Məhkəmə qərarları › İş №2(079)-538/2022

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-538/2022

13.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-538/2022 13.12.2022 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızı İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə tərəflərin iştirakı olmadan məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı Babək Rayon Məhkəməsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə müraciət edərək, Cavabdeh onun əvəzinə “FİNCA Azerbaijan” X11-Bank Kredit Təşkilatına zamin qismində ödədiyi 4492 (dörd min dörd yüz doxsan iki) manat kredit borcunun və məhkəmədə iddia qaldırmaq üçün ödədiyi 65 manat rüsumun alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını əsaslandıraraq qeyd etmişdir ki, Cavabdeh xx.xx.2019-cu il tarixdə **********7366 saylı kredit müqaviləsi ilə “FİNCA Azerbaijan” X11-Bank Kredit Təşkilatından illik 25% faiz dərəcəsi olmaqla 24 ay müddətinə 10000 (on min) AZN kredit götürmüşdür. Həmin kreditin götürülməsi zamanı Cavabdeh məndən və X13 oğlundan kreditin götürülməsi zamanı ona zamin durmağımızı xahiş etdiyinə görə mən də yaxın münasibətlərimizə görə Cavabdeh xx.xx.2019-cu il tarixli **********7***-******* saylı Zaminlik müqaviləsi ilə zamin durdum. Cavabdeh əvvəllər məlum kredit müqaviləsi üzrə kredit şərtlərini yerinə yetirərək aylıq ödənişlərini ödəsə də, sonradan üzərinə düşən öhdəliyi yerinə yetirməyərək kredit şərtlərini pozmuşdur. Nəticədə Cavabdeh cəmi 9725.79 manat məbləğində olan kredit borcu müştərək qaydada zaminlərdən, yəni məndən və X13 oğlundan tutularaq “FİNCA Azerbaijan” X11-Bank Kredit Təşkilatına qaytarılmışdır ki, onun da ümumilikdə (503AZN+3989AZN) 4492 manatını şəxsən mən ödəmişəm. xx.xx.2019-cu il tarixli **********7***-******* saylı Zaminlik müqaviləsinin 1.1-ci bəndində göstərilib ki, Zamin həmin tarixli **********7366 saylı kredit müqaviləsinə əsasən kredit alan olan Cavabdeh tərəfindən müqavilə öhdəliklərinə əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faizi, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit Verənə tam şəkildə ödəməyi öhdəsinə götürür. Həmin zaminlik müqaviləsinin 1.6-cı bəndində isə göstərilib ki, Zamin bu Müqavilə üzrə üzərinə düşən bütün öhdəlikləri tam şəkildə yerinə yetirdikdən sonra ödədiyi bütöv məbləği öhdəlik kreditoru kimi Kredit alandan tələb etmək hüququnu qazanır. Cavabdeh onun əvəzindən ödədiyi kredit ödənişlərini qaytarmaqla bağlı xəbərdarlıqlar etsə də onun tərəfindən heç bir addım atılmamışdır. Artıq bu səbəbdən də məhkəməyə müraciət etmək qərarına gəlmişəm. Ona görə də Cavabdeh onun əvəzinə “FİNCA Azerbaijan” X11-Bank Kredit Təşkilatına ödədiyi 4492 (dörd min dörd yüz doxsan iki) manat kredit borcunun və məhkəmədə iddia qaldırmaq üçün ödədiyim 65 manat rüsumun alınaraq mənə qaytarılmasını istəyirəm. Məhkəmə ilk olaraq iş üzrə tərəflərin nəzərinə çatdırır ki, iddianın qiymətinin beş min manatdan aşağı olması və iddiaya sadələşdirilmiş icraat qaydasında baxılması ilə bağlı iddiaçının xahişi nəzərə alınmaqla mülki işə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin XXİİİ-İ fəslində nəzərdə tutulmuş sadələşdirilmiş icraat qaydasında ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. İş üzrə Cavabdeh rəsmi qaydada verilmiş məhkəmə bildirişlərində iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazı olduğu halda 10 gün müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olması izah olunsa da, cavabdeh tərəfindən iddiaya qarşı etiraz, etirazının dəlilləri və onları təsdiq edən sənədlər məhkəməyə təqdim olunmamışdır. Məhkəmə tərəfindən işə sübutetmə yükünün bölüşdürülməsi ilə bağlı mülki prosessual qanunvericiliyin tələbləri və sadələşdirilmiş icraat qaydaları nəzərə alınmaqla yalnız iddiaçının təqdim etdiyi sübutlar əsasında baxılmışdır. İddiaçının ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 218.1-ci maddəsinin tələbini nəzərə almaqla qeyd edir ki, tərəflər arasında zaminlik müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - MM) 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. MM-in 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. MM-in 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. MMin 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. İş materiallarına əlavə olunmuş zaminlik müqaviləsindən aydın olur ki, İddiaçı ilə “Finca” X7 Qeyri-Bank Kredit təşkilatı arasında xx.xx.2019-cu il tarixdə zaminlik müqaviləsi bağlanmış, zamin müqavilənin 1.1-ci bəndinə əsasən xx.xx.2019-cu il tarixli kredit alanın Cavabdeh olduğu kredit müqaviləsinə əsasən kredit alanın kredit müqaviləsi üzrə öhdəliklərinə hər hansı səbəbdən əməl etmədiyi hallarda əsas borcu, ona hesablanmış faiz və cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit verənə tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsinə əsasən kredit alan 24 ay müddətində 10000 manat məbləğində pul vəsaitini illik 25 faiz dərəcəsi ilə kredit verənə qaytarmağı öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən zamin bu müqavilənin 1.1-ci maddəsində nəzərdə tutulan öhdəliyini kredit alanın kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi barədə kredit verən tərəfindən göndərilən və ya təqdim edilən xəbərdarlığı aldıqdan 3 gün sonra icra etməyə borcludur. Müqavilənin 2.1-ci bəndinə görə kredit alan öz öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin və kredit alan kredit verən qarşısında birgə məsuliyyət daşıyırlar. İş materiallarına əlavə olunmuş Babək Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(079)-218/2020 nömrəli qətnaməsi ilə cavabdehlər Cavabdeh, İddiaçı və X13 oğlundan müştərək qaydada əsas borca görə 8156.86 (səkkiz min yüz əlli altı manat, 86 qəpik) manat, faiz borcuna görə 1518.00 (bir min beş yüz on səkkiz) manat, cərimə borcuna görə 50.93 (əlli manat, 93 qəpik) manat olmaqla, cəmi 9725.79 (doqquz min yeddi yüz iyirmi beş manat, 79 qəpik) manat məbləğində pulun tutularaq iddiaçı təşkilat «FİNCA X7 Qeyri-Bank Kredit Təşkilatının xeyrinə ödənilməsi, iddiaçı təşkilat «FİNCA X7 Qeyri-Bank Kredit Təşkilatı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh, İddiaçı və X13 oğlundan müştərək qaydada alınaraq iddiaçı təşkilata qaytarılması qət olunmuşdur. İş materiallarına əlavə olunmuş 2(079)-218/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən cavabdehlər Cavabdeh, İddiaçı və X13 oğlundan müştərək qaydada əsas borca görə 8156.86 (səkkiz min yüz əlli altı manat, 86 qəpik) manat, faiz borcuna görə 1518.00 (bir min beş yüz on səkkiz) manat, cərimə borcuna görə 50.93 (əlli manat, 93 qəpik) manat, cəmi 9725.79 (doqquz min yeddi yüz iyirmi beş manat, 79 qəpik) manat məbləğində pulun tutularaq iddiaçı təşkilat «FİNCA X7 Qeyri-Bank Kredit Təşkilatının xeyrinə ödənilməsi, iddiaçı təşkilat «FİNCA X7 Qeyri-Bank Kredit Təşkilatı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh, İddiaçı və X13 oğlundan müştərək qaydada alınaraq iddiaçı təşkilata qaytarılması müəyyən olunmuşdur. İş materiallarına əlavə olunmuş icraata başlama haqqında qərara əsasən Babək Rayon İcra və Probasiya şöbəsinin icra məmuru 16 noyabr 2020-c il tarixdə icra sənədi üzrə borclular Cavabdeh, İddiaçı və X13 oğlundan müştərək qaydada əsas borcuna görə 8156.86 manat, faiz borcuna görə 1518.00 manat, cərimə borcuna görə 50.93 manat və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla cəmi 9755.79 manat məbləğində pul vəsaitinin tutularaq tələbkar "xxxx" Qeyri-Bank Kredit Təşkilatı X4 xeyrinə ödənilməli olduğu əsası ilə 2(079)-218/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinin icrası üzrə icraata başlamışdır. Həmçinin iş materiallarına əlavə olunmuş "xxxx" Qeyri-Bank Kredit Təşkilatı X4 23 avqust 2022-ci il tarixli Naxçıvan şəhər İcra və Probasiya İdarəsinə ünvanlanmış ərizəsində bildirilmişdir ki, xx.xx.2020-ci il tarixli, 2(079)-218/2020 saylı icra sənədi üzrə borclular Cavabdeh, İddiaçı və X13 oğlu tərəfindən "xxxx" Qeyri-Bank Kredit X1 borc tam olaraq ödənilmişdir, tələbkar bu hal nəzərə alınmaqla icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş "xxxx" Qeyri-Bank Kredit Təşkilatı X4 xx.xx.2022-ci il tarixli arayışında qeyd olunmuşdur ki, "xxxx" Qeyri-Bank Kredit Təşkilatına Cavabdeh 3989 manat məbləğində olan borcu xx.xx.2022-ci il tarixdə İddiaçı tərəfindən ödənilmişdir. İş materiallarına əlavə olunmuş "xxxx" Qeyri-Bank Kredit Təşkilatı X4 xx.xx.2022-ci il tarixli arayışında qeyd olunmuşdur ki, İddiaçı xx.xx.2019-cu il tarixli 10000 manat məbləğində kreditin verilməsi ilə bağlı müqaviləyə əsasən kredit təşkilatı qarşısında heç bir kredit və zaminliyi yoxdur. İş materiallarına əlavə olunmuş Babək Rayon İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən qəbul edilmiş və icra orqanının rəhbəri tərəfindən təsdiq olunmuş icra sənədi üzrə icraata xitam verilməsinə dair 24 avqust 2022-ci il tarixli qərarına əsasən icra sənədinə əsasən borclu İddiaçı "xxxx" Qeyri-Bank Kredit Təşkilatına olan borcuna münasibətdə Babək Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(079)-218/2020 icra sənədi üzrə icraata xitam verilmişdir. İddia ərizəsinə əlavə olunmuş sənədlərdən belə məlum olur ki, İddiaçı Cavabdeh "xxxx" Qeyri-Bank Kredit X2rşısında olan borc öhdəliyinin icrasının təminini zaminlik müqaviləsi əsasında öz üzərinə götürmüş, zaminlə borclunun kredit təşkilatı qarşısında məsuliyyəti birgə məsuliyyət olmuş, zamin əsas borclunun kredit verən qarşısında öz öhdəliyinə əməl etmədiyinə görə kredit verən qarşısında öhdəliyin icrasını həyata keçirmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 81 nömrəli qəbzdən belə məlum olur ki, Cavabdeh kredit borcuna görə İddiaçı tərəfindən 3989 manat məbləğində pul vəsaiti "xxxx" Qeyri-Bank Kredit Təşkilatı X8 tərəfindən bankın hesabına mədaxil olunmuşdur. Həmçinin iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 81 nömrəli qəbzdən və həmin tarixli ödəniş tapşırığından belə məlum olur ki, Cavabdeh kredit borcuna görə İddiaçı tərəfindən 503 manat məbləğində pul vəsaiti "xxxx" Qeyri- Bank Kredit Təşkilatı X8 tərəfindən bankın hesabına mədaxil olunmuşdur. Zaminlik müqaviləsinin 1.6-cı bəndinə görə Zamin bu Müqavilə üzrə üzərinə düşən bütün öhdəlikləri tam şəkildə yerinə yetirdikdən sonra ödədiyi bütöv məbləği öhdəlik kreditoru kimi Kredit Alandan tələb etmək hüququnu qazanır. İddia tələbinin qanuni əsasını təşkil edən MM-in 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Cavabdeh isə iddia tələbinə qarşı etiraz, həmçinin müqavilədən irəli gələn öhdəliyini lazımınca icra etməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə isə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunur. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında qeyd olunur ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə bildirir ki, iddiaçının cavabdehə qarşı olan borcun qaytarılması barədə tələbi əsaslıdır. Belə ki, mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Mülki məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (425.2) Məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 4492 (dörd min dörd yüz doxsan iki) manat məbləğində borc tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə belə hesab edir ki, tələb əsaslı sayıldığından Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən (məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir) iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 65 (altmış beş) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-6.1, 284-6.2, 358.0.3, 360 və 362-ci maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 4492 (dörd min dörd yüz doxsan iki) manat məbləğində borc tutularaq İddiaçı ödənilsin. Cavabdeh 65 (altmış beş) manat miqdarında dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar