Məhkəmə qərarları › İş №2(079)-685/2025

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-685/2025

15.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-685/2025 15.12.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X6 məhkəmə iclas katibliyi, Ərizəçi, şahidlər Şahid1, Şahid2 və Şahid3 iştirakları ilə, Ərizəçi nikahın qeyd edilmə faktının müəyyən olunmasına dair mülki işə məhkəmənin inzibati binasında şifahi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi Ərizəçi “09” oktyabr 2025-ci ildə ərizə ilə Babək Rayon Məhkəməsinə müraciət edərək mərhum həyat yoldaşı X9 ilə aralarında 02 yanvar 1997-ci il tarixdə, 01 nömrəli akt qeydi ilə Babək rayon Kərimbəyli kənd İƏDN-də bağlanılmış nikahın qeydə alınma faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi müraciətini onunla əsaslandırmışdır ki, o, mərhum həyat yoldaşı X9 ilə 02 yanvar 1997-ci il tarixdə, 01 nömrəli akt qeydi ilə Babək rayon Kərimbəyli kənd İƏDN-də nikaha daxil olmaqla nikahlarını rəsmiləşdirərək ailə qurmuşlar. X9 04 may 2006-cı il tarixdə vəfat etmişdir və mərhum həyat yoldaşı X9 vəfat etdikdən sonra ondan miras qalan Babək rayonu, Zeynəddin kəndində yerləşən fərdi yaşayış evinin rəsmiləşdirilməsinə zərurət yaranır ki, sənədləşdirilmə işlərinin aparılması üçün onların nikah haqqında şəhadətnamələri tələb olunur. O, nikah haqqında şəhadətnamənin əslini itirmiş və tapа bilmir. Bu səbəbdən nikah haqqında çıxarışın alınması üçün ərizə ilə Babək rayon Qeydiyyat şöbəsinə ərizə ilə müraciət etmişdir. Babək rayon Qeydiyyat Şöbəsinin 24 sentyabr 2025-ci il tarixli 3-16-5-473/2025 nömrəli məktubunda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edimiş "Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar"a əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydlərin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdikləri qeydiyyat şöbələri tərəfindən icra edilir ki, itmiş qeydləri yalnız müvafiq qeydin əvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmə qətnaməsinə əsasən bərpa olunduğunu, itmiş yazının qeydiyyat şöbələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyat faktı məhkəmə qaydasında müəyyən olunmaqla məhkəməyə müraciət olunması izah olunmuşdur. Ərizəçi də bu səbəbdən mərhum həyat yoldaşı X9 ilə nikahın qeydə alınma faktının məhkəmə qaydasında müəyyən olunmasını istəyir. Ərizəçi məhkəmə iclasında verdiyi izahatında şəxsiyyət vəsiqəsini dəyişdirmək üçün getdiyi vaxt sistemdə nikah haqqında şəhadətnamənin görünmədiyinin ona bildirildiyini, nəyə görə şəxsiyyət vəsiqəsində evli olduğunun ondan soruşulduğunu, nikah haqqnda şəhadətnamənin əslini yoldaşı vəfat etdiyi vaxt öz anası və qardaşının itirdiyini, uşaq pulu almaq üçün həmin sənədləri onlara verdiyini, həmin vaxt əslini itirdiklərini, hazırda həmin şəhadətnamənin əslinin mövcud olmadığını, nikah haqqında şəhadətnamənin surətinin olduğunu və onu məhkəməyə təqdim etdiyini, nikah kitabında qeydiyyatın aparılmadığını, bu səbəbdən də şəxsiyyət vəsiqəsini dəyişmədiklərini və məhkəməyə müraciət etmək məcburiyyətində qaldığını, mərhum əri X9 ilə 1995-ci ildə ailə qurduqlarını, X9 ilə birgə nikahlarından 30 noyabr 1996-cı il təvəllüdlü Piriyeva Samirə və 27 fevral 2002-ci il təvəllüdlü Piriyeva Aytac adında iki övladlarının dünyaya gəldiyini, 1995-1996-cı illərdə isə rəsmi nikaha daxil olduqlarını, ailə qurduqdan sonra Babək rayonu, Zeynəddin kəndində yaşadıqlarını, ailə qurduqdan sonra 10 il birlikdə yaşadıqlarını, 2006-cı ilin may ayında yoldaşını elektrik cərəyanı vurması nəticəsində vəfat etdiyini, 04-05 may 2006-cı ildə isə dəfn etdiklərini, əri vəfat etdikdən sonra yenidən nikaha daxil olmadığını, hazırda subay olduğunu, həmin vaxt Babək rayonu, Kərimbəyli kəndində nikah bağlanıldığından orada nikahlarını rəsmiləşdirdiklərini, həmin vaxt qeydiyyata alan şəxs sərxoş olduğundan nikah haqqında şəhadətnaməni versə də kitabda qeyd etmədiyini təzəlikcə öyrəndiyini, çox adamın nikahını kitabda qeyd etmədiyini dediklərini, qeydiyyat şöbəsindən Babək rayonu, Kərimbəyli kənd sakinlərinin 70 faizinin bu vəziyyətdə olduğunu, övladlarına yəqin ki, həmin nikah sənədi əsasında sənədlərin verildiyini, lakin şəxsiyyət vəsiqəsini dəyişdirdiyini, sənədləri düzgün olmasa gələcəkdə torpaq sahəsini qızları arasında böldüyü vaxt problemlər yaranacağını, hal-hazırda həmin evdə yaşadığını, qızlarının isə ailə qurduqlarını və ər evinə getdiklərini, torpaq sahəsinin Xəqani ailə başçısı olmaqla özü və qızlarına verildiyini bildirmiş, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid1 ifadəsində X3 əmisi oğlu olduğunu, tərəflər ailə qurduqları zaman ata evlərində anası və qardaşının olduğunu, sonra kəndin yuxarı hissəsində özlərinə ev tikib oraya köçdüklərini, Xəqani ölənə qədər ailə olduqlarını, onun Kübranın həyat yoldaşı olduğunu, iki qız övladlarının olduğunu, Xəqaninin 28-30 il bundan əvvəl rəhmətə getdiyini, Xəqani ilə həmyaşıd olduğunu və onun elektrik vurması nəticəsində vəfat etdiyini bildirmişdir. Şahid2 məhkəmə iclasında verdiyi ifadəsində X3 xalası oğlu olduğunu, tərəflərin evli olduqlarını, iki övladlarının və dörd nəvələrinin olduğunu, toylarının sadə kənd toyu olduğunu, nikah müddətində isə ata evində qaldıqlarını, sonra ata evindən köçərək kəndin yuxarısında ev tikib yaşadıqlarını, Xəqaninin həmin evdə vəfat etdiyini bildirmişdir. Şahid3 məhkəmə iclasında verdiyi ifadəsində Ərizəçi qonşusu olduğunu, Xəqanigilin onlardan əvvəl ora köçdüyünü, 28 ildir qonşu olduqlarını, bir həyət evi aralarının olduğunu, onların toylarını gördüyünü, Xəqani vəfat edənə qədər Kübra ilə bir yerdə ailə kimi yaşadıqlarını bildirmişdir. Maraqlı şəxs qismində işə cəlb olunan Babək rayon Qeydiyyat Şöbəsinə iclasın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə mülki işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işin materiallarını ərizəçinin izahatı, şahidlərin ifadəsi və digər sübutlarla qarşılıqlı şəkildə tədqiq edən məhkəmə X3 vəfat etməsi, X9 ilə Ərizəçi birgə nikahlarından iki övladlarının dünyaya gəlməsi, tərəflər arasında isə nikahın qeydə alınmamasını müəyyən edir. Belə ki, ərizəyə əlavə edilən; - Babək rayon Zeynəddin kənd icra nümayəndəliyi tərindən verilmiş AZ-İ seriyalı, 116439 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən X3 xx.xx.2006cı il tarixdə ölməsi; - Babək rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, XX-JQ seriyalı, 305075 nömrəli doğum kitabından çıxarışdan atası X9, anası Ərizəçi olan X4 xx.xx.1996-cı ildə anadan olması; - Babək rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, AZ-İ seriyalı, 175755 nömrəli doğum kitabından çıxarışdan atası X9, anası Ərizəçi olan X5 xx.xx.2002-ci ildə anadan olması; - X7 Dövlət Torpaq Komitəsi tərəfindən verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN-650A seriyalı, 10308038 nömrəli, 08 avqust 2000-ci il tarixli şəhadətnamənin surətindən X3 ailə üzvlərinin X10 və X2 ibarət olduğu müəyyən olunur. Məhkəmə iclasında tədqiq olunmuş sözügedən yazılı sübutlar əsasında müəyyən olunmuşdur ki, ərizəçinin hüquqi əhəmiyyətli faktın müəyyən olunmasında subyektiv hüququ mövcuddur, nikah qeydi faktının müəyyən olunması ərizəçinin məqsədinə müvafiq hüquqi nəticələr doğurmaqla ərizəçinin əmlak hüquqlarının əmələ gəlməsinə hüquqi şərait yaradacaqdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Həmin qərarın 4.5-ci bəndinə əsasən nikahın qeydə alınma faktının müəyyən edilməsi xahişi ilə məhkəməyə o, halda müraciət edilə bilər ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanının itmiş qeydin bərpa edilməsinin mümkün olmamasını təsdiq edən sənəd mövcud olsun. Məhkəmə ər-arvadın hər ikisinin sağ olduqları dövrdə onların nikahının qeydə alınması faktının müəyyən edilməsindən imtina edə bilməz, çünki qanunvericilik buna hər hansı məhdudiyyət qoymamışdır. Nikahın qeyd edilmə faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə ər və ya arvad, yaxud onların hər ikisi müraciət edə bilər. Məhkəməyə ər-arvaddan biri ərizə verdikdə, digəri maraqlı şəxs qismində işdə iştirak etməyə cəlb edilməlidir. Sözügedən hallar iş materiallarına əlavə edilmiş aşağıdakı sənədlər əsasında araşdırılmışdır: - Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Babək rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-16-5/8-15-473/2025 nömrəli məktubundan Ərizəçi adına nikah haqqında akt qeydinin tərtib olunmadığı, buna görə də ona nikah haqqında şəhadətnamənin verilməsinin mümkün olmadığı; - Naxçıvan Muxtar Respublikası Notariat, qeydiyyat və reyestr şöbəsinin arxiv bölməsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 65 nömrəli arayışa əsasən Babək rayon Zeynəddin kənd sakini Ərizəçi və Babək rayon Zeynəddin kənd sakini X3 nikahının müəyyən edilməsi məqsədi ilə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Vətəndaşlıq X8 və "Vətəndaşlıq vəziyyəti aktlarının avtomatlaşdırılmış elektron informasiya sistemi"nə xx.xx.2025-ci ilə qədər daxil edilmiş bütün Vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparıldığı və heç bir nikah akt qeydinin aşkar edilmədiyi müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəaların” 14-cü bəndində qeyd edilmişdir ki, itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Ailə Məcəlləsinin 1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir və yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır. Həmin Məcəllənin 161.1-ci nmddəsinə görə vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafıq icra hakimiyyəti orqanı tərəfındən icra edilir. Bu Məcəllənin 162.2-ci maddəsinə görə itmiş yazının müvafıq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. AR Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi faktın qeydiyyatı qaydasına əməl olunmamışdır və mövcud şəraitdə belə qaydadan istifadə olunması artıq qeyri-mümkündür Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə nikahın qeyd edilmə faktının məhkəmə araşdırması gedişində öz təsdiqini tapıb-tapmaması ilə bağlı şahidlərin ifadəsinin ərizəçinin izahatı və təqdim etdiyi sübutlarla birlikdə tədqiq olunmasının nəticəsinə istinad edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi X9 ilə 02 yanvar 1997-ci il tarixdə Babək rayonu, Kərimbəyli kənd nümayəndəliyində nikaha daxil olmaları iş materialına əlavə olunumş sübutlar və şahid ifadələri ilə öz təsdiqini tapır. Həmçinin iddia ərizəsinə əlavə olunmuş Babək Rayon Kərimbəyli kənd İcra nümayəndəliyi tərəfindən verilmiş Vİİ-JQ seriyalı, 300621 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən belə məlum olur ki, X9 ilə xx.xx.1997-ci ildə 01 nömrə ilə nikah qeydə alınmışdır. Bu da onu deməyə əsas verir ki, həqiqətən də X9 ilə Ərizəçi arasında həqiqətən də əvvəllər qeydə alınmışdır. Bu barədə onlara nikah haqqında şəhadətnamənin verilməsi Babək rayon Qeydiyyat şöbəsinə həvalə edilməlidir. “Hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrubəsinin bəzi məslələri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir kı, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Məhkəmə ərizəçinin tələbini əsaslı saydığından və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 119.1-ci maddəsində məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi nəzərdə tutulduğundan, Ərizəçi məhkəməyə müraciət etməsi ilə bağlı ödədiyi 100 (bir) manat miqdarında dövlət rüsumu ona aid edilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: - ərizə təmin edilməli; - X9 ilə Ərizəçi arasında Babək rayonu, Kərimbəyli kənd İcra X1 ilə Ərizəçi arasında 02 yanvar 1997-ci il tarixdə nikahın bağlanması və bunun nikahın bağlanması haqqında akt qeydləri kitabında “01” nömrə ilə qeydə alınması faktı müəyyən edilməli; - ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 312-ci maddəsi ilə müəyyən edilir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: Ərizə təmin edilsin. X9 ilə Ərizəçi arasında Babək rayonu, Kərimbəyli kənd İcra X1 ilə Ərizəçi arasında 02 yanvar 1997-ci il tarixdə nikahın bağlanması və bunun nikahın bağlanması haqqında akt qeydləri kitabında “01” nömrə ilə qeydə alınması faktı müəyyən edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Günay İsmayıl.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar