Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-348/2025 21.06.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X29 məhkəmə iclas katibliyi, Ərizəçi, ərizəçinin vəkil-nümayəndəsi Nümayəndə, şahidlər Şahid2 və Şahid1 iştirakları ilə, Ərizəçi Maraqlı şəxs7, Maraqlı şəxs9, Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5, Maraqlı şəxs6 və Maraqlı şəxs8 qarşı mirasın qəbul edilməsi faktının müəyyən olunması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Ərizəçi X17 vəkil-nümayəndəsi Nümayəndə “28” aprel 2025-ci il tarixdə Babək Rayon Məhkəməsinə mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə müraciət edərək, X5 ölümündən sonra miras əmlak olan Babək rayonu, Şıxmahmud kəndində yerləşən 0.17 kv.m torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 153.95 kv.m fərdi yaşayış evinin Ərizəçi tərəfindən qəbul edilməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, X9 Ərizəçi anasıdır. X9 09 mart 2009-cu il tarixdə "Beyinə Qan sızma" xəstəliyinə görə vəfat etmişdir. X4 Babək rayonu, Şıxmahmud kəndində yerləşən 0.17 kv.m torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 153.95 kv.m fərdi yaşayış evi miras qalmışdır. X5 aşağıdakı vərəsələri var.
1. Həyat yoldaşı- X35-- xx.xx.1975-ci ildə vəfat edib
2. Qızı- X24 -xx.xx.2020-ci il tarixdə vəfat edib
3. Oğlu- X22 -xx.xx.2015-ci il tarixdə vəfat edib
4. Oğlu- Ərizəçi - 1960-cı il tarixdə doğulub.
5. X27 qızı - 1963-cüi il tarixdə doğulub.
6. Oğlu-Maraqlı şəxs9 - 1964-zü il tarixdə doğulub. X5 ölümündən sonra miras əmlak olan Babək rayonu, Şıxmahmud kəndində yerləşən 0.17 kv.m torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 153.95 kv.m fərdi yaşayış evi Ərizəçi tərəfindən qəbul edilmiş və hamıya nümayiş etdirilmişdir. Həmçinin miras əmlaka dair torpaq və əmlakın vergisini, həmçinin kommunal xərclər olan işıq və qazın Ərizəçi tərəfindən ödəməsi barədə arayışlarla öz təsdiqini tapır. Həmçinin sözü gedən miras əmlaka dair çıxarış Ərizəçi tərəfindən alınmışdır. X2 mirası qəbul etməməsi və gələcəkdə də bununla bağlı heç bir iddia və tələbinin olmaması barədə ərizəsi vardır. Digər vərəsə olan Maraqlı şəxs9 1988-ci il tarixdən Rusiya Federasiyasının Rostov şəhərində yaşayır və mirası əmlakı qəbul etməmişdir. X1 vərəsələri olan, Maraqlı şəxs2, Maraqlı şəxs1, Maraqlı şəxs4 və X13 mərhum nənələri X11 miras qalan əmlakı qəbul etmək niyyətində olmadıqlarını və gələcəkdə bununla bağlı hər hansı bir iddia və tələblərinin olmayacaqları ərizələri ilə öz təsdiqini tapır. Vərəsələrdən X3 vərəsələri X25, X26 və Maraqlı şəxs6 Bakı şəhərində yaşadıqlarından miras əmlakın ərizəçi tərəfindən qəbul olunmasına dair öz münasibətlərini bildirməmişdilər. Qeyd olunan ərizələr də ərizəyə əlavə olunmuşdur. Vərəsəlik şəhadətnaməsinin alınması üçün Naxçıvan Regional "Asan Xidmət” mərkəzinin notariat ofisinə müraciət olunmuş. Naxçıvan "Asan Xidmət” mərkəzinin notariat ofisi xx.xx.2025- ci il tarixli məktubunda vərəsəlik şəhadətnarnəsi verməkdən rəsmi olaraq imtina edərək məhkəməyə müraciət olunması bildirilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxslər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələbini rəhbər tutmaqla işə maraqlı şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Ərizəçi məhkəmə iclasında verdiyi izahatında anasının vəfatından əvvəl də, vəfatından sonra da həmin evdə yaşamağa davam etdiyini, evin bütün kommunal xərclərini özünün ödədiyini, anası X18 2009-cu ildə vəfat etdiyini, anası vəfat edən zaman onunla birlikdə yaşadığını, ailədə 2 bacı və 3 qardaş olduqlarını, bacılarının Əsgərova Məryəm, Əsgərova Şəhla, qardaşlarının isə Maraqlı şəxs9 və Əsgərov Süleyman olduğunu, bacısı Əsgərova Şəhlanın sağ olduğunu, Əsgərova Məryəmin isə 2020-ci ildə vəfat etdiyini, onun övladları Maraqlı şəxs1, Maraqlı şəxs2, Rübabə Allahverdiyeva və Maraqlı şəxs4 olduğunu, qardaşı Süleymanın 2015-ci ildə vəfat etdiyini, onun Kənan, Sevinc və Emilya adlı 3 övladının olduğunu, qardaşı Telmanın isə 1980-ci ildən Rusiyada yaşadığını və oranın vətəndaşı olduğunu, digər qardaşı Süleymanın isə bir müddət Astara rayonunda yaşadıqdan sonra Bakı şəhərinə köçdüyünü, anasının vəfatından sonra orada ondan başqa heç kimin yaşamadığını və miras qalan hər hansı bir əşyanı qəbul etmədiklərini, bacı-qardaşlarının ailə qurub öz evlərində yaşadığını, hazırda öz ailə üzvləri oğlu Abbasəli Əsgərov, qızı Fidan Əsgərova və yoldaşı Nailə Əsgərovadan ibarət olmaqla miras əmlakda yaşadıqlarını, anası vəfat etdikdən sonra qardaşı Telmandan başqa digər qardaş və bacılarının da yasda iştirak etdiklərini, yas mərasiminin həmin miras əmlakda baş tutduğunu, anasının ölümündən sonra 6 ay müddətində həmin evdə təmir işləri apardığını, mərhum qardaşı Süleymanın oğlu Kənanın həmin miras əmlakdan torpaq istədiyi üçün notariusda mirasdan imtina ilə bağlı ərizə verməkdən imtina etsə də, daha sonra şifahi əlaqə saxladıqda etiraz etmədiyini bildirdiyini, qardaşının sağlığında münasibətlərinin normal olduğunu, o vəfat etdikdən sonra oğlu ilə münasibətlərinin pozulduğunu bildirmiş, sonda ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs1 məhkəmə hazırlıq iclasında verdiyi izahatında ərizəçinin onun dayısı olduğunu, sözügedən əmlakın isə nənəsindən miras qaldığını, hazırda həmin əmlakda dayısı Mehmanın yaşadığını, həmin miras əmlakla bağlı heç bir tələbinin olmadığını, anası Məryəm Əsgərovanın 2020-ci ildə vəfat etdiyini, anasının ondan başqa digər övladları Maraqlı şəxs2, Rübabə Allahverdiyeva və Maraqlı şəxs4 olduğunu, Yaşar və Anarın fiziki qüsurlu olduğunu, eşidə və danışa bilməsələr də, tərcüməçi vasitəsilə mirası qəbul etməkdən imtina ilə bağlı ərizə verdiklərini, mirasın dayısı Ərizəçi tərəfindən faktiki qəbul edilməsi barədə qərar çıxarılmasına etirazı olmadığını bildirmişdir. Maraqlı şəxs7 məhkəmə hazırlıq iclasında verdiyi izahatında Mehmanın onun qardaşı olduğunu, anası vəfat etdikdən sonra həmin miras əmlakda onun yaşamaqda davam etdiyini və miras əmlaka onun baxdığını, həmçinin anasının sağlığında da onun həmin miras əmlakda yaşadığını, yas mərasimində iştirak etdiyini və həmin vaxtdan sonra Mehmandan başqa orada heç kimin yaşamadığını bildirmişdir. Şahid2 məhkəmə iclasında verdiyi izahatında özünün də atasından qalan əmlakda yaşadığını və uzun müddətdir Babək rayonu Şıxmahmud kəndində Mehmanla qonşu olduğunu, Mehmanın isə əzəldən orada qaldığını, belə ki, Mehmanın anası Zeynəbin 2009cu ildə vəfatından sonra da orada yaşamağa davam etdiyini, anasının yasını da Mehmanın özünün götürdüyünü, yas mərasiminin həmin evdə keçirildiyini, özünün yasda iştirak etdiyini, digər vərəsələrdən həmin evdə yaşayan olmadığını, Mehmanın qardaşlarından olan Telmanın uzun müddətdir ki, ölkə xaricində olduğunu, Süleymanın isə vəfat etdiyini, Süleymanın sağlığında Mehmanın miras əmlakda əziyyət çəkdiyini və evi ona halal etdiyini dediyini bildirmişdir. Şahid1 məhkəmə iclasında verdiyi izahatında Mehmanın onun həm bibisinin nəvəsi olduğunu, həm də qonşu olduqlarını, onun evin ən istəkli övladı olduğunu, qardaşı Süleymanın hazırda vəfat etdiyini, Telmanın isə Rusiyada olduğunu, Mehmanla evləri arasındakı məsafənin 100 metr olduğunu, Mehmanın anası Zeynəbin nə vaxt vəfat etdiyini dəqiq bilmədiyini, amma yasda iştirak etdiyini, yas mərasimini həmin evdə Mehmanın təşkil etdiyini, yasdan sonra da Mehmanın orada yaşamağa davam etdiyini, hazırda da Mehmanın orada qaldığını bildirmişdir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmış, məhkəmə iclasında tədqiq olunmuş sübutlar əsasında belə nəticəyə gəlmişdir ki, X11 Babək rayonu, Şıxmahmud kəndində yerləşən 0.17 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 153.95 m2 olan fərdi yaşayış evinin miras qalması, mirasın X18 09 mart 2009-cu ildə vəfat etməsi ilə açılması, onun sağ qalan birinci növbə vərəsələrinə Ərizəçi, Maraqlı şəxs7 və Maraqlı şəxs9 daxil olması, birinci növbə vərəsələrindən X12 və X10 miras qoyanın ölümündən sonra vəfat etməsi, miras qoyan tərəfindən vəsiyyətnamə qoyulmaması mülki işin mübahisəsiz hallarıdır. Belə ki, ərizəyə əlavə edilmiş; - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş 13/1254 nömrəli, xx.xx.2024-cü il tarixli arxiv arayışdan mərhum X35 ilə X9 arasında 1940-cı il tarixdə 20 №-li aktla nikah bağlanması; - Babək Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş ölüm akt qeydləri kitabından çıxarışdan X23 xx.xx.1975-ci il tarixdə vəfat etməsi; - AZ-İ seriyalı, 333847 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən X18 xx.xx.2009-cu il tarixdə vəfat etməsi, bunun ölüm akt qeydləri kitabında 08 № ilə qeydə alınması; - Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyəti Şıxmahmud kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 247 nömrəli arayışdan X5 ailə üzvlərinə əri - X35 (vəfat edib), qızı - X24 (vəfat edib), oğlu-X22 (vəfat edib), oğlu - Ərizəçi, qızı-Maraqlı şəxs7 və oğlu - Maraqlı şəxs9 daxil olması; - Ağcabədi rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-16-5/8- 16-443/2025 nömrəli arayışdan atası X35, anası X30 olan X12 24 noyabr 1955-ci il tarixdə anadan olması, bunun doğum akt qeydləri kitabında 212 № ilə qeydə alınması; - Naxçıvan “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 970 nömrəli arayışa əsasən atası X35, anası X30 olan X10 xx.xx.1958-ci il tarixdə anadan olması, bunun doğum akt qeydləri kitabında 199 № ilə qeydə alınması; - Ağcabədi rayon VVAQ Bürosu tərəfindən verilmiş xx.xx.1960-cı il tarixli, İİ-İE seriyalı, 052475 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən atası X35, anası X30 olan Ərizəçi xx.xx.1960-cı il tarixdə anadan olması, bunun doğum akt qeydləri kitabında 519 № ilə qeydə alınması; - Ağcabədi rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, AZ-T seriyalı, 285814 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən atası X35, anası X30 olan Bayramova (Əsgərova ) Şəhla Abbasəli qızının xx.xx.1963-cü il tarixdə anadan olması, bunun doğum akt qeydləri kitabında 309 № ilə qeydə alınması; - Babək Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, Az seriyalı, 592444 nömrəli doğum akt qeydləri kitabından çıxarışdan atası X35, anası X30 olan Maraqlı şəxs9 xx.xx.1964-cü il tarixdə anadan olması, bunun doğum akt qeydləri kitabında 96 № ilə qeydə alınması; - Bakı şəhəri, 2 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş Az-İ seriyalı, 776373 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən X10 xx.xx.2015-ci il tarixdə vəfat etməsi, bunun ölüm akt qeydləri kitabında 999 № ilə qeydə alınması; - Babək Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, Vİİ-JQ seriyalı, 325651 nömrəli doğum akt qeydləri kitabından çıxarışdan atası X22, anası X37 olan X14 xx.xx.1980-ci il tarixdə anadan olması, bunun doğum akt qeydləri kitabında 109 № ilə qeydə alınması; - Babək Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, X-JQ seriyalı, 306653 nömrəli doğum akt qeydləri kitabından çıxarışdan atası X22, anası X37 olan Maraqlı şəxs6 xx.xx.1984-cü il tarixdə anadan olması, bunun doğum akt qeydləri kitabında 63 № ilə qeydə alınması; - Naxçıvan “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 971 nömrəli arayışa əsasən atası X22, anası Əsgərova (Orucova) Fəridə Musa qızı olan X15 xx.xx.1987-ci il tarixdə anadan olması, bunun doğum akt qeydləri kitabında 175 № ilə qeydə alınması; - Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş Az-İ seriyalı, 801133 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən X12 xx.xx.2020-ci il tarixdə vəfat etməsi, bunun ölüm akt qeydləri kitabında 550 № ilə qeydə alınması; - Naxçıvan MR Naxçıvan şəhər İcra hakimiyyəti 4 №-li Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 87 nömrəli arayışdan mərhum X12 vərəsələrinə X6 (vəfat edib), Maraqlı şəxs1, X16 (vəfat edib), Maraqlı şəxs2, Nuruyeva (Allahverdiyeva) Rübabə Məhərrəm qızı, Maraqlı şəxs4 daxil olması; - Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş Az-İ seriyalı, 495591 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən X7 xx.xx.2014-cu il tarixdə vəfat etməsi; - Şıxmahmud kənd soveti tərəfindən verilmiş xx.xx.1982-ci il tarixli, Vİİİ-JQ seriyalı 436688 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən atası X6, anası X8 olan Maraqlı şəxs1 xx.xx.1974-cü il tarixdə anadan olması, bunun doğum akt qeydləri kitabında 89 № ilə qeydə alınması; - Naxçıvan şəhər VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.1982-ci il tarixli, Vİİİ-JQ seriyalı 471042 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən atası X6, anası X8 olan Maraqlı şəxs2 xx.xx.1982-ci il tarixdə anadan olması, bunun doğum akt qeydləri kitabında 795 № ilə qeydə alınması; - Naxçıvan şəhər VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.1984-cü il tarixli, X-JQ seriyalı 270475 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən atası X6, anası X8 olan Nuruyeva (Allahverdiyeva) Rübabə Məhərrəm qızının xx.xx.1984-cü il tarixdə anadan olması, bunun doğum akt qeydləri kitabında 641 № ilə qeydə alınması; - Naxçıvan şəhər VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.1990-cı il tarixli, XV seriyalı 256592 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən atası X6, anası X8 olan Maraqlı şəxs4 xx.xx.1990-cı il tarixdə anadan olması, bunun doğum akt qeydləri kitabında 28 № ilə qeydə alınması; - Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri” Publik hüquqi Şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2024-cü il tarixli, ********** nömrəli çıxarışdan Babək rayonu, Şıxmahmud kəndində yerləşən 0.17 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 153.95 m2 fərdi yaşayış evinin X5 xüsusi mülkiyyətində olması müəyyən olunur. Mülki iş materiallarından aydın olur ki, Ərizəçi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə dair müraciətinə cavab olaraq Babək rayon Notariat ofisinin notariusu tərəfindən şəhadətnamənin verilməsindən qanunla nəzərdə tutulmuş müddət keçdiyindən imtina olunmuş, məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Mülki işin mübahisə doğuran halı Ərizəçi mərhum anası X11 miras qalan əmlakı faktiki olaraq qəbul edib-etməməsidir. Mülki işin mübahisəli halının həlli ilə bağlı ərizəçinın izahatı, maraqlı şəxslərin izahatları, şahid ifadələri və yazılı sübutları mülki iş materialları ilə əlaqəli şəkildə, onları isə qanunvericiliyin tələbləri daxilində tədqiq edən məhkəmə qeyd edir ki, tərəflər arasında vərəsəlik münasibətlərindən irəli gələn hüquq münasibətləri mövcuddur. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi və digər tərəfdən vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə görə vərəsəlik anlayışı altında, ölmüş şəxsin əmlakının qanun üzrə və ya vəsiyyət üzrə, yaxud hər iki əsasla başqa şəxslərə (vərəsələrə) keçməsi başa düşülür. Vərəsəlik münasibətləri miras qoyanla vərəsələr arasında qanunda nəzərdə tutulmuş əsaslar üzrə, yaxud miras qoyanın iradəsinə əsaslanan vəsiyyət üzrə yaranır (Mülki Məcəllənin 1133-cü maddəsi). Mülki məcəllənin 1133.2-ci maddəsinə görə qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Mülki işin araşdırılması zamanı miras qoyanın vəsiyyətnamə qoymadığı müəyyən olunmuşdur. Həmin məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı qanun üzrə vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər. Həmin Məcəllənin 1159.1 və 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin məcəllənin 1159.1.3-ci maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin məcəllənin 1243.1-ci maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin məcəllənin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin məcəllənin 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin məcəllənin 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə” xx.xx.2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə, həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Həmçinin həmin qərarda qeyd olunmuşdur ki, mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 99-cu maddəsində əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübutların aşağıdakılar ola biləcəyi qeyd edilmişdir: - vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; - mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; - mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; - mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; - miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər. Naxçıvan MR Babək Rayon Şıxmahmud bələdiyyəsi tərəfindən verilmiş 21 yanvar 2024-cü il tarixli arayışa əsasən Ərizəçi X18 öldüyü günə kimi onunla yaşamış, qazancları bir olmuş, evin və torpağın əmlak vergisini Ərizəçi ödəmişdir. Onun bələdiyyəyə heç bir borcu yoxdur. Naxçıvan Regional “ Asan xidmət” mərkəzi, Naxçıvan MR dövlət Energetika xidməti tərəfindən verilmiş 07 yanvar 2025-ci il tarixli, 02 nömrəli arayışa əsasən ünvan 1i ünvanında xx.xx.2017-ci il tarixdə quraşdırılan sayğac nömrəsi 70663029 olan elektron tipli elektrik sayğacının müqaviləsi Ərizəçi adına bağlanmışdır, Ödənişlər Ərizəçi tərəfindən ödənilmiş və xx.xx.2025-ci il tarixə qədər heç bir borc yoxdur. Naxçıvan Regional “ Asan xidmət” mərkəzi, Naxçıvan Kommunal (Qaz) xidməti tərəfindən verilmiş 07 yanvar 2025-ci il tarixli arayışa əsasən Naxçıvan MR ünvan 1i ünvanındakı qaz sayğacının müqaviləsi xx.xx.2017-ci il tarixdə Ərizəçi bağlanmışdır və həmin ildən qaz ödənişləri Ərizəçi tərəfindən ödənilir. ünvan 1 İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 06 yanvar 2025ci il tarixli arayışda Ərizəçi Babək rayonu, Şıxmahmud kəndində pasport qeydiyyatında olması göstərilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsində qeyd olunmuş “məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir” və 77.1-ci maddəsində əks olunmuş “hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir” normalarını tərəflərin nəzərinə çatdıran məhkəmə bildirir ki, yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən ərizəçi ərizənın əsasını təşkil edən halları, maraqlı şəxs isə etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Konstitusiya Məhkəməsi Plenumunun Ə.Əfəndiyeva və N.Kərimovanın şikayəti üzrə 2012-ci il 5 oktyabr tarixli Qərarında göstərilmişdir ki, vərəsə miras əmlakın bir hissəsini mülki qanunvericilikdə nəzərdə tutulmuş əsasla (qanun üzrə və ya vəsiyyət üzrə) qəbul etdikdə, o, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, hamısını və ya ona çatası payın qəbul edilməsi kimi qiymətləndirilməlidir. Bu, vərəsələrin miras qalmış əmlakın qəbul edilməsi üçün əvvəl ifadə edilmiş iradəsini təsdiq edir, həmçinin həmin əmlaka onların qanuni əsaslarla əldə olunmuş mülkiyyət hüquqlarının davamlılığını və əsassız məhdudiyyətlər qoyulmadan həyata keçirilməsini təmin edir. Beləliklə mülki iş üzrə məhkəmə araşdırmasının nəticəsi olaraq məhkəmə iclasında hərtərəfli tədqiq olunmuş sübutlar (işdə iştirak edən şəxslərin izahatları, şahid ifadələri və yazılı sübutlar) əsasında müəyyən olunmuşdur ki, Ərizəçi X11 miras qalan əmlakı, onun ölümündən sonra mirasın qəbulu üçün qanunla nəzərdə tutulmuş müddət ərzində faktiki cəhətdən ələ keçirməklə ona sahib durmuş, bununla da faktiki sahiblik etmək üsulu ilə mirası qəbul etmişdir. Yuxarıda qeyd olunanları rəhbər tutaraq yekunda məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin olunmalı, 09 mart 2009-cu il tarixdə vəfat etmiş X11 miras qalmış Babək rayonu, Şıxmahmud kəndində 0.17 ha yaşayış məntəqəsi təyinatlı torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 153.95 m2 fərdi yaşayış evi miras əmlakın olaraq Ərizəçi tərəfindən faktiki qəbul olunması faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qətetdi: Ərizə təmin olunsun. 09 mart 2009-cu il tarixdə vəfat etmiş X11 miras qalmış Babək rayonu, Şıxmahmud kəndində 0.17 ha yaşayış məntəqəsi təyinatlı torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 153.95 m2 fərdi yaşayış evinin miras əmlak olaraq Ərizəçi tərəfindən faktiki qəbul olunması faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.