Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-401/2021 21.09.2021 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X8 məhkəmə iclas katibliyi, İddiaçı, Cavabdeh2, cavabdeh, həmçinin digər Cavabdeh3 nümayəndəsi Cavabdeh1, şahidlər Şahid1, Şahid3 Hüseyağa oğlu və Şahid2 iştirakı ilə, İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı miras əmlakın qəbul olunması faktının müəyyən edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı “03” avqust 2021-ci ildə Cavabdeh1, Cavabdeh2 və X4 qarşı iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək, mərhum atası X5 qalmış Babək rayonu, Naxışnərgiz kəndində yerləşən 0.16 hektar torpaq sahəsi və Babək rayonu, Qahab kəndində yerləşən 0.05 hektar torpaq sahəsindən ibarət miras əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. O, tələbini əsaslandıraraq qeyd etmişdi ki, mərhum X3 ilə anam Cavabdeh1 21 oktyabr 1970-ci ildə ailə həyatı qurmuşdu. X3 20 dekabr 2002-ci il tarixdə vəfat edib. Atamın ölümündən sonra ondan Babək rayonu, Qahab və Naxışnərgiz kəndlərində yerləşən ev və torpaq sahələri miras qalmışdır. Mərhum X3nun vərəsələri həyat yoldaşı X15, Cavabdeh2, Məmmədova (Mustafayeva) Lalə Heydər qızı, Məmmədova (Əliyeva) Nahidə Heydər qızı, Məmmədova (Əsədova) Həqiqə Heydər qızı və İddiaçıdur. Onun ölümündən sonra Babək rayonu, Naxışnərgiz kəndində yerləşən evdə atamın vərəsələrindən yalnız mən, öz ailəmlə birlikdə yaşamışam və bu gündə yaşamağa davam edirəm. Anam, bacılarım və qardaşımdan anam Cavabdeh1 mərhum atamdan qalmış mirasların mənim tərəfimdən qəbulunu birmənalı olaraq qəbul etmir və həmin əmlaklar üzərində hüququnun olduğunu iddia edərək mübahisələndirir. Mən, mərhum atamın adına qeydiyyatda olan Babək rayonu, Naxışnərgiz kəndində yerləşən evdə hələ atamın sağlığında yaşamışam və hazırda da ailəm ilə birlikdə həmin evdə yaşamaqda davam edirəm. Ümumiyyətlə atamın vəfatından sonra ondan qalmış mirası mən qəbul edərək idarə etmişəm. Atam vəfatından öncə şifahi şəkildə bütün ailə üzvülərimizin içində demişdir ki, “Naxışnərgiz kəndindəki torpağı sənə verirəm, get orada ev tik”. Hələ onun sağlığında 1999-cu ildə Naxışnərgiz kəndində yerləşən torpaq üzərində həyətyanı torpaq sahəsi üzərində divar çəkərək, 3 otaqdan ibarət yaşayış evi, hamam, tualet və tövlə tikmişəm. Eyni zamanda həyətdə 2000-ci il tarixində artizian quyusu vurdurmuşam. Həyət-bacanı bu illər ərzində mən əkib becərmişəm. Bütün bu illər ərzində yaşayış evinin bütün kommunal, vergi və sığorta xərclərini mən ödəmişəm. Bütün bu dediklərimi istənilən Naxışnərgiz kənd sakini təsdiq edə bilər. Bu illər ərzində daimi olaraq ailəm ilə birlikdə mən orada yaşamışam. Atam, anam, digər qardaş və bacılarım yalnız bizə qonaq qismində gəlmiş, heç biri mütəmadi olaraq bizdə yaşamamışdı. Mən, həmin həyətdə 2009-cu ilin iyun ayında qızım Mehribana toy, 2015-ci ildə də yenə yaşadığım həmin həyətdə oğlum Heydərə kiçik toy etmişəm. Mən Babək rayonu, Naxışnərgiz və Qahab kəndində yerləşən mərhum X3ndan miras qalmış evi və torpaq sahəsini adıma keçirmək üçün vərəsəlik şəhadətnaməsi almaq qərarına gəldim və bu məqsədlə Babək rayon notariat ofisinə müraciət etdim. Notariat ofisinin 23 iyul 2021-ci il tarixli məktubunda notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən rəsmi olaraq imtina edərək bildirdi ki, vərəsəlik şəhadətnaməsi almaq üçün qanunla nəzərdə tutulan müddət keçmişdir və mübahisə olduğundan mirasın faktiki qəbulu məhkəmələr tərəfindən müəyyən edilməlidir. İddiaçı məhkəmədə verdiyi izahatında anası ilə atasının 1970-ci ildə ailə qurduqlarını, onların birgə nikahından 5 uşağın dünyaya gəldiyini, atası Heydər Məmmədovun 2002-ci il dekabrın 20-də rəhmətə getdiyini, atasının sağlığında Babək rayonu, Qahab və Naxışnərgiz kəndlərində daşınmaz əmlak əldə etdiyini, miras qoyan valideyninin atasının adı Şirin, anasının adı isə Pakizə olduğunu, onların hər ikisinin də dünyasını dəyişdiyini, atasının sağ ikən vəsiyyətnamə tərtib etmədiyini, miras qoyanın sağlığında anası Güllü, qardaşı Elşən, bacısı Nahidə və Lalə ilə birlikdə Babək rayonu, Qahab kəndində yerləşən evdə yaşadığını, onun ölümündən sonra isə Qahabda yerləşən evdə anası, qardaşı və bacısı Lalənin qalmaqda davam etdiyini, özünün isə 1999-cu ildən atasına məxsus olan və Babək rayonu, Naxışnərgiz kəndində yerləşən evdə əvvəlcə birinci, sonra isə hazırki ailəsi ilə birlikdə yaşadığını, hazırda da ailəsi ilə Naxışnərgiz kəndində yerləşən evdə yaşayıb mirası qəbul etdiyini, atasının sağlığında həmin evi ona, digərini isə qardaşı Elşənə verdiyini, sağlığında atası ilə münasibətlərinin normal olduğunu, onun ölümündən sonra isə Babək rayonu, Naxışnərgiz kəndində yerləşən evi təmir edib orada açıq eyvan tikdiyini, salon hazırladığını, əvvəl həmin evdə hamam tualet olsa da, evin yaxınlığında yenisini tikdiyini, evin hasarının isə yarıyadək daşla tikildiyini, qalanının isə çəpərləndiyini, hazırda yaşadığı həyətin bir hissəsini anası Gülünün, qalan hissəsini isə öz ailəsinin əkib-becərdiyini, özünün əvvəllər başqa bir qadınla evli olduğunu, həmin vaxtdan atasından miras qalan və Babək rayonu, Naxışnərgiz kəndində yerləşən evdə qaldığını, bu günədək bunun mübahisələndirilmədiyini, son dövrlər isə anası ilə arvadı yola getmədiyindən, aralarında tez-tez mübahisə yarandığından, anası isə hökmran bir qadın olduğundan, özünün dediyini etmək istədiyini, yəni arvadını boşamasını istədiyini, özünün isə bunu qəbul etmədiyini, elə birinci ailəsinin dağılmasına səbəb anasının bu xasiyyəti olduğunu, qeyd edilən səbəblərdən də aralarında mirasla bağlı mübahisə yarandığını, ona qarşı həm anasının, həm də qardaşının miras bağlı iddia qaldırdıqlarını, indi də özünün haqqı olanı əldə etmək istədiyini, buna görə Babək rayon notariat ofisinə müraciət etdiyini, lakin vərəsələr arasında mübahisə olduğundan notariusun şəhadətnamə verməkdən imtina etdiyini, istər atasının sağ vaxtı, istərsə də onun ölümümdən sonra Babək rayonu, Naxışnərgiz kəndində yerləşən evdə özü qalaraq bununla bağlı bütün kommunal xərcləri ödədiyini, əvvəllər sayğac olmadığından kommunal xərcləri əldə verdiklərini, son dövrlər isə qəbz əsasında ödədiyini, hazırda həyətində nar, badam, gilas, əncir ağacları olduğunu, onlara özü qulluq etsə də, məhsulunu anasının yığdığını, evin giriş qapısının açarının özündə olduğunu qeyd edərək, yekunda məhkəmədən iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh, həmçinin digər Cavabdeh3 nümayəndəsi Cavabdeh1 məhkəmədə verdiyi izahatında iddianı qəbul etmədiyini, Heydərlə 1970-ci ildə ailə qurduğunu, birgə nikahından 5 övladı olduğunu, Heydərlə ailə qurandan sonra Babək rayonu, Qahab kəndində yaşadıqlarını, Babək rayonu, Naxışınərgiz kəndində yerləşən torpaq sahəsini isə təxminən 1980-1981-ci ildə özü sovxozda işlədiyindən ərizəsi əsasında sovxozdan aldığını, mərhum əri Heydərin adına Babək rayonu, Qahab və Naxışnərgiz kəndlərində iki torpaq sahəsi olduğunu, Naxışnərgiz kənində yerləşən torpaq sahəsində 1999-cu ildə ev tikməyə başladıqlarını, ərinin 2002-ci il dekabrın 20-də öldüyünü, onun sağ ikən vəsiyyətnamə tərtib etmədiyini, əri Heydərin atası Şirin və anası Pakizənin öldüyünü, ərinin ölümündən sonra özünün həm Naxışnərgiz, həm də Qahab kəndində olan evdə qaldığını, Faiqin isə həmin vaxt Babək rayonu, Qahab kəndində özünə məxsus evdə yaşadığını, iddiaçı birinci arvadından boşandıqdan sonra yaşamaq üçün Naxçıvan şəhərinə getdiyini, sonra orada yaşaya bilmədiyindən mərhum ərinə məxsus olan və Naxışnərgiz kəndində yerləşən evdə qalmağa başladığını, hazırda həmin evdə Faiqin yaşadığını, həmin evlə bağlı özünün məhkəmədə mirasın qəbul edilməsi faktının müəyyən edilməsi ilə bağlı iddia qaldırdığını və tələbinin təmin olunduğunu, hazırda Babək rayonu, Naxışnərgiz kəndində yerləşən evdə Faiqin ailəsi ilə birlikdə yaşamasına baxmayaraq, özünün də həyəti əkib-becərdiyini bildirərək, yekunda məhkəmədən iddianın rədd olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 məhkəmədə verdiyi izahatında atası ilə anasının nikahından ikisi oğlan, üçü qız olmaqla beş övladın dünyaya gəldiyini, atasının sağlığında iki mülkün olduğunu, onlardan birinin Babək rayonu, Qahab kəndində yerləşən ev olduğunu və həmin evin atasına babası Şirindən qaldığını, Babək rayonu, Naxışnərgiz kəndində yerləşən torpağı isə atasının sonradan aldığını, atası sağlığında həm Babək rayonu, Naxışnərgiz, həm də Qahab kəndlərində yaşasa da, əsasən Qahab kəndində olan evdə qaldığını, atasının 2002-ci il dekabrın 20-də vəfat etdiyini, onun ölümündən sonra Babək rayonu, Qahab kəndində yerləşən evdə anası Gülü, bacısı Lalə və özünün ailəsi ilə birlikdə qaldığını, bacısı Lalənin atasının ölümünün bir ili tamam olmasına az qalmış ailə qurub ər evinə getdiyini, Naxışnərgiz kəndində olan evdə isə anasının yaşadığını, lakin sonradan anasının öz yanına, Babək rayonu, Qahab kəndinə gəldiyini, özlərinin atasının ölümündən sonra Naxışnərgiz kəndində yerləşən torpaq sahəsinə gedib-gəldiklərini, Faiqin isə Naxçıvan şəhərində kirayə qaldığını, o, kirayə haqqını ödəyə bilmədiyi üçün özlərinin icazələri ilə müvəqqəti yaşamaq üçün Naxışnərgizdə yerləşən evə köçdüyünü, Babək rayonu, Qahab kəndində yerləşən evin miras olaraq özü tərəfindən faktiki qəbul edilməsi ilə bağlı Babək Rayon Məhkəməsi tərəfindən qətnamə qəbul edildiyini, lakin həmin qətnamədən apelyasiya şikayəti verildiyindən hələ qanuni qüvvəyə minmədiyini bildirərək, yekunda məhkəmədən iddianın rədd olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada iddiaçının vəkili Vəkil oğluna və Cavabdeh3 məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdi. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələbini rəhbər tutmaqla iddiaçının vəkili Vəkil oğlu və Cavabdeh3 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarını tədqiq edən, işdə iştirak edən şəxslərin izahatlarını və şahid ifadələrini dinləyən məhkəmə müəyyən edir ki, X13 ilə Cavabdeh1 21 sentyabr 1970-ci ildə nikaha daxil olması, X6 20 dekabr 2002-ci ildə ölməsi, sonuncunun Cavabdeh1 ilə olan evliliyindən Əsədova (Məmmədova) Həqiqə Heydər qızı, X14, Cavabdeh2, X9 və İddiaçı adlı uşaqlarının olması, X6 ölümündən sonra ondan Babək rayonu, Naxışnərgiz və Qahab kəndlərində yerləşən torpaq sahələrindən ibarət daşınmaz əmlak miras qalması, Cavabdeh1 X5 miras qalmış və Babək rayonu, Qahab kəndində yerləşən daşınmaz əmlakı faktiki olaraq qəbul edilməsinin müəyyən olunması mülki işin mübahisəsiz hallarıdır. Bunların mülki işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: -iddia ərizəsinə əlavə edilən və Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 22 iyul 2021-ci il tarixli, İ-İE seriyalı, 278889 nömrəli akt qeydindən çıxarışdan X13 ilə X7 21 oktyabr 1970-ci ildə nikaha daxil olması, nikah bağlanması zamanı Gülü Hüseynovanın özünə X1 seçməsi; -iddia ərizəsinə əlavə edilən və Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 22 iyul 2021-ci il tarixli, AZ-İ seriyalı, 011470 nömrəli akt qeydindən çıxarışdan X6 20 dekabr 2002-ci ildə ölməsi və bu faktın akt qeydləri kitabında 05 nömrə ilə qeyd edilməsi; -iddia ərizəsinə əlavə olunan və Babək Rayon İcra Hakimiyyəti Qahab kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 22 iyul 2021-ci il tarixli, 454 nömrəli arayışdan X6 İddiaçı, Əsədova (Məmmədova) Həqiqə Heydər qızı, Məmmədova (Mustafayeva) Lalə Heydər qızı, Cavabdeh2 və Məmmədova (Əliyeva) Nahidə Heydər qızı adlı övladının olması; - iddia ərizəsinə əlavə edilən, Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş 26 iyul 2021-ci il tarixli, 04/445 nömrəli məktubdan və ona əlavə edilən JN-179A və JN-179B nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamələrin surətlərindən miras qoyan X6 mülkiyyətində Babək rayonu, Naxışnərgiz kəndində və Qahab kəndində yerləşən torpaq sahələrinin olması, həmçinin həmin daşınmaz əmlakların ümumi mülkiyyətdə olması; - iş materiallarına əlavə edilmiş Babək Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 2(079)-147/2021 nömrəli qətnaməsinin təsdiq edilmiş surətindən Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli, 06 yanvar 2021-ci il qeydiyyat tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasən X13, Cavabdeh1, X14, Cavabdeh2 və X2 ümumi mülkiyyətində olan və Babək rayonu, Naxışnərgiz kəndində yerləşən 0.159 hektar torpaq sahəsinin mərhum X10 çatası hissəsinin Cavabdeh1 qızı tərəfindən miras əmlak olaraq qəbul edilməsi faktı müəyyən olunması aydın olur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bundan əlavə olaraq məhkəmə onu da qeyd edir ki, “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli qərarında qeyd olunur ki, mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazın predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Məhkəmənin yuxarıda qeyd olunan normativ hüquqi aktları qeyd etməkdə məqsədi, Babək Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 2(079)-147/2021 nömrəli qətnaməsi ilə müəyyən edilmiş halların hazırki vəziyyətdə işə baxan məhkəmə üçün məcburi xarakter daşımasını tərəflərinin nəzərinə çatdırmaqdır. İddiaçı mərhum atası X5 qalmış Babək rayonu, Naxışnərgiz kəndində yerləşən 0.16 hektar torpaq sahəsi olan miras əmlakın və Qahab kəndində yerləşən 0.05 hektar torpaq sahəsindən ibarət miras əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi isə mülki işin mübahisəli halıdır. Mülki işin mübahisəli halının həllinə keçməzdən öncə məhkəmə qeyd edir ki, İddiaçı iddia ərizəsində cavabdeh Nahidə Heydər qızının soyadını “Məmmədova” kimi qeyd etsə də, “Elektron Məhkəmə” informasiya sistemindən çıxarılmış məlumatdan onun soyadının “Əliyeva” olması müəyyən edilir. Bu səbəbdən də onun soyadı “Əliyeva” kimi qəbul edilərək işə baxılmalıdır. Məhkəmə mülki işin mübahisəli halının hüquqi həlli ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir neçə qərarında qeyd edilir ki, konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi və digər tərəfdən vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinin məzmunundan isə aydın olur ki, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Mülki iş materialları ilə miras qoyan X6 20 dekabr 2002-ci ildə ölməsi öz təsdiqini tapır. Yəni onun ölümü ilə miras açılmış və bu andan sonra miras əmlak üzrə müəyyən şəxslər-vərəsəliyə çağırılan şəxs (mümkün vərəsə) subyektiv vərəsəlik hüququnu həyata keçirmək və miras əmlakı əldə etmək imkanı qazanmışdı. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə görə vərəsəlik anlayışı altında, ölmüş şəxsin əmlakının qanun üzrə və ya vəsiyyət üzrə, yaxud hər iki əsasla başqa şəxslərə (vərəsələrə) keçməsi başa düşülür. Vərəsəlik münasibətləri miras qoyanla vərəsələr arasında qanunda nəzərdə tutulmuş əsaslar üzrə, yaxud miras qoyanın iradəsinə əsaslanan vəsiyyət üzrə yaranır (Mülki Məcəllənin 1133-cü maddəsi). İddia tələbinin məhkəmədə araşdırılması zamanı miras qoyan X13 tərəfindən vəsiyyətnamə tərtib edilmədiyi müəyyən edilmişdi. Bu isə o deməkdir ki, hazırkı vəziyyətdə vərəsəliyin qanunla müəyyən edilmiş əsası tətbiq edilməlidir. Qanun üzrə vərəsələrin dairəsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsində öz əksini tapmışdır. Həmin maddəyə əsasən qanun üzrə vərəsəliyin beş növbəsi fərqləndirilir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinin mahiyyətinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbə vərəsələr sayılır. Məhkəmə həmçinin onu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1160-cı maddəsinin tələbinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Qanunvericiliyin sadalanan tələblərini iş materialları ilə əlaqələndirən məhkəmə bildirir ki, X13 2002-ci ildə öldüyü zaman Cavabdeh1, İddiaçı, Əsədova (Məmmədova) Həqiqə Heydər qızı, Məmmədova (Mustafayeva) Lalə Heydər qızı, Cavabdeh2 və Məmmədova (Əliyeva) Nahidə Heydər qızı onun qanun üzrə vərəsəsi sayılır. Belə ki, mülki iş materiallarına əlavə edilmiş və işin mübahisəsiz hallarının təsdiqi zamanı qeyd edilən sənədlərdən miras qoyan mərhum X6 yuxarıda qeyd edilən vərəsələrinin olması sübuta yetirilir. Miras qoyanın vərəsələrinin dairəsi müəyyən edildikdən sonra miras əmlakın dairəsi ilə bağlı məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Bundan əlavə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 94-cü bəndinə görə mirasın tərkibinə ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Qanunvericiliyə əsasən mirasın tərkibinə miras qoyanın sağlığında mülkiyyət hüququ əldə etdiyi daşınmaz və daşınar əmlakın rəsmi reyestrlərində qeydə alınan əmlak, habelə mükafat, müəllif qonorarı, alınmamış əmək haqqı, pensiya, bank əmanətləri, qiymətli kağızlar, müəssisədəki pay və sığorta ödənişi və s. daxil edilir. Miras qoyanın qanunla müdafiə edilən əmlak və şəxsi qeyri-əmlak hüquqlarına zərər vurulması ilə əlaqədar dəymiş ziyanın ödənilməsi haqqında tələb vərəsələrə keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1257-ci maddəsində isə mirası qismən qəbul etməyin yolverilməzliyi öz əksini tapmışdır. Mülki Məcəllənin yuxarıda qeyd edilən normaları özündə miras əmlakın tamlığı, bütövlüyü prinsipini ehtiva edir. Mülki iş materiallarından məlum olur ki, Babək rayonu, Naxışnərgiz kəndində yerləşən 0.16 hektar və Babək rayonu, Qahab kəndində olan 0.05 hektar torpaq sahələri ümumi mülkiyyətdə olan daşınmaz əşyalardır və onların mülkiyyətçilərindən biri də mərhum X11r. Həmçinin iş materiallarından o da müəyyən edilir ki, həmin daşınmaz əmlaklar üzərində mülkiyyətçilərin payı müəyyən edilməyib. Yuxarıda da qeyd edildiyi kimi Azərbaycan Respublikası Mülki Məcəllənin 1151.1ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Lakin həmin Məcəllənin 1151.2 və 1162-ci maddələri ilə o da müəyyən edilir ki, mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. Qeyd edilən maddi hüquq normalarının tələbindən görünür ki, ümumi mülkiyyətdə olan əmlakın həmin əmlakın digər mülkiyyətçilərinə aid payı miras əmlakın kütləsinə aid deyil. Bu isə o deməkdir ki, iddiaçının tələbində qeyd etdiyi miras kütləsinin hamısı mərhum X6 mülkiyyətinə aid deyil. Miras kütləsinə ümumi mülkiyyətdən ölənə çatası pay daxildir. Babək rayonu, Naxışnərgiz kəndində yerləşən 0.16 hektar və Babək rayonu, Qahab kəndində olan 0.05 hektar torpaq sahələrinin X10 məxsus olan hissəsinin miras əmlak kimi qəbul edilməsi faktının müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Əgər miras əmlak üzrə miras qoyanın bir neçə vərəsəsi olsa bu zaman hər bir vərəsə mirası müstəqil qəbul etməlidir. Qanunvericiliyin yuxarıda qeyd edilən normalarından görünür ki, Azərbaycan Respublikası mülki qanunvericiliyi mirasın qəbul edilməsinin iki üsulunu - formal, yəni notariat kontoruna ərizə verməklə və qeyri-formal–faktiki cəhətdən qəbul edilmə üsulunu müəyyənləşdirir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu, yəni onu faktiki olaraq qəbul etmək isə iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Mirasın faktiki qəbulu üsulu odur ki, bu üsul əsasında vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib olur, onun üzərində fiziki “ağalıq” edir. Yəni bu hərəkətlərdən mirası qəbul etməsi açıq-aşkar görünür və bəlli olur. Mirasın faktiki idarə edilməsi isə üsulu isə o deməkdir ki, vərəsənin etdiyi elə hərəkətdir ki, bu hərəkətləri adətən o öz mənafeyi üçün əmlakın saxlanılması və normal təsərrüfatın aparılması üçün edir. “G. Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının “18” oktyabr 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “18” iyul 2014-cü il tarixli qərarında qeyd etmişdi ki, miras əmlakı faktiki idarə etmək vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun.” İşin mübahisəli halının məhkəmə araşdırılması zamanı müəyyən olunur ki, İddiaçı mirası qeyri-formal üsulla qəbul etmişdi. Yəni o, mirası faktiki idarə etməklə qəbul edib. Bu fakt həm işdə iştirak edən şəxslərin məhkəmə baxışı iclası zamanı verdiyi izahatlarla, həm Babək Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 2(079)-147/2021 nömrəli qətnaməsi ilə müəyyən edilmiş hallardan, həm də məhkəmədə dindirilmiş şahid ifadələri ilə öz təsdiqini tapır. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid2 verdiyi ifadəsində təqribən 1990-1991-ci ildən Babək rayonu, Naxışnərgiz kəndində yaşadığını, özü orada ev tikib yaşamağa başlayan vaxt Faiq və onun valideynlərini hələ həmin kənddə qalmadığını, sonradan, yəni, mərhum Heydər Məmmədovun sağ olduğu vaxtdan Faiqlə qonşuluqda yaşadığını, evləri arasında təqribən 40-50 metr məsafə olduğunu, özünə torpaq sahəsini mərhum Heydərdən qabaq verildiyini, bu gün də Naxışnərgiz kəndində qaldığını, 1990- 1991-ci ildən indiyədək hazırda Faiqin yaşadığı evdə ancaq iddiaçı və onun ailəsinin qaldığını gördüyünü, onlardan başqa hər hansı başqa şəxsin orada yaşamasını görmədiyini, mərhum Heydər Məmmədovun öldüyü tarixi tam xatırlamasa da, qış fəsli olduğunu dəqiq xatırladığını, çünki, həmin vaxt güclü qar yağdığını, Faiqin həm birinci evliliyi vaxtı, həm də indiki evliliyi dövründə Babək rayonu, Naxışnərgiz kəndində özü ilə qonşuluqda yaşadığını, orada mətbəx, hamam, tualet tikdiyini, həmçinin həyətdə artezian quyusu vurdurduğunu gördüyünü qeyd etmişdir. Şahid1 Culfa rayonu, Bənəniyar kəndində anandan olduğunu, 1977-ci ildə Qahab kəndinə gəlin köçdüyünü, mərhum Heydər Məmmədova onunla birlikdə torpaq sahəsi verildiyini, həmin vaxta qədər mərhumu tanımadığını, çünki onun Qahab kəndində yaşadığını, Heydər Məmmədovun ona “Lətafət səni oğlum Faiqlə qonşu edirəm” dediyini və bundan sonra Faiqin orada əvvəlki ailəsi ilə birlikdə yaşadığını, həmin vaxt iddiaçının “57 Bazarı” adlanan yerdə alver etdiyini, onun əvvəlki qayınatasının həyətində ona ev tikdiyini, sonradan Faiqin birinci arvadından boşandığını, bundan sonra onun əvvəlki arvadının ata evinə getdiyini, Faiqin isə həmin evdə yaşamağa davam etdiyini, iddiaçının sonradan başqa bir qadınla ailə qurduğunu, hazırda həmin evliliyindən bir oğlu, bir qızı olduğunu, Heydər Məmmədovun öldüyü tarixi dəqiq xatırlamasa da qış fəsli olduğunu dəqiq bildiyini, çünki, həmin vaxt güclü qar yağdığını və kənddə 2 nəfərin rəhmətə getdiyini, mərhumun ölümündən sonra ona məxsus olan Babək rayonu, Naxışnərgiz kəndində yerləşən evdə ancaq Faiqin ailəsi ilə birlikdə yaşadığını qeyd etmişdir. Şahid3 məhkəmədə verdiyi ifadəsində 1997-ci ildə Babək rayonu, Naxışnərgiz yaşadığını, Faiqin isə onunla qonşu olduğunu, evləri arasında məsafənin təqribən 10 metr olduğunu, Faiqin iki dəfə ailə qurduğunu, o birinci dəfə ailə quranda hazırda yaşadığı evdə, yəni Babək rayonu, Naxışnərgiz kəndində yaşadığını, əvvəlki qayınatasının ona ev tikdiyini, Faiqin həmin vaxtdan bugünədək fasiləsiz olaraq onunla qonşuluqda qaldığını, onun atası Heydəri tanısa da öldüyü vaxtı xatırlamadığını, iddiaçının atası Heydərin Babək rayonu, Qahab kəndində yaşadığını, onun ölümündən sonra da Faiqin hazırda yaşadığı evdə qalmağa davam etdiyini, həyətində artezian quyusu vurdurduğunu, Cavabdeh1 da həmin həyətə gəlib-getməsini qeyd etmişdir. Şahid ifadələrinin sübut kimi qəbul edilənliyinə gəldikdə isə məhkəmə bildirir ki, iddiaçının məhkəməyə təqdim etdiyi bütün şahidlər iş üçün əhəmiyyət kəsb edən halın, yəni iddiaçının mirasın qəbul etmə faktının müəyyən edilməsi üçün kifayət edir. Çünki hər üç şahidin ifadəsindən görünür ki, iddiaçı hələ miras qoyanın sağ olduğu vaxtdan fasiləsiz olaraq orada yaşayır. Bundan əlavə İddiaçı Babək Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 2(079)- 147/2021 nömrəli qətnaməsinin təsdiq edilmiş surətini məhkəməyə təqdim edərək anası Cavabdeh1 Babək Rayon Məhkəməsində atasından miras qalmış əmlakın faktiki qəbul edilməsi tələbinə dair iddia qaldırdığını, həmin vaxt X12 şahid qismində dindirildiyini, şahid anası tərəfindən məhkəməyə təqdim edilsə də, onun həmin işə baxılması zamanı məhkəmədə verdiyi izahatında özünün də atasından qalan əmlakın qəbul edilməsinin müəyyən edildiyini və məhkəmənin həmin iş üzrə xüsusi ilə də həmin şahidin ifadəsinin sübut kimi qəbul etdiyini, bu səbəbdən də həmin qətnamədə müəyyən edilən həmin halın nəzərə alınmasını məhkəmədən xahiş etmişdi. İddiaçının məhkəməyə təqdim etdiyi Babək Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 2(079)-147/2021 nömrəli qətnaməsinin təsdiq edilmiş surətindən müəyyən edilir ki, həqiqətən də X17 yuxarıda sözügedən mülki iş üzrə şahid qismində iştirak etmiş və ifadəsində 1972-ci ildən Babək rayonu, Naxışnərgiz kəndində yaşadığını, Cavabdeh1 onun atasının bibisi nəvəsi olduğunu, özünün yaşadığı torpaq sahəsi ilə hazırda cavabdeh Faiqin yaşadığı, yəni Heydər Məmmədovdan miras qalan torpaq sahəsinin yan-yana olduğunu, əvvəllər həmin torpaq sahəsi boş olsa da, sonradan orada ev tikildiyini, tam vaxtını xatırlaması təqribən 1997-ci ildə torpaq sahəsinin hasarlandığını, evin isə mərhum Heydər Məmmədovun sağ vaxtından tikildiyini, mərhumun sağ vaxtında demək olar ki, onun bütün ailə üzvlərinin həmin torpaq sahəsində işləmək üçün gəlib-getdiyini, Heydər Məmmədovun sağ ikən Babək rayonu, Qahab kəndində yaşadığını, xatırladığına görə onun qış fəslində, çillə günü, yəni dekabr ayının 20-də öldüyünü, onun yas mərasimində iştirak etdiyini, Faiqin əvvəlki ailəsi ilə birlikdə həm Heydər Məmmədov ölməmişdən öncə, həm də o, öldükdən sonra həmin torpaq sahəsində tikilən evdə yaşadığını, hazırda da orada qalmaqda davam etdiyini, mərhumun ölümündən sonra Cavabdeh1 da ora gəlib-getdiyini, əvvəlki qaydada oranı əkib-becərdiyini, amma nə əkdiyini tam deyə bilməyəcəyini, özünün Faiqin həyətinə gediş-gəlişinin olduğunu, Güllü Məmmədovanın əvvəllər torpaq sahəsində çox görsə də, son zamanlar Faiqin evinə az gedib-gəldiyindən onu elə də çox görmədiyini qeyd etmişdi. Məhkəmə şahid X12 ifadəsini sübut kimi qəbul etmiş və əlavə alaraq qeyd etmişdi ki, şahidin yaşadığı ev miras əmlak olan torpaq sahəsinə bitişikdir, həmçinin hazırda mərhum Heydər Məmmədovdan miras qalan Babək rayonu, Naxışnərgiz kəndində yerləşən torpaq sahəsində olan və hazırda cavabdeh İddiaçı yaşadığı evə gediş-gəlişi var, yəni orada baş verənlərdən məlumatlıdır. Bundan əlavə mərhumun həmin torpaq sahəsində apardığı işlər şahidin yaşadığı dövr ərzində gözünün qarşısında baş verdiyindən və qonşu kimi torpaq sahəsində mərhum və onun ailə üzvlərinin hərəkətlərini aydın müşahidə edib ifadə etmişdi. Qeyd edilənlərdən sübut olunur ki, İddiaçı mərhum X6 ölümündən sonra ondan miras qalmış Babək rayonu, Naxışnərgiz kəndində yerləşən 0.16 hektar torpaq sahəsində yaşayıb, orada təsərrüfat idarə edərək miras əmlakı qəbul etmişdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.3-madəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Yuxarıda qeyd edilənləri ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, Babək rayonu, Naxışnərgiz kəndində yerləşən 0.16 hektar və Babək rayonu, Qahab kəndində yerləşən 0.05 hektar torpaq sahəsinin ancaq mərhum X10 çatası hissəsinin İddiaçı tərəfindən miras əmlak kimi faktiki olaraq qəbul edilməsi müəyyən edilməli, iddia tələbi həmin daşınmaz əmlakların ümumilikdə miras qoyana məxsus olması və onun iddiaçı tərəfindən qəbul edilməsi faktının müəyyən olunmasına dair hissədə əsassız olduğundan rədd edilməlidir. Məhkəmə onu da tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edilsə də, hazırki iş üzrə iddia qismən təmin edildiyindən, mübahisə predmeti olan əmlak beş nəfərin mülkiyyətində olsa da, iddiaçının onun bütünlüklə miras əmlak kimi iddia ərizəsində qeyd etdiyindən, iddia tələbi isə yalnız miras qoyanın payına münasibətdə baxıldığından İddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 10 (on) manat dövlət rüsumunun 2 manat məbləği (torpaq sahəsinin beşdə bir hissəsinə münasibətdə) cavabdehlərdən müştərək qaydada alınaraq ona ödənilməlidir. Lakin qeyd edilən məbləğ cüzi miqdar təşkil etdiyindən məhkəmə belə hesab edir ki, dövlət rüsumu həmin hissədə iddiaçıya aid olmalıdır. Məhkəmə həmçinin onu da tərəflərin nəzərinə çatdırır ki, miras qoyanın vərəsələrindən hər hansı birinin mirasın qəbul etməsi ilə bağlı məhkəməyə müraciət etməsi digər vərəsələrinin bununla bağlı hüququnu məhdudlaşdırmır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: - iddia tələbi qismən təmin edilməli; X13, Cavabdeh1, X14, Cavabdeh2 və X2 ümumi mülkiyyətində olan, Babək rayonu, Naxışnərgiz kəndində yerləşən 0.16 hektar və Babək rayonu, Qahab kəndində yerləşən 0.05 hektar torpaq sahələrinin mərhum X10 çatası hissəsinin İddiaçı tərəfindən miras əmlak olaraq qəbul edilməsi faktı müəyyən olunmalı; -iddia digər hissədə əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i : İddia qismən təmin edilsin. X13, Cavabdeh1, X14, Cavabdeh2 və X2 ümumi mülkiyyətində olan, Babək rayonu, Naxışnərgiz kəndində yerləşən 0.16 hektar və Babək rayonu, Qahab kəndində yerləşən 0.05 hektar torpaq sahələrinin mərhum X10 çatası hissəsinin İddiaçı tərəfindən miras əmlak olaraq qəbul edilməsi faktı müəyyən olunsun. İddia digər hissədə əsassız olduğundan rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:- Zamiq Əliyev
Məhkəmə qərarları › İş №2(079)-401/2021
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-401/2021
21.09.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver