Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № 2(079)-322/2021 16.06.2021 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Mən, Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlu Ərizəçi qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi tələbinə dair ərizəsini ona əlavə edilmiş sənədlərlə birlikdə məhkəmənin inzibati binasında nəzərdən keçirərək müəyyən e t d i m: Ərizəçi “14” iyun 2021-ci ildə Babək Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək X11 ilə qohumluq münasibətlərində olma, yəni onun xalası olma faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsni məhkəmədən xahiş etmişdi. Məhkəmə bildirir ki, ərizə daxil olduqda hakim onun Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərə əməl edilməklə verilibverilməməsini yoxlayır. Ərizəni və ona əlavə edilmiş sənədləri qanunvericiliyin tələbləri daxilində nəzərdən keçirən məhkəmə ilk olaraq qeyd edilir ki, qohumluq münasibətləri faktının müəyyən edilməsinə dair ərizələrə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305 və 307-ci maddələrinə əsasən xüsusi icraat-hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi qaydasında baxılır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi qaydası isə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307-311-ci maddələri ilə tənzimlənir və yalnız aşağıdakı şərtlərin hamısı birlikdə mövcud olduqda hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barədə ərizələr icraata qəbul edilməlidir: - məhkəmə tərəfindən müəyyən edilməsi istənilən bu fakt fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə əsas verməli; - bununla bağlı hüquq haqqında mübahisə olmamalı; - ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməli; -qanunvericilikdə bu hüquqi faktın müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamalıdır. Ərizəni ona əlavə edilmiş sənədlərlə birlikdə qanunvericiliyin yuxarıda qeyd edilən hər bir tələbi daxilində yoxlayan məhkəmə qeyd edir ki, Ərizəçi X7 onun qohumu, yəni xalası olma faktının müəyyən edilməsinə dair tələbini sonuncudan miras qalan əmlakın faktiki qəbulunu həyata keçirməsi üçün əhəmiyyət daşıması ilə əsaslandırmışdı. Ərizəyə əlavə edilmiş Babək Rayon İcra Hakimiyyətinin Zeynəddin kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş AZ-İ seriyalı, 375238 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən müəyyən edilir ki, X11 02 may 2010cu ildə ölmüşdü. Həmin nümayəndəlik tərəfindən verilmiş 04 may 2017-ci il tarixli, 517 nömrəli arayışda isə qeyd edilir ki, X7 vərəsəsi onun bacısı X8r. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazırliyinin Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 20 may 2021-ci il tarixli, 494 nömrəli arayışdan görünür ki, X4 doğum akt qeydi tapılmır. Qeyd edilən şöbə tərəfindən verilmiş 01 aprel 2021-ci il tarixli, AzB seriyalı, 033613 nömrəli akt qeydindən çıxarışdan isə aydın olur ki, Ərizəçi anası X8r. Həmçinin ərizəyə əlavə edilmiş sənədlərdən aydın olur ki, X9 09 may 2016-cı ildə ölmüşdü. Bu fakt ərizəyə əlavə edilən və Babək Rayon İcra Hakimiyyətinin Zeynəddin kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş AZ-İ seriyalı, 597974 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surəti ilə öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.2-ci maddəsinə əsasən ölənin bacıları və qardaşları ikinci növbə vərəsələr sayılır. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Qeyd edilən maddi hüquq normasını ərizəçinin müraciəti ilə qarşılıqlı şəkildə əlaqələndirərək məhkəmə bildirir ki, Ərizəçi X5 miras qalmış əmlak üzrə vərəsəliyə çağırılması üçün ya miras qoyan öldüyü vaxt onun vərəsəsi kimi qeyd edilən X3 olmamalı, ya da ərizəçi anasından qalan mirası qəbul edib onun həqiqi vərəsəsi olduqdan sonra X5 miras qalmış əmlaka dair hüquqlarını həyata keçirməsi üçün müəyyən hüquqi addımlar atmalıdır. Ərizəyə əlavə edilmiş sənədlərdən isə X7 öldüyü vaxt X1 olması öz təsdiqini tapsa da, Narxanım Salayeva ilə Dilarə Hüseynovanın bacı olması, sonuncudan miras qalmış əmlakın Narxanım Salayeva, həmçinin ondan qalan miras əmlakın isə ərizəçinin qəbul etməsi müəyyən edilmir. Bu yuxarıda qeyd edilənlərə əsaslandıqda isə məhkəmə belə hesab edir ki, X7 ərizəçinin xalası olması faktının müəyyən edilməsi onun üçün ərizədə qeyd edilən məqsədə nail olması üçün heç bir hüquqi nəticə yaratmır. X2 öldüyü vaxt sağ olan, onun vərəsəsi kimi qeyd edilən X9 vərəsəliyə çağırıla biləcəyindən və ərizəçi isə anasının həqiqi vərəsə statusuna malik olduğu halda X5 miras qalmış əmlaka hüquq əldə etmə imkanı yaranacağından, ərizəçi ilkin olaraq anasından qalan miras əmlaka dair özünün vərəsəlik hüququnun həyata keçirməli, bundan sonra X4 doğum akt qeydi tapılmadığından onunla X7 qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi ilə bağlı müraciət etməli, daha sonra isə X5 qalan miras əmlakın X9 tərəfindən faktiki qəbul edilibedilməməsi məsələsinə hüquqi aydınlıq gətirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 1.3-cü bəndində qeyd edilir ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, həmin Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2 və 153.2.1ci maddələrinin məzmundan məlum olur ki, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə iddiaçıya izah edir ki, həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.2-ci maddələrində bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmaq üçün qəbul edilməkdən imtina edilərsə dövlət rüsumu geri qaytarılmalı olması nəzərdə tutulduğundan, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialı vasitəsi ilə 17 mart 2021-ci il tarixli, 11040 qəbzlə ödənilmiş 10 (on) manat miqdarında dövlət rüsumu geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.3, 153.6, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Ərizəçi qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi tələbinə dair ərizəsi iddianın yolverilməzliyinə görə icraata qəbul edilməkdən imtina olunsun və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Ərizəçi “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialı vasitəsi ilə 17 mart 2021ci il tarixli, 11040 qəbzlə ödədiyi 10 (on) manat miqdarında dövlət rüsumu ona geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Qərardaddan o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Babək Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Əliyev.
Məhkəmə qərarları › İş №2(079)-322/2021
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №2(079)-322/2021
16.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver