Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № 2(079)-40/2025 08.01.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X8 məhkəmə iclas katibliyi, ərizəçi İddiaçı iştirakı ilə, Ərizəçi İddiaçı doğumun qeydə alınması faktının müəyyən edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı “14” noyabr 2024-cü ildə ərizə ilə Babək Rayon Məhkəməsinə müraciət edərək X6 10 yanvar 1936-cı ildə, ata adının X9, ana adının X13, doğum yerinin Naxçıvan Muxtar Respublikası, Naxçıvan rayonu, Hacıvar kəndi olması kimi qeyd olunması barədə qətnamə qəbul edəsiniz. O, müraciətini əsaslandıraraq qeyd etmişdir ki, 10 yanvar 1936-cı il təvəllüdlü anam X2 rayonu Hacıvar kəndində doğulub, 02 noyabr 2012-ci ildə ölüb, həmin kənd qəbiristanlığında dəfn olunub. X3, anası X13 olmuşdur. Mən İddiaçı anam X6 tək övladıyam. Anamın doğumundan sonra onun valideynləri tərəfindən qeydiyyat şöbəsinə - nikah evinə müraciət edilib, onun doğumunu qeydə almadıqlarına görə doğum haqqında şəhadətnamə verilməmişdir. Mən hal-hazırda ondan miras qalmış torpaq sahəsi və üzərində inşa edilmiş evi vərəsəlik qaydasında adıma rəsmiləşdirmək istəyirəm, lakin bunun üçün mərhum anam X4 doğum haqqında şəhadətnaməsi məndən tələb olunur. Buna görə də mən anama doğum haqqında şəhadətnamə alınmasına dair tibbi şəhadətnamənin verilib-verilməməsinə dair Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Babək rayon X12 Hüquqi Şəxsə ünvanladığım ərizəyə 06 sentyabr 2024-cü il tarixdə, 243 nömrəli məktubla cavab verilərək X6 doğulmasına dair hər hansı bir tibbi sənədin tapılmadığı bildirilmişdir. Bundan başqa mərhum anam X7 doğum haqqında şəhadətnamə verilməsi barədə Naxçıvan MR Ədliyyə Nazirliyi Babək rayon Qeydiyyat şöbəsinə ünvanladığım ərizəyə “Vətəndaşlıq vəziyyəti aktları” X1 üzrə bütün vətəndaşlıq aktları üzrə 1948-1954-cü il tarixədək daxil edilmiş bütün vətəndaşlıq aktları üzrə yoxlamalar aparılmışdır və doğum haqqında akt qeydi aşkar edilməmiş, eyni zamanda X6 adına doğum akt qeydinin tərtib olunmadığını və qeydiyyat şöbəsinin arxivində akt qeydlərinin 1948-ci ildən saxlanıldığından doğum haqqında şəhadətnamənin verilməsinin mümkün olmadığı üçün 01 noyabr 2024-cü il tarixli məktubla müvafiq məhkəməyə müraciət olunması izah olunmuşdur. Bundan sonra Naxçıvan MR Dövlət Arxiv İdarəsinə ərizə ilə müraciət etdim, orada mühafizə olunan Naxçıvan MR Ədliyyə VVADQ şöbəsinin Babək rayonu Hacıvar kəndi üzrə 1936-cı ildən doğum akt qeydləri kitabları Naxçıvan MR Dövlət Arxivinə təhvil verilmədiyindən anam anam Ələsgərova (Məmmədova) Səkinə Hüseyn qızının 1936-cı il tarixdə anadan olması haqqında məlumatın olmadığı, o cümlədən də 1936-1947-ci illərə dair hər hansı məlumata rast gəlinmədiyi bildirilmişdir. İakin bütün bunlara baxmayaraq xx.xx.2005-ci il tarixdə anam X6 xx.xx.1936-cı il tarixdə anam X6 xx.xx.1936-cı il tarixdə Hacıvar kəndində doğlulmasına dair şəxsiyyət vəsiqəsi verilmişdir. Ərizə məhkəmənin icraatına qəbul edilərək mülki iş üzrə məhkəmə hazırlıq iclası təyin edilmişdir. Ərizəçi məhkəmə hazırlıq iclasında verdiyi izahatında anasından miras qalmış əmlakı qəbul etmək istədiyini, lakin anasının doğumunun qeydə alınmaması səbəbindən bunun mümkün olmadığını, ona görə də anasının doğumunun qeydə alınmasını istədiyini, özünün doğumunun qeydə alındığını, həmçinin anasının ölümünün də qeydə alındığını, əslində mirasın anasından deyil, nənəsi Səfiyyədən miras qaldığından anasının doğumunun qeydə alınmasını istədiyini, nənəsindən miras qalmış əmlakın qəbul edilməsi faktı ilə bağlı məhkəməyə müraciət etdiyini, lakin iddia ərizəsinin geri qaytarıldığını bildirmişdir. Ərizə və ona əlavə edilmiş sənədləri ərizəçinin izahatı ilə birlikdə tədqiq edən məhkəmə hesab edir ki, İddiaçının doğumun qeydə alınması faktının müəyyən olunması tələbinə dair ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 305.1 və 305.1.1-ci maddələrinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.2 və 307.2.9cu maddələrindən aydın olur ki, mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə işlər hüquqi əhəmiyyəti olan faktlara daxildir. MPM-in 306.1 və 306.2-ci maddələrinə görə məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30 - 40-6-cı fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır, xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında“ Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının (bundan sonra – “Plenum qərarı”) 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Plenum qərarının 1.6-cı bəndinə əsasən məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPM-nin 310.1-ci maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPM-nin 152.1.1ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. Hazırlıq iclasında məhkəmə faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğunu aydınlaşdırmış, ərizəçinin anasından qalmış miras əmlakı qəbul etmək üçün miras qoyanın doğum faktının müəyyən olunmasına nail olmaq məqsədini güddüyünü müəyyən etmişdir. Məhkəmə qeyd edir ki, hazırki vəziyyətdə ərizəçinin doğum akt qeydi mövcuddur, şəxsin anası qrafasında miras qoyanın adı qeyd edilmişdir, həmçinin miras qoyanın ölümünün qeydi aparılmışdır. Belə olan halda ərizəçinin anasından miras qalmış əmlakı qəbul etməsi üçün hər hansı maneə mövcud olmamaqla ərizəçinin anasının doğum faktını müəyyən etməsinə də zərurət yoxdur. Belə olan halda X6 doğumunun qeydə alınması faktının müəyyən olunması ərizəçi üçün hər hansı hüquqi nəticə doğurmur və onun əmlak hüquqlarının əmələ gəlməsinə, xitamına və ya dəyişməsinə səbəbiyyət vermir. Eyni zamanda ərizəyə doğumunun qeydə alınması faktının müəyyən olunması tələb edilən X5 miras qalan hər hansı əmlaka dair sübutlar əlavə edilməmiş və hazırlıq iclasında isə ərizəçinin izahatı əsasında ondan hər hansı bir əmlakın miras qalmadığı müəyyən edilmişdir. faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış Beləliklə məhkəmə hesab edir ki, ərizəçinin müəyyən edilməsini tələb etdiyi faktın ərizəçiyə nə məqsəd üçün lazım olduğu onun ərizəyə əlavə etdiyi sübutlarla öz təsdiqini tapmadığından İddiaçı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılmalıdır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı”nın 2-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. MPM-in 114.1 və 114.1.5-ci maddələrinə əsasən ərizənin baxılmamış saxlanılması dövlət rüsumunun geri qaytarılmasının əsaslarından biri kimi qeyd edildiyindən və İddiaçı ərizəsi baxılmamış saxlanılmalı olduğundan məhkəmə MPM-in 260.3-cü maddəsinin tələbinə əsasən, büdcədən dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək, belə nəticəyə gəlir ki, ərizə verilərkən "xxxx" ASC-nin Naxçıvan filialı vasitəsilə xx.xx.2024-cü il tarixli, 29599 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ərizəçiyə qaytarılmalıdır. Yuxarıda göstərilənləri və MPM-in 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r v e r d i: İddiaçı doğumun qeydə alınması faktının müəyyən edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Ərizə verilərkən İddiaçı "xxxx" ASC-nin Naxçıvan filialı vasitəsilə xx.xx.2024-cü il tarixli, 29599 nömrəli qəbzlə ödədiyi 100 (bir yüz) manat dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan o, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Babək Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(079)-40/2025
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №2(079)-40/2025
08.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver