Məhkəmə qərarları › İş №2(079)-45/2025

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-45/2025

15.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-45/2025 15.01.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X4 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq müəyyənetdi: İddiaçı X1 Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, Cavabdeh 6983 (altı min doqquz yüz səksən üç ) manatın və iş üzrə ödəmiş olduğu 90 (doxsan ) manat dövlət rüsumunun alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını əsaslandıraraq qeyd etmişdir ki, 2019-cu il tarixində Cavabdeh məndən xahiş etdi ki, ev tikmək üçün kredit götürməlidir və bir nəfər zamin durmalıdır. Mən onunla razılaşdım. Əli "xxxx" ASC-dən 3000 (üç min) manat kredit götürdü. Həmin krediti ödəyəndən 1 il sonra yenidən 8000 (səkkiz min) manata yaxın kredit götürdü. Daha sonra əvvəlki krediti yenilədi və şəxsi (istehlak) məqsədləri üçün 36 (otuz altı) ay müddətinə nağd şəkildə istifadə olunmaqla 12 900 (on iki min doqquz yüz) manat məbləğində kredit götürdü, bununla bağlı X9 Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli ******* saylı Kredit Müqaviləsi bağlanmışdır. Kredit Müqaviləsi üzrə öhdəlikdərin icrasını təmin etmək məqsədilə xx.xx.2020-ci il tarixli 1032025/20524 saylı Zaminik Müqavilələrinə asasən Cavabdeh Bank qarşısında öhdəlikdari tam yerinə yetirilənədək mən ona zamin durdum. Əli mənimlə iş yoldaşı idi. O borcun yarısını ödəyəndən sonra işdən çıxdı. Daha sonra Türkiyəyə getdi və kredit ödənişlərini ödəməyi dayandırdı. Əli krediti ödəməkdən boyun qaçırdığı üçün Bankdan mənə davamlı olaraq borcu ödəməyimlə bağlı zənglər gəldi. "xxxx" Açıq Səhmdar Cəmiyyəti kredit ödənilmədiyi üçün Babək rayon Məhkəməsinə Cavabdeh və mənə qarşı kredit müqaviləsinin ləğv edilməsi və borcun tutulması tələbinə dair iddia ərizəsi ilə müraciət etdi. Bir neçə dəfə məhkəmə prosesi olandan sonra Babək rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(079)-111/2023 nömrəli qətnaməsi ilə 09 sentyabr 2020-ci il tarixli, ******* nömrəli kredit müqaviləsi üzrə 6030.38 (altı min otuz manat, otuz səkkiz qəpik) manat məbləğində əsas, 558.81 ( beş yüz əlli səkkiz manat səksən bir qəpik) manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 6589.19 (altı min beş yüz səksən doqquz manat, on doqquz qəpik) manat məbləğində cavabdehlər Cavabdeh və İddiaçı müştərək qaydada tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edildi və hər ay mənim əmək haqqımın yarısı tutularaq kredit ödənişinin məbləğindən çıxıldı. Hal-hazırda Əlinin banka olan borcu mənim əmək haqqımda tutularaq tam qaydada ödənilmişdir. Mən “Naxçıvan” X2 işləyirəm. “Naxçıvan” X3 16 noyabr 2024-cü il tarixli arayışında da qeyd olunur ki, məndən 2023-cü ildə 2216.15 (iki min iki yüz on altı manat - 15 qəpik) manat, 2024-cü ildə isə 4299.90 (dörd min iki yüz doxsan doqquz manat - 90 qəpik) manat, ümumilikdə 6516.05 (altı min beş yüz on altı manat-05 qəpik) manat tutularaq "xxxx" bank ASC-nin xeyrinə ödənilmiş, icra haqqında Azərbaycan Respublikası Qanununun 78.1 və 78.2-ci maddələrinə əsasən 7% icra haqqı 467.28 (dörd yüz altmış yeddi manat-28 qəpik) manat tutularaq Babək rayon icra məmurlarının xüsusi fondunun hesabına köçürülmüşdür. Yəni mən Əlinin əvəzinə ümumilikdə 6983 (altı min doqquz yüz səksən üç ) manat pul ödəmişəm. Əlinin borcu bağlandıqdan sonra ondan ödədiyim pulu geri tələb etsəm də, o pulu ödəməkdən imtina etmişdir. Cavabdeh mənə dəymiş ziyanı ödəmir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışam. Hesab edirəm ki, mənim pozulmuş hüquqlarımın bərpası məhkəmə qaydasında tənzimlənməli və iddia tələbim tam təmin edilməklə, əsaslı məhkəmə qətnaməsi çıxarılmalı, cavabdeh tərəfindən ödənilməli olan pul tələbim təmin edilməlidir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, Əli ilə iş yoldaşı olmuşam və ailəvi dostluq münasibətimiz olub. Əli evini düzəltmək üçün "xxxx" ASC-dən kredit götürdü. Mən isə ona zamin durdum. Əli banka olan borcunu ödəmədiyindən, bank məhkəməyə müraciət etdi. Mən X2 hərbi qulluqçu işləyirəm. Məhkəmə borcun bizdən müştərək qaydada tutulması barədə qətnamə çıxardıqdan sonra ümumilikdə 6983 manat pul mənim əmək haqqımdan tutuldu. Cavabdeh ümumiyyətcə mənə pul ödəməyib. Bu səbəbdən də həmin pulun və ödədiyim dövlət rüsumunun qarşı tərəfdən tutulub mənə verilməsini xahiş edirəm. Bankdan götürdüyümüz pulun hamısını Əli götürüb. Məhkəmə qərarının icrası ilə bağlı mənim əmək haqqımdan 500-550 manat pul tutulub. İddiamı müdafiə edirəm və təmin edilməsini xahiş edirəm. Cavabdeh 13 yanvar 2025-ci ildə ərizə ilə Babək Rayon Məhkəməsinə müraciət edərək məhkəmə iclaslasında səhhəti ilə bağlı iştirak edə bilməyəcəyini, İddiaçı olan 7073 ( yeddi min yetmiş üç) manat məbləğində olan borcunu 6 ay ərzində evini sataraq ödəyəcəyini, buna görə ona 6 ay güzəşt edilməsini, iclasın onun iştirakı olmadan keçirilməsini xahiş etdiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək müəyyən edir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 09 sentyabr 2020-ci il tarixli, ******* nömrəli kredit müqaviləsinin bağlanması, borcun təminatı olaraq İddiaçı ilə bank arasında 09 sentyabr 2020-ci il tarixli zaminlik müqaviləsinin bağlanması, kredit müqaviləsinə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh illik 21 faizlə 36 ay müddətində 12900 (on iki min doqquz yüz) manat məbləğində kredit verməsi barədə müqavilə ilə tərəflərinin razılığa gəlmələri işin mübahisəsiz hallarıdır. Bu faktların mübahisəsiz olması aşağıdakılarla təsdiq olunur: -iddia ərizəsinə əlavə edilən 09 sentyabr 2020-ci il tarixli, ******* nömrəli kredit müqaviləsindən "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında həmin tarixdə kredit müqaviləsinin bağlanması və müqaviləyə əsasən cavabdehə "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən illik 21 faizlə 36 ay müddətində 12900 (on iki min doqquz yüz) manat kredit verilməsi barədə müqavilə tərəflərinin razılığa gəlmələri; -iddia ərizəsinə əlavə edilən 09 sentyabr 2020-ci il tarixli, 1032025/20524 nömrəli zaminlik müqaviləsindən eyni tarixli kredit müqaviləsinin təminatı olaraq İddiaçı ilə Bank arasında 09 sentyabr 2020-ci il tarixli zaminlik müqaviləsinin bağlanması; -iddia ərizəsinə əlavə edilən Babək Rayon Məhkəməsinin 2(0790-111/2023 nömrəli, 16 mart 2023-cü il tarixli qətnaməsi ilə 09 sentyabr 2020-ci il tarixli, ******* nömrəli kredit müqaviləsi üzrə 6030.38 (altı min otuz manat, otuz səkkiz qəpik) manat məbləğində əsas, 558.81 (beş yüz əlli səkkiz manat, səksən bir qəpik) manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 6589.19 (altı min beş yüz səksən doqquz manat, on doqquz qəpik) manat məbləğində kredit borcu cavabdehlər Cavabdeh və İddiaçı müştərək qaydada tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi aydın olur. MM-in 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. MM-in 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. MM-in 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. MM-in 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. İş materiallarına əlavə olunmuş zaminlik müqaviləsindən aydın olur ki, İddiaçı ilə Azər- Türk” Açıq Səhmdar Cəmiyyəti arasında xx.xx.2020-ci il tarixdə zaminlik müqaviləsi bağlanmış, zamin müqaviləsinə əsasən xx.xx.2020-ci il tarixli kredit alanın Cavabdeh olduğu kredit müqaviləsinə əsasən kredit müqaviləsi üzrə borcalanın Bank qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmədiyi halda kredit məbləğinin və ona hesablanmış faizlərin Banka tam ödənilməsini öhdəsinə götürmüşdür. Kredit müqaviləsinə əsasən kredit alan 36 ay müddətində 12900 manat məbləğində pul vəsaitini illik 21 faiz dərəcəsi ilə kredit verənə qaytarmağı öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən zamin bank qarşısında borcalanın banka olan kredit və faizləri məbləğində, yəni onunla eyni həcmdə və birgə məsuliyyət daşıyırlar. İş materiallarına əlavə olunmuş Babək Rayon Məhkəməsinin 2(0790-111/2023 nömrəli, 16 mart 2023-cü il tarixli qətnaməsi ilə cavabdehlər 09 sentyabr 2020-ci il tarixli, ******* nömrəli kredit müqaviləsi üzrə 6030.38 (altı min otuz manat, otuz səkkiz qəpik) manat məbləğində əsas, 558.81 (beş yüz əlli səkkiz manat, səksən bir qəpik) manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 6589.19 (altı min beş yüz səksən doqquz manat, on doqquz qəpik) manat məbləğində kredit borcu cavabdehlər Cavabdeh və İddiaçı müştərək qaydada tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti “Naxçıvan” X3 16 noyabr 2024-cü il tarixli arayışından belə məlum olur ki, 16 mart 2023-cü il tarixli 2(0790-111/2023 nömrəli icra sənədinə əsasən İddiaçı 2023-cü ildə 2216.15 (iki min iki yüz on altı manat, on beş qəpik) manat, 2024-cü ildə isə 4299.90 (dörd min iki yüz doxsan doqquz manat, doxsan qəpik) manat, ümumilikdə 6516.05 (altı min beş yüz on altı manat, beş qəpik) manat tutularaq "xxxx" bank ASC-nin xeyrinə ödənilmiş, icra haqqında Azərbaycan Respublikası Qanununun 78.1 və 78.2-ci maddələrinə əsasən 7% icra haqqı 467.28 (dörd yüz altmış yeddi manat, iyirmi səkkiz qəpik) manat tutularaq Babək rayon icra məmurlarının xüsusi fondunun hesabına köçürülmüşdür. İddia ərizəsinə əlavə olunmuş sənədlərdən belə məlum olur ki, İddiaçı Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti qarşısında olan borc öhdəliyinin icrasının təminini zaminlik müqaviləsi əsasında öz üzərinə götürmüş, zaminlə borclunun kredit təşkilatı qarşısında məsuliyyəti birgə məsuliyyət olmuş, zamin əsas borclunun kredit verən qarşısında öz öhdəliyinə əməl etmədiyinə görə kredit verən qarşısında öhdəliyinin icrasını həyata keçirmişdir. İddia tələbinin qanuni əsasını təşkil edən MM-in 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Cavabdeh isə iddia tələbinə qarşı etiraz, həmçinin müqavilədən irəli gələn öhdəliyini lazımınca icra etməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə isə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunur. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında qeyd olunur ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə bildirir ki, iddiaçının cavabdehə qarşı olan borcun qaytarılması barədə tələbi əsaslıdır. Belə ki, mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Mülki məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (425.2) İddia tələbinin əsas brclunun əvəzinə zamin tərəfindən ödənilmiş icra ödənişinə dair hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbinin həmin hissədə qanuni əsasını təşkil edən MM-in 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Göründüyü kimi zamin olaraq iddiaçı borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi məhkəmə xərcləri və icra xərclərini ödəməklə uğradığı zərərin də əvəzini tələb etməkdə haqlı olmuşdur. Məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 6983 (altı min doqquz yüz səksən üç) manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə belə hesab edir ki, tələb əsaslı sayıldığından Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən (məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir) iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 90 (doxsan ) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 284-6.1, 284-6.2, 358.0.3, 360 və 362-ci maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 6983 (altı min doqquz yüz səksən üç) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Cavabdeh 90 (doxsan) manat miqdarında dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar