Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № 2(079)-338/2021 25.06.2021 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Mən Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlu Ərizəçi mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən e t d i m: Babək Rayon Məhkəməsinə “23” iyun 2021-ci ildə Ərizəçi Babək rayonu, Qahab kəndində yerləşən və atası X1 miras qalan 0.05 hektar torpaq sahəsinin miras əmlak kimi qəbul edilməsi faktının müəyyən edilməsi barədə ərizəsi daxil olmuşdu. “25” iyun 2021-ci ildə isə Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizənin ona geri qaytarılmasını xahiş etmişdi. Məhkəmə Ərizəçi ərizəsini mülki prosessual qanunvericiliyin tələbləri daxilində nəzərdən keçirərək belə hesab edir ki, ərizəçinin mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi geri qaytarılmalıdır. Belə ki, Ərizəçi mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi 23 iyun 2021-ci il tarixdə məhkəməyə daxil olsa da o, hələ məhkəmənin icraatına qəbul edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.3-cü maddəsinin mahiyyətindən aydın olur ki, məhkəməyə daxil olmuş iddianın mümkünlüyünü məhkəmə 10 gün ərzində yoxlamaq səlahiyyətinə malikdir və bu müddət ərzində onun icraata qəbul edilməsi və ya edilməməsi məsələsi qanunvericiliyin tələbləri daxilində müzakirə edilərək həll olunur. Həmin Məcəllənin 152.1 və 152.1.9-cu maddələrinin ümumi məzmunundan isə o da məlum olur ki, iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda iddia ərizəsi geri qaytarılır. Yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddələrində həmin Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa dövlət rüsumu geri qaytarılmalı olması nəzərdə tutulduğundan, Ərizəçi tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Babək filialı vasitəsi ilə 23 iyun 2021-ci il tarixli, 6327 nömrəli qəbzlə ödədiyi 10 (on) manat miqdarında dövlət rüsumu ona geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.2, 152.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Ərizəçi mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılsın. Ərizəçi tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Babək filialı vasitəsi ilə 23 iyun 2021-ci il tarixli, 6327 nömrəli qəbzlə ödədiyi 10 (on) manat miqdarında dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Babək Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Əliyev.
Məhkəmə qərarları › İş №2(079)-338/2021
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №2(079)-338/2021
25.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver