Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-303/2024 24.06.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X32 məhkəmə iclas katibliyi, ərizəçinin vəkil-nümayəndəsi Nümayəndə iştirakları ilə, Ərizəçi miras əmlakın qəbul edilməsi faktının müəyyən olunması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Ərizəçi vəkil-nümayəndəsi vasitəsilə “05” aprel 2024-cü il tarixdə Babək Rayon Məhkəməsinə mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə müraciət edərək X6 ölümündən sonra Babək rayonu, Nehrəm qəsəbəsində yerləşən JN- 212A, KOD-1 ******* nömrəli 0.08 hektar həyətyanı torpaq sahəsinin Ərizəçi tərəfindən qəbul edilməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, hüquqlarını müdafiə etdiyim Ərizəçi dediklərinə əsasən atası X24 xx.xx.1993-cü il tarixdə, anası X13 isə 30 noyabr 2008-ci il tarixində vəfat etmiş, anası X7 ölümündən sonra 0,08 hektar həyətyanı torpaq sahəsi miras qalmışdır. X2 aşağıdakı vərəsələri var: 1. Həyat yoldaşı-X24 19 iyun 1993-cü il tarixində vəfal etmişdir; 2. X19 qızı; 3. Oğlu-Maraqlı şəxs2; 4. X20 oğlu 03 avqust 1955-ci il tarixində vəfat etmişdir. 5.X21 qızı; 6. Ərizəçi; 7. Maraqlı şəxs7; 8. Maraqlı şəxs5; 9. Maraqlı şəxs1. X3 aşağıdakı vərəsələri var: 1. Həyat yoldaşı-X35; 2. X22 oğlu; 3. X23 oğlu; 4. X34 qızı; 5. X30 oğlu. Hüquqlarını müdafiə etdiyim Ərizəçi dediklərinə əsasən anası X1 anası, bacı qardaşlarının razılığı və qonşularının şahidliyi ilə 2001-ci ildə anasına məxsus olan 0.08 hektar həyətyanı torpaq sahəsində dağılmış, yaşayış üçün mümkünsüz olan köhnə evləri sökərək yerində aşağısı zirzəmi olan yuxarısında isə üç yaşayış otağı və köməkçi tikililərdən ibarət fərdi yaşayış evini inşa etmiş, X6 ölümündən sonra həmin əmlakı faktiki olaraq Ərizəçi qəbul etmiş və hazırda idarə edir. Qeyd edim ki. Məmmədova Gülsümün ölümündən sonra həmin əmlakda heç kim yaşamamış və mirasa sahiblik etməmişlər. Evin bütün kommunal xərcləri Ərizəçi tərəfindən ödənilmişdir. Qeyd olunun vərəsələrin hər biri notariat kontorunda ərizə verərək Əliqulunun xeyrinə imtina etmişlər, lakin Fətullayeva (Məmmədova) Nüşabə Rzaqulu qızı razılıq verməmişdir. Vərəsəlik şəhadətnaməsinin alınması üçün Babək Ravon Notariat ofisinə müraciət etmiş, Babək Rayon Notariat ofisi 19 iyul 2023-cü il tarixli məktubunda vərəsəlik şəhadətnaməsi verməkdən rəsmi olaraq imtina edərək məhkəməyə müraciət etməli olduğunu bildirmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə X25, Maraqlı şəxs2, Maraqlı şəxs6, Maraqlı şəxs7, Maraqlı şəxs5 və Maraqlı şəxs1 qız maraqlı şəxs qismində işə cəlb edilmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, ərizəçi və maraqlı şəxslər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələbini rəhbər tutmaqla işə maraqlı şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Ərizəçinin vəkil-nümayəndəsi Nümayəndə izahatında Babək rayonu Nehrəm qəsəbəsində yerləşən torpaq sahəsinin Babək rayon Aqrar İslahat Komissiyasının 1999-cu il tarixli qərarı ilə X7 mülkiyyətinə verildiyini, onun isə 2008-ci ildə vəfat etdiyini, Gülsüm Məmmədovanın birinci növbə vərəsələrinə aid olan uşaqlarından Hidayətin 2019-cu ildə vəfat etdiyini, iddia ərizəsində vərəsənin ölüm tarixinin texniki səhvlik olaraq 1955-ci il olaraq qeyd edildiyini, digər vərəsələrin isə hazırda sağ olduğunu, anasının ölümündən sonra Ərizəçi Babək rayonu, Nehrəm qəsəbəsində yerləşən 0,08 hektar torpaq sahəsi üzərində 2001-ci ildə fərdi yaşayış evi tikdiyini və hazırda və anasının ölümündən sonra daimi olaraq ailəsi ilə birlikdə orada yaşadığını, qeyd olunan əmlakı Ərizəçi öz adına keçirmək istədiyini, bununla bağlı bütün bacı-qardaşlarının əmlakdan imtina ilə bağlı ərizə versələr də, maraqlı şəxs Fətullayeva (Məmmədova) Nüşabə Rzaqulu qızının bununla bağlı öz fikrini bildirməkdən çəkindiyini, həmin torpaq sahəsində 2001-ci ildə ərizəçi tərəfindən əsaslı yenidənqurma işinin aparılıb ev tikilməklə mirasın qəbul olunduğunu, miras açıldıqdan sonra da şəxsin orada yaşamağa davam etdiyini bildirmiş, ərizənin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmış, məhkəmə iclasında tədqiq olunmuş sübutlar əsasında belə nəticəyə gəlmişdir ki, X4 Babək rayonu, Nehrəm qəsəbəsində yerləşən 0.08 ha həyətyanı torpaq sahəsinin miras qalması, miras qoyan tərəfindən vəsiyyətnamə qoyulmadığı mülki işin mübahisəsiz hallarıdır. Belə ki, ərizəyə əlavə edilmiş: - “Nikahın bağlanması haqqında” şəhadətnamənin təsdiq olunmuş surətindən məlum olur ki, X24 ilə X8 16 oktyabr 1948-ci ildə nikaha daxil olmuşlar; - Babək rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm akt qeydləri kitabından çıxarışdan X13 30 noyabr 2008-ci il tarixdə Babək rayonu Nehrəm kəndində vəfat etməsi; - Babək Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum akt qeydləri kitabından çıxarışa əsasən X14 xx.xx.1962-ci il tarixdə anadan olduğu, atasının X24, anasının isə X13 olması; - Babək Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum akt qeydləri kitabından çıxarışa əsasən X18 xx.xx.1970-ci il tarixdə anadan olduğu, atasının X24, anasının isə X13 olması; - Babək Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum akt qeydləri kitabından çıxarışa əsasən X15 anadan olduğu, atasının X24, anasının isə X13 olması; - Babək Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum akt qeydləri kitabından çıxarışa əsasən Ərizəçi xx.xx.1966-cı il tarixdə anadan olduğu, atasının X24, anasının isə X13 olması; - Babək Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum akt qeydləri kitabından çıxarışa əsasən X16 xx.xx.1972-ci il tarixdə anadan olduğu, atasının X24, anasının isə X13 olması; - Babək Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum akt qeydləri kitabından çıxarışa əsasən X10 xx.xx.1955-ci il tarixdə anadan olduğu, atasının X24, anasının isə X13 olması; - Babək Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum akt qeydləri kitabından çıxarışa əsasən Maraqlı şəxs2 xx.xx.1953-cü il tarixdə anadan olduğu, atasının X24, anasının isə X13 olması; - Babək Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum akt qeydləri kitabından çıxarışa əsasən X11 xx.xx.1950-ci il tarixdə anadan olduğu, atasının X24, anasının isə X13 olması; - Babək Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm akt qeydləri kitabından çıxarışa əsasən X10 xx.xx.2019-cu il tarixdə miokard infaktı səbəbiylə ölməsi; - Babək Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm akt qeydləri kitabından çıxarışa əsasən X12 xx.xx.1993-cü il tarixdə mədəaltı vəzinin şişi səbəbiylə ölməsi; - 3212 nömrəli, xx.xx.2023-cü il tarixli arayışdan X7 vərəsələrinə X24, X25, Maraqlı şəxs2, X26, Maraqlı şəxs6, Ərizəçi, Maraqlı şəxs7, Maraqlı şəxs5 və Maraqlı şəxs1 daxil olması; - xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizə ilə Ərizəçi nümayəndəsi vasitəsilə xx.xx.2008-ci il tarixdə vəfat etmiş X5 miras qalmış əmlakı qəbul etdiyini, adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etdiyini bildirməsi; - xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizə ilə Maraqlı şəxs5, xx.xx.2023-cü il tarixdə Maraqlı şəxs7, xx.xx.2023-cü il tarixdə Maraqlı şəxs6, xx.xx.2023-cü il tarixdə Maraqlı şəxs2 və X25 xx.xx.2008-ci il tarixdə vəfat etmiş X5 miras qalmış əmlakın qəbulundan imtinaya dair fikirlərini notarial qaydada ifadə etməsi müəyyən olunur. Mülki iş materiallarından aydın olur ki, Ərizəçi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə dair müraciətinə cavab olaraq Babək rayon Notariat ofisinin notariusu tərəfindən xx.xx.2023-cü il tarixdə şəhadətnamənin verilməsindən qanunla nəzərdə tutulmuş müddət keçdiyindən imtina olunmuş, məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Mülki işin mübahisə doğuran halı Ərizəçi X4 miras qalan əmlakı faktiki olaraq qəbul edib-etməməsidir. Mülki işin mübahisəli halının həlli ilə bağlı ərizəçinın vəkil-nümayəndəsinin izahatını yazılı sübutlar ilə əlaqəli şəkildə, onları isə qanunvericiliyin tələbləri daxilində tədqiq edən məhkəmə qeyd edir ki, tərəflər arasında vərəsəlik münasibətlərindən irəli gələn hüquq münasibətləri mövcuddur. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi və digər tərəfdən vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə görə vərəsəlik anlayışı altında, ölmüş şəxsin əmlakının qanun üzrə və ya vəsiyyət üzrə, yaxud hər iki əsasla başqa şəxslərə (vərəsələrə) keçməsi başa düşülür. Vərəsəlik münasibətləri miras qoyanla vərəsələr arasında qanunda nəzərdə tutulmuş əsaslar üzrə, yaxud miras qoyanın iradəsinə əsaslanan vəsiyyət üzrə yaranır (MM-in 1133cü maddəsi). Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – MM) 1133.2-ci maddəsinə görə qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Mülki işin araşdırılması zamanı miras qoyanın vəsiyyətnamə qoymadığı müəyyən olunmuşdur. MM-in 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı qanun üzrə vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər. MM-in 1159.1 və 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. MM-in 1159.1.3-ci maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. MM-in 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. MM-in 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. MM-in 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. MM-in 1243.1-ci maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. MM-in 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. MM-in 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. MM-in 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Hüquq münasibətləri yaranan zaman qüvvədə olan MM-in 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə” xx.xx.2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Həmçinin həmin qərarda qeyd olunmuşdur ki, mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıqaşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 99-cu maddəsində əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübutların aşağıdakılar ola biləcəyi qeyd edilmişdir: - vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; - mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; - mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; - mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; - miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər. İş materiallarına əlavə edilmiş JN 212A nömrəli torpağın mülkiyyətə verilməsi haqqında şəhadətnamədən Babək rayonu Nehrəm qəsəbəsində yerləşən 0.08 ha həyətyanı torpaq sahəsinin Babək rayon Aqrar İslahat Komissiyasının 27 sentyabr 1999-cu il tarixli qərarı ilə X7 mülkiyyətinə verildiyi müəyyən olunur. İş materiallarına əlavə olunmuş 3336 nömrəli, xx.xx.2023-cü il tarixli arayışdan X12 Babək rayonu, Nehrəm qəsəbəsində pasport qeydiyyatında olması aydın olur. Həmçinin Babək rayon İcra Hakimiyyəti Nehrəm qəsəbə İnzibati ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 3213 nömrəli arayışda qeyd olunmuşdur ki, X9 məxsus olan JN 212A nömrəli, 0.08 ha həyətyanı torpaq sahəsində oğlu Ərizəçi yeni yaşayış evi inşa etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsində qeyd olunmuş “məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir” və 77.1-ci maddəsində əks olunmuş “hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir” normalarını tərəflərin nəzərinə çatdıran məhkəmə bildirir ki, yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən ərizəçi ərizənın əsasını təşkil edən halları, maraqlı şəxs isə etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması gedişində maraqlı şəxslər ərizəyə qarşı etirazını bildirməmişdir. Konstitusiya Məhkəməsi Plenumunun Ə.Əfəndiyeva və N.Kərimovanın şikayəti üzrə 2012-ci il 5 oktyabr tarixli Qərarında göstərilmişdir ki, vərəsə miras əmlakın bir hissəsini mülki qanunvericilikdə nəzərdə tutulmuş əsasla (qanun üzrə və ya vəsiyyət üzrə) qəbul etdikdə, o, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, hamısını və ya ona çatası payın qəbul edilməsi kimi qiymətləndirilməlidir. Bu, vərəsələrin miras qalmış əmlakın qəbul edilməsi üçün əvvəl ifadə edilmiş iradəsini təsdiq edir, həmçinin həmin əmlaka onların qanuni əsaslarla əldə olunmuş mülkiyyət hüquqlarının davamlılığını və əsassız məhdudiyyətlər qoyulmadan həyata keçirilməsini təmin edir. Beləliklə mülki iş üzrə məhkəmə araşdırmasının nəticəsi olaraq məhkəmə iclasında hərtərəfli tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, Ərizəçi X4 miras qalmış əmlakı onun ölümündən sonra mirasın qəbulu üçün qanunla nəzərdə tutulmuş müddət ərzində faktiki cəhətdən ələ keçirməklə ona sahib durmuş, bununla da faktiki sahiblik etmək üsulu ilə mirası qəbul etmişdir. Yuxarıda qeyd olunanları rəhbər tutaraq yekunda məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin olunmalı, xx.xx.2008-ci il tarixdə vəfat etmiş X4 miras qalmış Babək rayonu, Nehrəm qəsəbəsində yerləşən 0.08 ha həyətyanı torpaq sahəsinin miras əmlak olaraq Ərizəçi tərəfindən faktiki qəbul olunması faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. MM-in 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin olunsun. xx.xx.2008-ci il tarixdə vəfat etmiş X4 miras qalmış Babək rayonu, Nehrəm qəsəbəsində yerləşən 0.08 ha həyətyanı torpaq sahəsinin miras əmlak olaraq Ərizəçi tərəfindən faktiki qəbul olunması faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(079)-303/2024
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-303/2024
24.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver