Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(079)-240/2020 28.07.2020 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Mən, Babək Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlu Ərizəçi “hərbi əməliyyatlarda iştirak etdiyini təsdiq edən siyahının ona məxsus olması” faktının təsdiq edilməsinə dair ərizəsinin məhkəmə icraatının mümkünlüyünə dair məsələyə baxaraq, müəyyən etdim: Ərizəçi Babək Rayon Məhkəməsinə müraciət edərək, onun xx xxx 1992-ci il tarixdən xx xxxxxx 1992-ci il tarixədək Naxçıvan Muxtar Respublikası Babək rayonu Buzqov kəndində gedən hərbi əməliyyatlarda iştirak etdiyini təsdiq edən siyahının ona məxsus olması faktının müəyyən edilməsi barədə hüquqi əhəmiyyəti olan faktın təsdiq edilməsi tələbi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsində göstərmişdir ki, xx xxx 1992-ci il tarixdən xx xxxxxx 1992-ci il tarixədək Naxçıvan Muxtar Respublikası Babək rayonu Buzqov kəndində gedən hərbi əməliyyatlarda iştirak etdiyini təsdiq edən siyahıda adının “Səlvər” olaraq qeyd edilməli olduğu halda, səhvən “Səmərqənd” olaraq qeyd edildiyini, həmin siyahının Babək rayonu, Buzqov kənd icra nümayəndəliyi tərəfindən təsdiq olunduğunu, Babək rayonu Y.Buzqov kənd icra nümayəndəsi Hüseyn Bağırov tərəfindən tərtib edildiyi siyahıda uyğunsuzluq olduğundan “veteran” vəsiqəsinin ona verilməsindən aidiyyatı təşkilatlar tərəfindən imtina edilir. İddia ərizəsini, ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, aşağıda göstərilənlərə görə iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə görə iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 150.0.2-ci maddəsinə görə iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilməlidir. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə görə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə iddia ərizəsi geri qaytarılmalıdır. Eyni zamanda həmin Məcəllənin 149.2.4-cü maddəsinə görə müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu, nəzərdə tutulmuşsa, cavabdehin mübahisənin məhkəməyə qədər (pretenziya) qaydada nizama salınmasına riayət edilməsinə dair məlumat olmalıdır. Həmin Məcəllənin 152.1.6-cı maddəsinə görə müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə iddia ərizəsi geri qaytarılmalıdır. Həmin Məcəllənin 308-ci maddəsinin tələbinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310.1-ci maddəsinin tələbinə görə ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Məhkəmə tərəfində müəyyən olunmuşdur ki, Ərizəçi xx xxx 1992-ci il tarixdən xx xxxxxx 1992-ci il tarixədək Naxçıvan Muxtar Respublikası Babək rayonu Buzqov kəndində gedən hərbi əməliyyatlarda iştirak etdiyini təsdiq edən siyahıda adının “Səlvər” olaraq qeyd edilməsi ilə bağlı Babək rayonu, Buzqov kənd icra nümayəndəliyinə müraciət etməmişdir, bununla da ərizəçi yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə riayət etməmiş və eyni zamanda dövlət rüsumunun ödənilməsi barədə sənəd iddia ərizəsinə əlavə etməmişdir. Belə olan halda Ərizəçi “hərbi əməliyyatlarda iştirak etdiyini təsdiq edən siyahının on məxsus olması” faktının təsdiq edilməsinə dair ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Ərizəçiyə izah olunsun ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə görə ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 153.2, 153.2.4, 267-268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Ərizəçi “hərbi əməliyyatlarda iştirak etdiyini təsdiq edən siyahının ona məxsus olması” faktının təsdiq edilməsinə dair barədə ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah olunsun ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 260.4-cü maddəsinə görə ərizənin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Ərizənin qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Babək Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Daşqın Səfərov.
Məhkəmə qərarları › İş №2(079)-240/2020
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №2(079)-240/2020
28.07.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver