Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № 2(079)-592/2022 21.12.2022 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ İddia ərizəsinin qaytarılması haqqında Babək Rayon Məhkəməsinin hakimi Əliyev X3 Eldəniz Akif oğlunun Cavabdeh1, Cavabdeh2 və X4 qarşı fərdi yaşayış evi və torpaq sahəsinin naturada bölünməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək müəyyənetdi: Babək Rayon Məhkəməsinə “20” dekabr 2022-ci ildə İddiaçı Cavabdeh1, Cavabdeh2 və X4 qarşı fərdi yaşayış evi və torpaq sahəsinin naturada bölünməsi tələbinə dair iddia ərizəsi daxil olmuşdu. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri qanunvericiliyin tələbləri daxilində nəzərdən keçirən məhkəmə aşağıdakıları qeyd edir. Məhkəmə iddiaçıya bildirir ki, məhkəməyə iddia ərizəsi daxil olduqda hakim onun verilməsi zamanı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərə əməl edilməklə verilib-verilməməsini yoxlayır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 5.1-ci maddəsinin tələbinə görə isə hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Mülki prosessual qanunvericiliyin tələbindən də göründüyü kimi hər hansı bir şəxs hüququnun müdafiəsini məhkəmə qaydasında həyata keçirirsə müvafiq qaydalara əməl etməlidir. Bunun üçün ilkin olaraq müvafiq ərizəsi ilə məhkəməyə müraciət etməli və onun Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə əməl etməklə tərtib etməlidir. Ona əməl edilməməsi isə müvafiq prosessual nəticələrə səbəb olur. Elə bu məqsədlə də məhkəməyə iddia ərizəsi daxil olduqda hakim onun verilməsi zamanı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərə əməl edilməklə verilib-verilməməsini yoxlayır. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri qanunvericiliyin tələbləri daxilində nəzərdən keçirən məhkəmə aşağıdakıları qeyd edir. Mülki Prosessual Məcəllənin 149-cu maddəsində iddia ərizəsinin forma və məzmunu öz əksini tapıb. Həmin maddəyə əsasən iddia ərizəsində onun verildiyi məhkəmənin adı, iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları), iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat, ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Qeyd edilən prosessual normanın tələbindən yola çıxan məhkəmə bildirir ki, iddiaçı tələbində cavabdeh kimi Cavabdeh1, Cavabdeh2 və X5 qeyd etmiş, sonuncunun adını isə cavabdeh kimi iki dəfə göstərmişdi. İddia ərizəsində qeyd edilən şəxsiyyət vəsiqəsi məlumatlarını isə "Elektron Məhkəmə" informasiya sistemində olan məlumatlarla eyniləşdirdikdə sonuncu qeyd edilən cavabdehin X7 deyil, X8 olması müəyyən edilir. Bu da onu göstərir ki, iddia ərizəsində cavabdehlər barədə məlumatlar düzgün qeyd edilməyib, yəni onun məzmunu qanunvericiliyin tələbinə cavab vermir. Məhkəmə İddiaçı nəzərinə çatdırır ki, qanunvericiliklə müəyyən edilmiş məlumatlar qeyri-dəqiq, yanlış olmamalı, iddia ərizəsinin məzmunu Mülki Prosessual Məcəllənin tələblərinə cavab verməlidir. Çünki çəkişmə prinsipinin təmin edilməsi baxımından cavabdehlər barəsində yuxarıda qeyd edilən məlumatların düzgünlüyü zəruridir. Yuxarıda qeyd edilənləri nəzərə almaqla məhkəmə belə hesab edir ki, İddiaçı Cavabdeh1, Cavabdeh2 və X4 qarşı fərdi yaşayış evi və torpaq sahəsinin naturada bölünməsi tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Çünki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1 və 152.1.1-ci maddələrinin tələbinə görə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarır. Mülki-Prosessual Məcəllənin 114.1 və 114.1.3-cü maddələrində bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa dövlət rüsumu geri qaytarılmalı olması nəzərdə tutulduğundan, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialı vasitəsi ilə 13 dekabr 2022-ci il tarixli, 20744 (GPP nömrəsi **********) nömrəli qəbzlə ödədiyi 100 (bir) manat miqdarında dövlət rüsumu ona geri qaytarılmalıdır. İddia ərizəsinin ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı olduğundan Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsini rəhbər tutaraq məhkəmə İddiaçı izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Bundan başqa məhkəmə onu da iddiaçının diqqətinə çatdırılır ki, təklif ki, iddia ərizəsində qeyd edilən nöqsanları aradan qaldırmaqla yenidən məhkəməyə müraciət edən zaman aşağıda qeyd edilənləri nəzərə alsın. İddiaçı tələbindən daşınmaz əmlakların özünə aid hissəsinin naturada bölünməsindən başqa, onun paylı mülkiyyətdə olan digər mülkiyyətçilərin də payının ayrılmasını tələb etməsi aydın olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.2-ci maddəsinə paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər (iddiaçı bu maddi hüquq normasını iddia ərizəsində qeyd edib). Maddi hüquq normasının tələbindən görünür ki, paylı mülkiyyətin iştirakçısı yalnız öz payının naturada ayrılması tələb etmək hüququna malikdir. Onun digər mülkiyyətçilərin payının naturada bölünməsini tələb etməsi isə mülkiyyət hüququna müdaxilə sayılır. İddiaçı iddia ərizəsində paylı mülkiyyətçilərin öldüyünü bildirsə də, tələbə əlavə edilmiş sənədlərdən paylı mülkiyyətin iştirakçılarından olan X2 ölməsini təsdiq edən sənədin mövcud olması öz təsdiqini tapmır. X1 maraqlarının qorunması və məhkəmədə təmsili üçün qeyd edilən faktın müəyyən edilməsi və onun vərəsələrinin dairəsinin müəyyən edilməsi əhəmiyyət kəsb edir. Vərəsələr olmadığı halda isə mülki qanunvericiliyin tələbinə görə ona məxsus mülkiyyət payı dövlətin mülkiyyətinə keçməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.2, 152.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: İddiaçı Cavabdeh1, Cavabdeh2 və X4 qarşı fərdi yaşayış evi və torpaq sahəsinin naturada bölünməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialı vasitəsi ilə 13 dekabr 2022-ci il tarixli, 20744 (GPP nömrəsi **********) nömrəli qəbzlə ödədiyi 100 (bir) manat miqdarında dövlət rüsumu ona geri qaytarılsın. İddiaçı izah edilir ki, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə müraciət edə bilər. Qərardaddan o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Babək Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Əliyev.
Məhkəmə qərarları › İş №2(079)-592/2022
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №2(079)-592/2022
21.12.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver