Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-22/2022 17.01.2022 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X17 məhkəmə iclas katibliyi, İddiaçı, onun vəkil-nümayəndəsi Vəkil, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 vəkil-nümayəndəsi Nümayəndə, şahidlər Şahid1 və Şahid2 iştirakı ilə, İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı “27” oktyabr 2021-ci ildə iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək mərhum anası X18 qalmış miras əmlakın-Babək rayonu, Şəkərabad kəndində yerləşən 1509.99 kvadrat metr torpaq sahəsinin və Babək rayonu, Şəkərabad kəndində yerləşən 16093 kvadrat metr kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin onun tərəfindən qəbul olunması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. O, tələbini əsaslandıraraq qeyd etmişdi ki, mərhum X32, mərhum anam X46 ilə ailə həyatı qurmuşlar və 01 iyul 1957-ci il tarixdə nikahların rəsmiləşdirmişlər. X32 05 oktyabr 1982-ci il tarixdə, anam X46 28 aprel 2011-ci il tarixdə vəfat etmişlər. Anamın ölümündən sonra onun adına Babək rayonu, Şəkərabad kəndində 1609.99 kvadrat metr fərdi evin tikilməsi üçün torpaq sahəsi və həmin kənddə 16093 kvadrat metr kənd təsərrüfatı təyinatı torpaq sahəsi miras qalmışdır. X55 (əri), X47 (oğlu), X48 (oğlu), Cavabdeh1 (oğlu), Cavabdeh3 (oğlu), Cavabdeh2 (oğlu), İddiaçı (oğlu), X34 (qızı), X43 (qızı), X24 (qızı) və X35 (qızı) anam X25 vərəsələridir. Mərhum qardaşım X48 29 noyabr 2020-ci il tarixində vəfat edib. X19 (həyat yoldaşı), X36, X37, X49 və X50 onun vərəsələridir. Qeyd edim ki, anamın həm sağlığında, həm də ölümündən sonra mirası faktiki olaraq mən qəbul etmişəm.Yəni bütün bacı və qardaşlarım ailə quraraq köçmüş, mən isə istər valideynlərimin sağlığında, istərsə də onların ölümündən sonra həmin evdə yaşamışam, hazırda da yaşayıram. Mərhum anam X20 qalmış mirasla əlaqədar vərəsələr arasında mübahisəmiz olmadığından. Yuxarıda adları qeyd olunan vərəsələr mərhum anamdan qalan mirasıdan özlərinə çatan paydan notariat ofisinə ərizə verərək imtina etmişlər. Mən Babək Rayon Notariat Ofisinə mərhum anam Q.Novruzovadan qalmış mirasa vərəsəlik hüququ haqqında şəhadətnamə alamaq üçün müraciət etdim. Babək Rayon Notariat Ofisi 08 oktyabr 2021-ci il tarixli məktubunda Azərbaycan Respublikası Mülki Məcəllənin 1246-cı maddəsində nəzərdə tutulmuş müddət (altı ay) keçməsini və mənim qardaşlarım Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 ilə mübahisəni əsas gətirərək vərəsəlik hüququ haqqında şəhadətnamə verməkdən imtina etmiş və məhkəməyə müraciət etməli olduğumu bildirmişdir. Ona görə də mərhum anamdan qalmış mirasın faktiki qəbul etmək üçün müvafiq sənədləri toplayaraq məhkəməyə müraciət edirəm. Belə ki, yuxarıda göstərdiyim kimi vərəsələrin hamısı notarial qaydada ərizə verərək mirasdan imtina etmiş,valideyinlərimin sağlığında isə onların hamısı paylarına düşənləri almışlar. İddiaçının vəkil-nümayəndəsi Vəkil 29 oktyabr 2021-ci ildə ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsində texniki xətadan torpaq sahəsinin ölçüsünü 1509,99 kvadrat metr göstərdiyini, Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin məktubundan torpaq sahəsinin ölçüsünün 1609,99 kvadrat metr olmasının göründüyü, bu səbəbdən torpaq sahəsinin ölçüsünü 1609,99 kvadrat metr kimi qəbul edilməsini məhkəmədən xahiş etmişdi. İddiaçı məhkəmədə verdiyi izahatında valideynlərinin 1957-ci ildə nikaha daxil olduğunu, birgə nikahlarından 10 uşağın dünyaya gəldiyini, bacı-qardaşlarından Zahidin rəhmətə getdiyini, digərlərinin isə sağ olduğunu, atasının 1982-ci ildə, anasının isə 2011-ci ildə öldüyünü, anasından iki torpaq sahəsinin miras qaldığını, miras qoyanın sağ ikən vəsiyyətnamə tərtib etmədiyini, anasının ata adı Rza, ana adı isə Sona olduğunu, anası öldükdən sonra onun evində özünün ailəsi ilə birlikdə qaldığını, vərəsələrin hamısı buna dair ərizə versə də aralarında sonradan yolla bağlı mübahisə yarandığını, belə ki, evi sənədləşdirmək istəyəndə özünə aid torpaq sahəsinin iki sotunun qardaşı Əli ərazisində olduğunu öyrəndiyini, bu səbəbdən də onu sənədləşdirə bilmədiyini, öz həyəti hasarlandığı üçün qardaşına onu yoluna qoymağı təklif etdiyini, lakin qardaşı Əli iki sot artıq olan torpaq sahəsini sənədləşdirmədiyindən, nəticədə isə öz evi sənədsiz qaldığından həyətdə olan hasarını söküb sənədə uyğun hasar tikdiyini, bundan sonra aralarında mübahisə yarandığını, anasının ölümündən sonra özü reys sürücüsü işlədiyindən Bakı şəhərinə gedib gəldiyini, həm orada, həm də Şəkərabad kəndində yaşadığını, anasının yas mərasimini özünün təşkil etdiyini və xərcini də özünün çəkdiyini, anasından miras qalan çöl torpağını qardaşı Zahidin oğluna istifadə üçün verdiyini bildirərək yekunda iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdi. İddiaçının vəkil-nümayəndəsi Vəkil məhkəmədə verdiyi izahatında iddia ərizəsində qeyd edilənləri bildirməklə yanaşı Babək rayonu, Şəkərabad kəndində yerləşən evin Kazım və Qonçanın dədə-baba evləri olduğunu, bütün vərəsələrin hamısının özlərinə ayrıca ev əldə etdiklərini, valideynlərindən qalmış mirası isə Yusifin qəbul etdiyini, vərəsələrin hamısının mirasın qəbulundan imtina ərizələri verdiklərini, iddiaçının bildirdiyinə görə onun Sahiblə olan mübahisəsi sonuncunun ondan 4 sot torpaq sahəsi istəməsi, qardaşı Əlinin isə torpaq sahəsindən özünə yol istəməsi ilə bağlı olduğunu, iddiaçının isə mirası qəbul edib sənədləşdirdikdən sonra Sahibə 4 sot torpaq sahəsi, Əliyə isə yol verəcəyini bildirdiyini qeyd edərək, yekunda məhkəmədən iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbi barədə heç bir məlumat verməmişlər. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 vəkil-nümayəndəsi Nümayəndə məhkəmədə verdiyi izahatında miras qoyan X25 2011-ci ildə öldüyünü, onun 10 övladı olduğunu, uşaqlardan Zahidin rəhmətə getdiyini, tərəflər arasında yaranan mübahisənin əsasən yolla bağlı olduğunu, belə ki, Yusifin cavabdehlərin yolunu bağladığını, cavabdehlərin həqiqətən də miras payından imtina ilə bağlı ərizə verdiyini, lakin Əlinin öz həyətinə gediş-gəliş yolu tutulduğundan aralarında mübahisə yarandığını, tərəflərin bildirməsinə görə miras qoyanın ölümündən sonra onun evində Əli yaşadığını, Yusifin isə Bakı şəhərində qaldığını, Cavabdeh2 Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsində iddiaçıya verdiyi ərizənin etibarsız sayılması tələbi ilə bağlı iddia qaldırdığını, həmin işə baxılacağını qeyd edərək yekunda qanuna uyğun qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdi. Cavabdeh3 məhkəmə hazırlıq iclasında verdiyi izahatında Yusifin 25 ildir Bakı şəhərində yaşadığını, əmlaka isə qardaşı Əli və onun ailəsinin baxdığını, anasından qalan torpaq sahəsinin də ona verilməsinə etirazının olmadığını, onların Yusifə mirasla bağlı ərizə verməsindən sonra onun qardaşı Əlinin yolunu bağladığını, su yolunu kəsdiyini, hətta pilləkəni belə sökdüyünü, Yusifin ona isə ya 10000 manat pul verəcəyini, ya da 2 sot torpaq verəcəyini söz verdiyini, iddiaçının neçə illərdir ki, Bakı şəhərində yaşadığını, anası öləndən sonra Naxçıvana qayıtdığını, anasının evində heç kimin qalmadığını, iddiaçının və onun arvadının 2-3 ildir orada yaşadıqlarını, sahəsi 16093 kvadrat metr olan torpaq sahəsini isə qardaşı Zahidin icarəyə verdiyini, Yusifin həmin torpaq sahəsindən xəbərinin olmadığını, Naxçıvana gələndə Yusifin qardaşı Əlinin evində qaldığını, valideynlərinin evləndiyi vaxtı dəqiq bilmədiyini, onların birgə nikahlarından 10 uşağın olduğunu, qardaşı Zahidin öldüyünü, 9 uşaq qaldıqlarını, atasının 1982-ci ildə, anasının isə 2011-ci ildə öldüklərini, anasının sağlığında Babək rayonu, Şəkərabad kəndində yaşadığını, anasının atasının Rza, anasının isə Gülsüm olduğunu, onların hər ikisinin də öldüklərini, anasının sağlığında vəsiyyətnamə yazmadığını, onun ölümündən sonra anasının evinə və həyətinə qardaşları Vaqif və Əlinin baxıb qulluq etdiklərini bildirmişdi. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələbini rəhbər tutmaqla iddiaçının və cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 vəkil-nümayəndəsi Nümayəndə 08 dekabr 2021-ci il tarixdə icraatın dayandırılması barədə vəsatətlə məhkəməyə müraciət edərək, Cavabdeh2 Qaradağ Rayon Məhkəməsində Bakı şəhəri 8 saylı Notariat ofisinə, X38, Cavabdeh1, Cavabdeh3, İddiaçı, X26, X27, X6 və X13 qarşı Bakı şəhəri 8 saylı Notariat ofisində 19 yanvar 2021-ci il tarixdə yazılmış miras payından imtinaya dair **********304 sayı ərizənin etibarsız hesab olunması barədə iddia qaldırdığını, ona görə də həmin mülki işə mahiyyəti üzrə baxılıb qərar qüvvəyə minənədək hazırki iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Babək Rayon Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli, 2(079)-527/2021 nömrəli qərardadına əsasən cavabdehlərin vəkil-nümayəndəsi Nümayəndə verdiyi icraatın dayandırılması barədə vəsatəti əsassız olduğundan rədd edilmişdir. Mülki iş materiallarını tədqiq edən, işdə iştirak edən şəxslərin izahatlarını və şahidlərin ifadələrini dinləyən məhkəmə müəyyən edir ki, X46 ilə X44 ailə qurması, İddiaçı anası X46, atasının isə X55 olması, X44 03 oktyabr 1982-ci ildə, X25 01 aprel 2011-ci ildə ölməsi, X47, X48, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, İddiaçı, X34, X43, X24 və X14 X25 vərəsələri olması, X18 Babək rayonu, Şəkərabad kəndində yerləşən fərdi yaşayış evinin tikilməsi üçün 1609.99 kvadrat metr torpaq sahəsi və 16093 kvadrat metr kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin miras qalması, X48 ilə X2 13 oktyabr 1975-ci ildə nikaha daxil olması, X28 29 noyabr 2020-ci ildə ölməsi, X8, X29, X15, X7 və X30 X28 vərəsələri olması, miras qoyanın vərəsələrinin (iddiaçıdan başqa) X4 qalmış mirasın onlara çatası hissəsini qəbul etməmələrinə dair ərizə vermələri mülki işin mübahisəsiz hallarıdır. Bu faktların mülki işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: -iddia ərizəsinə əlavə edilmiş və Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 19 oktyabr 2021-ci il tarixli, İ-İE seryalı, 140221 nömrəli akt qeydindən çıxarışdan X55 ilə X25 arasında 01 iyul 1957-ci il tarixdə nikah bağlanması; -iddia ərizəsinə əlavə edilmiş və Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 15 oktyabr 2021-ci il tarixli, AZ seriyalı, 074577 nömrəli akt qeydindən çıxarışdan İddiaçı xx xxxxxx 1961-ci il tarixdə dünyaya gəlməsi və X44 onun atası, X25 anası olması; -iddia ərizəsinə əlavə edilən və Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilən İİ-JQ seriyalı, 333301 nömrəli, 15 oktyabr 2021-ci il tarixli akt qeydindən çıxarışdan X44 03 oktyabr 1982-ci ildə ölməsi; -iddia ərizəsinə əlavə edilən və Babək rayonu, Şəkərabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilən AZ-İ seriyalı, 375150 nömrəli, 28 aprel 2011-ci il tarixli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən X25 01 aprel 2011-ci ildə ölməsi; -iddia ərizəsinə əlavə edilmiş və Babək Rayon İcra Hakimiyyəti Şəkərabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 13 oktyabr 2021-ci il tarixli, 779 nömrəli arayışdan X31, X28, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, İddiaçı, X16, X21, X10, X14 X25 vərəsələri olması; -iddia ərizəsinə əlavə edilən və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş 21 oktyabr 2021-ci il tarixli, 04/629 nömrəli arayışdan Babək rayonu, Şəkərabad kənd sakini olmuş mərhum X25 adına ailə üzvləri ilə birlikdə Babək Rayon Aqrar İslahat Komissiyasının 12 aprel 1999-cu il tarixli, 30 nömrəli qərarı əsasında Babək rayonu, Şəkərabad kəndində 16093 kvadrat metr kənd təsərrüfatı təyinatlı və sahəsi 3309 kvadrat metr və 170 kvadrat metr olan 2 həyətyanı torpaq sahəsinin qeydiyyata alınması, 13 oktyabr 2008-ci il tarixdə Babək rayon Dövlət Notariat Kontorunda qeydiyyata alınan 4Ə/2-322 nömrəli bağışlanma müqaviləsi əsasında Qonça Novruzovanın 3309 kvadrat metr həyətyanı torpaq sahəsinin 1000 kvadrat metr hissəsini Cavabdeh2, 700 kvadrat metr hissəsini isə Cavabdeh1 bağışlaması, daşınmaz əmlakın dövlət reyestrində əmlakın qalan hissəsinin haliyədə Qonça Novruzovanın adına olması; -iddia ərizəsinə əlavə edilən və Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilən 19 oktyabr 2021-ci il tarixli, İ-JQ seryalı, 317012 nömrəli akt qeydindən çıxarışdan X48 ilə X9 arasında 13 oktyabr 1975-ci il tarixdə nikah bağlanması və nikah bağlanması zamanı Mədinə Allahyarovanın özünə X3 seçməsi; -iddia ərizəsinə əlavə edilən və Naxçıvan şəhər qeydiyyat şöbəsi tərəfindən verilən AZ-İ seriyalı, 801193 nömrəli, 20 oktyabr 2021-ci il tarixli akt qeydindən çıxarışdan X28 29 noyabr 2020-ci ildə ölməsi; -iş materiallarına əlavə edilən və Babək Rayon İcra Hakimiyyəti Şəkərabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 19 oktyabr 2021-ci il tarixli, 797 nömrəli arayışdan X8, X29, X15, X7 və X30 mərhum X28 vərəsələri olması; -iddia ərizəsinə əlavə edilən və Bakı şəhəri 39 saylı Notariat ofisi tərəfindən təsdiq edilən 20 yanvar 2021-ci il tarixli, 8İ-153 və 8İ-154 nömrəli, Babək rayon Notariat ofisi tərəfindən təsdiq edilən 15 yanvar 2021-ci il tarixli, 8İ-51 nömrəli, 18 yanvar 2021-ci il tarixli, 8İ-56 və 25 yanvar 2021-ci il tarixli, 8İ-92 nömrəli, Bakı şəhəri 8 saylı Notariat ofisi tərəfindən təsdiq edilən 19 yanvar 2021-ci il tarixli, 8İ-304, Bakı şəhəri 5 saylı “ASAN” xidmət mərkəzinin Notariat ofisi tərəfindən təsdiq edilən 05 fevral 2021-ci il tarixli, 8İ-2656 nömrəli və Bakı şəhəri 32 saylı Notariat ofisi tərəfindən təsdiq edilən 19 yanvar 2021-ci il tarixli, 8İ- 217 nömrəli ərizələrdən X31, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, X22, X23, X5, X11, X29, X8, X15, X7 və X30 X4 miras qalmış (yaşayış (ev, mənzil və otaq), qeyri-yaşayış və torpaq sahələrindən, habelə digər əmlak hüquqlarından ibarət) mirasın onlara çatası hissəsini qəbul etmədiklərini, etməyəcəklərini, gələcəkdə pay tələbi ilə bağlı məhkəmə orqanlarına müraciət etməyəcəklərinə dair ərizə vermələri aydın olur. İddiaçı mərhum anası X18 miras qalmış Babək rayonu, Şəkərabad kəndində yerləşən 1609.99 kvadrat metr fərdi evin tikilməsi üçün torpaq sahəsi və Babək rayonu, Şəkərabad kəndində yerləşən 16093 kvadrat metr kənd təsərrüfatı təyinatı torpaq sahəsini miras əmlak kimi qəbul edilməsinin müəyyən edilməsini tələb etməsi isə mülki işin mübahisəli halıdır. Məhkəmə mülki işin mübahisəli halının hüquqi həlli ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir neçə qərarında qeyd edilir ki, konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi və digər tərəfdən vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinin məzmunundan isə aydın olur ki, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Mülki iş materialları ilə miras qoyan X25 01 aprel 2011-ci ildə ölməsi sübuta yetirilir. Yəni onun ölümü ilə miras açılmış və bu andan sonra miras əmlak üzrə müəyyən şəxslərvərəsəliyə çağırılan şəxs (mümkün vərəsə) subyektiv vərəsəlik hüququnu həyata keçirmək və miras əmlakı əldə etmək imkanı qazanmışdı. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə görə vərəsəlik anlayışı altında, ölmüş şəxsin əmlakının qanun üzrə və ya vəsiyyət üzrə, yaxud hər iki əsasla başqa şəxslərə (vərəsələrə) keçməsi başa düşülür. Vərəsəlik münasibətləri miras qoyanla vərəsələr arasında qanunda nəzərdə tutulmuş əsaslar üzrə, yaxud miras qoyanın iradəsinə əsaslanan vəsiyyət üzrə yaranır (Mülki Məcəllənin 1133-cü maddəsi). İddia tələbinin məhkəmədə araşdırılması zamanı miras qoyan X46 tərəfindən vəsiyyətnamə tərtib edilmədiyi müəyyən edilmişdi. Bu isə o deməkdir ki, hazırkı vəziyyətdə vərəsəliyin qanunla müəyyən edilmiş əsası tətbiq edilməlidir. Mülki Məcəllənin 1134.1-cü maddəsinə görə qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Qanun üzrə vərəsələrin dairəsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsində öz əksini tapmışdır. Həmin maddəyə əsasən qanun üzrə vərəsəliyin beş növbəsi fərqləndirilir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinin mahiyyətinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbə vərəsələr sayılır. Bundan başqa qeyd edilən Məcəllənin 1159.1.3-cü maddəsinin mahiyyətinə görə birinci növbə vərəsələrin nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Məhkəmə həmçinin onu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1160-cı maddəsinin tələbinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Qanunvericiliyin sadalanan tələblərini iş materialları ilə əlaqələndirən məhkəmə bildirir ki, X46 01 aprel 2011-ci ildə öldüyü vaxt sağ olan X47, X48, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, İddiaçı, X34, X43, X24 və X35 onun qanun üzrə vərəsəsi sayılır. Belə ki, mülki iş materiallarına əlavə edilmiş və işin mübahisəsiz hallarının təsdiqi zamanı qeyd edilən sənədlərdən, yəni Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin Şəkərabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 13 oktyabr 2021-ci il tarixli, 779 nömrəli arayışdan miras qoyan mərhum X25 yuxarıda qeyd edilən vərəsələrinin olması sübuta yetirilir. Miras qoyanın vərəsələrindən olan X48 isə 29 noyabr 2020-ci ildə, yəni mirasın açılmasından sonra o, doqquz il sonra ölmüşdü. Bu səbəbdən də onun vərəsələri X18 miras qalan əmlaka birbaşa vərəsəliyə çağırıla bilməz. Miras qoyanın vərəsələrinin dairəsi müəyyən edildikdən sonra miras əmlakın dairəsi ilə bağlı məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Bundan əlavə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 94-cü bəndinə görə mirasın tərkibinə ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Qanunvericiliyə əsasən mirasın tərkibinə miras qoyanın sağlığında mülkiyyət hüququ əldə etdiyi daşınmaz və daşınar əmlakın rəsmi reyestrlərində qeydə alınan əmlak, habelə mükafat, müəllif qonorarı, alınmamış əmək haqqı, pensiya, bank əmanətləri, qiymətli kağızlar, müəssisədəki pay və sığorta ödənişi və s. daxil edilir. Miras qoyanın qanunla müdafiə edilən əmlak və şəxsi qeyri-əmlak hüquqlarına zərər vurulması ilə əlaqədar dəymiş ziyanın ödənilməsi haqqında tələb vərəsələrə keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1257-ci maddəsində isə mirası qismən qəbul etməyin yolverilməzliyi öz əksini tapmışdır. Mülki Məcəllənin yuxarıda qeyd edilən normaları özündə miras əmlakın tamlığı, bütövlüyü prinsipini ehtiva edir. Mülki iş materiallarından məlum olur ki, Babək rayonu, Şəkərabad kəndində olan 16093 kvadrat metr kənd təsərrüfatı təyinatlı və 1609.99 kvadrat metr torpaq sahəsi xüsusi mülkiyyətdə olan əmlakdır və onun mülkiyyətçisi X39r. Yuxarıda da qeyd edildiyi kimi Azərbaycan Respublikası Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Əgər miras əmlak üzrə miras qoyanın bir neçə vərəsəsi olsa bu zaman hər bir vərəsə mirası müstəqil qəbul etməlidir. Qanunvericiliyin yuxarıda qeyd edilən normalarından görünür ki, Azərbaycan Respublikası mülki qanunvericiliyi mirasın qəbul edilməsinin iki üsulunu - formal, yəni notariat kontoruna ərizə verməklə və qeyri-formal–faktiki cəhətdən qəbul edilmə üsulunu müəyyənləşdirir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu, yəni onu faktiki olaraq qəbul etmək isə iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Mirasın faktiki qəbulu üsulu odur ki, bu üsul əsasında vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib olur, onun üzərində fiziki “ağalıq” edir. Yəni bu hərəkətlərdən mirası qəbul etməsi açıq-aşkar görünür və bəlli olur. Mirasın faktiki idarə edilməsi isə üsulu isə o deməkdir ki, vərəsənin etdiyi elə hərəkətdir ki, bu hərəkətləri adətən o öz mənafeyi üçün əmlakın saxlanılması və normal təsərrüfatın aparılması üçün edir. “G. Qəhrəmanovanm şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının “18” oktyabr 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “18” iyul 2014-cü il tarixli qərarında göstərmişdir ki, miras əmlakı faktiki idarə etmək vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun.” İşin mübahisəli halının məhkəmə araşdırılması zamanı müəyyən olunur ki, İddiaçı mirası qeyri-formal üsulla qəbul etmişdi. Yəni, iş üzrə o, mirası faktiki idarə etməklə qəbul edib. İşin mübahisəli halının məhkəmə araşdırılması zamanı müəyyən olunur ki, İddiaçı mirası qeyri-formal üsulla qəbul etmişdi. Yəni o, mirası faktiki idarə etməklə qəbul edib. Bu fakt həm məhkəmədə tədqiq edilən sübutlarla, həm də məhkəmədə dindirilmiş şahid ifadələri ilə öz təsdiqini tapır. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində 2005-ci ildən Babək Rayon İcra Hakimiyyətinin Şəkərabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə işlədiyini, iddiaçı, onun ailəsini, onun yaşadığı evi tanıdığını, X1 onunla İddiaçı yaşadığını, onun ölümündən sonra da həmin evdə Yusifin yaşadığını, miras qoyanın digər övladlarının hər birinin ayrıca evi olduğunu, Qonçanın yas mərasimində iştirak etdiyini, yas mərasiminin Babək rayonu, Şəkərabad kəndində onun sağ ikən yaşadığı evdə təşkil edildiyini, yasın xərclərinin kimin çəkdiyini bilmədiyini, X25 ölümündən sonra onun evi ilə bağlı kommunal xərcləri, vergi pullarını İddiaçı aldığını, iddiaçı və onun ailəsinin həm Bakı şəhərində, həm də Şəkərabad kəndində yaşadığını bildirmişdi. Şahid2 ifadəsində qəbir daşı sexində işlədiyini, 1988-ci ildən Şəkərabad kəndində yaşadığını, iddiaçının anası Qonçanı tanıdığını, onun yas mərasimində iştirak etdiyini, yas xərcinin kimin çəkdiyini bilmədiyini, mərhumun qəbir qaşının sifarişini Yusifin verdiyini, onun xərcini də iddiaçının çəkdiyini, qəbir daşının sifarişinin Qonçanın ölümündən uzun müddət keçdikdən sonra verildiyini, nə miras qoyanın, nə də iddiaçının yaşadığı evin yerini dəqiq bilmədiyini, İddiaçı əvvəllər kənddə tez-tez görsə də, son zamanlar az gördüyünü qeyd etmişdi. Şahid ifadələrinin sübut kimi qəbul edilənliyinə gəldikdə isə məhkəmə bildirir ki, iddiaçının məhkəməyə təqdim etdiyi şahidlərdən Şahid1 iş üçün əhəmiyyət kəsb edən halın, yəni iddiaçının mirasın qəbul etmə faktının müəyyən edilməsi üçün kifayət edir. Digər Şahid2 ifadəsi isə iş üzrə əhəmiyyətli halların müəyyən edilməsi üçün yetərli deyil. Çünki o, miras qoyan və iddiaçının yaşadığı evi tanımır, həmçinin qəbir daşı sifarişinin verilməsi və onun xərcinin çəkilməsi mirasın qəbul edilməsi üçün sübut sayıla bilməz. Bu mənəvi borcun yerinə yetirilməsi üçün atılmış bir addım da ola bilər. Həmçinin sonuncu hərəkətin də mirasın qəbul edilməsi üçün müəyyən edilmiş müddət ərzində edilməsi şahidin ifadəsindən müəyyən edilmir. Bunlarda əlavə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 99-cu bəndinə görə əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: -vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; -mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; -mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; -miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər. Qeyd edilən normanı mülki iş materialları ilə əlaqəli şəkildə tədqiq edən məhkəmə qeyd edir ki, İddiaçı mirası qeyri-formal üsulla qəbul etməsi aşağıdakı sübutlarla öz təsdiqini tapır: -iş materiallarına əlavə edilmiş və Babək Rayon İcra Hakimiyyətinin Şəkərabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 29 noyabr 2021-ci il tarixli, 16 nömrəli arayışda X25 ölən bir gündən ona məxsus Babək rayonu, Şəkərabad kəndində yerləşən evində qalması, onun ölümündən sonra həmin evdə oğlu İddiaçı yaşaması; -iş materiallarına əlavə edilmiş və Naxçıvan Muxtar Respublikası Energetika Xidməti Babək Rayon Elektrik şəbəkəsi tərəfindən verilmiş 30 noyabr 2021-ci il tarixli, 116 nömrəli məktubda Babək rayonu, Şəkərabad kənd sakini X46 2011-ci ildə vəfat edən gündən ona məxsus evə verilmiş elektrik enerjisinin pulunun oğlu İddiaçı tərəfindən ödənilməsi; -Naxçıvan Muxtar Respublikası Meliorasiya və X71 Səhmdar Cəmiyyətinin Babək Rayon Meliorasiya və Su Təsərrüfatı İdarəsi tərəfindən verilmiş 01 dekabr 2021-ci il tarixli, 144 nömrəli arayışda Babək rayonu, X40 məxsus olan evdə İddiaçı yaşadığı, 26 sentyabr 2018-ci il tarixdən içməli su və kanalizasiya haqqında müqavilənin İddiaçı ilə bağlanması, verilmiş içməli suyun və kanalizasiya pulunun İddiaçı tərəfindən ödənilməsi qeyd edilir. Yuxarıda qeyd edilənləri ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, Babək rayonu, Şəkərabad kəndində yerləşən və X4 qalmış mirasın İddiaçı tərəfindən faktiki olaraq qəbul edilməsi müəyyən edilməlidir. Məhkəmə onu da tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən, hazırki iş üzrə iddia təmin edildiyindən, İddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 100 (bir yüz) manat miqdarında dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq ona ödənilməlidir. Məhkəmə həmçinin onu da tərəflərin nəzərinə çatdırır ki, miras qoyanın vərəsələrindən hər hansı birinin mirasın qəbul etməsi ilə bağlı məhkəməyə müraciət etməsi digər vərəsələrinin bununla bağlı hüququnu məhdudlaşdırmır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: - iddia təmin edilməli; - X4 miras qalmış və Babək rayonu, Şəkərabad kəndində yerləşən sahəsi 1609.99 kvadrat metr olan, fərdi evin tikilməsi üçün verilmiş torpaq sahəsinin və həmin kənddə yerləşən sahəsi 16093 kvadrat metr olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən olunmalı; -iddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat miqdarında dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. X4 miras qalmış və Babək rayonu, Şəkərabad kəndində yerləşən sahəsi 1609.99 kvadrat metr olan, fərdi evin tikilməsi üçün verilmiş torpaq sahəsinin və həmin kənddə yerləşən sahəsi 16093 kvadrat metr olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən olunsun. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat miqdarında dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:- Zamiq Əliyev
Məhkəmə qərarları › İş №2(079)-22/2022
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-22/2022
17.01.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver