Məhkəmə qərarları › İş №2(079)-776/2025

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-776/2025

09.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-776/2025 09.02.2026 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X13 məhkəmə iclas katibliyi, Ərizəçi, şahidlər Şahid1, Şahid2 və Şahid3 iştirakları ilə, Ərizəçi Maraqlı şəxs1nə qarşı miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Ərizəçi “26” noyabr 2025-ci il tarixdə Babək Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək 26 iyun 2003-cü il tarixdə Cəhri kəndində vəfat etmiş anası Qəmbərova Şəkər Fərəс qızından miras qalmış əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X2 Əvəz Vəli oğlu ilə xx.xx.1962-ci il tarixdə nikaha girmişlər, birgə nikahdan Ərizəçi, X17, X14 dünyaya gəlmişdir. xx.xx.1970-ci il tarixdə biz uşaq olarkən atam anamdan ayrılmış, mən bacılarımla anamın himayəsində yaşamışıq, yetkinlik yaşına çatdıqdan sonra bacılarım ailə qurmuş, Bakı şəhərində yaşayırlar, mən isə X4 ilə ailə quraraq Babək rayon Cəhri kəndində anamla birgə yaşayaraq, birgə təsərrüfat idarə etmişik, anam X20 26 iyun 2003-cü il tarixdə Cəhri kəndində vəfat (xx.xx.2003-cü il tarixdə ölüm kitabının 31-ci səhifəsində qeyd olunub) edib. Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reystrindən ÇİXARİŞLARA əsasən anam X10 adına Babək rayon Cəhri qəsəbəsində 4\1 hesabı ilə torpaq payı vardır. 0.2566 hektar, Daşınmaz əmlak reyestr nömrəsi: **********82, Hüquq sahibləri X20, Ərizəçi, X4, X5 adına xx.xx.2025-ci il tarixdə ********** paylar qeydiyyata alınmış, Daşınmaz Əmlak Dövlət Əmlak Reyestrində 21/53 nömrəli reyestr kitabının 10365 nömrəli vərəqəsində qeydiyyata alınmış, xüsusi mülkiyyətdə olan, Kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi; 0.2508 hektar, Daşınmaz əmlak reyestr nömrəsi: **********83, Hüquq sahibləri X20, Ərizəçi, X4, X5 adına xx.xx.2025-ci il tarixdə ********** paylar qeydiyyata alınmış, Daşınmaz Əmlak Dövlət Əmlak Reyestrində 21/53 nömrəli reyestr kitabının 10366 nömrəli vərəqəsində qeydiyyata alınmış, xüsusi mülkiyyətdə olan, Kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi; 0.1016 hektar, Daşınmaz əmlak reyestr nömrəsi: **********80, Hüquq sahibləri X20, Ərizəçi, X4, X5 adına xx.xx.2025-ci il tarixdə ********** nömrə ilə paylar qeydiyyata alınmış, Daşınmaz Əmlak Dövlət Əmlak Reyestrində 21/54 nömrəli reyestr kitabının 10380 nömrəli vərəqəsində qeydiyyata alınmış, xüsusi mülkiyyətdə olan, Yaşayış məntəqəsini torpaqları sahəsi və 0.0702 hektar, Daşınmaz əmlak reyestr nömrəsi: **********75, Hüquq sahibləri X20, Ərizəçi, X4, X5 adına xx.xx.2025-ci il tarixdə ********** nömrə ilə payları qeydiyyata alınmış, Daşınmaz Əmlak Dövlət Əmlak Reyestrində 21/53 nömrəli reyestr kitabının 10371 nömrəli vərəqəsində qeydiyyata alınmış, xüsusi mülkiyyətdə olan, Yaşayış məntəqəsini torpaqları sahəsi. X3, X14 miras əmlakdan imtina barədə notarial qaydada Ərizə vermişlər. Qeyd edilən torpaq sahəsində anam yaşadığı müddətdə palçıqdan tikilmiş 3 otaqlı ev olmuş, vərəsə əmlakı faktiki qəbul etdikdən sonra həmin ev tərəfimdən sökülmüş, yerində 2 mərtəbəli, müasir tələblərə cavab verən yaşayış evi tikilmiş, tikiliyə çıxarış alınmayıb. Hazırda ailə üzlərimlə birgə qeyd edilən evdə yaşamaqla, anamdan qalmış torpaq payları şəklində olan mirası faktiki olaraq qəbul etmişəm. Cəhri kəndində qeydiyyatdayam. Eyni zamanda bu müddət ərzində miras əmlaka baxım və quluq mənim tərəfimdən aparılmış, vergi və digər kommunal xidmətlərin haqqı mənim tərəfimdən ödənilmişdir. Ötən müddət ərzində miras əmlakı faktiki qəbul etdiyimdən həmin əmlakın mənə məxsus olduğunu bilmiş, lakin müxtəlif səbəblərdən bu hüquqlarımı rəsmiləşdirməmişdim. xx.xx.2025-ci il tarixdə Maraqlı şəxs1nə vərəsəlik açılması və vərəsəlik haqında şəhadətnamənin verilməsi barədə müraciət etmişəm, Notariusun xx.xx.2025-ci il tarixli, 206 saylı cavab məktubunda bildirilmişdir ki, Qanunla nəzərdə tutulan 6 aylıq müddət buraxıldığına görə faktiki payın qəbul olunması və payın müəyyən edilməsi məhkəmə tərəfindən təyin olunur, məhkəmə orqanlarına müraciət edə bilərsiniz. Baxmayaraq ki, anamdan qalmış miras əmlak uzun zamandır ki, faktiki olaraq mənim tərəfimdən qəbul edilmişdir. Hazırki vəziyyətdə isə vərəsəlik hüquqlarımın başqa yolla bərpası mümkün olmadığından müvafiq ərizə ilə məhkəməyə müraciət edirəm. Hesab edirəm ki, ərizəm əsaslı olduğundan təmin edilməli və mərhum anamdan qalmış mirasın mənim tərəfimdən qəbul edilməsi faktı tanınmalıdır. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə mülki iş üzrə Maraqlı şəxs2 və Maraqlı şəxs3 maraqlı şəxs qismində işə cəlb edilmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxslər Azərbacan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs1, Maraqlı şəxs2 və Maraqlı şəxs3 məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələbini rəhbər tutmaqla işə maraqlı şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Ərizəçi məhkəmə iclasında verdiyi izahatında valideynlərinin 1962-ci ildə ailə həyatı qurduğunu, onların birgə nikahlarından 3 uşaq dünyaya gəldiyini, atası ilə anası ayrıldıqdan sonra anası ilə yaşadığını, atası X19 şəhərində vəfat etdiyini, amma neçənci ildə vəfat etməsini bilmədiyini, bacıları X17 və X6 ailə qurub Bakı şəhərində yaşadığını, həmin miras əmlakda anası ilə özünün yaşadığını, anasının 2003-cü ildə vəfat etdiyini, məlumatsızlıqdan mirasın qəbulu ilə bağlı 6 ay müddətində notariat ofisinə müraciət etmədiyini, Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışlara əsasən miras qalan torpaq paylarının anası X21, özü və bacıları X17 və X6 adına qeydiyyata alındığını, həmin torpaqlardan ikisinin həyətyanı, digər ikisinin isə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olduğunu, anasının ölümündən sonra həmin miras əmlakda yaşadığını, təsərrüfatını idarə edib, kommunal xərclərini ödədiyini, bacısı X6 1998-ci ildə, X7 isə 2000-ci ildə həmin miras əmlakı tərk etdiyini, hazırda 0,0702 hektar torpaq sahəsi üzərində ev yerləşdiyini, kənd təsərrüfat təyinatlı torpaq sahələrini isə istifadə etmədiklərini, suyun vəziyyəti ilə əlaqədar miras əmlakda yaşamaqda çətinlik çəkdiyini, hazırda Naxçıvan şəhərindəki evində qalsa da, həftədə 2-3 dəfə gedib miras əmlakdakı həyətə və evə baş çəkdiyini bildirirərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Şahid2 məhkəmə iclasında verdiyi ifadəsində ərizəçinin onun atasının bibisi oğlu olduğunu, qohum olduqlarını, Cəhri qəsəbəsində yaşadığını, ərizəçinin miras qalmış əmlakda anası ilə birlikdə yaşadığını, mirasın ərizəçinin anası Şəkərdən qaldığını, onun ölüm tarixini bilmədiyini, amma yas mərasimində iştirak etdiyini, yas mərasiminin də miras əmlakda baş tutduğunu, hazırda ərizəçinin öz ailəsi ilə həmin miras qalmış evdə yaşadığını, ərizəçinin bacılarının miras əmlakdakı evə qonaq kimi gəlib-getdiyini, daimi qalmadıqlarını bildirmişdir. Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində ərizəçi ilə qonşu olduqlarını, ərizəçinin anası ilə birlikdə yaşadığını, uzun müddət ərizəçinin miras əmlakda yaşadığını, ərizəçinin bacılarının Bakıda yaşadığını, 2003-cü ildə şəkər xalanın vəfat etdiyini, öz əmisinin də həmin yas günü rəhmətə getdiyini, ərizəçinin özünün anasının yasını götürdüyünü, ərizəçinin hazırda Cəhridəki evdə daimi yaşamadığını, həftəsonları gəlib həyətə və evə nəzarət etdiyini bildirmişdir. Şahid3 məhkəmə iclasında verdiyi ifadəsində uzun müddətdir ki, ərizəçi ilə qonşu olduqlarını, Şəkər xanımın 20 ilə yaxındır ki, vəfat etdiyini, sağlığında ərizəçinin bacılarının evlənib evdən ayrıldığını, ərizəçinin isə hazırda Cəhridəki evdə daimi yaşamadığını, Naxçıvan şəhərində qaldığını, amma həftə sonları ərizəçinin gəlib həyətə və evə nəzarət etdiyini, tinglər gətirib həyətdə əkdiyini bildirmişdir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmış, məhkəmə iclasında tədqiq olunmuş sübutlar əsasında belə nəticəyə gəlmişdir ki, X8 Babək rayon Cəhri qəsəbəsində yerləşən 0.2566, 0.2508 0.1016 və 0.0702 hektar torpaq sahələri üzrə payların miras qalması, mirasın X11 xx.xx.2003-cü ildə vəfat etməsi ilə açılması, onun sağ qalan birinci növbə vərəsələrinə Ərizəçi, Maraqlı şəxs2 və Maraqlı şəxs3 daxil olması, miras qoyan tərəfindən vəsiyyətnamə qoyulmaması mülki işin mübahisəsiz hallarıdır. Belə ki, ərizəyə əlavə edilmiş; - Babək rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, İ-İE seriyalı, 211606 nömrəli nikah akt qeydləri kitabından çıxarışdan X22 ilə X21 arasında xx.xx.1962-ci il tarixdə nikah bağlanması, bunun nikah akt qeydləri kitabında 08 nömrə ilə qeydə alınması; - Babək rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli çıxarışdan X22 ilə X21 arasındakı nikahın xx.xx.1970-ci il tarixdə pozulması, bunun nikahın pozulması akt qeydləri kitabında 14 nömrə ilə qeydə alınması; - Babək rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, Az-İ seriyalı, 012520 nömrəli ölüm akt qeydindən çıxarışa əsasən Qənbərova Şəkər Fərəс qızının xx.xx.2003-cü il tarixdə vəfat etməsi, bunun ölüm akt qeydləri kitabında 31 nömrə ilə qeydə alınması; - Babək rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 05/09İS/079622-25 nömrəli arayışdan xx.xx.2003-cü il tarixdə vəfat etmiş Qənbərova Şəkər Fərəс qızının birinci növbə vərəsələrinə Ərizəçi, Maraqlı şəxs2 və Maraqlı şəxs3 daxil olması; - Babək rayon Qeydiyyat şöbəsi tərəfindən verilən xx.xx.2025-ci il tarixli, AZ-V seriyalı, 216708 nömrəli doğum akt qeydləri kitabından çıxarışından atası X22, anası (Abdullayeva) X21 olan Ərizəçi xx.xx.1963-cü il tarixdə anadan olması, bunun doğum akt qeydləri kitabında 119 nömrə ilə qeydə alınması; - Babək rayon Qeydiyyat şöbəsi tərəfindən verilən xx.xx.2025-ci il tarixli, AZ seriyalı, 694374 nömrəli doğum akt qeydləri kitabından çıxarışından atası X22, anası (Abdullayeva) X21 olan Abdullayeva (Qənbərova) Ulduz Əvəz qızının xx.xx.1965-ci il tarixdə anadan olması, bunun doğum akt qeydləri kitabında 84 nömrə ilə qeydə alınması; - xx.xx.1967-ci il tarixli, Az seriyalı, ******* nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən atası X22, anası (Abdullayeva) X21 olan Abdullayeva (Niftəliyeva) Səadət Əvəz qızının xx.xx.1966-cı il tarixdə anadan olması, bunun doğum akt qeydləri kitabında 98 nömrə ilə qeydə alınması; - Babək rayon Cəhri kənd icra Nümayəndəliyi tərəfindən verilən xx.xx.1998-ci il tarixli, Vİİ-JQ seriyalı, 330769 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən Ərizəçi ilə X4 arasında xx.xx.1998-ci il tarixdə nikahın bağlanması, bunun nikah akt qeydləri kitabında 31 nömrə ilə qeydə alınması; - Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X29 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan Babək rayonu Cəhri qəsəbəsində yerləşən xüsusi mülkiyyətdə olan, Kənd təsərrüfatlı təyinatlı 0.2566 ha torpaq sahəsinin X21, Ərizəçi, X4, X5 mülkiyyətində olması; - Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X29 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan Babək rayonu Cəhri qəsəbəsində yerləşən xüsusi mülkiyyətdə olan, Kənd təsərrüfatlı təyinatlı 0.2508 ha torpaq sahəsinin X21, Ərizəçi, X4, X5 mülkiyyətində olması; - Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X29 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan Babək rayonu Cəhri qəsəbəsində yerləşən xüsusi mülkiyyətdə olan, Yaşayış məntəqələrinin torpaqları 0.0702 ha torpaq sahəsinin X21, Ərizəçi, X4, X5 mülkiyyətində olması; - Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X29 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan Babək rayonu Cəhri qəsəbəsində yerləşən xüsusi mülkiyyətdə olan, Yaşayış məntəqələrinin torpaqları 0.1016 ha torpaq sahəsinin X21, Ərizəçi, X4, X5 mülkiyyətində olması müəyyən olunur. Mülki iş materiallarından aydın olur ki, Ərizəçi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə dair müraciətinə cavab olaraq Maraqlı şəxs1 notariusu tərəfindən xx.xx.2025-ci il tarixli, 206 nömrəli məktubla şəhadətnamənin verilməsindən qanunla nəzərdə tutulmuş müddət keçdiyindən imtina olunmuş, məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Mülki işin mübahisəli halının həlli ilə bağlı ərizəçinın izahatını, maraqlı şəxslərin izahatlarını mülki iş materialları ilə əlaqəli şəkildə, onları isə qanunvericiliyin tələbləri daxilində tədqiq edən məhkəmə qeyd edir ki, tərəflər arasında vərəsəlik münasibətlərindən irəli gələn hüquq münasibətləri mövcuddur. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi və digər tərəfdən vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə görə vərəsəlik anlayışı altında, ölmüş şəxsin əmlakının qanun üzrə və ya vəsiyyət üzrə, yaxud hər iki əsasla başqa şəxslərə (vərəsələrə) keçməsi başa düşülür. Vərəsəlik münasibətləri miras qoyanla vərəsələr arasında qanunda nəzərdə tutulmuş əsaslar üzrə, yaxud miras qoyanın iradəsinə əsaslanan vəsiyyət üzrə yaranır (Mülki Məcəllənin 1133-cü maddəsi). Mülki məcəllənin 1133.2-ci maddəsinə görə qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Mülki işin araşdırılması zamanı miras qoyanın vəsiyyətnamə qoymadığı müəyyən olunmuşdur. Həmin məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı qanun üzrə vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər. Həmin Məcəllənin 1159.1 və 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin məcəllənin 1159.1.3-ci maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin məcəllənin 1243.1-ci maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin məcəllənin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin məcəllənin 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan həmin məcəllənin 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə” xx.xx.2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə, həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Həmçinin həmin qərarda qeyd olunmuşdur ki, mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 99-cu maddəsində əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübutların aşağıdakılar ola biləcəyi qeyd edilmişdir: - vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; - mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; - mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; - mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; - miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər. Naxçıvan MR Babək Rayon İcra hakimiyyəti Cəhri qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 1258 saylı arayışda Ərizəçi Babək rayonu, Cəhri qəsəbəsində pasport qeydiyyatında olması müəyyən olunur. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizə ilə Ərizəçi xx.xx.2003-cü il tarixdə vəfat etmiş mərhum anası X8 irs qalmış bütün (yaşayış, (ev, mənzil və otaq), qeyri-yaşayış və torpaq sahələrindən, habelə digər əmlak hüquqlarından ibarət) mirasın qanun üzrə ona çatası hissəsini qəbul etdiyini və adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etdiyi müəyyən olunur. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizə ilə Maraqlı şəxs2 26 noyabr 2003-cü il tarixdə vəfat etmiş anası X8 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq qalmış və istənilən əsaslarla (irsi transmissiya, təmsilçilik və s.) ona çatası miras əmlakı qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququnu) notariat orqanına müraciət etməklə və ya faktiki olaraq mirası qəbul edərək həyata keçirmədiyini, miras əmlaka dair istənilən əsaslarla ona çatası vərəsəlik payına dair hüquqlarını rəsmiləşdirmək istəmədiyini, vərəsələr sırasına daxil etmədən vərəsəliyin rəsmiləşdirilməsinə etirazı olmadığını bildirmişdir. İş materiallarına əlavə edilmiş "Elektron notariat" X1 xx.xx.2025-ci il tarixli çıxarışdan aydın olur ki, Maraqlı şəxs3 26 noyabr 2003-cü il tarixdə vəfat etmiş anası X8 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq qalmış və istənilən əsaslarla (irsi transmissiya, təmsilçilik və s.) ona çatası miras əmlakı qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququnu) notariat orqanına müraciət etməklə və ya faktiki olaraq mirası qəbul edərək həyata keçirmədiyini, miras əmlaka dair istənilən əsaslarla ona çatası vərəsəlik payına dair hüquqlarını rəsmiləşdirmək istəmədiyini, vərəsələr sırasına daxil etmədən vərəsəliyin rəsmiləşdirilməsinə etirazı olmadığını bildirmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsində qeyd olunmuş “məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir” və 77.1-ci maddəsində əks olunmuş “hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir” normalarını tərəflərin nəzərinə çatdıran məhkəmə bildirir ki, yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən ərizəçi ərizənın əsasını təşkil edən halları, maraqlı şəxs isə etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması gedişində maraqlı şəxslər ərizəyə qarşı etirazını bildirməmişlər. Konstitusiya Məhkəməsi Plenumunun Ə.Əfəndiyeva və N.Kərimovanın şikayəti üzrə 2012-ci il 5 oktyabr tarixli Qərarında göstərilmişdir ki, vərəsə miras əmlakın bir hissəsini mülki qanunvericilikdə nəzərdə tutulmuş əsasla (qanun üzrə və ya vəsiyyət üzrə) qəbul etdikdə, o, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, hamısını və ya ona çatası payın qəbul edilməsi kimi qiymətləndirilməlidir. Bu, vərəsələrin miras qalmış əmlakın qəbul edilməsi üçün əvvəl ifadə edilmiş iradəsini təsdiq edir, həmçinin həmin əmlaka onların qanuni əsaslarla əldə olunmuş mülkiyyət hüquqlarının davamlılığını və əsassız məhdudiyyətlər qoyulmadan həyata keçirilməsini təmin edir. Beləliklə mülki iş üzrə məhkəmə araşdırmasının nəticəsi olaraq məhkəmə iclasında hərtərəfli tədqiq olunmuş sübutlar (işdə iştirak edən şəxsin izahatı, yazılı sübutlar və şahid ifadələri) əsasında müəyyən olunmuşdur ki, Ərizəçi X8 miras qalan əmlakı onun ölümündən sonra mirasın qəbulu üçün qanunla nəzərdə tutulmuş müddət ərzində faktiki cəhətdən ələ keçirməklə ona sahib durmuş, bununla da faktiki sahiblik etmək üsulu ilə mirası qəbul etmişdir. Yuxarıda qeyd olunanları rəhbər tutaraq yekunda məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin olunmalı, xx.xx.2003-cü il tarixdə vəfat etmiş X8 miras qalmış paylı mülkiyyətdə olan Babək rayonu Cəhri qəsəbəsində yerləşən kənd təsərrüfatlı təyinatlı 0.2566 ha və 0.2508 ha torpaq sahələri və Babək rayonu Cəhri qəsəbəsində yerləşən paylı mülkiyyətdə olan yaşayış məntəqəsi təyinatlı 0.1016 ha və 0.0702 ha torpaq sahələrinin miras əmlak olaraq Ərizəçi tərəfindən faktiki qəbul olunması faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin olunsun. xx.xx.2003-cü il tarixdə vəfat etmiş X8 miras qalmış paylı mülkiyyətdə olan Babək rayonu Cəhri qəsəbəsində yerləşən kənd təsərrüfatlı təyinatlı 0.2566 ha və 0.2508 ha torpaq sahələri və Babək rayonu Cəhri qəsəbəsində yerləşən paylı mülkiyyətdə olan yaşayış məntəqəsi təyinatlı 0.1016 ha və 0.0702 ha torpaq sahələrinin miras əmlak olaraq Ərizəçi tərəfindən faktiki qəbul olunması faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Günay İsmayıl

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar