Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-434/2021 10.11.2021 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X6 məhkəmə iclas katibliyi, İddiaçı, onun vəkili Vəkil, cavabdehlər Cavabdeh2 və Cavabdeh4 iştirakı ilə, İddiaçı Cavabdeh1, Cavabdeh2, X10, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı “31” avqust 2021-ci ildə iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək, anası mərhum X4 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın - mirasın onun tərəfindən qəbul edilməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. O, tələbini əsaslandıraraq qeyd etmişdi ki, X8 ilə anam X11 20 aprel 1966-cı ildə rəsmi nikah qeyd etdirərək evlənmişlər. Onların birgə nikahından 02 dekabr 1952-ci ildə Cavabdeh1, xx xxxxx 1955-ci ildə Cavabdeh2, 25 noyabr 1960-cı ildə X16 (vəfat edib), xx xxxxxx 1966-cı ildə İddiaçı, xx xxxxxx 1969-cu ildə X10 və xx xxxx 1972-ci ildə Cavabdeh4 adlı altı uşağı doğulmuşdur. X8 27 mart 1997-ci ildə, anam X11 17 oktyabr 2008-ci ildə, qardaşım X16 isə 03 sentyabr 2006-cı ildə vəfat etmişlər. 2008-ci ildə anamın vəfatından sonra onun mülkiyyətində olan və ondan miras qalmış, ünvan 2 ünvanında yerləşən torpaq sahəsini və onun üzərində inşa edilmiş evi faktiki olaraq mən qəbul edib ailəmlə birlikdə orada yaşamışam və əmlakı idarə etmişəm. Kommunal xərclərini mən ödəmişəm. Hazırda həmin evə mən sahiblik edirəm və mənim istifadəmdədir. Bunlar Babək rayon elektrik şəbəkəsinin və Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinin 19 fevral 2021-ci il tarixli arayışları ilə də təsdiq olunur. Həmçinin mirasın mənim tərəfimdən qəbul edilib idarə olunmasını məhkəmədə şahidlər də təsdiq edə bilər. Göstərilən mirası qəbul etsəm də maddi durumumla bağlı müvafiq rəsmləşdirmə aparıb miras qalmış torpaq sahəsini və evi adıma sənədləşdirə bilməmişəm. Bildirirəm ki, miras paya dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün Babək rayon notariat ofisinə müraciət etmişəm. Babək rayon notariat ofisinin 05 mart 2021-ci il tarixli məktubunda mirasın qəbul edilməsi üçün müəyyən edilmiş müddət buraxıldığından mənim məhkəməyə müraciət etməli olduğum izah edilmişdi. Bundan əlavə iddiaçı 13 sentyabr 2021-ci ildə ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsində qardaşının adının səhvliklə Şamil kimi qeyd etdiyini, bu səbəbdən də iddia tələbində X12 Cavabdeh2 kimi oxunmasını məhkəmədən xahiş etmiş və onun müraciəti qəbul edilmişdi. İddiaçı məhkəmədə verdiyi izahatında atasının X15, anasının isə X11 olduğunu, onların təqribən 1950-ci ildə ailə qurmalarına baxmayaraq, 1966-cı ildə rəsmi nikaha daxil olduqlarını, valideynlərinin birgə nikahlarından 6 uşağın dünyaya gəldiyini, qardaşı X13 2006-cı ildə rəhmətə getdiyini, anasının ata adı Əyyub, ana adı isə Meyxanım olduğunu, onların hər ikisinin öldüklərini, atası X14 1997-ci ildə, anası X4 isə 2008-ci ildə vəfat etdiklərini, anasının rəhmətə getməsindən sonra ondan ünvan 3 ünvanında iki otaq, bir salon, balkon, hamam və tualetdən ibarət fərdi yaşayış evinin miras qaldığını, həm anasının sağlığında, həm də onun ölümündən sonra anasından miras qalmış evdə özünün yaşadığını, 2004-cü ilə qədər həmin evdə anası, qardaşı Niyaz və özünün yaşadığını, özünün 2004-cü ildə işləmək üçün Türkiyə Respublikasına getdiyini, 2006-cı ildə Niyaz rəhmətə getdiyindən anasının tək qalmaması üçün onun yanına qayıtdığını, həmin tarixdən bu günədək özünün həmin evdə yaşadığını, sonra Niyazının arvadının onlardan ayrılaraq uşaqları ilə birlikdə ata evinə getdiyini, evin bütün kommunal xərclərini ödədiyini qeyd edərək, yekunda məhkəmədən iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı vəkili Vəkil məhkəmədə verdiyi izahatında X11 ilə X14 1966-cı ildə ailə qurduqlarını, onların birgə nikahından 6 övladının olduğunu, onlardan X13 2006-cı ildə rəhmətə getdiyini, X13 3 vərəsəsinin olduğunu, Qonça Məmmədovanın valideynlərinin də rəhmətə getdiyini, miras qoyanın isə 2008-ci ildə vəfat etdiyini, ondan ünvan 3 ünvanında yerləşən torpaq sahəsi və üzərində yerləşən evin miras qaldığını, iddiaçının bildirdiyinə görə anasının ölümündən sonra miras əmlak olan evdə ondan başqa heç bir vərəsənin yaşamadığını bildirərək, məhkəmədən iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Cavabdeh2 məhkəmədə verdiyi izahatında valideynlərinin təqribən 1951ci ildə ailə qurduğunu, onların birgə nikahından 6 uşağın dünyaya gəldiyini, atasının 1997-ci ilin mart ayının 17-də, qardaşı Niyazın 2006-cı ilin avqust ayında, anasının isə 2008-ci ilin oktyabr ayının 17-də rəhmətə getdiyini, anasının əvvəllər özünə məxsus evdə qardaşı Niyazla birlikdə yaşadığını, qardaşının ölümündən sonra isə onunla özünün balaca oğlunun qaldığını, anası ölüm ayağında olan qardaşı Elşənin Türkiyə Respublikasından gəldiyini və onunla birlikdə yaşamağa başladığını, elə həmin vaxtdan bu günədək Elşənin anasına məxsus olan evdə qaldığını, digər bacı-qardaşlarının heç vaxt anasının ölümündən sonra ona aid evdə yaşamadıqlarını, anasının evdən başqa pay torpağının da olduğunu, həmin torpaq sahəsinin anasının ölümündən sonra boş qaldığını, əkilib, becərilmədiyini, özünün miras əmlakda gözünün olmadığını və özünə düşən payı bacısı Xatirəyə vermək istədiyini, Elşənin orada yaşamasına etiraz etmədiyini, sadəcə olaraq o, ata ocağını satmaq istədiyindən bacı-qardaşlarının buna razı olmadığını, anasının vəsiyyətnamə yazmağından məlumatsız olduğunu qeyd edib, yekunda iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdi. Cavabdeh4 məhkəmədə verdiyi izahatında valideynlərinin birgə nikahından 6 uşağın dünyaya gəldiyini, onlardan birinin rəhmətə getdiyini, digərlərinin isə sağ olduğunu, atasının 1997-ci ildə, anasının isə 2008-ci ildə öldüyünü, anasının əvvəllər qardaşı Niyazla yaşadığını, qardaşının ölümündən sonra isə anasının evində ancaq qardaşı Elşənin yaşadığını, başqa bacı-qardaşlarının orada yaşamadığını, anasının sağ ikən vəsiyyətnamə tərtib etməsindən məlumatlı olduğunu, çünki anası ilə notariusa özünün də getdiyini, vəsiyyətnamənin onun yanında tərtib etdiyini, bütün bacı qardaşlarının anasından qalan evin Elşənə məxsus olduğunu bildiyini, buna etiraz etmədiklərini, sadəcə olaraq iddiaçının ata ocağını satmaq istədiyini, özlərinin isə buna razı olmadıqlarını, bu səbəbdən də iddiaçının xeyrinə ərizəni imzalamadığını, bundan sonra da heç vaxt imzalamayacağını qeyd edərək yekunda iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdi. Məhkəmə iclaslarının vaxtı və yeri barədə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdehlər Cavabdeh1, X10, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbi barədə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələbini rəhbər tutmaqla cavabdehlər Cavabdeh1, X10, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarını tədqiq edən, işdə iştirak edən şəxslərin izahatlarını dinləyən məhkəmə müəyyən edir ki, X11 ilə X14 ailə qurması, onların evliliyindən 02 dekabr 1952-ci ildə Cavabdeh1, xx xxxxx 1955-ci ildə Cavabdeh2, 25 noyabr 1960-cı ildə X16, xx xxxxxx 1966-cı ildə İddiaçı, xx xxxxxx 1969-cu ildə X10 və xx xxxx 1972-ci ildə Cavabdeh4 adlı uşaqların olması, X14 27 mart 1997-ci ildə, X13 03 sentyabr 2006-cı ildə və X4 17 oktyabr 2008-ci ildə ölməsi, X3 Babək rayonu, Babək şəhərində yerləşən fərdi yaşayış evinin və torpaq sahəsinin miras qalması, Cavabdeh1, Cavabdeh2, X16, İddiaçı, X10 və Cavabdeh4 miras qoyanın vərəsələri olması, miras qoyanın sağlığında vəsiyyətnamə tərtib etməsi və həmin vəsiyyətnamənin hazırda ləğv edilməməsi, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 mərhum X13 vərəsələri olması mülki işin mübahisəsiz hallarıdır. Bu faktların mülki işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: -iddia ərizəsinə əlavə edilmiş və X2 Soveti İcraiyyə Komitəsi tərəfindən verilmiş İ-İE seriyalı, 240330 nömrəli, 20 aprel 1966-cı il tarixli evlənmək haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən X15 ilə X4 arasında nikahın bağlanması; -iddia ərizəsinə əlavə edilən və Şərur rayon qeydiyyat şöbəsi tərəfindən verilən 05 aprel 2021-ci il tarixli akt qeydindən çıxarışdan Cavabdeh1 03 dekabr 1952-ci ildə doğulması, X14 onun atası, X9 isə onun anası olması ; -iddia ərizəsinə əlavə edilən və Şərur rayon qeydiyyat şöbəsi tərəfindən verilən 05 aprel 2021-ci il tarixli akt qeydindən çıxarışdan Cavabdeh2 15 aprel 1955-ci ildə doğulması, X14 onun atası, X9 isə onun anası olması; -iddia ərizəsinə əlavə edilən və Şərur rayon qeydiyyat şöbəsi tərəfindən verilən 05 aprel 2021-ci il tarixli akt qeydindən çıxarışdan X13 02 oktyabr 1960-cı ildə doğulması, X14 onun atası, X9 isə onun anası olması; -iddia ərizəsinə əlavə edilən və Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilən AZ seryalı, ******* nömrəli, 21 yanvar 2019-cu il tarixli akt qeydindən çıxarışdan İddiaçı xx xxxxxx 1966-cı ildə doğulması, X14 onun atası, X4 isə onun anası olması; -iddia ərizəsinə əlavə edilən və Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilən AZ seriyalı, ******* nömrəli, 15 mart 2021-ci il tarixli akt qeydindən çıxarışdan X5 xx xxxxxx 1969-cu ildə doğulması, X14 onun atası, X4 isə onun anası olması; -iddia ərizəsinə əlavə edilən və Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilən İ-JQ seriyalı, 339514 nömrəli, 15 mart 2021-ci il tarixli akt qeydindən çıxarışdan Cavabdeh4 xx xxxx 1972-ci ildə doğulması, X14 onun atası, X4 isə onun anası olması; -iddia ərizəsinə əlavə edilən və Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilən İV-JQ seriyalı, 446374 nömrəli, 15 mart 2021-ci il tarixli akt qeydindən çıxarışdan X14 27 mart 1997-ci ildə ölməsi; -iddia ərizəsinə əlavə edilən və Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilən AZ-İ seriyalı, 116928 nömrəli, 15 mart 2021-ci il tarixli akt qeydindən çıxarışdan X13 03 sentyabr 2006-cı ildə ölməsi; -iddia ərizəsinə əlavə edilən və Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilən AZ-İ seriyalı, 333707 nömrəli, 24 oktyabr 2008-ci il tarixli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən X4 17 oktyabr 2008-ci ildə ölməsi; -iddia ərizəsinə əlavə edilən və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli, 05 noyabr 2013-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsdiq olunmuş surətindən Babək rayonu, Babək qəsəbəsi, 20 yanvar küçəsində olan 0.2577 hektar torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 89.01 kvadrat metr yaşayış, 29,70 kvadrat metr köməkçi sahədən ibarət fərdi yaşayış evinin X4 mülkiyyətində olması; -iddia ərizəsinə əlavə olunan və Babək Rayon İcra Hakimiyyətinin Babək şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 17 fevral 2021-ci il tarixli, 434 nömrəli arayışdan X15, Cavabdeh1, Cavabdeh2, X16, İddiaçı, X10 və Cavabdeh4 X4 vərəsələrinin olması; -iddiaçının məhkəməyə təqdim etdiyi 06 yanvar 2006-cı il tarixli vəsiyyətnamədən X1 Babək Rayon Dövlət Notariat kontorunda vəsiyyətnamə tərtib etməsi və Babək rayon notariat ofisi tərəfindən verilmiş 11 oktyabr 2021-ci il tarixli, 116 nömrəli məktubdan həmin vəsiyyətnamənin ləğv edilməməsi; -iddia ərizəsinə əlavə olunan və Babək Rayon İcra Hakimiyyətinin Babək şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 31 may 2021-ci il tarixli, 945 nömrəli arayışdan Cavabdeh5, Cavabdeh7 və Cavabdeh6 X13 vərəsələrinin olması aydın olur. İddiaçı anası X3 miras qalmış ünvan 4 ünvanında yerləşən miras əmlakı qəbul edilməsinin müəyyən edilməsini tələb etməsi isə mülki işin mübahisəli halıdır. Məhkəmə mülki işin mübahisəli halının hüquqi həlli ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir neçə qərarında qeyd edilir ki, konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi və digər tərəfdən vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinin məzmunundan isə aydın olur ki, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Mülki iş materialları ilə miras qoyan X4 17 oktyabr 2008-ci ildə ölməsi sübuta yetirilir. Yəni onun ölümü ilə miras açılmış və bu andan sonra miras əmlak üzrə müəyyən şəxslərvərəsəliyə çağırılan şəxs (mümkün vərəsə) subyektiv vərəsəlik hüququnu həyata keçirmək və miras əmlakı əldə etmək imkanı qazanmışdı. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə görə vərəsəlik anlayışı altında, ölmüş şəxsin əmlakının qanun üzrə və ya vəsiyyət üzrə, yaxud hər iki əsasla başqa şəxslərə (vərəsələrə) keçməsi başa düşülür. Vərəsəlik münasibətləri miras qoyanla vərəsələr arasında qanunda nəzərdə tutulmuş əsaslar üzrə, yaxud miras qoyanın iradəsinə əsaslanan vəsiyyət üzrə yaranır (Mülki Məcəllənin 1133-cü maddəsi). Qanunvericiliyin qeyd edilən normasına və mülki işin məhkəmədə araşdırılmış hallarına əsaslanmaqla məhkəmə qeyd edir ki, mərhum X3 miras qalmış əmlak üzrə vərəsəliyin vəsiyyət üzrə əsasları tətbiq edilməlidir. Belə ki, iddia tələbinin məhkəmədə araşdırılması zamanı miras qoyan X11 tərəfindən notarial formada vəsiyyətnamə tərtib edildiyi müəyyən edilmişdi. İddiaçının məhkəməyə təqdim etdiyi 06 yanvar 2006-cı il tarixli vəsiyyətnamənin təsdiq edilmiş surətindən miras qoyan mərhum X4 özünə məxsus olan və Babək rayonu, Babək qəsəbəsində yerləşən üç otaqlı yaşayış evini əlavə tikililərlə birlikdə həmin evin yerləşdiyi torpaq sahəsi də daxil olmaqla oğlu İddiaçı vəsiyyət etməsi aydın olur. Vərəsələrin dairəsinin müəyyən etməyə gəldikdə isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1166-cı maddəsi ilə müəyyən edilir ki, vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. Həmçinin həmin Məcəllənin 1134.2-ci maddəsinə görə fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Qeyd edilən maddi hüquq normasını iş materialları ilə əlaqələndirən məhkəmə bildirir ki, miras qoyan əmlakını öz vərəsələri sırasından olan övladı İddiaçı vəsiyyət etmişdi. Bundan əlavə Mülki Məcəllənin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Qanunvericiliyin sadalanan tələblərini iş materialları ilə əlaqələndirən məhkəmə bildirir ki, X11 17 oktyabr 2008-ci ildə öldüyü vaxt sağ olan övladlı İddiaçı onun vəsiyyət üzrə vərəsəsi sayılır. Cavabdeh1, Cavabdeh2, X10 və Cavabdeh4 isə mirasdan məcburi pay hüququ olan şəxslər dairəsinə daxil olur. Miras qoyanın vərəsələrinin dairəsi müəyyən edildikdən sonra miras əmlakın dairəsi ilə bağlı məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Bundan əlavə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 94-cü bəndinə görə mirasın tərkibinə ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Qanunvericiliyə əsasən mirasın tərkibinə miras qoyanın sağlığında mülkiyyət hüququ əldə etdiyi daşınmaz və daşınar əmlakın rəsmi reyestrlərində qeydə alınan əmlak, habelə mükafat, müəllif qonorarı, alınmamış əmək haqqı, pensiya, bank əmanətləri, qiymətli kağızlar, müəssisədəki pay və sığorta ödənişi və s. daxil edilir. Miras qoyanın qanunla müdafiə edilən əmlak və şəxsi qeyri-əmlak hüquqlarına zərər vurulması ilə əlaqədar dəymiş ziyanın ödənilməsi haqqında tələb vərəsələrə keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1257-ci maddəsində isə mirası qismən qəbul etməyin yolverilməzliyi öz əksini tapmışdır. Mülki Məcəllənin yuxarıda qeyd edilən normaları özündə miras əmlakın tamlığı, bütövlüyü prinsipini ehtiva edir. Mülki iş materiallarından məlum olur ki, Babək rayonu, Babək şəhəri, 20 yanvar küçəsində olan 0.2577 hektar torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 89.01 kvadrat metr yaşayış, 29,70 kvadrat metr köməkçi sahədən ibarət fərdi yaşayış evi xüsusi mülkiyyətdə olan əmlakdır və onun mülkiyyətçisi X7r. Yuxarıda da qeyd edildiyi kimi Azərbaycan Respublikası Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Əgər miras əmlak üzrə miras qoyanın bir neçə vərəsəsi olsa bu zaman hər bir vərəsə mirası müstəqil qəbul etməlidir. Qanunvericiliyin yuxarıda qeyd edilən normalarından görünür ki, Azərbaycan Respublikası mülki qanunvericiliyi mirasın qəbul edilməsinin iki üsulunu - formal, yəni notariat kontoruna ərizə verməklə və qeyri-formal–faktiki cəhətdən qəbul edilmə üsulunu müəyyənləşdirir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu, yəni onu faktiki olaraq qəbul etmək isə iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Mirasın faktiki qəbulu üsulu odur ki, bu üsul əsasında vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib olur, onun üzərində fiziki “ağalıq” edir. Yəni bu hərəkətlərdən mirası qəbul etməsi açıq-aşkar görünür və bəlli olur. Mirasın faktiki idarə edilməsi isə üsulu isə o deməkdir ki, vərəsənin etdiyi elə hərəkətdir ki, bu hərəkətləri adətən o öz mənafeyi üçün əmlakın saxlanılması və normal təsərrüfatın aparılması üçün edir. “G. Qəhrəmanovanm şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının “18” oktyabr 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “18” iyul 2014-cü il tarixli qərarında göstərmişdir ki, miras əmlakı faktiki idarə etmək vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun.” İşin mübahisəli halının məhkəmə araşdırılması zamanı müəyyən olunur ki, İddiaçı oğlu mirası qeyri-formal üsulla , yəni mirası faktiki idarə etməklə qəbul edib. Bu fakt Babək Rayon İcra Hakimiyyəti Babək şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 04 may 2021-ci il tarixli, 829 nömrəli, 04 avqust 2021-ci il tarixli, 1353 nömrəli, 12 oktyabr 2021-ci il tarixli, 1808 nömrəli arayışlar, Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidmətinin Babək Rayon Elektrik şəbəkəsi tərəfindən verilmiş 19 fevral 2021-ci il tarixli, 06 nömrəli və 05 may 2021-ci il tarixli, 10 nömrəli məktublar, Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidməti tərəfindən verilmiş 19 fevral 2021-ci il tarixli, 59 nömrəli və 05 may 2021-ci il tarixli, 141 nömrəli arayışlar, həmçinin cavabdehlər Cavabdeh2 və Cavabdeh4 məhkəmə baxışı iclası zamanı verdiyi izahatlarla öz təsdiqini tapır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 99-cu bəndinə görə əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: -vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; -mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; -mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; -miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər. Qeyd edilən normanı mülki iş materialları ilə əlaqəli şəkildə tədqiq məhkəmə qeyd edir ki, Babək Rayon İcra Hakimiyyəti Babək şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 04 may 2021-ci il tarixli, 829 nömrəli arayışda X1 və ölümündən sonra ünvan 3 ünvanında İddiaçı yaşadığı və hazırda da yaşaması, 04 avqust 2021-ci il tarixli, 1353 nömrəli arayışda (həmçinin "Elektron Məhkəmə" informasiya sistemindən çıxarılmış məlumatda) İddiaçı ünvan 3 ünvanında qeydiyyatda olması, 12 oktyabr 2021-ci il tarixli , 1808 nömrəli arayışda X4 ölümündən sonra onun mülkiyyətində olan ünvan 1 nömrəli evdə İddiaçı oğlunun yaşaması müəyyən edilir. Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidmətinin Babək Rayon Elektrik şəbəkəsi tərəfindən verilmiş 19 fevral 2021-ci il tarixli, 06 nömrəli və 05 may 2021-ci il tarixli, 10 nömrəli məktubların mahiyyətindən görünür ki, X4 2008-ci ildə rəhmətə getməsindən sonra mənzilə dair elektrik sərfiyyatı ilə bağlı xərclər İddiaçı tərəfindən ödənilir. Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidməti tərəfindən verilmiş 19 fevral 2021-ci il tarixli, 59 nömrəli və 05 may 2021-ci il tarixli, 141 nömrəli arayışlardan X4 2008-ci ildə rəhmətə getməsindən sonra mənzilə dair qaz sərfiyyatı ilə bağlı xərclərin İddiaçı ödəməsi aydın olur. Qeyd edilənlərdən təsdiq edilir ki, İddiaçı oğlu miras açıldıqdan Babək rayonu, ünvan 3-də yerləşən daşınmaz əmlak üçün kommunal xidmətlərin haqların ödəyərək miras əmlakı idarə və ona sahiblik etmişdi. Yuxarıda qeyd edilənləri ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, Babək rayonu, ünvan 3-də yerləşən və mərhum X3 qalmış mirasın İddiaçı tərəfindən faktiki olaraq qəbul edilməsi müəyyən edilməlidir. Məhkəmə onu da tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə həmçinin onu da tərəflərin nəzərinə çatdırır ki, miras qoyanın vərəsələrindən hər hansı birinin mirasın qəbul etməsi ilə bağlı məhkəməyə müraciət etməsi digər vərəsələrinin bununla bağlı hüququnu məhdudlaşdırmır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edilsə də, iddiaçı məhkəmə ərizə ilə müraciət edərək həmin rüsumun ona aid edilməsini məhkəmədən xahiş etmişdi. Həmin Məcəllənin 119.4-cü maddəsinin tələbini (işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir) nəzərə alan məhkəmə belə hesab edir ki, ödənilmiş rüsum iddiaçının özünə aid edilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: - iddia təmin edilməli; - Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli, 05 noyabr 2013-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən mərhum X4 mülkiyyətində olan və ondan miras qalmış Babək rayonu, ünvan 3-də yerləşən əmlakın İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən olunmalı; -iddiaçı tərəfindən ödənilmiş 10 (on) manat miqdarında dövlət rüsumu İddiaçı aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i : İddia təmin edilsin. Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli, 05 noyabr 2013-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən mərhum X4 mülkiyyətində olan və ondan miras qalmış Babək rayonu, ünvan 3-də yerləşən əmlakın İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən olunsun. İddiaçı tərəfindən ödənilmiş 10 (on) manat miqdarında dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:- Zamiq Əliyev
Məhkəmə qərarları › İş №2(079)-434/2021
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-434/2021
10.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver