Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-387/2023 09.08.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X14 məhkəmə iclas katibliyi, Ərizəçi, onun vəkil-nümayəndəsi Vəkil, şahidlər Şahid1 və Şahid2 iştirakları ilə, Ərizəçi miras əmlakın qəbul edilməsi faktının müəyyən olunması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Ərizəçi “13” iyun 2023-cü il tarixdə ərizə ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək mərhum əri X7 mülkiyyətində olan Babək rayonu, Badaşqan kəndində yerləşən 0.1375 ha həyətyanı torpaq sahəsi və üzərində tikilmiş 103.7 kv.metr fərdi yaşayış evinin miras əmlak olaraq tərəfindən qəbul edilməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ərim X18 20 noyabr 2012-ci il tarixdə ölmüşdür. Bizim 27 iyun 1963-cü il tarixli nikahımızdan 10 nəfər uşağımız doğulmuşdur. X19 (12 iyun 1996-cı il tarixdə ölüb); Maraqlı şəxs1; Maraqlı şəxs1; Vəliyeva (Hüseynova) Sevda Yusif qızı; Maraqlı şəxs4; Maraqlı şəxs9; İsmayılova (Hüseynova) Sevil Yusif qızı; Maraqlı şəxs7; X15; Qocayeva (Hüseynova) Raifə Yusif qızı. Böyük oğlum X19 12 iyun 1996-cı il tarixdə hələ ərim X18 ölməmişdən qabaq ölüb, onun da arvadı və 3 nəfər övladı vərəsəsi vardır. X20; Maraqlı şəxs10; Maraqlı şəxs11; Maraqlı şəxs12. Mərhum ərim X18 20 noyabr 2012-ci il tarixdə öləndən sonra onun mülkiyyətində olan Babək rayonu, Badaşqan kəndində yerləşən 0.1375 ha həyətyanı torpaq sahəsi və üzərində tikilmiş 103.7 kv.metr fərdi yaşayış evi miras qalmışdır. Mən ərimin ölümündən sonra onun mülkiyyətində olan Babək rayonu, Badaşqan kəndində yerləşən 0.1375 ha həyətyanı torpaq sahəsi və üzərində tikilmiş 103.7 kv.metr fərdi yaşayış evini 17 mart 2021-ci il tarixdə Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində **********92- 10301 nömrəli reyestr və ********** qeydiyyat nömrə ilə rəsmiləşdirib, adıma çıxarış almışam. Mən mərhum ərim Yusifin sağlığında da ölümündən sonra da həmin fərdi yaşayış evində birinci növbəli vərəsə kimi yaşamaqla, torpaq sahəsini əkibbecərərək meyvə ağaclarına qulluq göstərməklə miras əmlakı faktiki olaraq qəbul edib, həyətyanı sahə və əmlaka görə bələdiyyə vergisini ödəmişəm və bu günə borcu yoxdur. Hal-hazırda övladlarım hamısı ailə qurub ayrılıb, öz evlərində, ancaq balaca oğlum Nəsimi ailə üzvləri ilə birlikdə mənim yanımda yaşayırlar. Uşaqlarımın hamısı miras əmlakın qəbulundan imtina barədə notarial qaydada ərizə veriblər. Mən miras əmlakı faktiki olaraq qəbul etdiyim üçün adıma rəsmiləşdirmək istədim. Buna görə də mirasın qəbulu ilə bağlı müvafiq şəhadətnamə verilməsi üçün Babək rayon Notariat Ofisinə müraciət etdim. Babək rayon Notariat Ofisinin 12 may 2023cü il tarixli, 48 №-li məktubunda mirasın faktiki qəbulunun məhkəmə tərəfindən müəyyən olunduğu üçün məhkəməyə müraciət etməyim tövsiyyə olunmuşdur. Tələbimin əsası kimi istinad etdiyim fakt və halların siyahısı olaraq şəxsiyyət vəsiqələrinin surəti, doğum akt qeydindən çıxarışları, nikah, ölüm və doğum şəhadətnamələrin surətlərini, vərəsəlik, ailə tərkibi və qeydiyyat yerindən arayışları, mirasın qəbulundan imtina ərizələrini, evin çıxarışını, torpaq sahəsini planı və ölçüsünü, bələdiyyə arayışını, qaz və işıq idarəsindən arayışları, Babək rayon Notariat Ofisinin 12 may 2023-cü il tarixli, 48 nömrəli məktubunu və dövlət rüsumunun ödənilməsi barədə qəbzi, etibarnamə və vəkil orderini ərizə ərizəmə əlavə edirəm. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs9, Maraqlı şəxs5, Maraqlı şəxs7, X15, X26, Maraqlı şəxs10, Maraqlı şəxs11 və Maraqlı şəxs12 maraqlı şəxs qismində işə cəlb edilmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxslər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələbini rəhbər tutmaqla işə maraqlı şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Ərizəçi izahatında X18 ilə 1963-cü ildə nikaha daxil olmaqla ailə qurduqlarını, ərinin 2012-ci ildə vəfat etdiyini, birgə nikahlarından Abdulla, İsmayıl, İslam, Sevda, Zülfüqar, Asəf, Sevil, Nəsimi, Nəzakət, Raifənin dünyaya gəldiyini, böyük oğlu Abdullanın 12 iyun 1996-cı il tarixdə ərinin sağlığında vəfat etdiyini, 3 övladının Şahin, Elmar və Elmiranın vərəsə olaraq qaldığını, övladlarının hamısının ailə qurub miras əmlakdan ayrıldıqlarını, hazırda miras əmlakda oğlu Nəsimi və onun ailəsi ilə birlikdə yaşadığını, ərinin yas mərasiminin həmin evdə baş tutduğunu, onun ölümündən sonra da həmin evdə yaşamağa, orada təsərrüfat aparmağa davam etdiyini, bütün həyatının həmin torpaqda tikilmiş evdə keçdiyini, evi mərhum Yusiflə birlikdə tikib başa gətirdiklərini, 2021-ci ildə torpağı Yusifin ölümündən sonra onun adına sənədləşdirdiyini, uşaqlarının hamısının mirasdan imtina barədə ərizə verdiklərini, onların heç birinin evə dair ərizəlarının olmadığını, yalnız Nəsiminin atasının vəfatından sonra o evdə yaşamağa davam etdiyini, əvvəllər bütün kommunal ödənişləri öz adından özünün ödəməsinə baxmayaraq, yaşlandıqdan sonra ödənişlərin Nəsiminin adından edildiyini, uşaqları arasında miras əmlakla bağlı heç bir mübahisənin olmadığını bildirmiş ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında ərizəçinın vəkil-nümayəndəsi Vəkil oğlu izahatında bildirmişdir ki, ərizəçi mirasın faktiki qəbulu üçün qanunla nəzərdə tutulmuş vaxt ərzində, ərinin ölümündən sonra 6 ay müddətində ərindən miras qalmış torpağa faktiki olaraq yiyələnməklə, torpaq sahəsini əkib-becərməklə və onun üzərində yerləşən evdə yaşamaqla miras əmlakı faktiki olaraq qəbul etmişdir. Bunu şahid ifadələri, yazılı sübutlar tam olaraq təsdiq edir. Maraqlı şəxslər tərəfindən icraat gedişində məhkəməyə hər hansı etiraz və etirazı təsdiq edən sübut təqdim olunmamışdır. Bütün bunlar nəzərə alınmaqla ərizənın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid1 ifadəsində Ərizəçi nəvəsinin onun gəlini olduğunu, ərizəçinin oğlu mərhum Abdulla ilə yaxın dost və onlarla həmkəndli olduğunu, özünün 1981-ci ildən Badaşqan kəndində yaşadığını, Abdullanın sağlığında miras qalmış əmlaka gedib-gəldiyini, onun və Yusif kişinin yas mərasimində yaxından iştirak etdiyini, hər iki mərasimin miras qalmış evdə baş tutduğunu, həmin vaxt da, Yusif kişinin ölümündən sonra da, hazırda da Şəfiqə xanımın həmin evdə yaşadığını, hazırda Nəsimi və onun ailə üzvlərinin Şəfiqə xanımla birgə daimi olaraq miras əmlakda yaşadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Əliyeva X2 gəlin gəldiyini, həmin vaxtdan etibarən Ərizəçi ilə yaxın qonşu olduqlarını, Şəfiqə xanımın həmin vaxtdan indiyə qədər miras torpaqda tikilən evdə yaşayıb, torpağını əkib becərib Yusif kişi ilə birlikdə ev qurduğunu, 2012-ci ildə Yusif kişinin rəhmətə getdiyini, yas mərasiminin miras evdə olduğunu, yas mərasimində iştirak etdiklərini, həmin vaxt artıq uşaqlarının çoxunun ailə qurub evdən ayrıldıqlarını, Yusifin ölümündən sonra isə Şəfiqə xanımın oğlu Nəsimi və onun ailə üzvləri ilə birlikdə miras torpaqda yaşamağa davam etdiyini, hazırda da orada yaşadığını bildirmişdir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmış, məhkəmə iclasında tədqiq olunmuş sübutlar əsasında belə nəticəyə gəlmişdir ki, X3 Babək rayonu Badaşqan kəndində yerləşən 0.1375 ha yaşayış məntəqəsi təyinatlı torpaq sahəsinin miras qalması, mirasın X7 ölümü ilə xx.xx.2012-ci ildə açılması, X1 qalan birinci növbə vərəsələrinə Maraqlı şəxs1, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs9, Maraqlı şəxs5, Maraqlı şəxs7, X15, X16 daxil olması, onun vəfat etmiş vərəsəsi X8 hazırda sağ olan övladlarına Maraqlı şəxs10, Maraqlı şəxs11 və Maraqlı şəxs12 daxil olması, miras qoyan tərəfindən vəsiyyətnamə qoyulmadığı mülki işin mübahisəsiz hallarıdır. Belə ki, ərizəyə əlavə edilmiş; - “Nikahın bağlanması haqqında” şəhadətnamənin təsdiq olunmuş surətindən məlum olur ki, X18 ilə X9 27 iyun 1963-cü ildə nikaha daxil olmuşlar; - Yarımca kənd İcra Nümayəndəliyi tərəfindən verilmiş verilmiş ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən X8 12 iyun 1996-cı il tarixdə Babək rayonu Badaşqan kəndində vəfat etməsi; - Babək rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən X7 xx.xx.2012-cu il tarixində Babək rayonu Badaşqan kəndində vəfat etməsi; - Babək rayon İcra Hakimiyyəti Yarımca kənd İnzibati ərazi dairəsi üzrə Nümayəndəlikdən verilmiş 03 may 2023-cü il tarixli arayışdan X1 qalan vərəsələrinə Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs9, Maraqlı şəxs5, Maraqlı şəxs7, X15, X16 daxil olması; - Babək rayon İcra Hakimiyyəti Yarımca kənd İnzibati ərazi dairəsi üzrə Nümayəndəlikdən verilmiş 03 may 2023-cü il tarixli arayışdan X8 vərəsələrinə Maraqlı şəxs10, Maraqlı şəxs11 və Maraqlı şəxs12 daxil olması; - Babək rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum akt qeydləri kitabından çıxarışdan X11 xx.xx.1970-ci ildə doğulduğu, atasının X18, anasının isə Ərizəçi olması; - Babək rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum akt qeydləri kitabından çıxarışdan X4 xx.xx.1976-cı ildə doğulduğu, atasının X18, anasının isə Ərizəçi olması; - Babək rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum akt qeydləri kitabından çıxarışdan Maraqlı şəxs7 xx.xx.1974-cü ildə doğulduğu, atasının X18, anasının isə Ərizəçi olması; - Babək rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum akt qeydləri kitabından çıxarışdan Maraqlı şəxs12 Yusif qızının xx.xx.1986-cı ildə doğulduğu, atasının X18, anasının isə Ərizəçi olması; - Babək rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum akt qeydləri kitabından çıxarışdan Maraqlı şəxs6 xx.xx.1979-cu ildə doğulduğu, atasının X18, anasının isə Ərizəçi olması; - Babək rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum akt qeydləri kitabından çıxarışdan Maraqlı şəxs9 xx.xx.1968-ci ildə doğulduğu, atasının X18, anasının isə X9 olması; - Babək rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum akt qeydləri kitabından çıxarışdan Maraqlı şəxs4 xx.xx.1965-ci ildə doğulduğu, atasının X18, anasının isə Ərizəçi olması; - Babək rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum akt qeydləri kitabından çıxarışdan X12 xx.xx.1963-cü ildə doğulduğu, atasının X18, anasının isə X10 olması; - Babək rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum akt qeydləri kitabından çıxarışdan Maraqlı şəxs11 Yusif oğlunun xx.xx.1983-cü ildə doğulduğu, atasının X18, anasının isə Ərizəçi olması; - Babək rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum akt qeydləri kitabından çıxarışdan Maraqlı şəxs10 xx.xx.1982-ci ildə doğulduğu, atasının X19, anasının isə X21 olması; - Babək rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum akt qeydləri kitabından çıxarışdan Maraqlı şəxs2 xx.xx.1961-ci ildə doğulduğu, ata qrafasının boş saxlanılmaqla, anasının X5 olması; - Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq məsələləri üzrə Dövlət Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********92-10301 nömrəli, xx.xx.2021-ci il tarixli çıxarışdan Babək rayonu Badaşqan kəndində yerləşən 0.1375 ha yaşayış məntəqəsi təyinatlı torpaq sahəsi və onun üzərində yerləşən 103.7 m2 fərdi yaşayış evinin X7 xüsusi mülkiyyətində olması müəyyən olunur. Mülki iş materiallarından aydın olur ki, Ərizəçi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə dair müraciətinə cavab olaraq Babək rayon Notariat ofisinin notariusu tərəfindən şəhadətnamənin verilməsindən qanunla nəzərdə tutulmuş müddət keçdiyindən imtina olunmuş, məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Mülki işin mübahisə doğuran halı Ərizəçi X3 miras qalan əmlakı faktiki olaraq qəbul edib-etməməsidir. Mülki işin mübahisəli halının həlli ilə bağlı ərizəçinın izahatını, şahid ifadələrini mülki iş materiallarını bir-biri ilə əlaqəli şəkildə, onları isə qanunvericiliyin tələbləri daxilində tədqiq edən məhkəmə qeyd edir ki, tərəflər arasında vərəsəlik münasibətlərindən irəli gələn hüquq münasibətləri mövcuddur. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi və digər tərəfdən vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə görə vərəsəlik anlayışı altında, ölmüş şəxsin əmlakının qanun üzrə və ya vəsiyyət üzrə, yaxud hər iki əsasla başqa şəxslərə (vərəsələrə) keçməsi başa düşülür. Vərəsəlik münasibətləri miras qoyanla vərəsələr arasında qanunda nəzərdə tutulmuş əsaslar üzrə, yaxud miras qoyanın iradəsinə əsaslanan vəsiyyət üzrə yaranır (Mülki Məcəllənin 1133-cü maddəsi). Mülki məcəllənin 1133.2-ci maddəsinə görə qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Mülki işin araşdırılması zamanı miras qoyanın vəsiyyətnamə qoymadığı müəyyən olunmuşdur. Həmin məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı qanun üzrə vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər. Həmin Məcəllənin 1159.1 və 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin məcəllənin 1159.1.3-ci maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin məcəllənin 1243.1-ci maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin məcəllənin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin məcəllənin 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin məcəllənin 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə” xx.xx.2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Həmçinin həmin qərarda qeyd olunmuşdur ki, mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 99-cu maddəsində əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübutların aşağıdakılar ola biləcəyi qeyd edilmişdir: - vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; - mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; - mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; - mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; - miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər. Babək rayon İcra Hakimiyyətinin Yarımca kənd inzibati ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 05 may 2023-cü il tarixli, 532 nömrəli arayışda qeyd olunmuşdur ki, Ərizəçi Babək rayonu, Badaşqan kəndində qeydiyyatdadır Babək rayon İcra Hakimiyyətinin Yarımca kənd inzibati ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 05 may 2023-cü il tarixli, 600 nömrəli arayışda qeyd olunmuşdur ki, Ərizəçi Babək rayonu, Badaşqan kəndində övladı Maraqlı şəxs7 ilə birlikdə mərhum yoldaşı X13 məxsus evdə yaşayır. Babək rayon Yarımca kənd Bələdiyyəsi tərəfindən verilmiş 19 may 2023-cü il tarixli, 16 nömrəli arayışda qeyd olunmuşdur ki, onun özünə məxsus Babək rayonu, Badaşqan kəndində olan 0.1375 ha həyətyanı torpaq sahəsi və üzərində tikilmiş yaşayış evinin bələdiyyə vergisi, əmlak pulu Yusif Hüseynov öləndən sonra həyat yoldaşı Ərizəçi tərəfindən ödənilmişdir, hazırda borcu yoxdur. Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidməti tərəfindən verilmiş 16 may 2023-cü il tarixli, 442 nömrəli arayışda bildirilmişdir ki, Babək rayon Badaşqan kənd sakini Maraqlı şəxs7 həqiqətən atası X18 xx.xx.2012-ci il tarixdə vəfat etdiyi üçün həmin tarixdən abonent kodu ********* olan ******* nömrəli qaz sayğacının sərfiyyatını ödəmiş və qaz sərfiyyatına borcu yoxdur. Babək rayon Elektrik Şəbəkəsi tərəfindən verilmiş 16 may 2023-cü il tarixli arayışda qeyd olunmuşdur ki, Babək rayon Badaşqan kənd sakini X18 xx.xx.2012ci il tarixdə vəfat etdiyindən həmin tarixdən ********* abonent kodu ilə elektrik enerjisi pulunu Maraqlı şəxs7 tərəfindən ödənilmiş və enerji sərfiyyatına görə borcu yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsində qeyd olunmuş “məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir” və 77.1-ci maddəsində əks olunmuş “hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir” normalarını tərəflərin nəzərinə çatdıran məhkəmə bildirir ki, yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən ərizəçi ərizənın əsasını təşkil edən halları, maraqlı şəxs isə etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması gedişində maraqlı şəxslər ərizəyə qarşı etirazını bildirməmişdir. Ərizəyə əlavə olunmuş xx.xx.2023-cü ildə Maraqlı şəxs5, xx.xx.2023-cü il tarixli ərizələrlə X26, X15, Maraqlı şəxs4, Maraqlı şəxs3, 05 may 2023-cü ildə Maraqlı şəxs1, xx.xx.2023-cü ildə Maraqlı şəxs2 ataları X3 miras qalmış əmlakdan imtina etdiklərini bildirmişlər. Konstitusiya Məhkəməsi Plenumunun Ə.Əfəndiyeva və N.Kərimovanın şikayəti üzrə 2012-ci il 5 oktyabr tarixli Qərarında göstərilmişdir ki, vərəsə miras əmlakın bir hissəsini mülki qanunvericilikdə nəzərdə tutulmuş əsasla (qanun üzrə və ya vəsiyyət üzrə) qəbul etdikdə, o, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, hamısını və ya ona çatası payın qəbul edilməsi kimi qiymətləndirilməlidir. Bu, vərəsələrin miras qalmış əmlakın qəbul edilməsi üçün əvvəl ifadə edilmiş iradəsini təsdiq edir, həmçinin həmin əmlaka onların qanuni əsaslarla əldə olunmuş mülkiyyət hüquqlarının davamlılığını və əsassız məhdudiyyətlər qoyulmadan həyata keçirilməsini təmin edir. Beləliklə mülki iş üzrə məhkəmə araşdırmasının nəticəsi olaraq məhkəmə iclasında hərtərəfli tədqiq olunmuş sübutlar (işdə iştirak edən şəxslərin izahatları, şahid ifadələri və yazılı sübutlar) əsasında müəyyən olunmuşdur ki, Ərizəçi X3 miras qalmış əmlakı onun ölümündən sonra mirasın qəbulu üçün qanunla nəzərdə tutulmuş müddət ərzində faktiki cəhətdən ələ keçirməklə ona sahib durmuş, bununla da faktiki sahiblik etmək üsulu ilə mirası qəbul etmişdir. Yuxarıda qeyd olunanları rəhbər tutaraq yekunda məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin olunmalı, xx.xx.2012-ci il tarixdə vəfat etmiş X3 miras qalmış Babək rayonu Badaşqan kəndində yerləşən 0.1375 ha həyətyanı torpaq sahəsi Ərizəçi tərəfindən faktiki qəbul olunması faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin olunsun. xx.xx.2012-ci il tarixdə vəfat etmiş X3 miras qalmış Babək rayonu Badaşqan kəndində yerləşən 0.1375 ha yaşayış məntəqəsi təyinatlı torpaq sahəsi və onun üzərində yerləşən 103.7 m2 fərdi yaşayış evinin Ərizəçi tərəfindən faktiki qəbul olunması faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(079)-387/2023
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-387/2023
09.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver