Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-76/2025 30.06.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X12 məhkəmə iclas katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı evdən məcburi çıxarılma tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı “05” dekabr 2024-cü ildə Babək Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məcburi qaydada çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən yerləşən iki otaqlı, 34.72 m2 yaşayış evini, 19 noyabr 2024-cü il tarixində alqı-satqı müqaviləsi əsasında almışam. Bundan sonra Azərbaycan Respublikası, Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında X17 xidmətinin Tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Hüquqi şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2024-cü il tarixli, ********** Qeydiyyat nömrəsi ilə qeydə alınmaqla adıma çıxarış verilmişdir. Qeyd etmək istəyirəm ki, mən qeyd olunan evi almaq üçün Şərur rayon Havuş kəndində düşmənlə yaxın məsafədə yerləşən kəndində öz razılığım ilə müəllimə işləyirəm əlavə olaraq altı övladım var. Övladlarımdan ikisi ali məktəbdə oxuyur, müəllim maaşım ilə neçə illərin birikimini yığıb evi almışam, evi almaqda məqsədimiz, uşaqlar iiçün kirayə tutduğumuz 500 manatdan azad olmaq idi. Evi alqı-satqı etdik, bundan sonra evin açarın Hüseynova Nuriyədən aldım və evdə kirayəçilərin olduğunu bildirdi. Bundan sonra mən evə getdim evdən qısa zamanda çıxmalarını bildirdim. X14 və Cavabdeh2 evdən çıxmayaraq mənə bildirdi ki, mən burda uzun müddətdir ki, yaşayıram və əlimdə sənətim var. Qeyd etmək istəyirəm ki, mənim mülkiyyətimdə olan ünvan 2 ünvanından X10 və Cavabdeh2 çıxarılmasını istəyirəm. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən evin texniki pasporta əsasən sahəsi 17.36 m2, faktiki ölçüsü 16.47 m2, hündürlüyü 2.70 metr olan 2 saylı yaşayış otağından çıxarılmaları həddində baxılması xahiş olunmuşdur. Məhkəmə tərəfindən mülki işə dəqiqləşdirilmiş iddia elementləri nəzərə alınaraq baxılması qərara alınmışdır. İddiaçı məhkəmə iclasında verdiyi izahatında 19 noyabr 2024-cü il tarixdə Babək rayonu,Şıxmahmud kəndində ev aldığını, bina evi olduğunu və 1-ci mərtəbədə yerləşdiyini, 3 azyaşlı uşağı ilə birlikdə Naxçıvan şəhərində kirayədə çətin vəziyyətdə yaşadıqlarını, 550 manat kirayə pulu ödədiyini, lakin mülkiyyətində olan evə gedə bilmədiyini, evi aldıqdan sonra Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Xidmətinin əməkdaşlarının mübahisəli otağın cavabdehlərin mülkiyyətində deyil, öz mülkiyyətində olduğunu bildirdiklərini, həmin otağın boşaldılmasını tələb etsə də Cavabdeh1 onu təhqir edib razılaşmadığını, cavabdehlərin həmin otağı adlarına keçirmək üçün müraciət etdiyini, lakin buna nail olmadıqlarını, evi alqı-satqı əsasında alıb 19 noyabr 2024-cü ildə öz adına rəsmiləşdirdiyini, 14 noyabr 2024-cü ildə isə evin əvvəlki mülkiyyətçisi ilə alqı-satqı barədə razılığa gəldiklərini və alqı-satqının baş tutduğunu, ev üçün 22000 manat ödəsə də vergi məsələlərinə görə müqavilədə evin qiymətinin 16000 manat olaraq göstərildiyini, satıcı ilə Daşınmaz Əmlak və Torpaq Məslələri üzrə Xidmətində razılaşdıqlarını və evin fotoşəkillərini gördüyünü, işləri çox olduğu üçün evə tam baxa bilmədiyini, əslində sənəd üzərində evin 2 otaqdan ibarət olduğunu, artırmalarla birlikdə baxarkən iki otağı faktiki olaraq gördüyünü və evi aldığını, daha sonra həmin otaqlardan birinin qeyri-qanuni artırma olduğunu, sənəd üzərində mövcud olan otağın isə cavabdehlərin sahibliyində olduğunu müəyyən etdiyini, evin bu şəkildə olduğunu bildiyi halda heç almağa razılaşmayacağını, əvvəlki mülkiyyətiçiyə bildirdikdə isə evi necə almışdısa o qaydada da satdığını bildirdiyini, cavabdehlərin onun mülkiyyətində olan otaqdan çıxarılmalarını istədiyini bildirmiş və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında verdiyi izahatında Sovet dövründən tütün vaxtından orada qaldığını, analıq məzuniyyətinə çıxanda həmin evi kredit götürüb aldığını və evin təmirini etdiyini, evi alanda 1 otaqdan ibarət olduğunu və sonra 1 otağı özlərinin artırdığını, iddiaçının isə hələ yeni gəldiyini bildirmiş, iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasında verdiyi izahatında onlardan əvvəl Nuriyyə xanımgilin 11 il həmin evdə qaldığını, 1982-ci ildən isə anasıgilin orada yaşamağa başladığını, bələdiyyənin vaxtilə order verib evi sənədləşdirəcəklərini bildirdiyini, sonra atasının əməliyyat olunduğunu və vəfat etdiyini, maddi imkanları olmadığını, özünün hərbi xidmətə getdiyini, bu səbəblərdən evi sənədləşdirə bilmədiklərini, aktda hazırda yaşadıqları evin 2048 manata alınması barədə qeyd olunduğunu, öz evlərinin 1 otaqdan ibarət olduğunu, daha sonra özləri 1 otaq da əlavə etdiklərini, iddiaçının evi alarkən onun neçə otaqdan ibarət olduğuna baxmadığını, 36 yaşı olduğunu, doğulan gündən həmin evdə yaşadığını, akta evin plansxeminin əlavə edilib-edilmədiyini bilmədiyini, əlllərində həmin aktdan başqa sənədin olmadığını bildirmiş, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən xx.xx.2024-cü il tarixdə X4 ünvan 3 ünvanında yerləşən 3 nömrəli mənzili İddiaçı satığı müəyyən olunur. Həmçinin iş materiallarında olan Azərbaycan Respublikası, Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Hüquqi şəxs Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2024-cü il tarixli, ********** Qeydiyyat nömrəsi ilə qeydə alınmış çıxarışın təsdiq olunmuş surətindən ünvan 3 ünvanında yerləşən 3 nömrəli mənzilin İddiaçı mülkiyyətində olması müəyyən edilir. Mülki işin mübahisəli halı iddiaçının mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 2 otaqdan ibarət olan 3 nömrəli mənzilin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 sahibliyində olub-olmaması və bu sahibliyə haqq qazandıran qanuni əsasın mövcud olub-olmamasıdır. Sözügedən halın araşdırılması üçün məhkəmə tərəfindən təyin edilmiş tikinti-texniki ekspertizasının nəticəsində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti xx.xx.2025-ci il tarixli, 211 nömrəli ekspert rəy ilə o nəticəyə gəlmişdir ki, mənzil üzrə 22 noyabr 2024-cü il tarixdə (inventar nömrəsi 596) tərtib olunmuş texniki pasportun göstəricilərinə əsasən 1 və 2 nömrəli yaşayış otaqlarının sahəsi 17,36 m2 yəni, tikilinin uzunu 5,60 metr, eni isə 3,10 metr olmaqla tərtib olunsa da mövcud vəziyyətdə sözügedən 1 nömrəli yaşayış otağının (hazırda 1 nömrəli yaşayış otağı İddiaçı, 2 nömrəli yaşayış otağı isə Cavabdeh1 istifadəsindədir) sahəsi 15,66 m2 olmaqla tikilinin uzunluğu 5,40 metr, eni isə 2,90 metr, 2 nömrəli yaşayış otağının sahəsinin isə 16,47 m2 olmaqla tikilinin uzunluğu 5,40 metr, eni isə 3,05 metr ölçülərdədir. Lakin mütəxəssis rəyinə istinadən İddiaçı adına tərtib edilmiş 596 inventar nömrəli texniki pasporta əsasən ümumi sahəsi 34,72 m2 olan (1 və 2 saylı yaşayış otağı) mənzilin sahəsi 17,36 m2, faktiki ölçüsü isə 16,47 m2 olan yaşayış otağı (2 saylı otaq) haliyyədə cavabdehlər Cavabdeh1 və X9 istifadəsindədir. Təyin edilməsi və keçirilməsi zamanı prosessual pozuntu aşkar edilmədiyindən məhkəmə ekspert rəyini sübut kimi qəbul edilən hesab edir. Tərəflərin və ekspertin iştirakı ilə ekspert rəyinin yerində tədqiqi zamanı həqiqətən də İddiaçı mülkiyyətində olan sənəd üzrə sahəsi 17,36 m2, faktiki ölçüsü isə 16,47 m2 olan yaşayış otağının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 istifadəsində olması, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçının çıxarılmasını tələb etdiyi ona məxsus olan mənzilin 2 saylı otağında yaşadıqları mübahisəsiz qaydada müəyyən olunmuşdur. İddia tələbinin qanuni əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Hazırki vəziyyətdə cavabdehlərin iddiaçının mülkiyyətində olan əmlaka etdikləri sahibliyin qanuniliyi məhkəmə araşdırması zamanı müəyyən olunmamış, cavabdehlər tərəfindən bunun əksi sübuta yetirilməmişdir. Cavabdeh2 məhkəməyə təqdim etdiyi X24 Komissiyasının 17 yanvar 1998-ci il tarixli 10/AK-1 nömrəli iclas protokolu ilə təsdiq edilmiş əmlakdan pay haqqının verilməsi barədə 17 nömrəli aktdan isə müəyyən olunur ki, təsərrüfatdan əmlak payı almaq hüququna malik olan Cavabdeh2 Babək rayonu Şıxmahmud kəndində yaşayış binasından sahəsi 16 m2, dəyəri isə 2048.4 manat olan 1 əmlak payı verilmişdir. Göründüyü kimi həmin aktla Cavabdeh2 1 əmlak payı, yəni 1 otaq verilmiş, həmin akt əmlaka mülkiyyət hüququnu təsdiq edən mülkiyyətə dair şəhadətnamənin verilməsi üçün əsas təşkil etsə də müvafiq müraciət edilmədiyindən reyestrdə qeydiyyata alınmamış, həmçinin akta hər hansı plan sxem əlavə edilməmiş, belə olan halda isə verilmiş otağın mənzildə tutduğu yer müəyyən olunmamışdır. Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən xx.xx.2025-ci il tarixli, 04/454 nömrəli məktubla verilmiş mütəxəssis rəyində bildirilmişdir ki, mübahisə ilə bağlı arxiv sənədləri araşdırılan zaman məlum olmuşdur ki, X13 xx.xx.1999-cu il tarixli, 18 nömrəli “Əmlakdan pay haqqının verilməsi barədə’’ aktı əsasında Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ümumi sahəsi 34,72 m2 olan mənzilə dair 27.10.201-ci il tarixdə 596 inventar nömrəli texniki pasport tərtib edilmiş və mənzil xx.xx.2011-ci il tarixdə X6 adına qeydiyyat alınmışdır. X3 rayon DNK-nın xx.xx.2012-ci il tarixli, 4Ə2-320 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında həmin mənzili X1. Daşınmaz əmlakın dövlət reyestrində mənzil xx.xx.2018-ci il tarixdə X4 adına qeydiyyata alınmışdır. X2 “ASAN xidmət“ mərkəzində notariat ofisinin xx.xx.2024-cü il tarixli 4Ə-2131 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında mənzili İddiaçı satmışdır. İddiaçı daşınmaz əmlaka dair təkrar texniki pasportun verilməsi və hüquqların dövlət qeydiyyatı haqqında xx.xx.2024-cü il tarixli, ********** ərizəsi əsasında ümumi sahəsi 34,72 m2 olan mənzil xx.xx.2024-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınmışdır. Babək Rayon Məhkəməsinin icraatında olan 2(079)-76/2025 nömrəli mülki işlə əlaqədar mənzilə baxış keçirilmiş və məlum olmuşdur ki, İddiaçı adına tərtib edilmiş 596 inventar nömrəli texniki pasportda göstərilən, sahəsi 17,36 m2 olan ( faktiki ölçüsü 16,47 m2 olan) otaq haliyyədə Cavabdeh1 və X9 istifadəsindədir. Həmçinin müəyyən edilmişdir ki, mülkiyyətçilər hüquqmüəyyənedici sənədlərdən kənara çıxaraq ərazidə qanunsuz tikili aparmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə görə, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Belə olan halda isə iddiaçının düzgünlüyü və tamlığı prezumpsiyası olan Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmış mülkiyyət hüququna olan müdaxilə aradan qaldırılmalı və cavabdehlərin qanunsuz sahibliyində olan mənzil iddiaçıya qaytarılmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi bir çox qərarlarında vurğulamışdır ki, mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Göründüyü kimi konstitusiya mülkiyyət hüququnu təsbit etməklə yanaşı, həmin hüququn effektiv vasitələrlə təmin olunmasına da zəmanət vermişdir. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında qeyd edilir ki, “mülkiyyət hüququ” Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsi ilə müəyyən edilir ki, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə bildirir ki, mülki və əşya hüquqlarının mülki-hüquqi müdafiəsinin üsullarından biri əşya-hüquqi müdafiə üsuludur. Bu müdafiə üsulu isə 3 növ iddianın verilməsi ilə həyata keçirilə bilər ki, bunlardan da biri vindikasiya iddiadır. Yəni mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Bundan əlavə mülkiyyət hüququnun müdafiəsi əsasları Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157-ci maddəsi ilə tənzimlənir. Həmin Məcəllənin 152.5 və 152.6-cı maddələrinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Bundan başqa məhkəmə onu da bildirir ki, istər İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsindən, istərsə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsindən aydın olur ki, mülkiyyət hüququ mütləq hüquq deyil, o məhdudlaşdırıla bilən hüquqdur. Bu məhdudiyyət isə qanuni və əsaslı olmalıdır. ünvan 3 ünvanında yerləşən iki otaqlı, 34.72 m2 olan 3 nömrəli mənzilin həmçinin İddiaçı xüsusi mülkiyyətində olması və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hər hansı qanuni əsas olmadan həmin mənzildə yaşaması müəyyən olunduğundan məhkəmə sonunculara münasibətdə iddia tələbini mülkiyyət hüququnun müdafiəsinə yönəlmiş hüquqi addım hesab edir və əsaslı olması qənaətinə gəlir. Sonda məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən, İddiaçı xüsusi mülkiyyətində olan mənzilin texniki pasporta əsasən sahəsi 17.36 m2, faktiki ölçüsü 16.47 m2, hündürlüyü 2.70 metr olan 2 saylı yaşayış otağından məcburi qaydada çıxarılmalıdır. MPM-in 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115.0.1-ci maddəsinə görə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. MPM-in 119.1-cü maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə belə hesab edir ki, iddia təmin edildiyindən Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən (məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir) iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 100 manat (bir yüz) dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Həmçinin iş üzrə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə-tikinti texniki ekspertizasının ümumi dəyəri olan 50 (əlli) manat ekspertiza xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq X19 MR İdarəsinin AZ88NABZ******************** nömrəli müxbir hesabına ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin olunsun. Azərbaycan Respublikası, Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Hüquqi şəxsin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2024-cü il tarixli, ********** nömrəli çıxarış əsasında İddiaçı xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, texniki pasporta əsasən sahəsi 17.36 m2, faktiki ölçüsü 16.47 m2, hündürlüyü 2.70 metr olan 2 saylı yaşayış otağından Cavabdeh1 və Cavabdeh2 məcburi qaydada çıxarılsın. İddia qaldırılan zaman ödənilmiş 100 manat (bir yüz) dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq iddiaçıya ödənilsin. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-tikinti texniki ekspertizasının ümumi dəyəri olan 50 (əlli) manat ekspertiza xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq X19 MR İdarəsinin AZ88NABZ******************** nömrəli müxbir hesabına ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Günay İsmayıl.
Məhkəmə qərarları › İş №2(079)-76/2025
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-76/2025
30.06.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver