Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-302/2023 05.06.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev X2 Kənan Qərib oğlunun Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə tərəflərin iştirakı olmadan yazılı icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq müəyyənetdi: İddiaçı “01” may 2023-cü ildə Babək Rayon Məhkəməsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə müraciət edərək "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə zamin qismində ödədiyi 2659.38 (iki min altı yüz əlli doqquz manat, otuz səkkiz qəpik) manat borcun və 47 (qırx yeddi) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq ona ödənməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq qeyd etmişdi ki, Cavabdeh 09 yanvar 2020-ci il tarixdə ******* saylı kredit müqaviləsi ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 7000 (yeddi min) manat kredit götürmüşdür. Həmin kreditin götürülməsi zamanı Cavabdeh məndən ona zamin durmağımı xahiş etdiyinə görə iş yoldaşı kimi yaxın münasibətlərimizə görə, cavabdehə 09 yanvar 2020-ci il tarixdə 1026196/18710 saylı zaminlik müqaviləsi ilə zamin durdum. Cavabdeh əvvəllər məlum kredit müqaviləsi üzrə kredit şərtlərini yerinə yetirərək aylıq ödənişlərini ödəsə də, sonradan üzərinə düşən öhdəliyi yerinə yetirməyərək kredit şərtlərini pozmuşdur. Nəticədə Cavabdeh cəmi 2659.38 (iki min altı yüz əlli doqquz manat, otuz səkkiz qəpik) manat məbləğində olan kredit borcu zamindən, yəni məndən tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qaytarılmışdır.09 yanvar 2020-ci il tarixdə 1026196/18710 saylı zaminlik müqaviləsinin 5.1-ci bəndində göstərilib ki, “borcalan” zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə “zamin” bank qarşısında bu müqavilənin 3-cü bəndində göstərilən məbləği bankın ilk tələbində heç bir iddia irəli sürmədən dərhal ödəməyi öz öhdəsinə götürür və "xxxx" Açıq Səhmdar Cəmiyyətində və digər banklarda hesablarında olan vəsaitin bank tərəfindən tutulmasına icazə verir. Zaminlik müqaviləsinin bu bəndindən irəli gələrək “borcalan” Cavabdeh 2659.38 (iki min altı yüz əlli doqquz manat, otuz səkkiz qəpik) manat məbləğində olan kredit borcunu zamin kimi mən ödəmişəm. Cavabdeh götürüb şəxsi işləri üçün istifadə etdiyi kredit məbləğindən mənə hər hansı bir məbləğdə pul verməmiş və ümumiyyətlə mən həmin kreditdən bəhrələnməmişəm, əksinə 2659.38 (iki min altı yüz əlli doqquz manat, otuz səkkiz qəpik) manat ziyana düşmüşəm. Cavabdeh onun əvəzindən ödədiyim kredit ödənişlərini qaytarmaqla bağlı xəbərdarlıqlar etsəm də onun tərəfindən heç bir addım atılmamışdı. Artıq bu səbəbdən də məhkəməyə müraciət etmək qərarına gəlmişəm. Ona görə də Cavabdeh onun əvəzinə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödədiyim 2659.38 (iki min altı yüz əlli doqquz manat, otuz səkkiz qəpik) manat kredit borcunun və məhkəmədə iddia qaldırmaq üçün ödədiyim 47 manat rüsumun alınaraq mənə qaytarılmasını istəyirəm. İddiaçının tələbinin hüquqi həlli ilə bağlı məhkəmə ilk olaraq iş üzrə tərəflərin nəzərinə çatdırır ki, iddianın qiyməti beş min manatdan aşağı olduğundan və iddiaçı mülki işə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını xahiş etdiyindən, məhkəmə işə həmin icraat qaydasında baxmışdı. Həmin Məcəllənin 284-5.3-cü maddəsinin tələbinə görə isə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalı olması qeyd olunduğundan məhkəmə iş üzrə tərəflərin iştirakı olmadan işə baxmışdır. Əlavə olaraq məhkəmə bildirir ki, həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Mülki prosessual qanunvericiliyin sonuncu qeyd olunan tələbini nəzərə alan məhkəmə iş materiallarını qanunvericiliyin tələbləri daxilində tədqiq edərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. İddianın təmin edilməsi ilə bağlı məhkəmənin istinad etdiyi sübutlar iddiaçı tərəfindən ərizəyə əlavə olunmuş və məhkəmə tərəfindən tədqiq olunmuş yazılı sübutlardır. Ərizəyə əlavə edilən sənədlərdən aydın olur ki, iddiaçı öz tələbini əsaslandıran halları təsdiq edən sübutları məhkəməyə təqdim etmişdir. Məhkəmə yalnız iddiaçı tərəfin təqdim etdiyi sübutlara əsaslanmasına gəldikdə isə onu qeyd edir ki “Elektron Məhkəmə” informasiya sistemindən çıxarılmış məlumatdan cavabdehin Babək rayonu, Aşağı Uzunoba kəndində rəsmi qeydiyyatda olması aydın olur. Cavabdeh iddiaçının ərizəsinin surəti Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq məhkəmənin 02 may 2023-cü il tarixli, 2(079)- 302/2023 nömrəli məktubu ilə onun ünvanına rəsmi qaydada göndərilmişdi. Mülki iş materiallarına əlavə edilmiş sifarişli poçt göndərişinin verilməsi haqqında xəbərnamədən məhkəmə sənədlərinin Cavabdeh “17” may 2023-cü ildə təqdim edilməsi müəyyən edilir. Qeyd olunan məhkəmə sənədində cavabdehə iddiaçının tələbinə qarşı etirazının olduğu halda bildirişi aldıqdan sonra 10 iş gün müddətində bunu əsaslandıran dəlil və sənədləri məhkəməyə təqdim etməsi izah olunsa da, Cavabdeh ona qarşı olan iddia tələbini təkzib edən hər hansı bir etiraz və ya sübutu məhkəməyə daxil olmamışdır. Məhkəmə tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin mahiyyətindən görünür ki, sübutlar işdə iştirak edən şəxslər birinci instansiya məhkəməsinə təqdim olunur. İddianın təmin olunması ilə bağlı istinad edilmiş və tərəflərin nəzərinə çatdırmaq istədiyi maddi və prosessual hüquq normalarına gəldikdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. İddiaçı tələbində bildirir ki, o, Cavabdeh ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış kredit müqaviləsi üzrə cavabdehin müqavilədən irəli gələn öhdəliyinin icrasının təminatı olaraq bank qarşısında Cavabdeh zamin durmuş, nəticədə isə cavabdeh qeyd edilən öhdəliyini lazımınca icra etmədiyindən "xxxx" Açıq Səhmdar Cəmiyyəti onlara qarşı iddia tələbi ilə məhkəməyə müraciət etmişdi. İddiaçının qeyd etdiyi fakt ərizəyə əlavə edilmiş 09 yanvar 2020-ci il tarixli, 1026196/18710 nömrəli zaminlik müqaviləsi və "Elektron Məhkəmə" informasiya sistemindən çıxarılmış Babək Rayon Məhkəməsinin 23 avqust 2021-ci il tarixli, 2(079)- 396/2021 nömrəli qətnaməsi ilə öz təsdiqini tapır. Belə ki, Babək Rayon Məhkəməsinin 23 avqust 2021-ci il tarixli, 2(079)-396/2021 nömrəli qətnaməsindən "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 24 (iyirmi dörd) ay müddətinə, illik 21 faiz (FİFD-23.13%) dərəcəsi ilə, hər gecikdirilən gün üçün kreditin ödənilməmiş hissəsinə görə illik 5 faiz dəbbə pulu hesablanmaqla, 7000 (yeddi min) manat məbləğində kreditin Cavabdeh verilməsi barədə razılaşma əldə olunması, 09 yanvar 2020-ci il tarixli, 1026196/18710 nömrəli zaminlik müqaviləsindən isə Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti qarşısında qeyd edilən kredit müqaviləsindən irəli gələn öhdəliklərini təmin etmək üçün İddiaçı ona zamin durması müəyyən edilir. Qeyd edilən qətnamədən o da görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti Babək Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Cavabdeh və İddiaçı onun xeyrinə 4302 (dörd min üç yüz iki manat) manat əsas, 403.97 ( dörd yüz üç manat doxsan yeddi qəpik ) manat faiz borcu olmaqla, cəmi 4705.97 ( dörd min yeddi yüz beş manat, doxsan yedi qəpik ) manat borcun, həmçinin ödənilmiş 30.40 (otuz manat qırx qəpik ) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və onun iddiası təmin edilmişdi. İddiaçı isə Cavabdeh bank qarşısında öhdəliyinin icranın təminatçısı kimi "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 2659.38 (iki min altı yüz əlli doqquz manat, otuz səkkiz qəpik) manat ödəniş etdiyini bildirərək həmin məbləği cavabdehdən tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Həmin normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddiaçının öz tələbinin əsaslandırdığı faktların təsdiqi üçün məhkəməyə təqdim etdiyi sübutlarla gəldikdə isə ərizəyə əlavə edilmiş Babək Rayon İcra və Probasiya Şöbəsinin 06 oktyabr 2021-ci il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, yuxarıda qeyd edilən qətnamə icraya yönəlmişdi. Şöbənin 27 yanvar 2022-ci il tarixli, 239615/6xx-xx/2021 nömrəli məktubundan icra sənədinin icra edilməsi üçün Dövlət Sərhəd Xidmətinin “Naxçıvan” X1 göndərilməsi aydın olur. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş Cavabdeh hesabından 07 fevral - 29 iyul 2022-ci il tarixlər üzrə çıxarışdan İddiaçı 15 fevral, 11 mart, 14 aprel, 17 may, 17 iyun, 19 iyul 2022-ci il tarixlərdə hər ay 443,23 (dörd yüz qırx üç manat, iyirmi üç qəpik) manat olmaqla ümumilikdə 2659.38 (iki min altı yüz əlli doqquz manat, otuz səkkiz qəpik) manat ödəməsi sübuta yetirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər; -500.1-ci və 500.2-ci maddələri ilə müəyyən edilir ki, əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir; -503-cü maddəsinə görə borclulardan birinin öhdəliyi tam icra etməsi qalan borcluları icradan azad edir. Borclunun kreditor qarşısında həyata keçirdiyi əvəzləşdirmə barəsində də eyni qayda qüvvədə olur; -509.1-ci maddəsində qeyd edilir ki, birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir; -509.2.-ci maddəsinə əsasən əgər borcluların məsuliyyətinin həcmini müəyyənləşdirmək mümkün deyildirsə, onlar bir-biri qarşısında eyni dərəcədə məsuliyyət daşıyırlar; - 509.3-cü maddəsinə görə kreditor qarşısında birgə öhdəliyi icra edən birgə borcluya kreditorun digər borclulara qarşı tələbi, habelə bu Məcəllənin 196-cı maddəsində nəzərdə tutulmuş qaydada kreditorun digər borclulara münasibətdə hüququ keçir. İşin araşdırılmış hallarından görünür ki, tərəflər "xxxx" Açıq Səhmdar Cəmiyyəti qarşısında birgə borclu olmuş, onlar öhdəliklərini icra etmədiyindən kreditorun tələbi hər ikisinə yönəlmiş, borclulardan zamin olan İddiaçı əsas borclu Cavabdeh bank qarşısında olan öhdəliyi müəyyən hissəsini icra etmişdi. Hazırda o, qanunvericiliyin ona verdiyi hüquqdan istifadə edərək reqres qaydasında Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödədiyi pulu tələb edir. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının cavabdehə qarşı olan borcun tutulması barədə tələbi əsaslıdır. Borcun miqdarına gəldikdə isə, iddia ərizəsinə əlavə edilmiş və yuxarıda qeyd edilən sübutlardan aydın olur ki, İddiaçı Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə bağladığı 09 yanvar 2020-ci il tarixli, ******* nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrası üçün kreditora 2659.38 (iki min altı yüz əlli doqquz manat, otuz səkkiz qəpik) manat ödəmişdi. Məhkəmə tərəfindən iddiaçının tələbi əsaslı sayıldığından Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsində məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş dövlət rüsumunun 47 (qırx yeddi) manat hissəsi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: - iddia təmin olunmalı; - Cavabdeh 2659.38 (iki min altı yüz əlli doqquz manat, otuz səkkiz qəpik) manat məbləğində pul alınaraq İddiaçı verilməli; -həmçinin Cavabdeh 47 (qırx yeddi) manat miqdarında dövlət rüsumu alınaraq iddiaçı “İddiaçı ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 2659.38 (iki min altı yüz əlli doqquz manat, otuz səkkiz qəpik) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Həmçinin Cavabdeh 47 (qırx yeddi) manat miqdarında dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Əliyev.
Məhkəmə qərarları › İş №2(079)-302/2023
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-302/2023
05.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver