Məhkəmə qərarları › İş №2(079)-420/2021

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-420/2021

21.10.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-420/2021 21.10.2021 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı qızının vəkil-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı yaşayış və istifadə hüququnun itirilmiş hesab olunması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı “20” avqust 2021-ci ildə vəkil-nümayəndəsi Vəkil vasitəsi ilə Cavabdeh qarşı iddia tələbi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək mülkiyyətində olan və Babək rayonu, Payız kəndində yerləşən fərdi yaşayış evindən cavabdehin yaşayış və istifadə hüququnun itirilmiş hesab olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. O, tələbini əsaslandıraraq qeyd etmişdi ki, hüquqlarını müdafiə etdiyi İddiaçı adına olan Babək rayonu, Payız kəndində yerləşən daşınmaz əmlak Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində 01 oktyabr 2017-ci il tarixdə **********44-1031475 reyestr nömrəsinə əsasən qeydiyyata alınmışdır. İddiaçının qardaşı Cavabdeh 2015-ci ildə Rusiyadan gəlmiş və iddiaçı onu öz adına olan Babək rayonu, Payız kəndində yerləşən daşınmaz əmlakın qeydiyyatına saldırmışdır. Cavabdeh özünə aid şəxsiyyət vəsiqəsini almış və Türkiyə Respublikasına getmişdir. Ev Cavabdeh valideynlərindən qalma evdir. Cavabdeh 1980-ci illərdən həmin evdən getmişdir. 2015-ci il tarixdə yenidən qayıtmış və həmin zaman ev İddiaçı mülkiyyətində olmuşdur. Şəxsiyyət vəsiqəsinin alınması üçün öz aralarında razılaşma olmuş bundan sonra İddiaçı razılığı əsasında həmin ünvanda qeydiyyata alınmışdır. Qeydiyyata alınandan sonra Türkiyə Respublikasına getmiş və hal-hazırda Türkiyə Respublikasının Mersin şəhərinin Cümhuriyyət məhəlləsi, 1605 sokak, Türkyılmaz Apartmanı, no 9/2 ünvanında müvəqqəti qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Cavabdeh Babək rayonu, Payız kəndində qeydiyyata düşdükdən sonra burda bir gündə olsun belə yaşamamış və qalmamışdır. Cavabdeh qeyd olunan evin pasport qeydiyyatında dursa da, bu evdə yaşamır və evin bütün kommunal xərcləri iddiaçı tərəfindən ödənilir. Məhkəmə iclasının vaxtı və yeri barədə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada İddiaçı və Cavabdeh məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmişlər. İddiaçı vəkil-nümayəndəsi Vəkil məhkəmədə verdiyi izahatında 2007-ci ildən iddiaçının Babək rayonu, Payız kəndində yerləşən daşınmaz əmlakın mülkiyyətçisi olduğunu, onun qardaşı olan Cavabdeh 1980-ci ildən Rusiya Federasiyasında yaşadığını, onun 2018-ci ildə şəxsiyyət vəsiqəsini dəyişdirmək üçün Naxçıvana gəldiyini, burada rəsmi qeydiyyatda olmadığından şəxsiyyət vəsiqəsinin alınmasını təmin etmək üçün iddiaçının müvəqqəti ona öz fərdi yaşayış evi üzrə qeydiyyata alınmasına icazə verdiyini, yəni onun həmin evdə qeydiyyatda olmasına səbəb cavabdehin şəxsiyyət vəsiqəsini almasını təmin etməkdən ibarət olduğunu, daha sonra cavabdehin yaşamaq üçün Türkiyə Respublikasına getdiyini və həmin vaxtdan orada yaşadığını, hazırda iddiaçının atasından qalan həmin evi tamamı ilə yenidən quraraq təmir etdiyini, bu səbəbdən də gələcəkdə hər hansı bir problemin yaranmaması üçün qardaşının qeydiyyatdan çıxarılmasını istədiyini, iddiaçının əvvəlcə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsində qeydiyyatdan çıxarılma öhdəliyini müvafiq polis orqanının üzərinə qoyulması bardə iddia qaldırsa da, həmin məhkəmədə işə baxılarkən ona cavabdehin atasında qalan tikilidə qeydiyyata alınması və onun istifadə hüququnun olması bildirildiyindən iddia tələbini geri götürdüyünü, iddiaçının 2007-ci ildə evi adına qeydə aldıran zaman cavabdehin həmin fərdi yaşayış evində qeydiyyatda olmadığını qeyd edərək, yekunda məhkəmədən iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələbini rəhbər tutmaqla İddiaçı və Cavabdeh iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarını tədqiq edən və işdə iştirak edən şəxsin izahatını dinləyən məhkəmə müəyyən edir ki, Babək rayonu, Payız kəndində yerləşən fərdi yaşayış evinin İddiaçı mülkiyyətində olması, Cavabdeh həmin fərdi yaşayış evində rəsmi qaydada qeydiyyata alınması, lakin uzun müddətdir ki, cavabdehin Babək rayonu, Payız kəndində yaşamaması mülki işin mübahisəsiz hallarıdır. Bunların mülki işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: - iddia ərizəsinə əlavə edilən və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli, 01 oktyabr 2007-ci il qeydiyyat tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsdiq edilmiş surətindən Babək rayonu, Payız kəndində yerləşən 1566.19 kvadrat metr torpaq sahəsi və onun üzərində olan 1 mərtəbəli, 3 otaqlı, 51.14 kvadrat metr yaşayış, 38.60 kvadrat metr köməkçi sahədən ibarət fərdi yaşayış evinin tam mülkiyyət hüququ üzrə İddiaçı mülkiyyətində olması və həmin mülkiyyətin daşınmaz əmlakın dövlət reyestrində 9 nömrəli reyestr kitabının 1475 nömrəli vərəqində qeydiyyata alınması; -"Elektron Məhkəmə" informasiya sistemindən çıxarılmış məlumatdan Cavabdeh Babək rayonu, Payız kəndində rəsmi qaydada qeydiyyata alınması; -iş materiallarına əlavə edilmiş Babək Rayon İcra Hakimiyyətinin Payız kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 20 oktyabr 2021-ci il tarixli, arayışdan Cavabdeh Babək rayonu, Payız kəndində yaşamaması aydın olur. İddiaçı qardaşı Cavabdeh özünə məxsus olan Babək rayonu, Payız kəndində yerləşən 1566.19 kvadrat metr torpaq sahəsi və onun üzərində olan 1 mərtəbəli, 3 otaqlı, 51.14 kvadrat metr yaşayış, 38.60 kvadrat metr köməkçi sahədən ibarət fərdi yaşayış evinə yaşayış və istifadə hüququnun itirilmiş hesab olunmasını tələb etməsi isə mülki işin mübahisəli halıdır. Mülki işin mübahisəli halının hüquqi həlli işə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi bir çox qərarlarında vurğulamışdır ki, mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Həmçinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 16 dekabr 2014-cü il tarixli qərarında qeyd edilir ki, yaşayış sahəsindən istifadə etmək hüququnun yaranmasının bir neçə əsası ola bilər (məsələn, əşya hüququnun, mülkiyyətçi və digər şəxslər arasında müqavilə münasibətlərinin, ailə münasibətlərinin mövcudluğu). Bu mənada qeyd edilməlidir ki, Mülki Məcəllədə “istifadə” sözü mahiyyətcə müxtəlif institutlarla bağlı müddəalarda geniş şəkildə işlədilmişdir. Məsələn, Mülki Məcəllənin əşya hüququ olan mülkiyyət hüququ anlayışının izahı ilə bağlı 152-ci maddəsində, 11-ci Fəslinin servitut və uzufrukt ilə bağlı müddəalarında, habelə öhdəlik hüququna aid olan 33-cü Fəslində kirayə və 36-cı Fəslində əvəzsiz istifadə müqaviləsi ilə bağlı müddəalarda da bu anlayışa rast gəlinir. İstifadə hüququ öz-özlüyündə konkret hüququn əşya və yaxud öhdəlik hüququna aid edilməsini müəyyənləşdirmir. Hüquqi mahiyyəti baxımından birbirindən çox fərqli olmalarına baxmayaraq, belə hüquqların ortaq cəhəti ondan ibarətdir ki, “istifadə” sözünün işlədilməsi yalnız əşyadan öz sahibinin istifadə etmək səlahiyyətini təmin edir. Lakin bu hüquqların məzmunundan görünür ki, onlardan hər birinin əşyadan istifadə etmək imkanını təmin etməsi şərtləri, istifadənin həcmi, istifadənin hüquqi baxımdan yaranması və ona xitam verilməsi ilə bağlı qayda və şərtlər, başqa sözlə istifadə səlahiyyətinin hüquqi rejimi bir-birindən fərqlidir. Buna görə, bu hüquqlar öz sahiblərinin əşyadan istifadə etmək səlahiyyətlərini təmin etsələr də, bu imkanı təmin edən əmlak hüquqlarının heç birini “istifadə hüququ” adlandırmaq olmaz. Əks halda əmlak hüquqlarının adlarının əsas funksiyası olan fərqləndirmə və müəyyən etmə xüsusiyyəti aradan qalxmış olar. Belə olan halda isə hansı hüququn nəzərdə tutulduğunu müəyyən etmək mümkün olmaz. Nəticə etibarilə, mülki qanunvericilikdə “istifadə hüququ” ifadəsi əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə edir. Buna müvafiq olaraq qeyd edilməlidir ki, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan yaşayış binasının tərkib hissəsindən “istifadə hüququ”nun mahiyyəti və həcmi Mənzil Məcəlləsinin 30.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən “istifadə etmək hüququ”nun mahiyyəti və həcmindən fərqlidir. Hər iki Məcəllədə yaşayış sahəsindən istifadə etmək imkanı nəzərdə tutulsa da, bu istifadəni təmin edən hüquqi əsaslar fərqlidir. Mülki Məcəllənin 228-ci maddəsinin məzmunundan məlum olur ki, həmin maddədə yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Həmçinin, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış məhdud əşya hüquqları bağlı olduqları daşınmaz əşyaya olan mülkiyyət hüququnun özgəninkiləşdirilməsi halında xitam olmadıqları kimi (Mülki Məcəllənin 158.3-cü maddəsi), istənilən üçüncü şəxslərə qarşı da irəli sürülə bilərlər (Mülki Məcəllənin 158.4-cü maddəsi). İddiaçı tələbində Babək rayonu, Payız kəndində yerləşən fərdi yaşayış evinin atasından qalma ev olduğunu və qardaşı Cavabdeh həmin evə yaşayış və istifadə hüququnun olmasını qeyd etsə də, bununla bağlı məhkəməyə sübut təqdim edə bilməmişdi. Əksinə "Elektron Məhkəmə" informasiya sistemindən çıxarılmış məlumatlardan müəyyən edilir ki, Cavabdeh 2017-ci ildən Babək rayonu, Payız kəndində qeydiyyatda olsa da, onun yaşayış yeri üzrə əvvəlki qeydiyyat ünvanı ünvan 2lakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan isə müəyyən edilir ki, iddiaçı 01 oktyabr 2007-ci ildən Babək rayonu, Payız kəndində yerləşən 1566.19 kvadrat metr torpaq sahəsi və onun üzərində olan 1 mərtəbəli, 3 otaqlı, 51.14 kvadrat metr yaşayış, 38.60 kvadrat metr köməkçi sahədən ibarət fərdi yaşayış evinin mülkiyyətçisidir. Bu qeyd edilənlər isə onu deməyə imkan verir ki, cavabdeh Babək rayonu, Payız kəndində iddiaçının həmin evə mülkiyyət hüququ əldə etdikdən sonra rəsmi qeydiyyata alınmışdı. Yəni cavabdehin 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsində nəzərdə tutulmuş qaydada yaşayış sahəsindən istifadə etmək hüququnun mövcud olması öz təsdiqini tapmır. Bundan əlavə mülki işin məhkəmədə araşdırılması zamanı Cavabdeh mübahisə predmeti olan yaşayış evinə istifadə hüququnun olub-olması yoxlanılmış və onun belə bir hüquqa malik olmaması müəyyən edilmişdi. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-cü maddəsi ilə müəyyən edilir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Babək Rayon İdarəsi tərəfindən verilmiş 15 sentyabr 2021-ci il tarixli, 03/326 nömrəli məktubdan aydın olur ki, Babək rayonu, Payız kəndində yerləşən və İddiaçı mülkiyyətində olan fərdi yaşayış evi üzərində heç bir məhdudiyyət və yüklülük mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual qanunvericiliyinin tələbinə görə mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər (2.1 və 4.1-ci maddələr) Mübahisənin məhkəmədə araşdırılmış hallarından cavabdehin Babək rayonu, Payız kəndində yerləşən 1566.19 kvadrat metr torpaq sahəsi və onun üzərində olan 1 mərtəbəli, 3 otaqlı, 51.14 kvadrat metr yaşayış, 38.60 kvadrat metr köməkçi sahədən ibarət fərdi yaşayış evindən yaşayış və istifadə hüququnun olması öz təsdiqi tapmadığından, iddiaçının mövcud olmayan hüququn itirilmiş hesab edilməsinə dair tələbi əsaslı hesab edilə bilməz. İddiaçı tələbini qardaşı Cavabdeh özünə məxsus olan və Babək rayonu, Payız kəndində yerləşən 1566.19 kvadrat metr torpaq sahəsi və onun üzərində olan 1 mərtəbəli, 3 otaqlı, 51.14 kvadrat metr yaşayış, 38.60 kvadrat metr köməkçi sahədən ibarət fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması üçün əsaslandırdığından məhkəmə ona izah edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Ü.Rəhimovanın şikayəti üzrə 2009-cu il 25 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, şəxsin (digər ailə üzvlərinin) mənzilə mülkiyyətçinin şifahi razılığı əsasında köçməsi və mənzilə qeydiyyata düşməsi onun Mülki Məcəllənin 228.5-ci maddəsinin tələblərinə görə həmin mənzildən istifadə hüququ əldə etməsinə səbəb olmur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun 24 sentyabr 2020-ci il tarixli qərarında isə qeyd edilir ki, yaşayış sahəsinin mülkiyyətçisinin razılığı ilə onun mülkiyyətində olan yaşayış yeri üzrə qeydiyyata alınma həmin yaşayış sahəsindən istifadə hüququnun yaranmasını ehtiva etmir. Belə ki, qanunvericilik istifadə hüququnun yaranması faktını şəxsin həmin mənzilə qeydiyyatının olubolmamasından asılı etməmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: - İddia rədd edilməli; - İddiaçı Cavabdeh qarşı yaşayış və istifadə hüququnun itirilmiş hesab olunması tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbini rəhbər tutan məhkəmə tərəflər bildirir ki, hər bir tərəf öz öhdəliyinin icrasını yerinə yetirdiyini sübut etmək vəzifəsi daşıyır. Həmin Məcəllənin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i : İddia rədd edilsin. İddiaçı Cavabdeh qarşı yaşayış və istifadə hüququnun itirilmiş hesab olunması tələbi əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:- Zamiq Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar