Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-270/2025 08.05.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X13 məhkəmə iclas katibliyi, ərizəçinin vəkili və nümayəndəsi Nümayəndə, şahidlər Şahid3, Şahid2, Şahid4 və X15 iştirakı ilə, Ərizəçi qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi vəkil-nümayəndəsi vasitəsilə Babək Rayon Məhkəməsinə xx.xx.2025-ci il tarixdə ərizə ilə müraciət edərək nümayəndəsi olduğu şəxs Ərizəçi ilə X5nun qohumluq (ata-oğul) münasibətlərində, X19 ilə X3 qohumluq (ana-oğul) münasibətlərində olma faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini əsaslandıraraq bildirmişdir ki, nümayəndəsi olduğum Ərizəçi 1938-ci il 12 sentyabrda Ermənistan SSSR-nin Sisyan rayonunda anadan olmuşdur. O, ailə həyatı qurduqdan sonra onun birgə nikahdan 3 övladı (Şahid3, X19 və X16) dünyaya gəlmişdir. X5 18 may 2007-ci ildə dünyasını dəyişmiş və o Babək Rayon Nehrəm kəndində ölmüşdür. Məlum edirəm ki, nümayəndəsi olduğum şəxs 1988-ci il tarixdə ailəsi ilə birlikdə Qərbi Azərbaycandan deportasiya olmuş və həmin tarixdən də Babək rayon Şıxmahmud kəndində pasport qeydiyyatına düşməklə məskunlaşaraq yaşamışdırlar. Hal-hazırda isə faktiki olaraq Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yaşayırlar. Nümayəndəsi olduğum şəxs yuxarıda qeyd edilən Sisiyan rayonundan deportasiya olunarkən özlərinə aid hüquq müəyyənedici sənədləri gətirə bilməmiş, düşmənlərin zorakı hərəkətləri nəticəsində öz doğma yurd-yuvalarından didərgin düşərkən yalnız özlərinə aid keçmiş SSSR papsortunu götürə bilmişdirlər. Bunun nəticəsidir ki, hal-hazırda nümayəndəsi olduğum şəxsin özünə aid hüquq müəyyənedici, şəxsiyyətini təsdiq edən bir sıra sənədlər (şəxsiyyət vəsiqəsi vardır) yoxdur. Bunlardan biri də doğum haqqında şəhadətnamədir. Qeyd etmək lazımdır ki, nümayəndəsi olduğum şəxsin yuxarıda qeyd edildiyi kimi 3 övladından biri olan X19 18 may 2007-cü il tarixində dünyasını dəyişmişdir. Ondan Babək rayonu Şıxmahmud kəndində yerləşən birgə mülkiyyətdə olan 0.0734 ha torpaq sahəsi miras qalmışdır. Nümayəndəsi olduğum şəxs də həmin miras əmlakın talehini həll etmək, övladına aid payı öz adına sənədləşdirmək istəyir. Lakin bunun üçün övladının doğum haqqında şəhadətnaməsi tələb olunur ki, həmin sənəd də hüquqi olaraq mövcud olsa da (Ermənistan Respublikasında), faktiki olaraq (fiziki olaraq) mövcud olmadığından miras əmlaklar bağlı addımlar atmaq olmur. Bu sənədin olmamağı çox ciddi hüquqi maneələr yaradır. Məhz buna görə də hazırki ərizə ilə məhkəməyə müraciət edilir və X11 nümayəndəsi olduğum şəxs Ərizəçi ilə ata-oğul olma faktının müəyyən olunması, həmçinin mərhum anası X12 ilə ana-oğul olması faktının müəyyən olunması zərurəti vardır. Həmçinin onu da bildirmək istəyirəm ki, nümayəndəsi olduğum şəxsin həyat yoldaşı X12 xx.xx.2015-ci ildə dünyasını dəyişmişdir. Yuxarıda qeyd etdiyim kimi hal-hazırda bu ərizə ilə müraciət olunmasının əsas məqsədi X8 miras qalmış Babək rayonu Şıxmahmud kəndində yerləşən birgə mülkiyyətdə olan 0.0734 ha torpaq sahəsinin miras əmlaka dair hissəsini sənədləşdirməkdir. Lakin nümayəndəsi olduğum şəxsin doğum sənədi olmadığından bunun icrası qeyri-mümkündür. Həmçinin onu da qeyd etmək istəyirəm ki, bununla bağlı müvafiq qeydiyyat şöbəsinə ərizə ilə müraciət etsəm də, müvafiq qeydiyyat şöbəsi tərəfindən verilmiş cavab məktubunda məhkəməyə müraciət etməyimiz qeyd olunmuşdur. Ərizəçi və maraqlı şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmişlər. Azərbaycan Respublikası Mülki prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 185-ci maddəsinin mahiyyəti nəzərə alınmaqla məhkəmə işə Ərizəçi və maraqlı şəxs Babək Rayon Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs Babək rayon Qeydiyyat şöbəsi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli məktublarda işlərin çoxluğu ilə əlaqədar məhkəmə iclaslarında iştirak edə bilməyəcəklərini və iştirakları olmadan müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçinin vəkili və nümayəndəsi Nümayəndə 22 aprel 2025-ci il tarixdə məhkəməyə ərizə verərək nümayəndəsi olduğu şəxs Ərizəçi yaşının yuxarı olması səbəbindən səhhətinin ona Bakı şəhərindən Naxçıvana gəlməsinə imkan vermədiyini, onun elektron məhkəmə sisteminin texniki təminat vasitələrindən istifadə etməklə real vaxt rejimində məhkəmə iclasına qoşulmaqla dindirilməsinə köməklik göstərilməsini xahiş etmişdir. MPM-in 10-2.1-ci maddəsinə əsasən məhkəmənin qərardadı ilə vəsatət təmin olunaraq məhkəmə iclasının videokonfrans əlaqə sistemindən istifadə edilməklə keçirilməsi təmin edilmişdir. Ərizəçi real vaxt rejimində texniki vasitələrdən istifadə edilməklə verdiyi izahatında 1938ci ildə Ermənistan SSSR-nin Sisyan rayonunda anadan olduğunu, hazırda pensiyaçı olduğunu, X11 1965-ci ildə anadan olduğunu, onun ciyərində xəstəlik olduğu üçün rəhmətə getdiyini, 1988-ci ildə Ermənistandan qaçıb gəldiklərini, X26in evləndiyini, lakin övladı olmadığı üçün oğlunun sonradan boşandığını, X11 Babək rayonu, Şıxmahmud kəndində ev aldığını, məqsədinin evi adına keçirirərək satmaq olduğunu bildirmişdir. Ərizəçinin vəkili və nümayəndəsi Nümayəndə məhkəmə iclasında verdiyi izahatında iddianı müdafiə etdiklərini, Ərizəçi 1938-ci ildə anadan olduğunu, 3 övladının olduğunu, oğlanlarından X11 2007-ci ildə Babək rayonu, Nehrəm kəndində vəfat etdiyini, ondan Babək rayonu Şıxmahmud kəndində yerləşən birgə mülkiyyətdə olan 0.0734 ha torpaq sahəsinin miras qaldığını, ərizəçi və onun ailəsinə aid sənədlərin qaçqın düşərkən Ermənistan şəhərində qaldığını, belə ki, onların ailəsi ilə birlikdə təkcə canlarını götürüb qaçdıqlarını, buna görə də oğlundan miras qalmış əmlakla bağlı ərizəçinin hər hansı bir addım ata bilmədiyini, buna görə də faktın müəyyən olunaraq ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şahid3 məhkəmə iclasında verdiyi ifadəsində atasının Ərizəçi, anasının X12, qardaşlarının isə X19 və X16 olduğunu, Ermənistan SSSR-nin Sisyan rayonunun, Qara Kilsə kəndində anadan olduğunu, Ermənistanda ailəlikcə bir yerdə qaldıqlarını, atası Ərizəçi orada o zamanlar kolxozda çoban işlədiyini, anasının isə fermada işlədiyini, qardaşı X11 isə atasına kömək etdiyini, ata və anasının rəsmi nikahda olmaqla nikah haqqında şəhadətnamələrinin olduğunu, 1988-ci ildə Ermənistan SSSR-nin Sisyan rayonundan qaçaraq Babək rayonu, Şıxmahmud kəndinə gəlib məskunlaşdıqlarını, Ermənistandan qaçanda özünün 17 yaşı olduğunu, qardaşı Xəqaninin isə 6-cı sinifdə oxuduğunu, ermənilərin onları tələsdirdikləri üçün qaçarkən təkcə paltarlarını götürə bildiklərini, sənədlərin hamısının orada qaldığını, Babək rayonu, Şıxmahmud kəndinə gəldikdən sonra atası kolxozda işlədiyi üçün atasına torpaq verildiyini, qardaşı X14 isə ev verildiyini, əvvəlcə binada yaşadıqlarını, sonra özünün evləndiyini, qardaşı X11 da onun yoldaşının qohumu olan nehrəmli Nəzakətlə evləndiyini, qardaşı X11 yoldaşı ilə atasıgildən ayrı, lakin eyni binada yaşadığını, onların hardasa 5-6 il evli qaldıqlarını, daha sonra qardaşının İrana əməliyyata getdiyini, sonradan atası, anası və qardaşı Xəqaninin Bakıya köçdüklərini, hal-hazırda atasıgilin orada yaşadıqlarını, anasının isə vəfat etdiyini, qardaşı X11 Babək rayonu, Şıxmahmud kəndindəki torpağı satdığını, ancaq onu rəsmiləşdirib-rəsmiləşdirmədiyini bilmədiyini bildirmişdir. Şahid2 məhkəmə iclasında verdiyi ifadəsində onların 1989-cu ildə Babək rayonu, Şıxmahmud kəndinə gəldiklərini, Ərizəçi kənddə “Zeyqəm” adı ilə tanındığını, onları həmkədli kimi tanıdığını, yaxşı ailə olduqlarını, ailəlikcə kolxozun o vaxt verdiyi evlərdə binada yaşadıqlarını, Tahirin digər uşaqlardan böyük olduğunu, çayçı işlətdiyini, atası Zülfəli kişinin isə çobanlıq etdiyini, daha sonra Nehrəm kəndində işlədiyini, onlara torpaq verilibverilmədiyini bilmədiyini, sonra onların Bakıya getdiklərini, Tahirin Bakıda vəfat etdiyini, kənddə yas mərasiminin verilmədiyini bildirmişdir. Şahid4 məhkəmə iclasında verdiyi ifadəsində onları 1991-1992-ci illərdə həmkəndli kimi tanıdığını, Ərizəçi qaynatası, X11 isə qaynı olduğunu, Şahid3 qaçırtdığını, onların bir yerdə binada yaşadıqlarını, Tahir və Xəqanin qardaş olduqlarını, onların heç birilərinin sənədlərinin olmadığını, X11 təxmini 10 il olar ki, rəhmətə getdiyini, yası atasının apardığını, Tahirin övladının olmadığını, bir az X11 Ərizəçi ilə birlikdə Bakıda yaşadığını sonra kirayə köçdüyünü bildirmişdir. Şahid X21 məhkəmə iclasında verdiyi ifadəsində ailəsinin 1988-ci ilin noyabrında Qazağıstandan repressiya olunduqlarını, 1989-cu ilin aprelin ayında özlərinin məcburi köçkün kimi, Ərizəçi isə ailəsi ilə birlikdə qaçqın kimi Babək rayonu, Şıxmahmud kəndində məskunlaşdıqlarını, qonşu olduqlarını, Ərizəçi həyətyanı torpaq sahələri ilə aralarında nazik setkadan ibarət çəpər olduğunu, uzun müddət bir yerdə meyvə-tərəvəz əkib-becərdiklərini, qaçqın olduqları üçün Zülfəligilə sovetin dövründə kolxozun binalarında ev verildiyini, həmin binaların da onların həyətlərinə yaxın olduğunu, X11 atasının Ərizəçi, anasının isə X12 olduğunu, Tahirin az müddət binada yaşadığını, o vaxtlar Tahirin onların evlərinin qabağında çayçı işlətdiyini, sonra Nehrəmə köçdüyünü, Tahirin Nəzakət adlı Nehrəmli xanımla evləndiyini, qaranlıqda gecəylə ermənilərin hücumlarından qaçdıqları üçün onların heç birinin sənədini olmadığını bildiyini bildirmişdir. Mülki işin materiallarını tərəflərin izahatları və şahid ifadələri ilə əlaqəli şəkildə tədqiq edərək məhkəmə belə hesab edir ki, Ərizəçi 1988-ci il tarixdən ailəsi ilə birlikdə Qərbi Azərbaycandan deportasiya olunaraq həmin tarixdən Babək rayon Şıxmahmud kəndində pasport qeydiyyatına düşməklə yaşaması, Ərizəçi xx xxxxxxxx 1938-ci ildə anadan olması, X11 11 dekabr 1965-ci ildə anadan olması, X3 xx.xx.2015-ci ildə, X11 isə xx.xx.2007-ci ildə vəfat etməsi, Ərizəçi ailə üzvləri tərkibinə X12, X19, Məmmədova (Rəcəbova) Çöhrə Zülfəli qızı, X9 aid olması, hazırda onlardan Şahid3 və X2 olması, X8 Babək rayonu, Şıxmahmud kəndində yerləşən daşınmaz əmlakın miras qalması mülki işin mübahisəsiz hallarıdır. Belə ki, iş materiallarına əlavə edilmiş: - Babək rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 5-22-38/2-25/2025 nömrəli arayışdan Şıxmahmud kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyinin 1996-2000ci illərə dair Təsərrüfatbaşına kitablarında X11 ailə başçısı olmaqla xx.xx.1965-ci ildə doğulması haqqında məlumatın Təsərrüfatbaşına kitabında qeyd edilməsi, onun doğumuna dair başqa bir sənədin olmaması; - "Elektron notariat" X1 vasitəsilə "X10” AQİS-dən V-JQ seriyalı, 367064 nömrəli nikah haqqında şəhadətnamə üzrə Şıxmahmud kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyində X19 ilə X4 arasında xx.xx.1990-cı il tarixdə nikah bağlanması və nikah akt qeydləri kitabında 22 nömrə ilə qeydə alınması; - Babək rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, Az-İ seriyalı, 164589 nömrəli ölüm akt qeydləri kitabından çıxarışdan X11 18 may 2007-ci il tarixdə vəfat etməsi; - Babək rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, Az-İ seriyalı, 555315 nömrəli ölüm akt qeydləri kitabından çıxarışdan X3 16 mart 2015-ci ildə vəfat etməsi; - Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışından Babək rayonu, Şıxmahmud kəndində 0.0734 ha torpaq sahəsinin X11 mülkiyyətində olması; - Şıxmahmud kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 14 nömrəli, xx.xx.2024-cü il tarixli, 15 nömrəli və xx.xx.2025-ci il tarixli, 360 nömrəli arayışlardan X11 ailə üzvləri tərkibinə X12 - anası, Ərizəçi - atası, Məmmədova (Rəcəbova) Çöhrə Zülfəli qızı - bacısı, X16 - qardaşının aid olması müəyyən olunur. Babək rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2025-ci tarixdə ərizəçinin müraciətinə cavab olaraq verilmiş məktubda bildirilmişdir ki, X19 Ermənistan Respublikasında anadan olduğundan, Babək rayon Qeydiyyat şöbəsində onun adına doğum akt qeydi tərtib edilmədiyindən X14 doğum haqqında şəhadətnamənin verilməsi mümkün deyildir. Babək rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-16-5/8-69- 105/2024 nömrəli arayışdan Azərbaycan Respublikasının vətəndaşı xx.xx.1965-ci il tarixdə Ermənistan Respublikasında anadan olmuş X11 doğum haqqında akt qeydinin müəyyən edilməsi məqsədilə 1948-2025-ci ilədək "X10" avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün X10 üzrə yoxlama aparıldığı və X11 doğum haqqında akt qeydinin aşkar edilmədiyi müəyyən olunur. Babək rayon Polis idarəsi tərəfindən verilmiş 17 fevral 2025-ci il tarixli, 3-13-43-7/2- 1143/2025 nömrəli məktubdan xx.xx.1965-ci il təvəllüdlü məhrum X14 xx.xx.2003-cü il tarixdə Babək rayon Nehrəm kəndində qeydiyyata alınmaqla AZE № 00445525 seriya nömrəli, FİN:1M6NBUF kodlu şəxsiyyət vəsiqəsinin ilk dəfə verildiyi, şəxsiyyət vəsiqəsi verilərkən təqdim edilən müvafiq sənədlərin saxlanma müddəti bitdiyindən məhv olunduğu müəyyən olunur. Həmçinin Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının X7 Birliyi Babək Rayon X18 Hüquqi Şəxsi tərəfindən 17 fevral 2025-ci il tarixdə verilmiş məktubdan Babək Rayon X18 hüquqi şəxsin arxivinin araşdırıldığı və Babək rayon Şıxmahmud kəndində qeydiyyatda olmuş xx.xx.1965-ci il təvəllüdlü mərhum X11 doğumu haqqında heç bir sənədin aşkar olunmadığı qeyd edilmişdir. Şıxmahmud kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan Ərizəçi Babək rayon, Şıxmahmud kəndində qeydiyyatda olmaqla faktiki yaşaması müəyyən edilmişdir. Məhkəmə mülki işin mübahisəli halı Ərizəçi ilə X11 qohumluq münasibətlərində, yəni ata-oğul münasibətlərində olma faktının müəyyən olunması tələbi barədə aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir. MPM-in 305.1 və 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin məcəllənin 307.2 və 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 2-ci bəndinə əsasən məhkəmələrə tövsiyə olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Həmin qərarın 2.1-ci bəndində nəzərdə tutulmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, qohumluq münasibətində olma faktının müəyyən edilməsi mirasdan pay almaq məqsədi daşıdıqda Mülki Məcəllənin vərəsələrin dairəsini müəyyən edən normaları, pensiya təminatı və sosial müavinət almaq məqsədi daşıdıqda, pensiya və sosial müavinət haqqında qanunvericilik rəhbər tutulmalıdır. Ərizəçi ilə X19 arasında qohumluq münasibətlərinin müəyyən edilməsində ərizəçinin məqsədinin oğlunun sağlığında mirası faktiki olaraq qəbul etdiyinə əsaslanmaqla onun pay almaq hüququnun təmini olduğunu nəzərə alaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, X11 ölümü ilə miras 18 may 2007-ci ildə açılmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Mülki Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Mirasın açıldığı anda miras qoyan şəxslə ata-oğul münasibətlərində olma faktının müəyyən olunması tələb olunan şəxs X6 olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, Ərizəçi ilə X19 arasında qohumluq münasibətlərinin müəyyən edilməsi fiziki şəxsin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsinə yəni hüquqi nəticələrə səbəb olacaqdır. Məhkəmə mülki iş üzrə məhkəmə icraatı zamanı tədqiq olunmuş yazılı sübutlar və şahid ifadələri əsasında belə nəticəyə gəlir ki, Ərizəçi X11 atası olması faktı öz təsdiqini tapır. Hüquqi əhəmiyyəti olan faktın məhkəmə qaydasında müəyyən edilməsinə mane olan hallar müəyyən edilməmişdir. Belə ki, faktın hüquqi nəticə doğurmaqla fiziki şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsinə səbəb olması, ərizəçinin həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi iş materialları ilə öz təsdqini tapmış, həmçinin hüquq haqqında mübahisənin olmadığı müəyyən olunmuşdur. Həmçinin məhkəmə qeyd edir ki, Ərizəçi X11 birinci növbə vərəsəsi kimi oğlu ilə öz arasında qohumluq münasibətlərində olma faktının müəyyən olunmasında subyektiv hüququ mövcud olmuşdur. Məhkəmə tələbin X19 ilə X3 qohumluq (ana-oğul) münasibətlərində olma faktının müəyyən edilməsinə münasibətdə qeyd edir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Yuxarıda sadalanan işin hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, Ərizəçi X19 ilə X3 qohumluq (ana-oğul) münasibətlərində olma faktının müəyyən olunması barədə tələb irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilə bilməz. Belə ki, mülki iş üzrə məhkəmə araşdırması zamanı X19 ilə X12 arasında rəsmi ərarvad kimi qohumluq münasibətlərinin olması müəyyən edilməmişdir. Hazırki vəziyyətdə Ərizəçi X5 ilə öz aralarında ata-oğul münasibətlərində olma faktının müəyyən olunmasını tələb edərkən aralarında qohumluq münasibətləri müəyyən olunmayan X12 adından sözügedən tələblə çıxış etməyə ixtiyarlı deyildir. MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını, yalnız bundan sonra cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu müəyyən edildikdən sonra, həmin hüququn pozulmasının məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Sözügedən halları ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, ərizə qismən təmin olunmalı, Ərizəçi X19 ilə qohumluq münasibətlərində, yəni ata-oğul münasibətlərində olması faktı müəyyən olunmalı, iddia qalan hissədə rədd edilməlidir. MPM-in 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsаslаndırılmаlıdır. MPM-in 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənləri və MPM-in 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: Ərizə qismən təmin edilsin. Ərizəçi X19 ilə qohumluq münasibətlərində, yəni ata-oğul münasibətlərində olması faktı müəyyən olunsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(079)-270/2025
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-270/2025
08.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver