Məhkəmə qərarları › İş №2(079)-401/2022

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-401/2022

28.09.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-401/2022 28.09.2022 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X7 məhkəmə iclas katibliyi, İddiaçının vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı mirasın qəbul edilməsi faktının müəyyən olunması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı 11 avqust 2022-ci il tarixdə iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək xx.xx.2022-ci il tarixdə vəfat etmiş mərhum atası X2 miras qalmış Babək rayon Badaşqan kəndində yerləşən 2.72 hektar torpaq sahəsinin tərəfindən faktiki olaraq qəbul edilməsinin müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tərəf iddianı belə əsaslandırmışdır ki, mərhum alam X12 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Atamdan mənə Babək rayonunun Badaşqan kəndində yerləşən 2.72 hektar kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı torpaq sahəsi, həmçinin ** BD *** dövlət qeydiyyat nişanlı, HYUNDAİ TUCSON minik markalı avtomaşın miras qalmışdır. Miras torpaq sahəsi miras olaraq tərəfimdən qəbul olunmuşdur. X8 aşağıdakı vərəsələri vardır:

1. X11 (arvadı) xx.xx.2008-ci ildə vəfat edib.

2. Cavabdeh (oğlu)

3. Şahid1 (qızı)

4. X3 (qızı)

5. İddiaçı (oğlu)

6. X13 (oğlu)

7. X26/ oğlu (oğlu) Qeyd edirəm ki, anam X11 xx.xx.2008-ci il tarixdə şəkərli diabet xəstəliyindən komaya düşərək vəfat etmişdir. Atamdan miras qalan miras əmlak olan avtomaşını faktiki olaraq mən qəbul etmişəm. Mirasda mirasın varisləri X14, X3, X13 və Şahid1 miras əmlaklardan onlara çatası qanun üzrə vərəsəlik hüququ paylarından imtina etmişlər. Onlar miras paydan notarial qaydada imtina ediblər. X1 vərəsə kimi mirasla bağlı öz mövqeyini bildirmir və razılıq ərizəsi vermir. Mən də məcbur qalıb məhkəməyə müraciət etməli oluram. Məlumat üçün bildirirəm ki. qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Naxçıvan şəhəri bir saylı notariat ofisinə müraciət etdim. Müraciətimə 30 iyul 2022-ci il tarixdə verilən 149 nömrəli cavabla bildirildi ki, müvafiq məhkəməyə müraciət etməyiniz tövsiyvə olunur. Məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələbini rəhbər tutmaqla işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında İddiaçı izahatında bildirmişdir ki, anam X11 xx.xx.2008-ci ildə, atam X12 isə xx.xx.2022-ci il tarixdə vəfat etmişlər. Atamın sağ qalan vərəsələrinə mən və cavabdehdən başqa bacı və qardaşlarım Qahirə, Validə, Qasım və Bədəl daxildir. Qeyd edim ki, atam sağlığında mirasına daxil ola biləcək mülkünü oğlan vərəsələri arasında bağışlama yolu ilə paylamışdır. Öz atasından atama miras qalmış Babək rayonu Sirab kəndində yerləşən evini Qadirə, ölümündən əvvəl yaşadığı Afiyəddin Cəlilov küçəsi, bina 19, ev 12 ünvanında yerləşən mənzili Bədələ bağışlamışdır. Atamın ölümündən sonra isə miras olaraq HYUNDAİ TUCSON markalı, 75BD734 dövlət qeydiyyat nişanlı avtomobil və Babək rayonu Badaşqan kəndində yerləşən 2.72 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi miras qalmışdır. Atamın qırx mərasimini etdikdən sözügedən avtomobili cavabdehdən başqa digər qardaş və bacılarımın razılığı ilə gətirib öz həyətimə qoymuşam. Həmin razılıq Qahirə, Qasım, Validə və Bədəlin notariat orqanına miras əmlakdan imtina barədə verdiyi 2022-ci ilin fevral ayında verdiyi ərizə ilə rəsmiləşdirildi. Bundan sonra maşını sənədləşdirmək istədikdə qardaşım Qadir və övladları buna etirazlarını bildirdi. Miras əmlakın bölünməsini və onlara çatası payın verilməsini istədiklərini bildirdilər. Notarius buna görə vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyini bildirdi. Halbuki atam sağlığında Qadirə də mülkündən pay vermişdir və hazırda həmin evdə ailəsi yaşayır. Özü isə 2019-cu ilin avqust ayından Türkiyədə yaşayır, atamın ölümündən sonra da Naxçıvana gəlməmişdir. Miras əmlakı həm maşına sahiblik edərək, həm də atamdan miras qalmış Badaşqan kəndində yerləşən torpağı əkib becərərək qəbul etmişəm. Həmin torpaqda yerləşən artezian quyusuna görə elektrik enerjisinin pulunu ödəmişəm, yonca əkmişəm, oraya davamlı nəzarət edirəm. Mirası atamın ölümündən sonra faktiki olaraq qəbul etməyimi nəzərə alaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş edirəm. Məhkəmə baxışı iclasında iddiaçının vəkili Vəkil izahatında bildirmişdir ki, iddiaçı mirasın faktiki qəbulu üçün qanunla nəzərdə tutulmuş vaxt ərzində, atasının ölümündən sonra 3 ay müddətində atasından miras qalmış nəqliyyat vasitəsinə faktiki olaraq yiyələnməklə, eyni zamanda miras əmlak Badaşqan kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsini əkib-becərməklə miras əmlakı faktiki olaraq qəbul etmişdir. Bunu şahid ifadələri, yazılı sübutlar tam olaraq təsdiq edir. Cavabdeh tərəfindən icraat gedişində məhkəməyə hər hansı etiraz və etirazı təsdiq edən sübut təqdim olunmamışdır. Eyni zamanda digər bütün vərəsələr qanunla nəzərdə tutulmuş müddətdə atadan qalmış miras əmlakdan imtina barədə notarial qaydada Bütün bunlar nəzərə alınmaqla iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid2 ifadəsində bildirmişdir ki, Hacıvar-Badaşqan kənd bələdiyyəsinin sədri vəzifəsində xidmət edir. Mütəmadi olaraq qrafik əsasında kənd ərazisindəki təsərrüfat təyinatlı torpaqlara baş çəkib, torpaqların vəziyyəti, problemləri barədə maraqlanır. Həmçinin mərhum X4 Badaşqan kəndi ərazisində yerləşən 2.7 ha çöl torpaq sahəsinin də vəziyyəti barədə məlumatlıdır. X21 sağlığında, həm də onun ölümündən sonra İddiaçı həmin çöl torpağını əkib-becərmişdir. Həmin torpaq sahəsində təxminən fevral ayında Məmməd yonca əkmişdir. Həmçinin atasının sağlığında salınmış bağın ağaclarının suvarılması ilə məşğul olmuşdur. Torpaq vergisini də İddiaçı özü xx.xx.2022-ci il tarixdə poçt vasitəsilə ödəyərək qəbzini bələdiyyəyə təqdim etmişdir. Dəfələrlə İddiaçılə həmin torpaq sahəsində görüşüb söhbət etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid1 mərhum X8 onun atası olduğunu, atasının xx.xx.2021-ci il tarixdə vəfat etdiyini və xx.xx.2022-ci il tarixdə dəfn olunduğunu, atasının qırx mərasimini keçirdikdən sonra 2022-ci ilin fevral ayının ortalarında qardaş-bacıları ilə atasından miras qalmış maşınla bağlı danışıb onu qardaşı İddiaçı vermək barədə razılaşdıqlarını, həmin vaxt uzun müddətdir Naxçıvanda olmayan Qadir qardaşından başqa bütün vərəsələrin razılığı ilə atasından qalan maşını qardaşı Məmmədin götürməsi barədə razılığa gəldiklərini, bu barədə notarial qaydada da ərizə verdiklərini, elə həmin günlərdə də maşını yasla bağlı mərasim evinə, atasının qəbrini ziyarət etməyə gedərkən qardaşı Məmmədin idarə etdiyini, bundan sonra fevral ayının sonlarında maşını Məmmədin öz yaşadığı evə apardığını və həmin vaxtdan etibarən də onun sahibliyində olduğunu, həmçinin atasından qalmış çöl torpağını da Məmmədin idarə etdiyini, orada yonca əkdiyini, gündəlik istifadə üçün tərəvəz məhsulları əkdiyini, meyvə bağına baxıb suvardığını, oranın artezian quyusunun kommunal xərclərini ödədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid4 ifadəsində mərhum X8 çöl torpağı ilə ona məxsus torpaq sahəsinin yaxınlıqda yerləşdiyini, mərhumu da illərdir orada görüb tanıdığını, özünün həmin torpaqda təsərrüfatla məşğul olduğunu, gündə bir neçə dəfə oraya baş çəkdiyini, İddiaçı də hələ atasının sağlığında orada görüb tanıdığını, Məmmədin Dilsuz kişi rəhmətə getdikdən sonra təxminən fevral-mart aylarında meyvə ağaclarının arasına və boş sahələrə yonca əkdiyinin şahidi olduğunu, həmçinin orada tərəvəzlər pomidor, badımcan əkdiyini və arabir gəlib onları təklikdə və ailə üzvləri ilə birlikdə topladığını, Məmməddən başqa heç kimi orada görmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid3 mərhum Qasımov Dilsuza məxsus torpaq sahəsinin onun yaşadığı evin yaxınlığında yerləşdiyini, mərhum Dilsuz Qasımov rəhmətə getdikdən sonra oğlu kimi tanıdığımız İddiaçı oraya gəlib-getməyə başladığını, təxminən may-iyun aylarında ağacların qurumuş budaqlarını kəsdiyinin, artezian quyusu ilə meyvə ağaclarını suvarmasının şahidi olduğunu bildirmişdir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmış, məhkəmə iclasında tədqiq olunmuş sübutlar əsasında belə nəticəyə gəlmişdir ki, X2 Babək rayonu Badaşqan kəndində yerləşən 2.72 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi və HYUNDAİ TUCSON MİNİK markalı, 75BD734 qeydiyyat nişanlı nəqliyyat vasitəsinin miras qalması, X8 xx.xx.2022-ci il tarixdə vəfat etməsi, onun hazırda sağ olan vərəsələrinin Cavabdeh, Şahid1, X3, İddiaçı, X13 və X14 olması, vərəsələrdən Şahid1, X3, X13 və X9 miras əmlakdan imtina etmələri, miras qoyan tərəfindən vəsiyyətnamə qoyulmadığı mülki işin mübahisəsiz hallarıdır. Belə ki; - Evlənmək haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən məlum olur ki, X12 ilə X16 07 avqust 1972-ci ildə nikaha daxil olmuşlar; - Doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən İddiaçı 14 iyul 1978-cü ildə doğulduğu, atasının X12, anasının isə X11 olması; - Naxçıvan şəhər 2 saylı Nikah evi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən X8 01 yanvar 2002-ci il tarixində Naxçıvan şəhərində vəfat etməsi; - Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən X5 18 sentyabr 2008-ci il tarixdə Naxçıvan şəhərində vəfat etməsi; - AC seriyalı, 787437 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən HYUNDAİ TUCSON MİNİK markalı, 75BD734 qeydiyyat nişanlı nəqliyyat vasitəsinin X8 mülkiyyətində olması; - JN seriyalı 073_A nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı”ndan Babək rayonu Badaşqan kəndində yerləşən 2.72 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin X8 mülkiyyətində olması; - Naxçıvan şəhər İcra Hakimiyyəti 5 saylı Mənzil-İstismar İdarəsi tərəfindən verilmiş 01 avqust 2022-ci il tarixli, 873 nömrəli arayışdan mərhum X8 X11, Cavabdeh, Şahid1, X3, İddiaçı, X13 və X14 vərəsələrinin olması, vərəsələrdən X6 xx.xx.2008-ci il tarixdə vəfat etməsi aydın olur. Mülki iş materiallarından aydın olur ki, İddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə dair xx.xx.2022-ci il tarixli müraciətinə cavab olaraq Naxçıvan şəhər bir saylı notariat ofisinin notariusu tərəfindən məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Mülki işin mübahisə doğuran halı İddiaçı X2 miras qalan əmlakı faktiki olaraq qəbul edib-etməməsidir. Mülki işin mübahisəli halının həlli ilə bağlı iddiaçının izahatını, şahid ifadələrini mülki iş materiallarını bir-biri ilə əlaqəli şəkildə, onları isə qanunvericiliyin tələbləri daxilində tədqiq edən məhkəmə qeyd edir ki, tərəflər arasında vərəsəlik münasibətlərindən irəli gələn hüquq münasibətləri mövcuddur. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi və digər tərəfdən vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə görə vərəsəlik anlayışı altında, ölmüş şəxsin əmlakının qanun üzrə və ya vəsiyyət üzrə, yaxud hər iki əsasla başqa şəxslərə (vərəsələrə) keçməsi başa düşülür. Vərəsəlik münasibətləri miras qoyanla vərəsələr arasında qanunda nəzərdə tutulmuş əsaslar üzrə, yaxud miras qoyanın iradəsinə əsaslanan vəsiyyət üzrə yaranır (Mülki Məcəllənin 1133-cü maddəsi). Mülki Məcəllənin 1133.2-ci maddəsinə görə qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Mülki işin araşdırılması zamanı miras qoyanın vəsiyyətnamə qoymadığı müəyyən olunmuşdur. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı qanun üzrə vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər. Həmin Məcəllənin 1159.1 və 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1159.1.3-ci maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1243.1-ci maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin məcəllənin 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə” xx.xx.2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Həmçinin həmin qərarda qeyd olunmuşdur ki, mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 99-cu maddəsində əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübutların aşağıdakılar ola biləcəyi qeyd edilmişdir: - vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; - mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; - mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; - mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; - miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər. Babək Rayon Yarımca bələdiyyəsi tərəfindən 10 avqust 2022-ci il tarixdə verilmiş arayışda qeyd olunmuşdur ki, X10 məxsus Babək rayonu Badaşqan kəndində olan dövlət tərəfindən verilmiş çöl torpağı İddiaçı tərəfindən əkilib becərilir. Babək rayon Elektrik Şəbəkəsi tərəfindən verilmiş 01 yanvar 2022-ci ildən 22 iyul 2022-ci ilə qədər olan dövrə dair hesabatdan və iddiaçının izahatından belə məlum olur ki, Badaşqan kəndində olan artezian quyusu üçün həmin tarixlər arasındakı dövrdə sərf olunan elektrik enerjisi İddiaçı tərəfindən ödənilmişdir. Mülki iş materiallarına əlavə olunmuş X29 Hüquqi Şəxsi tərəfindən verilmiş 55820 nömrəli qəbzin surətindən, Şahid2 ifadəsindən Badaşqan kəndində yerləşən əmlaka görə torpaq vergisinin İddiaçı tərəfindən ödənildiyi müəyyən olunur. xx.xx.2022-ci il tarixdə X13 notariat ofisinə ərizə verərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş atam X8 ölümündən sonra onun harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq miras qalmış bütün əmlaklardan mənə çatan payı qəbul etməmişəm, etmirəm və etmək niyyətində deyiləm. Həmin miras əmlaklardan vərəsəlik qaydasında mənə çatan paydan imtina edirəm. Adımın qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə salınmasını istəmirəm. Gələcəkdə həmin miras əmlaka dair heç bir şikayət və tələbim olmayacaqdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1268.1-ci maddəsinə uyğun olaraq mirasın bir hissəsindən imtinanın bütövlükdə mirasdan imtina ilə eyni olması və imtina ərizəsinin geri götürülməsinin mümkün olmaması notarius tərəfindən izah edildi. Ərizə mənim sözlərim əsasında yazıldı və yazılanları öz imzamla təsdiq edirəm. xx.xx.2022-ci il tarixdə İsmayılova (Qasımova) Validə Dilsuz qızı notariat ofisinə ərizə verərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş atam X8 ölümündən sonra onun harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq miras qalmış bütün əmlaklardan mənə çatan payı qəbul etməmişəm, etmirəm və etmək niyyətində deyiləm. Həmin miras əmlaklardan vərəsəlik qaydasında mənə çatan paydan imtina edirəm. Adımın qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə salınmasını istəmirəm. Gələcəkdə həmin miras əmlaka dair heç bir şikayət və tələbim olmayacaqdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1268.1-ci maddəsinə uyğun olaraq mirasın bir hissəsindən imtinanın bütövlükdə mirasdan imtina ilə eyni olması və imtina ərizəsinin geri götürülməsinin mümkün olmaması notarius tərəfindən izah edildi. Ərizə mənim sözlərim əsasında yazıldı və yazılanları öz imzamla təsdiq edirəm. xx.xx.2022-ci il tarixdə Şahid1 notariat ofisinə ərizə verərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş atam X8 ölümündən sonra onun harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq miras qalmış bütün əmlaklardan mənə çatan payı qəbul etməmişəm, etmirəm və etmək niyyətində deyiləm. Həmin miras əmlaklardan vərəsəlik qaydasında mənə çatan paydan imtina edirəm. Adımın qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə salınmasını istəmirəm. Gələcəkdə həmin miras əmlaka dair heç bir şikayət və tələbim olmayacaqdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1268.1-ci maddəsinə uyğun olaraq mirasın bir hissəsindən imtinanın bütövlükdə mirasdan imtina ilə eyni olması və imtina ərizəsinin geri götürülməsinin mümkün olmaması notarius tərəfindən izah edildi. Ərizə mənim sözlərim əsasında yazıldı və yazılanları öz imzamla təsdiq edirəm. xx.xx.2022-ci il tarixdə X17 notariat ofisinə ərizə verərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş atam X8 ölümündən sonra onun harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq miras qalmış bütün əmlaklardan mənə çatan payı qəbul etməmişəm, etmirəm və etmək niyyətində deyiləm. Həmin miras əmlaklardan vərəsəlik qaydasında mənə çatan paydan imtina edirəm. Adımın qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə salınmasını istəmirəm. Gələcəkdə həmin miras əmlaka dair heç bir şikayət və tələbim olmayacaqdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1268.1-ci maddəsinə uyğun olaraq mirasın bir hissəsindən imtinanın bütövlükdə mirasdan imtina ilə eyni olması və imtina ərizəsinin geri götürülməsinin mümkün olmaması notarius tərəfindən izah edildi. Ərizə mənim sözlərim əsasında yazıldı və yazılanları öz imzamla təsdiq edirəm. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Mülki iş üzrə qanun üzrə vərəsələrin mirasın qəbulundan qanunla nəzərdə tutulmuş müddətdə və qaydada imtina etdiyini nəzərə alan məhkəmə mülki iş üzrə məhkəmə araşdırması gedişində həmin vərəsələri prosesə cəlb etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsində qeyd olunmuş “məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir” və 77.1-ci maddəsində əks olunmuş “hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir” normalarını tərəflərin nəzərinə çatdıran məhkəmə bildirir ki, yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları, cavabdeh isə etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması gedişində cavabdeh tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. Konstitusiya Məhkəməsi Plenumunun Ə.Əfəndiyeva və N.Kərimovanın şikayəti üzrə 2012-ci il 5 oktyabr tarixli Qərarında göstərilmişdir ki, vərəsə miras əmlakın bir hissəsini mülki qanunvericilikdə nəzərdə tutulmuş əsasla (qanun üzrə və ya vəsiyyət üzrə) qəbul etdikdə, o, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, hamısını və ya ona çatası payın qəbul edilməsi kimi qiymətləndirilməlidir. Bu, vərəsələrin miras qalmış əmlakın qəbul edilməsi üçün əvvəl ifadə edilmiş iradəsini təsdiq edir, həmçinin həmin əmlaka onların qanuni əsaslarla əldə olunmuş mülkiyyət hüquqlarının davamlılığını və əsassız məhdudiyyətlər qoyulmadan həyata keçirilməsini təmin edir. Beləliklə mülki iş üzrə məhkəmə araşdırmasının nəticəsi olaraq məhkəmə iclasında hərtərəfli tədqiq olunmuş sübutlar (işdə iştirak edən şəxslərin izahatları, şahid ifadələri və yazılı sübutlar) əsasında müəyyən olunmuşdur ki, İddiaçı X2 miras qalmış əmlakı onun ölümündən sonra mirasın qəbulu üçün qanunla nəzərdə tutulmuş müddət ərzində faktiki cəhətdən ələ keçirməklə ona sahib durmuş, bununla da faktiki sahiblik etmək üsulu ilə mirası qəbul etmişdir. Yuxarıda qeyd olunanları rəhbər tutaraq yekunda məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X2 miras qalmış Babək rayonu Badaşqan kəndində yerləşən 2.72 hektar kənd təsərrüfatı məhsulları təyinatlı torpaq sahəsinin İddiaçı tərəfindən faktiki qəbul olunması faktı müəyyən olunmalıdır. Məhkəmə cavabdehə izah edir ki, bütün vərəsələr özlüyündə miras əmlakın qəbulu ilə bağlı müstəqil şəkildə hərəkət edə və mirasın onlar tərəfindən də qəbul edilməsinin qanunvericilkdə nəzərdə tutulmuş qaydada tanınmasına nail ola bilərlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qətetdi:

İddia təmin olunsun. xx.xx.2022-ci il tarixdə vəfat etmiş X2 miras qalmış Babək rayonu Badaşqan kəndində yerləşən 2.72 hektar kənd təsərrüfatı məhsulları təyinatlı torpaq sahəsinin İddiaçı tərəfindən faktiki qəbul olunması faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar