Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-173/2023 17.08.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X7 məhkəmə iclas katibliyi, İddiaçı1 nümayəndəsi X4, iddiaçının vəkili Vəkil və cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 iştirakı ilə, İddiaçı1 Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı tikililərin cavabdehlərin öz vəsaitləri hesabına sökülməsi, özbaşına tutulmuş torpaq sahəsinin qaytarılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Babək Rayon Məhkəməsinə İddiaçı1, İddiaçı2 və X16 X9, Cavabdeh3 və Cavabdeh1 qarşı tikililərin cavabdehlərin öz vəsaitləri hesabına sökülməsi, özbaşına tutulmuş torpaq sahəsinin qaytarılması tələbinə dair iddia ərizəsi daxil olmuşdur. O, tələbini əsaslandıraraq qeyd etmişdi ki, Babək rayonu, Yarımca kəndində yerləşən ümumi sahəsi 0.27 hektar həyətyanı torpaq sahəsi X10, X6, İddiaçı1, X16 və İddiaçı2 adına Babək Rayon Aqrar İslahat Komissiyasının qərarı ilə qeydiyyata alınmışdır. Həmin torpaq sahəsi Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində həmin şəxslərin adına qeydiyyata alınıb. X22 və X17 vəfat etmişlər. Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qanunsuz olaraq İddiaçı1 və bizim qeydiyyatımızda olan Babək rayonu, Yarımca kəndində yerləşən həyətyanı torpaq sahəsinə özbaşına daxıl olub, orada torpaqdan qanunsuz istifadə edirlər. Onlar həmin sahədə qaraj, hamam və hasar inşa etmişlər. Cavabdehlərə dəfələrlə torpaqdan çıxmalarını bildirməyimizə baxmayaraq nə özbaşına tikililəri sökürlər, nə də sahəmizi zəbtdən azad edirlər. Torpaq sahəsinin plan və sxemi ayrıca olaraq mövcud deyildir. İddiaçı tərəf 16 mart 2023-cü ildə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsində X2 Aslanova kini qəbul edilməsini məhkəmədən xahiş etmişdi. Məhkəmənin 16 mart 2023-cü il tarixli qərardadı ilə iddia tələbi iddiaçılar İddiaçı2 və X19 münasibətdə baxılmamış saxlanılmışdı. İddiaçıya məxsus olan torpaq sahəsi ilə qonşuluqda yerləşən sahəsi 0.03 hektar olan torpaq sahəsi X23, Cavabdeh2, X18, X20 və X8, sahəsi 0.10 hektar torpaq sahəsi isə Cavabdeh3, X11, X12 və X3 ümumi mülkiyyətində olduğundan, onlardan X23 öldüyündən, gələcəkdə qəbul ediləcək məhkəmə aktı ümumi mülkiyyətin iştirakçıları kimi X18, X20, X21, X11, X12 və X3 hüquq və vəzifələrinə toxunma ehtimalı olduğundan onlar bu iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində prosesə cəlb edilmişdi. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə iddiaçıya və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslərə məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə əvvəlcədən məlumat verməmişdi. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələbini rəhbər tutmaqla iddiaçının və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı1 məhkəmə hazırlıq iclasında verdiyi izahatında torpaq sahəsinin islahat zamanı özünə, anası Xanımzərə, atası Həbibə, arvadı Aminəyə və oğlu İmrana verildiyini, torpaqlar bölünən zaman onun üzərində özlərinə məxsus ev olduğunu, hazırda Şamxalın yaşadığı torpaq sahəsində ondan əvvəl İsa adlı şəxsin yaşadığını, özünün 2003-cü ildən Bakı şəhərində qaldığını və yaşamaq üçün Bakı şəhərinə gedəndə torpaq sahəsini, evi bacısı Tövhəyə verdiyini, bacısının əvvəl Naxçıvan şəhərində yaşadığını, həmin vaxt torpaq sahəsinə rəhmətə gedən qardaşı Əlinin də nəzarət etdiyini, bacısının ara-sıra kəndə gəlib-getdiyini, daha sonra isə kənddə yaşamağa başladığını, özü yaşamaq üçün Bakı şəhərinə getdikdən sonra Şamxalın onun qonşuluğuna köçdüyünü, Ərrəhmanla isə əvvəldən qonşu olduğunu, torpaq sahəsində Ərrəhmanın evi olsa da, qaraj və hasarı sonradan tikdiyini, onların nə zaman tikilməsindən özünün xəbəri olmadığını, özünün Naxçıvana ancaq yas mərasimlərinə, yəni atası, anası, bacısının uşaqları və bacısının yas mərasimlərinə gəldiyini, bir müddət sonra bacısının ona zəng edərək Ərrəhmanın orada qaraj və hamam tikdiyini ona dediyini, aralarında mübahisə olanadək heç vaxt cavabdehlərlə aralarında hasarın yerinin müəyyən edilməsi ilə bağlı danışıq olmadığını, torpağı bacısına verdiyindən bununla bağlı nədənsə xəbərinin olmadığını, özü Bakı şəhərinə getdikdən sonra Ərrəhmanın orada qaraj tikdiyini, o, hamam tikində Ərrəhmana onun torpaq sahəsinə 50 santimetr keçməyə icazə verdiyini, əvvəllər aralarında çəpər olduğunu, 2005-ci ildə bacısının oğlunun yas mərasiminə gələndə torpağı satmaq istədiyini, lakin sonradan fikrini dəyişdirdiyini, özünün övladı təqribən bir il bundan qabaq Naxçıvana gəldiyini, Ərrəhmana etiraz etdiyini, bu zaman cavabdehin ona “sən kimsən bura burnunu soxursan” dediyini qeyd etmişdi. İddiaçının nümayəndəsi X13 məhkəmədə verdiyi izahatında torpaq sahəsinin Babək rayonu, Yarımca kəndində yerləşdiyini, torpağın sahəsinin 237 hektar olduğunu, bu torpaq sahəsinin atası Həbib, anası Xanımzər, qardaşı Qurban, onun arvadı Aminə və qardaşının oğlu İmranın mülkiyyətinə verildiyini, qardaşı Qurbanın ailəsi ilə birlikdə uzun müddətdir ki, Bakı şəhərində yaşadığını, tərisən 15 il olar ki, özünün mübahisə predmeti olan torpaq sahəsində yerləşən evdə yaşadığını, torpaq sahəsində üzü cənuba durduqda Züleyxanın yaşadığı həyətin onların həyətinin sağ tərəfinə düşdüyünü, Züleyxanın təqribən bir metr enində onların torpaq sahəsinə keçərək dəmirdən hasar çəkdiyini, özü ona “bizim həyətə girmisən” dediyi zaman Züleyxanın əvvəlcə “çıxaram” cavabını verdiyini, lakin sonradan çıxmadığını, Ərrəhmanın torpaq sahəsinin isə özünün yaşadığı torpaq sahəsinin aşağı hissəsinə, yəni cənubuna düşdüyünü, cavabdehin onlara məxsus olan torpaq sahəsində qaraj, hamam və hasar tikdiyini, bu tikililərdən qarajın bütünlüklə özlərinə aid torpaq sahəsinə düşdüyünü, hamam və hasarın isə düzgün tikilmədiyini, Şamxalın torpaq sahəsinin də öz torpaq sahələrinin aşağı hissəsinə düşdüyünü, onun ara divarını dəmirlə çəkdiyini, özünün Ərrəhmandan tikilini sökməsini istədiyini, lakin cavab olaraq onun “sökmürəm” dediyini, Ərrəhmanın hamam, qaraj və hasarı tikəndə özünün orada yaşamadığını, həyətin boş olduğunu, 2001-ci ildə bacısı Fatmanın oğlu Rasim öləndə qardaşı Qurbanın Naxçıvana gəldiyini, həmin vaxt qardaşının ona “niyə məndən icazəsiz burada tikili aparmısan” dediyini, Ərrəhmanın isə ona “sökərəm” cavabını verdiyini, qardaşı Naxçıvana gələn zaman Ərrəhmanın artıq orada tikililəri inşa etdiyini, Şamxal isə onlara məxsus olan həyətdə yerləşən ağacı kəsib dəmir şiferlə hasar çəkəndə ona “sən niyə bizim ağacı kəsirsən” dediyini və bundan sonra aralarında hazırki mübahisənin başladığını qeyd etmişdi. Bundan başqa məhkəmə tərəfindən ona verilmiş sübut suallarına cavab olaraq o, 2008-ci ildən daimi olaraq qardaşı Qurban və valideynlərinə məxsus olan torpaq sahəsində yerləşən evdə yaşadığını, özü yaşamaq üçün ora gələndə Ərrəhman tərəfindən qaraj binasının artıq tikildiyini, özü hər həftə indi yaşadığı evə gəlib getsə də, qarajın tikilməsini görmədiyini, əslində həmin vaxt bir o qədər də Ərrəhmanın üzərinə bununla bağlı getmədiklərini, Şamxalın ağacı kəsməsindən sonra mübahisənin artdığını, qaraj tikilən vaxt özünün Ərrəhmana heç nə demədiyini, qaraj tikildikdən sonra özü və qardaşı Qurbanın ona “niyə bizim əraziyə keçmisən?” dediyini, həqiqətən də Ərrəhman tərəfindən həyətdə qaraj tikilən zaman qardaşı Əlinin torpaq sahəsinə baxdığını və hazırda onun öldüyünü bildirmiş, məhkəmə tərəfindən ona “Niyə 15 ildir torpaq sahəsi ilə bağlı iddia qaldırmırdınız?” sualına əsaslı cavab verməmişdi. Cavabdeh2 məhkəmədə verdiyi izahatında bir gün Teyfənin ona onlara məxsus olan torpaq sahəsinə keçdiyini bildirdiyini, özünü də ona “əgər keçmişəmsə düzəldərəm” dediyini, bundan sonra özünün Babək Rayon Torpaq Komitəsinə gəlib torpaq sahəsinə kompüterdə baxdığını, əvvəlcə komitənin əməkdaşlarının ona həqiqətən də onun torpaq sahəsinin iddiaçının torpaq sahəsinə keçdiyini bildirdiyini, lakin bundan sonra üç dəfə kompüterdə torpaq sahələrinə baxıldıqdan sonra ona özünün çəkdiyi çəpərin düzgün olduğunu dediklərini, bundan başqa torpaq sahəsini sənədləşdirmək üçün komitədən gələn əməkdaşların ona “sənin torpaq sahənin ölçüləri düzgündür” dediklərini, əgər məhkəmə özünün torpaq sahəsinin iddiaçıya məxsus olan torpaq sahəsinə keçməsini müəyyən edərsə özünün yenə də çəpəri geri çəkməyə etiraz etmədiyini bildirmişdi. Cavabdeh1 məhkəmədə verdiyi izahatında özünün yaşadığı evinin arxasının iddiaçıya məxsus olan torpaq sahəsinə düşdüyünü, özünün evinin şiferinin suyu ilə orada alma ağacı çıxdığını, evinin arxasında olan torpaq sahəsinin təqribən bir metr enində olan hissəsinin özünə aid olduğunu, alma ağacı quruduğundan onu kəsməli olduğunu, həmin vaxt həyətini iddiaçı tərəfə düşən hissədən çəpərləməyi qərarlaşdırdığını, bunu etməkdə məqsədinin hər dəfə evinin arxasına keçəndə bunun bağlı iddiaçı tərəfə deməli olduğunu, özü hər dəfə bunu etməsin, həmçinin eybi örtülsün deyə ağacı kəsib orada dəmir şiferlə hasar çəkdiyini, orada olan elektrik dirəyinin də onun həyətinə düşdüyünü, buna baxmayaraq özünün hasarı bir az öz həyətinə keçməklə çəkdiyini, daha sonra aralarında olan mübahisə ilə bağlı torpaq komitəsindən gəlib ölçülər aparıldığını və ona əməkdaşların “sənin torpağının ölçüləri güzgündür, hələ sənin bir az torpaq sahən iddiaçıdadır” dediyini, əgər məhkəmə tərəfindən özünün hasarının düzgün olmaması müəyyən edilərsə özünü çəpərin yerini dəyişməyə etiraz etmədiyini bildirmişdi. Cavabdeh3 isə məhkəmədə verdiyi izahatında 1998-ci ildən Babək rayonu, Yarımca kəndində yaşadığını, orada qaldığı gündən bəri iddiaçı ilə qonşu olduğunu, torpağı alanda üstündə ev olduğunu, həmin vaxt iddiaçıya aid torpaq sahəsi ilə öz evi arasında boşluq olduğunu, aralarında çır-çırpıdan ibarət çəpər olduğunu, həmin vaxt torpaq sahəsinə iddiaçının rəhmətə gedən qardaşı Əli baxdığından özünün Əlini çağıraraq ona “bax mən buradan himimi qazıram” dediyini, Əlinin isə ora baxdıqdan sonra buna etiraz etmədiyini, bundan sonra orada qaraj tikdiyini, sonra qarajla evin arasında boşluq yarandığından düz hasar çəkdiyini, lakin çəpər çıp-çırpıdan ibarət olduğundan düz olmadığını, özünün qaraj və hasarı tikməsinin heç bir ay çəkmədiyini, keçən il isə özünə aid ərazidə hamam tikdiyini, son zamana qədər ona heç kimin tikililərlə bağlı etiraz etmədiyini, Şamxalla iddiaçı tərəf arasında mübahisə yarandıqda sonra aralarında mübahisə başladığını, özü bir gün işdə olanda ona evdən zəng edərək torpaq komitəsindən gəldiklərini və “həyəti ölçürlər” dediklərini, həmin vaxt komitədən Elxan müəllimin gəldiyini və ona “sənin iddiaçıda hamam tərəfdən torpağın var” dediyini, bundan sonra özünün Teyfənin ərinə əgər mən sizin əraziyə keçmişəmsə, “siz məndən bunu istəməyim, mən də hamam tərəfdən olan torpağı sizə verim” dediyini, lakin iddiaçı tərəfin bununla razılaşmadığını və ona sənədi saxtalaşdırdığını dediyini, daha sonra komitədən başqa mütəxəssis gəldiyini və onun eyni ölçüləri dediyini, aralarında mübahisə yaranmasınadək özünün iddiaçıya məxsus olan torpaq sahəsinə keçməsindən məlumatsız olduğunu, özündə olan və iddiaçıya məxsus torpaq sahəsi ilə bağlı halallıq etmək istədiyini, lakin qarşı tərəfin çox pul istədiyini, özünün isə bunu qəbul etmədiyini bildirmişdi. Mülki işin materiallarını və işdə iştirak edən şəxslərin izahatlarını tədqiq edərək məhkəmə müəyyən edir ki, Babək rayonu, Yarımca kəndində yerləşən 0.27 hektar həyətyanı torpaq sahəsinin X22, X17, İddiaçı1, X26 və İddiaçı2, sahəsi 0.03 hektar olan torpaq sahəsinin X23, Cavabdeh2, X18, X20 və X8, sahəsi 0.10 hektar torpaq sahəsinin Cavabdeh3, X11, X12 və X3 ümumi mülkiyyətində olması, bu torpaq sahələrinin qonşuluqda yerləşməsi, mülkiyyətçilərdən X22, X17 və X14 ölməsi və Babək rayonu, Yarımca kəndində yerləşən 0.27 hektar həyətyanı torpaq sahəsinin X22, X17, İddiaçı1, X26 və İddiaçı2 mülkiyyətində olan torpaq sahəsinin hazırda X1 olması işin mübahisəsiz hallarıdır. Bu faktların işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: - iddia ərizəsinə əlavə edilmiş və JN seriyalı, 079A nömrəli, 10312018 kod nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş 01 fevral 2023-cü il tarixli, 04/66 nömrəli məktubdan Babək rayonu, Yarımca kəndində yerləşən 0.27 hektar həyətyanı torpaq sahəsinin X22, X17, İddiaçı1, X26 və İddiaçı2 ümumi mülkiyyətində olması; - iş materiallarına əlavə edilmiş JN seriyalı, 074B nömrəli, 10312018 kod nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən iddiaçıya məxsus olan torpaq sahəsi ilə qonşuluqda yerləşən sahəsi 0.03 hektar olan torpaq sahəsinin X23, Cavabdeh2, X18, X20 və X8 ümumi mülkiyyətində olması; - iş materiallarına əlavə edilmiş JN seriyalı, 076A nömrəli, 10312018 kod nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən iddiaçıya məxsus olan torpaq sahəsi ilə qonşuluqda yerləşən sahəsi 0.10 hektar olan torpaq sahəsinin Cavabdeh3, X11, X12 və X3 ümumi mülkiyyətində olması; - iddia ərizəsinə əlavə edilmiş və Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 16 dekabr 2022-ci il tarixli, V-JQ seriyalı, 337052 nömrəli akt qeydindən çıxarışdan X10 09 aprel 1999-cu ildə ölməsi; - iddia ərizəsinə əlavə edilmiş və Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 16 dekabr 2022-ci il tarixli, V-JQ seriyalı, 337058 nömrəli akt qeydindən çıxarışdan X5 12 dekabr 1999-cu ildə ölməsi; - iş materiallarına əlavə edilmiş Babək rayonu, Yarımca kənd inzibati ərzi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş AZ-İ seriyalı, 377978 nömrəli, 03 fevral 2014-cü il tarixli ölüm haqqında şəhadətnamədən X14 17 yanvar 2014-cü ildə ölməsi; - məhkəmədə iştirak edən şəxslərin verdiyi izahatlardan Babək rayonu, Yarımca qəsəbəsində yerləşən və sahəsi 0.27 hektar olan torpaq sahəsinin X1 olması aydın olur. İşin mübahisəli halı isə iddiaçının Babək rayonu, Yarımca kəndində yerləşən, sahəsi 0.27 hektar olan X22, X17, İddiaçı1, X26 və İddiaçı2 məxsus torpaq sahəsinə Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 tərəfindən müdaxilə edildiyini iddia edərək, həmin torpaq sahəsində aparılmış tikililərin cavabdehlərin öz vəsaitləri hesabına sökülməsi və torpaq sahəsinin geri qaytarılmasını tələb etməsidir. Məhkəmə iddiaçının tələbinin hüquqi həllinə keçməzdən öncə İddiaçı1 Cavabdeh1 qarşı olan tələbi ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçının tələbini iş materialları, onları isə qanunvericiliyin tələbləri və məhkəmədə araşdırılan sübutlarla əlaqəli şəkildə tədqiq edərək məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi və 29-cu maddəsinin İİİ və İV hissələri). Göründüyü kimi konstitusiya mülkiyyət hüququnu təsbit etməklə yanaşı, həmin hüququn effektiv vasitələrlə təmin olunmasına da zəmanət vermişdir. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında qeyd edilir ki, “mülkiyyət hüququ” Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. -148.2-ci maddəsinin tələbinə görə daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. -152.1-ci maddəsi ilə müəyyən edilir ki, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. -152.5-ci maddəsində qeyd edilir ki, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. -153.1-ci maddəsində göstərilir ki, bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun subyektləri hüquqi və fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası ola bilər. -154.1-ci maddəsinin tələbinə əsasən qanunvericiliyə uyğun olaraq fiziki və ya hüquqi şəxslərə mənsub ola bilməyən əmlakın ayrı-ayrı növləri istisna edilməklə, fiziki və hüquqi şəxslərin mülkiyyətində istənilən əmlak ola bilər. - 157.2-ci maddəsində görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. -169.1-ci maddəsi ilə müəyyən edilir ki, bu Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər. -170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. -172.3-cü maddəsində göstərilir ki, əgər torpaq sahəsinin mülkiyyətçisi tikinti zamanı qonşu sahənin sərhədlərini qərəzsiz pozarsa, həmin sahənin mülkiyyətçisi, pozuntu aşkar edilməzdən qabaq və ya aşkar edilən kimi pozucuya etiraz bildirildiyi hallardan başqa, həmin pozuntuya dözməlidir. Sərhədi pozmuş qonşu pul kompensasiyası ödəməli və bundan sonra onu hər il ödəməlidir. - 213.1-ci maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. -238.1-ci maddəsində qeyd edilir ki, daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. - 238.2-ci maddəsinin tələbinə görə əgər qanunla ayrı qayda müəyyənləşdirilməyibsə, torpaq sahəsinə mülkiyyət hüququ həmin sahənin sərhədləri daxilində yerləşən səth (torpaq) qatına və qapalı sututarlara, meşələrə və bitkilərə də şamil edilir. İş materiallarından Babək rayonu, Yarımca kəndində yerləşən və sahəsi 0.27 hektar olan torpaq sahəsinin X22, X17, İddiaçı1, X26 və İddiaçı2 ümumi mülkiyyətində olması öz təsdiqini tapır. Hazırda mülkiyyətçi İddiaçı1 özünə və yaxın qohumlarına məxsus olan torpaq sahəsindən cavabdehlərin çıxarılmasını və orada tikilmiş hasarın, qarajın və çəpərin onların hesabına sökülməsini tələb etməklə mülkiyyət hüququnun müdafiəsinə yönəlmiş hüquqi addım atmışdı. Məhkəmə bildirir ki, mülki və əşya hüquqlarının mülki-hüquqi müdafiəsinin üsullarından biri əşya-hüquqi müdafiə üsuludur. Bu müdafiə üsulu isə 3 növ iddianın verilməsi ilə həyata keçirilə bilər. Bnlardan da biri vindikasiya iddiasıdır ki, həmin iddia ilə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə tərəfindən 27 aprel 2023-cü ildə elektron taxometr aparatı ilə təchiz edilmiş mütəxəssisin iştirakı mübahisə predmeti olan daşınmaz əmlakın yerində müayinəsi aparılmışdı. Daşınmaz əmlakın yerində müayinə olunması zamanı müəyyən edilmişdi ki, tərəflər arasında olan əsas mübahisəli yer həyətin cənub hissəsindədi. İlkin olaraq həyətin cənubunda cavabdeh Şamxalın evi yerləşir. Evin arxa tərəfində dəmir şiferdən hasar çəkilib. Üzü cənub istiqamətində durarkən hasarın qərb qurtaracağında cavabdeh Ərrəhmana məxsus olan çiy kərpicdən tikilmiş, dəmir şiferli qaraj yerləşir. Qarajın şərq və cənub divarı iddiaçının həyəti ilə sərhəddir. JN-079A nömrəli, 10312018 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən ölçülərə əsasən cavabdeh Ərrəhmana məxsus olan qarajın bir hissəsi iddiaçının həyətinə düşür. Faktiki olaraq qarajın qərb divarının uzunluğu 4.46 metr, şimal divarının uzunluğu isə 3.75 metr təşkil edir. Aparılmış ölçülərə əsasən qarajın qərb küncündən şimala tərəf təqribən 45 dərəcə bucaq altında olan hissə iddiaçının həyətinə düşür. Qarajın qurtaracağından qərb istiqamətində 4.70 metr uzunluğunda hasar var. Həmin hasarın qurtaracağından şimala tərəf uzunluğu 2.40 metr təşkil edən hasar yerləşir. Ərrəhmanın evinin arxasında cavabdeh Züleyxaya məxsus həyət yerləşir. Züleyxanın həyəti iddiaçının həyətinin qərbinə düşür. İddiaçıya məxsus həyətlə cavabdeh Züleyxaya məxsus həyətin arasında dəmir çəpərlə çəkilmiş hasar yerləşir. Daşınmaz əmlakın müayinəsində iştirak edən mütəxəssisin məhkəməyə təqdim etdiyi 17 may 2023-cü il tarixli, 02/1107 nömrəli yazılı məsləhətində qeyd edilir ki, müayinə zamanı Cavabdeh3 tərəfindən inşa edilmiş tikinti altı sahəsi 20.37 kvadrat metr olan “qaraj” tikilisinin şimal hissəsindən 5.94 kvadrat metr hissəsi (şimal-şərq hissədən cənubdan şimala doğru 1.31 metr, qərbdən şərqə doğru 0.55 metr, şimal-qərb hissədən cənubdan şimala doğru 0.74 metr) və “qaraj” tikilisinin qərb hissəsinə bitişik sahəsi 4.26 kvadrat metr olan beton ilə hasarlanmış torpaq sahəsi (şimal -şərq hissədən cənubdan şimala doğru 0.74 metr, şimal - qərb hissədən cənubdan şimala doğru 1.70 metr) mərhum X10 mülkiyyətinə keçməsi müəyyən edilmişdi. Cavabdeh3 həyətyanı torpaq sahəsinin şimal hissəsindən şərqdən qərbə doğru 0.35 metr hissəni (0.85 kvadrat metr hissə) mərz nöqtəsindən öz həyətinə tərəf çəkmişdir. X24 torpaq sahəsinin şimal-şərq hissəsindən şimaldan cənuba doğru 1.05 metr hissəni mərz nöqtəsindən öz həyətinə tərəf çəkmişdir. X10 və Cavabdeh2 torpaq sahələri arasında sərhəd pozğunluğu qeydə alınmamışdır. Əlavə olaraq yazılı məsləhətdə bildirilmişdi ki, X10 həyətindən su yolu keçdiyi üçün islahat zamanı həyət iki hissədən ibarət olaraq ölçülmüş və sahəsi ümumilikdə 3152.04 kvadrat metr olan 79A (2687.83 kvadrat metr) və 79B (464.21 kvadrat metr) nömrəli şəhadətnamələr əsasında onun mülkiyyətinə verilmişdir. Faktiki olaraq sahəsi ümumilikdə 3150.48 kvadrat metr olmaqla 79A nömrəli torpaq sahəsi naturada 2518.94 kvadrat metr, 79B nömrəli torpaq sahəsi isə 631.54 kvadrat metr sahələrdən ibarət olaraq istifadə edilir. Eyni zamanda islahat aparılarkən hər iki torpaq sahəsinin xəritəsinin texniki səhvlikdən naturaya uyğun tərtib edilmədiyi tərəfimizdən aşkar edildi. Bundan başqa mübahisə predmeti olan tikililərin və hasarın tikildiyi yerin iddiaçının mülkiyyət hüququnu pozub-pozmaması, yəni tərəflərin torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi xüsusi bilik tələb edən məsələ olduğundan məhkəmə iddiaçı tərəfin vəsatəti əsasında 18 may 2023-cü il tarixli qərardadı ilə məhkəmə-tikinti texniki ekspertizası təyin edilmiş, iş üzrə icraat dayandırılmış və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdu: -JN seriyalı, 079A nömrəli, 10312018 kod nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Babək rayonu, Yarımca kəndində yerləşən X22, X17, İddiaçı1, X26 və İddiaçı2 ümumi mülkiyyətində olan 0.27 hektar həyətyanı torpaq sahəsinin sərhəd ölçüləri həmin şəhadətnamədə qeyd edilən ölçülərə uyğun gəlirmi? - Əgər həmin torpaq sahəsinin sərhədləri qeyd edilən sənəddə olan sərhəd ölçülərinə uyğun gəlmirsə, bu uyğunsuzluq torpaq sahəsinin hansı sərhəd hissəsinə aiddir (istiqaməti və qonşuluqda olan torpaq sahibinin mülkiyyətçisinin adı göstərilməklə) və şəhadətnamədə qeyd edilən torpaq sahəsinin ümumi ölçüsünə münasibətdə nə qədərdir (metr və kvadrat metrlə)? “24” iyun 2023-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin “23” iyun 2023-cü tarixli, 554 nömrəli məktubu ilə eyni tarixli və nömrəli ekspert rəyi Babək Rayon Məhkəməsinə daxil olduğundan həmin tarixdə iş üzrə icraat təzələnmişdi. Sözü gedən rəydə ekspert qarşısına qoyulmuş suallara cavab olaraq o, Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Reyestri Xidmətinin Babək Rayon İdarəsinin mütəxəssisin məhkəməyə təqdim etdiyi 17 may 2023-cü il tarixli, 02/1107 nömrəli yazılı məsləhətində göstərilənləri qeyd etmişdi. Təyin edilməsi və keçirilməsi zamanı prosessual pozuntu aşkar edilmədiyindən məhkəmə ekspert rəyini sübut kimi qəbul edilən sayır. Bu isə onu deməyə əsas verir ki, hazırda Babək rayonu, Yarımca kəndində yerləşən sahəsi 0.27 hektar olan, X22, X17, İddiaçı1, X26 və İddiaçı2 ümumi mülkiyyətinə verilən torpaq sahəsinə yalnız Cavabdeh3 müdaxilə tərəfindən mövcuddur. Bu səbəbdən də məhkəmə iddiaçı tərəfin Cavabdeh2 və Cavabdeh1 qarşı tələbini əsasız hesab edir. Məhkəmə iddiaçının Cavabdeh1 qarşı tələbinin əsassızlığı ilə bağlı onu da qeyd edir ki, mülki iş üzrə “27” aprel 2023-cü ildə keçirilən məhkəmə hazırlıq iclasında Cavabdeh1 məhkəməyə təqdim etdiyi MN seriyalı, ******* nömrəli, 22 fevral 2007-ci il qeydiyyat tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan Babək rayonu, Yarımca kəndində yerləşən sahəsi 715.4 kvadrat metr olan torpaq sahəsi Cavabdeh1 mülkiyyətində deyil, X15 mülkiyyətində olması aydın olmuşdu. İşin qeyd edilən faktiki halına əsaslanan məhkəmə 18 may 2023-cü il tarixli məhkəmə bildirişi ilə qanunvericiliyin tələblərini iddiaçı tərəfə izah etməklə, ona iddiaya cavab verməli şəxsin Cavabdeh1 deyil, X24 olması izah edilmiş, işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşanadək düzgün olmayan cavabdehi düzgün cavabdehlərlə əvəz edilməsini təklif edilsə də, iddiaçı tərəf Şamxal Əli oğlunu X24 ilə əvəz etməmişdi. Məhkəmə bir daha iddiaçı tərəfin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; -139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; -140-cı maddəsi ilə müəyyən edilir ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Hazırki vəziyyətdə iddiaçı tərəf məhkəməyə onunla qonşuluqda olan və Babək rayonu, Yarımca kəndində yerləşən sahəsi 715.4 kvadrat metr olan torpaq sahəsinin Cavabdeh1 mülkiyyətində olması təsdiq edən sübut təqdim etmədiyindən məhkəmə İddiaçı1 Cavabdeh1 qarşı olan tələbini bir daha əsaslı hesab saymır. Cavabdeh3 iddiaçının torpaq sahəsinə olan müdaxiləsinin hüquqi həllinə gəldikdə məhkəmə bildirir ki, mütəxəssis yazılı məsləhətindən və ekspert rəyindən onun iddiaçıya məxsus olan torpaq sahəsinə ümumilikdə 10.2 kvadrat metr müdaxilə etməsi müəyyən edilir. Həmçinin həmin sübutlardan o da aydın olur ki, hazırda Cavabdeh3 məxsus torpaq sahəsinin 0.85 kvadrat metr hissəsi iddiaçının sahibliyindədir. Məhkəmə tərəflər arasında olan mübahisə ilə bağlı barışıq şərtlərini mühazirə edərkən iddiaçının nümayəndəsi Cavabdeh3 zəbt etdiyi torpaq sahəsi ilə bağlı 500 (beş yüz) manat məbləğində kompensasiya verməsini təklif etsə də, cavabdeh onun dediyi məbləğlə razılaşmayaraq Babək rayonu, Yarımca kəndində yerləşən torpaq sahəsinin bir sotunun 1500-2000 manat olduğunu, özünün isə bilmədən iddiaçıya məxsus 10 kvadrat metr hissəsini zəbt etdiyi qeyd edərək, həmin məbləğin yüksək olmasına görə onun təklifi ilə razılaşmamışdı. Məhkəmə hazirlıq iclasında iştirak edən İddiaçı1 isə ümumiyyətlə Cavabdeh3 hər hansı təklifini qəbul etməyəcəyini bildirmişdi. Məhkəmə iddiaçının Cavabdeh3 qarşı olan tələbi ilə bağlı qeyd edir ki, mülkiyyət hüququ toxunulmaz və qanunla qorunan hüquq olsa o mütləq hüquq deyil, yəni məhdudiyyətə məruz qalan hüquqdur ki, bu məhdudiyyətlərdən biri mülki qanunvericiliyin tələbinə görə qonşunun təsirinə dözmək vəzifəsidir. Mülki Məcəllə ilə müəyyən edilir ki, bu Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər. Əgər torpaq sahəsinin mülkiyyətçisi tikinti zamanı qonşu sahənin sərhədlərini qərəzsiz pozarsa, həmin sahənin mülkiyyətçisi, pozuntu aşkar edilməzdən qabaq və ya aşkar edilən kimi pozucuya etiraz bildirildiyi hallardan başqa, həmin pozuntuya dözməlidir. Sərhədi pozmuş qonşu pul kompensasiyası ödəməli və bundan sonra onu hər il ödəməlidir (maddə 169.1 və 172.3cü maddələr). Mülki işin araşdırılası zamanı müəyyən edilmişdi ki, Cavabdeh3 tərəfindən qaraj və hasar tikilisi qısa müddətdə inşa edərkən iddiaçı Bakı şəhərində yaşamış, həmin vaxt mübahisə predmeti olan torpaq sahəsinə nəzarəti onun rəhmətə gedən qardaşı Əli və bacısı Töhfə həyata keçirmişdi. Bu fakt Cavabdeh3 və iddiaçı tərəfin izahatları ilə müəyyən edilir. Cavabdeh isə sözü gedən tikililəri həyata keçirən zaman Əlini ora çağırdığını və ona görəcəyi işləri qeyd etdiyini, sonuncunun isə ona etirazının olmadığını bildirmişdi. İddiaçı tərəf isə məhkəməyə tikinti işləri basması və ya onun həyata keçirilməsi zamanı Cavabdeh3 etiraz etməsi ilə bağlı məhkəməyə mötəbər sübut təqdim etməmişdi. Əksinə iddiaçının nümayəndəsi məhkəmədə verdiyi izahatında qeyd etmişdi ki, həmin vaxt Cavabdeh3 üzərinə çox getməmişdi. Bundan başqa iddiaçının məhkəmədə verdiyi izahatdan görünür ki, o, Cavabdeh3 iradını tikinti işləri apardıqdan sonra bildirmişdi. Məhkəmə həmçinin onu da qeyd edir ki, işə baxılması zamanı Cavabdeh3 qarşı tərəfin mülkiyyət hüququnu qərəzli pozması faktı da öz təsdiqini tapmır. İşdə iştirak edən şəxslərin izahatlarından görünür ki, mübahisənin məhkəmə səviyyəsində mübahisəyə çevrilməsi Cavabdeh1 həyətdə olan ağacı kəsməsi ilə onunla mübahisə predmeti olan daşınmaz əmlaka sahiblik edən iddiaçının nümayəndəsi arasında olan mübahisədən qaynaqlanmışdı. Yəni onun iddia qaldırmasına bilavasitə səbəb Cavabdeh3 deyil . Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Yuxarıda qeyd edilənlərə əsaslanaraq məhkəmə qeyd edir ki, hazırda iddiaçı tərəfin onunla qonşuluqda olan Cavabdeh3 tərəfindən onun mülkiyyətində olan torpaq sahəsinə olan təsirə dözmək vəzifəsi yarandığından, həmçinin iddiaçının torpaq sahəsinin ümumi ölçüsünə münasibətdə (3150.48 kvadrat metr) cavabdehin təsiri elə də mühüm hissə təşkil etmədiyindən (10.2 kvadrat metr) və onun yerlədiyi yeri nəzərə aldıqda iddiaçıya elə də ciddi məhdudiyyət yaratmadığından məhkəmə iddiaçının tələbini bu hissədə də əsaslı hesab etmir. Lakin məhkəmə onu da qeyd edir ki, bu iddiaçının hüququnun həmişəlik məhdudlaşması ilə nəticələnmir. Mülki Məcəllənin 172.3-cü maddəsinə əsasən o, Cavabdeh3 pozulmuş hüququ ilə bağlı pul kompensasiyası tələb edə bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən, hazırki iş üzrə məhkəmə iddiaçının tələbini əsaslı sayılmadığından, iddia qaldırılan zaman İddiaçı1 tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu iddiaçıya tərəfə aid edilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: - iddia rədd olunmalı; - İddiaçı1 Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı tikililərin cavabdehlərin öz vəsaitləri hesabına sökülməsi, özbaşına tutulmuş torpaq sahəsinin qaytarılması tələbi əsaslı sayılmamalı; - İddiaçı1 tərəfindən iddia qaldırılan zaman ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu onun özünə aid edilməli; - Azərbaycan Respublikası Mülki Məcəllənin 172.3-cü maddəsinə əsasən sərhədi pozmuş qonşudan pul kompensasiyası tələb etmək hüququ iddiaçıya izah edilməlidir. Yekunda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia rədd olunsun. İddiaçı1 Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı tikililərin cavabdehlərin öz vəsaitləri hesabına sökülməsi, özbaşına tutulmuş torpaq sahəsinin qaytarılması tələbi əsaslı sayılmasın. İddiaçı1 tərəfindən iddia qaldırılan zaman ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. İddiaçıya izah edişin ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 172.3-cü maddəsinə əsasən sərhədi pozmuş qonşudan pul kompensasiyası tələb etmək hüququ var. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamiq Əliyev.
Məhkəmə qərarları › İş №2(079)-173/2023
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-173/2023
17.08.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver