Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-429/2023 22.09.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X30 məhkəmə iclas katibliyi, ərizəçi İddiaçı, ərizəçinin vəkil-nümayəndəsi Vəkil, maraqlı şəxslər Maraqlı şəxs3 və Maraqlı şəxs4 Məmədhəsən qızı, şahidlər Şahid1 və Şahid2 iştirakları ilə, İddiaçı miras əmlakın qəbul edilməsi faktının müəyyən olunması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Ərizəçi İddiaçı “12” iyul 2023-cü il tarixdə Babək Rayon Məhkəməsinə mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə müraciət edərək X17 mülkiyyətində olan Babək rayonu, Şəkərabad kəndində yerləşən 150.8 kv.metr ev və həmin evin üzərində yerləşdiyi 0.1319 ha həyətyanı torpaq sahəsinin miras əmlak olaraq əri X13 tərəfindən faktiki qəbul edilməsi, mərhum əri X7 ölümündən sonra isə həmin əmlakın özü tərəfindən faktiki olaraq qəbul edilməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, qayınatam X18 01 mart 1990-cı il, X3 10 yanvar 2001-ci il tarixlərdə ölmüşlər. Onların mərhum ərim İbrahim də daxil olmaqla 8 nəfər uşağı (vərəsələri) olmuşdur: 1. Maraqlı şəxs1; 2. (Tarverdiyeva) X14; 3. Maraqlı şəxs2; 4. Maraqlı şəxs3; 5. İmanova (Məmmədova) Ləzifə Məmmədhəsən qızı; 6. Abdullayeva (Məmmədova) Minəvvər Məmmədhəsən qızı; 7. X19 (xx.xx.2022-ci il tarixdə ölüb); 8. X13 (xx.xx.2021-ci il tarixdə ölüb). X6 27 yanvar 2022-ci il tarixdə ölüb, onun da arvadı və 2 övladı vərəsəsi vardır: 1. X32; 2. X40; 3. X20. Hal-hazırda Bakı şəhərində yaşayırlar. X3 10 yanvar 2001-ci il tarixdə öləndən sonra onun mülkiyyətində olan Babək rayonu, Şəkərabad kəndində yerləşən 150.8 kv.metr ev və 0.1319 ha həyətyanı torpaq sahəsi miras qalmışdır. Mərhum ərim X13 anası, mərhum qayınanam Qumrudan miras qalmış, Babək rayonu, Şəkərabad kəndində yerləşən 150.8 kv.metr ev və 0.1319 ha həyətyanı torpaq sahəsini 09 sentyabr 2019-cu il tarixdə Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində **********38 nömrəli reyestr və ********** qeydiyyat nömrə ilə rəsmiləşdirib, anası, qayınanam Q.Zeynalovanın adına çıxarış almışdır. Mən mərhum ərim İbrahimlə istər qayınanamın sağlığında, istərsə də onun ölümündən sonra Babək rayonu, Şəkərabad kəndində yerləşən 150.8 kv.metr ev və 0.1319 ha həyətyanı torpaq sahəsini miras əmlak kimi faktiki olaraq qəbul edib, orada yaşamışıq. Lakin ərim X13 07 yanvar 2021-ci il tarixdə öldü, onun ölümündən sonra isə həmin miras qalmış əmlakı faktiki olaraq mən qəbul edib, sahiblənərək həmin evdə uşaqlarımla birlikdə yaşamaqla, torpaq sahəsini əkib-becərərək meyvə ağaclarına qulluq göstərməklə, qaz, işıq və sudan istifadəyə görə kommunal xərclərini və əmlaka görə bələdiyyə vergisini ödəmişəm, bu günə heç bir borcları yoxdur. Hal-hazırda İbrahimin qardaş və bacıları hamısı ailə qurub ayrılıb öz evlərində yaşayırlar və miras əmlakın qəbulundan imtina barədə notarial qaydada ərizə veriblər. Mən miras əmlakı faktiki olaraq qəbul etdiyim üçün adıma rəsmiləşdirmək istədim. Buna görə də mirasın qəbulu ilə bağlı müvafiq şəhadətnamə verilməsi üçün Babək rayon Notariat Ofisinə müraciət etdim. Babək rayon Notariat Ofisinin 01 mart 2023-cü il tarixli, 19 nömrəli məktubunda mirasın faktiki qəbulunun məhkəmə tərəfindən müəyyən olunduğu üçün məhkəməyə müraciət etməyim tövsiyyə olundu. Bu səbəbdən də mən sözügedən əmlakın adıma rəsmiləşdirilməsi üçün məhkəmə qarşısında iddia qaldırmaq məcburiyyətində qaldım və istəyirəm ki, məhkəmə qaydasında öz həllini tapsın. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə Maraqlı şəxs1, Tarverdiyeva (Məmmədova) Fəridə Məmmədhəsən qızı, Maraqlı şəxs2, İmanova (Məmmədova) Ləzifə Məmmədhəsən qızı, Abdullayeva (Məmmədova) Minəvvər Məmmədhəsən qızı və Maraqlı şəxs3 maraqlı şəxs qismində işə cəlb edilmişlər. Maraqlı şəxs1 18 sentyabr 2023-cü il tarixdə məhkəməyə daxil olmuş teleqram vasitəsilə İddiaçı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair iddiasına etirazının olmadığını, iddianı qəbul etdiyini bildirmiş və iddianın təmin olunması ilə bağlı qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs2 19 sentyabr 2023-cü il tarixdə məhkəməyə daxil olmuş teleqram vasitəsilə İddiaçı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair iddiasına etirazının olmadığını, iddianı qəbul etdiyini bildirmiş, iddianın təmin edilməsi ilə bağlı qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs6 Məmmədhəsən qızı 19 sentyabr 2023-cü il tarixdə məhkəməyə daxil olmuş teleqram vasitəsilə İddiaçı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair iddiasına etirazının olmadığını, iddianı qəbul etdiyini bildirmiş, iddianın təmin edilməsi ilə bağlı qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs5 20 sentyabr 2023-cü il tarixdə məhkəməyə daxil olmuş teleqram vasitəsilə İddiaçı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair iddiasına etirazının olmadığını, iddianı qəbul etdiyini bildirmiş, iddianın təmin edilməsi ilə bağlı qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxslər Maraqlı şəxs1, Tarverdiyeva (Məmmədova) Fəridə Məmmədhəsən qızı, Maraqlı şəxs2 və Abdullayeva (Məmmədova) Minəvvər Məmmədhəsən qızı məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələbini rəhbər tutmaqla işə maraqlı şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Ərizəçi İddiaçı izahatında 1984-cü ildə İbrahim Məmmədovla ailə həyatı qurduğunu, Babək rayonu, Şəkərabad kəndində qayınatasına məxsus evdə yaşamağa başladıqlarını, bir müddət orada yaşadıqdan sonra kiçik qaynının ailə həyatı qurduğunu, özünün yoldaşıyla birlikdə qayınatasının 1988-ci ildə onlara ev tikmək üçün hədiyyə verdiyi torpaq sahəsində ev tikməyə başladıqlarını, 1990-cı ildə hazır olan evdə indiyə qədər daimi olaraq yaşadığını, 1990-cı ildə qayınatasının, 2001-ci ildə isə qayınanasının rəhmətə getdiyini, qayınanası Qumru rəhmətə gedəndə İbrahimin onlarla birlikdə anasından miras qalan Şəkərabad kəndində yerləşən həmin evdə yaşamağa davam etdiklərini, İbrahimin polis əməkdaşı olması səbəbindən Naxçıvandan kənara çox çıxmadığını, vəfatına qədər həmin evdə daimi yaşadığını, xx.xx.2021-ci ildə isə yoldaşının vəfat etdiyini, onun vəfatından əvvəl 2019-cu ildə torpağı anası Qumru Zeynalovanın adına saldırıb çıxarış aldığını, həmin vaxt məqsədinin evi öz adına sənədləşdirmək olduğunu, lakin həmin prosesin yarımçıq qaldığını, evin 3 otaq və açıq balkondan ibarət olduğunu, həmin yaşayış evinin sənədləşdirilmədiyini, İbrahimlə nikahından olan Saleh Məmmədli və onun ailəsi ilə birlikdə İbrahimin vəfatından sonra da miras əmlakda yaşamağa davam etdiyini, 2021-ci ilin may ayında ərinin vəfatından 5 ay ərzində notariat orqanına mirası qəbul etdiyinə dair ərizə verdiyini, həmçinin oğlu və qızının da atalarından miras qalan əmlakın qəbulundan imtinaya dair ərizə verdiklərini, qayınlarından Tapdıq və İsmayılın Bakıda, Məmmədbağırın isə Şəkərabadda yaşadığını, mərhum qaynı Abbasın isə 2022-ci ildə rəhmətə getdiyini, baldızlarından Fəridənin Bakıda, Ləzifənin Naxçıvanda, Minəvvərin isə Culfa rayon Qızılca kəndində yaşadıqlarını, onların məsələ ilə bağlı etirazlarının olmadığını, hazırda oğlu, özü, gəlini və nəvələrinin həmin evdə yaşadıqlarını bildirmiş, ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs4 Məmədhəsən qızı anasının vəfatından sonra qardaşı İbrahimin anasından qalan miras əmlakda yaşadığını, 2021-ci ildə vəfat etdiyini, vəfatından bir müddət əvvəl torpağı anasının adına rəsmiləşdirdiyini, öz adına keçirmək üçün müəyyən işlər görsə də başa çatdıra bilmədiyini, onun vəfatından sonra isə arvadı Mətanətin oğlu və onun ailəsi ilə birlikdə həmin əmlakda yaşamağa davam etdiyini, özünün ərizənin təmin olunmasına etirazının olmadığını, bütün bacı-qardaşlarının ərizənin təmin olunmasını istədiyini bildirmiş, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs3 anasının vəfat etməsindən 10 il əvvəl İbrahimin ondan qalan miras Şəkərabad kəndində yerləşən evdə yaşadığını, anasının vəfatından sonra da orada yaşamağa davam etdiyini, qardaşı İbrahimin 2021-ci ildə vəfat etdiyini, həmin vaxtdan sonra isə İradənin oğlu və onun ailəsi ilə həmin evdə yaşadığını bildirmiş, ərizənin təmin olunmasına etirazının olmadığını bildirmişdir. Şahid1 ifadəsində ərizəçi və mərhum Qumru xanımla qonşu olduqlarını, İbrahimin ailə qurandan bir neçə il sonra atasının verdiyi Şəkərabadda yerləşən torpaqda İradə ilə birgə ev tikməyə başladıqlarını və oraya köçdüklərini, elə Məmmədhəsən kişinin də, Qumru xanımın vəfatı vaxtı da orada yaşadıqlarını, İbrahimin isə 2021-ci ildə rəhmətə getdiyini, yasın mərasim evində təşkil olunduğunu, xanımların isə evdə oturduqlarını, İradə xanımın oğlu və onun ailəsi ilə birgə həmin vaxtdan indiyə qədər də miras evdə yaşamağa davam etdiklərini, qızı Nigarın isə ailə qurub oradan köçdüyünü, vərəsələr arasında miras əmlakla bağlı mübahisənin şahidi olmadığını bildirmişdir. Şahid2 da oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmış, məhkəmə iclasında tədqiq olunmuş sübutlar əsasında belə nəticəyə gəlmişdir ki, X16 Babək rayonu, Şəkərabad kəndində yerləşən 150.8 kv.metr ev və 0.1319 ha həyətyanı torpaq sahəsinin miras qalması, mirasın X17 10 yanvar 2001-ci ildə vəfat etməsi ilə açılması, onun hazırda sağ qalan birinci növbə vərəsələrinə Maraqlı şəxs1, Tarverdiyeva (Məmmədova) Fəridə Məmmədhəsən qızı, Maraqlı şəxs2, İmanova (Məmmədova) Ləzifə Məmmədhəsən qızı, Abdullayeva (Məmmədova) Minəvvər Məmmədhəsən qızı və Maraqlı şəxs3 daxil olması, birinci növbə vərəsələrindən X7 xx.xx.2021-ci ildə, X11 isə xx.xx.2022-ci il tarixdə vəfat etməsi, X7 birinci növbə vərəsələrinə İddiaçı, X34 və X26 daxil olması və miras qoyanlar tərəfindən vəsiyyətnamə qoyulmaması mülki işin mübahisəsiz hallarıdır. Belə ki, ərizəyə əlavə edilmiş; - Babək Rayon Qeydiyyat Şöbəsi tərəfindənn verilmiş ölüm akt qeydləri kitabndan çıxarışda X12 01 mart 1990-cı il tarixdə vəfat etməsi; - Babək Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş ölüm akt qeydləri kitabından çıxarışdan X17 10 yanvar 2001-ci il tarixdə vəfat etməsi; - Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Babək Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş forma nömrə 14 arayışından X18 və X31 arasında nikah ilə bağlı yoxlama aparılması və 1936-cı ildən saxlanılmış arxiv üzrə 1936-1943- cü illər üzrə aparılmış yoxlamada akt qeydiyyatının tapılmaması; - xx.xx.2022-ci il tarixli arayışdan X17 vərəsələrinə Maraqlı şəxs1, X14, Maraqlı şəxs2, X19 (xx.xx.2022-ci il tarixdə ölüb), X15, X9, X13 (xx.xx.2021-ci il tarixdə ölüb) və Maraqlı şəxs3 daxil olması; - doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətidən X7 xx.xx.1962cı ildə doğulduğu, atasının X18, anasının isə X17 olması; - doğum akt qeydləri kitabından çıxarışdan Maraqlı şəxs1 01 noyabr 1947-ci ildə anadan olması, atasının X18 və anasının X33 olması; - doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətidən X4 xx.xx.1952ci ildə doğulduğu, atasının X18, anasının isə X17 olması; - doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətidən Maraqlı şəxs2 xx.xx.1949-cu ildə doğulduğu, atasının X18, anasının isə X17 olması; - doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətidən Maraqlı şəxs3 xx.xx.1965-ci ildə doğulduğu, atasının X18, anasının isə X17 olması; - doğum akt qeydləri kitabından çıxarışdan X8 xx xxxxxxxx 1957-ci ildə anadan olması, atasının X18 və anasının X31 olması; - doğum akt qeydləri kitabından çıxarışdan X11 01 noyabr 1954-cü ildə anadan olması, atasının X18 və anasının X31 olması; - doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətidən X2 xx.xx.1960cı ildə doğulduğu, atasının X18, anasının isə X17 olması; - Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan X11 xx.xx.2022-ci ildə vəfat etməsi; - Babək rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən X7 07 yanvar 2021-ci il tarixdə Babək rayonu Şəkərabad kəndində vəfat etməsi; - iş materiallarına əlavə olunmuş arayışdan X7 Babək rayonu, Şəkərabad kəndində yaşamış olması və vərəsələrinin İddiaçı, X34 və X38 olması; - “Nikahın bağlanması haqqında” şəhadətnamənin təsdiq olunmuş surətindən məlum olur ki, X13 ilə X45 20 iyul 1984-cü ildə nikaha daxil olmaları; - doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən X24 xx.xx.1985-ci ildə doğulduğu, atasının X13, anasının isə İddiaçı olması; - Doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən X21 xx.xx.1987-ci ildə doğulduğu, atasının X13, anasının isə İddiaçı olması; - Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq məsələləri üzrə Dövlət Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli çıxarışdan Babək rayonu Şəkərabad kəndində yerləşən 0.1319 ha yaşayış məntəqəsi təyinatlı torpaq sahəsinin X17 xüsusi mülkiyyətində olması müəyyən olunur; Mülki iş materiallarından aydın olur ki, İddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə dair müraciətinə cavab olaraq Babək rayon Notariat ofisinin notariusu tərəfindən şəhadətnamənin verilməsindən qanunla nəzərdə tutulmuş müddət keçdiyindən imtina olunmuş, məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Mülki işin mübahisə doğuran halı ərizəçi X7 X16 miras qalan əmlakı, İddiaçı isə X5 miras qalan əmlakı faktiki olaraq qəbul edib-etməməsidir. Mülki işin mübahisəli halının həlli ilə bağlı ərizəçinın izahatını, maraqlı şəxslərin izahatlarını və şahid ifadələrini mülki iş materialları ilə əlaqəli şəkildə, onları isə qanunvericiliyin tələbləri daxilində tədqiq edən məhkəmə qeyd edir ki, tərəflər arasında vərəsəlik münasibətlərindən irəli gələn hüquq münasibətləri mövcuddur. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi və digər tərəfdən vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə görə vərəsəlik anlayışı altında, ölmüş şəxsin əmlakının qanun üzrə və ya vəsiyyət üzrə, yaxud hər iki əsasla başqa şəxslərə (vərəsələrə) keçməsi başa düşülür. Vərəsəlik münasibətləri miras qoyanla vərəsələr arasında qanunda nəzərdə tutulmuş əsaslar üzrə, yaxud miras qoyanın iradəsinə əsaslanan vəsiyyət üzrə yaranır (Mülki Məcəllənin 1133-cü maddəsi). Mülki məcəllənin 1133.2-ci maddəsinə görə qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Mülki işin araşdırılması zamanı miras qoyanın vəsiyyətnamə qoymadığı müəyyən olunmuşdur. Həmin məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı qanun üzrə vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər. Həmin Məcəllənin 1159.1 və 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin məcəllənin 1159.1.3-ci maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin məcəllənin 1243.1-ci maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin məcəllənin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin məcəllənin 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin məcəllənin 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə” xx.xx.2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Həmçinin həmin qərarda qeyd olunmuşdur ki, mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 99-cu maddəsində əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübutların aşağıdakılar ola biləcəyi qeyd edilmişdir: - vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; - mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; - mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; - mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; - miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər. Naxçıvan MR Meliorasiya və Su Təsərrüfatı ASC Babək Rayon Meliorasiya və Su Təsərrüfatı İdarəsi tərəfindən verilmiş 29 noyabr 2022-ci il tarixli arayışa əsasən xx.xx.2021-ci il tarixədək içməli su və kanalizasiya sərfiyyatı ödənişləri X7 ödəmiş olması, qeyd edilən tarixdən başlayaraq da X25 ödəmiş olması və hazırda borcunun olmaması göstərilmişdir. Naxçıvan MR Dövlət Energetika Xidməti Babək Rayon Elektrik Şəbəkəsi tərəfindən verilmiş 13 dekabr 2022-ci il tarixli arayışa əsasən xx.xx.2021-ci il tarixədək elektrik enerjisinin sərfiyyatı ödənişləri X7 ödəmiş olması, qeyd edilən tarixdən başlayaraq da X25 ödəmiş olması və hazırda borcunun olmaması göstərilmişdir. Naxçıvan MR Qaz İstismar Xidməti tərəfindən verilmiş 29 noyabr 2022-ci il tarixli arayışa əsasən xx.xx.2021-ci il tarixədək qaz sərfiyyatı ödənişləri X7 ödəmiş olması, qeyd edilən tarixdən başlayaraq da X25 ödəmiş olması və hazırda borcunun olmaması göstərilmişdir. Babək Rayon Şəkərabad kənd Bələdiyyəsi tərəfindən verilmiş 17 yanvar 2023-cü il tarixli arayışda qeyd olunmuşdur ki, X17 ölümündən sonra İddiaçı qayınanasından sonra ona məxsus olmuş Babək Rayon Şəkərabad kəndində yerləşən daşınmaz əmlakın əmlak və torpaq vergisini ödəmişdir. Babək Rayon Şəkərabad kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışda İddiaçı Babək rayonu, Şəkərabad kəndində pasport qeydiyyatında olması göstərilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə notarial qaydada ərizə verərək bildirmişdir ki, X13 xx.xx.2021-ci ildə vəfat etmişdir. Onun ölümündən sonra miras qalmış əmlakdan vərəsəlik yolu ilə mənə çatan payı qəbul edirəm. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. X34 və X38 xx.xx.2021-ci ildə notarial qaydada ərizə verərək xx.xx.2021-ci ildə vəfat etmiş atası X5 miras qalmış əmlakdan imtina etdiklərini bildirmişlər. Konstitusiya Məhkəməsi Plenumunun Ə.Əfəndiyeva və N.Kərimovanın şikayəti üzrə 2012-ci il 5 oktyabr tarixli Qərarında göstərilmişdir ki, vərəsə miras əmlakın bir hissəsini mülki qanunvericilikdə nəzərdə tutulmuş əsasla (qanun üzrə və ya vəsiyyət üzrə) qəbul etdikdə, o, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, hamısını və ya ona çatası payın qəbul edilməsi kimi qiymətləndirilməlidir. Bu, vərəsələrin miras qalmış əmlakın qəbul edilməsi üçün əvvəl ifadə edilmiş iradəsini təsdiq edir, həmçinin həmin əmlaka onların qanuni əsaslarla əldə olunmuş mülkiyyət hüquqlarının davamlılığını və əsassız məhdudiyyətlər qoyulmadan həyata keçirilməsini təmin edir. Beləliklə mülki iş üzrə məhkəmə araşdırmasının nəticəsi olaraq məhkəmə iclasında hərtərəfli tədqiq olunmuş sübutlar (işdə iştirak edən şəxslərin izahatları, şahid ifadələri və yazılı sübutlar) əsasında müəyyən olunmuşdur ki, X1 Qumru Mehbalı qızından miras qalan əmlakı, onun ölümündən sonra mirasın qəbulu üçün qanunla nəzərdə tutulmuş müddət ərzində faktiki cəhətdən ələ keçirməklə ona sahib durmuş, bununla da faktiki sahiblik etmək üsulu ilə mirası qəbul etmişdir. İddiaçı isə X5 miras qalan əmlakı mirasın qəbulu üçün qanunla nəzərdə tutulmuş müddətdə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyinə dair yazılı ərizə verməklə qəbul etmişdir. Yuxarıda qeyd olunanları rəhbər tutaraq yekunda məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin olunmalı, xx.xx.2001-ci il tarixdə vəfat etmiş X16 miras qalmış Babək rayonu, Şəkərabad kəndində yerləşən 0.1319 ha həyətyanı torpaq sahəsinin miras əmlak olaraq X13 tərəfindən, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X7 ölümündən sonra isə həmin miras əmlakın İddiaçı tərəfindən faktiki qəbul olunması faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin olunsun. xx.xx.2001-ci il tarixdə vəfat etmiş X16 miras qalmış Babək rayonu, Şəkərabad kəndində yerləşən 0.1319 ha həyətyanı torpaq sahəsinin miras əmlak olaraq X13 tərəfindən faktiki qəbul olunması faktı müəyyən olunsun. xx.xx.2021-ci il tarixdə vəfat etmiş X5 miras qalmış Babək rayonu, Şəkərabad kəndində yerləşən 0.1319 ha həyətyanı torpaq sahəsinin miras əmlak olaraq İddiaçı tərəfindən faktiki qəbul olunması faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(079)-429/2023
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-429/2023
22.09.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver