Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-337/2021 29.07.2021 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında tərəflərin iştirakı olmadan baxaraq m ü ə y y ə n e t d i : İddiaçı Açıq Səhmdar Cəmiyyəti “23” iyun 2021-ci ildə Babək Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 74.88 (yetmiş dörd manat, səksən səkkiz qəpik) manat məbləğində borcun, ödənilmiş 20 (iyirmi) manat miqdarında dövlət rüsumunun, 0.40 (qırx) qəpik miqdarında bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq qeyd etmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 26 iyul 2019-cu il tarixli, BPM**********52 saylı “Kart hesabının açılması və ödəniş kartından istifadə haqqında” müqaviləyə əsasən onun adına plastik kart hesabı açılmışdır. Müqavilənin şərtlərinə uyğun olaraq hesab sahibi olan cavabdehə açılmış plastik kart hesabına daxil olan pul vəsaitlərini qəbul etməyi və hesaba salmağı, hesabdan pul vəsaitlərini köçürməyi və verməyi, habelə hesab üzrə digər əməliyyatların aparılmasına dair imkan yaradılır. Müqaviləyə əsasən hesab üzrə əməliyyatlar hesabda mövcud olan pul vəsaiti həcmində aparılır. Həmin vəsaitin həcmindən artıq məbləğ istifadə edildikdə texniki overdraft yaranır və hesab sahibi bankın tələbi ilə müvafiq vəsaiti banka dərhal qaytarmalıdır. Lakin Cavabdeh tərəfindən plastik kart hesabında olan vəsaitin həcmindən artıq məbləğdə vəsait istifadə edilib və vaxtında banka ödəniş edilməmiş, yəni öhdəlik yarandığı tarixdən bu günədək öhdəliyi icra etməyərək müqavilənin 3.3.6-cı bəndini pozmuşdur. Cavabdehə ödənişlə bağlı xəbərdarlıq olunsa da o, banka olan borcunu tam ödəməmişdir. 11 yanvar 2021-ci il tarixinə borclunun “Kart hesabının açılması və ödəniş kartından istifadə haqqında” müqaviləyə əsasən yaranmış overdraft üzrə 74.88 manat məbləğində borc yaranmışdır. Müqavilə şərtlərinə əsasən hesab sahibi müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada hesabda olan qalıq vəsaitdən artıq miqdarda istifadə etdiyi məbləği və banka dəymiş ziyan üzrə ödənişləri banka ödənilməsini öhdəsinə götürür. Mübahisənin hüquqi həllinə keçməzdən öncə məhkəmə ilk olaraq iş üzrə tərəflərin nəzərinə çatdırır ki, iddianın qiyməti iki min manatdan aşağı olduğundan və iddiaçı mülki işə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat formasında baxılmasını xahiş etdiyindən, məhkəmə işə həmin icraat formasında baxmışdı. Həmin Məcəllənin 284-5.3-cü maddəsinin tələbinə görə isə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalı olması qeyd olunduğundan məhkəmə iş üzrə tərəflərin iştirakı olmadan işə baxmışdır. Əlavə olaraq məhkəmə bildirir ki, həmin Məcəllənin 284-6.1-ci maddəsi ilə müəyyən olunur ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Mülki prosessual qanunvericiliyin sonuncu qeyd olunan tələbini nəzərə alan məhkəmə iş materiallarını qanunvericiliyin tələbləri daxilində tədqiq edərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmənin iddianın təmin edilməsi ilə bağlı istinad etdiyi sübutlar isə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddia ərizəsinə əlavə olunmuş və məhkəmə tərəfindən tədqiq edilmiş yazılı sübutlardır. İddia ərizəsinə əlavə edilən sənədlərdən aydın olur ki, iddiaçı öz tələbini əsaslandıran halları təsdiq edən sübutlar məhkəməyə təqdim etmişdir. Məhkəmə yalnız iddiaçı tərəfin təqdim etdiyi sübutlara əsaslanmasına gəldikdə isə onu qeyd edir ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin Milli X1 üzrə məlumat şöbəsi tərəfindən verilmiş 02 dekabr 2020-ci il tarixli arayışından, həmçinin Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan cavabdehin Babək rayonu, Payız kəndində rəsmi qeydiyyatda olması aydın olur. Cavabdeh məhkəmə sənədləri, yəni iddia ərizəsi, məhkəmənin 23 iyun 2021-ci il tarixli, 2(079)-337/2021 nömrəli qərardadının surəti, həmçinin eyni tarixli, nömrəli məhkəmə bildirişi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq rəsmi qaydada verilmişdi. Belə ki, mülki iş materiallarına əlavə edilmiş sifarişli poçt göndərişinin verilməsi haqqında xəbərnamədən məhkəmə sənədlərinin cavabdehə 02 iyul 2021-ci ildə təqdim edilməsi aydın olunur. Qeyd olunan məhkəmə sənədlərində cavabdehə iddiaçının tələbinə qarşı etirazının olduğu halda bildirişi aldıqdan sonra 10 gün müddətində bunu əsaslandıran dəlil və sənədləri məhkəməyə təqdim etməsi izah olunsa da, Cavabdeh tərəfindən ona qarşı olan iddia tələbini təkzib edən hər hansı bir etiraz və ya sübut məhkəməyə daxil olmamışdı. Eyni zamanda ona göndərilmiş 23 iyun 2021-ci il tarixli, 2(079)-337/2021 nömrəli qərardadda Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinin tələbi də izah olunmuşdur. Məhkəmə tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə isə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla onu qeyd edir ki, tərəflər arasında mülki hüquq münasibətləri, əsasən əsassız varlanmadan əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 26 iyul 2019-cu il tarixli, BPM **********52 nömrəli kart hesabının açılması və ödəniş kartından istifadə haqqında müqavilə üzrə tərəflər aşağıda qeyd edilən və iş üçün əhəmiyyətli olan şərtlər barədə razılığa gəlmişlər: -müqavilənin 1.1.1 və 1.1.2-ci bəndlərinə görə ödəniş kartı dedikdə nağdsız ödənişlərin aparılması və nağd pul vəsaitlərinin əldə edilməsi üçün nəzərdə tutulmuş ödəniş aləti olan müvafiq ödəniş sisteminin plastik kartdır. Ödəniş kartı bankın mülkiyyətidir və müştərinin istifadəsinə verilir. Kart hesabı isə ödəniş kartından istifadə etməklə aparılmış əməliyyatlar üzrə hesablaşmaların aparılması üçün bank tərəfindən müştərinin adına açılan cari bank hesabıdır; - 1.1.5-ci bəndə “Texniki overdraft”ın anlayışı verilib ki, həmin bəndə görə bu müştəriyə overdraftın təqdim edilməsi barədə tərəflər arasında razılaşma olmadığı halda ödəniş kartı-əlavə kart vasitəsilə kart hesabının qalığından artıq məbləğdə əməliyyatların aparılmasıdır; - 2.1 və 2.4-cü bəndlərin mahiyyətinə görə müqavilənin predmeti bank tərəfindən müştərinin adına ödəniş kartı vasitəsilə hesablaşmaların aparılması üçün kart hesabının açılmasından, ödəniş kartının dövriyyəyə buraxılmasından və ödəniş kartından istifadə etməklə kart hesabı üzrə hesablaşmaların aparılması ilə bağlı tərəflər arasında münasibətlərin tənzimlənməsindən ibarətdir. Müştəri ödəniş kartı vasitəsi ilə aparılmış əməliyyatlara, eləcə də ödəniş kartından istifadəyə görə xidmət haqlarını banka ödəməyi öhdəsinə götürür. Ödəniş kartının qüvvədə olma müddəti onun üzərində göstərilmiş müvafiq ilin müvafiq ayının sonuncu günü bitir. - 3.2.3-cü bəndə görə kart hesabından və müştərinin bankdakı digər hesablarından ödəniş kartından / əlavə kartdan istifadə edilməklə aparılmış əməliyyatların məbləğlərini, texniki overdraft məbləğlərini, bankın tariflərinə və/və ya müvafiq idarəetmə orqanının qərarına uyğun olaraq bank komissiyalarını, cərimə faizlərınin məbləğlərini, o cümlədən ödəniş kartından istifadə (eləcə də bankın kartının ləğv edilməsi, bloklaşdırılması və.s) ilə bağlı bankın çəkdiyi faktiki xərclərin məbləğlərini akseptsiz qaydada silmək İddiaçının hüququdur; - 3.3.4-cü bəndlərlə müəyyən edilir ki, ödəniş kartı üzrə əməliyyatları, müvafiq əməliyyata görə bank komissiyalarını da nəzərə almaqla, kart hesabındakı pul vəsaitləri həddində həyata keçirmək Cavabdeh vəzifəsidir və müştəriyə kart hesabı üzrə overdraft təqdim edilmir; - 3.3.6-cı bənddə qeyd edilir ki, texniki overdraft baş verdiyi təqdirdə, yaranmış borcu və bankın tariflərində və/və ya müvafiq idarəetmə orqanının qərarına nəzərdə tutulduğu halda cərimə faizlərini 22 (iyirmi iki) iş günü ərzində banka ödəmək Cavabdeh vəzifəsidir. Tərəflər arasında bağlanmış müqavilə şərtlərinə əsasən texniki overdraftın yaranmaması üçün müştərinin kart hesabında olan məbləğdən artıq məbləğdə hesablaşma aparması ilə bağlı tərəflər arasında razılaşma olmalıdır. Müqavilə şərtlərindən isə görünür ki, müştəriyə kart hesabı üzrə overdraft təqdim edilmir. Bank isə məhz bu texniki overdraft nəticəsində yaranmış borcu Cavabdeh tələb edir. Texniki overdraftın yaranmasının sübutetmə vəzifəsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı-cavabdeh iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh-iddiaçı tərəfindən iddiaçı-cavabdehin hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə “Azərbaycan Respublikası Konstitusiyasının 122-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 24 dekabr 2019-cuil tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin öz tələbinin əsaslandıran halın təsdiqi ilə bağlı məhkəməyə Cavabdeh məxsus ******************** nömrəli hesabdan 01 iyul 2019-cu ildən 24 noyabr 2020-ci ilədək olan dövrü əhatə edən hesabdan çıxarışı təqdim etmişdi. Həmin sənəddən həqiqətən də Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə borcunun olması aydın olur. Bundan əlavə iddia ərizəsinə əlavə edilmiş və İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh göndərilmiş 26 yanvar 2021-ci il tarixli, 22-821/2021 nömrəli bildirişdən onun banka 74.88 (yetmiş dörd manat, səksən səkkiz qəpik) manat məbləğində borcu olması və bu barədə ona İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən xəbərdarlıq edilməsi məlum olur. 021266 nömrəli yol qaiməsindən isə həmin xəbərdarlığın 01 fevral 2021-ci ildə cavabdeh tərəfə təqdim edilməsi öz təsdiqini tapır. İddia tələbinin təkzib edilməsi isə cavabdehin üzərinə düşsə də o, bununla bağlı məhkəməyə sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsində nəzərdə tutulur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Bundan əlavə Mülki Məcəlləsinin 14.2 və 14.2.7-ci maddələrinin mahiyyətin görünür ki, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslardan biri əsassız varlanmadı. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə görə isə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Cavabdeh öz hərəkətinə haqq qazandıran qanuni əsas və ya müqavilə əsasının olması ilə bağlı məhkəməyə hər hansı bir sübuta təqdim etməmişdi Mülki Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinin tələbinə görə isə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Həmçinin qeyd edilən Məcəllənin 439.4-cü maddəsi ilə müəyyən edilir ki, öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Yuxarıda göstərilənləri ümumiləşdirək məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbi əsaslıdır. Borcun məbləğinə gəldikdə isə məhkəmə bildirir ki, iş materiallarına əlavə edilmiş 11 yanvar 2021-ci il tarixli, 19-005 nömrəli arayışda Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 74.88 (yetmiş dörd manat, səksən səkkiz qəpik) manat məbləğində borcunun olması göstərilir. Cavabdehin iddiaçı qarşısında öhdəliyi yaranması məhkəməyə təqdim edilmiş sübutlarla öz təsdiqini tapdığından bununla bağlı onun diqqətinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyətini nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsində isə qeyd olunur ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki iş materiallarına əlavə edilmiş 26 iyul 2019-cu il tarixli, BPM **********52 nömrəli müqavilənin 6-cı bəndindən isə aydın olur ki, cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyəti qarşısında məsuliyyətdən azad edilməmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 20 (iyirmi) manat miqdarında dövlət rüsumu və onun ödənilməsi ilə bağlı 0.40 (qırx) qəpik məbləğində bank xidmət haqqı da Cavabdeh alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia təmin edilməli; - Cavabdeh 74.88 (yetmiş dörd manat, səksən səkkiz qəpik) manat məbləğində pul, həmçinin 20 (iyirmi) manat məbləğində dövlət rüsumu və 0.40 (qırx qəpik) manat bank xidmət haqqı tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 284-6.2, 284-6.3, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia təmin edilsin. Cavabdeh 74.88 (yetmiş dörd manat, səksən səkkiz qəpik) manat məbləğində pul, həmçinin 20 (iyirmi) manat məbləğində dövlət rüsumu və 0.40 (qırx qəpik) manat bank xidmət haqqı tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Zamiq Əliyev.
Məhkəmə qərarları › İş №2(079)-337/2021
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-337/2021
29.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver