Məhkəmə qərarları › İş №2(079)-404/2021

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-404/2021

28.09.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-404/2021 28.09.2021 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X9 məhkəmə iclas katibliyi, İddiaçı, onun vəkili Vəkil, Cavabdeh1, Şahid2 iştirakı ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı “05” avqust 2021-ci ildə Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək mərhum anası X5 miras qalmış Babək rayonu, Şəkərabad kəndində yerləşən 0.05 hektar torpaq sahəsinin özü tərəfindən faktiki qəbul edilməsinin müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. O, tələbini əsaslandıraraq qeyd etmişdi ki, anam X14 2006-cı ildə vəfat etmişdir. Babək Rayon Aqrar İslahat Komissiyasının 12 aprel 1999-cu il tarixli, 30 nömrəli qərarı ilə Babək rayonu, Şəkərabad kəndində yerləşən 0.20 hektar torpaq sahəsi mərhum anam X7, mənim, Cavabdeh2 və Cavabdeh1 mülkiyyətinə verilmişdir. X2 23 avqust 2014-cü ildə vəfat etmişdir. Atamla anamın nikahları Babək rayon qeydiyyat şöbəsində 05 dekabr 1985-ci il tarixdə pozulmuş və 33 sayla qeydə alınmışdır. Torpaq sahəsində iki ev inşa olunmuşdur. Biri bacım Gültac tərəfindən 2007-ci ildə, digər tikili miras olmaqla 1968-ci ildə inşa olunmuşdur. Babək Rayon Dövlət Arxivinin 08 iyul 2021-ci il tarixli, 114 nömrəli arxiv arayışına əsasən Şəkərabad kənd inzibati ərazi dairəsinin 1991-2005-ci illərə aid təsərrüfatbaşına kitablarında mərhum X7 adına 1991 - 1995-ci illərdə 0.15 ha torpaq sahəsi və həmin torpaq sahəsində evin ümumi sahəsi 80 kvadrat metr olan və o cümlədən yaşayış sahəsi 60 kvadrat metrdən ibarət yaşayış evi olması haqqında məlumatın olması qeyd edilmişdir. 1996-2000-ci illərdə 0.15 hektar torpaq sahəsi və həmin torpaq sahəsinin ümumi yararlı sahəsi 176 kvadrat metr olan və o cümlədən yaşayış sahəsi 112 kvadrat metrdən ibarət yaşayış evi olması haqqında məlumat qeyd edilib. 2001-2005-ci illərdə 0.20 hektar torpaq sahəsi və həmin torpaq sahəsinin ümumi yararlı sahəsi 170 kvadrat metr olan və o cümlədən yaşayış sahəsi 2001-ci ildə 76 kvadrat metr və 2002-2005-ci ildə isə 72 kvadrat metrdən ibarət yaşayış evi olması haqqında məlumat təsərrüfatbaşına kitablarında qeyd edilmişdir. Babək Rayon Məhkəməsinin 25 may 2021-ci il tarixli, 2(079)-192/2021-ci il tarixli qətnaməsi ilə Babək Rayon Aqrar İslahat Komissiyasının 12 aprel 1999-cu il tarixli, 30 nömrəli qərarı ilə Torpağın mülkiyyətə verilməsinə dair JN-050 saylı 10312048 kod nömrəli şəhadətnamə əsasında mülkiyyətə verilmiş Babək rayonu, Şəkərabad kəndində yerləşən 0.20 hektar torpaq sahəsində mənim 1/4 hissədə payımın olması müəyyən olunmuşdur. Miras torpaq sahəsi 0.05 hektar təşkil edir. Mirasda faktiki olaraq mən və Cavabdeh1 yaşayır. Lakin bacım Gültac və qardaşım Sahib mirasın sənədləşdirilməsi üçün mənimlə razılığa gəlmirlər və notariat ofisinə müraciət etmirlər. Bununla əlaqədar olaraq Babək Rayon Notariat Ofisinə müraciət etdim. Notariat ofisinin 07 oktyabr 2020-ci il tarixli, 96 nömrəli məktubu ilə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina olunmuşdur. İddiaçı məhkəmədə verdiyi izahatında atasının X4, anasının isə X7 olduğunu, özünün bildiyinə görə valdeynlərinin 1960-cı ildə ailə qurduqlarını, 1970-ci ildə isə nikahlarını rəsmləşdirdiklərini, onların birgə nikahlarından dördü qız, biri oğlan olmaqla 5 uşağın dünyaya gəldiyini, atası ilə anasının 1989-cu ildə boşandıqlarını, valdeynlərinin boşanması barədə özündə sübutun olmadığını, anasının 2006-cı ilin yanvar ayının 4-də, atasının isə 2014-cü ilin avqust ayının 23-də öldüklərini, anasının sağ ikən Babək rayonu, Şəkərabad kəndində yaşadığını, özü və qardaşı Sahibin də anaları ilə birlikdə qaldığını, hazırda anasından Babək rayonu, Şəkərabad kəndində torpaq sahəsinin miras qaldığını, həmin torpaq sahəsində hazırda 3 evin olduğunu, həmin evlərin qeydə alınmadığını, analarının sağ ikən qaldığı evdə hazırda özünün qaldığını, anası öləndən sonra da orada özünün qaldığını, qısa bir müddətdə, yəni ailə qurduğu müddətdə orada qalmadığını, anasının ölümündən sonra özünün 7 il orada yaşadığını, sonra ailə qurduğundan keçmiş əri ilə birlikdə yaşadığından ana evini kirayəyə verdiyini, üç il evli olduqdan sonra özünün boşandığını və yenidən ana evinə qayıtdığını, hazırda da orada yaşamağa davam etdiyini, onunla birlikdə oğlunun da həmin evdə yaşadığını qeyd edərək, yekunda məhkəmədən iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada Cavabdeh2 məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmiş və ona göndərilmiş məhkəmə bildirişlərini almaqdan imtina etmişdi. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 137.3-cü maddəsinə əsaslanmaqla məhkəmə bildirişlərini Cavabdeh2 qeydiyyatda olduğu, həmçinin yaşadığı yer üzrə Babək Rayon İcra Hakimiyyətinin Şəkərabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyə göndərmişdi. Məhkəmə Cavabdeh2 izah edir ki, Mülki Prosessual Məcəllənin 137.2-ci maddəsinin tələbinə əsasən sonuncu qeyd edilən hal məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi kimi qəbul edilir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələbini rəhbər tutmaqla Cavabdeh2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh1 isə məhkəmə iclasında verdiyi izahatında atasının X10, anasının isə X14 olduğunu, onların dəqiq olaraq nə vaxt ailə qurduqlarını deyə bilməyəcəyini, özünün bildiyinə görə valdeynlərinin təqribən 1960-cı illərdə evləndiklərini, atası ilə anasının evliliyindən Göyçək, Məhəbbət, Gültac, İzafə və Sahib adlı 5 uşağın doğulduğunu, onlardan Göyçəyin Bakı şəhərində, Məhəbbətin isə Hacıvar kəndində yaşadıqlarını, qalan üçünün isə Babək rayonu, Şəkərabad kəndində qonşuluqda yaşadıqlarını, anasının 2006-cı ildə, atasının isə 2014-cü ildə öldüklərini, valdeynlərinin 1984-85-ci illərdə boşandığını, anası ilə atasının ayrılmasından sonra atasının Naxçıvan şəhərində, anasının isə Şəkərabad kəndində yaşadığını, anasının ölümündən sonra ondan Babək rayonu, Şəkərabad kəndində torpaq sahəsinin miras qaldığını, anasının sağ ikən tikdiyi evdə həm özünün, həm də İzafənin yaşadığını, bir evi 2 yerə böldüklərini, əvvəlcə İzafəyə 2 otağın verildiyini, ona isə bir otağın verildiyini, daha sonra isə iddiaçının ərə getməsinə görə otağın birini ona verdiyini, bunu isə ailəsinin böyük olması üçün etdiyini, İzafənin ailəsinin 2 nəfərdən, özünün isə ailəsinin 4 nəfərdən ibarət olduğunu, əslində elə mübahisənin də özünə verilən ikinci otaqdan qaynaqlandığını, öz evinin sənədinin də İzafədə olduğunu, anası öləndən sonra İzafənin təqribən 4-5 il orada yaşadığını, sonra isə ərə getdiyini, iddiaçı ərə gedəndə isə evi kirayə verdiyini, kirayə pulunu isə özünün alıb aparıb İzafəyə verdiyini qeyd etmişdir. Mülki iş materiallarını tədqiq edən, işdə iştirak edən şəxslərin izahatlarını və şahid ifadəsini dinləyən məhkəmə müəyyən edir ki, X14 ilə X4 24 iyun 1970-ci ildə nikaha daxil olması, həmin şəxslərin Cavabdeh1, Cavabdeh2 və İddiaçı adlı uşaqlarının olması, X7 anası X3 1995-ci ildə, Cavabdeh2 04 yanvar 2006-cı ildə və X4 23 avqust 2014-cü ildə ölməsi, Cavabdeh2 Babək rayonu, Şəkərabad kəndində yerləşən torpaq sahəsinin miras qalması, həmin torpaq sahəsinin X14, Cavabdeh1 və Cavabdeh2 ümumi mülkiyyətində olması və həmin əmlak üzrə İddiaçı payının müəyyən edilməsi mülki işin mübahisəsiz hallarıdır. Bunların mülki işin mübahisəsiz halları aşağıdakılarla təsdiq olunur: -iddia ərizəsinə əlavə edilmiş və Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 04 avqust 2021-ci il tarixli, İ-İE seriyalı, 278221 nömrəli akt qeydindən çıxarışdan X10 ilə X7 24 iyun 1970-ci ildə nikaha daxil olması, nikah bağlanması zamanı iddiaçının özünə X1 seçməsi; -iddia ərizəsinə əlavə edilmiş və Babək Rayon İcra Hakimiyyəti Şəkərabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 02 iyul 2021-ci il tarixli, 556 nömrəli arayışdan mərhum X7 Cavabdeh1, İddiaçı və Cavabdeh2 adlı övladlarının olması; -həmçinin iş materiallarına əlavə edilmiş və Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilən 02 iyul 2021-ci il tarixli, AZ-İ seriyalı, 034282 nömrəli akt qeydindən çıxarışdan xx xxxxxx 1971-ci il tarixdə anadan olan İddiaçı atasının X10 , anasının isə X14 olması; - iddia ərizəsinə əlavə edilən və Babək rayon dövlət arxivi tərəfindən verilən 08 iyul 2021-ci il tarixli, 114 nömrəli arayışdan X7 anası X8 olması, onun 1995-ci ildə ölməsi; iddia ərizəsinə əlavə edilən və Naxçıvan şəhər qeydiyyat şöbəsi tərəfindən verilən AZ-İ seriyalı, 554618 nömrəli, 06 iyul 2021-ci il tarixli akt qeydindən çıxarışdan X4 23 avqust 2014-cü ildə ölməsi; - iddia ərizəsinə əlavə edilən və Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilən AZ-İ seriyalı, 116492 nömrəli, 02 iyul 2021-ci il tarixli akt qeydindən çıxarışdan X7 04 yanvar 2006-cı ildə ölməsi; - iddia ərizəsinə əlavə olunmuş JN-050A saylı, 10312048 kod nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin təsdiq edilmiş surətindən Babək rayonu, Şəkərabad kəndində yerləşən 0.20 hektar torpaq sahəsinin Babək rayon Aqrar İslahat komissiyasının 12 aprel 1999-cu il tarixli, 30 nömrəli qərarı ilə X14, İddiaçı, Cavabdeh2 və Cavabdeh1 ümumi mülkiyyətinə verilməsi; - iddia ərizəsinə əlavə olunmuş Babək Rayon Məhkəməsinin 25 may 2021-ci il tarixli, 2(079)-192/2021 nömrəli qətnamənin təsdiq edilmiş surətindən JN-050A saylı, 10312048 kod nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında mülkiyyətə verilmiş Babək rayonu, Şəkərabad kəndində yerləşən 0.20 hektar torpaq sahəsində İddiaçı dörddə bir payının müəyyən olunması aydın olur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bundan əlavə olaraq məhkəmə onu da qeyd edir ki, “Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli qərarında qeyd olunur ki, mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazın predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Məhkəmənin yuxarıda qeyd olunan normativ hüquqi aktları qeyd etməkdə məqsədi, Babək Rayon Məhkəməsinin “25” may 2021-ci il tarixli, 2(079)-192/2021 nömrəli qətnaməsi ilə müəyyən edilmiş halların hazırki vəziyyətdə işə baxan məhkəmə üçün məcburi xarakter daşımasını tərəflərinin nəzərinə çatdırmaqdır. İddiaçı mərhum anası X5 miras qalmış Babək rayonu, Şəkərabad kəndində yerləşən 0.05 hektar torpaq sahəsinin özü tərəfindən miras əmlak kimi qəbul edilməsinin müəyyən edilməsini tələb etməsi isə mülki işin mübahisəli halıdır. Məhkəmə mülki işin mübahisəli halının hüquqi həlli ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir neçə qərarında qeyd edilir ki, konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi və digər tərəfdən vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinin məzmunundan isə aydın olur ki, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Mülki iş materialları ilə miras qoyan X7 04 yanvar 2006-cı ildə ölməsi sübuta yetirilir. Yəni onun ölümü ilə miras açılmış və bu andan sonra miras əmlak üzrə müəyyən şəxslərvərəsəliyə çağırılan şəxs (mümkün vərəsə) subyektiv vərəsəlik hüququnu həyata keçirmək və miras əmlakı əldə etmək imkanı qazanmışdı. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə görə vərəsəlik anlayışı altında, ölmüş şəxsin əmlakının qanun üzrə və ya vəsiyyət üzrə, yaxud hər iki əsasla başqa şəxslərə (vərəsələrə) keçməsi başa düşülür. Vərəsəlik münasibətləri miras qoyanla vərəsələr arasında qanunda nəzərdə tutulmuş əsaslar üzrə, yaxud miras qoyanın iradəsinə əsaslanan vəsiyyət üzrə yaranır (Mülki Məcəllənin 1133-cü maddəsi). İddia tələbinin məhkəmədə araşdırılması zamanı miras qoyan X14 tərəfindən vəsiyyətnamə tərtib edilmədiyi müəyyən edilmişdi. Bu isə o deməkdir ki, hazırkı vəziyyətdə vərəsəliyin qanunla müəyyən edilmiş əsası tətbiq edilməlidir. Qanun üzrə vərəsələrin dairəsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsində öz əksini tapmışdır. Həmin maddəyə əsasən qanun üzrə vərəsəliyin beş növbəsi fərqləndirilir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinin mahiyyətinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbə vərəsələr sayılır. Məhkəmə həmçinin onu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1160-cı maddəsinin tələbinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Qanunvericiliyin sadalanan tələblərini iş materialları ilə əlaqələndirən məhkəmə bildirir ki, X14 2006-cı ildə öldüyü zaman X10, İddiaçı, Cavabdeh1 və Cavabdeh2 onun qanun üzrə vərəsəsi sayılır. Belə ki, mülki iş materiallarına əlavə edilmiş və işin mübahisəsiz hallarının təsdiqi zamanı qeyd edilən sənədlərdən, həmçinin Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin Şəkərabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 02 iyul 2021-ci il tarixli, 556 nömrəli arayışdan miras qoyan mərhum X7 yuxarıda qeyd edilən vərəsələrinin olması sübuta yetirilir. İddiaçı valideynləri arasında bağlanmış nikahın pozulmasını, Cavabdeh1 isə X12 və X6 adlı bacılarının olmasını qeyd etsə də, həmin halların təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişlər. Miras qoyanın vərəsələrinin dairəsi müəyyən edildikdən sonra miras əmlakın dairəsi ilə bağlı məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Bundan əlavə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 94-cü bəndinə görə mirasın tərkibinə ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Qanunvericiliyə əsasən mirasın tərkibinə miras qoyanın sağlığında mülkiyyət hüququ əldə etdiyi daşınmaz və daşınar əmlakın rəsmi reyestrlərində qeydə alınan əmlak, habelə mükafat, müəllif qonorarı, alınmamış əmək haqqı, pensiya, bank əmanətləri, qiymətli kağızlar, müəssisədəki pay və sığorta ödənişi və s. daxil edilir. Miras qoyanın qanunla müdafiə edilən əmlak və şəxsi qeyri-əmlak hüquqlarına zərər vurulması ilə əlaqədar dəymiş ziyanın ödənilməsi haqqında tələb vərəsələrə keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1257-ci maddəsində isə mirası qismən qəbul etməyin yolverilməzliyi öz əksini tapmışdır. Mülki Məcəllənin yuxarıda qeyd edilən normaları özündə miras əmlakın tamlığı, bütövlüyü prinsipini ehtiva edir. Mülki iş materiallarından məlum olur ki, Babək rayonu, Şəkərabad kəndində yerləşən torpaq sahəsi ümumi mülkiyyətdə olan əşyadır və onun mülkiyyətçilərindən biri də mərhum X13r. Həmçinin iş materiallarından o da müəyyən edilir ki, həmin daşınmaz əmlak üzərində mülkiyyətçi İddiaçı payı müəyyən edilsə də, miras qoyanın payı müəyyən edilməyib.. Yuxarıda da qeyd edildiyi kimi Azərbaycan Respublikası Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Lakin həmin Məcəllənin 1151.2 və 1162-ci maddələri ilə o da müəyyən edilir ki, mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. Qeyd edilən maddi hüquq normalarının tələbindən görünür ki, ümumi mülkiyyətdə olan əmlakın həmin əmlakın digər mülkiyyətçilərinə aid payı miras əmlakın kütləsinə aid deyil. Bu isə o deməkdir ki, miras kütləsinə ümumi mülkiyyətdən ölənə çatası pay daxildir. Babək rayonu, Şəkərabad kəndində yerləşən torpaq sahəsinin X11 məxsus olan hissəsinin miras əmlak kimi qəbul edilməsi faktının müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Əgər miras əmlak üzrə miras qoyanın bir neçə vərəsəsi olsa bu zaman hər bir vərəsə mirası müstəqil qəbul etməlidir. Qanunvericiliyin yuxarıda qeyd edilən normalarından görünür ki, Azərbaycan Respublikası mülki qanunvericiliyi mirasın qəbul edilməsinin iki üsulunu - formal, yəni notariat kontoruna ərizə verməklə və qeyri-formal–faktiki cəhətdən qəbul edilmə üsulunu müəyyənləşdirir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu, yəni onu faktiki olaraq qəbul etmək isə iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Mirasın faktiki qəbulu üsulu odur ki, bu üsul əsasında vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib olur, onun üzərində fiziki “ağalıq” edir. Yəni bu hərəkətlərdən mirası qəbul etməsi açıq-aşkar görünür və bəlli olur. Mirasın faktiki idarə edilməsi isə üsulu isə o deməkdir ki, vərəsənin etdiyi elə hərəkətdir ki, bu hərəkətləri adətən o öz mənafeyi üçün əmlakın saxlanılması və normal təsərrüfatın aparılması üçün edir. “G. Qəhrəmanovanm şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının “18” oktyabr 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “18” iyul 2014-cü il tarixli qərarında göstərmişdir ki, miras əmlakı faktiki idarə etmək vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun.” İşin mübahisəli halının məhkəmə araşdırılması zamanı müəyyən olunur ki, İddiaçı qızı mirası qeyri-formal üsulla qəbul etmişdi. Yəni, iş üzrə o, mirası faktiki idarə etməklə qəbul edib. Bu fakt həm işdə iştirak edən şəxslərin məhkəmə baxışı iclası zamanı verdiyi izahatlarla öz təsdiqini tapır. Belə ki, Cavabdeh1 məhkəmədə verdiyi izahatından görünür ki, iddiaçı anasının ölümündən sonra mərhuma məxsus olan torpaq sahəsində inşa edilmiş evdə yaşamaqla ona sahiblik etmiş, həmçinin ondan istifadə etmiş, daha sonra onu kirayə verməklə kirayə haqqını da almışdı. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 verdiyi ifadəsində tərəflərin atası Məmmədlə öz atası Əkbərin əmioğlu olduqlarını, özünün anadan olandan indiki adı ilə Babək rayonu, Şəkərabad kəndində yaşadığını, orada böyüdüyünü, uzun müddət həmin kəndin orta məktəbində müəllim və direktor işlədiyini, tərəflərin valideynlərinin yaşadığı evlə hazırda özünün qaldığı ev arasında təqribən 500 metr məsafə olduğunu, 30 ilə yaxın olar ki, tərəflərin yaşadığı evə gedib gəlmədiyini, tərəflərin anası Zöhrənin öldüyünü, onun yas məclisində iştirak etsə də, lakin öldüyü vaxtı dəqiq xatırlamadığını, eşitdiyinə görə Zöhrənin ölümündən sonra onun evində mərhumun uşaqlarının qaldığını, İzafənin başqa bir şəxslə ailə qurub boşandığını, özünün isə təqribən 15 il olar ki, tərəflərin yaşadığı məhləyə tərəf getmədiyini, bu səbəbdən də mərhum Zöhrəyə məxsus evdə dəqiq olaraq onun hansı uşağının qaldığından məlumatsız olduğunu bildirmişdir. Şahidin ifadəsinin sübut kimi qəbul edilənliyi ilə bağlı məhkəmə bildirir ki, iddiaçı tərəfin məhkəməyə təqdim edilmiş şahidin ifadəsi iş üçün əhəmiyyət daşıyan halın müəyyən edilməsində sübut kimi istifadə edilə bilməz. Belə ki, onun ifadəsindən aydın olur ki, Şahid2 uzun müddətdir miras qoyanın yaşadığı evə gedib gəlmir və orada baş verənlərdən məlumatsızdır. Yuxarıda qeyd edilənləri ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, Babək rayonu, Şəkərabad kəndində yerləşən torpaq sahəsinin ancaq mərhum X11 çatası hissəsinin İddiaçı tərəfindən miras əmlak kimi faktiki olaraq qəbul edilməsi müəyyən edilməlidir. Məhkəmə onu da tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edilsə də, hazırki iş üzrə iddia qismən təmin edildiyindən, İddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 10 (on) manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq ona ödənilməlidir. Məhkəmə həmçinin onu da tərəflərin nəzərinə çatdırır ki, miras qoyanın vərəsələrindən hər hansı birinin mirasın qəbul etməsi ilə bağlı məhkəməyə müraciət etməsi digər vərəsələrinin bununla bağlı hüququnu məhdudlaşdırmır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: - iddia tələbi qismən təmin edilməli; - JN-050A nömrəli, 10312048 kod nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən X14, İddiaçı, Cavabdeh2 və Cavabdeh1 ümumi mülkiyyətində verilmiş (hazırda İddiaçı payı müəyyən edilib) və Babək rayonu, Şəkərabad kəndində yerləşən 0.20 hektar torpaq sahəsinin mərhum X11 çatası hissəsinin İddiaçı tərəfindən miras əmlak olaraq qəbul edilməsi faktı müəyyən olunmalı; -iddia digər hissədə əsasız olduğundan rədd edilməli; -iddiaçı tərəfindən ödənilmiş 10 (on) manat miqdarında dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i : İddia tələbi qismən təmin edilsin. JN-050A nömrəli, 10312048 kod nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən X14, İddiaçı, Cavabdeh2 və Cavabdeh1 ümumi mülkiyyətində verilmiş (hazırda İddiaçı payı müəyyən edilib) və Babək rayonu, Şəkərabad kəndində yerləşən 0.20 hektar torpaq sahəsinin mərhum X11 çatası hissəsinin İddiaçı tərəfindən miras əmlak olaraq qəbul edilməsi faktı müəyyən olunsun. İddiaçı tərəfindən ödənilmiş 10 (on) manat miqdarında dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq İddiaçı ödənilsin. İddia digər hissədə əsasız olduğundan rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:- Zamiq Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar