Məhkəmə qərarları › İş №2(079)-734/2025

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-734/2025

24.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-734/2025 24.02.2026 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X14 məhkəmə iclas katibliyi, ərizəçinin vəkil-nümayəndəsi Vəkil, şahidlər Şahid1 və Şahid2 iştirakı ilə, Ərizəçi Maraqlı şəxs1nə qarşı miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Ərizəçi nümayəndəsi vasitəsilə “27” oktyabr 2025-ci il tarixdə Babək Rayon Məhkəməsinə mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə müraciət edərək xx.xx.1999-cu il tarixdə ölmüş atası X22 və xx.xx.2016-cı il tarixdə ölmüş anası Axundova Səriyyə M.Əbil qızından miras qalmış Babək rayon Payız kəndində yerləşən miras əmlakın Ərizəçi tərəfindən qəbulu faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Babək rayon Aqrar islahat Komissiyasının xx.xx.1998-ci il tarixli 01-A saylı qərarı ilə Babək rayon Payız kəndində JN-079A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" şəhadətnaməyə əsasən atam X22 ailə başçısı olmaqla onun beş nəfər ailə üzvlərinin birgə mülkiyyətinə 0.16 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsini qardaşım Ərizəçi bütün ailə üzvlərinin razılığına əsasən öz adına sənədləşdirmək istəsə də, atam və anam rəhmətə getdiyi üçün bu mümkün olmamışdır. Belə ki, atam X22 xx.xx.1999-cu il tarixdə qaraciyər serrozu xəstəliyindən, anam Axundova Səriyyə M.Əbil qızı isə xx.xx.2016-cı il tarixdə hipertoniya xəstəliyindən ölmüşlər. Ərizəçi atamın və anamın ölümündən sonra onlardan qalmış miras əmlakı faktiki qəbul edərək sahiblik etmişdir. Miras əmlakın onun adına rəsmiləşdirilməsinə hər hansı etiraz və mübahisə yoxdur. Bununla bağlı qardaşım nümayəndə vasitəsilə Babək rayon 1 saylı Notariat ofisinə ərizə ilə müraciət edərək məhum atam X15 və mərhum anam Axundova Səriyyə M.Əbil qızının ölümlərindən sonra miras qalmış bütün əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini istəsə də, Maraqlı şəxs1 xx.xx.2025-ci il tarixli, 256/2025 saylı və xx.xx.2025-cil tarixli 229/2025 saylı qərarlarına əsasən vərəsəliyin açılma müddəti vərəsələr tərəfindən buraxıldığından vərəsəliyin açılmasından imtina edilmişdir. Bu səbəbdən də mərhum atam X22 və mərhum anam Axundova Səriyyə M.Əbil qızının ölümlərindən sonra miras qalmış əmlakın qardaşım tərəfindən qəbulu faktının müəyyən olunması tələbi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Həmçinin qeyd edim ki, mərhum atam X22 və mərhum anam Axundova Səriyyə M.Əbil qızından miras qalmış əmlakın qardaşım Ərizəçi tərəfindən faktiki qəbul edilərək ona sahiblik etməyini məhkəməyə dəvət edəcəyim aşağıda adları qeyd edilən şahidlər təsdiq edə bilərlər: 1. X16 (AA4955543) - Babək rayon Payız kəndi; 2. Şahid1 (AA*******) - Babək rayon Payız kəndi. Məhkəmənin xx.xx.2026-cı il tarixli qərardadı ilə mülki iş üzrə Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5, Nümayəndə, X2, Maraqlı şəxs8, Maraqlı şəxs9, Maraqlı şəxs10, Maraqlı şəxs11, Maraqlı şəxs12, Maraqlı şəxs13, Maraqlı şəxs14, Maraqlı şəxs15 və Maraqlı şəxs16 maraqlı şəxs qismində işə cəlb edilmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Ərizəçi və maraqlı şəxslər Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5, Nümayəndə və X2, Maraqlı şəxs8, Maraqlı şəxs9, Maraqlı şəxs10, Maraqlı şəxs11 və Maraqlı şəxs12, Maraqlı şəxs13, Maraqlı şəxs14, Maraqlı şəxs15 və Maraqlı şəxs16 məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələbini rəhbər tutmaqla işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Ərizəçinin vəkil-nümayəndəsi Vəkil məhkəmə iclasında verdiyi izahatında Babək rayon Aqrar islahat Komissiyasının xx.xx.1998-ci il tarixli qərarı ilə Babək rayon Payız kəndində X22 ailə başçısı olmaqla beş nəfər ailə üzvünün birgə mülkiyyətinə 0.16 ha həyətyanı torpaq sahəsinin verildiyini, ərizəçinin atası X15 xx.xx.1999-cu il tarixdə, anası Axundova Səriyyə M.Əbil qızının isə xx.xx.2016-cı il tarixdə xəstəlikdən vəfat etdiyini, Ərizəçi atası və anasının ölümündən sonra onlardan qalmış miras əmlakı faktiki qəbul edərək sahiblik etdiyini, miras əmlakın onun adına rəsmiləşdirilməsinə hər hansısa etiraz və mübahisə olmadığını, bununla bağlı Babək rayon 1 saylı Notariat ofisinə ərizə ilə müraciət edildiyini, lakin Maraqlı şəxs1 qərarlarına əsasən vərəsəliyin açılma müddəti vərəsələr tərəfindən buraxıldığından vərəsəliyin açılmasından imtina edildiyini, bu səbəbdən də miras qalmış əmlakın ərizəçi tərəfindən qəbulu faktının müəyyən olunması tələbi ilə məhkəməyə müraciət edildiyini, ərizəni müdafiə edərək xx.xx.1999-cu il tarixdə ölmüş X9 və xx.xx.2016-cı il tarixdə ölmüş Axundova Səriyyə M.Əbil qızından miras qalmış Babək rayon Payız kəndində yerləşən miras əmlakın Ərizəçi tərəfindən qəbulu faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs12 məhkəmə iclasında verdiyi izahatında miras əmlakın ərizəçi tərəfindən qəbul edilməsinə etirazı olmadığını, baba və nənəsinin vəfatından sonra həmin evdə əmisi Ərizəçi yaşadığını, özünün həmin əmlakda yaşamadığını, ərizəçinin müalicəsi ilə əlaqədar hazırda Bakı şəhərində yaşadığını bildirmişdir. Maraqlı şəxs10 məhkəmə iclasında verdiyi izahatında miras əmlakda atasının yaşadığını, oranın baba yurdu olduğunu, baba və nənəsinin vəfatından sonra həmin evdə əmisi Ərizəçi yaşadığını, vərəsələr arasında mübahisə olmadığını, ərizəçinin müalicəsi ilə əlaqədar hazırda Bakı şəhərində yaşadığını və miras əmlakın ərizəçi tərəfindən qəbul edilməsinə etirazı olmadığını bildirmişdir. Maraqlı şəxs11 da digər maraqlı şəxslərlə oxşar məzmunlu izahat verərək ərizənin təmin olunmasına etirazının olmadığını bildirmişdir. Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində ərizəçi ilə uzun müddətdir ki, qonşu olduqlarını, aralarında 4 yaş fərq olduğunu, ərizəçinin böyük bacı və qardaşlarının 1999-cu ildən çıxıb evdən getdiyini, ata və anasına Fərhadın baxdığını, əvvəlcə Abbas kişinin, sonra Səriyyə xanımın vəfat etdiyini, hər ikisinin yas mərasimini Fərhadın götürdüyünü, yas mərasimində iştirak etdiyini, ərizəçinin anasının ölümündən sonra həmin miras əmlakda yaşadığını, sonra Fərhadın səhhətində problemlər olduğundan Bakıya oğlunun yanına getdiyini və hazırda da orada yaşadığını, evin nəzarətini qonşu kimi özünə tapşırdığını, evin kommunal ödənişlərini Fərhadın göndərdiyini, Fərhadın sonuncu dəfə yayda gəlib miras qalmış torpaqdakı evdə bir müddət qalıb getdiyini bildirmişdir. Şahid2 məhkəmə iclasında verdiyi ifadəsində ərizəçi ilə qonşu olduqlarını, ata və anasına Fərhadın baxdığını, Abbas kişi vəfat etdikdən sonra Fərhadın Səriyyə xanımla həmin evdə yaşadığını, sonra Səriyyə xanım xəstələndiyindən Fərhadın onu Bakıya müalicəyə apardığını və onun Bakıda vəfat etdiyini, Fərhadın onu gətizdirib Payız kəndində dəfn elədiyini, yasdan sonra bir müddət həmin evdə yaşadıqdan sonra Fərhadın səhhətində problemlər olduğundan Bakıya oğlunun yanına getdiyini və hazırda da orada yaşadığını, Fərhadın əvvəlki il yayda Payız kəndinə gəldiyini və həmin miras əmlakda yaşadığını, evin Fərhadın nəzarətində olduğunu bildirmişdir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmış, məhkəmə iclasında tədqiq olunmuş sübutlar əsasında belə nəticəyə gəlmişdir ki, X22 və Axundova Səriyyə M.Əbil qızından Babək rayon Payız kəndində yerləşən beş nəfər ailə üzvünün ümumi mülkiyyətinə verilmiş 0.16 ha həyətyanı torpaq sahəsinin miras qalması, mirasın ərizəçinin atası X15 xx.xx.1999-cu ildə vəfat etməsi və anası Axundova Səriyyə M.Əbil qızının isə xx.xx.2016-cı vəfat etməsi ilə açılması, onların sağ qalan birinci növbə vərəsələrinə Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5, Nümayəndə və X1 daxil olması, birinci növbə vərəsələrdən X5 xx.xx.1947-ci il tarixdə, X10 xx.xx.2019-cu il tarixdə və X3 isə xx.xx.2018-ci il tarixdə vəfat etməsi və miras qoyan tərəfindən vəsiyyətnamə qoyulmaması mülki işin mübahisəsiz hallarıdır. Belə ki, ərizəyə əlavə edilmiş; - Babək rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli nikah akt qeydləri kitabından çıxarışdan X22 ilə Axundova Səriyə M.Əbil qızı arasında xx.xx.1945-ci il tarixdə nikahın bağlanması; - Babək rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş V-JQ seriyalı, 258973 nömrəli xx.xx.2025-ci il tarixli ölüm akt qeydləri kitabından çıxarışdan X15 xx.xx.1999-cu il tarixdə vəfat etməsi; - Babək rayon Qeydiyyat Şöbəsi tərəfindən verilən xx.xx.2025-ci il tarixli, 05/09İS/109921-25 nömrəli arayışdan xx.xx.1999-cu il tarixdə vəfat etmiş X15 vərəsələrinə Axundova Səriyə M.Əbil qızı (vəfat edib: xx.xx.2016), X17 (vəfat edib:xx.xx.1947), X18 (vəfat edib: xx.xx.2019), Maraqlı şəxs2, Maraqlı şəxs3, X11 (vəfat edib: xx.xx.2018), Maraqlı şəxs4, Maraqlı şəxs5, Ərizəçi, Nümayəndə və X1 daxil olması; - Naxçıvan “ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2016cı il tarixli, 608 nömrə ilə tərtib olunmuş akt qeydindən vərəsələrdən Axundova Səriyə M.Əbil qızının xx.xx.2016-cı ildə vəfat etməsi; - Babək rayon Qeydiyyat Şöbəsi tərəfindən verilən xx.xx.2025-ci il tarixli, 05/09İS/119031-25 nömrəli arayışdan xx.xx.2016-cı il tarixdə vəfat etmiş Axundova Səriyə M.Əbil qızının vərəsələrinə X22 (vəfat edib: xx.xx.1999), X17 (vəfat edib: xx.xx.1947), X18 (vəfat edib: xx.xx.2019), Maraqlı şəxs2, Maraqlı şəxs3, X11 (vəfat edib: xx.xx.2018), Maraqlı şəxs4, Maraqlı şəxs5, Ərizəçi, Nümayəndə və X1 daxil olması; - Babək rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ölüm akt qeydləri kitabından çıxarışdan X5 xx.xx.1947-ci il tarixdə vəfat etməsi; - Babək rayon Qeydiyyat Şöbəsi tərəfindən verilən xx.xx.2026-cı il tarixli, 05/09İS/004195-26 nömrəli arayışdan xx.xx.1947-ci il tarixdə vəfat etmiş X5 vərəsələrinə X22 (vəfat edib: xx.xx.1999) və Axundova Səriyə M.Əbil qızının (vəfat edib: xx.xx.2016) daxil olması; - Babək rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 702944 nömrəli, xx.xx.2025-ci il tarixli ölüm akt qeydləri kitabından çıxarışdan X10 xx.xx.2019-cu il tarixdə vəfat etməsi; - Babək rayon Qeydiyyat Şöbəsi tərəfindən verilən xx.xx.2026-cı il tarixli, 05/09İS/004058-26 nömrəli arayışdan xx.xx.2019-cu il tarixdə vəfat etmiş X10 vərəsələrinə Maraqlı şəxs8, Maraqlı şəxs9, Maraqlı şəxs10, Maraqlı şəxs11 və Maraqlı şəxs12 daxil olması; - Babək rayon Qeydiyyat şöbəsi tərəfindən verilən xx.xx.2026-ci il tarixli, 263766 nömrəli doğum akt qeydləri kitabından çıxarışdan atası X22, anası Axundova Səriyə M.Əbil qızı olan Maraqlı şəxs2 xx.xx.1955-ci il tarixdə anadan olması, bunun doğum akt qeydləri kitabında 78 nömrə ilə qeydə alınması; - Babək rayon Qeydiyyat şöbəsi tərəfindən verilən xx.xx.2026-ci il tarixli, 424883 nömrəli doğum akt qeydləri kitabından çıxarışdan atası X22, anası Axundova Səriyə M.Əbil qızı olan Maraqlı şəxs3 xx.xx.1957-ci il tarixdə doğulması, bunun doğum akt qeydləri kitabında 98 nömrə ilə qeydə alınması; - Babək rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 702941 nömrəli xx.xx.2025-ci il tarixli ölüm akt qeydləri kitabından çıxarışdan X3 xx.xx.2018-ci il tarixdə vəfat etməsi; - Babək rayon Qeydiyyat Şöbəsi tərəfindən verilən xx.xx.2026-cı il tarixli, 05/09İS/004164-26 nömrəli arayışdan xx.xx.2018-ci il tarixdə vəfat etmiş X3 Maraqlı şəxs13, Maraqlı şəxs14, Maraqlı şəxs15 və Maraqlı şəxs16 daxil olması; - Babək rayon Qeydiyyat şöbəsi tərəfindən verilən xx.xx.2026-ci il tarixli, İİ-İE seriyalı, 127586 nömrəli doğum akt qeydləri kitabından çıxarışından atası X22, anası Axundova Səriyə M.Əbil qızı olan Maraqlı şəxs4 xx.xx.1961-ci il tarixdə anadan olması, bunun doğum akt qeydləri kitabında 191 nömrə ilə qeydə alınması; - Babək rayon Qeydiyyat şöbəsi tərəfindən verilən xx.xx.2026-ci il tarixli, AZ seriyalı, 591354 nömrəli doğum akt qeydləri kitabından çıxarışından atası X22, anası Axundova Səriyə M.Əbil qızı olan X6 xx.xx.1964-cü il tarixdə anadan olması, bunun doğum akt qeydləri kitabında 59 nömrə ilə qeydə alınması; - Babək rayon Qeydiyyat şöbəsi tərəfindən verilən xx.xx.2025-ci il tarixli, AZ seriyalı, ******* nömrəli doğum akt qeydləri kitabından çıxarışından atası X22, anası Axundova Səriyə M.Əbil qızı olan X12 xx.xx.1966-cı il tarixdə anadan olması, bunun doğum akt qeydləri kitabında 112 nömrə ilə qeydə alınması; - Babək rayon Qeydiyyat şöbəsi tərəfindən verilən xx.xx.2025-ci il tarixli, AZ seriyalı, ******* nömrəli doğum akt qeydləri kitabından çıxarışından atası X22, anası Axundova Səriyə M.Əbil qızı olan Nümayəndə xx.xx.1968-ci il tarixdə anadan olması, bunun doğum akt qeydləri kitabında 211 nömrə ilə qeydə alınması; - Babək rayon Qeydiyyat şöbəsi tərəfindən verilən xx.xx.2026-ci il tarixli, AZ seriyalı, 033112 nömrəli doğum akt qeydləri kitabından çıxarışından atası X22, anası Axundova Səriyə M.Əbil qızı olan X4 xx.xx.1971-ci il tarixdə anadan olması, bunun doğum akt qeydləri kitabında 38 nömrə ilə qeydə alınması; - JN-079A seriyalı, 10305028 kod nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" şəhadətnamənin təsdiq olunmuş surətindən Babək rayon Aqrar islahat Komissiyasının xx.xx.1998-ci il tarixli 01-A saylı qərarı ilə Babək rayon Payız kəndində yerləşən 0.16 ha həyətyanı torpaq sahəsinin X22, Axundova Səriyə M.Əbil qızı, X19, X7 və X8 birgə mülkiyyətində olması müəyyən olunur. Mülki iş materiallarından aydın olur ki, X12 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə dair müraciətinə cavab olaraq Maraqlı şəxs1 notariusu tərəfindən şəhadətnamənin verilməsindən qanunla nəzərdə tutulmuş müddət keçdiyindən imtina olunmuş, məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Mülki işin mübahisəli halının həlli ilə bağlı ərizəçinın və maraqlı şəxslərin izahatlarını mülki iş materialları ilə əlaqəli şəkildə, onları isə qanunvericiliyin tələbləri daxilində tədqiq edən məhkəmə qeyd edir ki, tərəflər arasında vərəsəlik münasibətlərindən irəli gələn hüquq münasibətləri mövcuddur. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi və digər tərəfdən vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə görə vərəsəlik anlayışı altında, ölmüş şəxsin əmlakının qanun üzrə və ya vəsiyyət üzrə, yaxud hər iki əsasla başqa şəxslərə (vərəsələrə) keçməsi başa düşülür. Vərəsəlik münasibətləri miras qoyanla vərəsələr arasında qanunda nəzərdə tutulmuş əsaslar üzrə, yaxud miras qoyanın iradəsinə əsaslanan vəsiyyət üzrə yaranır (Mülki Məcəllənin 1133-cü maddəsi). Mülki məcəllənin 1133.2-ci maddəsinə görə qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Mülki işin araşdırılması zamanı miras qoyanın vəsiyyətnamə qoymadığı müəyyən olunmuşdur. Həmin məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı qanun üzrə vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər. Həmin Məcəllənin 1159.1 və 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin məcəllənin 1159.1.3-ci maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin məcəllənin 1243.1-ci maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin məcəllənin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin məcəllənin 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan həmin məcəllənin 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə” xx.xx.2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə, həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Həmçinin həmin qərarda qeyd olunmuşdur ki, mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 99-cu maddəsində əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübutların aşağıdakılar ola biləcəyi qeyd edilmişdir: - vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; - mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; - mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; - mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; - miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər. Naxçıvan MR Babək Rayon İcra hakimiyyəti Payız kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 143 saylı arayışda X12 Babək rayonu, Payız kəndində pasport qeydiyyatında olması müəyyən olunur. Həmçinin iş materiallarına əlavə olunmuş Cəhri Bələdiyyəsi tərəfindən verilmiş arayışda Babək rayonu, Payız kəndində JN-079A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" şəhadətnamə üzrə fərdi yaşayış evinin su təchizatına dair ödənişlərin X19 tərəfindən ödənildiyi, su təchizatı üzrə borcun olmadığı müəyyən olunur. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizə ilə X12 xx.xx.1999-cu il tarixdə vəfat etmiş mərhum atası X9 qalmış bütün mirasın qanun üzrə ona çatası hissəsini qəbul etdiyi və adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etdiyi müəyyən olunur. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizə ilə X12 xx.xx.2016-cı il tarixdə vəfat etmiş mərhum anası Axundova Şəriyə M.Əbil qızından qalmış bütün mirasın qanun üzrə ona çatası hissəsini qəbul etdiyi və adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etdiyi müəyyən olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsində qeyd olunmuş “məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir” və 77.1-ci maddəsində əks olunmuş “hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir” normalarını tərəflərin nəzərinə çatdıran məhkəmə bildirir ki, yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən ərizəçi ərizənın əsasını təşkil edən halları, maraqlı şəxs isə etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması gedişində maraqlı şəxslər ərizəyə qarşı etirazını bildirməmiş, müəyyən olunması tələb olunan faktları izahatlarında təsdiq etmişlər. Konstitusiya Məhkəməsi Plenumunun Ə.Əfəndiyeva və N.Kərimovanın şikayəti üzrə 2012-ci il 5 oktyabr tarixli Qərarında göstərilmişdir ki, vərəsə miras əmlakın bir hissəsini mülki qanunvericilikdə nəzərdə tutulmuş əsasla (qanun üzrə və ya vəsiyyət üzrə) qəbul etdikdə, o, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, hamısını və ya ona çatası payın qəbul edilməsi kimi qiymətləndirilməlidir. Bu, vərəsələrin miras qalmış əmlakın qəbul edilməsi üçün əvvəl ifadə edilmiş iradəsini təsdiq edir, həmçinin həmin əmlaka onların qanuni əsaslarla əldə olunmuş mülkiyyət hüquqlarının davamlılığını və əsassız məhdudiyyətlər qoyulmadan həyata keçirilməsini təmin edir. Beləliklə mülki iş üzrə məhkəmə araşdırmasının nəticəsi olaraq məhkəmə iclasında hərtərəfli tədqiq olunmuş sübutlar (işdə iştirak edən şəxslərin izahatları, şahid ifadələri və yazılı sübutlar) əsasında müəyyən olunmuşdur ki, X19 xx.xx.1999-cu il tarixdə vəfat etmiş mərhum atası X9 və xx.xx.2016-cı il tarixdə vəfat etmiş mərhum anası Axundova Şəriyə M.Əbil qızından miras qalan əmlakı onların ölümündən sonra mirasın qəbulu üçün qanunla nəzərdə tutulmuş müddət ərzində faktiki cəhətdən ələ keçirməklə ona sahib durmuş, bununla da faktiki sahiblik etmək üsulu ilə mirası qəbul etmişdir. Yuxarıda qeyd olunanları rəhbər tutaraq yekunda məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin olunmalı, JN-079A seriyalı, 10305028 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" şəhadətnaməyə əsasən Babək rayon Payız kəndində yerləşən birgə mülkiyyətdə olan 0.16 ha həyətyanı torpaq sahəsinin xx.xx.1999-cu il tarixdə vəfat etmiş X20 və xx.xx.2016-cı il tarixdə vəfat etmiş Axundova Şəriyə M.Əbil qızından miras qalmış hissəsinin X19 tərəfindən faktiki qəbul olunması faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin olunsun. JN-079A seriyalı, 10305028 kod nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" şəhadətnaməyə əsasən Babək rayon Payız kəndində yerləşən ümumi mülkiyyətdə olan 0.16 ha həyətyanı torpaq sahəsinin xx.xx.1999-cu il tarixdə vəfat etmiş X9 miras qalmış hissəsinin X19 tərəfindən qəbul olunması faktı müəyyən olunsun. JN-079A seriyalı, 10305028 kod nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" şəhadətnaməyə əsasən Babək rayon Payız kəndində yerləşən ümumi mülkiyyətdə olan 0.16 ha həyətyanı torpaq sahəsinin xx.xx.2016-cı il tarixdə vəfat etmiş Axundova Şəriyə M.Əbil qızından miras qalmış torpaq sahəsinin X19 tərəfindən qəbul olunması faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Günay İsmayıl

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar