Məhkəmə qərarları › İş №2(079)-495/2025

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №2(079)-495/2025

08.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № 2(079)-495/2025 08.08.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X4 məhkəmə iclas katibliyi, ərizəçi İddiaçı, ərizəçinin vəkil-nümayəndəsi Nümayəndə, maraqlı şəxslər Maraqlı şəxs4, Maraqlı şəxs2, Maraqlı şəxs1 və Maraqlı şəxs7 iştirakları ilə, İddiaçı Maraqlı şəxs1, Maraqlı şəxs2, Ələkbərova (Əliyeva) Roza Musa qızı, Maraqlı şəxs7, Maraqlı şəxs4, Səttarova (Əliyeva) Nubar Musa qızı və Maraqlı şəxs6 qarşı miras əmlakın faktiki qəbulu tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı vəkil-nümayəndəsi “14” iyul 2025-ci ildə ərizə ilə Babək Rayon Məhkəməsinə müraciət edərək mərhum anası X6 vəfatından sonra ondan miras qalmış ünvan 1ində yerləşən 0.16 hektar. 0.07 hektar və 0.26 hektar fərdi yaşayış üçün həyətyanı torpaq sahələrinin tərəfindən faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının vəkil-nümayəndəsi müraciətini əsaslandıraraq qeyd etmişdir ki, atam X7 xx.xx.1998-ci il tarixdə ünvan 1ində vəfat etmişdir. X3 isə xx.xx.2016-ci il tarixdə Babək rayonu Y.Uzunoba kəndində vəfat etmişdir. X2 ünvan 1i ünvanında yerləşən 0.16 hektar, 0.07 hektar və 0.26 hektar fərdi yaşayış üçün həyətyanı torpaq sahələri miras olaraq qalmışdır. X1 əri X7 (xx.xx.1998-ci il tarixdə vəfat edib), qızı Quliyeva (Əliyeva) Firuzə Musa qızı (xx.xx.1953-cü il tarixdə doğulub yaşayır), oğlu Maraqlı şəxs2 (xx.xx.1955-ci il tarixdə doğulub, yaşaşayır), X15 (xx.xx.1958-ci il tarixdə doğulub və xx.xx.1958-ci il tarixdə vəfat edib), Ələkbərova (Əliyeva) Roza Musa qızı (xx.xx.1959-cu il tarixdə doğulub, yaşayır), Maraqlı şəxs7 (xx.xx.1961-ci il tarixdə doğulub,yaşayır), X16 (xx.xx.1963-cü il tarixdə doğulub və xx.xx.2023-cü il tarixdə vəfat edib), Maraqlı şəxs4 (xx.xx.1965-ci il tarixdə doğulub, yaşayır), X9 xx.xx.1968-ci il tarixdə doğulub və xx.xx.1989-cu il tarixdə vəfat edib), X11 (xx.xx.1970-ci il tarixdə doğulub, yaşayır), İddiaçı (xx.xx.1972-ci il tarixdə doğulub) adlı vərəsələri olub. Qeyd edim ki, X3nın vəfatından sonra ünvan 1i ünvanında yerləşən 0.07 hektar, 0.16 hektar və 26 hektar fərdi yaşayış üçün həyətyanı torpaq sahələrin mən faktiki olaraq qəbul edərək idarə etməyə başlamışam.Sözügedən torpaq sahələrində əkin-biçin, abadlıq işlərin aparmışam. Lakin onu da qeyd etmək istəyirəm ki, mirası faktiki qəbul etsəm də, miras hüquqlarını bu günədək dövlət qeydiyyatına sala bilmirəm. Mirasa qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması üçün 16 may 2025-ci il tarixdə Babək Rayon Notariat Ofisinə ərizə ilə müraciət etdim. Lakin Babək Rayon Notariat Ofisinin 16 may 2025-ci il tarixli məktubunda mirasa qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina etdi. Onu da qeyd etmək istəyirəm ki, mərhumə X8 vəfat etmiş və hazırda sağ olan vərəsələri (maraqlı şəxslər) 26 dekabr 2023-cü il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası MM-nin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Belə ki vərəsələr mirası vaxtında qəbul etmək maraqları olmayıb. Bu da mirasdan imtinaya səbəb olur. Ərizə məhkəmənin icraatına qəbul edilərək mülki iş üzrə məhkəmə hazırlıq iclası təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxslər Maraqlı şəxs3, Maraqlı şəxs5 və Maraqlı şəxs6 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələbini rəhbər tutan məhkəmə maraqlı şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. Ərizəçi İddiaçı məhkəmədə verdiyi izahatında anasının 2016-cı ildə ölümündən sonra torpaqlara sahib çıxdığını, əkib-becərdiyini, buna baxmayaraq hələ də torpaqları öz adına səndələşdirə bilmədiyini, anası ilə birgə Babək rayonu, Yuxarı Uzunoba kəndində yaşadıqlarını, torpaq sahələrinin heç birində fərdi yaşayış evinin olmadığını, bağ-bağça olduğunu, anasının vəfatından sonra orada təsərrüfat işlərini özünün apardığını, vərəsələrdən heç birinin orada təsərrüfat işləri aparmadıqlarını, vərəsələrinin hamısının razılıq verdiyini böyük qardaşı Maraqlı şəxs2 razı olmadığını, beş bacı, beş qardaş olduqlarını, bacılarından birinin vəfat etdiyini, qardaşalarından birinin uşaq vaxtı, digərinin isə 2023-cü ildə vəfat etdiyini, uşaqkən 1958-ci ildə ölən qardaşının Əliyev İsa olduğunu, qardaşı Əliyev Əlinin isə 2023-cü ildə vəfat etdiyini, ailə qurmadığını, bacısı Əliyeva Nəcibənin 1989-cu ildə vəfat etdiyini, Nəcibənin bir övladının olduğunu, hələ atası sağ olarkən bacı-qardaşlarının ailə qurub evdən ayrıldıqlarını bildirmişdir. Maraqlı şəxs2 məhkəmədə verdiyi izahatında ərizəçinin və onun ailəsinin orada yaşamağa layiq olmadıqlarını, torpaqların onların adına keçirilməsinə razı olmadığını, orada özünün ev tikdiyini, evi ərizəçiyə verdiyini, əgər bacı-qardaşları və ya özü o evə getməyəcəksə o evi nə üçün tikdiyini, ərizəçinin orada yaşamaq haqqının olmadığını, evi orada 1976-cı ildən bəri tikdiyini, həmin vaxtı ərizəçinin heç anadan olmadığını, 1984-cü ilə qədər o evdə yaşadığını bildirmişdir. Maraqlı şəxs4 məhkəmədə verdiyi izahatında özünün ayrıca evinin olduğunu, ərizəçinin iddia etdiyi evə, mirasa iddiasının olmadığını, bunu ərizəsində də göstərdiyini bildirmişdir. Maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs7 məhkəmədə verdikləri izahatlarında ərizəyə etiraz etmədiklərini bildirmişlər. İş materiallarını işdə iştirak edən şəxslərin izahatları ilə birlikdə tədqiq edən məhkəmə belə hesab edir ki, İddiaçı miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 305.1 və 305.1.1-ci maddələrinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.2 və 307.2.9-cu maddələrindən aydın olur ki, mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə işlər hüquqi əhəmiyyəti olan faktlara daxildir. MPM-in 306.1 və 306.2-ci maddələrinə görə məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30 - 40-6-cı fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır, xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. MPM-in 306.4-cü maddəsinə əsasən, xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “31” mart 2011-ci il tarixli, 3 №-li qərarının 1.1-ci bəndində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, ərizənin baxılmamış saxlanılması Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş elə prosessual qaydadır ki, həmin qaydaya görə mülki işlər üzrə məhkəmə müdafiəsi hüququ həyata keçirildikdə hüquqi şərait imkan vermədiyi üçün qətnamə qəbul edilmədən məhkəmə baxışı başa çatdırılır. İddianın baxılmamış saxlanılmasına səbəb olan maneə aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququna malik olur. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenum qərarının 2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. MPM-in 259.0 və 259.0.10-cu maddələrinə əsasən, hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə olması müəyyən edilərsə məhkəmə ərizəni baxılmamış saxlayır. Beləliklə məhkəmə hesab edir ki, xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edildiyindən İddiaçı miras əmlakın faktiki qəbulu tələbinə dair ərizəsi baxılmamış saxlanılmalı, işdə iştirak edən şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnun mövcudluğu izah edilməlidir. Belə ki, MPM-in 306.4-cü maddəsinə görə isə xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. MPM-in 114.1 və 114.1.5-ci maddələrinə əsasən ərizənin baxılmamış saxlanılması dövlət rüsumunun geri qaytarılmasının əsaslarından biridir. İddiaçı ərizəsi baxılmamış saxlanıldığından məhkəmə MPM-in 260.3-cü maddəsinin tələbinə əsasən, büdcədən dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək, belə nəticəyə gəlir ki, ərizə verilərkən Azərbaycan respublikası Mərkəzi Bankının “X10” vasitəsi ilə xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ərizəçiyə qaytarılmalıdır. Yuxarıda göstərilənləri və MPM-in 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r v e r d i: İddiaçı miras əmlakın faktiki qəbul edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. İşdə iştirak edən şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnun mövcudluğu izah edilsin. İddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankının “X10” vasitəsi ilə xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan o, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Babək Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar