Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(079)-193/2020 11.09.2020 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, Kəngərli Bayram Akif oğlunun katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3 vəkili-nümayəndəsi Vəkil, iddiaçı tərəfindən müstəqil tələb irəli sürən üçüncü şəxs X28, mütəxəssis X18, Cavabdeh Canbaxış qızı və nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçılar İddiaçı1 və qeyrilərinin Cavabdeh Canbaxış qızına qarşı torpaq sahəsindən məcburi çıxarılma və yaradılmış maneənin aradan qaldırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 Cavabdeh Canbaxış qızına qarşı Babək rayonu, Şıxmahmud kəndində JN seriyalı 619A saylı torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnamə üzrə 0.23 ha torpaq sahəsindən paylı mülkiyyətçilərin mülkiyyətində olan torpaq sahəsindən iddiaçıların istifadə etmələri üçün maneə yaratdığından Cavabdeh Canbaxış qızının iddiaçılara məxsus torpaq sahəsindən məcburi çıxarılması və iddiaçıların paylı mülkiyyətlərində olan torpaq sahələrindən istifadə etmələri üçün həyətin aşağı hissəsində tikilmiş istinad divarının 4 metr enində sökülməklə yaradılmış maneənin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 vəkili-nümayəndəsi Vəkil xx xxxxxx 2020-ci il tarixdə keçirilən məhkəmə baxış iclasında iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim etmiş, ərizə məhkəmə iclasında müzakirə edilmiş, nümayəndə Vəkil iddia tələbinin dəyişdirilməsi barədə ərizəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinin tələbinə uyğun olduğundan qəbul edilmiş, mülki işə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 Cavabdeh Canbaxış qızına qarşı Babək rayonu, Şıxmahmud kəndində JN seriyalı 619A saylı torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnamə üzrə 0.23 ha torpaq sahəsindən paylı mülkiyyətçilərin mülkiyyətində olan torpaq sahəsindən iddiaçıların istifadə etmələri üçün maneə yaratdığından Cavabdeh Canbaxış qızının iddiaçılara məxsus torpaq sahəsindən məcburi çıxarılması və iddiaçıların paylı mülkiyyətlərində olan torpaq sahələrindən istifadə etmələri üçün həyətin aşağı hissəsində tikilmiş istinad divarının 4 metr enində sökülməklə yaradılmış maneənin aradan qaldırılması tələbi çərçivəsində baxılmışdır. X13 və X28 iddiaçı tərəfindən müstəqil tələb irəli sürən üçüncü şəxs, Babək rayon Şıxmahmud Bələdiyyəsi cavabdeh tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs, X7 və X4 iddiaçı tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 məlumat verilməsinə baxmayaraq gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə iddiaçıların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə iddiaçılara vəkil-nümayəndə Vəkil təmsil etmişdir. Məhkəmə iclasında iddiaçıların vəkili-nümayəndəsi Vəkil izahatında bildirdi ki, təmsil etdiyi iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 Babək Rayon X11 qərarı ilə birgə mülkiyyətə verilmiş 0.23 ha torpaq sahəsinə iddiaçıların payı Babək Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə hər birinə 1/9 hissədə müəyyən olunubdur. Həmin torpaq sahəsində Cavabdeh Canbaxış qızı qanunsuz ev tikib və torpaq sahəsindən cavabdeh tərəfindən yaşayış evinin aşağı hissəsində hörülmüş istinad divarı plan ölçüdə göstərilən C-dən D-yə dək olan ərazini bütünlüklə əhatə etdiyindən torpaq sahəsinə giriş üçün və həmin torpaq sahəsindən istifadə olunmasına maneə yaranmışdır. Bu səbəbdən də qeyd olunan torpaq sahəsinə Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Babək rayon İdarəsinə torpaq sahəsinin plan və ölçüsü tərtib olunması üçün müraciət edib, lakin həmin torpaq sahəsində mübahisəli hal yarandığı üçün imtina edilibdir. Cavabdeh yaşadığı evin arxa hissəsində 2 metr enində boş torpaq sahəsi olsa da həmin sahədən avtomobillərin gediş gəliş mümkün deyil, Cavabdeh ilk olaraq həmin torpaq sahəsində gediş-gəliş üçün razılıq versə də sonradan, evinin arxa hissəsindən yük maşınlarının gedib gələcəyi zaman onun evinə zərər vurulacağını bildirib razılaşmamışdır. Cavabdeh hasara aldığı həyətin aşağı hissəsindən 4 metr enində divarı sökəcəyini bildirsə də sonradan bundan da imtina edibdir. Hal-hazırda cavabdeh tərəfindən mübahisəli torpaq sahəsi zəbt edildiyindən və iddiaçıların mülkiyyət hüquqlarına maneəçiliklər törətdiyindən həmin torpaq sahəsindən iddiaçılar istifadə edə bilmirlər, torpaq sahəsində əkin biçin aparmaq üçün torpaq sahəsinə təbii mineral gübrələrin (peyinazot) avtomobillə daşınması və traktorla əkilə bilməsi mümkün deyil. Əlavə olaraq nümayəndə bildirmişdir ki, X14 adına 0.06 ha torpaq sahəsinin olması barədə cavabdehin nümayəndəsi Nümayəndə tərəfindən təqdim edilən arayışla əlaqədar Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Babək rayon İdarəsinə müraciət edildiyini, idarənin xx.xx.2020-ci il tarixli cavab məktubunda Cavabdeh Canbaxış qızına və ailə üzvlərinə Babək Rayon X11 xx xxxxxxxx 1999-cu il tarixli, 81 nömrəli qərarı ilə Torpağın mülkiyyətə verilməsinə dair JN-778A nömrəli şəhadətnamə ilə Babək rayonu, Şıxmahmud kəndində 1711.07 kv.m həyətyanı torpaq sahəsi daşınmaz əmlakın Dövlət reyestrində qeydə alındığını və həmin cavab məktubunu sübut olaraq məhkəməyə təqdim etdiyini, qeyd olunanların nəzərə alaraq nümayəndə iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə sualları cavablandıran iddiaçıların vəkili-nümayəndəsi Vəkil bildirdi ki, mübahisəli torpaq sahəsində doqquz nəfərin payı vardır və Babək Rayon Məhkəməsinin qətnaməsi ilə paylı mülkiyyətçilərin hər birinin payı 1/9 hissədə müəyyən olunub, torpağın mülkiyyətə verilməsi barədə şəhadətnamədə göstərilən paylı mülkiyyətçilərin mübahisəli torpaq sahəsindən istifadəyə dair heç bir mübahisə yoxdur, sadəcə həmin torpaq sahəsinin sənədləşdirilməsi zamanı cavabdehin yaratdığı maneə nəticəsində həmin torpaq sahəsini sənədləşdirilə bilməyiblər. İlk əvvəl iddiaçılar ilə cavabdehin razılığa gələcəyi zaman, yəni torpaqdan istifadə etmələri üçün maneənin könüllü olaraq məhkəmədən kənar aradan qaldıracağı zaman torpaq sahəsinin öz paylarına düşən hissəsindən bir qismini cavabdehin xeyrinə verəcəklərini bildirsələr də, cavabdeh süni maneə yaratdığından iddiaçılar sonradan fikirlərini dəyişdiriblər və cavabdehin həmin sahədən çıxarılmaqla, yaratdığı maneənin aradan qaldırılmasını tələb edirlər. Məhkəmə iclasında cavabdeh qismində izahat Cavabdeh Canbaxış qızı izahatında bildirdi ki, mübahisəli torpaq sahəsində onun və mərhum əri X14 da payı vardır, mərhum qayınatası Hüseyn Cəfərov sağlığında mərhum əri İslam Cəfərov hazırda onların yaşadığı evi tikibdir. Mərhum əri rəhmətə getdikdən sonra isə o və oğlu Nümayəndə həmin evdə yaşayıblar. İddiaçılar onların xəbəri olmadan mübahisəli torpaq sahəsini bölünməsi ilə bağlı iddia qaldırıblar. Babək Rayon Məhkəməsinin payların bölünməsi barədə qətnaməsindən onların xəbəri olmayıbdır. Hazırki mübahisəli torpaq sahəsinə gediş-gəliş yolu onların yaşadığı evin arxasından olubdur, sonradan iddiaçılar ona bildiriblər ki, həyətyanı sahəyə avtomobilin gediş-gəliş üçün yol verilsin, ilk olaraq onlar razılaşalar da, sonradan iddiaçılar onların istifadəsində olan torpaq sahəsinin də bölünməsini istədiklərindən, onlar arasında razılıq pozulubdur. Sonda Cavabdeh mübahisəli torpaq sahəsini zəbt etmədiyini, iddiaçıların mülkiyyət hüquqlarına maneçiliklər törətmədiyini, nümayəndənin təqdim etdiyi onların adına torpaq sahəsinin olmasına dair daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair sənədin əsassız olduğunu, iddiaçılarında adına Babək rayonu, Şıxmahmud kəndində mübahisəli sahədən başqa torpaq sahələrinin olduğunu və göstərilənləri nəzərə alaraq məhkəmədən iddianın rədd olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə sualları cavablandıran Cavabdeh bildirdi ki, hazırki mübahisəli torpaq sahəsinə dair onda heç bir sənəd yoxdur, mərhum qayınatası H.Cəfərov sağlığında mərhum əri İslam Cəfərova hazırda yaşadıqları evi tikməsinə icazə veribdir. Hazırki mübahisəli torpaq sahəsinin məhkəmədə mübahisəyə baxılana qədər tək mərhum qayınatası H.Cəfərova məxsus olmasını biliblər, hazırda yaşadıqları evi mərhum əri 30-35 il bundan əvvəl tikibdir, o zamanda onlara həmin evin tikilməsi və yaxud sökülməsi barədə heç kim heç nə deməyibdir. Həmin torpaq sahəsi mərhum qayınatası H.Cəfərovun mülkiyyətində olduğu üçün mərhum ərin İslam Cəfərova miras əmlak kimi qalıbdır. Mərhum əri İ.Cəfərov rəhmətə getdikdən sonra da o və oğlu Nümayəndə həmin evdə yaşayıblar. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, mübahisəli torpaq sahəsi onun babası H.Cəfərovun olubdur, o və anası 35 ildir həmin torpaq sahəsi üzərində tikilmiş evdə yaşayırlar, həmin evi babası H.Cəfərov tikibdir, həmin evdə yaşadıqları müddət ərzində evin bütün kommunal xərclərini onlar ödəyiblər. Onlar sonradan 0.23 ha torpaq sahəsinin iddiaçılar arasında 9 nəfərin arasında bölünməsini biliblər, həmin torpağın bölünməsi onların xəbəri olmadan aparılıbdır, ona görə də həmin bölgünü qanunsuz hesab edirlər. Mərhum atası İslam Cəfərovun adına Babək rayonu, Şıxmahmud kəndində 0.06 ha torpaq sahəsinin olması barədə o məhkəməyə arxiv arayışı təqdim edibdir, onun atasının torpaq sahəsini də iddiaçılar qanunsuz olaraq öz adlarına keçiriblər, anası Cavabdeh mərhum babası X9 qalmış yaşayış evində yaşaması barədə də arayışı onlar məhkəməyə təqdim ediblər. Göstərilənləri nəzərə alaraq sonda Nümayəndə iddianın rədd olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə sualları cavablandıran Nümayəndə bildirdi ki, hal-hazırda yaşadıqları ev və istifadələrində olan torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmayıbdır, mübahisəli torpaq sahəsi olan 23 ha torpaq sahəsi babası H.Cəfərovun olubdur, həmin torpaq sahəsinə dair torpağın mülkiyyətə verilməsi barədə şəhadətnaməni onlar məhkəmədə iddia qaldırıldıqdan sonra biliblər, həmin şəhadətnaməni onlar mübahisələndirməyiblər, eyni zamanda payların müəyyən edilməsi barədə qətnamədən də onların sonradan xəbər olubdur, həmin qətnaməni də mübahisələndirməyiblər, amma həm şəhadətnaməni, həm də qətnaməni lazım olsa mübahisələndirəcəklər. Babasından miras qalmış əmlakın onlar tərəfindən qəbul edilməsi barədə onlar hər hansı bir orqana müraciət etməyiblər. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada iddiaçı tərəfindən müstəqil tələb irəli sürən üçüncü şəxs X8 məlumat verilməsinə baxmayaraq gəlməmiş, lakin məhkəməyə ünvanlandığı ərizəsində məhkəmə baxışlarında iştirak edə bilməyəcəyini, iddiasını müdafiə etdiyini və iddianın təmin edilməsini xahiş etmişdir. Bunu nəzərə alan məhkəmə iddiaçı tərəfindən müstəqil tələb irəli sürən üçüncü şəxs X5 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən müstəqil tələb irəli sürən üçüncü şəxs X13 izahatında bildirdi ki, o və oğlu X28 mərhum əri X10 miras qalmış evdə yaşayırlar, lakin Cavabdeh Canbaxış qızı paylı mülkiyyət üzrə onlara məxsus olan torpaq sahəsinin aşağı avtomobil yolu keçən hissəsində özbaşına qanunsuz tikili tikərək həmin torpaq sahəsində onların istifadəsinə maneə yaradıb, cavabdehə dəfələrlə həmin divarın 4 metr enində sökülməsini bildirsələr də, o, bundan müxtəlif bəhanələr uydurmaqla imtina edibdir. Hazırda onların həyətyanı sahəsinə avtomobil yolu yoxdur, onlar yol istəyirlər, ona görə də iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında müstəqil tələb irəli sürən üçüncü şəxs X28 bildirdi ki, hazırki mübahisəli torpaq sahəsində mərhum atası H.Cəfərov tərəfindən inşa edilmiş yaşayış evində o və anası Tutubəyim Cəfərova yaşayırlar, həmin yaşayış evinə gediş-gəliş üçün cavabdehə məxsus evin arxasında 2 metr enində olan yoldan istifadə ediblər, lakin həyətyanı sahəyə avtomobillərin girməsi üçün yol yoxdur, çünki torpaq sahəsi ilə kənd yolu arasında cavabdeh ev tikib və hasar çəkibdir. Dəfələrlə cavabdehə torpaq sahəsinə avtomobilləri girişi üçün yol istənilsə də, cavabdeh hərdən bir bəhanə ilə yolu açmayıbdır, sonuncu dəfə cavabdeh ilə razılığa əsasən onun evinin arxa hissəsindən dörd metr yol verilməsi üçün qonşu ilə razılığa gələcəyinə vəd verilsə də, sonradan iş məhkəməlik olduğu üçün qonşu ona məxsus sahədən gediş-gəliş üçün yol verilməsinə razılıq verməyib, öz sahəsini hasarlayıbdır. Hal-hazırda qonşu ilə cavabdehin evinin arasında olan məsafə 2 metrdir və həmin hissədən avtomobillərin keçməsi mümkün deyildir. Bundan əlavə həyətyanı sahəyə avtomobil yolu olmadığı üçün daşınmaz əmlakdan torpaq sahəsini onlar sənədləşdirə bilmirlər. Sonda göstərilənləri nəzərə alaraq Ə.Cəfərov iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkədə sualları cavablandıran Ə.Cəfərov bildirdi ki, onlar əvvəllər evlərinə gediş-gəliş üçün qonşunun sahəsindən istifadə ediblər, lakin sonra məhkəmədə iş olduğu üçün qonşu icazə vermədi, torpaq bölgüsü aparılandan sonra qonşu “setkanı” çəkdi öz əvvəlki yerinə, hal-hazırda onların torpaq sahəsinə avtomobil yolu yoxdur, paylı mülkiyyətçilər arasında bölgü ilə bağlı problem yoxdur. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada iddiaçı tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X7 və X4 və cavabdeh tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Şıxmahmud Bələdiyyəsinə məlumat verilməsinə baxmayaraq gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdirlər. Lakin X7 tərəfindən məhkəmə ünvanına daxil olmuş teleqramında iddianı təsdiq etdiyini, yaradılmış maneənin aradan qaldırılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə iddiaçı tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin və cavabdeh tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında mütəxəssis qismində izahat verən X18 izahatında bildirdi ki, hazırki mübahisəli torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin plan və ölçüsünün hazırlanması üçün iddiaçılar tərəfindən müraciət olunduğu üçün daşınmaz əmlakın yerində yoxlanılması zamanı həmin torpaq sahəsi üzərində mübahisəli hal yarandığından daşınmaz əmlakın müayinəsi baş tutmamışdır. Eyni zamanda daşınmaz əmlakın yerində yoxlanılması zamanı torpaq sahəsində ölçülər aparılan zaman Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən verilən JN seriyalı 619A saylı torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnamədə Babək rayonu, Şıxmahmud kəndində 0.23 ha torpaq sahəsi göstərilsə də faktiki olaraq həmin sahədə 400 kv.m artıq torpaq sahəsi müəyyən olunubdur. Bu səbəbdən də iddiaçıların nümayəndəsinə məhkəməyə müraciət olunması məsləhət olunubdur. Əlavə olaraq mütəxəssis A.Şahverdiyev bildirdi ki, mübahisəli torpaq sahəsinə yerində baxış keçirilib, mübahisə ilə əlaqədar müvafiq rəy hazırlanaraq məhkəməyə təqdim edilibdir. İş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində olan şəxsiyyət vəsiqəsi haqqında məlumatdan görünür ki, İddiaçı1 Babək rayonu, Şıxmahmud kəndində qeydiyyatdadır. İş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində olan şəxsiyyət vəsiqəsi haqqında məlumatdan görünür ki, İddiaçı2 Babək rayonu, Şıxmahmud kəndində qeydiyyatdadır. İş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində olan şəxsiyyət vəsiqəsi haqqında məlumatdan görünür ki, İddiaçı3 Babək rayonu, Şıxmahmud kəndində qeydiyyatdadır. İş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində olan şəxsiyyət vəsiqəsi haqqında məlumatdan görünür ki, İddiaçı4 Babək rayonu, Şıxmahmud kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Babək rayon İH Şıxmahmud kənd İƏD üzrə Nümayəndəlik tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli 741 nömrəli arayışla müəyyən olunur ki, Cəfərova X1 qeydiyyatda olmaqla həmin kənddə yaşayır. İş materiallarında olan Babək Rayon Dövlət Arxivi tərəfindən verilmiş “Arxiv arayışından” görünür ki, Babək Rayon Dövlət Arxivində mühafizə olunan Şıxmahmud kəndinin 1996-2000-ci illərə dair Təsərrüfat başına kitablarında mərhum X14 adına 0.06 ha torpaq sahəsi qeyd edilmişdir. İş materiallarında olan Babək rayon Şıxmahmud Bələdiyyəsi tərəfindən xx xxxxxx 2008-ci il tarixli, 36 nömrəli arayışdan görünür ki, Cavabdeh Canbaxış qızı mərhum qayınatası X19 məxsus 619 nömrəli, 0.23 hektar həyətyanı torpaq sahəsində tikilmiş yaşayış evində yaşayır. İş materiallarına əlavə edilmiş Babək rayon İH Şıxmahmud kənd İƏD üzrə Nümayəndəlik tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli 942 nömrəli arayışla müəyyən olunur ki, X15 Babək rayonu, Şıxmahmud kəndində miras qoyduğu evdə X28 və X13 qeydiyyatda olmaqla həmin ünvanda yaşayırlar. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin təsdiq olunmuş surəti ilə müəyyən olunur ki, Babək rayon X11 xx xxxxxxxx 1999-cu il tarixli, 81 saylı qərarı ilə Babək rayonu, Şıxmahmud kəndində yerləşən 0.23 ha torpaq sahəsi
1. X27
2. X20
3. X28
4. İddiaçı3
5. X16
6. İddiaçı4
7. İddiaçı2
8. X7
9. X2 mülkiyyətinə verilmiş və həmin torpaq sahəsi ilə bağlı dövlət aktı qeydiyyatı kitabında 560 nömrə ilə qeydiyyata alınmaqla torpağa mülkiyyət hüququna dair JN-619A saylı, 10311018 kodlu dövlət aktı tərtib edilərək təqdim edilmişdir. İş materiallarında olan Babək Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(079)-46/2020 nömrəli qətnaməsindən görünür ki, Babək rayonu, Şıxmahmud kəndində yerləşən, torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 619 A saylı, 10311018 kod nömrəli şəhadətnamə ilə X27, X20, X28, İddiaçı3, Allahverdiyeva (Cəfərova) Xuraman Hüseyn qızı, İddiaçı4, İddiaçı2, X7 və X2 ümumi mülkiyyətinə verilmiş 0.23 hektar torpaq sahəsi üzrə ümumi mülkiyyətçilərin hər birinin payı 1/9 hissə müəyyən edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş üzrə toplanmış sübutları və işin digər hallarını nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, Babək rayonu, Şıxmahmud kəndində yerləşən, torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 619 A saylı, 10311018 kod nömrəli şəhadətnamə ilə X27, X20, X28, İddiaçı3, Allahverdiyeva (Cəfərova) Xuraman Hüseyn qızı, İddiaçı4, İddiaçı2, X7 və X2 ümumi mülkiyyətinə verilmişdir. İddiaçılar onların paylı mülkiyyətində olan torpaq sahəsindən cavabdeh tərəfindən istifadə etmələrinə maneə yaratdığını bildirərək cavabdehin torpaq sahəsindən məcburi çıxarılmasını və mülkiyyət hüquqlarına olan maneçiliklərin aradan qaldırılmasını tələb edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edirlər. Cavabdeh iddiaçılara məxsus mübahisəli torpaq sahəsini zəbt etmədiyini, mülkiyyət hüquqlarına maneçiliklər törətmədiyini bildirərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqlarının və X17 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar Mülki Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3.-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 66.2-ci maddəsinə əsasən torpaq üzərində hüquqlar (müddəti 11 aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. 67.1-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydata daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.4-cü maddəsinə əsasən torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və içarəçilərinin hüquqları qanunla qorunur. 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması qanunla qadağan olunur. «Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2003cü il tarixli 2 №-li Qərarının 6-cı bəndində qeyd edilmişdir ki, torpaq sahəsi üzərində hüquqlar həmin hüquqları təsbit edən müvafiq sənədlərlə (torpağa mülkiyyət hüququna dair dövlət aktı, torpaqdan daimi istifadə hüququna dair dövlət aktı, torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə) rəsmiləşdirilir. Bu sənədlər olmadan torpağa yiyələnmək torpağı özbaşına tutma kimi qiymətləndirilir. Dövlət aktı və şəhadətnamə ilə əldə edilmiş hüquqlar müvafiq icra hakimiyyəti orqanında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçdikdən sonra yaranmış hesab edilir. Cavabdeh məhkəmədə verdiyi izahatından məlum olur ki, mübahisəli torpaq sahəsi, üzərində cavabdehin mərhum əri İ.Cəfərovun atası mərhum H.Cəfərovun hələ sağlığında razılığı ilə mərhum əri tərəfindən inşa edilmiş yaşayış evi onlara miras əmlak olaraq qalmasını, eyni zamanda mübahisəli torpaq sahəsinin, Babək rayonu, Şıxmahmud kəndində yerləşən 0.23 ha torpaq sahəsinin mərhum qayınatası X21 tam mülkiyyət hüququ ilə məxsus olmasını qeyd etsə də, nə iş materiallarında, nə də məhkəmə baxışı zamanı bunu təsdiq edəcək hər hansı sübut müəyyən edilməmişdir. Əksinə məhkəmə baxışı zamanı iddiaçılar tərəfindən toplanmış sübutlarla mübahisəli torpaq sahəsinin iddiaçılara paylı mülkiyyət hüququ məxsus olması öz təsdiqini tapmışdır. Həmçinin məhkəmə tərəfindən tərəflərin və mütəxəssisin iştirakı ilə mübahisəli əraziyə yerində baxış keçirilən zaman iddiaçıların paylı mülkiyyətində olan Babək rayonu, Şıxmahmud kəndində yerləşən mübahisə obyekti olan 0.23 ha torpaq sahəsinin Şıxmahmud kənd daxili avtomobil yolunun kənarında yerləşməsi, kənd daxili avtomobil yolu ilə həmin mübahisəli torpaq sahəsi arasında iş üzrə Cavabdeh tərəfindən 37.36 metr uzunluğunda hasar və yaşayış evi inşa edildiyi, Cavabdeh məxsus yaşayış evinin arxa hissəsində 2.2 metr enində sahənin olduğu, həmin mübahisəli torpaq sahəsinin 37.36 metr uzunluğunda kənd daxili yol ilə sərhəd olan sahəsinin cavabdeh tərəfindən hasarlanması və yaşayış evi inşa etməsi həmin torpaq sahəsindən iddiaçıların istifadəsinə aşkar sürətdə maneə yaratdığı müəyyən edilmişdir. Cavabdeh və nümayəndəsi Nümayəndə Babək rayonu, Şıxmahmud kəndində yerləşən, torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 619 A saylı, 10311018 kod nömrəli şəhadətnamədə göstərilən 0.23 ha torpaq sahəsində Babək Rayon Dövlət Arxivində mühafizə olunan Şıxmahmud kəndinin 1996-2000-ci illərə dair Təsərrüfat başına kitablarında mərhum X14 adına 0.06 ha torpaq sahəsinin qeydə alınmasını əsas götürərək həmin mübahisəli torpaq sahəsində mərhum X14 payının olduğunu göstərsələr də, həmin halları təsdiq edən sübutları (dövlət aktı və s.) məhkəməyə təqdim etməmişlər. Bununla bağlı məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş Babək Rayon Məhkəməsinin qanuni qüvvəsini almış xx xxxxxx 2020-ci il tarixli, 2(079)- 46/2020 nömrəli qətnaməsi ilə müəyyən olunmuşdur ki, Babək rayonu, Şıxmahmud kəndində yerləşən, torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 619 A saylı, 10311018 kod nömrəli şəhadətnamə ilə X27, X20, X28, İddiaçı3, Allahverdiyeva (Cəfərova) Xuraman Hüseyn qızı, İddiaçı4, İddiaçı2, X7 və X2 ümumi mülkiyyətinə verilmiş 0.23 hektar torpaq sahəsi üzrə ümumi mülkiyyətçilərin hər birinin payı 1/9 hissə müəyyən edilibdir. Mülki Prosessual Məcəllənin tələblərinə görə, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir (MPM-in 82.3-cü maddəsi). Mülki-prosessual qanunvericiliyin göstərilən müddəaları ilə müəyyənləşdirilmiş preyudisiya mexanizmi hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir; hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “X6rşı” iş üzrə xx xxxx 2003-cü il tarixli qərarında qeyd etmişdir ki, “hüquqi müəyyənlik res judicata prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz”. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2015-ci il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, “preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir”. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin istinad etdikləri Babək Rayon Dövlət Arxivində mühafizə olunan Şıxmahmud kəndinin 1996-2000-ci illərə dair Təsərrüfat başına kitablarında mərhum X14 adına 0.06 ha torpaq sahəsinin qeydə alınmasına əsasən həmin sahənin mübahisəli torpaq sahəsində göstərilməsi torpaq ayırma sənədləri, yəni torpaq sahəsinin koordinatları, planölçüsü, ayrıc aktı olmadan paylı mülkiyyətdə olan mülkiyyət hüququ ilə qeydə alınmış mübahisəli torpaq sahəsinin 0.06 ha hissəsinin məhz mərhum X22 ayrılmış sahə olduğunu təsdiq edə bilməz. Bu qənaətə gələrkən məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 140-cı maddəsində və eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləsdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, həqiqi hesab edilir. Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən şəxslərin hüquqları dövlət tərəfindən qorunur. Beləliklə mülki işin yuxarıda qeyd edilən hallarından görünür ki, Babək rayonu, Şıxmahmud kəndində yerləşən 0.23 ha torpaq sahəsindən istifadə məqsədi ilə iddiaçıların paylı mülkiyyətində olan həmin sahədən dörd metr enində yoldan istifadəyə maneənin aradan qaldırılmasını istədiyi torpaq sahəsi hazırda iddiaçıların mülkiyyətində olduğundan, eyni zamanda həmin torpaq sahəsinə iddiaçıların qanuni istifadə hüquqları qanunvericiliklə nəzərdə tutulmuş qaydada təsdiq olunduğundan və təqdim olunan hüquqi sənədlərə əsasən iddiaçılara məxsus həmin torpaq sahəsinin kənd daxili (yolla) ilə həmsərhəd torpaq sahəsi olduğundan iddiaçıların qanunla qorunan hüquqlarının və maraqlarının pozulması halı müəyyən olunmuşdur. Məhkəmə həmçinin qeyd edir ki, Cavabdeh yaşadığı evin arxa hissəsində olan 2.2 metr enində olan sahədən avtomobil yolu kimi istifadə etmək mümkün deyildir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıların paylı mülkiyyətlərində olan torpaq sahələrindən istifadə etmələri üçün həyətin aşağı hissəsində tikilmiş istinad divarının 4 metr enində sökülməklə yaradılmış maneənin aradan qaldırılması hissədə təmin edilməlidir. İddiaçıların iddia tələblərindən biri də Cavabdeh hazırki mübahisəli torpaq sahəsindən məcburi çıxarılması tələbidir. Bununla bağlı məhkəmə qeyd etmək istəyir ki, Babək rayonu, Şıxmahmud kəndində yerləşən iddiaçıların ümumi mülkiyyətinə verilmiş 0.23 hektar torpaq sahəsi üzrə mərhum X15 həmin torpaq sahəsində payı 1/9 hissə müəyyən edildiyindən, Cavabdeh mərhum qayınatası H.Cəfərovun hələ sağlığında razılığı ilə mərhum əri İ.Cəfərov tərəfindən inşa edilmiş yaşayış evinin Cavabdeh və Nümayəndə tərəfindən miras əmlak olaraq qəbul etmələrini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh mübahisəli torpaq sahəsindən çıxarılması hissəsində təmin edilə bilməz. Beləliklə məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Babək rayonu, Şıxmahmud kəndində yerləşən JN seriyalı 619A saylı torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnamə ilə iddiaçıların paylı mülkiyyətində olan torpaq sahəsinin aşağı hissəsində (torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı 619A saylı şəhadətnamədə göstərilən “C” nöqtəsindən “D” nöqtəsinə qədər olan hissədə, Şərq istiqamətində) tikilmiş istinad divarının 4 metr enində cavabdehin hesabına sökülərək yaranan maneə aradan qaldırılmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.03. və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia tələbi qismən təmin edilsin. Babək rayonu, Şıxmahmud kəndində yerləşən JN seriyalı 619A saylı torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnamə ilə iddiaçıların paylı mülkiyyətində olan torpaq sahəsinin aşağı hissəsində (torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı 619A saylı şəhadətnamədə göstərilən “C” nöqtəsindən “D” nöqtəsinə qədər olan hissədə, Şərq istiqamətində) tikilmiş istinad divarının 4 metr enində cavabdehin hesabına sökülərək yaranan maneə aradan qaldırılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, o, tərəflərə rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti vermək olar.
Sədrlik edən: Daşqın Səfərov.