Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № 2(079)-406/2022 19.09.2022 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X9 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı miras əmlakın qəbul edilməsi faktının müəyyən olunması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum atası X4 qalmış Babək rayon Şıxmahmud kəndində yerləşən 0.09 hektar həyətyanı torpaq sahəsi və 0.66 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olan miras əmlakın mənim tərəfimdən faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını əsaslandıraraq bildirmişdir ki, mərhum X3 və X12 ilə xx.xx.1976-cı il tarixində ailə həyatı qurmuşlar. Onların nikah faktı Babək Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 317469 nömrəli nikah akt qeydindən çıxarışla öz təsdiqini tapır. X7 ilə nikahlarından övladları dünyaya gəlməmişdir. 1978-ci il tarixindən isə onlar arasında olan ər-arvad münasibətlərinə son qoyulsa da, nikahları rəsmi qaydada pozulmamışdır. Gülnaz Əliyeva ilə həmin vaxtdan bu günədək nə atamın sağlığında, nə də onun ölümündən sonra əlaqəmiz olmamışdır. Ancaq kənd icra nümayəndəliyindən əldə etdiyim məlumata görə Gülnaz Əliyeva uzun müddətdir ki, Türkmənistan Respublikasında yaşayır. X10 Respublikasının hansı şəhərində və ya ünvanda yaşaması barədə də heç bir məlumatım yoxdur. Mərhum X3 1983-cü ilin payızından anam X2 ilə faktiki olaraq ailə həyatı qurmuş və onların bu, evliliklərindən mən və qardaşım Cavabdeh dünyaya gəlmişdir. X3 12 fevral 2015-ci il tarixdə vəfat etmişdir. Onun ölüm faktı Babək rayon Şıxmahmud kənd İƏD üzrə Nümayəndəlik tərəfindən xx.xx.2015-ci il tarixində verilmiş 555227 nömrəli ölüm haqqında şəhadətnamə ilə təsdiq olunmuşdur. Mərhum atamın ölümündən sonra Babək rayonu Şıxmahmud kəndində yerləşən fərdi yaşayış evi, həyətyanı torpaq sahəsi və kənd təsərrüfatı təyinatlı torpaq sahəsi miras qalmışdır. X1 vərəsələri aşağıdakı şəxslərdir. 1. Oğlu İddiaçı, 2. Oğlu Cavabdeh. Bildirirəm ki, hələ 1999, 2003-cü illərdə Babək rayon Şıxmahmud kəndində keçirilmiş aqrar islahatlar zamanı mərhum atam Məhəmmədlə yaşadığımız Şıxmahmud kəndində yerləşən həyətyanı və çöl torpaq sahələri bizə verilmişdir. Həmin torpaq sahələrindən hələ atamın sağlığında istifadə etmişəm və hazırda da istifadə etməkdəyəm. Qeyd edim ki, mərhum X1 ölümündən sonra Babək rayonu Şıxmahmud kəndində yerləşən torpaq sahəsi üzərində yerləşən evdə atamın vərəsələrindən yalnız mən, öz ailəmlə birlikdə yaşamışam və bu gün də yaşamağa davam edirəm. Yuxarıda göstərdiyim vərəsələrdən qardaşım Cavabdeh atamdan qalan mirasdan mənim xeyrimə indiyədək nə ərizə verir, nə də ki, ərizə verməkdən imtina edir. Sadəcə olaraq bu məsələnin həlli üçün maraq göstərmir və heç bir hərəkət etmir. Ümumiyyətlə atamın vəfatından sonra atamdan qalmış mirası mən qəbul edərək idarə etmişəm. Həyət-bacanı, çöl torpaq sahəsini bu illər ərzində mən əkib becərmişəm. Bütün bu, illər ərzində yaşayış evinin bütün kommunal (qaz, elektirik, su) və sığorta xərclərini mən ödəmişəm. Bütün bu dediklərimi istənilən Şıxmahmud kənd sakini də təsdiq edə bilər. Bu illər ərzində daimi olaraq ailəm ilə birlikdə mən orada yaşamışam. Mən, Babək rayonu Şıxmahmud kəndində yerləşən mərhum X3ndan miras qalmış fərdi yaşayış evi, həyətyanı torpaq sahəsi və kənd təsərrüfatı təyinatlı torpaq sahəsini adıma keçirmək üçün vərəsəlik şəhadətnaməsi almaq qərarına gəldim və bu məqsədlə Babək Rayon Notariat ofisinə müraciət etdim. Babək Rayon Notariat ofisinin 07 iyul 2022-ci il tarixli, 62 nömrəli məktubunda notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən rəsmi olaraq imtina edərək bildirdi ki, vərəsəlik şəhadətnaməsi almaq üçün qanunla nəzərdə tutulan müddət keçmişdir və mübahisə olduğundan mirasın faktiki qəbulu məhkəmələr tərəfindən müəyyən edilməlidir. Bu səbəbdən də mən, məhkəməyə müraciət etmək qərarına gəlmişəm. İddia ərizəsi Babək Rayon Məhkəməsinin icraatına qəbul edilmiş, 09 sentyabr 2022-ci il tarixdə iddiaçının iştirakı ilə məhkəmə hazırlıq iclası keçirilmiş və mülki iş məhkəmə baxışı iclasında baxılmağa təyin edilmişdir. 19 sentyabr 2022-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında İddiaçı məhkəməyə müraciət edərək bildirmişdir ki, cavabdehlə mübahisənin məhkəmədən kənar qaydada həlli ilə bağlı razılığa gəldiyimizdən iddiadan imtina edirəm və iş üzrə icraata xitam verilməsini xahiş edirəm. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericiliklə müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinin tələblərini nəzərə alaraq mülki iş üzrə məhkəmə baxışını cavabdehin iştirakı olmadan keçirmişdir. Məhkəmə iddiaçının iddiadan imtinasını nəzərə alaraq qeyd edir ki, MPM-in 14.3-cü maddəsinə əsasən məhkəmə tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər. MPM-in 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında vurğulamışdır ki, dispozitivlik prinsipi işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunur. Bu prinsipə əsasən hakim deyil, yalnız tərəflər mülki prosesin başlanması, onun predmetinin dairəsi və mülki prosesin yekunlaşdırılması barədə qərar qəbul edir. Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Belə ki, iş yalnız şəxsin ərizə və ya şikayəti əsasında başlanır (MPM-in 5.1-5.3-cü maddələri). İddiaçı iddiadan imtina edə bilər, cavabdeh iddianı etiraf edə bilər, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla tamamlaya bilər (MPM-in 5.4, 52.1-52.3-cü maddələri). MPM-in 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Bununla belə nəzərə almaq lazımdır ki, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır (MPM-in maddə 52.5-ci maddəsi). Məhkəmə İddiaçı Cavabdeh qarşı miras əmlakın qəbul edilməsi faktının müəyyən olunması tələbinə dair iddiasından imtina etməsi haqqında ərizəsini müzakirə edib, belə nəticəyə gəlir ki, işdə iddiadan imtinanın qəbul edilməməsinə əsas verən MPM-in 52.5-ci maddəsində göstərilən hallar yoxdur. Bu səbəbdən də, iddiaçının iddiadan imtinası məhkəmə tərəfindən qəbul olunmalı və iş üzrə icraata xitam verilməlidir. MPM-in 191.2-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. MPM-in 261.0 və 261.0.4-cü maddələrinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. MPM-in 114.1 və 114.1.4-cü maddələrinin tələbinə görə, həmin Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, İddiaçı iddia qaldırılarkən "xxxx" ASC-nin Naxçıvan filialı vasitəsilə xx.xx.2022-ci il tarixdə 28299 nömrəli qəbzlə ödədiyi 100 (bir yüz) manat miqdarında dövlət rüsumu ona geri qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 262-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r v e r d i: İddiaçı Cavabdeh qarşı miras əmlakın qəbul edilməsi faktının müəyyən olunması tələbinə dair mülki iş üzrə iddiaçının iddiadan imtinası qəbul olunsun və iş üzrə icraata xitam verilsin. İddiaçı iddia qaldırılarkən "xxxx" ASC-nin Naxçıvan filialı vasitəsilə xx.xx.2022-ci il tarixdə 28299 nömrəli qəbzlə ödədiyi 100 (bir yüz) manat miqdarında dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardadı çıxaran məhkəməyə verilə bilər.
Məhkəmə qərarları › İş №2(079)-406/2022
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №2(079)-406/2022
19.09.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver