Məhkəmə qərarları › İş №2(079)-60/2022

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №2(079)-60/2022

07.01.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № 2(079)-60/2022 07.01.2022 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Mən, Babək Rayon Məhkəməsinin hakimi İsmayıl X5 Səmayə Səyyad qızı və Ərizəçi2 Babək Rayon Notariat Ofisi maraqlı şəxs qismində cəlb olunmaqla qohumluq münasibətlərinin müəyyən edilməsi və mirasın qəbul edilmiş hesab olunması tələbinə dair hüquqi əhəmiyyətli faktın təsdiq edilməsi tələbinə dair ərizəsini nəzərdən keçirərək müəyyən etdim: X6 və Ərizəçi2 Babək Rayon Notariat Ofisi maraqlı şəxs qismində cəlb olunmaqla X1 X2 bacısı olması faktının müəyyən olunması və X3 məxsus ünvan 1 ünvanında yerləşən 0.30 hektar torpaq sahəsindən ibarət mirasın ərizəçilər tərəfindən qəbul edilməsi faktının müəyyən olunması tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək qeyd edir ki, məhkəməyə müraciət etmək hüququnun həyata keçirilməsi qanunvericilikdə nəzərdə tutulmuş prosessual tələblərlə şərtləndirilmişdir. Daxil olmuş ərizənin həmin prosessual qaydalara riayət edilməklə verilib-verilmədiyini yoxlamaq məhkəmənin vəzifəsidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30 - 40-6-cı fəsillərində ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. MPM-in 149-cu maddəsində iddia ərizəsi verilən zaman riayət edilməsi məcburi olan iddia ərizəsinin məzmununa dair tələblər nəzərdə tutulmuşdur. MPM-in 149.2 və 149.2.3-cü maddəsinə əsasən ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Lakin ərizənin məzmununda ərizəçilərin öz tələblərinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısı göstərilməmişdir. MPM-in 152.1 və 152.1.1-ci maddələrinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmçinin qeyd olunmalıdır ki, ərizədə bir-birilə əlaqədar olmayan bir neçə tələb birləşdirilmişdir. Belə ki, ərizədə X1 X2 bacısı olması faktının müəyyən olunması şəklində qohumluq münasibətlərinin müəyyən olunması və X3 məxsus ünvan 1 ünvanında yerləşən 0.30 hektar torpaq sahəsindən ibarət mirasın ərizəçilər X6 və Ərizəçi2 tərəfindən qəbul edilməsi faktının müəyyən olunması tələbləri qoyulmuşdur. Halbuki, ərizənin məzmunundan belə məlum olur ki, sözügedən qohumluq münasibətlərinin müəyyən olunması X4 əmlak hüquqlarının əmələ gəlməsi üçün müəyyən hüquqi nəticələr yarada bilər. Belə olan halda X1 X2 bacısı olması faktının müəyyən olunması tələbi yalnız X3 məxsus mirasın X8 tərəfindən qəbulu faktının müəyyən olunması tələbi ilə əlaqədar sayıla və bir iddia ərizəsində birləşdirilərək verilə bilər. Belə ki, MPM-in 152.1 və 152.1.7-ci maddələrinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, X6 və Ərizəçi2 Babək Rayon Notariat Ofisinə qarşı qohumluq münasibətlərinin müəyyən edilməsi, mirasın qəbul edilmiş hesab olunması dair hüquqi əhəmiyyətli faktın təsdiq edilməsi tələbinə dair ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. MPM-in 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir (152.3-cü maddə). Ərizəçilərə izah olunmalıdır ki, MPM-in 152.4-cü maddəsinin tələbinə əsasən, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. MPM-in 114.1 və 114.1.3-cü maddələrinə əsasən Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Ərizəçi2 tərəfindən "xxxx" ASC-nin Şuşa filialına 24 dekabr 2021-ci il tarixdə 22036 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat miqdarında dövlət rüsumu ona geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.2, 152.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: X6 və Ərizəçi2 Babək Rayon Notariat Ofisi maraqlı şəxs qismində cəlb olunmaqla qohumluq münasibətlərinin müəyyən edilməsi, mirasın qəbul edilmiş hesab olunması dair hüquqi əhəmiyyətli faktın təsdiq edilməsi tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəçilərə geri qaytarılsın. Ərizəçi2 tərəfindən "xxxx" ASC-nin Şuşa filialına 24 dekabr 2021-ci il tarixdə 22036 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat miqdarında dövlət rüsumu ona geri qaytarılsın. X6 və Ərizəçi2 izah olunsun ki, ərizənin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırılaraq ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilərlər. Qərardaddan o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Babək Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar