Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-38/2024 11.03.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X6 məhkəmə iclas katibliyi, ərizəçinin vəkil-nümayəndəsi Nümayəndə iştirakları ilə, Ərizəçi miras əmlakın qəbul edilməsi faktının müəyyən olunması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Ərizəçi “16” noyabr 2023-cü il tarixdə Babək Rayon Məhkəməsinə mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə müraciət edərək Babək rayonu, Cəhri kəndində yerləşən ümumi sahəsi 120.72 kv.m olan fərdi yaşayış evi və 0.2546 hektar olan torpaq sahəsindən ibarət miras əmlakın onun tərəfindən faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Babək rayonu, Cəhri kəndində yerləşən ümumi sahəsi 120.72 kv.m olan fərdi yaşayış evi mərhum anam X2 miras qalmışdır. X1 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Onun aşağıdakı vərəsələri vardır: 1. Ərizəçi; 2. Maraqlı şəxs1; 3. Maraqlı şəxs2; 4. Maraqlı şəxs3ov oğlu; 5. Maraqlı şəxs4. Qeyd edim ki, həmin mülkiyyətə Ərizəçi sahiblik etmişdir. Evin bütün komunnal su, qaz və elektrik xərclərini Ərizəçi ödəmişdir. Babək rayonu, Cəhri kəndində yerləşən fərdi yaşayış evinə və torpaq sahəsinə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün notariat ofisinə müraciət etdim. 07 noyabr 2023-cü il tarixdə cavab olaraq bildirilmişdir ki, mübahisənin həlli üçün məhkəməyə müraciət etməlisiniz. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3 və Maraqlı şəxs4ov oğlu maraqlı şəxs qismində işə cəlb edilmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, ərizəçi və maraqlı şəxslər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələbini rəhbər tutmaqla işə maraqlı şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Ərizəçinin vəkil-nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və ərizənin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmış, məhkəmə iclasında tədqiq olunmuş sübutlar əsasında belə nəticəyə gəlmişdir ki, X2 Babək rayonu, Cəhri qəsəbəsində yerləşən 120.72 kv.m olan fərdi yaşayış evi və 0.2546 ha torpaq sahəsinin miras qalması, X4 xx.xx.2020-ci il tarixdə vəfat etməsi, onun hazırda sağ olan vərəsələrinə Ərizəçi, Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4ov oğlunun daxil olması, miras qoyan tərəfindən vəsiyyətnamə qoyulmadığı mülki işin mübahisəsiz hallarıdır. Belə ki, ərizəyə əlavə edilmiş: - Doğum haqqında şəhadətnamədən X5 xx.xx.1957-ci ildə doğulduğu, anasının isə X4 olması; - “Nikahın bağlanması haqqında” şəhadətnamənin təsdiq olunmuş surətindən məlum olur ki, X13 ilə X8 23 avqust 1953-cü ildə nikaha daxil olmuşlar; - Babək rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında akt qeydləri kitabından çıxarışa əsasən Maraqlı şəxs1 xx.xx.1965-ci ildə doğulduğu, atasının X3, anasının isə X4 olması; - Babək rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında akt qeydləri kitabından çıxarışa əsasən Maraqlı şəxs2 xx.xx.1968-ci ildə doğulduğu, atasının X3, anasının isə X4 olması; - Babək rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında akt qeydləri kitabından çıxarışa əsasən Maraqlı şəxs3 xx.xx.1970-ci ildə doğulduğu, atasının X3, anasının isə X4 olması; - Babək rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında akt qeydləri kitabından çıxarışa əsasən Maraqlı şəxs4 xx.xx.1975-ci ildə doğulduğu, atasının X3, anasının isə X4 olması; - Babək rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən X12 ilə X9 arasında xx.xx.1994-cü il tarixdə nikahın bağlanması, nikahdan sonra qadına Məmmədova soyadının verilməsi; - Samara vilayəti X11 Qeydiyyatı İdarəsinin Samara şəhəri Tolyatti Mərkəzi rayonunun VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ölüm haqqında şəhadətnaməsinin təsdiq olunmuş tərcüməsindən X4 xx.xx.2020-ci il tarixdə Rusiya Federasiyası, Samara vilayəti, Tolyatti şəhərində vəfat etməsi; - xx.xx.2023-cü il tarixli, 1643 nömrəli arayışdan X4 vərəsələrinə Ərizəçi, Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3 və Maraqlı şəxs4 göstərilmişdir; - xx.xx.2023-cü il tarixli arayışdan Ərizəçi ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşaması; - Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq məsələləri üzrə Dövlət Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan Babək rayonu Cəhri qəsəbəsində yerləşən 120.72 kv.m olan fərdi yaşayış evi və 0.2546 hektar olan torpaq sahəsinin X4 xüsusi mülkiyyətində olması müəyyən olunur. Mülki iş materiallarından aydın olur ki, Ərizəçi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə dair müraciətinə cavab olaraq Babək rayon Notariat ofisinin notariusu tərəfindən şəhadətnamənin verilməsindən qanunla nəzərdə tutulmuş müddət keçdiyindən imtina olunmuş, məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Mülki işin mübahisə doğuran halı Ərizəçi X2 miras qalan əmlakı faktiki olaraq qəbul edib-etməməsidir. Mülki işin mübahisəli halının həlli ilə bağlı ərizəçinin vəkil-nümayədəsinin izahatını mülki iş materialları ilə əlaqəli şəkildə, onları isə qanunvericiliyin tələbləri daxilində tədqiq edən məhkəmə qeyd edir ki, tərəflər arasında vərəsəlik münasibətlərindən irəli gələn hüquq münasibətləri mövcuddur. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi və digər tərəfdən vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə görə vərəsəlik anlayışı altında, ölmüş şəxsin əmlakının qanun üzrə və ya vəsiyyət üzrə, yaxud hər iki əsasla başqa şəxslərə (vərəsələrə) keçməsi başa düşülür. Vərəsəlik münasibətləri miras qoyanla vərəsələr arasında qanunda nəzərdə tutulmuş əsaslar üzrə, yaxud miras qoyanın iradəsinə əsaslanan vəsiyyət üzrə yaranır (Mülki Məcəllənin 1133-cü maddəsi). Mülki Məcəllənin 1133.2-ci maddəsinə görə qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Mülki işin araşdırılması zamanı miras qoyanın vəsiyyətnamə qoymadığı müəyyən olunmuşdur. Həmin məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı qanun üzrə vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər. Həmin Məcəllənin 1159.1 və 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin məcəllənin 1159.1.3-ci maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin məcəllənin 1243.1-ci maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin məcəllənin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin məcəllənin 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarı ilə o nəticəyə gəlinmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin mirasın qəbulu institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin. Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin. Belə olan halda qərar qəbul edilərkən məhkəmənin icraatında olmuş sözügedən işə Konstitusiya Məhkəməsinin yuxarıda istinad edilən qərarı tətbiq olunmalıdır. Qərarda qeyd olunur ki, göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd edir ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur. Konstitusiya Məhkəməsinin Plenumu 2022-ci il 14 oktyabr tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinin davamı olaraq qeyd edir ki, mirasdan imtinanın ehtimal oluna bilmə imkanı mülkiyyət hüququnu və onun davamlılığını təmin edən vərəsəlik hüququnun konstitusion təminatını pozur. Beləliklə, sözügedən vəziyyətdə ərizəçinin qanunla nəzərdə tutulmuş müddət ərzində mirasdan imtina etmədiyi nəzərə alınmaqla işə baxılmalıdır. Mülki iş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli, 4 nömrəli məktubunda qeyd olunur ki, Babək rayon Cəhri qəsəbə sakini X4 vəfatından sonra Ərizəçi Sadıq qızı 3 ay ərzində mirası qəbul etməməsi ilə bağlı Babək rayon Notariat ofisinə müraciət etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsində qeyd olunmuş “məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir” və 77.1-ci maddəsində əks olunmuş “hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir” normalarını tərəflərin nəzərinə çatdıran məhkəmə bildirir ki, yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən ərizəçi ərizənın əsasını təşkil edən halları, maraqlı şəxs isə etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması gedişində maraqlı şəxslər ərizəyə qarşı etirazını bildirməmişdir. Konstitusiya Məhkəməsi Plenumunun Ə.Əfəndiyeva və N.Kərimovanın şikayəti üzrə 2012-ci il 5 oktyabr tarixli Qərarında göstərilmişdir ki, vərəsə miras əmlakın bir hissəsini mülki qanunvericilikdə nəzərdə tutulmuş əsasla (qanun üzrə və ya vəsiyyət üzrə) qəbul etdikdə, o, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, hamısını və ya ona çatası payın qəbul edilməsi kimi qiymətləndirilməlidir. Bu, vərəsələrin miras qalmış əmlakın qəbul edilməsi üçün əvvəl ifadə edilmiş iradəsini təsdiq edir, həmçinin həmin əmlaka onların qanuni əsaslarla əldə olunmuş mülkiyyət hüquqlarının davamlılığını və əsassız məhdudiyyətlər qoyulmadan həyata keçirilməsini təmin edir. Beləliklə mülki iş üzrə məhkəmə araşdırmasının nəticəsi olaraq məhkəmə iclasında hərtərəfli tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, Ərizəçi X2 miras qalmış əmlakı onun ölümündən sonra mirasdan imtina üçün qanunla nəzərdə tutulmuş müddət ərzində imtina etməməklə qəbul etmişdir. Yuxarıda qeyd olunanları rəhbər tutaraq yekunda məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin olunmalı, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X2 miras qalmış Babək rayonu Cəhri qəsəbəsində yerləşən 0.2546 hektar olan yaşayış məntəqəsi təyinatlı torpaq sahəsi və onun üzərində yerləşən 120.72 kv.m fərdi yaşayış evinin Ərizəçi tərəfindən faktiki qəbul olunması faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin olunsun. xx.xx.2020-ci il tarixdə vəfat etmiş X2 miras qalmış Babək rayonu Cəhri qəsəbəsində yerləşən 0.2546 hektar olan yaşayış məntəqəsi təyinatlı torpaq sahəsi və onun üzərində yerləşən 120.72 kv.m fərdi yaşayış evinin Ərizəçi tərəfindən faktiki qəbul olunması faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(079)-38/2024
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-38/2024
11.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver