Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № 2(079)-345/2023 07.06.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Hakim İsmayıl Günay Mikayıl qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, İddiaçı, onun vəkil-nümayəndəsi Vəkil və cavabadehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı X1rşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmağa görə əmək haqqı tələbinə dair iddia ərizəsinin mümkünlüyü məsələsinə məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı 22 may 2023-cü il tarixdə X1rşı oğluna qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmağa görə əmək haqqı tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək işdən qanunsuz azad olunmağı barədə olan Naxçıvan X5 xx.xx.2021-ci il tarixli, 34/K №-li əmrinin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının hesablanıb verilməsi barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsi onunla əsaslandırılmışdır ki, mən 02 iyul 2014-cü il tarixdən başlayaraq 07 may 2021-ci il tarixədək X6 Limanında 2-ci ödəmə dərəcəsi ilə Daşımaların Təşkili xidmətində arayışın verilməsi üzrə növbətçi vəzifəsində işləmişəm. Orada işlədiyim müddətdə verilən tapşırıqları həmişə layiqincə yerinə yetirmişəm, hər hansısa bir intizam tənbeh tədbiri almamışam. Lakin 11 may 2021ci il tarixdə 23:00-da işim bitirdi, təxminən işin bitməyinə 15 dəqiqə qalırdı məndə hamiləliyimlə bağlı vəziyətimdə ağırlaşma başladı, həmin zaman iş yoldaşlarım tərəfindən Naxçıvan Doğum mərkəzinə aparıldım. May ayının 11-dən, 26-a dək doğum mərkəzində qalaraq müalicə almışam. Doğum mərkəzində müalicə almağımda bağlı arayış alıb X6 Limanına həyat yoldaşım X7 təqdim etmişdir. Xəstəxanada olduğum müddətdə xidmət rəisi həyat yoldaşım Asif Cəfərliyə bizim kadrın telefon nömrəsini verərək onunla əlaqə saxlamağımı bildirmişdir. Mən həmin zaman yəni may ayının 18-də kadrların rəisi Ayşən xanımla telefon əlaqəsi saxladım, o mənə bildirdi ki, hamilə olduğun üçün iş görmə qabiliyətin olmadığından səni ixtisara salmışıq. Mən həmin zaman bildirdim ki, hamilə olan şəxsi neçə ixtisara sala bilərsiniz, Ayşən xanım bildirdi ki, mən bilmərəm xidmət rəisi bilər. Mən qanuna zidd olduğunu bildirdiyim halda o mənə aidiyyatı yoxdur deyə cavab verdi. Bundan sonra yenə mən hansı əsaslarla çıxarıldığımı və hansı tarixdə əmək müqaviləmə xitam verildiyini bilmək üçün əmək kitabçamın alınması ilə bağlı dəfələrlə telefon vastəsi ilə müraciət etsəm də əmək kitabçam verilməmişdir. Mən bundan sonra yazılı olaraq müraciət etdim, 05 mart 2023-cü ıl tarixində əmək kitabçam poçt vastəsi ilə göndərilmişdir. Lakin mən əmrin surətini və əmək kitabçamın verilməsini xahiş etsəm də yalnlz əmək kitabçam göndərilmiş, əmrin surəti göndərilməmişdir. Məni işdən məcburi olaraq birbaşa Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə uyğun olaraq ştat vahidi ixtisar edildiyindən əmək müqaviləmə xx.xx.2021-ci il tarixli, 34/K №-li əmrlə qərəzli şəkildə xitam verilmişdir. Lakin hesab edirəm ki, həmin maddənin mənimlə heç bir əlaqəsi yoxdur. X2 Təşkilatına müraciət edilmiş, lakin heç bir müsbət nəticə alınmadığından məhkəməyə müraciət etməyim tövsiyyə olunmuşdur. Tələbimin əsası kimi istinad etdiyim fakt və halların siyahısı olaraq şəxsiyyət vəsiqəsinin surətləri, qeydiyyat yeri barədə arayışılar, əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surəti, mediasıya arayışı və ödəniş qəbzi, doğum haqqında şəhadətnamədən çıxarış, etibarnamə, ******* saylı vəkil orderi, tibbi kartasından çıxarış, göndərişdir. Babək Rayon Məhkəməsinin «23» may 2023-cü il tarixli, 2(079)-345/2023 nömrəli qərardadı ilə iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.2-ci maddəsinə əsasən çəkişmə prinsipinə riayət edilməklə, tərəflərin iştirakı ilə məhkəmə iclasında baxılmalı olduğu qənaətinə gəlinmiş, iclas xx.xx.2023-cü il tarixə təyin olunmuşdur. İddiaçı məhkəmə iclasında verdiyi izahatında iddia ərizəsinin qanunla müəyyən edilmiş məhkəmədə baxılması üçün geri qaytarılmasına etirazının olmadığını bildirmişdir. İddiaçının vəkil-nümayəndəsi Vəkil məhkəmə iclasında verdiyi izahatında Naxçıvan X5 yerləşdiyi ünvanın indiyə qədər Babək rayonu ərazisi olaraq bilinib qəbul edilməsini nəzərə alaraq iddianı Babək Rayon Məhkəməsinə verdiyini, hüquqi ünvanının Naxçıvan şəhəri olduğunun müəyyənləşdirilməsi nəzərə alınmaqla müvafiq qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi Naxçıvan X5 hüquqi ünvanı nəzərə alınmaqla iddia ərizəsinin geri qaytarılmasına etirazının olmadığını bildirmişdir. Məhkəmə tərəfindən cavabdehin hüquqi ünvanının müəyyən edilməsi məqsədilə Babək rayon İcra Hakimiyyəti, Naxçıvan şəhər İcra Hakimiyyəti, Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə sorğular göndərilmişdir. Babək rayon İcra Hakimiyyəti 26 may 2023-cü il tarixli sorğuya cavab məktubunda bildirmişdir ki, Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Babək rayon İdarəsində Naxçıvan X5 hüquqi ünvanının yerləşdiyi inzibati ərazi vahidi barədə araşdırma aparılmış və Hava Limanının hüquqi ünvanının Babək rayonunun sərhədləri daxilində olmadığı müəyyən olunmuşdur. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti 31 may 2023-cü il tarixli sorğuya cavab məktubunda bildirmişdir ki, X6 Limanı Naxçıvan şəhəri inzibati ərazi vahidinin sərhədləri daxilində yerləşir. Məktuba əlavə edilmiş torpaq sahəsinin plan-ölçüsündə torpaq sahəsinin ünvanı olaraq Naxçıvan şəhəri göstərilmişdir. “Naxçıvan” X5 direktoru sorğuya cavab olaraq bildirmişdir ki, Dövlət Mülki Aviasiya Agentliyi tərəfindən verilmiş uyğunluq sertifikatı və Dövlət Vergi Xidmətindən çıxarışa əsasən “Naxçıvan” X5 hüquqi ünvanı Naxçıvan şəhəri olaraq müəyyənləşdirilmişdir. Sözügedən uyğunluq sertifikatında aerodromun yeri Naxçıvan şəhərindən 5 km cənub-qərbdə, Naxçıvan-Culfa avtomobil yolundan cənubda qeyd olunmuşdur. Həmçinin sorğuya əlavə edilmiş dövlət reyestrindən çıxarışda Naxçıvan X5 hüquqi ünvanı Naxçıvan şəhəri olaraq müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 4.1-ci maddəsinin tələbinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki prosessual qanunvericiliyin tələbindən də göründüyü kimi hər hansı bir şəxs hüququnun müdafiəsini məhkəmə qaydasında həyata keçirirsə müvafiq qaydalara əməl etməlidir. Bunun üçün ilkin olaraq müvafiq ərizə (və ya iddia ərizəsi) ilə məhkəməyə müraciət etməli və onu Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə əməl etməklə tərtib etməlidir. Buna əməl edilməməsi isə müvafiq prosessual nəticələrə səbəb olur. Elə bu məqsədlə də məhkəməyə ərizə daxil olduqda hakim onun verilməsi zamanı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərə əməl edilməklə verilib-verilməməsini yoxlayır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.2-ci maddəsinə əsasən zəruri hallarda iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə çəkişmə prinsipinə riayət edilməklə, tərəflərin iştirakı ilə baxıla bilər. MPM-in 35.1-ci maddəsində müəyyənləşdirilmişdir ki, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 51-ci maddəsinə əsasən hüquqi şəxsin daimi fəaliyyət göstərən orqanının, siyasi partiyada rəhbər orqanlarının qərargahının yerləşdiyi yer hüquqi şəxsin olduğu yer sayılır. Həmçinin sözügedən iddia tələbi üzrə qanunda ümumi aidiyyət qaydasından fərqli qayda müəyyən edən hər hansı başqa hal nəzərdə tutulmamışdır. Şəxsin məhkəmə müdafiəsi hüququnun tam həcmdə həyata keçirilməsi və pozulmuş hüquqların ədalət mühakiməsinin əsas prinsiplərinin tələblərinə cavab verən şəkildə bərpa edilməsi üçün qanunvericilikdə nəzərdə tutulan xüsusi təminatlardan biri də aidiyyət institutudur. Məhkəmə sistemi daxilində mülki işlərə mahiyyəti üzrə tez bir zamanda baxılıb həll edilməsinin təmin olunması üçün məhkəmə aidiyyəti qaydalarına riayət edilməsi müstəsna əhəmiyyət kəsb edir. MPM-in 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Məhkəmə təcrübəsində aidiyyət qaydalarına fərqli yanaşma nəticədə Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsində göstərilən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququnun pozulmasına səbəb ola bilər. MPM-in 152.1 və 152.1.3-cü maddələrinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı X1rşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmağa görə əmək haqqı tələbinə dair iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. MPM-in 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir (152.3-cü maddə). Ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı olduğundan iddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırılaraq ümumi qaydada ikinci dəfə aidiyyəti üzrə müvafiq məhkəməyə müraciət edə bilər. Qeyd olunanlara əsasən və MPM-in 152.2, 152.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, qəraraaldım: İddiaçı X1rşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmağa görə əmək haqqı tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırılaraq ümumi qaydada ikinci dəfə aidiyyəti üzrə müvafiq məhkəməyə müraciət edə bilər. Qərardaddan o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Babək Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(079)-345/2023
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №2(079)-345/2023
07.06.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver