Məhkəmə qərarları › İş №2(079)-615/2023

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №2(079)-615/2023

27.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № 2(079)-615/2023 27.11.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X4 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin hazırlıq iclasında baxaraq müəyyənetdi: İddiaçı 31 oktyabr 2023-cü ildə Babək Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 2916.00 (iki min doqquz yüz on altı) manat pul vəsaitinin və ödənilmiş 60 (altmış) manat dövlət rüsumunun alınıb İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını əsaslandıraraq qeyd etmişdir ki, mən Gömür kand sakini İddiaçı Babək rayonu Qahab kand sakini Cavabdeh 19 keçi, 98 qoyun, 98 quzu, 5 qoç, 4 şişək almışam. Alanda 1000 (min) manatı ödədim, 26000 (iyirmi altı min) manatın 20000 (iyimi min) manatın oktyabr ayının axırına qədər ödəməyim və qalan 6000 (altı min) manatı da gələn il oktyabr ayında ödəməyimlə bağlı razılığa galdik. Aldığım heyvanlarda xastəlik olduğunu bilməmişəm. Heyvanlar mənə tam sağlam adı ilə satılıb. Yolda heyvanların 10 dənəsi tələf olub, həmin ölən heyvanların ikisini Cavabdeh aparıb. Heyvanları kəndə gətirib yaylağa çıxarmışam. xx.xx.2022-ci il tarixinə qədər dağda yaylaqda otarmışam. Heyvanlardan xəstə olanların çoxaldığını görüb Gömür kənd baytarı X1 heyvanları müayinə etdirmək məqsədi ilə dağa yaylağa aparmışam. Həkim bir neçə dəfə heyvanları müayinə edərək müxtəlif xəstəliklərin heyvanlarda olduğunu deyib. Həmin xəstəliklər bunlardır: qan xərçəngi, brazot, çiçək və s. Həmin xəstəliklərdən dolayı 700 (yeddi yüz) manat məbləğində iynə-dərman preparatları alaraq heyvanların müalicəsində istifadə etmişəm. Bundan əlavə 500 (beş yüz) manat dağ pulu vermişəm. Çoban haqqı almamışam, nəzərə alın ki, çobanlar aylıq dağda bir xırdabuynuzlu heyvanı 3 manata otarır. 230 heyvanın saxlanması 2 ay 12 gün hesablayanda 1416 (min dörd yüz on altı) manat edir. 1 duz pulu heyvan güdən 3 itə 2 aylıq yemək pulu xərcləmişəm. Bunlar da 300 (üç yüz) manat edir. Heyvanları müalicə etdirməyimə baxmayaraq əlavə 21 heyvan daha tələf olub. Heyvanları aldığım il hər kəs aran zonasının vəziyyətini bilirdi. Mənə satılanda baytar tərəfindan qeydiyyata alınan quzu artıq 3 kilo yox, 20 kilo olmuşdu 2 ay ərzində. Bütün gedişatda mənim şahidlərim Gömür kənd baytarı X2, X10, X5 və X3r. Cavabdeh da 3 dəfə dağa gəlib, heyvanların xəstəlikdən öldüyünü öz gözləri ilə görüb. İyun ayının 12, 13, 14-ü tarixlərində Cavabdeh qapıma gələrək ailəsində problemlər olduğundan, yəni ailəsi heyvanların satılmağından narahat olduğundan məndən və ailəmdən xahiş edərək bildirib ki, ölən də mənim, itən də mənim (heyvanları nəzərdə tutaraq) heyvanlarımı qaytar. Mən də ailəmin təkidilə razılıq verib qaytarmışam. Mən heyvanları dağda onun kəndçisi İbrahimin yanında qaytarmışam. Heç bir narazılıq bildirməyib. Məndən şikayət edən Cavabdeh mənə heyvanları müftə 2 ay 12 gün otardıb. Mənə nə çoban pulu, nə dərman pulu, nə duz pulu, nə yaylaq pulu, nə də mənim yemək pulumu verməyib. Hamısını özüm ödəmişəm. Heyvanların ölməsinə gəldikdə isə 31 heyvanı öz hesabıma müalicə etdirməyimə baxmayaraq xəstəlikdən tələf olmuşdur. Şahidlərdən soruşa bilərsiniz. Məhəmməd mənim çəkdiyim xərcləri ödəmir, mən də məcbur qalaraq məhkəməyə müraciət edirəm. Cavabdeh Şahbuz rayon məhkəməsində iddia qaldıraraq, məndən ölən heyvanların pulununun alınmasını tələb etmişdir. Şahbuz rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(090)-97/2023 nömrəli qətnaməsi ilə Cavabdeh iddiası qismən təmin olunmuşdur və məndən 1680 (min altı yüz səksən) manat alınaraq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. Mən də onun heyvanına çəkdiyim xərcin ondan alınıb verilməsi üçün iddia qaldırıram. Ərizə xx.xx.2023-cü il tarixdə məhkəmənin icraatına qəbul edilmiş, məhkəmə hazırlıq iclası təyin edilmişdir. İddiaçı məhkəmə hazırlıq iclasında verdiyi izahatında uzun illərdir ki, maldarlıqla məşğul olduğunu, heyvanları saxlayıb satıb qazanc əldə etmək məqsədilə Qahablı Cavabdeh qoyunlu-quzulu iki yüzdən çox heyvan aldığını, iribuynuzlu heyvanın baxımı daha çətin olduğundan xırdabuynuzlu təsərrüfata keçmək istədiyini, həmin heyvanları saxlamaq üçün şəraiti, böyük tövləsi olduğunu, ailə üzvləri ilə birlikdə həmin heyvanların baxımı ilə məşğul olduğunu, öz heyvanlarına çobanlıq etdiyini, həmçinin 1 il əvvəl də 95 baş xırdabuynuzlu heyvan alıb təsərrüfatına qatdığını, hazırda onlardan əlavə mülkiyyətində 31 baş iribuynuzlu heyvan olduğunu, heyvanları bir-bir əldən alan şəxslərə və qəssablara satdığını, illərdir bu yolla qazanc əldə edib dolanışığını təmin etdiyini, vergi ödəyicisi kimi qeydiyyata alındığını, amma 1988-ci ildə Ermənistandan məcburi köçkün olduğundan müəyyən vergi güzəşti tətbiq edildiyini və il ərzində cəmi 50-60 manat aralığında vergi ödədiyini bildirmişdir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında əvvəllər Daxili İşlər orqanlarında xidmət etdiyini, son 4-5 ildir ki, təsərrüfatla məşğul olduğunu, lakin uşaqları Bakı şəhərində yaşayıb təhsil aldığından təsərrüfatında olan heyvanları satıb köçüb Bakıda başqa biznes sahəsi qurub fəaliyyətini davam etdirmək istədiyini, hətta bunun üçün icarə obyekt belə götürdüyünü, İddiaçı heyvan almaq istədiyini öyrəndiyini, onunla danışıb 19 keçi, 98 qoyun, 98 quzu, 5 qoç, 4 şişəyi 27000 manata nisyə satmağa razılaşdıqlarını, Təmonun 1000 manatı ilkin ödəyib heyvanları təhvil aldığını, lakin daha sonra heyvanların baxımsız olduğunu öz qonşularından öyrənib geri qaytarmaq qərarına gəldiyini və əksik şəkildə heyvanları geri aldığını, hazırda da heyvan alqı-satqısı ilə məşğul olduğunu, heyvanları bir-bir əldən istəyən şəxslərə satıb gəlir götürdüyünü, az sayda heyvanın elə bir gəliri olmadığından heyvan sayını son vaxtlar artırdığını, hazırda heyvana baxmaq üçün çoban tutduğunu, bir neçə il bundan əvvəl təsərrüfatı üçün otbiçən alarkən vergi ödəyicisi kimi qeydiyyata düşüb daha sonra vergi fəaliyyətini müvəqqəti dayandırdığını, dövlətə vergi ödəməli olduğunu bilsə də ödəmədiyini, çünki indiyə qədər ondan tələb edilmədiyini, lakin təsərrüfatının qeydiyyata alındığını bildirmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 32.3-cü maddəsinə görə hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. MPM-in 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Ərizə və ona əlavə olunmuş sənədləri nəzərdən keçirən məhkəmə qeyd edir ki, MPM-in 1-ci maddəsinin qeydinə əsasən bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. MPM-in 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. MPM-in 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. MPM-in 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. İddiaçı barəsində olan vergi məlumatları üzrə “AZEMİS”-dən çıxarışdan belə məlum olur ki, İddiaçı (VÖEN nömrəsi **********) xx.xx.2018-ci il tarixdən əsas fəaliyyət növü “yulafın becərilməsi” olmaqla Azərbaycan Respublikası Vergilər Nazirliyində qeydiyyatdadır və VÖEN-in statusu aktivdir. Cavabdeh barəsində olan vergi məlumatları üzrə “AZEMİS”-dən çıxarışdan belə məlum olur ki, Cavabdeh (VÖEN nömrəsi **********) xx.xx.2018-ci il tarixdən əsas fəaliyyət növü “bitkiçilik sahəsində xidmət göstərilməsi” olmaqla Azərbaycan Respublikası Vergilər Nazirliyində qeydiyyatdadır və hazırda fəaliyyətini müvəqqəti dayandırmışdır. Qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyarlar üzrə qiymətləndirməni həyata keçirən məhkəmə qeyd edir ki, tərəflərin izahatı əsasında müəyyən olunur ki, mübahisə predmetini təşkil edən tələb tərəflərin ayrı-ayrılıqda həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəlir. Beləliklə, mübahisənin subyekt dairəsi sahibkarlıq subyektləri olan fərdi sahibkarlardan ibarətdir. Mübahisə predmeti subyekt tərkibindən asılı olmayaraq ümumi məhkəmələrdə baxılmalı olan tələblərə daxil deyildir. Mübahisə tərəflərin ayrı-ayrılıqda həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəlir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbinə kommersiya mübahisəsi olduğundan ümumi məhkəmədə baxıla bilməz. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarının 18-ci bəndində müəyyən olunmuşdur ki, fiziki şəxsin fərdi sahibkar kimi vergi orqanında uçota alınarkən göstərilən konkret fəaliyyət istiqamət(lər)i ilə deyil, qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətinin başqa növü ilə məşğul olması işin kommersiya məhkəməsinə aidiyyətini dəyişdirmir. Həmçinin sözügedən qərarın 28-ci bəndinə görə fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxsin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz fəaliyyətini müvəqqəti dayandırması, yəni həmin şəxsin VÖEN-nin (vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin) aktiv olmaması onu fərdi sahibkar statusu olmayan şəxs kimi qiymətləndirməyə əsas vermir. Fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxs yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34.7.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə belə uçotdan çıxarıldığı halda fərdi sahibkar statusunu itirmiş hesab edilir. MPM-in 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinə göndərilməlidir. MPM-in 32.5-ci maddəsinə əsasən aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. MPM-in 32.6-cı maddəsinə əsasən iş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. MPM-in 32.7-ci maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 32, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Babək Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar