Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № 2(079)-637/2024 22.11.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, Ərizəçi, onun vəkili Vəkil, Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4, iştirakı ilə, Ərizəçi mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Ərizəçi “24” sentyabr 2024-cü ildə ərizə ilə Babək Rayon Məhkəməsinə müraciət edərək mərhum anam X1 miras qalmış Babək rayonu Nehrəm qəsəbəsində yerləşən 0.065 ha torpaq sahəsinin- miras əmlakın qəbul edilməsi faktının təsdiq olunması barədə qətnamə qəbul edəsiniz. O, müraciətini əsaslandıraraq qeyd etmişdi ki, mənim anam X5 2010-cu ilin 28 avqustunda rəhmətə getmişdir. Anam rəhmətə getdikdən sonra ondan Babək rayonu, Nehrəm qəsəbəsində 0.065 ha torpaq sahəsi miras əmlak olaraq qalmışdır. Mən anamla birlikdə həmin həyətdə ev tikərək orada yaşamış və hal-hazırda da həmin torpaq sahəsində yerləşən evdə yaşayıram. Onu da qeyd edim ki, anamdan əvvəl atam rəhmətə getmiş (2010-cu ildə) və həmin torpaq sahəsi atamın adından mərhum anamın adına keçirilmişdir. Anam rəhmətə getdikdən sonra onun aşağıdakı vərəsələri olmuşdur.
1. X6-vəfat edib (həyat yoldaşı)
2. Maraqlı şəxs1 (qızı)
3. Maraqlı şəxs2 (oğlu)
4. Maraqlı şəxs3Taqı oğlu (oğlu)
5. X4 (oğlu) vəfat edib
6. Ərizəçi oqlu (oğlu)
7. Maraqlı şəxs4 (oğlu) Yuxarıda qeyd etdiyim kimi qeyd edilən torpaq sahəsində hələ anamın sağlığında və anamın ölümündən sonra da mən yaşamış, həmin torpaq sahəsində tikdiyim evdə indi də yaşamaqda davam edirəm. Həmin evə dair müvafiq kommunal xidmətlərlə bağlı müqavilələr bağlanılmış, kommunal xərclər mənim tərəfimdən ödənilmiş və ödənilməkdə davam edir. Əlavə olaraq onu qeyd etmək istəyirəm ki, qeyd edilən miras əmlakla bağlı miras əmlakın talehini həll etmək üçün müvafiq notariat ofisinə müraciət edildi, lakin mübahisənin həll edilməsi mümkün olmamışdır. Vərəsələrdən bir neçəsi mirasdan imtinaya dair ərizələr vermiş (iddia ərizəsinə əlavə edilir), lakin vərəsələrdən biri notariat ofisinə gəlməkdən imtina etdiyi üçün bu miras əmlakın talehini həll etmək mümkün olmamışdır. Mən yuxarıda qeyd etdiyim kimi mən miras əmlakı mülki qanunverciliyin tələbinə görə qanunla müəyyən olunmuş müddətdə faktiki yaşamaqla və miras əmlakı faktiki idarə etməklə miras əmlakı qəbul etmişəm. Bununla bağlı olaraq müvafiq notariat ofisinə müraciət etdim və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün müraciət etsəm də, mənə müddət ilə bağlı olaraq məhkəməyə müraciət etməyim tövsiyyə olundu. Mən də məcbur qalaraq məhkəməyə müraciət edirəm. Ərizə məhkəmənin icraatına qəbul edilərək mülki iş üzrə məhkəmə hazırlıq iclası təyin edilmişdir. Babək Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3 və Maraqlı şəxs4 maraqlı şəxs qismində işə cəlb olunmuşdur. Maraqlı şəxs4 və Maraqlı şəxs2 isə xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında ərizəni qəbul etmədiklərini bildirmişlər. Ərizəçi məhkəmədə verdiyi izahatında bacısı və qardaşlarının torpaqların onun və qardaşı Nazimin adına bölünməsinə razı olduqlarını, qardaşı Qasımın torpaq sahəsini əvvəl onun adına keçirməyi, Qasımın isə torpağı Kazımla və qardaşı Nazim arasında böləcəyini, lakin Qasımın sonradan Kazıma 1 pay verəcəyini, buna görə aralarında razılıq olmadığını bildirmişdir. Həmçinin, ərizəçi öz izahatına anasının X5 olduğunu, onun 2010-cu ildə vəfat etdiyini, bacı və qardaşlarından Ələkbərin vəfat etdiyini, onun 2022-ci ildə öldüyünü, hazırda bacısı Sədaqətin, qardaşları Muxtərin, Ələkbərin, Nazimin və Kazım sağ olduğunu, qardaşı Qasımdan başqa digər bacı və qardaşları, həmçinin mərhum qardaşının övladları mirasın ona və qardaşı Nazimin arasında yarı bölünməsinə razı olduqlarını, Qasımın isə ona bir pay verəcəyini, anası vəfat etdikdən sonra ondan miras qalmış evdə onun və ailə üzvlərinin, həmçinin qardaşı Nazim və onun ailə üzvlərinin yaşadıqlarını, torpaq sahəsində bir evin olduğunu, evin sənədləşdirilmədiyini əlavə etmişdir. Ərizəçinin vəkili Vəkil məhkəmədə verdiyi izahatında vərəsələrdən əsas narazılıçılığı Maraqlı şəxs2 yaratdığını, onun torpaq sahəsini öz adına keçirilməsini istədiyini, notariusda torpaq sahəsini onun adına keçirən zaman ərizəçiyə cüzi pay verəcəyini, vərəsə olaraq ona da pay çatacağını, bu səbəbdən tərəflər arasında narazılıq yarandığını, ərizəçi də məhkəməyə müraciət etmək məcbur qaldığını, miras qalmış evdə vərəsələrdən Kazımdan başqa yalnız Maraqlı şəxs4 yaşadığını, onun mirasın Tağı Ələkbərov tərəfindən qəbul edilməsinə etiraz etmədiyini, ərizəçinin digər bacı və qardaşlarının ailə quraraq evi tərk etdiyini, hazırda orada ərizəçinin və onun qardaşı Nazimin yaşadıqlarını, ərizəçinin bacı və qardaşlarının mirasın qəbulu ilə mübahisə yaratmadığını, notarisuda razılaşmaq üçün getdikləri vaxt torpaq sahəsinin Qasıma veriləcəyini, həmin vaxt Qasımın ərizəçiyə cüzi pay verəcəyini, qalanını başqa şəxslərə verəcəyini bildirdiyini, bu səbəbdən razılaşmanın baş tutmadığını, Nazimin faktiki olaraq orada yaşadığını bildirmişdir. Maraqlı şəxs1 məhkəmə hazırlıq iclasında verdiyi izahatında torpaq sahəsinin qardaşları Kazım və Nazim arasında yarıya bölünməsini istədiyini, anası X2 2010-cu ildə vəfat etdiyini, miras qalmış əmlakın onun mülkiyyətində olduğunu, əmlakın Babək rayonu, Nehrəm qəsəbəsində olduğunu, atasının anasından əvvəl vəfat etdiyini, anası vəfat etdiyi vaxt qardaşları Kazım və Nazimin orada yaşadıqlarını, Kazımın miras qalmış evdə yaşadığını, Nazimin isə özünə yeni ev tikdiyini, Kazımın mirası qəbul etməsi ilə bağlı ərizəyə etiraz etmədiyini qeyd etmişdir. Maraqlı şəxs2 məhkəmə hazırlıq iclasında verdiyi izahatında Aqrar İslahat Komissiyasının qərarı ilə onlara torpaq sahəsi verildiyini, ərizəçiyə də torpaq sahəsi verildiyini, özünün də oradan pay istədiyini, Kazımın mirası qəbul etməsi ilə bağlı ərizəsinə etiraz etdiyini qeyd etmişdir. Maraqlı şəxs3 məhkəmə hazırlıq iclasında verdiyi izahatında torpaq sahəsinin qardaşları Kazım və Nazim arasında yarıya bölünməsini istədiyini, Kazımın mirası qəbul etməsi ilə bağlı ərizəsinə etiraz etmədiyini qeyd etmişdir. Maraqlı şəxs4 məhkəmə hazırlıq iclasında verdiyi izahatında ərizəyə etiraz etdiyini, atasının 2008-ci ilin mart ayında, anasının isə 2010-cu ilin avqust ayında ildə vəfat etdiyini, Kazımın həmin vaxt orada yaşamadığını, anası öləndən sonra Kazımın 3 il Bakı şəhərində yaşadığını, sonra ailəsi Kazıma küçəyə ötürdüyü üçün ona evdə sığınacaq verdiyini, evin bütün komunallarını özünün ödədiyini, Kazımın mirası qəbul etməsi ilə bağlı ərizəsinə etiraz etdiyini qeyd etmişdir. İş materiallarını işdə iştirak edən şəxslərin izahatları və yazılı ərizələri ilə birlikdə tədqiq edən məhkəmə belə hesab edir ki, Ərizəçinın mirasın qəbul edilməsi faktının müəyyən olunması tələbinə dair ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 305.1 və 305.1.1-ci maddələrinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.2 və 307.2.9cu maddələrindən aydın olur ki, mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə işlər hüquqi əhəmiyyəti olan faktlara daxildir. MPM-in 306.1 və 306.2-ci maddələrinə görə məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30 - 40-6-cı fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır, xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. MPM-in 306.4-cü maddəsinə əsasən, xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “31” mart 2011-ci il tarixli, 3 №-li qərarının 1.1-ci bəndində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, ərizənin baxılmamış saxlanılması Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş elə prosessual qaydadır ki, həmin qaydaya görə mülki işlər üzrə məhkəmə müdafiəsi hüququ həyata keçirildikdə hüquqi şərait imkan vermədiyi üçün qətnamə qəbul edilmədən məhkəmə baxışı başa çatdırılır. İddianın baxılmamış saxlanılmasına səbəb olan maneə aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququna malik olur. Bundan əlavə, həmin qərarın 2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, MPM-in 170 və 260-cı maddələrinə müvafiq olaraq ərizənin baxılmamış saxlanılmasına yalnız qanunla müəyyən edilmiş qaydada keçirilən məhkəmə baxışında yol verilir. MPM-in 259.0 və 259.0.10-cu maddələrinə əsasən, hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə olması müəyyən edilərsə məhkəmə ərizəni baxılmamış saxlayır. Beləliklə məhkəmə hesab edir ki, xx.xx.2024-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edildiyindən Ərizəçi mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılmalı, işdə iştirak edən şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnun mövcudluğu izah edilməlidir. Belə ki, MPM-in 306.4-cü maddəsinə görə isə xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. MPM-in 114.1 və 114.1.5-ci maddələrinə əsasən ərizənin baxılmamış saxlanılması dövlət rüsumunun geri qaytarılmasının əsaslarından biri kimi qeyd edildiyindən və Ərizəçi ərizəsi baxılmamış saxlanılmalı olduğundan məhkəmə MPM-in 260.3-cü maddəsinin tələbinə əsasən, büdcədən dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək, belə nəticəyə gəlir ki, ərizə verilərkən "xxxx" ASC-nin Babək filialı vasitəsilə xx.xx.2024-cü il tarixli, 24903 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ərizəçiyə qaytarılmalıdır. Yuxarıda göstərilənləri və MPM-in 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r v e r d i:
Ərizəçi mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. İşdə iştirak edən şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnun mövcudluğu izah edilsin. Ərizə verilərkən "xxxx" ASC-nin Babək filialı vasitəsilə xx.xx.2024-cü il tarixli, 24903 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Ərizəçi geri qaytarılsın. Qərardaddan o, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Babək Rayon Məhkəməsinə şikayət verilə bilər.