Məhkəmə qərarları › İş №2(079)-630/2025

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-630/2025

24.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-630/2025 24.02.2026 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X8 məhkəmə iclas katibliyi, Ərizəçi2, digər ərizəçinin hüquqi varisi X16, ərizəçilərin vəkilnümayəndəsi Nümayəndə, şahidlər Şahid1 və Şahid2 iştirakı ilə, Ərizəçi1 və Ərizəçi2 tərəfindən mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi1 və Ərizəçi2 vəkil-nümayəndəsi vasitəsilə “18” sentyabr 2025-ci il tarixdə Babək Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək mərhum anaları X2 miras qalmış Babək rayonu, Qaraqala kəndində 0.3258 ha torpaq sahəsi üzərində yerləşən 245.04 kv.m daşınmaz əmlak (fərdi yaşayış evi) və 0.0669 torpaq sahəsi üzərində yerləşən 147.66 kv.m daşınmaz əmlakın (fərdi yaşayış evi) onlar tərəfindən qəbul edilməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdirlər. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum anamız X12 xx.xx.2009-cu ildə vəfat etmişdir. Mərhum anamızdan Babək rayonu, Qaraqala kəndində 0.3258 ha torpaq sahəsi üzərində yerləşən 245.04 kv.m daşınmaz əmlak (fərdi yaşayış evi) və 0.0669 torpaq sahəsi üzərində yerləşən 147.66 kv.m daşınmaz əmlak (fərdi yaşayış evi) miras olaraq qalmışdır. Mərhum anamızın 8 vərəsəsi olmuşdur. 1. X17 - həyat yoldaşı, xx.xx.1993-cü ildə vəfat edib.

2. Ərizəçi1 3. Ərizəçi2 4. X15 -xx.xx.2023-cü ildə vəfat edib 5. Maraqlı şəxs1 6. Maraqlı şəxs2 7. Maraqlı şəxs3 8. Maraqlı şəxs4. Nəzərinizə çatdırım ki, mərhum anamız X12 vəfat etdikdən sonra ona məxsus daşınmaz əmlaklarda biz yəni Ərizəçi1 və Ərizəçi2 yaşamışıq. Bizlərdən başqa o evdə yaşayan başqa kimsə olmamışdır. Hal-hazırda da miras qoyanın vəfatından sonra həmin miras əmlaka biz sahiblik edirik və əmlaka dair bütün sənədlər və açarlar da bizdədir. İstər mərhum anamız Səltənət Əliyevanın sağlığında, istərsə də onun vəfatından sonra da biz həmin miras əmlakda (evdə) yaşamaqla, idarə və sahiblik etməklə miras əmlakı faktiki olaraq qəbul etmişik. Mərhum anamızdan miras qalan əmlaka dair vərəsə olaraq notariat orqanında məhkəmədən kənar qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəsək də, notariat orqanı şəhadətnamənin verilməsindən imtina etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə mülki iş üzrə Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5 və Maraqlı şəxs6 maraqlı şəxs qismində işə cəlb edilmişlər. Həmçinin məhkəmənin xx.xx.2026-cı il tarixli qərardadı ilə mülki iş üzrə X16 vəfat etmiş Ərizəçi1 hüquqi varisi qismində işə cəlb edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxslər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələbini rəhbər tutmaqla işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Ərizəçi1 məhkəmə iclasında verdiyi izahatında anası X6 06 may 2009-cu il tarixdə vəfat etdiyini, anasından miras qalan və Babək rayonu, Qaraqala kəndində yerləşən torpaq sahəsi üzərində qardaşı Cəfərqulu və özünün ayrı-ayrı fərdi yaşayış evi tikərək orada qaldığını, payına düşən 660 kv.m torpaq sahəsinin anasından miras qaldığını, atasının torpağın şimal hissəsini ona, qalan böyük hissəni isə Bayramquluya verməsi ilə bağlı vəsiyyətnamə qoysa da, 2025-ci ildə hər iki torpaq sahəsinin anasının adına rəsmiləşdirildiyini, anasının vəsiyyətnamə qoymadığını, hazırda orada qardaşı və özünün yaşadığını, anasının qardaşı Bayramqulunun yanında qaldığını, 2009-cu ildə anası öləndə özünün həmin həyətdə özünə məxsus evdə yaşadığını, 40 ildir ki özü tikdiyi həmin evdə yaşadığını, digər bacıları Xalidə, Validə, Sədaqət, qardaşı Rüstəmin sağ olduğunu, Fəridənin isə 2023-cü ildə vəfat etdiyini, Fəridənin vəfat edəndə 2 qızı olduğunu, onların hər ikisinin yetkinlik yaşına çatdığını, X1 mirasdan imtina ilə bağlı ərizə verməkdən imtina etdiyini, anası vəfat edən zaman bacısı Sədaqətin Bakıda olduğunu və onun yas mərasimində iştirak etdikdən sonra Bakıya qayıtdığını bildirərək X3 miras qalan Babək rayonu, Qaraqala kəndində yerləşən torpaq sahəsini öz adlarına rəsmiləşdirmək üçün mirasın qəbulu faktının müəyyən olunmasını xahiş etmişdir Ərizəçi2 məhkəmə iclasında verdiyi izahatında doğulandan miras torpaqda yaşadığını, 1985-ci ildə isə özünə həmin həyətdə ev tikdiyini, bacı-qardaşlarının ailə qurub getdikdən sonra ana və ataya qulluq etmək üçün onların yaşadığı evdə onlarla birlikdə yaşamağa başladığını, hazırda da həmin evdə qaldığını, oğlunun isə həmin həyətdə anasından miras qalan evdə qaldığını, miras qalan torpaq sahəsinin 3258 kv.metr hissəsinin öz sahibliyində olduğunu, atası və anasının yas mərasiminin həmin həyətdə olduğunu, İmamqulu və özündən başqa digər bacı-qardaşlarının orada yaşamadığını, bacısı Fəridənin vəfat etdiyini və onun Mehriban və Təranə adlı 2 qızı olduğunu bildirib mərhum anası X3 miras qalan Babək rayonu, Qaraqala kəndində yerləşən torpaq sahəsini öz adlarına rəsmiləşdirmək üçün mirasın qəbulu faktının müəyyən olunmasını xahiş etmişdir. Ərizəçi1 hüquqi varisi X16 məhkəmə iclasında verdiyi izahatında miras əmlakın qaynanası Səltənətdən qaldığını, onun 2009-cu ildə vəfat etdiyini, miras əmlakın Babək rayonu, Qaraqala kəndində yerləşdiyini, bir həyətdə 2 evin olduğunu və həmin evlərin birində yoldaşı İmamqulu ilə öz ailəsinin, digərində isə Bayramqulunun öz ailəsi ilə yaşadığını, həyat yoldaşı İmamqulunun xx.xx.2025-ci il tarixdə miras qalmış həyətdə tikilən evdə vəfat etdiyini və hazırda onun ailəsi olaraq həmin evdə qaldıqlarını bildirmişdir. Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində ərizəçilərlə yaxın qonşu olduqlarını, ərizəçilərin qardaş olduğunu və analarının Səltənət olduğunu, onun yasında iştirak etdiyini, ölümündən əvvəl Bayramqulu ilə yaşadığını, həyətdə 3 ev olduğunu, birində İmamqulu, birində Bayramqulu, digərində də Bayramqulunun oğlunun yaşadığını, digər vərəsələrin miras əmlakda yaşamadığını bildirmişdir. Şahid2 məhkəmə iclasında verdiyi ifadəsində ərizəçilərlə yaxın qonşu olduqlarını, Səltənətin ölümündən əvvəl Bayramqulu ilə yaşadığını, Bayramqulunun o həyətdə çox əziyyət çəkdiyini, ev palçıq olduğundan uçduğunu, Bayramqulunun o evi təzədən tikdiyini, Səltənətin yasının da Bayramqulunun tikdiyi evdə keçirildiyini, yasda iştirak etdiyini, İmamqulunu hələ atasının sağlığında miras qalmış həyətin aşağı hissəsində ev tikdiyini, vəfatına qədər İmamqulunun ailəsi ilə orada yaşadığını bildirmişdir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmış, məhkəmə iclasında tədqiq olunmuş sübutlar əsasında belə nəticəyə gəlmişdir ki, X2 Babək rayonu, Qaraqala kəndində 0.3258 ha torpaq sahəsi üzərində yerləşən 245.04 kv.m daşınmaz əmlak (fərdi yaşayış evi) və 0.0669 torpaq sahəsi üzərində yerləşən 147.66 kv.m daşınmaz əmlakın (fərdi yaşayış evi) miras qalması, mirasın X4 xx.xx.2009-cu il tarixdə vəfat etməsi ilə açılması, onun birinci növbə vərəsələrinə X17 - həyat yoldaşı, (xx.xx.1993-cü ildə vəfat edib) Ərizəçi1, Ərizəçi2, X15 (xx.xx.2023-cü ildə vəfat edib) Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3 və Maraqlı şəxs4 daxil olması, Ərizəçi1 xx.xx.2025-ci ildə vəfat etməsi və miras qoyan tərəfindən vəsiyyətnamə qoyulmaması mülki işin mübahisəsiz hallarıdır. Belə ki, ərizəyə əlavə edilmiş; - Babək rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, JQ seriyalı, 419706 nömrəli ölüm akt qeydləri kitabından çıxarışdan X13 xx.xx.1993-cü il tarixdə vəfat etməsi; - Babək rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, AZ-İ seriyalı, 331398 nömrəli ölüm akt qeydləri kitabından çıxarışdan X4 xx.xx.2009-cu il tarixdə vəfat etməsi; - Babək rayon Qeydiyyat Şöbəsi tərəfindən verilən xx.xx.2024-cü il tarixli, 05/09İS/087760-24 nömrəli arayışdan xx.xx.2009-cu il tarixdə vəfat etmiş X4 vərəsələrinə X17 (VƏFAT EDİB xx.xx.1993), Ərizəçi1, Ərizəçi2, X15 (VƏFAT EDİB xx.xx.2023), Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3 və Maraqlı şəxs4 daxil olması; - Babək rayon Qeydiyyat şöbəsi tərəfindən verilən xx.xx.2025-ci il tarixli, 173114 nömrəli doğum akt qeydləri kitabından çıxarışından atası X9, anası Məmmədova (Əliyeva) Səltənət Şirin qızı olan Ərizəçi1 xx.xx.1954-cü il tarixdə anadan olması, bunun doğum akt qeydləri kitabında 39 nömrə ilə qeydə alınması; - Naxçıvan şəhər Nikah Evi tərəfindən verilmiş 927814 nömrəli xx.xx.2025-ci il tarixli doğum akt qeydləri kitabından çıxarışından anası Məmmədova (Əliyeva) Səltənət Şirin qızı olan Ərizəçi2 xx.xx.1957-ci il tarixdə anadan olması, bunun doğum akt qeydləri kitabında 177 nömrə ilə qeydə alınması; - Babək rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, AZ-İİ seriyalı, 340222 nömrəli ölüm akt qeydləri kitabından çıxarışdan X10 xx.xx.2023-cü il tarixdə vəfat etməsi; - xx.xx.2023-cü il tarixdə vəfat etmiş X10 vərəsələrinə Maraqlı şəxs6 və X5 daxil olması; -xx.xx.1986-cı il tarixli, Xİİ-JQ seriyalı, 296358 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən anası X15 olan Maraqlı şəxs6 xx.xx.1986-cı il tarixdə anadan olması, bunun doğum akt qeydləri kitabında 297 nömrə ilə qeydə alınması; - xx.xx.1988-ci il tarixli, Xİİİ-JQ seriyalı, 282282 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən anası X15 olan X7 xx.xx.1988-ci il tarixdə anadan olması, bunun doğum akt qeydləri kitabında 50 nömrə ilə qeydə alınması; - Babək rayon Qeydiyyat şöbəsi tərəfindən verilən xx.xx.2025-ci il tarixli, 770150 nömrəli doğum akt qeydləri kitabından çıxarışdan atası X9, anası Məmmədova (Əliyeva) Səltənət Şirin qızı olan Maraqlı şəxs1 xx.xx.1960-cı il tarixdə anadan olması, bunun doğum akt qeydləri kitabında 21 nömrə ilə qeydə alınması; - Babək rayon Qeydiyyat şöbəsi tərəfindən verilən xx.xx.2025-ci il tarixli, 926746 nömrəli doğum akt qeydləri kitabından çıxarışdan atası X17, anası Məmmədova (Əliyeva) Səltənət Şirin qızı olan Maraqlı şəxs2 xx.xx.1961-ci il tarixdə anadan olması, bunun doğum akt qeydləri kitabında 34 nömrə ilə qeydə alınması; - Babək rayon Qeydiyyat şöbəsi tərəfindən verilən xx.xx.2025-ci il tarixli, AZ seriyalı, 418748 nömrəli doğum akt qeydləri kitabından çıxarışdan anası Məmmədova (Əliyeva) Səltənət Şirin qızı olan Maraqlı şəxs3 xx.xx.1963-cü il tarixdə doğulması, bunun doğum akt qeydləri kitabında 69 nömrə ilə qeydə alınması; - Babək rayon Qeydiyyat şöbəsi tərəfindən verilən xx.xx.2025-ci il tarixli, Az seriyalı, ******* nömrəli doğum akt qeydləri kitabından çıxarışından atası X17, anası X12 olan X11 xx.xx.1967-ci il tarixdə doğulması, bunun doğum akt qeydləri kitabında 07 nömrə ilə qeydə alınması; - Məzrə kənd soveti tərəfindən 26 sentyabr 1983-cü il tarixdə verilmiş nikah haqqında şəhadətnamənin surətindən Ərizəçi1 ilə X16 arasında xx.xx.1983-cü il tarixdə 25 nömrə ilə nikahın bağlanması; - Babək Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2026-cı il tarixdə verilmiş AZ-İİ seriyalı, 677006 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən Ərizəçi1 xx.xx.2025-ci il tarixdə vəfat etməsi və bunun ölüm akt qeydləri kitabında 05 nömrə ilə qeydə alınması; - Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X28 tərəfindən verilmiş xx.xx.2025 tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan Babək rayonu, Qaraqala kəndində yerləşən 0.3258 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 245.04 kv.m daşınmaz əmlakın X4 tam mülkiyyətində olması; - Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X28 tərəfindən verilmiş xx.xx.2025 tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan Babək rayonu, Qaraqala kəndində yerləşən 0.0669 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 147.66 kv.m daşınmaz əmlakın X4 tam mülkiyyətində olması müəyyən olunur. Mülki iş materiallarından aydın olur ki, Ərizəçi1 və Ərizəçi2 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə dair müraciətinə cavab olaraq Babək rayon Notariat ofisinin notariusu tərəfindən şəhadətnamənin verilməsindən qanunla nəzərdə tutulmuş müddət keçdiyindən imtina olunmuş, məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Tərəflər arasında vərəsəlik münasibətlərindən irəli gələn hüquq münasibətləri mövcuddur. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi və digər tərəfdən vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə görə vərəsəlik anlayışı altında, ölmüş şəxsin əmlakının qanun üzrə və ya vəsiyyət üzrə, yaxud hər iki əsasla başqa şəxslərə (vərəsələrə) keçməsi başa düşülür. Vərəsəlik münasibətləri miras qoyanla vərəsələr arasında qanunda nəzərdə tutulmuş əsaslar üzrə, yaxud miras qoyanın iradəsinə əsaslanan vəsiyyət üzrə yaranır (Mülki Məcəllənin 1133-cü maddəsi). Mülki məcəllənin 1133.2-ci maddəsinə görə qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Mülki işin araşdırılması zamanı miras qoyanın vəsiyyətnamə qoymadığı müəyyən olunmuşdur. Həmin məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı qanun üzrə vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər. Həmin Məcəllənin 1159.1 və 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin məcəllənin 1159.1.3-ci maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin məcəllənin 1243.1-ci maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin məcəllənin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin məcəllənin 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan həmin məcəllənin 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə” xx.xx.2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə, həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Həmçinin həmin qərarda qeyd olunmuşdur ki, mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 99-cu maddəsində əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübutların aşağıdakılar ola biləcəyi qeyd edilmişdir: - vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; - mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; - mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; - mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; - miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər. Naxçıvan MR Babək Rayon İcra hakimiyyəti Məmmədrza kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 119 saylı arayışda Ərizəçi1 Babək rayonu, Qaraqala kəndində pasport qeydiyyatında olması, həmçinin şahid ifadələr ilə şəxsin miras açıldıqdan sonra orada yaşaması müəyyən olunur. Naxçıvan MR Babək Rayon İcra hakimiyyəti Məmmədrza kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 139 saylı arayışda Ərizəçi2 Babək rayonu, Qaraqala kəndində pasport qeydiyyatında olması, həmçinin şahid ifadələr ilə şəxsin miras açıldıqdan sonra orada yaşaması müəyyən olunur. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizə ilə Maraqlı şəxs2 xx.xx.2009-cu il tarixdə ölmüş anası X2 mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilən 6 (altı) aylıq müddəti ötürdüyünü, anasının ölümündən sonra mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq qəbul etmədiyini və buna görə də öz vərəsəlik hüququnu rəsmiləşdirmək niyyətində olmadığını, mirasın qəbul edilməsi müddətinin uzadılması və miras əmlakın bölüşdürülməsi üçün məhkəməyə müraciət etmək məqsədinin olmadığı müəyyən olunur. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizə ilə Maraqlı şəxs1 və Maraqlı şəxs3 xx.xx.2009-cu il tarixdə ölmüş anaları X2 qalmış miras payı qəbul etmədiklərini, adlarının vərəsəlik hüququ haqqında şəhadətnaməyə salınmasını istəmədiklərini və gələcəkdə mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin bərpası üçün heç bir iddia və tələblərinin olmayacağını bildirmişlər. İş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizə ilə X15 xx.xx.2009-cu il tarixdə ölmüş anası X2 mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilən 6 (altı) aylıq müddət ötürdüyünü, anasının ölümündən sonra mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq qəbul etmədiyini və buna görə də öz vərəsəlik hüququnu rəsmiləşdirmək niyyətində olmadığını, mirasın qəbul edilməsi müddətinin uzadılması və miras əmlakın bölüşdürülməsi üçün məhkəməyə müraciət etmək məqsədinin olmadığı müəyyən olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsində qeyd olunmuş “məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir” və 77.1-ci maddəsində əks olunmuş “hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir” normalarını tərəflərin nəzərinə çatdıran məhkəmə bildirir ki, yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən ərizəçi ərizənın əsasını təşkil edən halları, maraqlı şəxs isə etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması gedişində maraqlı şəxslər ərizəyə qarşı etirazını bildirməmişlər. Konstitusiya Məhkəməsi Plenumunun Ə.Əfəndiyeva və N.Kərimovanın şikayəti üzrə 2012-ci il 5 oktyabr tarixli Qərarında göstərilmişdir ki, vərəsə miras əmlakın bir hissəsini mülki qanunvericilikdə nəzərdə tutulmuş əsasla (qanun üzrə və ya vəsiyyət üzrə) qəbul etdikdə, o, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, hamısını və ya ona çatası payın qəbul edilməsi kimi qiymətləndirilməlidir. Bu, vərəsələrin miras qalmış əmlakın qəbul edilməsi üçün əvvəl ifadə edilmiş iradəsini təsdiq edir, həmçinin həmin əmlaka onların qanuni əsaslarla əldə olunmuş mülkiyyət hüquqlarının davamlılığını və əsassız məhdudiyyətlər qoyulmadan həyata keçirilməsini təmin edir. Beləliklə mülki iş üzrə məhkəmə araşdırmasının nəticəsi olaraq məhkəmə iclasında hərtərəfli tədqiq olunmuş sübutlar (işdə iştirak edən şəxslərin izahatları, şahid ifadələri və yazılı sübutlar) əsasında müəyyən olunmuşdur ki, Ərizəçi1 və Ərizəçi2 xx.xx.2009-cu il tarixdə vəfat etmiş mərhum anaları X2 miras qalan əmlakı onun ölümündən sonra mirasın qəbulu üçün qanunla nəzərdə tutulmuş müddət ərzində faktiki cəhətdən ələ keçirməklə ona sahib durmuş, bununla da faktiki sahiblik etmək üsulu ilə mirası qəbul etmişdirlər. Yuxarıda qeyd olunanları rəhbər tutaraq yekunda məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin olunmalı, X2 miras qalmış Babək rayonu, Qaraqala kəndində 0.3258 ha torpaq sahəsi və üzərində yerləşən 245.04 m2 fərdi yaşayış evinin Ərizəçi2 tərəfindən faktiki qəbul olunması faktı müəyyən olunmalı, X2 miras qalmış Babək rayonu, Qaraqala kəndində 0.0669 ha torpaq sahəsi və üzərində yerləşən 147.66 m2 fərdi yaşayış evinin Ərizəçi1 tərəfindən faktiki qəbul olunması faktı müəyyən olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin olunsun. X2 miras qalmış Babək rayonu, Qaraqala kəndində 0.3258 ha torpaq sahəsi və üzərində yerləşən 245.04 m2 fərdi yaşayış evinin Ərizəçi2 tərəfindən faktiki qəbul olunması faktı müəyyən olunsun. X2 miras qalmış Babək rayonu, Qaraqala kəndində 0.0669 ha torpaq sahəsi və üzərində yerləşən 147.66 m2 fərdi yaşayış evinin Ərizəçi1 tərəfindən faktiki qəbul olunması faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Hakim: Günay İsmayıl

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar