Məhkəmə qərarları › İş №2(079)-775/2025

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-775/2025

13.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-775/2025 13.01.2026 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X8 məhkəmə iclas katibliyi, Ərizəçi, Maraqlı şəxs2, şahidlər Şahid1 və Şahid2 iştirakı ilə, Ərizəçi Maraqlı şəxs1 və Maraqlı şəxs2 qarşı miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Ərizəçi “25” noyabr 2025-ci il tarixdə Babək Rayon Məhkəməsinə mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə müraciət edərək X9 mülkiyyətində olan Naxçıvan Muxtar Respublikası Babək rayonu, Yarımca kəndində yerləşən 0.1885 ha torpaq sahəsi və üzərində inşa olunmuş fərdi yaşayış evinin onun tərəfindən miras əmlak olaraq faktiki qəbul edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, X5 26 sentyabr 2022-ci il, anam X18 qizı isə 11 mart 2017-ci il tarixlərdə ölmüşlər. Onların arasında 20 oktyabr 1967-ci il tarixdə bağlanmış nikahlarından mənimlə birlikdə 4 nəfər uşaqları doğulmuşdur. X9 adları aşağıda göstərilən vərəsələri vardır: xx xxxxxxxx 1968-ci il təvəllüdlü X10, xx xxxxxx 1969-cu il təvəllüdlü Maraqlı şəxs1, Ərizəçi (18 fevral 1972-ci il tarixdo dogulub. 02 mart 1972-ci il tarixdə ölüb), xx xxxxxx 1973-cü il təvəllüdlü Ərizəçi. X5 26 sentyabr 2022-ci il tarixdə öldükdən sonra onun Naxçıvan MR, Babak rayonu, Yarımca kəndində yerləşən həyətyanı torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evi miras qalmışdır. Həmin həyətyanı torpaq sahəsi Daşınmaz Əmlak tərəfindən qeydə alinsada üzərində inşa olunmuş fərdi yaşayış evi qeydə alınmamışdır. Torpaq sahəsi 03 noyabr 2014-cü il tarixdə Naxçıvan MR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində ********** qeydiyyat ve 2953 nömrə ilə qydə alınıb, X5na çıxarış verilmişdir. Sözügedən həyətyanı torpaq sahəsi və üzərində qeydə alımmamış fərdi yaşayış evini mən miras əmlak kimi faktiki olaraq qəbul edib, orada ailə üzvlərimlə birlikdə yaşamaqla torpaq sahəsini istifadə edərək əkib-becərmişəm. Hal-hazırda da məniın istifadəmdədir. Atam X1, qardaşım Müşviq və bacım Zülfiyyə ailə qurub bizdən ayrılıb gedərək öz evlərində yaşamışlar. Hazırda miras əmlak olaraq qəbul etdiyim həyətyanı torpaq sahəsinə görə bələdiyyə əmlak vergisini ödəmişəm. Bu günə hər hansı bir borcu yoxdur. Hal-hazırda isə qardaşım Müşviq və bacım Zülfiyyə miras əmlakın mənim tərəfimdən qəbul edilməklə adıma rəsmiləşdirilməsi barədə fikirlərini bildirməkdən yayınırlar. Buna görə də ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışam. İstəyirəm ki, məhkəmə qaydasında öz həllini tapsın. Buna görə də mirasın qəbulu ilə bağlı müvafiq şəhadətnamə verilmosi üçün Naxçıvan MR Babək rayon Notariat Ofisinə müraciət etdim, Lakin Naxçıvan MR Babək rayon Notariat Ofisinin 27 oktyabr 2025-ci il tarixli, 281/2025 nömrəli imtina qərarında mirasın faktiki qəbulunun məhkəmə tərəfindən müəyyən olunduğu üçün məhkəməyə müraciət etməyim tövsiyyə olunmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Maraqlı şəxs1 məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələbini rəhbər tutmaqla işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Ərizəçi məhkəmə iclasında verdiyi izahatında miras qalmış evdə atası və anasının yaşadığını, onların vəfat etdiyini, hazırda evdə özü və ailə üzvlərinin yaşadığını, qardaş və bacısının ayrı evlərinin olduğunu və onların həmin evlərdə yaşadıqlarını, miras qalmış əmlakın onun tərəfindən qəbul edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdiyini, anası X4 11 mart 2017-ci ildə vəfat etdiyini, atası X9 isə 26 sentyabr 2022-ci il tarixdə vəfat etdiyini, mirasın atası Aydın Qocayevdən qaldığını, maraqlı şəxslər Maraqlı şəxs1 qardaşı, Maraqlı şəxs2 isə bacısı olduğunu, başqa bacı və qardaşının olmadığını, dünyaya gəlməmişdən əvvəl Nail adında qardaşının dünyaya gəldiyini, onun 1972-ci ildə doğulduğunu və həmin ildə də vəfat etdiyini, həm atasının sağlığında, həm də vəfat etdikdən sonra həmin evdə özü və ailə üzvlərinin yaşadığını, 1995-ci ildə ailə qurduğunu, həmin vaxtdan ailəsi ilə birlikdə həmin evdə yaşadığını, mərhum qardaşı Nailin adının ona verildiyini, atasının ölümündən sonra bacı və qardaşının evə gəlib yaşamadıqlarını, notarius müddəti keçirdiyi üçün mirasın qəbulundan imtina etdiyini, evin kommunal xərclərini özünün ödədiyini, əvvəllər kommunalların atasının adına olduğunu, sonradan onun adına keçdiyini bildirmişdir. Maraqlı şəxs2 məhkəmə iclasında verdiyi izahatında mirasın qardaşı Ərizəçi tərəfindən qəbul edilməsinə etiraz etmədiyini, anasının 2017-ci ildə, atasının isə 2022-ci ildə vəfat etdiklərini, o evdən o həyətədən onlara heç nəyin lazım olmadığını, atası vəfat edərkən qardaşı Nailin o evdə yaşadığını, özünün 1986-cı ildə ailə həyatı qurub o evdən çıxdığını, digər qardaşı Müşfiqin atası vəfat edərkən o evdə yaşamadığını bildirmişdir. Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində ərizəçinin əmioğlusu olduğunu, Nailin ata-anasının o evdə yaşadıqlarını, onlar vəfat etdikdən sonra Nailin həmin evdə yaşadığını, böyük qardaşı Müşfiqin öz evinin olduğunu, həmin kənddə 5 il qaz pulu yığdığına görə kənddəki ailələrin tərkibini bildiyini, əmisinin 2-3 il bundən əvvə rəhmət etdiyini, yas mərasimində iştirak etdiyini, yasın əmisinin öz yaşadığı evdə keçirildiyini, həmin vaxt evdə Nailin öz ailəsi ilə birlikdə yaşadığını, Zülfüyyənin və Müşfiqin hərəsinin öz evlərinin olduqlarını, hal-hazırda da Nailin ailəsi ilə birlikdə həmin evdə yaşadığını bildirmişdir. Şahid2 məhkəmə iclasında verdiyi ifadəsində ərizəçinin qonşusu olduğunu, 1997-ci ildən həmin kənddə yaşadığını, həmin vaxtdan o ailənin həmin evdə yaşadıqlarını, ərizəçinin qardaşının şəhərdə, bacısının isə Badaşqan kəndində yaşadığını, ataları Aydın kişininin təxminən 5 il olar əvvəl rəhmətə getdiyini, həmin yas mərasimində iştirak etdiyini, yasın Aydın kişinin öz evində saxlanıldığını, Aydın kişidən sonra Ərizəçi ailəsi ilə birlikdə həmin evdə yaşadıqlarını, onun qardaşı və bacısının o evdə yaşamadıqlarını, hal-hazırda da Nailin ailəsi ilə birlikdə o evdə yaşadığını bildirmişdir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmış, məhkəmə iclasında tədqiq olunmuş sübutlar və şahid ifadələri əsasında belə nəticəyə gəlmişdir ki, X6 Babək rayonu, Yarımca kəndində 0.1885 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinin miras qalması, mirasın X9 xx.xx.2022-ci ildə vəfat etməsi ilə açılması, onun sağ qalan birinci növbə vərəsələrinə Maraqlı şəxs2, Maraqlı şəxs1, Ərizəçi daxil olması, birinci növbə vərəsələrdən X3 xx.xx.2017-ci il tarixdə, Ərizəçi xx.xx.1973-cü il tarixdə vəfat etməsi və miras qoyan tərəfindən vəsiyyətnamə qoyulmaması mülki işin mübahisəsiz hallarıdır. Belə ki, ərizəyə əlavə edilmiş; - xx.xx.1967-ci il tarixli, İ-İE seriyalı, 240795 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən X16 ilə X7 arasında xx.xx.1967-ci il tarixdə nikah bağlanması, bunun nikah akt qeydləri kitabında 5 nömrə ilə qeydə alınması; - Babək Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, AZ-İ seriyalı, 871932 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən X11 xx.xx.2022ci ildə vəfat etməsi, bunun ölüm haqqında akt qeydləri kitabında 226 nömrə ilə qeydə alınması; - Babək Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, AZ-İ seriyalı, 701306 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən X3 xx.xx.2017-ci ildə vəfat etməsi, bunun ölüm haqqında akt qeydləri kitabında 19 nömrə ilə qeydə alınması; - Babək Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 05/09İS/126297-25 nömrəli arayışdan xx.xx.2022-ci il tarixdə vəfat etmiş X9 birinci növbə vərəsələrinə X7, Maraqlı şəxs2, Maraqlı şəxs1, Ərizəçi və Ərizəçi daxil olması; - Naxçıvan “ASAN xidmət” mərkəzinin Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2025ci il tarixli, 5512 nömrəli arayışdan atası X16, anası X12 olan Maraqlı şəxs1 xx.xx.1969-cu il tarixdə doğulması, bunun doğum haqqında akt qeydləri kitabında 58 nömrə ilə qeydə alınması; - Naxçıvan rayonu Yarımca kənd Soveti tərəfindən verilmiş xx.xx.1968-ci il tarixli, AZ seriyalı, ******* nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən atası X16, anası X7 olan Maraqlı şəxs2 xx.xx.1968-ci il tarixdə doğulması, bunun doğum haqqında akt qeydləri kitabında 68 nömrə ilə qeydə alınması; - Babək Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, AZ-B seriyalı, 168121 nömrəli doğum kitabından çıxarışdan atası X16, anası X12 olan Ərizəçi xx.xx.1972-ci il tarixdə doğulması, bunun doğum haqqında akt qeydləri kitabında 13 nömrə ilə qeydə alınması; - Babək Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, İİ-İE seriyalı, 382530 nömrəli ölüm kitabından çıxarışdan Ərizəçi xx.xx.1972-ci il tarixdə vəfat etməsi, bunun ölüm akt qeydləri kitabında 07 nömrə ilə qeydə alınması; - Babək Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, İ-JQ seriyalı, 419124 nömrəli doğum kitabından çıxarışdan atası X16, anası X7 olan Ərizəçi xx.xx.1973-cü il tarixdə doğulması, bunun doğum haqqında akt qeydləri kitabında 11 nömrə ilə qeydə alınması; - Naxçıvan Muxtar Respublikasının "Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli, xx.xx.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan Babək rayonu, Yarımca kəndində 0.1885 ha torpaq sahəsinin X11 tam mülkiyyətində olması müəyyən olunur. Mülki iş materiallarından aydın olur ki, Ərizəçi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə dair müraciətinə cavab olaraq Babək rayon Notariat ofisinin 27 oktyabr 2025-ci il tarixli, 281/2025 nömrəli notariat hərəkətinin aparılmasından imtina edilməsi haqqında qərarla şəhadətnamənin verilməsindən qanunla nəzərdə tutulmuş müddət keçdiyindən imtina olunmuş, məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi və digər tərəfdən vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə görə vərəsəlik anlayışı altında, ölmüş şəxsin əmlakının qanun üzrə və ya vəsiyyət üzrə, yaxud hər iki əsasla başqa şəxslərə (vərəsələrə) keçməsi başa düşülür. Vərəsəlik münasibətləri miras qoyanla vərəsələr arasında qanunda nəzərdə tutulmuş əsaslar üzrə, yaxud miras qoyanın iradəsinə əsaslanan vəsiyyət üzrə yaranır (Mülki Məcəllənin 1133-cü maddəsi). Mülki məcəllənin 1133.2-ci maddəsinə görə qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Mülki işin araşdırılması zamanı miras qoyanın vəsiyyətnamə qoymadığı müəyyən olunmuşdur. Həmin məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı qanun üzrə vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər. Həmin Məcəllənin 1159.1 və 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin məcəllənin 1159.1.3-ci maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin məcəllənin 1243.1-ci maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin məcəllənin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin məcəllənin 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan həmin məcəllənin 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə” xx.xx.2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə, həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Həmçinin həmin qərarda qeyd olunmuşdur ki, mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 99-cu maddəsində əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübutların aşağıdakılar ola biləcəyi qeyd edilmişdir: - vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; - mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; - mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; - mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; - miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər. Naxçıvan MR Babək Rayon Bəbək bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 57 nömrəli arayışa əsasən Ərizəçi mərhum atası X11 ölümündən sonra ona məxsus Babək rayonu, Yarımca kəndində yerləşən yaşayış evinin bütün vergi və digər xərclərini ödəyib və evi mütəmadi istifadə edib. Naxçıvan MR Babək Rayon İcra Hakimiyyəti Yarımca kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 612 nömrəli arayışdan aydın olur ki, Ərizəçi Babək rayonu, Yarımca kəndində qeydiyyatdadır və yaşayır. Naxçıvan Regional “ASAN xidmət” mərkəzi. Kommunal (Qaz) Xidməti tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan aydın olur ki, xx.xx.2017-ci ildə Ərizəçi adına bağlanmış və həmin ildən qaz ödənişləri Ərizəçi tərəfindən ödənilir. Naxçıvan Regional “ASAN xidmət” mərkəzi. Kommunal (İşıq) Xidməti tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 83 nömrəli arayışdan aydın olur ki, sayğac nömrəsi 20859832 olan elektron tipli elektrik sayğacının müqaviləsi mərhum X17 adına bağlanmışdır. Ödənişlər mərhum X13 adına ödənilir.Sonuncu ödəniş xx.xx.2025-ci il tarixində ödənilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsində qeyd olunmuş “məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir” və 77.1-ci maddəsində əks olunmuş “hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir” normalarını tərəflərin nəzərinə çatdıran məhkəmə bildirir ki, yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən ərizəçi ərizənın əsasını təşkil edən halları, maraqlı şəxs isə etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması gedişində maraqlı şəxslər ərizəyə qarşı etirazını bildirməmiş, Maraqlı şəxs1 və Maraqlı şəxs2 tərəfindən məhkəməyə ünvanlanmış ərizələrdə Ərizəçi miras əmlakın qəbulu faktına dair ərizəsini qəbul etdiklərini bildirmişlər. Konstitusiya Məhkəməsi Plenumunun Ə.Əfəndiyeva və N.Kərimovanın şikayəti üzrə 2012-ci il 5 oktyabr tarixli Qərarında göstərilmişdir ki, vərəsə miras əmlakın bir hissəsini mülki qanunvericilikdə nəzərdə tutulmuş əsasla (qanun üzrə və ya vəsiyyət üzrə) qəbul etdikdə, o, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, hamısını və ya ona çatası payın qəbul edilməsi kimi qiymətləndirilməlidir. Bu, vərəsələrin miras qalmış əmlakın qəbul edilməsi üçün əvvəl ifadə edilmiş iradəsini təsdiq edir, həmçinin həmin əmlaka onların qanuni əsaslarla əldə olunmuş mülkiyyət hüquqlarının davamlılığını və əsassız məhdudiyyətlər qoyulmadan həyata keçirilməsini təmin edir. Beləliklə mülki iş üzrə məhkəmə araşdırmasının nəticəsi olaraq məhkəmə iclasında hərtərəfli tədqiq olunmuş sübutlar (yazılı sübutlar və şahid ifadələri) əsasında müəyyən olunmuşdur ki, Ərizəçi X6 miras qalan əmlakı miras qoyanın ölümündən sonra mirasın qəbulu üçün qanunla nəzərdə tutulmuş müddət ərzində faktiki cəhətdən ələ keçirməklə ona sahib durmuş, bununla da faktiki sahiblik etmək üsulu ilə mirası qəbul etmişdir. Yuxarıda qeyd olunanları rəhbər tutaraq yekunda məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin olunmalı, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X6 miras qalmış Babək rayonu, Yarımca kəndində yerləşən 0.1885 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinin miras əmlak olaraq Ərizəçi tərəfindən faktiki qəbul olunması faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin olunsun. xx.xx.2022-ci il tarixdə vəfat etmiş X6 miras qalmış Babək rayonu, Yarımca kəndində 0.1885 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinin miras əmlak olaraq Ərizəçi tərəfindən faktiki qəbul olunması faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar