Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № 2(079)-578/2025 25.08.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızı Ərizəçi maraqlı şəxs Kəngərli rayon Qeydiyyat Şöbəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi (doğum faktının) tələbinə dair ərizəsinin mümkünlüyünü yoxlayaraq m ü ə y y ə n e t d i: Ərizəçi vəkil-nümayəndəsi vasitəsilə “20” avqust 2025-ci ildə xüsusi icraat qaydasında ərizə ilə Babək Rayon Məhkəməsinə müraciət edərək X1 19 avqust 1931-ci il tarixdə Kəngərli rayon Qarabağlar (əvvəllər bu kənd Şərur Rayonunun inzibati ərazi vahidinə daxil idi) kəndində doğum faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 5.1-ci maddəsinin tələbinə görə hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Ərizəçinin vəkil-nümayəndəsi 25 avqust 2025-ci il tarixdə ərizə ilə məhkəmə müraciət edərək Ərizəçi anası X1 doğum faktının müəyyən olunması tələbi barədə iddia qaldırdıqlarını və ərizənin icraata götürülmədən geri qaytarılması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Ərizənin icraata götürülmədən geri qaytarılmasına dair ərizəçinin vəkilnümayəndəsinin ərizəsini nəzərə alan məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 152.1 və 152.1.9-cu maddələrinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsinin məhkəmənin icraatına qəbul edilənə qədər geri qaytarılmasına dair iddiaçının vəkil-nümayəndəsinin ərizəsini nəzərə alan məhkəmə belə hesab edir ki, Ərizəçi maraqlı şəxs Kəngərli rayon Qeydiyyat Şöbəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi (doğum faktının) barədə ərizəsi ona əlavə olunmuş sənədlərlə icraata qəbul edilmədən geri qaytarılmalıdır. MPM-in: - 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. - 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddələrində bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa dövlət rüsumu geri qaytarılmalı olması nəzərdə tutulduğundan, Ərizəçi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialı vasitəsi ilə 19 avqust 2025-ci il tarixli, ********** nömrəli qəbzlə ödədiyi 100 (bir yüz) manat miqdarında dövlət rüsumu ona geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.2, 152.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq q ə r a r v e r d i: Ərizəçi maraqlı şəxs Kəngərli rayon Qeydiyyat Şöbəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi (doğum faktının) tələbinə dair ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılsın. Ərizəçi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialı vasitəsi ilə 19 avqust 2025ci il tarixli, ********** nömrəli qəbzlə ödədiyi 100 (bir yüz) manat miqdarında dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan o işdə iştirak edən şəxslərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Babək Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(079)-578/2025
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №2(079)-578/2025
25.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver