Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № 2(079)-351/2023 25.05.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ İddia ərizəsinin qaytarılması haqqında Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlu İddiaçı Cavabdeh qarşı miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə iddiaçının ərizəsini məhkəmənin inzibati binasında tərəflərin iştirakı olmadan nəzərdən keçirərək müəyyənetdi: İddiaçı 24 may 2023-cü ildə Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum X4 və X1 ümumi mülkiyyətində olan Babək rayonu, Şıxmahmud kəndində yerləşən 0.2607 hektar həyətyanı torpaq sahəsinin miras qoyan mərhum anası X3 münasibətdə olan hissəsinin onun tərəfindən qəbul edilməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdi. 25 may 2023-cü ildə isə iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdi. Məhkəmə İddiaçı ərizəsini mülki prosessual qanunvericiliyin tələbləri daxilində nəzərdən keçirərək belə hesab edir ki, onun Cavabdeh qarşı miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, sözü gedən iddia ərizəsi 24 may 2023-cü il tarixdə məhkəməyə daxil olsa da o, hələ məhkəmənin icraatına qəbul edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.3-cü maddəsinin mahiyyətindən aydın olur ki, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılan iddia ərizələri istisna olmaqla məhkəməyə daxil olmuş iddianın mümkünlüyünü məhkəmə 5 gün ərzində yoxlamaq səlahiyyətinə malikdir və bu müddət ərzində onun icraata qəbul edilməsi və ya edilməməsi məsələsi qanunvericiliyin tələbləri daxilində müzakirə edilərək həll olunur. Həmin Məcəllənin 152.1 və 152.1.9-cu maddələrinin ümumi məzmunundan isə o da məlum olur ki, iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda iddia ərizəsi geri qaytarılır. Yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddələrində həmin Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa dövlət rüsumu geri qaytarılmalı olması nəzərdə tutulduğundan, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialı vasitəsi ilə 20 may 2023-cü il tarixli, 2447 nömrəli (********** GPP nömrəli) qəbzlə ödədiyi 100 (bir yüz) manat miqdarında dövlət rüsumu ona geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.2, 152.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: İddiaçı Cavabdeh qarşı miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialı vasitəsi ilə 20 may 2023-cü il tarixli, 2447 nömrəli (********** GPP nömrəli) qəbzlə ödədiyi 100 (bir yüz) manat miqdarında dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Babək Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Əliyev.
Məhkəmə qərarları › İş №2(079)-351/2023
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №2(079)-351/2023
25.05.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver