Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-431/2021 20.10.2021 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X22 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh1, Cavabdeh2, X7 və Cavabdeh4 qarşı miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı “30” avqust 2021-ci ildə iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək mərhumə anası X14 adına olan Babək rayonu, Sirab kəndində yerləşən mirasın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. O, tələbini əsaslandıraraq qeyd etmişdi ki, anam X35 atam X8 ilə ailə həyatı qurmuşdur. Mərhum atam X8 15 avqust 1992-ci ildə, anam X35 isə 29 sentyabr 2004-cü ildə vəfat etmişdir. Anamın ölümündən sonra ondan Babək rayonu, Sirab kəndində yerləşən ev və torpaq sahəsi miras qalmışdır. X8 (vəfat edib), X36 (vəfat edib), X45, X30 (vəfat edib), X15, X31, X46 və İddiaçı anamın vərəsələridir. Mərhum qardaşım X36 21 may 2010-cu ildə vəfat etmişdir. X16 (həyat yoldaşı - vəfat edib), X37, X38, X39 və X11 onun vərəsələridir. Mərhumə ögey bacım X30 06 avqust 2015-ci il tarixdə vəfat etmişdir. X30 ailəli olmuş və onun vərəsələri X40 (həyat yoldaşı-vəfat edib), X23 (vəfat edib), X41, X32, X47, X24, X48 və X25r. Mərhumə ögey bacım X12 övladı Ələkbərova (Allahverdiyeva) Nərgiz Əyyub qızı 29 iyun 2010-cu il tarixində vəfat etmişdir. Mərhumə ögey bacım qızı X23 ailəli olmuşdu. X6 (həyat yoldaşı), Cavabdeh2, X7, Cavabdeh4 onun vərəsələridir. Valideynlərimin ölümündən sonra həmin evdə tək mən, ailəm ilə birlikdə yaşayıram. Yuxarıda göstərdiyim bacı, qardaşlarımdan, onların uşaqlarından mərhumə ögey bacım qızı X9 vərəsələrindən başqa digər vərəsələr onlara çatan paydan mənim xeyrimə imtina etmiş və bu barədə notarial qaydada ərizələr vermişlər. X2 vərəsələri bu günədək mirasdan mənim xeyrimə imtina etmirlər. Sadəcə olaraq bu məsələnin həlli ilə bağlı heç bir addım da atmırlar. Mən mərhumə anam X14 adına qeydiyyatda olan Babək rayonu, Sirab kəndində yerləşən evdə əvvəldən yaşamışam və hazırda ailəm ilə birlikdə yaşamaqda davam edirəm. Neçə illərdir ki, bacı və qardaşlarım ailə həyatı quraraq köçüb özlərinə aid evlərdə yaşamağa başlamışdırlar. Atam və anam vəfat etdikləri vaxta onların yanında yalnız mən olmuşam və onların ölümündən sonra mirası mən qəbul etmişəm. Bütün bu illər ərzində evin və torpağın bütün kommunal, vergi və sığorta xərclərini mən ödəmişəm. Mən Babək rayonu Sirab kəndində yerləşən mərhumə anam X13 miras qalmış yaşayış evini və torpaq sahəsini öz adıma keçirmək üçün vərəsəlik şəhadətnaməsi almaq qərarına gəldim və bu məqsədlə Babək rayon notariat ofisinə müraciət etdim. Babək rayon notariat ofisinin 19 avqust 2021-ci il tarixli məktubunda notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən rəsmi olaraq imtina edərək bildirdi ki, vərəsəlik şəhadətnaməsi almaq üçün qanunla nəzərdə tutulan müddət keçmişdir və mübahisə olduğundan mirasın faktiki qəbulu məhkəmələr tərəfindən müəyyən edilməlidir. Bu səbəbdən də mən, məhkəməyə müraciət etmək qərarına gəlmişəm. İddiaçı məhkəmədə verdiyi izahatında onun 1956-cı ildə Naxçıvan rayonu, Sirab kəndində anadan olduğunu, atasının X8, anasının isə X42 olduğunu, onların birgə nikahından 6 övladının dünyaya gəldiyini, anasının Bəhlul adlı şəxslə olan evliliyindən Sura adlı ögey bacısının da olduğunu, atasının 1992-ci ildə, anasının isə 2004-cü ildə öldüklərini, onların birgə nikahından olan uşaqlardan Telmanın və Suranın da rəhmətə getdiklərini, anası öləndən sonra Babək rayonu, Sirab kəndində olan daşınmaz əmlakın miras qaldığını, özü anadan olandan bu günə kimi evin balaca övladı olaraq həmin evdə yaşadığını, anasının öldüyü vaxt özünün evli olduğunu və ailəsi ilə birlikdə orada yaşadığını, anasının atasının adı Həşim, anasının adı isə Gülsabah olduğunu, onların hər ikisinin də rəhmətə getdiklərini, anasının sağlığında vəsiyyətnamə tərtib etmədiyini, ondan miras qalan evin 3 otaq, hamam, tualetdən ibarət olduğunu, özünün isə miras qalan evi bərpa edərək otaq sayını artırdığını, yəni yenidən tikdiyini, anasının ölənədək özünün onunla yaşadığını, anası öldükdən sonra da həmin evdə ancaq özünün yaşadığını, bildiyinə görə anasının adına başqa əmlakın olmadığını, evi sənədləşdirməsi üçün bütün vərəsələrin bununla bağlı ona razılıq ərizəsi təqdim etsələr də, bacısı Suranın qızı Nərgizin övladlarının bununla bağlı ona müvafiq ərizəni vermədiklərindən məhkəməyə müraciət etməli olduğunu, onun anası öldükdən sonra həyəti əkib becərdiyini qeyd edərək, yekunda məhkəmədən iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada iddiaçının vəkili Vəkil, cavabdehlər Cavabdeh1, Cavabdeh2, X5 və Cavabdeh4 məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbi barədə heç bir məlumat verməmilər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələbini rəhbər tutmaqla iddiaçının vəkilinin və cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarını tədqiq edən, işdə iştirak edən şəxslərin izahatlarını və şahid ifadələrini dinləyən məhkəmə müəyyən edir ki, X35 ilə X3 ailə qurması, onların evliliyindən X36, X45, X15, X31, X46 və İddiaçı adlı uşaqların olması, X3 15 avqust 1992-ci ildə, X14 27 sentyabr 2004-cü ildə, X17 21 may 2010-cu ildə və X12 06 avqust 2015-ci ildə ölməsi, X13 Babək rayonu, Sirab kəndində yerləşən fərdi yaşayış evinin və torpaq sahəsinin miras qalması, X36, X45, X30, X15, X31, X46 və İddiaçı miras qoyanın vərəsələri olması, X40 ilə X18 04 yanvar 1957-ci ildə nikaha daxil olması, X40, X23, X41, X32, X47, X24, X48 və X19 X12 vərəsələri olması, X20 05 oktyabr 2015-ci ildə ölməsi, Cavabdeh1 ilə X9 16 avqust 1977-ci ildə nikaha daxil olması, X4 29 iyun 2010-cu ildə ölməsi, Cavabdeh1, Cavabdeh2, X10 və Cavabdeh4 mərhum X4 vərəsələri olması mülki işin mübahisəsiz hallarıdır. Bu faktların mülki işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: -iddia ərizəsinə əlavə edilmiş və Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 15 iyul 2021-ci il tarixli, 598 nömrəli arayışdan X8 ilə X14 arasında nikah haqqında akt qeydinin aparılmaması qeyd edilsə də, iddia ərizəsinə əlavə edilmiş və Babək Rayon İcra Hakimiyyəti Sirab kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 24 avqust 2021-ci il tarixli, 362 nömrəli arayışdan X8 ilə X14 ailə qurması; -iddia ərizəsinə əlavə edilmiş və Babək Rayon İcra Hakimiyyəti Sirab kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 24 avqust 2021-ci il tarixli, 362 nömrəli arayışdan X8 ilə X14 X36, X45, X15, X31, X46 və İddiaçı adlı uşaqlarının olması; -iddia ərizəsinə əlavə edilən və Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilən İV-JQ seriyalı, 286341 nömrəli, 14 iyul 2021-ci il tarixli akt qeydindən çıxarışdan X3 15 avqust 1992-ci ildə ölməsi; -iddia ərizəsinə əlavə edilən və Babək rayonu, Sirab kənd icra nümayəndəliyi tərəfindən verilən AZ-İİ seriyalı, 165819 nömrəli, 04 avqust 2021-ci il tarixli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən X14 27 sentyabr 2004-cü ildə ölməsi; -iddia ərizəsinə əlavə edilən və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş 09 avqust 2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və 06 aprel 2021-ci il tarixli, **********29-10301 reyestr nömrəli daşınmaz əmlakın texniki pasportunun təsdiq olunmuş surətlərindən Babək rayonu, Sirab kəndində olan 0,1814 hektar torpaq sahəsi və onun üzərində yerləşən 306,91 kvadrat metr fərdi yaşayış evinin X14 mülkiyyətində olması; -iddia ərizəsinə əlavə olunan və Babək Rayon İcra Hakimiyyəti Sirab kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 24 avqust 2021-ci il tarixli, 362 nömrəli arayışdan X36, X45, X30, X15, X31, X46 və İddiaçı X14 vərəsələrinin olması; -iddia ərizəsinə əlavə edilən və Bakı şəhəri, Xətai rayon qeydiyyat şöbəsi tərəfindən verilən AZ-İ seriyalı, 419530 nömrəli, 04 iyun 2010-cu il tarixli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən X17 21 may 2010-cu ildə ölməsi; -iddia ərizəsinə əlavə edilmiş və Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 06 aprel 2021-ci il tarixli akt qeydindən çıxarışdan X40 ilə X18 04 yanvar 1957-ci ildə nikaha daxil olması, bunun nikahın bağlanması haqqında akt qeydləri kitabında 02 nömrə ilə qeyd edilməsi və nikahın bağlanmasından sonra Sura Məmmədovanın özünə X1, yəni “Ələkbərova” soyadını seçməsi; -iddia ərizəsinə əlavə edilən və Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilən AZ-İ seriyalı, 495010 nömrəli, 02 mart 2021-ci il tarixli akt qeydindən çıxarışdan X12 06 avqust 2015-ci ildə ölməsi; -iş materiallarına əlavə edilən Babək Rayon İcra Hakimiyyəti Sirab kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 15 iyul 2021-ci il tarixli, 354 nömrəli arayışdan X40, X23, X41, X32, X47, X24, X48 və X19 mərhum X12 vərəsələri olması, -iddia ərizəsinə əlavə edilən və Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilən AZ-İ seriyalı, 555489 nömrəli, 02 mart 2021-ci il tarixli akt qeydindən çıxarışdan X20 05 oktyabr 2015-ci ildə ölməsi; -iddia ərizəsinə əlavə edilmiş və Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 14 iyul 2021-ci il tarixli akt qeydindən çıxarışdan Cavabdeh1 ilə X9 16 avqust 1977-ci ildə nikaha daxil olması, bunun nikahın bağlanması haqqında akt qeydləri kitabında 30 nömrə ilə qeyd edilməsi və nikahın bağlanması zamanı Nərgiz Ələkbərovanın özünə Cavabdeh1 soyadını, yəni “Allahverdiyeva” soyadını seçməsi; -iddia ərizəsinə əlavə edilən və Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilən AZ-İ seriyalı, 332859 nömrəli, 14 iyul 2021-ci il tarixli akt qeydindən çıxarışdan X4 29 iyun 2010cu ildə ölməsi; -iddia ərizəsinə əlavə edilmiş və Babək Rayon İcra Hakimiyyəti Sirab kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 15 iyul 2021-ci il tarixli, 353 nömrəli arayışdan Cavabdeh1, Cavabdeh2, X10 və Cavabdeh4 X4 vərəsələri olması aydın olur. İddiaçı anası X13 miras qalmış Babək rayonu, Sirab kəndində yerləşən torpaq sahəsinin və fərdi yaşayış evinin onun tərəfindən miras əmlak kimi qəbul edilməsinin müəyyən edilməsini tələb etməsi isə mülki işin mübahisəli halıdır. Məhkəmə mülki işin mübahisəli halının hüquqi həlli ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir neçə qərarında qeyd edilir ki, konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi və digər tərəfdən vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinin məzmunundan isə aydın olur ki, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Mülki iş materialları ilə miras qoyan X14 27 sentyabr 2004-cü ildə ölməsi sübuta yetirilir. Yəni onun ölümü ilə miras açılmış və bu andan sonra miras əmlak üzrə müəyyən şəxslər-vərəsəliyə çağırılan şəxs (mümkün vərəsə) subyektiv vərəsəlik hüququnu həyata keçirmək və miras əmlakı əldə etmək imkanı qazanmışdı. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə görə vərəsəlik anlayışı altında, ölmüş şəxsin əmlakının qanun üzrə və ya vəsiyyət üzrə, yaxud hər iki əsasla başqa şəxslərə (vərəsələrə) keçməsi başa düşülür. Vərəsəlik münasibətləri miras qoyanla vərəsələr arasında qanunda nəzərdə tutulmuş əsaslar üzrə, yaxud miras qoyanın iradəsinə əsaslanan vəsiyyət üzrə yaranır (Mülki Məcəllənin 1133-cü maddəsi). İddia tələbinin məhkəmədə araşdırılması zamanı miras qoyan X35 tərəfindən vəsiyyətnamə tərtib edilmədiyi müəyyən edilmişdi. Bu isə o deməkdir ki, hazırkı vəziyyətdə vərəsəliyin qanunla müəyyən edilmiş əsası tətbiq edilməlidir. Mülki Məcəllənin 1134.1-cü maddəsinə görə qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Qanun üzrə vərəsələrin dairəsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsində öz əksini tapmışdır. Həmin maddəyə əsasən qanun üzrə vərəsəliyin beş növbəsi fərqləndirilir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinin mahiyyətinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbə vərəsələr sayılır. Bundan başqa qeyd edilən Məcəllənin 1159.1.3-cü maddəsinin mahiyyətinə görə birinci növbə vərəsələrin nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Məhkəmə həmçinin onu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1160-cı maddəsinin tələbinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Qanunvericiliyin sadalanan tələblərini iş materialları ilə əlaqələndirən məhkəmə bildirir ki, X35 27 sentyabr 2004-cü ildə öldüyü vaxt sağ olan X36, X45, X30, X15, X31, X46 və İddiaçı onun qanun üzrə vərəsəsi sayılır. Belə ki, mülki iş materiallarına əlavə edilmiş və işin mübahisəsiz hallarının təsdiqi zamanı qeyd edilən sənədlərdən, həmçinin Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin Sirab kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 24 avqust 2021-ci il tarixli, 362 nömrəli arayışdan miras qoyan mərhum X14 yuxarıda qeyd edilən vərəsələrinin olması sübuta yetirilir. Miras qoyanın vərəsələrinin dairəsi müəyyən edildikdən sonra miras əmlakın dairəsi ilə bağlı məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Bundan əlavə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 94-cü bəndinə görə mirasın tərkibinə ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Qanunvericiliyə əsasən mirasın tərkibinə miras qoyanın sağlığında mülkiyyət hüququ əldə etdiyi daşınmaz və daşınar əmlakın rəsmi reyestrlərində qeydə alınan əmlak, habelə mükafat, müəllif qonorarı, alınmamış əmək haqqı, pensiya, bank əmanətləri, qiymətli kağızlar, müəssisədəki pay və sığorta ödənişi və s. daxil edilir. Miras qoyanın qanunla müdafiə edilən əmlak və şəxsi qeyri-əmlak hüquqlarına zərər vurulması ilə əlaqədar dəymiş ziyanın ödənilməsi haqqında tələb vərəsələrə keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1257-ci maddəsində isə mirası qismən qəbul etməyin yolverilməzliyi öz əksini tapmışdır. Mülki Məcəllənin yuxarıda qeyd edilən normaları özündə miras əmlakın tamlığı, bütövlüyü prinsipini ehtiva edir. Mülki iş materiallarından məlum olur ki, Babək rayonu, Sirab kəndində olan 0,1814 hektar torpaq sahəsi və onun üzərində yerləşən 306,91 kvadrat metr fərdi yaşayış evi xüsusi mülkiyyətdə olan əmlakdır və onun mülkiyyətçisi X26r. Yuxarıda da qeyd edildiyi kimi Azərbaycan Respublikası Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Əgər miras əmlak üzrə miras qoyanın bir neçə vərəsəsi olsa bu zaman hər bir vərəsə mirası müstəqil qəbul etməlidir. Qanunvericiliyin yuxarıda qeyd edilən normalarından görünür ki, Azərbaycan Respublikası mülki qanunvericiliyi mirasın qəbul edilməsinin iki üsulunu - formal, yəni notariat kontoruna ərizə verməklə və qeyri-formal–faktiki cəhətdən qəbul edilmə üsulunu müəyyənləşdirir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu, yəni onu faktiki olaraq qəbul etmək isə iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Mirasın faktiki qəbulu üsulu odur ki, bu üsul əsasında vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib olur, onun üzərində fiziki “ağalıq” edir. Yəni bu hərəkətlərdən mirası qəbul etməsi açıq-aşkar görünür və bəlli olur. Mirasın faktiki idarə edilməsi isə üsulu isə o deməkdir ki, vərəsənin etdiyi elə hərəkətdir ki, bu hərəkətləri adətən o öz mənafeyi üçün əmlakın saxlanılması və normal təsərrüfatın aparılması üçün edir. “G. Qəhrəmanovanm şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının “18” oktyabr 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “18” iyul 2014-cü il tarixli qərarında göstərmişdir ki, miras əmlakı faktiki idarə etmək vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun.” İşin mübahisəli halının məhkəmə araşdırılması zamanı müəyyən olunur ki, İddiaçı oğlu mirası qeyri-formal üsulla qəbul etmişdi. Yəni, iş üzrə o, mirası faktiki idarə etməklə qəbul edib. Bu fakt Babək Rayon İcra Hakimiyyəti Sirab kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 30 avqust 2021-ci il tarixli, 363 nömrəli arayış və şahidlərin məhkəmə baxışı iclası zamanı verdiyi ifadələri v öz təsdiqini tapır. Belə ki, Babək Rayon İcra Hakimiyyəti Sirab kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 30 avqust 2021-ci il tarixli, 363 nömrəli arayışında X14 ölümündən sonra ona məxsus mülkdə İddiaçı yaşaması qeyd edilir. Məhkəmədə şahid qismində dindirilmiş X33 verdiyi ifadəsində özünün anadan olduğu bir gündən Babək rayonu, Sirab kəndində yaşadığını, iddiaçı Nərimanın onun qonşusu olduğunu, evləri arasında məsafənin təqribən 100-120 metr olduğunu, qonşusu kimi onların evinə tez-tez gedib-gəldiyini, Nərimanın həm atasını, həm də anasını tanıdığını, onların ödüyü vaxtı dəqiq deyə bilməyəcəyini, anacaq hər ikisinin də yas mərasimində iştirak etdiyini, iddiaçının valideynləri sağlıqlarında Nərimanın hazırda qaldığı evdə onunla birlikdə yaşadıqlarını, bildiyinə görə Cəfər və Fatmanın 4 oğlu, 3 qızının olduğunu, onlardan Telman və Suranın rəhmətə getdiklərini, Telmanın Bakı şəhərində yaşayıb, orada öldüyünü, Suranın isə ərə getdiyini və özünə aid evdə yaşadığını, özünün gözünü açan bir gündən Nərimanı qonşuluğunda gördüyünü, Nərimanın həm anası sağ ikən, həm də onun ölümündən sonra həmin evdə yaşadığını, həmin həyətin alçaq bir divarının olduğunu, həmçinin evin köhnə olduğunu, Nərimanın həmin divarı və evi söküb düzəltməsinin şahidi olduğunu, bunları iddiaçının həm anasının sağlığında, həm də onun ölümündən sonra etdiyini, Fatmanın sağ ikən yaşadığı evdə hazırda Nərimanın öz ailəsi ilə birlikdə yaşadığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X43 verdiyi ifadəsində Nərimanın bacısı Məmləkətin əri olduğunu, onun anadan olduğu bir gündən Babək rayonu, Sirab kəndində yaşadığını, Nərimanın anası Fatma və atası Cəfəri tanıdığını, onların hər ikisinin bacısının onların evinə gəlin getdikdən sonra öldüklərini, lakin onların ölüm vaxtını xatırlamadığını, onların hər ikisinində yas mərasimində iştirak etdiyini, Fatma və Cəfərin 4 oğlu, 3 qızının olduğunu, Nərimanın bacısı Suranın və qardaşı Telmanın rəhmətə getdiklərini, Nərimanla onun yaşadığı evin arasının elə də yaxın olmadığını, bacısı həmin evin gəlini olduğundan həmin evə gedib-gəlişinin olduğunu, Nərimanın öz ata-anasına aid olan evdə yaşadığını, iddiaçının anasının sağlığında da onunla yaşadığını, anası öləndən sonra da orada yaşamağa davam etdiyini, Fatmanın ölümündən sonra Nərimanın demək olar ki, yaşadığı evi yenidən tikib inşa etdiyini, onun həmin evdə iddiaçının və onun ailəsindən başqa kimsənin qaldığını görmədiyini bildirmişdir. Şahidin ifadələrinin sübut kimi qəbul edilənliyi ilə bağlı məhkəmə bildirir ki, iddiaçı tərəfin məhkəməyə təqdim edilmiş şahidlərin ifadələri iş üçün əhəmiyyət daşıyan halın müəyyən edilməsində sübut kimi istifadə qəbul edilə bilər. Belə ki, onların ifadəsindən aydın olur ki, İlqar Hənifəyev və Müslüm Paşayev uzun müddətdir miras əmlakın yerlədiyi kənddə yaşamaqla yanaşı, iddiaçının yaşadığı evə gediş gəlişi var və orada baş verənlərdən məlumatlıdırlar. Yuxarıda qeyd edilənləri ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, Babək rayonu, Sirab kəndində yerləşən və mərhum X13 qalmış mirasın İddiaçı tərəfindən faktiki olaraq qəbul edilməsi müəyyən edilməlidir. Məhkəmə onu da tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən, hazırki iş üzrə iddia təmin edildiyindən, İddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 10 (on) manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq ona ödənilməlidir. Məhkəmə həmçinin onu da tərəflərin nəzərinə çatdırır ki, miras qoyanın vərəsələrindən hər hansı birinin mirasın qəbul etməsi ilə bağlı məhkəməyə müraciət etməsi digər vərəsələrinin bununla bağlı hüququnu məhdudlaşdırmır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: - iddia təmin edilməli; - 09 avqust 2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən X14 xüsusi mülkiyyətinə olan və Babək rayonu, Sirab kəndində yerləşən 0,1814 hektar torpaq sahəsi və onun üzərində olan 306,91 kvadrat metr fərdi yaşayış evindən miras əmlakın İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən olunmalı; -iddiaçı tərəfindən ödənilmiş 10 (on) manat miqdarında dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i : İddia təmin edilsin. 09 avqust 2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən X14 xüsusi mülkiyyətinə olan və Babək rayonu, Sirab kəndində yerləşən 0,1814 hektar torpaq sahəsi və onun üzərində olan 306,91 kvadrat metr fərdi yaşayış evindən miras əmlakın İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən olunsun. İddiaçı tərəfindən ödənilmiş 10 (on) manat miqdarında dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:- Zamiq Əliyev
Məhkəmə qərarları › İş №2(079)-431/2021
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-431/2021
20.10.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver