbəroğlu (Mehdiyeva) Sədaqət Zeynalabdın qızı məhkəmə iclasında verdiyi izahatında mərhum İddiaçı ilə 2006-cı ildə ailə qurduğunu, həmin ildə toylarının olduğunu, həmin vaxtdan orada yaşadıqlarını, sonra Mərhum İddiaçı ilə Bakı şəhərində yaşadıqlarını, bir müddət sonra yenidən Babək rayonu, Nehrəm qəsəbəsinə gəlib orada yaşamağa davam etdiklərini, mərhum qayınanasının ölməmişdən qabaq torpaq sahəsindən Kazıma da pay çatacağını bildirdiyini, Kazımın xəstə olduğunu, qayınanasının X16 olduğunu və 2010-cu ildə vəfat etdiyini, ondan torpaq sahəsi və evin miras qaldığını, torpaq sahəsi və evin Babək rayonu, Nehrəm qəsəbəsində yerləşdiyini, torpaq sahəsinin ölçüsünü bilmədiyini, onun üzərində 2 salon, 1 otaqdan ibarət evin yerləşdiyini, Kazımla ailə qurduğu vaxt həmin evə gəlin köçdüyünü, həmin vaxt qayınatası Tağı Ələkbərovun sağ olmadığını, onun nə vaxt vəfat etməsini xatırlamadığını, qayınanası vəfat edərkən həmin evdə yaşadığını, onun yanımda vəfat etdiyini, ev balaca olduğundan onun yas mərasimini Qasım və Muxtərin evində keçirdiklərini, qayınanası vəfat eydikdən sonra evdə özü, Kazım və övladları Bulud və İbrahimin yaşamağa davam etdiyini, Buludun 16, İbrahimin isə 17 yaşı olduğunu, onlardan başqa qaynı Nazim və ailəsinin başqa bir otaqda yaşadığını, qayınanası vəfat etdikdən sonra onların da orada yaşamağa davam etdiyini, torpaq sahəsi üzərində 2 evin olduğunu, evin birində özlərinin, digərin də isə Nazimin ailəsi ilə birlikdə qaldığını, qayınanası öldükdən sonra digər vərəsələrin orada yaşamadığını, Qasım və Muxtarın evinin ayrı olduğunu, hər birinin Babək rayonu, Nehrəm qəsəbəsində ayrıca evi olduğunu, Sədaqətin isə qayınanası vəfat etməmişdən əvvəl ailə quraraq Culfa Şəhərində yaşadığını, onların yalnız yas mərasimində gəlib iştirak edib, sonra öz evlərinə qayıtdıqlarını, əri Kazımın 13 yanvar 2025-ci ildə xəstəxanaya yerləçdirildiyini, 08 fevral 2025-ci ildə vəfat etdiyini, mərhum Kazımda astma-bronxit xəstəliyinin və az miqdarda vərəm xəstəliyinin olduğunu, keçici xəstəlik olduğu üçün və uşaqlar da balaca olduğundan həkimin onların birlikdə qalmaqlarına icazə vermədiyini, bu səbəbdən də 2008-ci ildən, yəni 15 ildir ayrı yaşadıqlarını, Kazımla nikahlarının pozulmadığını, Kazımın da buna görə həmin vaxtdan anasının evində tək yaşadığını, lakin ona baxdığını, xəstəxanada ölərkən də onun yanında olduğunu, hazırda həmin torpaqdakı evdə Nazim və ailəsinin yaşadığını bildirmişdir. Cavabdeh2 məhkəmə iclasında verdiyi izahatında mərhum qardaşı Kazımda xərçəng xəstəliyinin olmadığını, xəstəxanada onun yanında qaldığını, Sədaqət və Kazımın uzun müddət ayrı yaşadıqlarını, heç kimin Kazıma baxıb qulluq etmədiyini, onu xəstəxanalara özünün aparıb gətirdiyini, anasının 2010-cu ilin sentyabr ayında vəfat etdiyini, onun ölməmişdən qabaq Babək rayonu, Nehrəm qəsəbəsində yaşadığını, anası vəfat etdikdən sonra həmin torpaqda Kazım və Nazimin yaşamağa davam etdiklərini, belə ki, onların evlərinin ayrı olduğunu və Nazimin ailəsi ilə birlikdə, Kazımın isə tək yaşadığını, anası öləndən sonra həmin evdə yaşamadığını, Babək rayonu, Nehrəm qəsəbəsində ayrıca evi olduğunu və orada yaşadığını, anası vəfat etdikdən sonra ondan miras qalmış torpaq sahəsini istifadə etmədiyini və mirası qəbul etmədiyini, anasından 2 torpaq sahəsinin miras qaldığını, torpaq sahəsinin birinin texniki pasportunun olmadığını, qardaşlarının miras qalmış əmlakdan imtina etdiklərini, lakin torpaq sahəsinin onun adına keçmədiyini bildirmişdir. Cavabdeh1 məhkəmə iclasında verdiyi izahatında hüquqi varisin bildirdiklərinin yalan olduğunu, ailənin sonuncu övladı olduğunu, anasının 2010-cu ilin iyun ayında vəfat etdiyini, onun ölməmişdən qabaq Babək rayonu, Nehrəm qəsəbəsində yaşadığını, anası vəfat edən vaxt torpaq sahəsi üzərində 2 otaq və 1 salondan ibarət 1 evin olduğunu, Kazımın ailə qurduqdan sonra bir müddət həmin evdə yaşadığını, sonra isə onun arvadının uşaqları ilə birlikdə Bakı şəhərinə getdiklərini, onların Kazımı qaldıqları evə aparmadıqlarını, bu səbəbdən evdə Kazım, anası, özünün və ailə üzvlərinin yaşadığını, anası vəfat edən zaman Kazımın ailəsinin həmin evdə yaşamadığını, anası öləndən sonra Kazımın kirayədə yaşamağa başladığını, anası öldükdən 7-8 ay sonra həmin həyətdə yeni ev inşa etməyə başladığını, bu səbəbdən də anasından miras qalmış köhnə evi- 2 otaq və 1 salonu da yaşaması üçün Kazıma verdiyini, Kazımla bir torpaq sahəsi üzərində yerləşən evlərdə ayrıayrı yaşadıqlarını, sonra özü Bakı şəhərində olarkən Kazımın 2 otağı və salonun yarısını sökdüyünü, ordan çıxan materialları satıb Kazımın özünə dərman aldığını, özünə də balaca bir yer hazırlayıb orada qaldığını, Kazımın xəstəliyinin keçici olmadığını, belə ki, astma bronxit xəstəliyinin keçici olmadığını, hətta qardaşı Kazımın pensiyaya çıxmasına da özünün köməklik etdiyini, 2010-cu ilin iyun ayında anası vəfat etdikdən sonra Sədaqətin həmin həyətə girmədiyini və yaşamadığını, yaşayıbsa, onun bunu sübut etməli olduğunu, anası vəfat etdikdən sonra həmin evdə ailə üzvləri ilə birlikdə özünün yaşadığını və həmin vaxtdan evin bütün kommunal xərclərini özünün ödədiyini, 2010-cu ildən etibarən mərhum qardaşı Kazıma da özünün baxdığını, Kazım yalnız xəstəxanada olarkən Sədaqətin onun baxımı ilə məşğul olduğunu, hazırda da evdə özü və ailə üzvlərindən başqa heç kimin yaşamadığını, Kazım öləndən sonra hüquqi varisin bir neçə dəfə evə gəldiyini, onun gəlməsinə heç bir maneə törətmədiyini, torpaq anasının adına keçiriləndə həmin çıxarışın verildiyini, həmin həyətin 200 kvadrat metrinin satıldığını, torpağın eninin 25 metr, uzunluğunun isə 30 metr olduğunu, Planölçüdə göstərilən A tikilisinin ona məxsus olduğunu, həmin ev köhnə olduğundan anası öldükdən sonra oranı söküb 15000 manat kredit götürüb orada başqa bir ev tikməyə başladığını, texniki pasportda isə anasının adına olan dirlik sahəsi (1200 kv.metr) və hazırda yaşadıqları torpaq sahəsinin ( təxminən 600 kv.metr) birlikdə göstərildiyini, anası sağ ikən dirlik sahəsini 1300 dollara Əliqulu adlı şəxsə satdığını, lakin torpaq sahəsinin Əliqulunun adına keçirilmədiyini, həmi vaxt Türkiyədə işlədiyini, ona zəng edilərək Əliqulunun torpağı başqa adama satdığını və rəsmiləşdirmək istədiyini dediklərini, ona görə də torpağın sənədləşdirməsinin aparılması üçün torpağın qardaşı Qasımın adına keçirilməsi barədə aralarında razılığa gəlindiyini, Notariat Ofisində özü, qardaşları Kazım, Muxtər, bacısı Sədaqət və vəfat etmiş qardaşı övladlarının mirasın qəbulundan imtina barədə ərizə verdiyini, çünki, həmin vaxt torpaq sahəsini qardaşı Cavabdeh2 adına keçirmək barədə razılaşdıqlarını, həmçinin ərizədə mirasın qardaşı Cavabdeh2 adına keçməsinə etirazının olmadığını qeyd etdiyini, daha sonra isə onların gizlincə həmin razılıq ərizələrini geri götürdüklərini, İddiaçı verdiyi ərizəyə etiraz etdiyini, İddiaçı anasından qalan mülkün qardaşı Qasımın adına keçməsinə razılığa dair notarial qaydada ərizə verdiyini, həmin ərizənin isə hazırda ortalıqda olmadığını, iddiaçının vəkilinin həmin ərizəni gizlətdiyini bildirmişdir. Cavabdeh3 məhkəmə iclasında verdiyi izahatında anasının vəfat etdiyi tarixi xatırlamadığını, anasının ölənədək Babək rayonu, Nehrəm qəsəbəsində yaşadığını, torpaq sahəsi üzərində 1 evin olduğunu, anası öləndən sonra torpaq sahəsinin üzərində yerləşən evdə Nazim və ailəsinin 8 metrlik otaqda, Kazımın isə 2 otaq və 1 kolidorda yaşadığını, evdəki otaqların çıxışlarının fərqli olduğunu, anası öləndə Kazım və yoldaşının həmin evdə yaşadığını, qardaşı Kazımın astma xəstəsi olduğunu və bu səbəbdən də onun ailəsindən ayrı yaşadığını, torpaq sahəsinin üzərində yerləşən evin uçmaq təhlükəsi olduğunu, buna görə də Nazimin torpaq sahəsinin digər tərəfində özünə ev tikib orada yaşadığını, onun bildirdiklərinin yalan olduğunu, belə ki, Nazimin Kazımın baxımı ilə məşğul olmadığını, hazırda həmin evdə heç kimin yaşamadığını, qardaşı Kazımın ölənədək orada yaşadığını, bir gün qardaşı Qasımın digər torpaq sahəsinin satıldığını, bu səbəbdən də bir nəfərin mülkiyyətinə keçməli olduğunu dediyini, torpaq sahələrinin qardaşı Qasımın mülkiyyətinə keçməsinə dair aralarında razılaşdıqlarını, Nazim və Kazımının yaşadıqları torpaq sahələrinin isə onların arasında bölünəcəyini, torpaqların əzəldən elə atalarının adına olduğunu, həmin vaxt da həmin torpaqların bölündüyünü, orada Kazımla Nazimin qaldığını, torpaq sahəsinin bir qisminin satıldığını, həmin torpaq sahəsinin də anasının adınaolduğunu, lakin sənədləşirilə bilmədiyini, hazırda satılmayan yəni faktiki istifadədə olan 600 kvadrat metr olduğunu, anasının sağlığında torpağı qonşu Əliqulu adlı şəxsə satdığını, hazırda Əliqulunun oğlunun da həmin torpağı Ordubadlı bir şəxsə satdığını və həmin şəxsin də torpağı öz adına saldıra bilmədiyini bildirmişdir. Cavabdeh4 məhkəmə iclasında verdiyi izahatında atasının adının Tağı olduğunu, onun 1996-cı ildə vəfat etdiyini, o vəfat edəndə miras əmlakın var olduğunu, həmin torpağın necə qeydiyyata alınması barədə məlumatının olmadığını, atası öldükdən sonra torpağın anasının adına keçdiyini, həmin vaxt notariusa getmədiyini, miras əmlakın yarısının o zaman satıldığını, miras əmlakda qardaşları Kazım və Nazim yaşadığını, torpaq sahəsi və evin bölünərək qardaşları- Kazım və Nazimə verilməsini, heç bir pay istəmədiyini, anası sağ olanda da, vəfat etdikdən sonra da qardaşları Kazım və Nazimin orada yaşadıqlarını bildirmişdir. İddiaçının vəkili Vəkil məhkəmə iclasında verdiyi izahatında ərizənin verildiyi ərəfələrdə mirasın qardaşlardan Kazım və Nazim arasında bölünməsi ilə bağlı vədlərin olduğunu, daha sonra bu haqda mübahisə yarandığından həmin vərəsəlik işinin icraatının yerinə yetirilmədiyini, mərhum vəfat etsə də, onun vəfatından 6 aydan sonra verilən ərizələrin heç birinin qüvvəsinin olmadığını, Tağı Ələkbərov rəhmətə getdikdən sonra miras əmlakın Leylan xanımın adına necə rəsmiləşdirilməsi barədə məlumatının olmadığını, çox güman ki, torpaq islahat ilə Leylan xanımın adına keçdiyini, texniki pasportun onlarda olmadığını tələb edilən əmlakın 0,065 hektar torpaq sahəsi olduğunu, qabaqcadan satılan torpaq sahəsinin orada əks olunmadığını, Nazimin sonradan öz adına çıxarış aldığını, təqdim olunan çıxarışda evin qeyd olunmadığını, sadəcə torpaq sahəsinin olduğunu, Nazimin evi yenidən sənədləşdirərkən ona yenidən çıxarış verildiyini, ümumiyyətlə təqdim olunan texniki pasportdan məlumatının olmadığını, cavabdehin təqdim etdiyi çıxarışın ehtimal ki, başqa torpaq sahəsinə aid olduğunu bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələbini rəhbər tutmaqla işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarını işdə iştirak edən şəxslərin izahatları ilə birlikdə tədqiq edən məhkəmə müəyyən edir ki, X9 Babək rayonu Nehrəm qəsəbəsində yerləşən 0.065 ha torpaq sahəsinin miras qalması, mirasın X17 28 avqust 2010-cu il ildə vəfat etməsi ilə açılması, həmin zaman onun sağ qalan birinci növbə vərəsələrinə Cavabdeh4, Cavabdeh2, Cavabdeh3, X21, İddiaçı və Cavabdeh1 daxil olması, birinci növbə vərəsələrdən X10 10 mart 2021-ci il tarixdə vəfat etməsi, miras qoyan tərəfindən vəsiyyətnamə qoyulmaması, mirasda payların müəyyən olunması ilə bağlı vərəsələr arasında ixtilafların mövcudluğu mülki işin mübahisəsiz hallarıdır. Belə ki, ərizəyə əlavə edilmiş; - Babək rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli nikah akt qeydləri kitabından çıxarışdan mərhum X28 ilə mərhum X25 arasında xx.xx.1956-cı il tarixdə nikah bağlanması, nikah bağlandıqdan sonra qadına “Ələkbərova” soyadının verilməsi; - Babək rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, İV-JQ seriyalı 446049 nömrəli ölüm akt qeydləri kitabından çıxarışdan X19 xx.xx.1996-cı il tarixdə vəfat etməsi, bunun ölüm akt qeydləri kitabının 19-cu səhifəsində qeydə alınması; - Babək rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, Az-İ seriyalı 375186 nömrəli ölüm akt qeydləri kitabından çıxarışdan X17 xx.xx.2010-cu il tarixdə vəfat etməsi, bunun ölüm akt qeydləri kitabının 53-cü səhifəsində qeydə alınması; - Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyəti Nehrəm qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 965 nömrəli arayışdan mərhum X17 Babək rayon, Nehrəm qəsəbəsində yaşayan ailə üzvlərinə X28-vəfat edib (həyat yoldaşı), Cavabdeh4 (qızı) , Cavabdeh2 (oğlu), Cavabdeh3 (oğlu), X21 -vəfat edib (oğlu), İddiaçı (oğlu), Cavabdeh1 (oğlu) daxil olması; - Naxçıvan rayonu, Nehrəm kənd soveti tərəfindən verilmiş xx.xx.1958-ci il tarixli, İ -İE seriyalı, 512762 nömrəli doğum haqqında şəhadətnamənin surətindən atası X28, anası X25 olan Ələkbərova (Abbasova) Sədaqət Tağı qızının xx.xx.1957-ci il tarixdə anadan olması, bunun doğum akt qeydləri kitabının 5 nömrə ilə qeydə alınması; - “Elektron notariat” X1 vasitəsilə “X14” AQİS-dən çıxarışdan Nehrəm İcra nümayəndəliyi tərəfindən verilmiş 205 nömrəli akt qeydinə əsasən atası X28, anası X25 olan Cavabdeh2 xx.xx.1959-cu il tarixdə anadan olması; - Babək rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 127775 nömrəli doğum akt qeydləri kitabından çıxarışdan atası X28, anası X25 olan Cavabdeh3 xx.xx.1961-ci il tarixdə anadan olması, bunun doğum akt qeydləri kitabının 124-cü səhifəsində qeydə alınması; - “Elektron notariat” X1 vasitəsilə “X14” AQİS-dən çıxarışdan Nehrəm İcra nümayəndəliyi tərəfindən verilmiş 278 nömrəli akt qeydinə əsasən atası X28, anası X25 olan X10 xx.xx.1964-cü il tarixdə anadan olması; - “Elektron notariat” X1 vasitəsilə “X14” AQİS-dən çıxarışdan Nehrəm İcra nümayəndəliyi tərəfindən verilmiş 105 nömrəli akt qeydinə əsasən atası X28, anası X25 olan İddiaçı xx.xx.1972-ci il tarixdə anadan olması; - “Elektron notariat” X1 vasitəsilə “X14” AQİS-dən çıxarışdan Nehrəm İcra nümayəndəliyi tərəfindən verilmiş 79 nömrəli akt qeydinə əsasən atası X28, anası X25 olan Cavabdeh1 xx.xx.1974-cü il tarixdə anadan olması; - Babək rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, Az-İ seriyalı 801837 nömrəli ölüm akt qeydləri kitabından çıxarışdan X10 xx.xx.2021-ci il tarixdə vəfat etməsi, bunun ölüm akt qeydləri kitabının 89-cu səhifəsində qeydə alınması; - Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyəti Nehrəm qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 1462 nömrəli arayışdan mərhum X10 Babək rayon, Nehrəm qəsəbəsində yaşayan ailə üzvlərinə X26 (həyat yoldaşı), X7, X11, X22, X28 (atası) -vəfat edib, X25 (anası)- vəfat edib daxil olması; - “Elektron notariat” X1 vasitəsilə “X14” AQİS-dən çıxarışdan Nehrəm İcra nümayəndəliyi tərəfindən verilmiş 272 nömrəli akt qeydinə əsasən atası X21, anası X26 olan X2 xx.xx.1996-cı il tarixdə anadan olması və Məzrə İcra nümayəndəliyi tərəfindən verilmiş 68 nömrəli ölüm akt qeydinə əsasən atası X21, anası X26 olan X2 xx.xx.1998-ci il tarixdə vəfat etməsi; - “Elektron notariat” X1 vasitəsilə “X14” AQİS-dən çıxarışdan Məzrə İcra nümayəndəliyi tərəfindən verilmiş 271 nömrəli akt qeydinə əsasən atası X21, anası X26 olan X5 xx.xx.1996cı il tarixdə anadan olması; - “Elektron notariat” X1 vasitəsilə “X14” AQİS-dən çıxarışdan Məzrə İcra nümayəndəliyi tərəfindən verilmiş 60 nömrəli akt qeydinə əsasən atası X21, anası X26 olan X6 xx.xx.1999cu il tarixdə anadan olması; - “Elektron notariat” X1 vasitəsilə “X14” AQİS-dən çıxarışdan Məzrə İcra nümayəndəliyi tərəfindən verilmiş 111 nömrəli akt qeydinə əsasən atası X21, anası X26 olan X12 xx.xx.2005-ci il tarixdə anadan olması; - Babək rayon Nehrəm kənd İ.Ə.V üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2006cı il tarixli, Az-İ seriyalı 253622 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən İddiaçı ilə X3 arasında xx.xx.2006-cı il tarixdə nikahın bağalanması, bunun nikah akt qeydləri kitabında 39 № ilə qeydə alınması, qadına nikaha daxil olduqdan sonra “Ələkbəroğlu” soyadının verilməsi; - Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş A № 025674 nömrəli, xx.xx.2021-ci il tarixli torpaq sahəsinin planı və ölçüsündən Babək rayonu, Nehrəm qəsəbəsində yerləşən 0.065 ha torpaq sahəsinin (yaşayış məntəqələrinin torpaqları) mərhum X17 xüsusi mülkiyyətində olması; - Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan Babək rayonu, Nehrəm qəsəbəsində yerləşən 0.065 ha torpaq sahəsinin mərhum X17 tam xüsusi mülkiyyətində olması müəyyən olunur. Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Babək Rayon Notariat Ofisi tərəfindən İddiaçı müraciətinə cavab olaraq verdiyi xx.xx.2024-cü il tarixli, 208 nömrəli ərizədə şəhadətnamənin verilməsindən qanunla nəzərdə tutulmuş müddət keçdiyindən imtina olunmuş, məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Tərəflərin izahatlarını və müstəqil tələb irəli sürməyən şəxslərin ifadələrini mülki iş materialları ilə əlaqəli şəkildə, onları isə qanunvericiliyin tələbləri daxilində tədqiq edən məhkəmə qeyd edir ki, tərəflər arasında vərəsəlik münasibətlərindən irəli gələn hüquq münasibətləri mövcuddur. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi və digər tərəfdən vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə görə vərəsəlik anlayışı altında, ölmüş şəxsin əmlakının qanun üzrə və ya vəsiyyət üzrə, yaxud hər iki əsasla başqa şəxslərə (vərəsələrə) keçməsi başa düşülür. Vərəsəlik münasibətləri miras qoyanla vərəsələr arasında qanunda nəzərdə tutulmuş əsaslar üzrə, yaxud miras qoyanın iradəsinə əsaslanan vəsiyyət üzrə yaranır (Mülki Məcəllənin 1133-cü maddəsi). Mülki məcəllənin 1133.2-ci maddəsinə görə qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Mülki işin araşdırılması zamanı miras qoyanın vəsiyyətnamə qoymadığı müəyyən olunmuşdur. Həmin məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı qanun üzrə vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər. Həmin Məcəllənin 1159.1 və 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin məcəllənin 1159.1.3-ci maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin məcəllənin 1243.1-ci maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin məcəllənin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin məcəllənin 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan Mülki məcəllənin 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə” xx.xx.2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə, həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Həmçinin həmin qərarda qeyd olunmuşdur ki, mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 99-cu maddəsində əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübutların aşağıdakılar ola biləcəyi qeyd edilmişdir: - vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; - mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; - mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; - mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; - miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər. Babək rayon Elektrik Şəbəkəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli aktla müəyyən olunur ki, Babək rayonu Nehrəm qəsəbəsində yerləşən əmlakla bağlı elektrik sayğacı üzrə abonent İddiaçıdur. Həmçinin Qaz paylayıcısı və istehlakçı arasında fərdi mənzildə (obyektdə) quraşdırılan qazdan istifadə cihazlarının müayinə edilməsi barədə xx.xx.2023-cü il tarixli akta əsasən Babək rayonu Nehrəm qəsəbəsində yerləşən əmlakla bağlı ********* kodlu abonent İddiaçıdur. Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan müqaviləyə görə Babək rayonu, Nehrəm qəsəbəsində yerləşən su sayğacı üzrə abonent İddiaçıdur. Energetika Xidməti ilə Məişət Abonenti (Əhali) X15 Alqı-Satqısının Birtipli müqaviləsinə görə Babək rayonu, Nehrəm qəsəbəsində yerləşən 21040117 nömrəli hesablaşma elektrik sayğacı üzrə abonent İddiaçıdur. Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyəti Nehrəm qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 1537 nömrəli arayışda İddiaçı Babək rayonu, Babək rayonu, Nehrəm qəsəbəsində pasport qeydiyyatında olması və həmin ünvanda yaşaması göstərilmişdir. Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 04/796 nömrəli məktubdan müəyyən olunur ki, daşınmaz əmlakın dövlət reyestrində X17 adına xx.xx.2021-ci il tarixdə JN-1135B nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamə əsasında Babək rayonu, Nehrəm qəsəbəsində 650,24 m² həyətyanı torpaq sahəsi və xx.xx.2024-cü il tarixdə JN-1135A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamə əsasında 1761,48 m² torpaq sahəsində yerləşən, ümumi sahəsi 108,16 m² olan fərdi yaşayış evi qeydiyyata alınmışdır. Həmçinin məhkəməyə təqdim edilmiş Naxçıvan Regional “Asan xidmət” mərkəzi, Naxçıvan Kommunal (Qaz) xidməti tərəfindən verilmiş 31 may 2025-ci il tarixli arayışa əsasən Naxçıvan MR Babək rayon Nehrəm qəsəbəsindəki qaz sayğacının (G4 markalı zavod nömrəsi (6097055 mömrəli) müqaviləsi xx.xx.2017-ci il tarixdə Cavabdeh1 adına bağlanmışdır və həmin ildən qaz ödənişləri Cavabdeh1 tərəfindən ödənilərək borcu qalmamışdır. Naxçıvan Regional “Asan xidmət” mərkəzi, Naxçıvan Kommunal (İşıq) xidməti tərəfindən verilmiş 31 may 2025-ci il tarixli, 28 nömrəli arayışa əsasən Naxçıvan MR Babək rayon Nehrəm qəsəbəsindəxx.xx.2017-ci il tarixdə quraşdırılan sayğac nömrəsi 70540549 olan elektron tipli elektrik sayğacının müqaviləsi Cavabdeh1 adına bağlanmışdır və son ödəniş xx.xx.2025-ci il tarixdə ödənilmişdir. Mülki iş üzrə məhkəmə araşdırması zamanı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tərəfindən miras əmlakın nə faktiki, nə də qanunla müəyyən edilmiş qaydada qəbul edilməmişdir. Beləliklə tərəflərin mülki iş materialları ilə birlikdə tədqiqi nəticəsində həqiqiliyi müəyyən edilmiş izahatları və yazılı sübutlar əsasında İddiaçı və Cavabdeh1 xx.xx.2010-cu ildə vəfat etmiş X17 ölümündən sonra mirasın qəbulu üçün qanunla nəzərdə tutulmuş müddət ərzində fasiləsiz olaraq miras əmlaka yiyələnib yaşamaqla faktiki sahiblik etmək üsulu ilə miras qalmış əmlakı qəbul etməsi müəyyən olunmuşdur. Məhkəmə İddiaçı xx.xx.2024 və Cavabdeh1 isə xx.xx.2024-cü il tarixli xx.xx.2010-cu ildə vəfat etmiş X9 qalmış miras əmlakı qəbul etməmələrinə dair notarial qaydada verilmiş ərizələrinə münasibətdə qeyd edir ki, sözügedən ərizələr miras açıldıqdan sonra mirasdan imtina üçün Mülki Məcəllədə nəzərdə tutulmuş kəsici müddət ərzində verilmədiyindən hüquqi əhəmiyyət kəsb etmir. Belə ki, Mülki Məcəllənin 1256-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsində qeyd olunmuş “məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir” və 77.1-ci maddəsində əks olunmuş “hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir” normalarını tərəflərin nəzərinə çatdıran məhkəmə bildirir ki, yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Konstitusiya Məhkəməsi Plenumunun Ə.Əfəndiyeva və N.Kərimovanın şikayəti üzrə 2012-ci il 5 oktyabr tarixli Qərarında göstərilmişdir ki, vərəsə miras əmlakın bir hissəsini mülki qanunvericilikdə nəzərdə tutulmuş əsasla (qanun üzrə və ya vəsiyyət üzrə) qəbul etdikdə, o, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, hamısını və ya ona çatası payın qəbul edilməsi kimi qiymətləndirilməlidir. Bu, vərəsələrin miras qalmış əmlakın qəbul edilməsi üçün əvvəl ifadə edilmiş iradəsini təsdiq edir, həmçinin həmin əmlaka onların qanuni əsaslarla əldə olunmuş mülkiyyət hüquqlarının davamlılığını və əsassız məhdudiyyətlər qoyulmadan həyata keçirilməsini təmin edir. Beləliklə mülki iş üzrə məhkəmə araşdırmasının nəticəsi olaraq məhkəmə iclasında hərtərəfli tədqiq olunmuş sübutlar (işdə iştirak edən şəxslərin izahatları, yazılı sübutlar) əsasında müəyyən olunmuşdur ki, İddiaçı və Cavabdeh1 X9 miras qalan əmlakı, onun ölümündən sonra mirasın qəbulu üçün qanunla nəzərdə tutulmuş müddət ərzində faktiki cəhətdən ələ keçirməklə ona sahib durmuşlar, bununla da faktiki sahiblik etmək üsulu ilə mirası qəbul etmişdirlər. Mülki Məcəllənin 1255-ci maddəsinə görə vərəsələr mirasqoyanın ölümü ilə mirası qanun əsasında əldə edirlər. Mülki Məcəllənin mirasın bölüşdürülməsi anlayışı adlanan 1274-cü maddəsinə müvafiq olaraq, miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Mirasın bölüşdürülməsi dedikdə, mirasın onu qəbul edən vərəsələrin razılaşması ilə hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülməsi anlaşılır. Mülki Məcəllənin 1291-ci maddəsinə miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Yuxarıda qeyd olunanları rəhbər tutaraq yekunda məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, xx.xx.2010-cu il tarixdə vəfat etmiş X9 miras qalmış Babək rayonu Nehrəm qəsəbəsində yerləşən 0.065 ha torpaq sahəsinin miras əmlak olaraq İddiaçı və Cavabdeh1 tərəfindən faktiki qəbul olunması faktı müəyyən olunmalı, Babək rayonu Nehrəm qəsəbəsində yerləşən 0.065 ha torpaq sahəsinə İddiaçı və Cavabdeh1 1/2 (ikidə bir) hissədə payları müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qətetdi:
İddia təmin olunsun. xx.xx.2010-cu il tarixdə vəfat etmiş X9 miras qalmış Babək rayonu Nehrəm qəsəbəsində yerləşən 0.065 ha yaşayış məntəqəsi təyinatlı torpaq sahəsinin miras əmlak olaraq İddiaçı və Cavabdeh1 tərəfindən faktiki qəbul olunması faktı müəyyən olunsun. xx.xx.2010-cu il tarixdə vəfat etmiş X9 miras qalmış Babək rayonu Nehrəm qəsəbəsində yerləşən 0.065 ha yaşayış məntəqəsi təyinatlı torpaq sahəsində İddiaçı və Cavabdeh1 1/2 (ikidə bir) hissədə payları müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.