Məhkəmə qərarları › İş №2(079)-757/2025

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-757/2025

27.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-757/2025 27.01.2026 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X6 məhkəmə iclas katibliyi, Ərizəçi və Maraqlı şəxs5 iştirakları ilə, Ərizəçi mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Ərizəçi “14” noyabr 2025-ci il tarixdə Babək Rayon Məhkəməsinə mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə müraciət edərək mərhum atası X5 mülkiyyətində olan Babək rayon Nəzərabad kəndində yerləşən miras qalmış daşınmaz əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, atam X9 anam X10 ilə evlənmiş, birgə nikahdan 11 övladları doğulmuşdur. 1. xx xxx 1955-ci il təvəllüdülü Maraqlı şəxs5 2. xx xxxxxx 1958-ci il təvəllüdülü Maraqlı şəxs6 3. xx xxx 1960-cıil təvəllüdülü Maraqlı şəxs7 4. 10 avqust 1961-ci il təvəllüdülü Maraqlı şəxs8 5. xx xxxxx 1963-cü il təvəllüdülü Maraqlı şəxs4 6. xx xxxxxx 1964cü il təvəllüdülü Maraqlı şəxs3 7. xx xxxx 1966-cı il təvəllüdülü Maraqlı şəxs2 8. 13 avqust 1967-ci il təvəllüdülü Ərizəçi 9.xx xxx 1969-cu il təvəllüdülü Maraqlı şəxs1 10.18 dekabr 1970ci il təvəllüdülü X7 (xx.xx.1971 vəfat edib) 11. 18 dekabr 1973-cü il təvəllüdülü X7(xx.xx.1974 vəfat edib) Atam Sevindik 13 yanvar 2014-cü ildə, anam Səkinə isə 08 yanvar 1997-ci ildə vəfat etmişdir. Göstərmək istəyirəm ki, atamın vəfatından sonra onun mülkiyyətində olan Babək rayon Nəzərabad kəndində yerləşən miras qalmış evi faktiki olaraq mən qəbul edib ailəm ilə birlikdə orada yaşamışam və əmlakı idarə etmişəm. Digər qardaş və bacılarım atamın ölümündən əvvəl ailə qurub özlərinə aid evdə yaşamışlar. Miras evin kommunal xərcləri, daşınmaz əmlakın icbari sığortasının ödənişləri mənim tərəfindən ödənilmişdir. Hazırda həmin evə mən sahiblik edirəm və mənim istifadəmdədir. Göstərdiyim faktlar ərizəmə əlavə etdiyim sübutlarla da təsdiq olunur. Hörmətli məhkəmə Babək rayon Nəzarabad kəndində yerləşən miras qalmış daşınmaz əmlakın mənim tərəfimdən qəbul edilib idarə olunmasını məhkəmədə şahidlər də təsdiq edə bilər. Göstərilən mirası qəbul etsəm də üzürlü səbəbdən müvafiq rəsmiləşdirmə aparıb miras qalmış evi adıma sənədləşdirə bilməmişəm. Bildirirəm ki, miras paya dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün Babək rayon Notariat Ofisinə müraciət etmişəm. Notariat Ofisi 20 oktyabr 2025-ci il tarixli, qərarı ilə miras qalmış bütün əmlaka dair vərəsəliyin açılmasından imtina etdiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışam. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə mülki iş üzrə Maraqlı şəxs5, Maraqlı şəxs6, Maraqlı şəxs7, Maraqlı şəxs8, Maraqlı şəxs4, Maraqlı şəxs3, Maraqlı şəxs2, Maraqlı şəxs1 maraqlı şəxs qismində işə cəlb edilmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxslər Maraqlı şəxs6, Maraqlı şəxs7, Maraqlı şəxs8, Maraqlı şəxs4, Maraqlı şəxs3, Maraqlı şəxs2, Maraqlı şəxs1 məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələbini rəhbər tutmaqla işə maraqlı şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Ərizəçi məhkəmə iclasında verdiyi izahatında torpaq sahəsinin Babək rayonu, Nəzərabad kəndində yerləşdiyini və miras əmlakın atasının adına olduğunu, anasının 08 yanvar 1997-ci ildə, atası Sevindik Əliyevin isə 13 yanvar 2014-cü ildə vəfat etdiyini, atasının ölməmişdən əvvəl onunla birlikdə Babək rayonu, Nəzərabad kəndində yaşadığını, həmin vaxt evdə atası və ailə üzvlərinin həmin evdə yaşadığını, qardaşlarının Oruc, Səyyaf, Mənaf, Fərzalı, Həsənqulu, Bayram, Həsən, bacılarının isə Xanım və Şahnaz olduğunu, Şahnaz adlı bir bacısının isə 1974-cü ildə vəfat etdiyini və onun adını digər bacısına qoyduqlarını, onların hamısının sağ olduğunu, 2014-cü ilədək həmin evdən ailə quraraq çıxıb getdiklərini, özünün isə 1985-ci ildə ailə qurduğunu, bütün qardaş və bacılarının evi öz adına keçirməyinə razılığı olduğunu, hazırda həmin əmlakda özü və ailə üzvlərinin qaldığını bildirirərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs1 məhkəmə iclasında verdiyi izahatında miras əmlakın ərizəçi tərəfindən qəbul edilməsinə etirazı olmadığını, atasının vəfatından sonra həmin evdə qardaşı Ərizəçi yaşadığını, başqa bacı-qardaşlarının həmin evdə yaşamadığını bildirmişdir. Maraqlı şəxs2 məhkəmə iclasında verdiyi izahatında qardaşı İmranın miras əmlak olan həmin evdə qaldığını, atasının ölümündən sonra orada İmranın yaşamağa davam etdiyini, miras əmlakın ərizəçi tərəfindən qəbul edilməsinə etiraz etmədiyini bildirmişdir. Maraqlı şəxs3 və Maraqlı şəxs5 da digər maraqlı şəxslərlə oxşar məzmunlu izahat verərək ərizənin təmin olunmasına etirazlarının olmadığını bildirmişdirlər. Məhkəmə iclasında tədqiq olunmuş sübutlar əsasında müəyyən olunur ki, X3 Babək rayonu, Nəzərabad kəndində yerləşən 0,2248 ha torpaq sahəsi və onun üzərində olan 203.9 kv.m daşınmaz əmlakın miras qalması, mirasın X5 xx.xx.2014-cü ildə vəfat etməsi ilə açılması, onun sağ qalan birinci növbə vərəsələrinə Maraqlı şəxs5, Maraqlı şəxs6, Maraqlı şəxs7, Maraqlı şəxs8, Maraqlı şəxs4, Maraqlı şəxs3, Maraqlı şəxs2, Maraqlı şəxs1 daxil olması, birinci növbə vərəsələrdən X8 xx.xx.1997-ci il tarixdə, X2 xx.xx.1971-ci il tarixdə, digər X2 isə xx.xx.1974-cü il tarixdə vəfat etməsi və miras qoyan tərəfindən vəsiyyətnamə qoyulmaması mülki işin mübahisəsiz hallarıdır. Belə ki, ərizəyə əlavə edilmiş; - Naxçıvan “ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 1456 nömrəli arayışdan X5 xx.xx.2014-cü il tarixdə vəfat etməsi ; - Naxçıvan “ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 1611 nömrəli arayışdan X8 xx.xx.1997-ci il tarixdə vəfat etməsi; - Babək rayon Qeydiyyat Şöbəsi tərəfindən verilən xx.xx.2025-ci il tarixli, 05/09İS/053508- 25 nömrəli arayışdan X5 vərəsələrinə X10, Maraqlı şəxs5, Maraqlı şəxs6, Maraqlı şəxs7, Maraqlı şəxs8, Maraqlı şəxs4, Maraqlı şəxs3, Maraqlı şəxs2, Ərizəçi, Maraqlı şəxs1, X7 və X2 daxil olması; - Babək rayon Qeydiyyat şöbəsi tərəfindən verilən xx.xx.2025-ci il tarixli, AZ-İ seriyalı, 255521 nömrəli doğum akt qeydləri kitabından çıxarışından atası X9, anası X10 olan Maraqlı şəxs5 xx.xx.1956-cı il tarixdə anadan olması, bunun doğum akt qeydləri kitabında 290 nömrə ilə qeydə alınması; - Babək rayon Qeydiyyat şöbəsi tərəfindən verilən xx.xx.2025-ci il tarixli, AZ-İ seriyalı, 325829 nömrəli doğum akt qeydləri kitabından çıxarışından atası X9, anası X10 olan Maraqlı şəxs6 xx.xx.1958-ci il tarixdə anadan olması, bunun doğum akt qeydləri kitabında 183 nömrə ilə qeydə alınması; - Babək rayon Qeydiyyat şöbəsi tərəfindən verilən xx.xx.2025-ci il tarixli, İ-İE seriyalı, 770093 nömrəli doğum akt qeydləri kitabından çıxarışından atası X9, anası X10 olan Maraqlı şəxs7 xx.xx.1960-cı il tarixdə anadan olması, bunun doğum akt qeydləri kitabında 65 nömrə ilə qeydə alınması; - Babək rayon Qeydiyyat şöbəsi tərəfindən verilən xx.xx.2025-ci il tarixli, AZ seriyalı, 074215 nömrəli doğum akt qeydləri kitabından çıxarışından atası X9, anası X10 olan Maraqlı şəxs8 xx.xx.1961-ci il tarixdə anadan olması, bunun doğum akt qeydləri kitabında 111 nömrə ilə qeydə alınması; - Babək rayon Qeydiyyat şöbəsi tərəfindən verilən xx.xx.2025-ci il tarixli, AZ seriyalı, 418758 nömrəli doğum akt qeydləri kitabından çıxarışından atası X9, anası X10 olan Maraqlı şəxs4 xx.xx.1963-cü il tarixdə anadan olması, bunun doğum akt qeydləri kitabında 60 nömrə ilə qeydə alınması; - "Elektron notariat" X1 vasitəsilə "X4” AQİS-dən çıxarışdan atası X9, anası X10 olan Maraqlı şəxs3 xx.xx.1964-cü il tarixdə anadan olması, bunun doğum akt qeydləri kitabında 116 nömrə ilə qeydə alınması; - Babək rayon Qeydiyyat şöbəsi tərəfindən verilən xx.xx.2025-ci il tarixli, AZ-İV seriyalı, ******* nömrəli doğum akt qeydləri kitabından çıxarışından atası X9, anası X10 olan Maraqlı şəxs2 xx.xx.1966-cı il tarixdə anadan olması, bunun doğum akt qeydləri kitabında 33 nömrə ilə qeydə alınması; - Babək rayon Qeydiyyat şöbəsi tərəfindən verilən xx.xx.2025-ci il tarixli, AZ seriyalı, ******* nömrəli doğum akt qeydləri kitabından çıxarışından atası X9, anası X10 olan Ərizəçi xx.xx.1967-ci il tarixdə anadan olması, bunun doğum akt qeydləri kitabında 104 nömrə ilə qeydə alınması; - "Elektron notariat" X1 vasitəsilə "X4” AQİS-dən çıxarışdan atası X9, anası X10 olan Maraqlı şəxs1 xx.xx.1969-cu il tarixdə anadan olması, bunun doğum akt qeydləri kitabında 59 nömrə ilə qeydə alınması; - Babək rayon Qeydiyyat şöbəsi tərəfindən verilən xx.xx.2025-ci il tarixli, AZ-İ seriyalı, 034225 nömrəli doğum akt qeydləri kitabından çıxarışından atası X9, anası X10 olan X2 xx.xx.1970-ci il tarixdə anadan olması, bunun doğum akt qeydləri kitabında 125 nömrə ilə qeydə alınması; - Babək rayon Qeydiyyat şöbəsi tərəfindən verilən xx.xx.2025-ci il tarixli, İE seriyalı, 382294 nömrəli ölüm akt qeydləri kitabından çıxarışından X2 xx.xx.1971-ci il tarixdə vəfat etməsi, bunun ölüm akt qeydləri kitabında 24 nömrə ilə qeydə alınması; - Babək rayon Qeydiyyat şöbəsi tərəfindən verilən xx.xx.2025-ci il tarixli, İ-JQ seriyalı, 419583 nömrəli doğum akt qeydləri kitabından çıxarışından atası X9, anası X10 olan X2 xx.xx.1973-cü il tarixdə anadan olması, bunun doğum akt qeydləri kitabında 28 nömrə ilə qeydə alınması; - Babək rayon Qeydiyyat şöbəsi tərəfindən verilən xx.xx.2025-ci il tarixli, İ-JQseriyalı, 279288 nömrəli ölüm akt qeydləri kitabından çıxarışından X2 xx.xx.1974-cü il tarixdə vəfat etməsi, bunun ölüm akt qeydləri kitabında 08 nömrə ilə qeydə alınması; - Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X14 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan Babək rayonu Nəzərabad kəndində yerləşən 0.2248 ha torpaq sahəsi və onun üzərində olan 203.9 kv.m daşınmaz əmlakın X5 mülkiyyətində olması müəyyən olunur. Mülki iş materiallarından aydın olur ki, Ərizəçi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə dair müraciətinə cavab olaraq Babək rayon Notariat ofisinin notariusu tərəfindən şəhadətnamənin verilməsindən qanunla nəzərdə tutulmuş müddət keçdiyindən imtina olunmuş, məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Mülki işin mübahisəli halının həlli ilə bağlı ərizəçinın və maraqlı şəxslərin izahatlarını mülki iş materialları ilə əlaqəli şəkildə, onları isə qanunvericiliyin tələbləri daxilində tədqiq edən məhkəmə qeyd edir ki, tərəflər arasında vərəsəlik münasibətlərindən irəli gələn hüquq münasibətləri mövcuddur. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi və digər tərəfdən vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə görə vərəsəlik anlayışı altında, ölmüş şəxsin əmlakının qanun üzrə və ya vəsiyyət üzrə, yaxud hər iki əsasla başqa şəxslərə (vərəsələrə) keçməsi başa düşülür. Vərəsəlik münasibətləri miras qoyanla vərəsələr arasında qanunda nəzərdə tutulmuş əsaslar üzrə, yaxud miras qoyanın iradəsinə əsaslanan vəsiyyət üzrə yaranır (Mülki Məcəllənin 1133-cü maddəsi). Mülki məcəllənin 1133.2-ci maddəsinə görə qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Mülki işin araşdırılması zamanı miras qoyanın vəsiyyətnamə qoymadığı müəyyən olunmuşdur. Həmin məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı qanun üzrə vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər. Həmin Məcəllənin 1159.1 və 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin məcəllənin 1159.1.3-ci maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin məcəllənin 1243.1-ci maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin məcəllənin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin məcəllənin 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan həmin məcəllənin 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə” xx.xx.2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə, həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Həmçinin həmin qərarda qeyd olunmuşdur ki, mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 99-cu maddəsində əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübutların aşağıdakılar ola biləcəyi qeyd edilmişdir: - vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; - mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; - mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; - mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; - miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər. Naxçıvan MR Babək Rayon İcra hakimiyyəti Nəzərabad kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 174 saylı arayışda Ərizəçi Babək rayonu, Nəzərabad kəndində pasport qeydiyyatında olması, həmçinin maraqlı şəxslərin izahatı əsasında faktiki olaraq şəxsin miras açıldıqdan sonra və hazırda orada yaşaması müəyyən olunur. Həmçinin iş materiallarına əlavə olunmuş Kommunal xidmətlər barədə qəbzlərdən və daşınmaz əmlakın icbari sığorta şəhadətnamələrindən X5 vəfatından sonra kommunal ödənişləri Ərizəçi ödədiyi müəyyən olunur. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizə ilə Ərizəçi xx.xx.2014-cü il tarixdə vəfat etmiş mərhum atası X3 irs qalmış bütün (yaşayış,(ev,mənzil və otaq),qeyri-yaşayış və torpaq sahələrindən, habelə digər əmlak hüquqlarından ibarət) mirasın qanun üzrə ona çatası hissəsini qəbul etdiyini və adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etdiyi müəyyən olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsində qeyd olunmuş “məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir” və 77.1-ci maddəsində əks olunmuş “hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir” normalarını tərəflərin nəzərinə çatdıran məhkəmə bildirir ki, yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən ərizəçi ərizənın əsasını təşkil edən halları, maraqlı şəxs isə etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması gedişində maraqlı şəxslər ərizəyə qarşı etirazını bildirməmiş, müəyyən olunması tələb olunan faktları izahatlarında təsdiq etmişlər. Konstitusiya Məhkəməsi Plenumunun Ə.Əfəndiyeva və N.Kərimovanın şikayəti üzrə 2012-ci il 5 oktyabr tarixli Qərarında göstərilmişdir ki, vərəsə miras əmlakın bir hissəsini mülki qanunvericilikdə nəzərdə tutulmuş əsasla (qanun üzrə və ya vəsiyyət üzrə) qəbul etdikdə, o, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, hamısını və ya ona çatası payın qəbul edilməsi kimi qiymətləndirilməlidir. Bu, vərəsələrin miras qalmış əmlakın qəbul edilməsi üçün əvvəl ifadə edilmiş iradəsini təsdiq edir, həmçinin həmin əmlaka onların qanuni əsaslarla əldə olunmuş mülkiyyət hüquqlarının davamlılığını və əsassız məhdudiyyətlər qoyulmadan həyata keçirilməsini təmin edir. Beləliklə mülki iş üzrə məhkəmə araşdırmasının nəticəsi olaraq məhkəmə iclasında hərtərəfli tədqiq olunmuş sübutlar (işdə iştirak edən şəxslərin izahatları və yazılı sübutlar) əsasında müəyyən olunmuşdur ki, Ərizəçi X3 miras qalan əmlakı onun ölümündən sonra mirasın qəbulu üçün qanunla nəzərdə tutulmuş müddət ərzində faktiki cəhətdən ələ keçirməklə ona sahib durmuş, bununla da faktiki sahiblik etmək üsulu ilə mirası qəbul etmişdir. Yuxarıda qeyd olunanları rəhbər tutaraq yekunda məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin olunmalı, xx.xx.2014-cü il tarixdə vəfat etmiş X3 miras qalmış Babək rayonu, Nəzərabad kəndində yerləşən 0.2248 ha yaşayış məntəqəsi təyinatlı torpaq sahəsi və onun üzərində olan 203.9 kv.m fərdi yaşayış evinin miras əmlak olaraq Ərizəçi tərəfindən faktiki qəbul olunması faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin olunsun. xx.xx.2014-cü il tarixdə vəfat etmiş X3 miras qalmış Babək rayonu, Nəzərabad kəndində yerləşən 0.2248 ha yaşayış məntəqəsi təyinatlı torpaq sahəsi və onun üzərində olan 203.9 kv.m fərdi yaşayış evinin miras əmlak olaraq Ərizəçi tərəfindən faktiki qəbul olunması faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Günay İsmayıl

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar